Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   2   3   4   5   6   7   8   9   ...   32

26
№ 3 (15) Payız 2015 
 
narahat  olmaqla  yanaĢı  ürəyində  yoldaĢına 
acıqlandı:‖Axı,  ona  xəbər  göndərmiĢdim, 
məktub  da  yazmıĢdım  ki,  hələlik  görüĢə 
gəlməsin. Nə baĢ verib ki, gəlib?‖  
          Adətən  birinci  günlər  görüĢməyə  gələnlər 
az  olurdu.  GörüĢ  kağızının  rəis  tərəfindən 
imzalanmasına  çox  vaxt  getmədi,  görüĢə  baxan 
iri  cüssəli  nəzarətçi  onu  otağa  çağırdı. 
HəyəcanlanmıĢdı,  ildən  artıq  idi  yoldaĢını 
görmürdü. 
          YoldaĢı  görüĢə  uĢaqsız  gəlmiĢdi.  Xeyli 
dəyiĢmiĢ,  baxıĢları  soyuqlaĢmıĢ,  yadlaĢmıĢdı. 
Ümumi, geniĢ dəhlizdə onlar üçün ayrılan stolun 
arxasında üzbəüz əyləĢdilər: 
            –Salam.  Sənə  xəbər  göndərmiĢdim  axı, 
hələ gəlmə. Niyə gəlmisən? Nə olub, xeyirdimi? 
Yoxsa uĢağa nəsə olub? UĢaq yaxĢıdımı? 
            –UĢaqdı da... YaxĢıdı... 
          YoldaĢının  candərdi,  könülsüz  cavabları 
heç xoĢuna gəlmədi. Sözlü adama oxĢayırdı: 
            –Bilrsən,  niyə  gəlmiĢəm,  sözün  qısası, 
mən ayrılmaq, boĢanmaq istəyirəm səndən... 
            –Məndən? Niyə? 
          EĢitdiyi  sözlərdən  Ġkramın  halı  dəyiĢdi. 
Olmaya  Məmməd    ona  sanitarların  briqadiri 
olmasını  xəbər  verib?  Bu  səbəbdənmi    daha 
onun arvadı olmaq istəmir? 
            –Sənə  rast  gəldiyim  gündən  bir  xoĢ  gün 
görmədim.  HəmiĢə  əzab-əziyyət  içində  oldum. 
Atan-anan  məni  qəbul  etmədi.  Ümidlərimi  puç 
etdin.  Təzəcə  ailə  qurmuĢduq  tutuldun,  qaldım 
tək-tənha.  Ġndi  də  Allah  bilir,  sən  nə  vaxt 
qayıdacaqsan,  mənə  kömək  olacaqsan.  Çətindir 
tək  yaĢamaq,  üstəlik  körpə  saxlamaq...  Heç 
yerdən  köməyim  yoxdur.  Nə  özümünkülərdən, 
nə  də  sizinkilərdən  mənə  bir  insan  kömək  əlini 
uzatmır... 
          Düz  deyirdi  yoldaĢı.  Ucqar  əyalətdən 
Ģəhərə özünə gün qazanmağa gəlmiĢ kimsəsiz bu 
qızı  vaxtilə,  o,  xoĢbəxt  etmək  istəmiĢdi. 
Təsadüfən telefonda tanıĢ olmuĢdu. Ata-anası bu 
təsadüfi qızla ailə qurmasına qarĢı çıxmıĢ, xeyir-
dua  verməmiĢdilər.  Ġnad  edəndə  isə,  taleyin 
ümidinə buraxıb: ―get necə istəyirsən özün yaĢa, 
bizlik  deyilsən‖,  –  demiĢdilər.  Bəlkə  də  haqlı 
imiĢlər... 
              –Fikrin qətidir? 
          ―Xanımı‖  susub  baĢını  təsdiq  mənasında 
silkələdi. 
             –Hə,  məhkəməyə  boĢanmaq  üçün  ərizə 
yazmıĢam. 
             –Adam tapmısan özünə? 
          Yenə baĢını tərpətdi. 
             –SoruĢmaq  ayıb  olmasın,  kimdir?  Mən 
tanıyıram?  Əgər  məndən  yaxĢıdırsa,  etirazım 
yoxdur. 
          YoldaĢı  onun  belə  asan  təslim  olacağını 
gözləmirdi.  Məmnunluğundan  çox  düĢünməyib 
pıçıltılı səslə cavab verdi: 
            –Məmməd...   
            –Hansı Məmməd? 
            –Sənin üstümə göndərdiyin ―nadzor‖... 
          Ġkram  eĢitdiyi  cümlədən  Ģoka  düĢdü. 
Qulaqlarına  inanmadı.  Oturduğu  yerdə  bir  xeyli 
donub key-key baxdı: 
            –Sevirsən onu? 
           Zalımın  qızı  arsız-arsız,  bir  daha  baĢını 
tərpətdi. 
            –Daha  onda  nə  gözləyirik?  Gedim 
çağırım  onu.  Elə  burada  kəbininizi  kəsdirək, 
qurtarıb  getsin,  –  dəli  kimi  ayağa  durdu, 
danıĢmasına  imkan  vermədi,  –  gözlə,  beĢ-on 
dəqiqəyə onu tapıb  birgə qayıdıram. 
          Ġkram  yaydan  çıxan  oxa  dönüb  hövlnak 
özünü  görüĢ  yerindən  müəssisənin  içinə  atdı. 
―Namussuz  gədə‖, – beynində yalnız bu iki söz 
vardı. 
Əsəbindən 
ürəyinin 
döyüntüsünü 
qulaqlarında  eĢidirdi:  ―Necə  var  bu  oğraĢı 
öldürməliyəm‖.  Yadına  istehsalat  sexlərinin 
birində  gizlin  düzəltdirdiyi,  xəlvət  yerdə 
saxladığı cib bıçağı düĢdü. Sanki, havalanmıĢdı: 
―Binamus,  gör  necə  mənim  etibarımdan  sui-
istifadə edib...‖ 
          Axtarıb  bıçağı  tapıb  cibində  gizlətdi. 
Sonra  da  nəzarətçilərin  otağına  yaxınlaĢıb 
Məmmədi 
soraqladı. 
Aldığı 
cavabdan 
heyfsiləndi:  Məmməd  səhər  növbədən  çıxıb 
evinə  getmiĢdi.  Bir  də  sutka  ötəndən  sonra  iĢə 
gələcəkdi.  
          GörüĢ  yerinə,  yoldaĢının  yanına  peĢman 
qayıtdı: 
            –Tapmadım Məmmədi, ―smen‖dən çıxıb. 
Yoxsa elə məsələni birdəfəlik həll edərdik.  
          Arvadı  onun  səsinin  və  rənginin 

                            Üç aylıq ədəbiyyat dərgisi 
27 
dəyiĢməsindən 
narahat 
olaraq 
yerində 
qurcalandı: 
            –Qoymadın sözümü deyəm. Mən bilirəm 
Məmməd iĢdə deyil. Onun olub, ya olmamasının 
bir  əhəmiyyəti  yoxdur.  Sən  kimliyi  ilə 
maraqlandın,  mən  də  ona  görə  adını  çəkdim. 
Gəlməkdə  əsas  məqsədim  odu  ki  biləsən, 
məhkəmədən  sənə  göndəriləcək  boĢanma 
ərizəmin surətini görəndə təəccüblənməyəsən... 
          Ġkramın sağ cibində əlinin içində saxladığı 
cib  bıçağı  yaratdığı  təlaĢla  ürəyini  yerindən 
çıxarıb  ―nəfəsini  kəsirdi‖.  O,  bu  bıçağı 
götürmüĢdüsə,  mütləq  iĢlətməli  idi.  Ən  azından 
özünə vuracaqdı. 
          ―Xanım‖  ayağa  durub  getmək  üçün 
hazırlaĢdı: 
            –Hə,  bir  də  onu  deyim  ki,    bax, 
Məmmədə heç bir kəlmə də pis söz deməyəsən. 
Onun  heç  nədə  günahı  yoxdur.  Hər  Ģey 
mənlikdir. 
          Ġkram  onun  bu  ―himayədarlığına‖  daha 
dözə  bilmədi.  Ona  tərəf  addım  atıb,  əsəbindən 
əsərək  gözlənilmədən  əlindəki  bıçağı  arvadının 
sinəsinə çəkdi: 
            –Məmmədin  də,  sənin  də  nəslini,  var-
yoxunu, qancıq... 
          Bıçağın ağrısından arvadı qıĢqırdı: 
           –Qoymayın, öldürdü məni, kömək edin... 
          Yaxınlıqdakı  zabit  və  nəzarətçilər  tez 
Ġkramı  ondan  araladılar.  Son  anda  əli 
titrədiyindən  cib  bıçağı  arvadının  sinəsini  deyil, 
döĢünü yaralamıĢdı.  
          Qadın  üçün  təcili  tibbi  yardım  çağırdılar. 
Ġkramı isə qandallayıb karsa atdılar.  
          Hadisədən  xəbər  tutan  Məhyəddin  dərhal 
Məmmədə  xəbər  yolladı  ki,  bir  daha  bu 
müəssisəyə  gəlməyi  ağlına  gətirməsin,  ərizəsini 
yazıb Ģəhərdəki Ġdarəyə getsin.  
          Ġkram 
az 
keçmədi, 
yeni 
cinayət 
törətməkdə  təqsirləndirildiyinə  görə  istintaq 
təcridxanasına göndərildi. Sanitarlara briqadirlik 
etmə ―səlahiyyəti‖ hələlik Ayaza verildi.  
* * * 
          Niyaz 
nəzərdə 
tutduğu 
―sıxma‖ 
tədbirlərinə baĢlamaq üçün ilk növbədə münasib 
səbəb  tapmalı  idi.  Buna  görə  avtoritetlər 
arasındakı  ixtilaflardan,  nüfuz  mübarizəsindən 
istifadə 
etməyi 
qərarlaĢdırmıĢdı. 
YaĢayıĢ 
məskənləri  üzrə  yerliçilik  prinsipləri  ilə 
qruplaĢmıĢ  ayrı-ayrı  ―əhl‖lər  ,  xüsusilə 
Ģəhərlilərlə əyalətlilər arasında gedən çəkiĢmələr 
isə  daim  var  idi.  Ġçərilərindəki  vəzifələrin  və 
toplanmıĢ  gəlirlərin  bölüĢdürülməsində  hər  bir 
qrup  öz  üstünlüyünü  əldə  etmək  rəqabəti 
aparırdı. 
          Niyazın bu qrupların hər birində əməliyyat 
iĢinə  cəlb  olunmuĢ  gizli  adamları  vardı.  Həmin 
adamlardan bir neçəsi ilə həftəyə yaxın apardığı 
məxfi  söhbətlərlə  nəhayət  ki, istəyinə  nail  oldu. 
AxĢamların  birində  məhkumların  yeməkxanası 
ilə  yanaĢı  yerləĢən  çayxanada  gözlənilməyən 
hadisə  –  insident  baĢ  verdi.  Bir  ―əhl‖dən  olan 
məhkum,  digər  ―əhl‖dən  olan  məhkumun  ədalı, 
kobud  danıĢığına  dözməyib  stəkanındakı  isti 
çayı  onun  üzünə  atdı.  QarĢısındakı  da  cavab 
olaraq stolun üstündəki dəm çaynikini üzünə çay 
tullayanın  baĢına  çırpmıĢdı.  DalaĢmaq  üçün 
həyətə çıxan iki məhkumun ixtilafına ətrafındakı 
yerliləri  də  qoĢulmuĢdu.  Bir  anın  içində  məsələ 
böyümüĢ, bütün zon ―silkələnmiĢdi‖. 
          YaranmıĢ münaqiĢəni həmin axĢam məsul 
növbədə  olan  zabit  və  nəzarətçilər  çətinliklə 
sakitləĢdirmiĢ, 
davanın 
kütləviləĢməsinin 
qarĢısını  almıĢdılar.  Təcili  hər  iki  qrupun 
hərəsindən  üç  nəfər  cərimə  təcridxanasına 
salındı.  Hadisənin  Ģahidləri  dindirilib  izahatlar 
alındı.  Məhyəddinlə  Niyaz  olanları  rəhbərliyə 
bildirib-bildirməməsini  götür-qoy  edincə,  Ġslah 
Ġdarəsindən zəng vurub hadisə ilə maraqlandılar. 
Məlum  oldu  ki,  müəssisənin  dörd  bir  tərəfində 
gözətçi  qüllələrində  keĢik  çəkən  əsgərlər 
məhkumların  həyətdə  qaynaĢmasından  narahat 
olub  müəssisə  rəhbərliyinin  baĢı  üzərindən 
vəziyyət  barədə  mərkəzə  məlumat  veriblərmiĢ. 
Bu  hal  ondan  xəbər  verirdi  ki,  Məhyəddinlə 
əsgərlərin komandiri arasındakı soyuqluq hələ də 
davam edirdi. 
          BaĢ vermiĢ hadisədən yararlanmaq zamanı 
gəlmiĢdi. Məhyəddinin göstəriĢi ilə Niyaz rejimi 
sərtləĢdirmiĢ,  yaĢayıĢ  sahəsində  əlavə  nəzarət 
postları  yaratmıĢdı.  Bütün  zabitlərə  ―obxod‖un 
sayını  artırmaq  tapĢırılmıĢdı.  Çayxananın 
fəaliyyəti  qeyri-müəyyən  müddətə  dayandırıldı. 
Yenə  həyətdə,  nəzarətdən  kənar  yerlərdə  üç 

28
№ 3 (15) Payız 2015 
 
nəfərdən artıq sərbəst toplaĢmaq qadağan edildi. 
Məscid  deyilən  ibadət  otağı  xüsusi  nəzarətə 
götürüldü:  ibadətlə  məĢğul  olmaq  istəyən  Ģəxs 
çöldən  azadlıqda  məscidə  getməsini  təsdiqləyən 
arayıĢ  gətirtməli  idi.  ArayıĢ  olmayanadək  heç 
kəsi  o  otağa  namaz  qılmağa  buraxmadılar. 
Klubdakı  televizorda  veriliĢlərin,  teleserialların 
baxıĢına da nəzarət qoyuldu. Məhkumların bütün 
yerlərdə  düzülüĢü,  o  cümlədən  yataqxanalarda 
çarpayıların yerləĢdirilməsi yalnız  dəstə bölümü 
ilə  tənzimləndi.  Əvvəllər  göz  yumulan  bəzi 
―əhl‖lərin  toparlanması  ləğv  edildi.  Qruplardan 
çoxluq  təĢkil  edilənlər  dəstələrə  bölüĢdürülüb 
paylandılar.  
          Rejimin stabilliyinin qorunması adı altında 
görülən  tədbirlər  kəskin  bildirməsələr  də 
məhkumların  qəlbini  incidirdi.  Ġki  ağılsızın 
davasını  bəhanə  edib  qalanlarını  da  bu  qədər 
narahat  etmək  düzgün  idimi?  Məgər  belə 
davalardan  azmı  olmuĢdu?  Ġndi  nə  oldu  ki, 
müəssisənin  rəhbərliyi  həyəcanlanıb  əl-ayağa 
düĢdü? Yoxsa Niyaz davanın onun ―obyektində‖ 
baĢ verməsindən hirslənib? 
          Avtoritetlər  hadisə  zamanı  münaqiĢədə 
iĢtirak  edən  ―əhl‖lər  arasında  düĢmənçilik 
yaranmaması  üçün  həmin  axĢamın  səhəri  günü 
onları  barıĢdıra  bilmiĢdilər.  Məsələnin  tam 
məğzini  bilmək  üçün  cərimə  təcridxanasına 
salınanların 
cəzalarının 
qurtaracağı 
günü 
gözləyirdilər. 
          Niyazın  rejim  tədbirləri  isə  bitmək 
bilmirdi.  Çoxdan  keçirilməyən  yataqxana 
―Ģmon‖ları – axtarıĢlar baĢlanmıĢdı. AxtarıĢlarda 
hər  çarpayının  yanında  qoyulan  dolablardan, 
balıĢların,  döĢəklərin  içərisindən  istifadəsinə 
icazə  verilməyən  dərmanlar,  jurnal  və  qəzetlər, 
kəsici  və  deĢıci  alətlər  sırasına  qatılan  kiçik  cib 
bıçağı, dırnaq tutan, ölçüsündən asılı olmayaraq 
ĢüĢə  qablar,  alabəzək  paltarlar  və  sairlər 
tapıldıqda  aktlaĢdırılıb  sahiblərindən  alınırdı. 
Hadisədən  qabaq  özünü  görməməzliyə  vurduğu 
çox Ģeylərə, o, indi məhkumların sözü ilə desək 
―barmaq‖ edirdi.  
          Xidmət  fəaliyyətinin  gücləndirilməsindən  
bir  çox  zabitlər  də  təəccüblənmiĢ  və  narahatlıq 
hissi  keçirmiĢdilər:  görəsən  nə  olub,  hansı 
təhlükə gözlənilir ki, rəhbərlik belə təlaĢa düĢüb? 
Zonun 
idarə 
edilməsində 
axır 
aylarda 
Məhyəddinin  özünü  geri  tutub,  Niyazı  irəli 
verməyi  isə  heç  ürəklərindən  deyildi.  Söz 
yayılmıĢdı  ki,  Məhyəddin  yoldaĢının  xəstəliyi 
üzündən 
Ģəhər 
yaxınlığında 
yerləĢən 
müəssisələrin  birinə  yerini  dəyiĢib,  rəis  getmək 
fikrindədir. Rəisin kabinetini tutmağa hazırlaĢan 
Niyaz  bu  səbəbdən  indidən  özünü  müəssisənin 
sahibi olduğunu göstərmək istəyirdi. 
            –QardaĢ, Niyaz xoruzun altında yumurta 
axtaranın biridir – ġərif  Zəfərə deyirdi, – o rəis 
iĢləsə,  kollektiv  acından  barmağını  soracaq. 
Mükafatı, maddi yardımı kim yarısını versə, ona 
yazacaq.  Bir  də  görəcəksən  əməkdaĢları  özü 
alacağı  əskik  manata  görə  sorğu-sualla  divara 
dirəyib. Fikir vermisən, Niyaz bizimlə baĢqaları 
ilə  danıĢan  tonda  danıĢmır.  Bilirsən  niyə?  Həm 
savadımıza görə, həm də, o, bilir ki, biz heç kəsi 
incidib  zorla  pul  istəmirik.  EĢitmisən,  deyirlər 
hər  ay  bir  bəhanə  ilə  rejimdə  iĢləyənlərə  çatası 
əlavə  pulu  kəsir,  zabitlər  də  narazılıq  edir.  Nə 
olacaq bu iĢlərin sonu? Yenə sən bilərsən... 
          Zəfər  isə  təəssüflə  onun  qayğısına  Ģərik 
olaraq cavab verirdi: 
            –Nə  deyim,  zalımoğlu  əməkdaĢlara  da 
məhkum  kimi  yanaĢır.  Yəqin  öz  aləmində  bizi 
paqonlu məhkum hesab edir. Mən bir Ģey bilirəm 
ki,  bu  müəssisədə  nə  baĢ  verir  hamısı  pula 
görədir. 
Ġstəyir 
mükafatlandırma, 
istəyir 
cəzalandırma  olsun,  fərqi  yoxdur.  Axtarsan 
bütün  çəkiĢmələrin,  tədbirlərin,  münasibətlərin 
axırında görəcəksən ki, yalnız pul dayanır, sonu 
gedib  pula  bağlanır.  Çölün  havası  içəriyə  də 
sirayət  edib,  gecə-gündüz  dərdləri,  fikirləri  pul 
tələsi qurmaq, qanunun arxasında gizlənərək pul 
qopartmağın yollarını axtarıb tapmaqdır... 
 –Mükafat  dedim,  müavinət  də  yadıma  düĢdü. 
Sən heç müalicə müavinəti almısan? 
–Hə,  bir  dəfə  yarısını  almıĢam,  yarısını  da  pul 
çatıĢmır bəhanəsi ilə kəsdilər. 
–Bəsindi.  Ġdarə  iĢçisisən  bəyəm,  hər  il  alasan? 
Hamıya  qaydasınca  verilsə,  bəs  özlərinə  nə 
qalar? Adi iĢçiyə ildə qanuni müavinət verilməsi 
və  ya  mənzil  növbəsi,  torpaq  sahəsi  ayrılması 
münasib  deyil,  çaĢar...  Get  ―yerini  tanı‖,  vaxtlı-
vaxtında  maaĢını  al,  qazamatda  Allahına  Ģükür 
elə...  

                            Üç aylıq ədəbiyyat dərgisi 
29 
            –Bəlkə  də  ―böyüklər‖  kimi  bu  sayaq 
saymazyana  düĢünəndə  özünü  haqlı  bilirsən, 
düzü  bəzən  baĢ  verənləri  ətraflı  dərk  etməyə 
çalıĢanda  nəticə  tapmayıb  yoruluram.  YaxĢı  bir 
istirahət yeri tapmıĢam. 
            –Haranı deyirsən? 
            –Kitabxananı.  Ġyirmiyə  qədər  məhkum 
var  ki,  daim  orda  olurlar.  Heç  kimə,  heç  bir  iĢə 
qarıĢmırlar. Təsəvvür edirsən, sakitcə cəzalarının 
sonunu 
gözləyib 
baĢlarını 
mütaliə 
ilə 
qarıĢdırırlar.  Gedirəm  ora,  hansısa  kitabı  öz 
aramızda müzakirə edirik, fikir paylaĢırıq. Az da 
olsa 
ətrafdakı 
hərki-hərkilikdən 
aralanıb 
dincəlirəm. Gəl gedək sən də mənimlə. 
            –Gedək.  Kitabxanada  iĢləyən  məhkum 
mənim  dəstəmdə  olur.  Nümunəvi  məhkumdur. 
Onun  Ģərti  azadlıq  vaxtı  çatmıĢdı,  ərizəsi  təmin 
edilmədi. 
            –Bəhanə nə oldu? 
            –―Hörmət‖  qabiliyyəti  çatmadı.  Ġslah 
olunmanın  əsas  əlaməti  savad,  ağıl  deyil. 
Azadlığa  layiqliyini  ilk  növbədə  ―hörmət‖ 
qabiliyyətinlə sübut etməlisən...    
 
*** 
          Sanitarlar  arasında  cinsəllik  baxımından 
həm aktiv, həm də passiv olan, sevgili cütlük öz 
intellektləri,  dünya  görüĢləri  ilə  digərlərindən 
xüsusilə fərqlənirdilər. Vüsalə (əsl adı Vüsal idi) 
zona  gətiriləndən  daim  açıq  havada  olduğuna 
görə  rəngi  qaralmıĢ,  üzü  codlaĢmıĢ,  əvvəlki 
―incəliyindən‖  əsər-əlamət  qalmamıĢdı.  Həbs 
olunmamıĢdan  qabaq  isə Vüsaləni  zənən  sayağı 
üz  cizgiləri,  qaĢları,  kiprikləri,  makiyajı  ilə 
qadından  fərqləndirmək  olmurdu.  Nəinki 
gecələr,  gündüzlər  də  çoxları  onu  qadın  hesab 
edirdi.  Gözəl  görünüĢü  ilə  ürəyində  qürurlansa 
da,  bu  gözəlliyi  həmiĢə  baĢına  bəlalar  gətirirdi. 
Qadın  kimi  qəbul  edən  kiĢilərin  əksəriyyəti 
sonradan  yanıldığını  görəndə  söyüb  incidir, 
təhqir eləyirdilər. BaĢına gələn bədbəxtlik də elə 
bu səbəbdən oldu. 
          O,  internetdə,  sosial  Ģəbəkələrin  birində 
Elman  adlı  bir  cavan  kiĢi  ilə  tanıĢ  olmuĢdu. 
Onun savadı, dünyaya baxıĢı Elmanı cəlb etmiĢ, 
uzun  müddət  bir-birləri  ilə  virtual  aləmdə 
münasibət  qurmuĢlar.  Elman  tezliklə  elektron 
poçtuna  Ģəklini  göndərib,  qarĢılıqlı  olaraq  onun 
da fotolarını görmək istəmiĢdi. Vüsalə də xahiĢə 
əməl  edərək,  üç  yeni  Ģəkli  ilə  virtual  dostunu 
sevindirmiĢdi. 
ġəkillərdən 
sonra 
ona 
vurulduğunu  bildirən  Elmanın  mesajları  birə-on 
artmıĢdı:  ―Vüsalə,  sən  nə  gözəlmiĢsən,  heyran 
oldum.  Səni  günü-gündən  sevməyə  baĢlayıram. 
Baxmayaraq  ki,  mən  evliyəm,  səninlə  hər  an 
görüĢməyə hazıram. Gəl yaxın günlərdə görüĢək, 
yaxından tanıĢ olaq. Mütləq!‖ 
          Münasibətlərinin,  oynadığı  oyunun  bu 
səviyyəyə  gələcəyini  gözləməyən  Vüsalə  nə 
edəcəyini  bilmirdi.  Bu  biznesmen,  ―papa 
uĢağına‖  yalanını,  əsl  qadın  olmamasını 
desinmi?  Yoxsa,  özünə  də  ləzzət  eləyən, 
ömründə  eĢitmədiyi  sevgi  etiraflarını  qəbul 
etməkdə  davam  etsin?  Ġki-üç  həftə  Ģəbəkədə 
yazıĢmaqdan 
çəkindi, 
telefonuna 
gələn 
mesajlara,  zənglərə  cavab  vermədi.  Lakin, 
Elman əl çəkmək bilmirdi, inad edirdi. 
          O  anlarda  Vüsalə  özünə  də,  Allahına  da 
nifrət  etmiĢdi.  Allah  onu  niyə  belə  yaratmıĢdı? 
Nə  qadın  kimi  qadın  idi,  nə  də  kiĢi  kimi  kiĢi. 
Əgər  Allah  onu  əsl  qadın  yaratsaydı  dünya 
dağılardımı? ÇıxıĢ yolu tapmaq üçün dərdini özü 
sayaq 
rəfiqələrinə, 
―bacılarına‖ 
danıĢdı. 
―Bacıları‖  Elmanın  onsuz  da  gec-tez  həqiqəti 
biləcəyini,  qorxmamağa,  görüĢə  getməyə 
ürəkləndirirdilər:  ―Bəlkə  ona  elə  sənin  kimisi 
gərəkdir,  xoĢuna  gələcəksən...‖  Nəhayət,  bir 
axĢam  barların  birində  Elmanla  görüĢməyə 
razılıq verdi. 
          Elman  qələbəsinə,  onu  ram  etməsinə 
sevinirdi.  Odur  ki,  barda  çox  oturmayıb, 
―ovunu‖  evə  aparmağa  tələsirdi.  Vüsalə 
ehtiyatlandı: 
            –Bura bax, məni hansı evinə aparırsan? 
            –  Evdən  çox  ev  var,  istəyirsən  bağa 
aparım? – Elman soruĢdu. 
            –Hara rahatdı, ora apar. 
            –Onda getdik bağa. 
          ġəhərin  yaxınlığında  olan  bağ  evi  çox  da 
uzaq deyildi. YaraĢıqlı otaqları, gözəl Ģəraiti olan 
bu  bağ  evində    Elmanın  bardakı  qədər  hər  cür 
içkiləri  vardı.  Yemək-içməkdən  sonra  tanıĢlığın 
yataq mərhələsi yaxınlaĢanda həqiqət anı çatdı... 
          Elman  onun  qadın  olmadığını  biləndə  elə 

30
№ 3 (15) Payız 2015 
 
bil baĢına qaynar qazandan su töküldü: 
            –BaĢa  düĢmədim,  necə  yəni  sən  qadın 
deyilsən?  Bəs  nəsən?..  Deməli,  petuxsan.  Bəs, 
ay  biqeyrət,  neçə  aydı  bunu  məndən  niyə 
gizlədirdin? DolamıĢdın məni?.. 
            –Yox,  qorxurdum  deməyə...  Çünki, 
aramızdakı sevgini itirmək istəmirdim. 
            –Tüpürüm o sevgiyə də, sənə də... 
        Elman onu döyməyə baĢladı. Əlindən çıxıb 
qapıya  tərəf  qaçmaq  istədi.  Elmanın  qəzəbinin 
daĢması bir qədər də içkili olmasından idi: 
            –Yox, qaça bilməzsən, öldürəcəyəm səni, 
petux... 
          Stolun  üstündəki  mətbəx  bıçağını  qapıb 
onun  üstünə  Ģığıdı.  ―Ay  Allah,  bu  nə  bəladı 
baĢıma  gətirirsən,‖  –  Vüsalə  keçirdiyi  ölüm 
qorxusundan  ağladı.  Bacardıqca  əl-qol    atıb 
özünü  müdafiə  etdi,  ağlına  gələcək  çarəsi  yox 
idi,  ölmək  istəmirdi.  TutaĢdılar,  birdən  əvvəlcə 
Elman, o da üstündə döĢəməyə uzandılar...  
          Əlinə  isti  maye  dəydi:  Qan  idi...  Əlinin 
kəsildiyini  zənn  etdi.  Amma  bıçağın  yerdə 
uzanan  Elmanın  qarnına  saplandığını  görəndə 
əlinin  onun  qanına  batdığını  anladı.  Dərhal 
əlinin  qanını  təmizləyib  canını  qurtarmaq  üçün 
yerdə  inildəyən  Elmana  əhəmiyyət  vermədən 
evdən çıxaraq özünü qaranlıq küçəyə atdı... 
          Elman  ordaca  qan  itkisindən  keçinmiĢdi. 
Ölümündən  bir  həftə  sonra  mərhumun 
kompyuterindəki  və  telefonundakı  mesajları  və 
zəngləri araĢdırıb onu da həbs etdilər. Məhkəmə 
zamanı nə qədər israr etsə də ki, Elmanı qəsdən 
öldürməyib,  özünü  müdafiə  edib,  xeyri  olmadı. 
Doqquz il ona cəza kəsdilər. 
          Vüsalənin  həbsə  düĢəndən  bəri  sevgilisi 
olan  Ġqrarın  ―həyat  hekayəti‖  tamam  fərqli  idi. 
Passivliklə  yanaĢı  aktivliyi  də  olan  Ġqrar 
dələduzluqda  təqsirləndirilib  altı  il  müddətinə 
cəza  almıĢdı.  Azadlıqda  özəl  Ģirkətlərin  birində 
iĢləyirdi.  ġirkətdə  iĢlədiyi  Nazimlə  hamı  onu 
yaxın  dost  bilirdi.  HəmiĢə  bir  yerdə  oturub-
dururdular.  Nazim  evli  idi.  Hədsiz  qısqanc 
xanımı  ərinin  sədaqətindən,  gününü  yalnız 
dostu, iĢ yoldaĢı ilə keçirməsindən məmnun idi. 
Bilmirdi ki, Nazim əlinə fürsət düĢən anda onun 
vasitəsilə  arvadına  xəyanət  edirdi.  Ġqrarsa 
Nazimin  xanımı  ilə  hər  dəfə  qarĢılaĢarkən 
xəyanətdəki  iĢtirakına  görə  ürəyində  vicdan 
əzabı  çəkərdi.  Bu  səbəbdən  neçə  vaxtdı  ondan  
aralanmağa, 
ayrılmağa 
bəhanə 
axtarırdı. 
Bəhanəyə  ehtiyac  qalmadı:  çox  keçmədi  bank 
əməliyyatlarında  birgə  törətdikləri  cinayətlərin 
üstü  açıldı.  Ġqrar  təhqiqat  zamanı  əməliyyatları 
təkbaĢına  gördüyünü  ifadə  verdi.  O,  Nazimə 
görə yox, yoldaĢının gözü yaĢlı qalmaması üçün 
bütün  məsuliyyəti  öz  boynuna  götürmüĢ, 
bununla  ürəyini  ağrıdan  günahına    təskinlik 
tapmıĢdı... 
          Hələ ilk aylarda Nazim görüĢünə gəlsə də, 
o,  görüĢmək  istəməmiĢ,  bir  daha  gəlməməsini 
xahiĢ  etmiĢdi.  Buna  baxmayaraq  özü  gəlməsə 
də,  ―dostu‖  hər  bayramda  onun  üçün  bağlama 
göndərirdi.   
*** 
          Çayxanada 
dava 
edənlər 
cərimə 
təcridxanasından  azad  olunan  günün  axĢamı 
avtoritetlər  tərəfindən  sorğu-suala  tutuldular. 
Hərə  özünü  haqlı  hesab  edən  bu  ixtilafı 
araĢdırdıqca  ortaya  xeyli  müəmmalar  çıxdı.  Elə 
bil kimsə bilərəkdən aranı qarıĢdırmıĢdı.  
          Avtoritetlər  Bəkirlə  münasibətləri  normal 
olduğundan  vəziyyətin  gərginləĢməsində  daha 
çox  Niyazdan  Ģübhələnib  əsas  günahkar  onu 
saydılar. Öz aralarından birini Niyazın qəbuluna 
göndərib 
sabitliyi 
özləri 
qoruyacaqlarını, 
əvəzində  qayda-qanun  adı  altında  göstərilən 
təzyiqin  yumĢaldılmasını,  əvvəlki  vəziyyətə 
qayıdılmasını  xahiĢ  etdilər.  Niyaz  onların 
xahiĢinə əhəmiyyət vermədi: 
           –Biz  sizsiz  də  keçinərik.  Rejimi  boĢ 
buraxsaq, yumĢaltsaq özbaĢınalıq artar, mümkün 
deyil siz deyənlə razılaĢmaq. 
          Ürəyində  isə  düĢündü  ki,  ―bunlar  mənim 
nə  istədiyimi  ya  baĢa  düĢmürlər,  ya  da  baĢa 
düĢmək istəmirlər‖.  
          Niyazın yola gəlməməzliyinə cavab olaraq 
avtoritetlər  ayın  sonunda  həmiĢə  müəssisə 
rəhbərliyinə çatdırdıqları əlavə haqqı verməkdən 
imtina  etdilər.  Ġmtanadan  hirslənən  Niyaz  da 
Bəkiri 
otağına 
çağırıb 
―qara 
pul‖un 
göndərilməsinin qarĢısını almağı əmr etdi: 
            –Qoy 
baĢa 
düĢsünlər 
ki, 
bizə 
verməyəcəklərsə  oğru  aləmi  də  bu  zondan  bir 
qəpik  pul  görməyəcək.  YekəbaĢlar  ağıllanmaq 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin