Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   2   3   4   5   6   7   8   9   10   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
41 
utana  özünə  baxdı  -  bu  kiĢi  Koroğlu  əkə 
bilərmi? - fikirləĢd . 
                    Almasatan  arvad  yenə  müĢtəri 
haraylayırdı.Səsindən  bilinirdi  ki  acdır.Tox 
adamın səsi də tox olur.Ac adamın səsi  tox 
adamın  səsi  kimi  arxayın  səs  olmur.Allah 
vursun  aclığı,gizlədə  bilmirsən.Hərə  bir 
Ģeyin 
xiridarı 
olur,mən 
də 
ac 
tanıyanam.Sözü  içində  gizləyərsən,közü 
küldə.Aclığı gizləməyə Allah gordan baĢqa 
yer  fikirləĢməyib.Bəlkə  heç  qəbir  də  aclığı 
gizlədə  bilmir.Ac  adamın  qəbri  ilə,  tox 
adamın  qəbri  heç  vaxt  bir-birinə  oxĢaya 
bilməz...  
                  Bu  fikrinə  güldü.  ƏĢĢi,  mən  də 
lap  ağ  elədim  ha,ölünün  nə  toxu,  nə 
acı,qəbrin  nə  toxu,  nə  acı.Ancaq  içindəki 
adam dedi ki,elə deyil haa..! 
                   Səhər-səhər 
  horra  biĢirib 
yemiĢdi.Ġndi  saat  12  olmaq  üzrə  idi  və 
yeməli  nəsə  almalıydi.Qutabsatan  qıza 
yaxınlaĢdı.Qız 
ağzının 
qıraqlarına 
―zelyonka‖  sürtmüĢdü,yarası  vardı.Dolu 
döĢləri 
gəl-gəl 
deyirdi. 
Bu 
qızı 
çimdirəsən,mini 
geyindirəsən,dodaqları 
pamadalı,dırnaqları  qırmızı  laklı,bayram 
yumurtası  kimi...,manikür,pedikür  və  sair 
saçları tökülü...adam ölər  bununçün -  bunu 
da içindəki adam dedi. 
              ĠĢtaha  bax  -  gülür-öz-özünə.Gülür 
deyəndə  yekə  çıxır.Ġstəyir  gülməyə-  bənzər 
nəsə  alınsın,amma  üzünün  ifadəsi  gəzləri 
önünə  gəlir.Üzünün  əzablı  bir  duruĢu 
var.Yox,yox..  .  o,xoĢbəxt  üz  görmüĢdü.O 
vaxtlar  Osmanlı  türklərininn  təzə-təzə 
buralara 
ayaq 
açdıqları 
vaxt.Əlində 
diplomatı,çənəsində 
yüngülvari  
saqqalı,üzündə 
xətti,ağzında 
siqarı 
vardı.Barmağında  yekə  bir  üzük,amma 
qızıla  bənzəmirdi.Farforamı,  ya  ebonitəmi 
oxĢayırdı.Siqarı  sorub  havaya  ağ  tüstü 
buraxırdı 
və 
ətrafda 
heç 
nəyə 
baxmırdı.Ondan  sonra  çox  türklər  gəlib-
getmiĢdilər,amma  heç  birində  belə  xoĢbəxt 
üz olmamıĢdı. 
            Qizdan  qutab  almadı.Alsa  ,yeyə 
bilməyəcəkdi,qızın  ağzının  yarası  yadına 
düĢəcəkdi,iyrənəcəkdi.Gedib 
mağazadan 
100 qram kolbasa və bir çörək aldı.  
             Ürəyi  sancdı.Keçənlərdə  həkimə 
getmiĢdi. 
Həkim 
boyunun 
ölçüsünü 
soruĢub.Boyum  1,74  -dür  –cavabını  verib. 
Həkim  deyir,aĢağısı  74  kilo  olmalısan.     
Amma 
50 
kilodur.Bayaq 
metronun 
girəcəyində 
çəkilib.Qoca 
kiĢi 
tərəzi 
qoyub,gəlib-gedəni  çəkir.Bu  da  bu  kiĢinin 
iĢidi,çörəyi 
burdan 
çıxır.Ġstəmirdi 
çəkilsin,amma  qoca  yalvardi  ki,pulsuz 
çəkəcəm, 
səni 
kimi 
nazik 
adam 
görməmiĢəm.Alə,Baki küləklər Ģəhəridü,yel 
aparar  səni.Amma  ayaqqabısına  baxıb 
gülümsəyir.Bu 
pakrıĢkalar 
ki, 
səndədir,qorxma,lap  sunami  də  gəlsə,bir 
Ģey olmaz –deyir.  
            Ayaqqabı 
hibrid, 
mələz 
bir 
Ģeydir.Üstü  40  ölçülüdür,  altı  isə  42-
dir.Zibillikdən 
tapıb  calamıĢdı,olmuĢdu 
ayaqqabı. 
*** 
            Heç 
ağlamısan,qardaĢ?Səbəbsiz-
filansız,heç  yerin  ağrımasın,Qohum-qardaĢ 
hamısı sağ-salamat,Ģükür Allaha.Amma acı 
bir ağlamaq istəyi tutsun səni. 
          Amma yaĢ gözünün birindən gəlsin ,o 
biri  gözün  mat-mat  durub  baxsın.Bu  da 
içindəki adamın səsi idi. 
  
*** 
             Kolbasa-çörəyi 
əlində 
iĢə 
gəldi.Nahar 
elədi.Fasilə 
bitdi.Protez 
diĢlərinin  altına  keçmiĢ  çörək  qırıntılarını 
təmizləmək  üçün  əl-üz  yuyulan  yerə 
getdi.Əslində bura tualetin girəcəyidir.Ġstər-
istəməz bura gəlməli olursan.Tualet sənə də 
lazım  olur.Və  son  zamanlar    faktoloji 
materialla    üz-üzə  qalıb:  kiĢi  olduğunu 
xatırladığın  yeganə  yerdir  bura.Maraqlı 
yerdir  Sənaye  Tikinti  Bankı,  arvadı-kiĢisi 
bir  tualetə  girir.Deyilənə  görə  Vyetnamda 
da 
belədir.O 
hesabla, 
Vyetnama 
ya 
çatmıĢıq,ya 
da 
ötüb 
keçmiĢik 
Vyetnamı.DiĢlərini 
yudu.Kimsə 
yox 
idi.Ancaq  birdən  dəstə-dəstə  xanımlar 
gəlməyə 
baĢladılar.Bəzəkli,əndamlı 

42
№ 3 (15) Payız 2015 
 
xanımlar.Bir 
əndamıyanmıĢ 

biri 
əndamıyanmıĢa  deyir:  -―KülbaĢ,tramvay 
yolunun  yanı  ilə  dalımca  gəldi,  istədi  nəsə 
desin,ağzını açmağa qoymadım.Dedim –get 
anqır, tayını tap.Sənin yemin deyiləm mən.‖ 
Bu 
sözləri 
deyən 
xanım 
gözəl 
idi.Dodaqlarını,  üz-gözünü  bəzəmiĢdi.Orta 
hesabla, bu bəzəkli xanımın dalısıyca gedən 
oğlanın (ya da kiĢinin) kürəkləri enli,cibləri 
dollarla dolu olmalı idi və həm də hökmən 
bığları  ətir  qoxuyan  bir  oğlan  olmalı 
idi.Yoxsa  protez  diĢli,ciblərində  əllərindən 
baĢqa  heç  nəyi  olmayan,  ayağı  pakrıĢkalı 
birisinin  gedib  bu  qadına  eĢq  elan 
etməsi,Cibuti  yaxud,  Burkina  Faso  adlı  bir 
məmləkətin  ABġ-a,  yaxıd  kommunist  Çinə 
müharibə elan etməsi kimi məzə doğuracaq 
bir  əhvalat  idı.Amma  nə  qədər  məzəli  olsa 
da, 
öz-özlüyündə 
canlandırdı.Gördü 
ki,əndamıyanmıĢın  dalısıyca    gedir.Çala-
çuxurun üstündə körpü kimi qalan tramvay 
yolunun  yanıdır.Ayaqlarında  pokrıĢkaları 
ləzzət 
eləyir.ġapqasının 
duruĢu  Otto 
Bismarkın 
kepqasının 
duruĢunu 
xatırladır.Günlüyü  qırılıb,ona  görədə  əyri 
qoyur  və  Bismarkın  kepqasina  bənzətməli 
olur.Bu  da  kasıbın,  itinin  adını    GümüĢ 
çağırması  kimi  Ģeydi.(Kasıb  itini  bir  neçə 
adla çağıra bilər.Əvvəl-əvvəl onu deyək ki, 
kasıb  olan  it  saxlamaz,niyə  ki,it  kasıbın 
nəyinə lazımdır?Və əgər adam it saxlamağa 
gücü  varsa  ,daha  ona  kasıb  demək 
olmaz.Ən  sonda  isə  heç  nəyi  hesaba 
almadan  kasıb  itini  istədiyi  adla  çağıra 
bilər.Yəni ...!) 
           Və  əlahəzrət  Ģeytan  ləzzət  çəkmək 
xatirinə 
əndamıyanmıĢı 
yoldan 
çıxarır.O,yaxınlaĢan 
kimi 
―Gəl-gəl 
Əlmərdan,gəl səni gözləmirdimmi.Nə gözəl 
Ģapqan  var..!‖  Sonra  qol-qola  verib 
gedirlər.ƏndamıyanmıĢın evi  9  mərtəbəli  
binanın 9-cu mərtəbəsindədir.PakriĢqalarını 
çıxarıb  keçir  yuxarı  baĢa  ,yanıyanmıĢ  kofe 
dəmləyir.Zərxara  xalatda  yanında  oturur 
və... 
 
 
*** 
             Yenə  içindəki  adam:‖Heç  yuxu 
görmüsənmi, 
atam?Görmüsənsə,necə 
görmüsən 
və 
necə 
gördüyünü 
tapmısansa,yozmağın 
təhərini 
də 
tapmısanmı?Gecələr  üstünə  daĢ  kimi 
düĢür,yoxsa  nazlı  mələk  kimi  gözləyirsən 
gecəni?‖   
                              
*** 
              Anası  yataqda,ölüm  ayağında  idi. 
―Məni  qaldır‖,  -  dedi.Əli  ilə  anasının 
kürəyindən      qaldırdı,  amma  baĢnı 
saxlayammadı.Tez 
barmaqlarını 
açıb 
anasının  baĢını  saxladı.Anası  son  nəfəsı 
ağzında məni geri  yatağa uzat dedi.Anasını 
geri yatağa uzatdı.Zəif xırıltı eĢidildi.Anası 
ölürdü.Əlini anasının kürəyindən çəkdi,qoy 
rahat 
ölsün, 
fikirləĢdi.Bildiyi 
duanı 
oxumağa  baĢladı.Bayaqdan  həyətə  çıxmıĢ 
atası  indicə  içəri  gəlmiĢdi.Atasına:‖Anam 
öldü‖ - dedi.Atası ağlayıb arvadının əllərini 
öpdü və sabah dəfn eləmək lazımdı söylədi. 
           ―RAF‖ maĢını tutmuĢdulat.Üç bacısı 
ilə  özü  oturmuĢdu.Qoca  olduğu  üçün 
atalarını 
gəlməyə 
qoymamıĢdılar. 
Sürücü:‖Bax 
süzə 
deyirəm,moĢın 
yoxuĢacan  gedecey,keçən  hefte  getmiĢdim 
o  qəbristanluğa,palçığdu,  ordan  o  yana 
tabutu  özüvüz  aparmalısuz  ,sooram  da 
ölmek  haqda  spravkovuz  olsun,alayı  cür 
süzi basdırmağa qoymicekler‖,–deyirdi. 
             MaĢın yoxuĢacan gəldi.Yer don idi, 
yoxuĢ 
buzlamıĢdı.Tabutu 
maĢından 
düĢürdülər,çiyinlərinə 
qaldırdılar.Kiçik 
bacısı 
―belə 
gedə 
bilməyəcəyik,yer 
sürüĢkəndi,anamı  sallıq‖  dedi.Tabutu  yerə 
qoydular.Bacilarına 
baxıb: 
―Çörək 
yeməmiĢəm,gücüm qalmayıb,yoxsa anamın 
tabutunu  tək  aparardım‖  –dedi.Kəmərini 
açıb 
tabutun 
altina 
bənd 
eləmək 
istədi,amma 
alınmadı.Tabutu 
qəbirə 
sallamaq  üçün  evdən  götürdükləri  kəndiri 
çıxarıb  tabutun  ortasına  bənd  elədilər. 
Tabutu 
dartmağa 
baĢladı.YavaĢ-yavaĢ 
irəlilədilər. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
43 
                Dünən gəlib qəbristanlıqdan qəbir 
yeri  almıĢdı.Qəbir  yeri  verən  kiĢi  demiĢdi 
ki,  burda  yer  bir  bel  ağzı  don  olur,  sonra 
asan  qazılır  və  qəbir  qazmaq  haqqı  50 
Ģirvan 
istəmiĢdi.Pulu  olmadığı 
üçün 
istənilən  məbləği  ödəyə  bilməmiĢdi  və 
qəbri indi özü qazacaqdı. 
                 Qəbir  qazılacaq  yerə  çatanda  ay 
doğmuĢdu.Bacıları 
ağlayırdılar.Ağlamaq 
deyəndə,əslində bu, mızıldanmaq idi.Böyük 
bacısı  dedi  ki,  gərək,  gün  batanacan,  ölü 
basdırıla  idi.Qəbristanlığı  gəzib,    qıraqda 
atılıb  qalmıĢ  bir  avtomobil  Ģini  tapıb 
gətirdi.Çətinliklə 
yandırdı.ĠĢıq 
ətraf 
qəbirlərəcən 
yayıldı.ġin 
yanan 
yer 
yumĢalırdı və  o, qəbri qazmağa baĢladı.Ġki 
saatdan  sonra  qəbir  hazır  idi.Artıq  tabutu 
gətirən  RAF  çoxdan  çıxıb  getmiĢdi.Bir 
siqaret  yandirdi  və  siqareti  çəkim  sonra 
dəfn  edərik  deyə  fikrindən  keçirdi.Siqareti 
çəkib qurtardı.Tabutun yanında üzü qibləyə 
durdu 
və 
bacılarına:‖Gəlin  anamızla 
vidalaĢaq‖,  –dedi.O,söyləməyə  baĢladı  və 
bacıları  onun  dediklərini  təkrar  elədilər: 
Quran  öyrətmədilər  bizə,Lenin  öyrətdilər,o 
da 
yalan 
oldu,qərib 
elin 
qara 
torpağı,anamızı  qəbul  eylə.Elimiz-obamız 
dağıldı,qapı  qonĢumuz  Qara  oğlu  Əhməd  
Qara  dağa  düĢdü,Alı  oğlu  Məmməd  Ala 
dağa.Hoy  dedik  hoyumuza,vay  dedik 
vayımıza  yetən  olmadı.Yaranan  gündən 
Adam 
balası 
qara 
torpağa 
Tanrı 
ismarıncıdı.Alını  Tanrı  yazısı  ilə  sənə 
yazılıbmıĢ  anamız.Qərib  elin  qara  torpağı, 
qara bağrında yer elə anamıza. 
                 Və  birdən  milislər  cin  kimi 
yerdənmi  çıxdılar  ya  göydənmi  endilər 
bilinmədi.‖Ni  s  mesta  –ruki  na  qolovı‖,  - 
yekəpər  milis  bağırdı.Üç  bacısı  da  özü  də 
tez 
əllərini 
baĢlarının 
üstünə 
apardılar.Yekəpər  ucadan:‖Yenə  kimin 
evini  yıxmısisuz,alə,kimi  basdırırsuz‖,–
dedi.ġinin  iĢığında  əlindəki  tapançası 
parldayırdı.Bacıları  ilə  bərabər:‖Vallah  biz 
heç kəsi öldürməmiĢik,rəis,anamızı  
dəfn 
edirik.Uzaq 
yol 
gəldik,axĢama 
düĢdük,yer  don  idi,qəbri  gec  qazdıq‖,-
söylədilər. 
            ―Molçat,spravku 
pokajite,nağıl 
oxumuyun  mənə‖,  -deyə  yekəpər  yenə 
bağırdı. Böyük bacısı:‖Allah,gör gəlib hara 
çıxdıq,ölüyə  də  spravka  istəyirlər,diriyə 
də‖,  -dedi.  O  birisi  milis  ratsiya  ilə  QAZ-
69-da  bağırırdı  :‖Da,tovariĢ  mayor,da,nami 
zaderjano  troye  jenĢina  i  mujik  odin.S 
qrobom 
da...qovoryat 
yerazı.Da 
xoronyat...neznayu...budto 
ixni 
mat.Axtardıq 
..həri,orujiya 
net.Cibləri...pusto,tovariĢ 
mayor.Zabrat 
vsex...?Yest,tovariĢ  mayor.  A  qrob?-Toje 
zabrat  ?-Yest  tovariĢ  mayor.‖  EĢitdüz 
,alə,deyir yığun getirün.   
            Tabutu  kəndirlə  QAZ-69-un  üstünə 
bağladılar və milis idarəsinə gəldilər.Mayor 
sorğu-suala  tutdu.Haralı  olmaqları  ilə 
maraqlandı.Aslandüzdən 
olduqlarını 
bildikdə,filanıncı  ildə  orada,  Atam  oğlu 
Məhəmmədin  evində  qonaq  olduğunu, 
kabab yediyini xatırladı. 
             Tutulanlar 

əmimiz 
evidir 
dedilər.Dünyada  YaxĢı  adamlar  da  varmıĢ.  
Mayor  serjantı  çağırıb  tabutu  aparmağı  və 
dəfnə  kömək  etməyi  tapĢırdı.Artıq  gecədən 
keçmiĢdi.Səhərə  yaxın  analarını  dəfn  edib 
QAZ-69-da evlərinə döndülər. 
 
 
*** 
                Ġçindəki  adamdan:  –  Göydə 
Allahın  12  bürcü  var.Yer  dedikləri  hər  ay 
bir bürcə daxil olub fırlana-fırlana GünəĢin 
baĢına  dolanır.Buna  bir  zamanlar  imanlı 
kiĢilər çərxin gərdiĢi deyərdilər. 
 
 
 
***    
Bacısı  axĢam  yenə  ağlamayan  gözünə 
dərman    damcılatdı  və  anam  öləndə  ağlaya 
bilmədin,acı  yaĢ  qalıb  gözündə,indi    səni 
incidən 
odur 
dedi.Bacısına-ağlaya 

44
№ 3 (15) Payız 2015 
 
bilmədim,neynim,yaĢ  gəlmədi  gözümdən 
söylədi. 
              Gecə 
yatdı,yuxuda  gördü  ki, 
ağlayır.Anası 
da 
ölməyib,sağdır 
və 
deyir,anan  ölsün,ağlama, 
qalx.Anasına 
cavab  verir  ki,  ağlamıram,  eləcə  soyuq  
olub,sulanır 
gözüm.BaĢına 
sarıdığı 
dəsmalla gözünü silir.Bir də görür ki, iĢdən 
dönən  zamandı,      evə  çatmamıĢ  arvadının 
səsini  döngədən    eĢidir:‖Axırı  itmiĢ,üç 
gündür baĢına bağladığın dəsmali sərmiĢəm 
bayira,qurumur  ki,qurumur.‖Alıb  dəsmala 
özü  baxır,quruyub  deyir.Arvadı  yenə 
bağırır:‖Ġtin 
biri 
it,gecə 
qulaq 
asmıĢam,baĢında saz çalınır.‖ 
           O  da  arvadı  hamilə  olanda,  baĢını 
arvadının baĢına söykəmiĢdi və  duymuĢdu 
ki,  arvadının  baĢından  Gümrü  -  Tiflis 
qatarının səsi gəlir. 
            Dünyanın 
çox  yerindən  çoxlu 
qatarlar keçib gedir.Hərəsinin öz səsi ,öz fiti 
var  ki,  biri  o  birinə    bənzəmir.Bəlkə  elə 
qatarlar  hamısı  bir-birinin  eynidir,lap  səsi 
də,  fiti  də  eynidir.Amma  indi,  bu  yuxuda 
ona elə gəlirdi ki,  adamların  Əli Vəlisinin 
bir-birinə bənzəmədiyi kimi, qatarlar da bir 
birlərinə oxĢamırlar. Və  
Arvadına  –sənin  də  baĢından  Gümrü  Tiflis 
qatarı keçir –deyir. 
          ―KiĢi  deyilsən‖,  -  arvadı  bağırır.O 
da:‖KiĢiyəm,vallah,kiĢiyəm,bu 
uĢaqları 
mən doğmadım ki,sənə doğuzdurdum da‖, - 
deyir. 
Arvad   yuxuda dünyanın bütün söyüĢlərini 
yaddaĢına  yığıb,elə  bil  cəhənnəmdən 
çıxmıĢdı  və  indi  ancaq  söymək  fəsli  idi 
onun  üçün.  Yuxuda  öz-özünə:  ―Məni  bu 
qadından qurtar, ilahi‖,-pıçıldadı. 
 
                               ***                                  
         Ġlahi,  göylərdə  ilahi  iĢlərlə  məĢğul  idi 
və  bu  cür  iĢləri  buraxmıĢdı    Ģeytanin 
ümidinə.Bunu da  içindəki adam dedi 
 
                                 ***                               
          Gənclik  metrosundan  bərabər  çıxıb 
stadiona  tərəf  getdilər.Noyabrın  ortaları 
idi,qar 
hələ 
yağmamıĢdı,amma  soyuq 
idi.Qızın  əlindən  tutmuĢdu.Bir  az  aralıda 
ağacların 
arasında 
qız-oğlan 
silueti 
görünürdü.ÖpüĢürdülər.Keçdilər  ,bir  az 
aralıda 
zeytin 
ağacınin 
altında 
dayandılar.Qızın  əlini  öpdü  və  bütöv  bir 
gecə 
istəyirəm 
səndən 
 
dedi.Qız 
dinmədi,dodaqlarını  kiĢinin  dodaqlarına 
söykədi. Sonra:‖Sabah altıncı gündür, bağa 
gedəcəm,ilin  bu  vaxtı  bağlarda  adam  az 
olur ya da heç olmur‖, - söylədi. 
            Bağa bərabər getdilər.Qızın anasının 
kiĢidən  acığı  gəlirdi.‖Ağəz  onun  arvad-
uĢağı  var,özü  də  qocadır,onun  neyiynən 
gəzirsən‖,  -  deyirdi.Amma  qız  hələ  də  kiĢi 
ilə 
görüĢürdü.Qız 
institutu 
bu 
il 
qurtarırdı.Ġnstituta gec girmiĢdi.Və nədənsə 
bu  kiĢidən  baĢqa  bir  adam  ona  belə  diqqət 
yetirməmiĢdi.Ġndi  arxadan  daha  ümidli 
günlərin  gələcəyini  gözləmək  həvəsi  yox 
idi.Bu  səbəblə:  ―Daha  kim  alacaq  məni. 
Bəlkə  də,  elə  qismətim  budur.Nə  olsun  ey  
bir az yaĢlıdır,aramızda 10-15 yaĢ fərq var‖, 
-deyə  fikirləĢmiĢdi.Ġndi  bağa  gəlməkdə 
məqsədi  kiĢiyə  istədiyi  uzun  və  bütöv  bir 
gecəni bəxĢ etmək idi. 
              Hər 
Ģey  çimərlik  paltarından 
baĢladı.KiĢiyə  baxmadan:‖Özümə  çimərlik 
paltarı  almıĢam,  gələn  mövsümdə  dənizdə 
bunula  çiməcəm‖,-    deyib,  onsuz  da  açıq 
olan yaxasını daha da açdı.   
               Çimərlik  paltarı  hardasa  qalmıĢdı. 
KiĢi öpürdü və qıza nədənsə rus dilində ―ya 
tak  mnoqo  isqal  tebya‖  -dedi.Qız  özündə 
deyildi.Varlığı  ilə  təslim  olmuĢdu.Və  kiĢi 
sənə  gəlinlik  çox  yaraĢar  dedi.Qızın  saçları 
yastığın üstünə dağılmıĢdı. 
              Dünyanın  payız  ilə  qıĢının  qarıĢıq 
bir  günü  idi.Zamanın  saatla  deyil,öpüĢlə 
ölçülən,ya  da  heç  nə  ilə  ölçülməyən  vaxtı 
idi.  
            Yüz  yaĢını    adlamıĢ      kiĢi  neçə  gün 
qabaq  oğlunu  çağırıb,diz-dizə  oturub 
vəsiyyət    eləmiĢdi.Qızı  yenə  xəngəl 
biĢirmiĢdi.Pəncərənin  qabağındakı  stolda 
üzbəüz  oturmuĢdular.Hərəsinin  qabağında 
bir  sini  qurutlu  xəngəl  vardı  və‖Xan―arağı 

                            Üç aylıq ədəbiyyat dərgisi 
45 
da ortada idi.Hər ikisinə də çapma stəkanın 
ortasından  araq  süzmüĢdülər.KiĢi  stəkanı 
əlinə gtürüb gözləmiĢdi.GözləmiĢdi ki, oğlu 
da stəkanı götürsün.Oğlu da stəkanı götürdü 
süzdükləri  arağı  içlilər    və  atası  da  elə  bu 
zaman dilləndi ―Mən öləndə molla Muxtarı 
gətirmə.AĢıq 
gətirərsən,məni 
gora 
―Dilqəmi‖  ilə  apararsan‖,  -  dedi  və  əlavə 
elədi,-  ―amma  skoropamoĢ  Gülməmmədi 
çağırma, ha,əsl aĢıq çağırarsan‖ . 
         Gülməmməd 
kəndçiləri 
idi.Xutor 
qəsəbəsində,qarmaqarıĢıq 
sıralı 
gecəqonduların 
birində 
yaĢayirdı.Ağır 
məclislər  aĢığı  deyildi,çayxana  aĢığı  idi.Öz 
yerini 
də 
yaxĢı 
bilirdi.Əsgərlikdən 
gələn,əsgərliyə 
gedən 
olanda,ad 
günlərində,xırda 
əlöpdü-
bəlgələrdə,niĢanda,elə-belə 
kef 
məclislərində  çalıb  oxuyardı.Heç  kimin 
dəvətini  yerə  salmaz,çağırılan  yerə  tez 
gedər, 
kimsəni 
gözlətməz,intizarda 
saxlamazdı.Ona  görə  də  Gülməmmədə 
skoropomoĢ 
Gülməmməd 
demiĢdilər.Oxumaq üçün elə bir səsi də yox 
idi.Amma  Gülməmmədin  də  özünə  binəm 
səsi  vardı.Getdiyi  məclislərin  ―havasını 
tutub‖  oxumaqda  usta  idi.Ona  görə  də 
Gülməmmədi  kimsə  incitməzdı  və  elə 
Gülməmməd  də  kimsəni  incidən  adam 
deyildi. 
         KiĢinin bu ―Dilqəmi‖ söhbətini eĢidən 
kimi,doğrudan 
da,oğlunun 
yadına  
skoropomoĢ Gülməmməd düĢdü və fikrində 
anidən 
qurulacaq 
yas 
məclisini,  
çadırı,molla  Muxtarın  yerində  skoropoĢ 
Gülməmmədin  uzun  boyunu,  domba 
hülqumu canlandrı. 
        KiĢi  bir  də:  ―Bax,mənə  Gülməmmədi 
gətirmə,ayrı  aĢıq  taparsan,  pensiyamdan 
yığmıĢam,min  manat  var  kisəmdə,bacına 
vermiĢəm, o televizorda çalıb-oxuyan cavan 
aĢıqlardan birini gətirərsən‖,- söylədi. 
*** 
              Ġndinin indisi kiĢinin  dar vaxtı idi.   
Yataqda uzanmıĢdı.Bura   doqquz mərtəbəli  
binanın  dördüncü  mərtəbəsində  iki  otaq 
Ģəklinə  salınmıĢ  bir  otaqlı  mənzil  idi.Bu 
mənzilə 
on 
beĢ 
il 
əvvəl 
köçmüĢdülər.Əvvəllər 
dağ 
kəndlərinin 
birində  yaĢayan  kiĢi,  ermənilərin  kəndi 
dağıtmalarından  sonra    təsadüfən  sağ 
qalıb,gəlib  ailəsi  ilə  Bakıda      dördüncü 
mərtəbədə      bu  evi  baĢqa  bir  ermənidən15 
min  manata  almıĢdı.    Gecə  idi  ,hamı 
yatmıĢdı.    May  ayı  təzəcə  baĢlasa  da, 
boğanaq 
isti 
idi. 
Yan-yörsində 
anlayammadığı bir hənirti   bu istini daha da 
dözülməz edirdi.Adam öz doğma yurdunda 
olanda, ölmək də asan olur– deyə fikrindən 
keçirdi.Doğrudan da yan-yörəsində dolanan 
vardı.Amma  kim  idi  ,ilahi?!Arvadının 
ölümündən 12 il ötürdü.Anidən 12 il əvvəl 
ölmüĢ  arvadının  səsini  lap  qulağının 
dibində 
eĢitdi.Amma 
nə 
dediyini 
anĢırdanmadı.Ağlı-huĢu  yerindəydi.Gözləri 
görürdü,qulaqları  eĢidirdi.  Qorxu  filan  da 
hiss  etmirdi.Elə    uzandığı  yataqdan  stolun 
üstündəki 
yarımçıq 
―XAN‖arağına 
baxdı.Öz-özünə  ―məni  qaramı  basır  ,yoxsa 
araqdandımı‖ xəyalından keçitdi. 
                 Bir  həftə    beləcə  uzanıqlı  idi.Bu 
bir  həftənin  necə  keçməsindən  xəbəri 
olmamıĢdı.Dilinə yemək  dəyməmiĢdi.Eləcə 
dodaqlarına  tənziflə  su,  limon  dilimi 
sürtmüĢdülər.Bir  həftə  bir  an  kimi 
keçmiĢdi.  Cavanlığında  içən  olmamıĢdı, 
amma  indi,  bu  darın dar  macalında  araqsız 
yemək  yemirdi.Yorğanı  sinəsindən  atıb 
dikələn  kimi  oldu.Gecənin  hansı  vədəsi 
olduğunu  kəsdirəmmədi.    ġifonerin  ĢüĢəsi 
sınıq 
gözündəki 
saat 
çaqqaçaqla 
iĢləyirdi.BaĢını  çevirib  ayaq  tərəfində, 
divanda  yatmıĢ  oğluna  tərəf  baxdı.Oğlu 
xoruldayırdı.BaxıĢları  öz-özünə  ip  yumağı 
kimi,  yığıla-yığıla  gəlib  taxtın  aĢağısında 
dayandı.Ayaq  ucunda  oturan  kim  isə 
vardı.Gözlırini  yumub-açdı,  zənnlə  bir  də 
baxdı.Arvadı 
idi.Arvadına 

sənsənmi,Aylavatın,(kiĢi Güləbatın adını bu 
cür  tələffüz  edirdi)haçan  gəldin?  –
soruĢdu.Dalısiyca da ölürəm  dedi.Dedi  və 
öz  səsinə  səksəndi.Səksəndi    də,amma 
ağlın,ürəyin    dərinliyində  gizlənən  o  sirli 
mənanı öz-özlüyündə səsə çevirib öz qulağı 

46
№ 3 (15) Payız 2015 
 
ilə öz ağzından eĢitdi - ―ölürəm Aylavatın.‖  
KiĢi  bir  də  ―ölürəm‖  dedi  və  bir  də 
eĢitdi.YəqinləĢdirdi  ki  ,  12  il  əvvəl  ölmüĢ 
arvadı  doğrudan  dirilib  gəlib    və      taxtın 
ayaq  ucunda  oturub    ərinin  buyruğunu 
gözləyir.Gözləyir  ki,  əri  çaymı,  ya  sumu 
istəsin,o  da  gedib  gətirsin.Amma  arvadı 
dillənmirdi.KiĢi  xırıltılı  səslə  bir  də 
səsləndi:‖Sən 
inanmırsan 
e,vallah, 
ölürəm,amma  ölüb  qurtara  bilmirəm.Sən 
öləndə  ağzını  açdın-yumdun,quĢ  kimi 
uçdun  getdin,vəssalam.Mənim  ölməyim  də 
zülümdü ,qorxuram,arvad.‖ 
        Arvadı  indi  dilləndi.‖Qorxma,  –  dedi, 
qorxma,ölməyə  nə  var.Əvvəl  adama  çətin 
gəlir.Amma  sonra  baxırsan  ki,  ölməkdən 
asan  heç  nə  yoxdu.Ölmək  -  bir  qurtum  su 
içmək kimi bir Ģeydi‖ Bunu söyləyib qadın 
kiĢisinə:‖Belə  dur  ,görüm,qoy  uzanım  bir 
də  ölüm,sən  də  bax  gör  ölmək  necə 
olur,öyrən‖, - dedi. 
            KiĢi  yerindən  durub  arvadına  yol 
verdi.Arvadı  irəli  adlayıb  yastığı  kənara,  
yorğanı  taxtın  aĢağı  ayağına  qoydu.Sonra 
mələfəni çəkib düzəltdi və sağ əliylə yatağa 
bir  sığal  da  çəkdi.Sonra  yastığı  götürdü, 
yüngülcə  döyəcləyib  baĢ  altına  qoydu  və 
yatağa 
uzanıb 
yorğanı 
sinəsinə 
çəkdi.Arvadın  canı  yox  idi,canını  əvvəlki 
ölümdə 
vermiĢdi.Ġndi 
can 
verəsi 
deyildi.Ona görə    ölməyi bir  içim su kimi 
asan bilirdi və  ərinə də bir içim sudan asan 
bildiyi ölümün dərsini keçirdi.  
        KiĢi  bütün  bunları  olumla  olüm 
arasında bir dar macal ucunda  seyr edirdi. 
       Arvadı: 
―Hə, 
bax 
beləcə 
uzanırsan,gözlərin  dikilir  qəmətə.Bir  də 
görürsən  ki,  qəmətdən  Allah  da  sənə 
baxır.Allahı  görən  kimi,  bil  ki,  ölmüsən, 
artıq  o  dünyadasan.Axı  bu  dünyada  Allah 
olmur.Allahı görmək  üçün gərək  adam çan 
versin.Canını 
vermədən 
Allahı 
görəmməzsən‖, -dedi. 
        KiĢi  arvadının  ölüm  dərsinə  baxıb 
gülümsədi.‖Elə 
bu?‖-arvadından 
soruĢdu.Arvadı:‖Hə,elə  bu‖,  -  dedi.KiĢi 
uğunub   getdi və ― ölmək elə bu isə,nə var 
ölməyə‖, - dedi.  Taxtda uzanıb ərinə ölmək 
dərsi  öyrədən  arvadından  gözünü    çəkib, 
yenə  oğluna  tərəf  baxdı.Oğlu    indi  üzünü 
divara 
tərəf 
çevirmiĢdi,yenə 
xoruldayırdı.KiĢi  arvadına  dur  görüm,dur, 
deyib  arvadının  yataqdan  qalxmasını 
gözlədi.Arvadı  qalxıb  yatağın  ayağında 
bayaqkı yerində əyləĢdi.KiĢi öz-özünə  
Uğundu:‖Gör  bir  ha,Aylavatın,  mən  də 
deyirəm  ,bəs  ölmək  necə  olur.Yatağa 
uzanıb  əllərini  sinəsində  çarpazladı.Elə  bu 
məqamda 
da 
biri 
qurtardı,o 
biri 
baĢladı.Amma 
nəyin 
qurtarıb,nəyin 
baĢladığını Allahdan baĢqa kimsə bilmədi.‖ 
Gecədən  keçmiĢdi,dünya  dan  üzünə  doğru 
idi. 
 
*** 
        Oğlunu    yuxudan  uğunmaq-gülmək  
səsi  qaldırmıĢdı.Qalxıb  dirsəyinə  söykənib 
atasına tərəf  baxırdı. 
        KiĢi  bir  də  güldü,uğundu  və  oğlu  bu 
qəribə gülüĢü eĢidib canına  dolan qorxu və 
həyacandan  üzünə  salavat  çevirdi.Allahu- 
əkbər dedi və Ģeytana lənət oxudu.      Sonra  
gəlib 
taxtın 
yanında  dayandı,atasına 
baxdı,kiĢinin  gözləri  qəmətdə  idi.Oğlu 
səsləndi:‖Qağa,ay  qağa,su  istəyirsənmi?‖ 
KiĢi 
oğlundan,oğlunun 
səsindən,bu 
dünyadan,dünyanın  suyundan,  adamından, 
daĢından  ,quĢundan  çox  uzaqda  idi.O 
uzaqlığa   səs gedib çatmazdı.       
          Arvadı  qalxıb  yola  düĢdü,ərinə,gecdi 
-dur  gedək  dedi.Arvadının  getdiyini  görən 
kiĢi 
qadının 
arxasıyca 
səsləndi:‖Gəlirəm,Aylavatın.‖Qalxıb 
ağ 
tuman-  köynəkdə  arvadı  gedən  səmtə 
yönəldi.KiĢi  tez-tez  qanrılıb  arxaya  baxa-
axa 
irəliləyirdi.Amma 
qadın 
arxaya 
baxmadan  gedirdi  və      bu  dar,  kiĢiyə  hələ 
qaranlıq  gələn  bu  yolu      bir  dəfə 
keçdiyindən,  yolun    hər  addımına      bələd 
idi.Elə  sövqi-  təbii  bilirdi  ki,  kiĢi  arxaya 
boylana-boylana  gəlir.    Ona  görə  də  ərinə 
―Bu  son  yoldu,bundan  dönüm  yox,bundan 
arxa  yox.Ona  görə  də  arxaya  baxmaqdan 
bir  fayda  da  yox,daha  boylanma,  kiĢi‖,  - 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin