Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
53 
düzənliklərdə  nabələd  heyvanlar  var. 
Babam  deyirdi  bunu.  Deyirdi,  canavar  çox 
ağıllı  heyvandır.  Əsl  çoban  həm  sürünü, 
həm  canavarı  otarmalıdır.  Yoxsa  canavar 
onu  otaracaq.  Hətta  deyirdi, aĢağı  obalarda 
bir  dəstə  qarabölük  adamlara  hücum  edib. 
Bilmirəm,  bəlkə  də  məni  qorxutmaq  üçün 
uydururdu  bunları.  DüĢünürdü  ki,  obadan 
uzaqlaĢıb azaram.  
       Yağmurlu  payız  gecələrinin  birində  ağ 
atımız gəlmədi. Dəliyə döndüm. Heç əmim 
itkin düĢəndə bu qədər sarsılmamıĢdım. Ağ 
atı bəlkə atamdan da çox istəyirdim. Gözəl 
at  idi.  Ömrümdə  belə  ağappaq,  belə  cəsur, 
belə 
güclü 
heyvan 
görməmiĢdim. 
KiĢnəyəndə  adamın  ürəyinə  od  düĢürdü. 
Səsi  elə  nisgilli  idi  ki,  eĢidənlərin  içini 
titrədir,  həm  də  ruhuna  sakitlik  gətirirdi. 
Hələ qoxusu... Ġlahi! 
   Əslində ağ atımız heyvan deyil, evimizin 
bir  sakini  idi.  Evimizi,  ailəmizi  onsuz 
təsəvvür  eləmirdim.  Həm  də  əmimin 
hənirini  alırdıq  ondan.  Aramızda  əmimi 
axırıncı  dəfə  görən  ağ  atımız  idi.  Onu 
canavar  yesə  dözə  bilməzdim.  Bəlkə  elə 
indi  üstünə  qarabölük  düĢmüĢdü?  Bəlkə, 
həminki  kövrək,  adamın  içini  titrədən 
səsiylə  kiĢnəyib  atamı,  əmimi,  hətta  məni 
köməyə  çağırırdı?  Gah  içəri girir, gah  çölə 
qaçır,  gah  da  qapının  yanavından  vahiməli 
qaranlığa  baxırdım.  Baxdıqca  daha  çox 
üĢənirdim.  Babam  gözgörəti  havalandığımı 
görüncə  cibindən  qatlama  bıçağını  çıxarıb 
açdı,  ağzına  yaxınlaĢırdı  və  bu  sözləri 
oxuya-oxuya  üfürüb  bağladı:  ―Səriallahın 
səlaha...‖  Sonra  da  qatmayla  bərk-bərk 
sarıdı:  ―Qurdun  ağzını  bağladım!  Bu  gecə 
atımıza xətər dəyməyəcək! Amma gərək atı 
tapana  qədər  bıçağın  ağzını  açmayasan!‖ 
Bıçağı aparıb gizlədim. Qayıdanda bayaqkı 
sözləri təkrar-təkrar soruĢub əzbərlədim. 
       Ağ  at  sağ-salamat  gəldi.  Qaçıb  onun 
yulaf  qoxuyan  yumĢaq  burnundan  öpdüm. 
Bıçağın  da  ağzını  bir  həftə  açmadım  ki, 
canavar 
baĢqa 
heyvanlara 
xətər 
yetirməsin.   
    Hacı Süleymana qar düĢən gün babamın 
gözləri  tamam  tutuldu.  Burnunun  ucunda 
barmağımı  gah  ―bir‖,  gah  ―iki‖  tutub 
soruĢurdum,  bilmirdi.  Ancaq  nədənsə  yenə 
eynəyini  gözündən  çıxartmırdı.  Hətta 
ĢüĢəsini anama sildirirdi də. 
       Babam  yeraltı  qazmamızın  böyründəki 
basmanın  yanında  ala-tala  görünən  qara 
tərəf  oturub  özü  üçün  nəsə  düĢünərkən 
birdən ağlıma gəldi ki, bütün baĢ verənlərin 
baiskarı  mənəm.  Əgər  pərgarın  ucuyla 
babamın Ģəkildəki gözlərini oymasaydım, o, 
kor  olmaz,  evimiz  dağılmaz,  əmim  itkin 
düĢməzdi.  Hətta  babam  kor  olmasa  uzun 
çubuğunu  əlinə  alıb  yad  adamları 
evimizdən  qovar,  əmimi  tapar,  bizi  Hacı 
Süleymanın 
istilərinin-mığmığalarının 
əlindən xilas edərdi. 
       Və  buna  inanacaq  qədər  uĢaq,  bundan 
əzab çəkəcək qədər böyük idim. 
  
*** 
      Babam öləndə vəsiyyət elədi ki, yanında 
əmim  üçün  yer  saxlasınlar.  Saxladılar. 
Amma əmimin ölüsü də gəlmədi. 
         Qəbrin üstünü  götürəndə daĢa  vurmağa 
baĢqa  Ģəkil  tapmadıq.  Anam  düyünçələrini 
qurdalayıb  gözlərini  tökdüyüm  Ģəkli 
çıxartdı, daĢ ustasına onu verdilər. 
       BaĢ  daĢındakı  Ģəkli  elə  düĢüb  ki,  pərgar 
yerlərini  bircə  mən  görə  bilirəm  və  hər 
görəndə  içim  sızlayır.  Və  elə  sızlayır  ki, 
mən  də  bir  vəsiyyət  eləməyə  hazırlaĢıram: 
öləndə  əmimin  yerinə,  babamın  yanına 
gömsünlər 
məni. 
Körpə 
vaxtı 
lüt 
soyundurub  maykasının  altına  saldıqları 
kimi...  Sinəsinə  sığınıb  məni  bağıĢlamasını 
istəyim. Gözlərini töküb dünyamızı zülmətə 
çevirdiyim üçün.    
  
 
 
 
 
 
 
 

54
№ 3 (15) Payız 2015 
 
Natiq Məmmədli 
 
 
Professor və samuraylar 
 
     Professor 
Ġsaxanbəyli 
çox 
abırlı, 
qanacaqlı,  ağayana  bir  kiĢi  idi;  dizinin 
üstündə  namaz  qılmaq  öz  yerində,  elə  bil 
ağsaqqal çöhrəsində qız həyası vardı, elə bil 
nə  vaxtsa  qənddandan  qənd  oğurlayan 
vaxtlarında  dədəsinin  qulağının  dibindən 
tutuzdurduğu  qeyrət  Ģapalağındakı  beĢ 
barmağının  beĢinin  də  izi  iliĢib  sifətində 
qalmıĢdı.  Bu  izlər  onun  aĢırma  Ģalvar 
geyindiyi,  pionerə,  komsomola  keçdiyi, 
nəhayət  özünü  Bakıya  verib  oxuyub-
oxuyub  böyük  professor  olduğu  vaxtlarda 
belə üzündən çəkilməyib sanki əbədi niqaba 
çevrilmiĢdi.  Onun  ağlı-kamalı  haqqında 
ürək  eləyib  nəsə  deyə  bilmərəm,  zatən 
professordu 
və 
heç 
Ģübhəsiz 
ki, 
dissertasiyasını  da  özü  yazıb.  Hələ  üstəlik 
elə  adam  da  təsəvvür  eləmirəm  ağlından 
keçirsin  ki,  Ġsaxanbəyli  bu  vaxta  kimi  heç 
kəsin 
qabağında 
alçaltmadığı, 
nəcib 
düĢüncələrin oylağı olan baĢını qaldırıb bir 
zənən xeylağının  nə  sifətinə, nə  yubkasının 
darlığına,  qısalığına,  uzunluğuna  baxsın. 
Belə Ģeyləri düĢünməyin özü elə günahların 
ən  böyüyüdür  ki,  o  dünyada  mələklər 
adamın 
oriyentasiyasını 
müəyyənləĢdirəndə,  yəni  cənnətlik,  ya 
cəhənnəmlik 
olduğunu  ayırd  edəndə 
diqqətdən qaçırmayacaqlar.  
     Hələ  mən  demirəm  ki,  kiĢi  gözəl,  gözəl 
olduğu  qədər  də  nümunəvi  ailə  baĢçısı  idi; 
qırx  il  bundan  öncə  anasının  məsləhəti  ilə 
halal  süd  əmmiĢ  el  qızı  Tutibikəylə 
evlənmiĢ, cəmiyyətə, elə-obaya yararlı qızıl 
parçası  kimi  dörd  övlad  böyütmüĢ,  filan 
qədər  nəvə, filan  qədər nəticə  almıĢ, kəsəsi 
bizim  diyarın  barmaqla  göstərilən  ailə-
təsərrüfat  baĢçılarından,  yenə  də  təkrar 
edirəm  gözəl  olduğu  qədər  də  nümunəvi 
təsərrüfat  baĢçılarından  birinə  çevrilmiĢdi. 
Nə 
yaxĢı  ki,  insanları  bir-birindən 
fərqləndirən,  hərəni  bir  cürə  fərdiləĢdirən 
əxlaq  da  daxil  olmaqla  bütün  nəcib 
keyfiyyətlər  pul-para  kimi  cibdən  yox, 
gendən  gəlir.  YaxĢı  qoç  quzuluğundan 
bilindiyi  kimi  professorun  balaları  da 
ayaqlarının  dədələrinin  cızdığı  yoldan 
kənara 
qoymadan, 
əvvəlcə  büdrəyə-
büdrəyə,  sonra  yıxıla-dura,  nəhayət  iri 
addımlarla  yeriməyi,  baĢqa  sözlə  desək, 
baĢlarını  aĢağı  salıb  öz  yollarıyla  getməyi 
öyrənmiĢdilər. 
Özünün 
uĢaqlığında 
(yuxarıda  xatırlatdım  ha,  qənddandan  qənd 
oğurlayan  vaxtlarında)  qulağının  dibinə 
vurulan  Ģapalaqdandımı  deyim,  ya  eləcə 
irsən  keçən  alicənablıqdanmı  deyim,  hər 
nədəndisə  professor  bu  illər  ərzində 
balalarına  güldən  ağır  söz  deməmiĢdi,  heç 
səsini də qaldırmamıĢdı və bunun üçün heç 
səbəb  də  olmamıĢdı.  YaxĢı  at  özünə  niyə 
qamçı vurdursun ki?.. Ġsaxanbəyli bax belə 
Ģəxsiyyət  idi,  bir  sözlə,  uca  yaradan  indiki 
dövrün adamlarını tamarzı qoyub ağızlarını 
sulandırmaq  üçün  mənəviyyat  arsenalında 
nəyi  vardısa  hamısını  yığıb-yığıĢdırıb 
cəmləmiĢdi bu kiĢinin simasında.   
     Gör  e,  etikaya  o  qədər  aludə  oldum  ki, 
estetika  yaddan  çıxdı  –  bilmirəm  bu  qədər 
yazılanlardan  sonra  professorun  siması 
gözünüzün  qabağında  necə  canlanacaq? 
BəribaĢdan  ərz  edim  ki,  bu  vaxta  kimi 
tanıdığınız  yaxĢı  adamları,  yerlibazlığınıza, 
qohumbazlığınıza  salıb  öz  əqrabanızdakı 
ağsaqqalları  bu  əsərin  qəhrəmanına  tay 
tutmağı 
ağlınızdan 
keçirməyin. 
Ġndi 
əlamətlərini  bir-bir  sadalayacam,  aranızda 
bekara  əl  qabiliyyəti  olan  varsa,  mən 
dedikcə  sulu  boya  götürüb  çəkə  də  bilər, 

                            Üç aylıq ədəbiyyat dərgisi 
55 
görün  heç  sizin  tayfanızda  belə  biçimdə 
adam olub, yoxsa yox? Onun boyu hardasa 
bir  metr  səksən, ya  səksən beĢ  arasındaydı, 
hər  halda  mən  onun  yanından  ötəndə 
həmiĢə  özümü  dünyanın  ən  cılız  adamı, 
hətta  liliputu  hesab  eləmiĢəm,  həmiĢə  də 
ona  baĢı  qarlı  dağlara  baxıb  Ģeir 
guppuldadan  bizim  ellərin  Ģairləri  kimi, 
türkün  məsəli  aĢağıdan  yuxarı  baxmıĢam. 
Harınlıqdan,  yeyib-içib  yatmaqdan  yox, 
yaĢının  çoxluğundan  idi  ki,  yorub  əldən 
saldığı illər sifətinə müdriklik gətirdiyi kimi 
ortasına  yoğunluq  vermiĢdi.  Belə  biçimdə 
adamlar  gərəkdir  ki,  üzgüçülük  hovuzuna 
girəndə  suya  qəfil  kəllə  vurmasınlar,  yoxsa 
qoltuqlarının  altından    sallanan  piyli  ət 
qırıĢları kimi suda elə bil ləngər yaranar ki, 
üzənlər  müvazinətini  saxlaya  bilməz.  Mən 
belə  naqolay  halın  bir  neçə  dəfə  Ģahidi 
olmuĢam,  amma  professoru  heç  vaxt  lüt 
görmədiyimdən  imanımı  yandıra  bilmərəm 
o,  kəllə  vuranda  belə  olar,  yoxsa  yox? 
Yoğun  gövdəsinin  yuxarısında  iri  qabarıq 
sinəsi,  onunu  üstündəysə  ayrıca  bəhs 
edəcəyim 
baĢı  dayanırdı.  Professorun 
əllərinə  baxmasan  elə  bilərdin  ki,  bu  kiĢi 
ömrü  boyu  ġvarstneqrnla  bir  yerdə  məĢq 
eləyib; Ģtanqla-mıĢtanqla, qantellə-mantellə, 
türkniklə-murniklə,  nə  bilim  ağlınıza  nə 
gəlirsə  onunla.  Amma  onun  incə,  yumĢaq 
əlləri, bapbalaca barmaqları bütün bu fiziki 
göstəricilərin üstündə yekə bir xətt çəkir və 
adamın  beyninə  döyəcləyirdi  ki,  bu  bədən, 
bu  gödən  Allahın  bəxĢiĢidi,  sən  özündən 
danıĢ,  liliput.  Keçək  baĢa…  Çox  güman 
hədsiz oxumaqdan, ya da yazmaqdan bir az 
donqarlaĢmıĢ  boynunun  üstündə  dayanan 
həmin  baĢı  yüz  baĢın  içindən  seçərəm; 
arxaya  daranmıĢ  gur  dalğalı  ağ  saçlar  onu 
keçən  əsrin  əvvəllərində  Peterburqda,  ya 
Sarbonnada oxuyub vətənə qayıtmıĢ cəhalət 
və xurafat içində çabalayan ümməti  millətə 
çevirmək kimi cəncəl iĢə giriĢib ömürlərini 
əridən  ziyalılara  oxĢadırdı.  Təxminən 
Brejnevin  qaĢı  boyda  çallaĢmıĢ  gur  qalın 
qaĢların  kölgəsində  par-parıldayan  gözlər 
alov  saçırdı.  ġülək  sifətinə  münasib, 
profildən  XIV  Lüdoviqi  xatırladan  sivri 
burunu  yekə  olduğu  üçün  amiranə,  mən 
deyərdim  həm  də  yaraĢıqlı  görsənirdi.  Yeri 
gəlmiĢkən  axır  vaxtlar  burunlarını  kəsib-
doğratdıran  kiĢili-qadınlı  bu  camaatı  baĢa 
düĢə bilmirəm, belə getsə biz yazıçıların iĢi 
zülm 
olacaq, 
ədəbiyyata 
gətirməyə 
özünəməxsus,  kreativ  burun  tapmaq 
müĢkülə  düĢəcək,  qurtarın  bu  biabırçılığı! 
Bu nə ədəbazlıqdı belə, hamının burnu bir-
birinə  oxĢayır.  Yenə  sağ  olsun  professor 
Ġsaxanbəyli, 
fitrətən 
yekə 
burnunun 
kölgəsində isə yaraĢıqda heç də ondan geri 
qalmayan,  necə  deyərlər  qoĢa  badam 
sığmayan  ətli  dodaqları  qərar  tutmuĢdu. 
Bayaq 
burun 
haqqında 
dediklərim 
dodaqlara  da  aiddi,  yığıĢdırın  özünüzü! 
Professorun  dodaqları  azca  sola  əyilmiĢdi, 
həm  də  ətli  və  yupyumuru  idi,  təzə 
dartdırdıqları  sifətlərinin  qırıĢmaması  üçün 
qadınlar  güləndə  dodaqlarını  yumrulayıb 
qabağa verib xoruz səsi çıxartdıqları kimi.  
      Mənə elə gəlir, bu qədər təsvirdən sonra 
kiĢinin 
əzəmətli 
simasını 
gözləriniz 
qarĢısında  canlandırmağa  müyəssər  oldum, 
bacarmadımsa,  gözüm  aydın,  davamını 
oxuyun bəlkə nəsə tuta bildiniz.   
       Təbii  ki,  uca  yaradanın  kefinin  saz 
vaxtında  xəlq  elədiyi  belə  mükəmməl 
varlığın zahiri əlamətlərini tamamlayan iĢi-
gücü,  sosial  statusu,  adı-sanı  olmalıdır  ki, 
ilahi  ədalət  təntənəylə  zəfər  çaldığını 
nümayiĢ  etdirsin.  Əvvəlcə  keçək  onun 
soyadında  -  Ġsaxanbəylidəki  «xan»a  və 
«bəy»ə;  heç  Ģübhəsiz  mötəbər  adamlar 
digər  iki  ayaqalı  canlılardan  fərqli  olaraq 
hələ  ana  bətnindəykən  hansısa  qeyri-
müəyyən  zatın  qeyri-müəyyən  hissəsi  ilə 
paranormal 
təmasa 
girərək 
kamil 
doğulurlar.  Sizin  qana  biləcəyiniz  dillə 
desəm  bir  növ  vergili  olurlar.  Mən  vergili 
deyərkən,  nə  fala  baxanları,  nə  də  əlavə 
dəyər  vergisini  nəzərdə  tuturam,  bu,  çox 
mürəkkəb  mövzudur  -  bir  ucu  sufiliyə,  bir 
ucu protestant məzhəbinə, o birisi tərəfi isə 
Ģamanizmə,  amanizmə  və  baĢqa  izmlərə 
bağlıdır  ki,  mənim  onlara  giriĢməyə 

56
№ 3 (15) Payız 2015 
 
hövsələm  çatmaz.  Professorun  da  lüt 
ətcəbala  proletar  nəslində  nə  bəy  olmuĢdu, 
nə  də  xan,  heç  pristav,  uryadnik  də 
olmamıĢdı, 
amma 
kiĢinin 
soyadı 
Ġsaxanbəyli  idi.  Görünür,  bu  sirri-xuda  da 
həmən  o  qeyri-müəyyən  zatla  paranormal 
təmasın  təzahürü  idi  ki,  beynimizdə  Qordi 
düyünü  kimi  düyünlənib  qalacaq  və  heç 
vaxt əyan olmayacaq.  
      Sizi 
çox 
yormayım 
Ġsaxanbəyli 
qətqamətli,  abırlı-həyalı  Ģəxsiyyət,  gözəl 
ailə  baĢçısı  olmaqla  yanaĢı  həm  də  bizim 
müəllimimiz idi – Asiya və Afrika xalqları 
tarixindən  dərs  deyir,  imtahan  götürür, 
«zaçot» yazırdı.  
     Əziz  oxucu,  and  olsun  əzizlərimizin 
canına  ki,  mən  hekayəni  qısa  yazmaq 
istəyirdim,  bilmirəm  niyə  belə  uzun  alınır. 
Əslində  elə  sözümün  «mustafası»  da 
buradan 
baĢlayır, 
bu 
yerə 
qədər 
oxuduqlarına  görə  səni  yordumsa,  üzüm 
ayağının altına.  
    Əvvəllər  bilmirdim  ki,  bu  kiĢinin  iki 
qitənin  tarixindən  oxuduğu  mühazirələr 
içərisində  niyə  məhz  samuray  əhvalatı 
yaddaĢımda  qalıb?  Bir  dəfə  Yaponiyanın 
orta əsrlərdə imperiyalar yaradıb bərkgedən 
vaxtlarından 
danıĢanda 
bu 
əhvalatı 
söyləmiĢdi.  DemiĢdi  «ayə»,  az  qala 
unutmuĢdum  professor  üçün  oğlan,  qız 
dəxli  yox  idi,  sinifdə  (özüm  auditoriya 
yerinə sinif yazıram ki, o özü belə deyərdi) 
kimə  əlini  uzadırdısa  eləcə  «ayə»  deyərdi. 
Onun  dilindən  çıxan  bu  söz  adamın  canına 
elə  yağ  kimi  yayılardı  ki,  qızlar  özlərini 
kiĢi,  kiĢilər  də  nə  bilim  nə  hesab  eləyərdi. 
Dedi  «ayə,  bu  yapon  samurayları  ki,  var 
çox ĢələĢur adamlar idilər. Ancaq qollarının 
gücünə  lotuluq  eləməyi  bilirdilər.  Belə 
götürəndə vətən-zad da hərləmirdilər. Onlar 
vətən  deyəndə  öz  qanmaz  ağalarını,  yəni 
ciblərinə  pul  basan  feodalları  nəzərdə 
tuturdular.  Bu  feodallar  da  samurayları 
qudurdub  salmıĢdılar  Yaponiyanın  canına. 
Onlar  da  yetənə  yetir,  elə  yetməyənə  də 
yetirdilər.  Adamın  canına  vəlvələ  salan  bir 
əcaib  qayda,  yazılmamıĢ  qanun  var  idi: 
özünə 
təzə 
qılınc 
düzəltdirib 
dəmirçixanadan  çıxan  samuray  qılıncının 
itiliyini  yoxlamaq  üçün  küçədə  qabağına 
keçən 
istənilən 
adamı 
doğrayıb 
bağarsaqlarını  çölə  tökə  bilərdi.  Buna  görə 
ona  heç  kim  gözünün  üstə  qaĢın  var  deyə 
bilməzdi.  Həm  də  o  vaxtlar  belə  bir  atalar 
məsəlini  də  tez-tez  yada  salardılar  – 
basılmaz  samurayı  çox  olan  feodal.  Nəysə, 
bu gədələr Yaponiyanın gününü göy əsgiyə 
bükmüĢdülər. 
Samuraylar 

qədər 
qudurdular  ki,  bilirsiniz  axırda  nə  oldu? 
Dalını kitabdan oxuyarsınız».  
      Professor  abırlı-həyalı  Ģəxsiyyət,  gözəl 
ailə baĢçısı, savadlı pedaqoq olmaqla yanaĢı 
həm  də  bir  az  höcət  adam  idi,  deməli 
tapĢırığa  mütləq  əməl  etmək  lazım  idi. 
Amma  bizim  qrupda  heç  kimin  bəxti 
gətirmədi,  Axundov  kitabxanasında  bir 
neçə  həftəlik  növbədən  sonra  tapdığımız 
saralıb,  pülüĢdənib  kitablıqdan  çıxmıĢ 
kitabın həmin səhifəsini əli qurumuĢun biri 
cırıb  götürmüĢdü.  Özü  də  cırmaq  var, 
cırmaq  var  elə  bil  samuray  qılıncının 
itiliyini  kitabın  üstündə  yoxlamıĢdı.  Nəysə 
çox  pəjmürdə  olduq,  ürəyimizin  baĢı 
soyuldu,  imtahan  günü  yaxınlaĢdıqca  hərə 
bir  yerə  nəzir-niyaz  dedi  ki,  samuray 
söhbəti  onun  qabağına  çıxmasın.  Mənə 
gəldikdəysə hər Ģeyə hazır idim – Asiya və 
Afrikanın 
tarixini 
necə 
lazımdır 
öyrənmiĢdim,  Çan  KayĢinin  qalstukunun 
rəngindən tutmuĢ, Cəvahirləl Nehrunun qızı 
Ġndiraya 
yazdığı 
məktublaracan 
oxumuĢdum,  hələ  bəlayi-ehtiyat  Mərkəzi 
Afrika  ölkələrinin  prezidentlərinin  adlarını, 
Vyetnam  Kommunist  Partiyası  Siyasi 
Bürosunun  üzlərinin  familyalarını  da 
əzbərləmiĢdim  ki,  kara  gələ  bilər. 
XoĢbəxtlikdən həmin sual bizim yox, baĢqa 
qrupdan  baĢqa  bir  tələbəyə  urcah  oldu. 
Professor 
incə 
barmaqlarını 
arxaya 
daranmıĢ dalğalı ağ saçlarında gəzdirəndən 
sonra  soruĢdu  «Samuraylar  qudurandan 
sonra  Yaponiyanın  axırı  nooldu,  ayə?» 
Bədbəxt  tələbəni  kiĢinin  zəhmi  nətəhər 
basırsa  qayıdıb  nə  desə  yaxĢıdı  «Amerika 

                            Üç aylıq ədəbiyyat dərgisi 
57 
Xirosimaya  bomba  atdı».  Professorun  sözü 
olmasın, dalını özünüz təsəvvür eləyin…      
      Biz  arada,  xüsusən  axĢamlar,  toran 
qovuĢanda  professor  Ġsaxanbəylini  Elmlər 
Akademiyasının  bağında  tək-tənha  xırda 
addımlarla  gəziĢən  görərdik.  Sözün  açığı 
mən  görməmiĢəm,  yataqxanada  uĢaqlar 
görürdülər,  mən  onun  qorxusundan  nəinki 
bağına  heç  akademiyanın  bufetinə  belə 
getmirdim.  Niyə  ağrımaz  baĢıma  dəsmal 
bağlamalıydım  ki,  birdən  qalın  qaĢlarının 
altındakı od-alov saçan gözləri mənə sataĢar 
və  yumĢaq  əlinin  Ģəhadət  barmağını  irəli 
uzadıb  bircə dəfə «ayə» deməyi kifayət idi 
ki,  damarımda  qanım  donsun.  Burada 
bekara haĢiyəyə çıxım ki, professor sayılıb-
seçilən  Ģəxsiyyət,  nümunəvi  ailə-təsərrüfat 
baĢçısı,  prinsipial  müəllim  olmaqla  yanaĢı 
həm  də  canının  qədrini  bilən  gözəl  ziyalı 
idi. UĢaqlar danıĢırlar ki, axĢamlar, əl-ayaq 
yığıĢanda kiĢi xırda addımlarla bağı azından 
yüz dəfə dövrə vurar, arada nəfəsini dərmək 
üçün  Cavidin  heykəli  qabağında  dayanıb 
əllərini  arxasında  çarpazlayaraq  aĢağıdan 
yuxarı  səma  Ģairinə  baxdıqca  baxarmıĢ. 
Mən  onu  belə  pozada  bir  neçə  dəfə  sinifdə 
görmüĢəm,  əllərini  dalına  qoyub  sinəsini 
irəli  verərək  heç  bir  məna-filan  yağmayan 
alovlu 
baxıĢlarını 
məchul 
nöqtəyə 
zilləyəndə  bir  suyumu  yoldaĢ  Stalinə 
oxĢayırdı.  Təsəvvür  eləyin  Stalin  gəlib 
durub  Cavidin  qabağında,  özü  də  ona 
aĢağıdan yuxarı baxır, dağıl a dünya! 
     ToranqovuĢan 
gəzintilərinin  birində 
kiĢinin  baĢına  elə  bir  müsibət  gəlir  ki, 
yapon  samurayları  yalan  olurmu  deyim, 
gerçək  olurmu  deyim.  Yüz  neçənci 
dövrədən  sonra  professor  gündəlik  gəzinti 
normativini  ödədiyindən  yolu  keçib  evinə 
getmək  istəyir.  Yoldan  söz  düĢmüĢkən 
parkın ətrafındakı yol yaman yoldu, hünərin 
var onu keçməyə cəhd göstər, ya da elə-belə 
ayağını  səkinin  qırağına  qoy  maĢınlar 
üstünə elə Ģığıyır ki, sanki üç gündü ağzına 
ət  dəyməyən  ov  iti  yaralı  dovĢanın  dalınca 
düĢüb.  Heç  olmasa  havanın  iĢıqlı  vaxtları 
birtəhər keçmək olur, xüsusən qabaqda mini 
yubkalı  zənən  xeylağı  gedəndə  lap  əla, 
bütün maĢınlar əyləci basır, yeriniz məlum, 
siqnal  verən  kim,  fit  çalan  kim,  «Ələsgər, 
Ələsgər»  qıĢqıran  kim…  Sən  də  özünü  o 
yerə 
qoymursan 
zənən 
xeylağının 
ayaqlarının  ritminə  uyğun  addımlayırsan, 
elə bil yolu yox farağat dayanmıĢ bir taqım 
əsgərin  qabağından  keçirsən.  Amma  gecə 
vaxtı,  əl-ayaq  çəkiləndən  sonra  zənən 
xeylağı, 
özü 
də 
gödək 
ətəklisini 
akademiyanın  qabağından  necə  tapasan, 
onda  oğlu  istəyirəm  yolu  keçə.  Oğlu 
demiĢkən,  Ġlahi  bu  Ģəhərdə  mamasının 
aldığı maĢınları sürən nə qədər oğul varmıĢ! 
Bu,  nə  mənim  sözlərimdi,  nə  də  facebook-
dan  çırpıĢdırmıĢam,  onu  mənə  ilk  dəfə  iĢə 
baĢladığım  qəzetdə  sürücümüz  Nuru 
demiĢdi, Allah ona qəni-qəni rəhmət eləsin. 
O, Ġsaxanbəylinin qohumu-zadı deyildi, heç 
bir-birlərini  tanımırdılar  da,  tamam  baĢqa 
dünyanın  adamları  idilər.  Açığı  Nuru 
hardan  gəldi  bu  hekayəyə  düĢdü  bilmirəm, 
gəlibsə neynək qoy qalsın, xətri həmiĢə əziz 
olsun. Rəhmətlik deyərdi ki, o kəslər maĢın 
sürəndə gözləri adam görmür, bil ki onlara 
maĢını  mamaları  alıb.  Nuru  Azərbaycan 
dilini  də  gözəl  bilirdi  «ana»  demədi,  yüz 
faiz yadımdadı «mama» dedi.  
      Həmin  gecə  mədəni  həyat  tərzinin  son 
akkordlarını vuran Ġsaxanbəyli yolu keçmək 
istəyir. Sən saydığını say, gör samuraylar nə 
sayır…  KiĢi  ayağını  asfalta  basan  kimi 
dilindən 
sonuncu 
kəs 
çıxan  «ayə» 
kəlməsinin  ağ  göyərçinə  çevrilib  bir  neçə 
dəfə  havada  mayallaq  aĢandan  sonra  yerə 
sərilməsi  bir  olur.  Hər  dəfə  həmin 
situasiyanı  təsəvvürümdə  canlandıranda 
ətim  ürpənir,  özümü  qoymağa  yer 
tapmıram,  heç  indi  də  həmin  anı  yerli-
yataqlı  təsvir  edə  bilməycəm,  çox 
həyəcanlanıram.  Mənə  elə  gəlir  ki,  həmin 
vaxt kiĢinin dilindən çıxan «ayə» çox fərqli 
olub,  hardasa  heyrət  dolu,  hardasa  vahimə 
dolu  və  hardasa  təxminən  belə  səslənib 
«ayyyyyəəəəəəəəəə»… 
       Heyf,  çox  heyf  itirdik  onu.  Heç  bilən 
olmadı  onu  vuran  tankı  kimin  maması 

58
№ 3 (15) Payız 2015 
 
almıĢdı.  Sən  demə  küçələrdə  quraĢdırılmıĢ 
kameralar  qəza  vaxtı  üzünü  baĢqa  səmtə 
döndərib  Akademiyanın  qoca  və  əzəmətli 
binasının  pəncərələrini  çəkirmiĢlər  ki, 
görsünlər  elmi  iĢçilərdən  hansı  evə  gedən 
də  iĢığı  yanılı  qoyub.  Bax  belə  hekayə 
qurtardı,  bu  bahalıq  vaxtı  göydən  üç 
almanın düĢməsini gözləməyin. O əzəmətli, 
nəcib,  Ģəxsiyyətli  kiĢidən  bizə  yalnız  sual 
qaldı,  cavabını  ömrümüz  boyu  əlləĢib  tapa 
bilməyəcəyimiz,  oraq  kimi  baĢı  əyilmiĢ 
yekə  bir  sual  -  «Samuraylar  qudurandan 
sonra Yaponiyanın axırı nooldu, ayə?» 
 
 
MüĢfiq XAN 
 
 
 
“5.45” 
Bəzən  iki,  üç,  dörd,  on,  yüz  tənha  insanın 
cəmi 
elə iki, üç, dörd, on, yüz tənha insan olur. 
Toplanırlar. Toparlana bilmirlər, sadəcə... 
 
Gedənlər  qayıtmadıqca,  dünyanın,  əslində, 
bütün  qucaqları  qucaqlaya  biləcək  qədər 
böyük 
olduğunun 
fərqinə 
vardıq. 
GecikmiĢdik. 
Təknəfərlik 
qucaqlar 
ikinəfərlik  boĢalmıĢdı,  onda.  Və  həm  də 
həmiĢəlik... 
Dağ dağa rast gəlməsə də, insan insana rast 
gələr  deyirlər  ha,  bu  təsəlli  uĢaqlıqdan  bəri 
beynimin  köĢələrində  iliĢib  qalan  ən 
toxunulmaz,  tutacaq  yeganə  ümid  yerimdi 
bəlkə  də.  DanıĢacağım  bu  hekayənin 
qəhrəmanı  bir  zamanlar  ən  yaxın  dostum 
olan  Camaldır.  Ġndi  həyatda  olmayan 
uĢaqlıq dostumun baĢına gəlmiĢ bu qəzavü-
qədəri əvvəllər də, elə bu gün – yaĢımın gec 
çağında  da hər  dəfə  xatırlayanda dünyadan 
əlimi üzürəm... 
               Camalın 
gündəliyindən 
qeydlərim... 
    Ġndi  yaĢadığım  ev  Ģəhərin  mərkəzindən 
xeyli  aralıda,  insanların  sıx  və  qaynar 
həyatının  yeniliklərindən  gec  xəbər  tutan, 
islahatları  həzm  edə  bilməyən  qəsəbə 
əhalisi  ilə  eyni  əraziyə  düĢürdü.  Daha 
dəqiqi 
mən 
onlarla 
eyni 
qəsəbədə 
yaĢayırdım.  Qəsəbə  deyəndə  ki,  bildiyimiz 
kənddi  buralar.  Çörəyi  daĢdan  çıxan,  malı-
heyvanı, uzunqulağı, atı, özünəməxsus kənd 
avtobusu  və  yerli  əhalisi  ilə  fərqlənməyi 
bacaran,  bir  az  da  aydınlaĢdırıb  desəm, 
fərqləndiyini  zənn  edən  insanların  yaĢadığı 
kənd.  Hələ  bir  kənddə  ―çujoy‖  adam 
olduğunu  hiss  elədilərsə,  ―qıraqyerrisən?‖ 
deyə  soruĢmalarını  demirəm.  YaĢadığım 
məmləkətdə  ―hardansan?‖  sualınnan  sonra 
elə  ən  çox  eĢitdiyim  bölgəbaz  sual  da 
buydu. Sözümün canı bu deyil... 
Onu  deyirdim,  kənddəki  evimin  yolu  düz 
qəbiristanlığın  üstündəydi.  Ġstəsəm  də, 
istəməsəm də hər gün ən azı iki dəfə ordan 
boylanan,  daha  doğrusu  gözümə  girən  baĢ 
daĢlarını  görmək  məcburiyyətindəydim  – 
iĢə gedəndə və iĢdən qayıdanda. Hekayəmin 
bu  hissəsinə  qədər  hiss  edirəm  ki,  ―daha 
doğrusu‖  ifadəsini  yerli-yersiz  tez-tez 
istifadə  edirəm.  Daha  doğrusu,  mən  yox, 
mənim  hekayəmi  danıĢan  dostum.  Amma 
mənim yatdığım yerdən xortdayıb gəlib sizə 
baĢıma  gələn  bu  hadisəni  rəvayət  edə 
bilməyəciyimi  nəzərə  alsaq,  dostumun  da 
görəvi  bizim  düĢündüyümüz  qədər  asan 
deyil. 
Bəhs etdiyim kənd qəbiristanlığındakı qədər 
məzarı  ömrümdə  heç  yerdə  görməmiĢdim. 
Ətəyinnən sonuna qədər üç dəfə salavat, bir 
dəfə  fatihə,  bir  ağız  da  ixlas  surəsini  rahat 
zikr etməkçün geninə-boluna vaxtın olurdu. 
Hər  gün  maĢınla  yanından  keçib  iĢə 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin