Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 
*** 
             ĠKĠ ÜZLÜ  ADAM 
             Qızlar  bir-birinə  qısılıb  səssiz 
ağlayırlar.  
             Sınıx-salxaq  stolun  üstündə  süfrə 
əvəzinə 
qəzet 
parası 
var. 
BaĢda 
―Mədəniyyət  xəbərləri‖  yazılıb.  Ondan 
aĢağıda  bir  neçə  xəbər  var.  Amma  qızların 
ikisinin 
də 
gözü  ―Ġki  üzlü  adam‖ 
məqaləsinə  sataĢır  və  acgözlüklə  oxumağa 
baĢlayırlar:  
           ―  Edvard  Mordrake  19-cu  əsrdə 
yaşamış krallıq ailəsindən olan bir şəxsmiş. 
O,  nadir  rastlaşılan  genetik  pozğunluq 
səbəbindən  iki  üzə  sahib  olub.  Edvardın 
ikinci  sifəti  yemək  və  danışmaq  gücünə 
malik  olmayıb.  Amma  bir  çox  hallarda 
qəmli,  ya  şad  ola  bilib.  Ən  qəribəsi  isə 
budur  ki,  Edvardın  başının  arxasında  bu 
ikinci 
sifət 
Edvardın  əsil  sifətindən 
təsirlənməyib.  Belə  ki,  Edvardın  güldüyü 
bəzi  zamanlarda  onun  ikinci  sifəti  qəmli 
olub.  Bir  çox  həkimlər  Edvardı  müayinə 
etsə  də,  kimsə  onu  ikinci  sifətindən 
qurtarmağa  cürət  etməyib.  Edvard  özü 
ikinci sifətini “şeytani sifət” adlandırırdı və 
həkimlərə 
onu  bu  şeytani  sifətdən 
qurtarmaq 
üçün 
yalvarırdı. 
        Edvardın  hansısa  xəstəliyi  olmayıb, 
zehni  cəhətdən  də  normal  insan  kimi  olub. 
Edvard  iddia  edib  ki,  gecə  yatanda  ikinci 
sifəti  onun  qulağına  pıçıldayaraq,  ondan 
bəzi  dəhşətli  işlər  görməsini  istəyir. 
       Xatırladaq  ki,  Edvard  23  yaşında 
intihar  edərək,  həyatına  son  qoyub. 
İnsanlar  Edvardı  gördüyü  zaman  qəribə 
reaksiyalar  verdiyindən,  Edvard  çox  az 
cəmiyyət 
arasında 
görünüb. 
2006-cı ildə Edvardın nəvələrindən alınmış 
DNT  testindən  sonra  həkimlər  bildirib  ki, 
çox  güman  ki,  keçmişdə  İngiltərədə 
hakimlərin  hakimiyyətin    digər  şəxslərin 
əlinə  keçməməsi  üçün  öz  bacıları  ilə 
evlənməsi  bu  qəribə  hadisəyə  səbəb  olub. 
Belə  ki,  öz  bacıları  ilə  evlənmiş  şəxslərin 
övladlarında genetik pozğunluğun yaranma 
ehtimalı 
olduqca 
yüksəkdir. 
       Qeyd  edək  ki,  hazırda  da  dünyada  bir 
neçə  şəxsin  başında  iki  üzü  var.  Amma 
Edvardın  tam  başının  arxasında,  özü  də 
qəmli  və  şad  olmaq  istedadına  sahib  ikinci 
sifətə 
malik 
olması 
onu 
hamıdan 
fərqləndirib.”  
 
Qızlar  yazını  oxuyandan  sonra 
titrətməli  adam  kimi  əsim-əsim  əsməyə 
baĢladılar. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
155 
*** 
 
Qarı yatmıĢdı. Ya da  yatmamıĢdı, 
elə gözüyumulu mürgü döyürdü. 
 
Yatmazdan 
qabaq 
ora-buranı 
eĢələdi, ikicə yumurta tapdı. Çöldən dərdiyi 
mərəvçələri  lobya  kimi  əli  ilə  sındırdı,  atdı 
saplıcaya.  Sonra  üstünə  bir  qaĢıq  duru  yağ 
töküb  qoydu  elektrik  pilətəsinin  üstünə. 
Mərəvçə orada biĢincən yumurtaları tək-tək 
sındırıb  ayrı-ayrı  qablara  saldı.  Əlinə  bir 
qaĢıq  alıb  yumurtaların  sarısıyla  ağının 
arasında  özünə  yer  eləmiĢ  ağımtıl  nöqtəni 
çətinliklə  ayırdı.  Buna  xeyli  vaxtı  getdi.  O 
ağ  nöqtə  -  xoruzun  mayası  heç  cür 
yumurtadan  ayrılmaq  istəmir,    ağla  sarının 
baĢına-ayağına fırlanır,  qarının əlindən diri 
canlı kimi qurtulmaq istəyirdi. Axır ki, qarı 
istəyinə  nail  oldu:  erkəyin  mayalarını 
yumurtadan  təmizlədi,  elə  həmin  qaĢıqla 
yumurtaları  çaldı,  sonra  əyib  saplıcada 
qızaran  mərəvçənin  üstünə  tökdü.  Bir-iki 
dəfə  o  üz-bu  üzə  qarıĢdırandan  sonra  tez 
sobanın üstündən götürüb qızların qabağına 
qoydu 
və 
dedi:  ―AxĢam  yumurtanı 
düĢməninə  ver  deyiblər,  amma  day  bizim 
düĢmənnik  bir  Ģeyimiz  qalmayıb,  küllü 
aləm  bizə  düĢməndi.  Yeyin,  gedin,  yatın. 
Amma 
elə 
eliyin,  çölə-bayıra  çıxıb  
özünüzü  ələ  vermiyin...  Yoxsa  mənim  day 
sizi saxlamağa gücüm çatmaz... ― 
            ...Qızlar 
xısın-xısın 
dərdləĢir, 
ağlaĢırdılar.  Göz  yaĢları  qarının  biĢirdiyi 
yeməyin  içinə  tökülür,  onsuz  da  zəhər 
dadan ağızlarının dadını bir az da qaçırırdı. 
Yasəmənin mədəsi qaĢınırdı. Acından ürəyi 
tamam  üzülmüĢdü.  Ona  görə  də  qarının 
suladığı  lavaĢların  arasına  biĢmiĢdən 
doldurur,  dürməkləyib    diĢləyirdi.  O  biri 
qızın  iĢtahı  yoxuydu.  Amma  bir  sutkaydı 
dilinin altından bir Ģey keçmədiyindən o da 
əlini sürüyə-sürüyə yeyirdi. 
 
-Bəs sənin nə dərdin var? 
 
Yasəmən  gözləri  ilə  paltarının 
altından ĢiĢib çölə çıxmıĢ qarnına iĢarə etdi: 
 
-UĢağa  qalmıĢam...  BaĢıma  bəla 
açmıĢam... 
Orta 
məktəbdə 
oxuyan 
qardaĢlarım  dəhrə-balta  götürüb  düĢüblər 
dalımcan... 
 
-Bəs atası kimdir? 
 
-Əmənovlar barədə eĢitmisən? 
 
-Hə...  Olimpiya  kompleksini  onlar 
tikib...  Rayonda  satılan  ―OfĢar  Broyler‖ 
toyuqları da onların olmalıdır məncə?.. 
 
-Hə...  Əmənovun  oğlunnan  uĢağa 
qalmıĢam... ġərifdən... Kiçik oğlunnan... 
 
Gülzar  öz  dərdini  unudan  kimi 
olmuĢdu: 
 
-Bəs  oğlan  hardadır?  Boynunnan 
atır?  
 
Yasəmən diksinən kimi oldu. 
 
-Yoox,  niyə  ki?..  Atıb  eləmir... 
boynunnan... Amma...  
 
-?.. 
 
Mən onu sevirəm... 
 
-Bəs o? 
 
Yasəmən 
həmiĢə 
bu 
sualdan 
qorxmuĢdu. Amma həqiqəti söyləməyi daha 
üstün tutdu: 
 
-O  da  məni  istəyir...  Hələ  dedi  ki, 
gəl,  çıxaq  gedək  Bakıya...  Amma  mən  razı 
olmadım...  Atam  yoxdu  axı  burda... 
Xabarovska... Vladivastoka gedib əmimlə... 
Mən  ailəmizi  necə  qoyum  gedim?  Sən  de, 
necə? Sən gedərdin? 
 
Gülzar  əzab  çəkirdi.  Ona  min  bir 
əzab vermiĢ ailəsinə  nifrət edirdi. Bu boylu 
qızcığaz isə ondan soruĢur ki, sən də mənim 
kimi edərdin – ailəni qoyub getməzdin?  
 
-Mmmmən...mənnnn...  –  Gülzar 
ün  çəkib  ağladı  və  ağlaya-ağlaya  dedi:  - 
Mənim  ailəm  yoxdur...  Mən  onlara  nifrət 
edirəm... 
 
Yasəmən  bilmədən  qızın  həssas 
nöqtəsinə  toxunmuĢdu.  Ona  görə    onu 
qucaqladı: 
 
-Mən  də  sən  dərddəyəm.  Bax, 
yatağında uyuyan o qarı da bizim gündədir. 
Onu  da    qayınatası    ĢərləmiĢdi...  Mən  bir 
kitab  oxumuĢdum.  ―Yusif  və  Züleyxa‖ 
adlanırdı.  Yusif  o  qədər  gözəl  idi  ki, 
ağasının  arvadı  (  o  qadın  əslində  onun 
analığıkimi  idi)  ona  vurulur.  Amma  Yusif 
bunnan  imtina  edəndə  qadın  oğlanın 

156
№ 3 (15) Payız 2015 
 
ətəyinnən  dartır,  Yusif  qaçmaq  istəyəndə 
onun  ətəyi    cırılıb  əlində  qalır.  Qadın 
cırılmıĢ  ətəyi    ərinə  göstərir  və  deyir  ki, 
Yusif  onu  zorlamaq  istəyəndə  ətəyini  
dartıb  cırmıĢam.  Burası  uzundu  əslində, 
amma  axırda  Yusifi  zindana  salırlar. 
Görürsən,  bütün  zamanlarda  olub  belə 
Ģeylər... 
 
Gülzar  göz  yaĢlarından  boğula-
boğula: 
 
-Hə.  Mən  də  oxumuĢdum  belə  bir 
Ģey... ―Qız qalası‖... Qızına vurulan xan... – 
Qız  hönkürüb  ağladı.  Yasəmən  də  ona 
qoĢuldu.  Alçaqdan  ağlaĢırdılar  ki,  onları 
himayə edən qarı oyanmasın. 
 
Yasəmən  göz  yaĢlarını  qoluyla 
sildi: 
 
-Hə, sənin sualına cavab vermədim 
axı... o da məni istəyir... amma onun sevgi 
barədə  fikirləri  bizimki  kimi  deyil...  O 
hesab  edir  ki,  sevgi  köhnə  fikirlilərin 
uydurmasıdır. Bir var aliə,bir də var seks... 
Bu  ikisinin  arasındakı  elə  sevgidir.  Yəni, 
sevgi  mücərrəd  Ģeydir...  Real  olan  isə 
ailədir və seksdir... 
 
Gülzar  təəccüblə ona baxdı: 
 
-Sən  də  bunlara  inanırdın?  Daha 
mənim  baĢıma  gələnlərin  səninkiylə  nə 
fərqi  oldu  ki?  Sevgisiz  seks  bilirsən  nədir? 
Mən  bu  barədə  oxumuĢdum...  Adı  nəydi? 
Hə,  hə,  ehtiras...  Bax,  heyvanlarda  da  seks 
var  axı...  Mənimlə  qardaĢımınki  də  seksdir 
də  elə!  Sevgi  ayrı  Ģeydir,  bacı!  Məncə, 
sənin  oğlanın  səni  baĢınnan  eləmək  üçün 
bunları  uydurub...  Görərsən,  o  deyəcək  ki, 
uĢağı abort elə... 
 
Qız  son  sözlərdən  diksindi, 
oturduğu yerdə çırpındı, halsız düĢüb qaldı. 
Gülzar    ona  su  gətirdi.  Bir  qurtum  içib  elə 
içdiyi qaba da qaytardı. 
 
-Aman  allah!  Bu  ki  Ģor  sudur... 
Qarı  su  gətirməyib  bu  gün...  Bəs  biz 
susuzmu qalacağıq? 
 
Bu vaxt qapı döyüldü. Qızlar qaçıb 
sınıq-salxaq 
çarpayıda 
yatan 
qarıya 
sığındılar.  Qarı  səsə  gözlərini  açdı. 
Çətinliklə 
yerindən 
qalxıb 
yavaĢca 
―qorxmayın‖ deyərək qapıya yönəldi. 
 
*** 
SU
 
 
Su  ilə  imtahana  çəkilənlər  çox 
olub.  Bunun  ən  böyüyü  Kərbəla  çölündə 
Ġmam  Hüseynin  əhli-beytinə  Yezidin 
susuzluq ilə divan tutması olub. 
          (Bu  barədə  bir  çox  alimlər,  şairlər 
əsərlər  yazıblar.  Ən  kamil  əsər  isə 
Məhəmməd Füzulinin türk dilində qələmə 
aldığı  “Hədiqətüssəda”  əsəri  olub.  Füzuli 
yazır  ki,  imamın  əsgərlərindən  biri  özünü 
Yezidin  ordusuna  vurub  çoxlu  düşmən 
öldürdükdən  sonra  susuzdan  yana-yana 
deyir:”Əl-ətəş,  əl-ətəş!”  Yəni  susuzdan 
yandım,  yandım!  Yəqin  dilimizdə  indi 
işlənən alataş sözü burdan qalıb. Təbərinin 
“Tarixi-Təbəri”  kitabında  və  başqa  islam 
alimlərinin  əsərlərində  məşhur  Kərbəla 
döyüşü  və  burada  su  ilə  əhli-beytin 
imtahana  çəkilməsi  qeyd  olunub.  Bəs  bu 
SU  DÖYÜŞÜNƏ  səsbəb  nə  idi?  Bu 
müharibə niyə baş vermişdi? Həmin tarixi 
hadisənin qısa xülasəsi belədir: 
      “Kərbəla 
680-cı 
il.  Peyğəmbərin 
dizlərinin üstündə böyüyən  nəvəsi Hüseyn 
ailəsi  və  yaxın  silahdaşlarından  ibarət  72 
nəfərlik  dəstə  ilə  Kufə  yaxınlığındakı  
Kərbəla çölündə düşərgə qurmuşdu.  
           Hüseynin  Kufəyə  yollanmasından 
qorxuya  düşən  xəlifə  Yezid  onun  ardınca 
Ubeydillah  bin  Zeydin  başçılığı  ilə  qoşun 
göndərir.  Qoşun  Kərbəla  yaxınlığında 
imam  Hüseynin  düşərgəsini  mühasirəyə 
alır. Hüseyn danışıqlara gedərək İraqı tərk 
etmək istədikdə Ubeydullah əvvəlcə onunla 
razılaşır.  Lakin  Yezidin  hakimiyyətində 
xüsusi  nüfuza  sahib  olan  Şimir  bin  Zil-
Cevşan  bunun  Əməvi  xanədanı  üçün 
təhlükə  olduğunu  düşünərək    təklifi  rədd 
edir.  Əvəzində  isə  Ömər  bin  Sədə 
mühasirəni  daha  da  daraltmaq  əmr 
olunur.  Çadırlara-xeymələrə  gedən  su 
yolları bağlanır. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
157 
        Bir  neçə  gün  sonra  düşərgədəki  su 
ehtiyatı  tamamilə  tükənir.  Düşərgədə 
kimlər  var  idi:  İmam  Hüseynin  arvadı 
Leyla  və  başqa  arvadları,  bacısı  Zeynəb, 
qardaşı  Abbas  Ələmdar,  növcavan  oğlu 
Əli 
Əkbər, 
xəstə 
yatağında 
olan 
Zeynalabidin  (imamın  soyunu  məhz  o 
davam etdirəcəkdi), 6 aylıq körpə oğlu Əli 
Əsgər,  qızına  adaxlı  olan  qardaşı  oğlu 
Qasım,  Abdullah  və  başqa  qardaşı 
uşaqları,  körpə  qızı  Səkinə,  Ruqiyyə... 
Xüsusən  qadınlar  və  uşaqlar  susuzluqdan 
əziyyət çəkirdilər. 
          Məhərrəm  ayının  doqquzuncu  günü 
Hüseynə  iki  yol  təklif  olunur:  ya  qeyd-
şərtsiz təslim olmaq, ya da 30 minlik ordu 
ilə müharibə etmək. İmam bir gün artıq bu 
fani  dünyada  yaşamaq  üçün  yox,  ibadət 
edib,  Quran  oxumaq  üçün  onlardan 
möhlət istəyir. 
      Onsuz 
Hüseyn  Kərbəla  çölündə 
şəhadətə çatacağını bilirdi. Şiə alimlərinin 
dediklərinə  görə  bu  barədə  hətta 
peyğəmbərdən  də  hədislər  vardı.  Axşam 
düşəndən  sonra  imam  uzun  bir  xütbə 
oxudu. Tərəfdarlarına sabahkı qanlı döyüş 
barədə 
xəbərdarlıq 
edib 
getmək 
istəyənlərin  azad  olduqlarını  dedi.  Amma 
heç kəs yerindən tərpənmədi, susuzluqdan 
qurumuş dodaqları  ilə  bir ağızdan  imama 
sadiq olduqlarını bəyan elədilər. 
            Susuzluqdan   bağı  qana  dönən 
uşaqların,  körpələrin  çığırtısı  bütün 
düşərgəni 
başına 
götürmüşdü. 
Bu  
nalələri,  fəqanları  eşidib  də  çarəsizcə 
dayanmaq  mümkün  deyildi.  O  ki  qaldı 
Abbas  kimi  qəzəbli  insan  ola.  Zirehini 
geyinib qardaşının çadırına yollanır. Daha 
bu  nalələrə  tab  edə  bilmədiyini  deyir. 
Abbas mühasirəni yarıb Fərat çayından su 
gətirmək  üçün  icazə  istəyir.  Amma  imam 
müharibəyə  birinci  başlamayacaqlarını 
bildirib  döyüşə  icazə  vermir,  ancaq  su 
gətirməyə razılaşır. 
           Dodaqları  susuzluqdan  qurumuş 
Abbas  döyüşçülərin  arasından  ildırım 
sürəti  ilə  sıyrılıb  Fəratın  sahilinə  çatır. 
Suyun  parıltısı  ürəyini  sərinlədir.  Əyilib 
bir  qurtum  içmək  istəyəndə  suda  beşikdə 
ayaqlarını  döyəcləyən  Əli  Əsğərin  əksini 
görür.  Tez  tuluğu  su  ilə  doldurub 
düşərgəyə  yollanmaq  istəyir  ki,  əsgərlər 
qabağını kəsirlər. Kimsə qüvvətli zərbə ilə 
Abbasın  qələm  qolunu  üzür,  onda  o  su 
qabını  o  biri  əlinə  alır.  Qüvvətli  qılınc 
zərbəsi  o  biri  qolunu  da  üzəndə  Abbas 
dişləri  ilə  yapışır  tuluqdan.  Amma  bunca 
zəhmətin  faydası  yoxdu.  Abbasın  qəzəbli 
gözlərini  nişan  alan  namərd  bir  oxçu 
naşılıq  edib  tuluğu  dələcək.  Fəratın  suyu 
körpə  Əli  Əsgərin  qurumuş  dodaqlarını 
yox, min ilin çölünü sərinlədəcək. 
       Düşərgədəki  bütün  kişilər  bu  qeyri-
bərabər  döyüşdə  şəhid  oldu.  Düşərgədə 
Hüseyndən,  xəstə  oğlu  Zeynalabidindən  
və  körpə  Əli  Əsgərdən  başqa  kişi 
qalmamışdı. 
            Susuzluqdan  əziyyət  çəkən  körpənin 
ağlaması yas tutan qadınların fəğanından 
betər  olmuşdu. İmam  Hüseyn  körpəsini 
əlləri arasına alıb qoşunun qabağına çıxır, 
heç  olmasa  yer  üzünün  sonuncu 
peyğəmbərinin 
nəticəsi 
üçün 
bircə 
qurtum    su  istəyir.  Bu  səhnədən  daş  da 
yumşalardı,  amma  Ömər  bin  Səidin  daş 
qəlbi  yumşalmır.  O  Hurmala  bin  Kahil 
adlı  oxçusuna  əmr  edir  ki,  uşağı  nişan 
alsın. Ox Əli Əsgərin boğazını dəlib keçir. 
      Hüseyn körpəsini dəfn etdikdən sonra 
yenidən  ordunun  qarşısına  çıxdı,  onları 
allahdan  qorxmağa  səslədi.  Onda  Şümür 
imama  hücum  əmri  verdi.  Qoşun  hər 
tərəfdən  nizə  və  oxlarla  ona  hücum  etdi. 
Bir  anda  onlarla  ox  və  nizə  bir  zamanlar 
peyğəmbərin  əlinin  dolaşdığı  bədənə 
sancıldı.  İmamın  cansız  bədəni  yerdə 
sərəli qalmışdı.) 
 
 
 
           Kəndin baĢındakı   kəhrizdə uzun bir 
növbə  var.  Kanalın  suyunu  Əmənovun 
fermalarına  və  əkin  sahələrinə  motorlarla 
vurduqlarından  camaatın  suyu  kəsilib. 
Qazılan artezian quyuları Ģor çıxır. Yeganə 
içməli  su  bu  kəhrizdir.  Kəndin  bütün 

158
№ 3 (15) Payız 2015 
 
adamları  bura  toplaĢıb.  Hətta  it-piĢik  də, 
toyuq-cücələr də kəhrizin baĢına yığıĢıb.  
             Adamların 
susuzdan 
dodaqları 
partlayıb. Elə buradaca yüzlərcə toyuq-cücə 
susuzdan  ölür.  Ġtlər  ulaĢır.  PiĢiklər 
miyoldayır.  UĢaqlar  ağlaĢır.  Hamı  su  deyib 
göylərə  baxır.  Amma  yazın  bu  son  ayında 
istilər  elə  artıb  ki,  adamların  nəfəsindən 
buxar qalxır... 
 
Əlacsızlıqdan Ģor su içənlər isə bir 
az  sonra  daha  çox  susayır  və  yerlərində 
çabalayırlar... 
 
Yer-göy  hamısı  su  deyir.  Füzuli 
demiĢ: ―Əl-ətəĢ, əl-ətəĢ!‖ 
 
Narıngül arvad nə qədər cəhd eləsə 
də  onu  su  doldurmaq  üçün  yaxına 
buraxmırlar.  Hətta  itələyib  növbədən 
çıxardırlar.  Evdə  isə  iki  ağzıbağlı  dustaq 
ondan  su  gözləyir.  Hələ  o  biri  –  Yasəmən 
ikicanlıdır  axı!..  Qarı    onu  növbədən 
itələyib çıxardan gəlinə hirslə baxıb qeyzlə 
deyir:  ―Əlin  qurusun!‖  Gəlini    durduğu 
yerdəcə  əsməcə  tutur.  Özünü  itirib  qarının 
qabını  alıb  özündən  qabaq  doldurur.  Ona 
uzadıb  yalvarır:‖Get,  mənə  qarğama... 
Günahımnan keç‖ 
 
Qarı  qabı  ağzına  aparıb  doyunca 
içir. Sonra qıvraq addımlarla evə dönür... 
 
...Bir  it  də  onun  dalına  düĢüb 
həyətəcən gəlir. Qarı bir itə, bir əlindəki 10 
litrlik  qaba  baxır.  Sonra  üzünü  göyə  tutub 
azaylanır:‖A  kərəminə  Ģükür!  Mən  payımı 
bu  itə  verim,  bəs  içəridəki  bədbaxtlar 
noolsun?!‖  Sonra  bir  qaba  su  töküb  itin 
qabağına qoyur və içəri keçir... 
  
  
*** 
YASƏMƏN
 
 
―Nə  edim?  Kitablarda  oxuduğum 
―mübariz qadın‖, ―qəhrəman qadın‖ sözləri 
məni  hərdən  mübariz  olmağa,  təslim 
olmamağa  səsləsə  də,  bu  bir  anlıq  olurdu. 
Burada, 
əldən-ayaqdan 
uzaq 
OfĢar 
çöllərində  necə  mübariz  olmaq  olar?  Ata 
yox  kimidir,  qardaĢlarım  avara,  bircə  gün 
Əmənovların  çiyələk  tarlasında,  yaxud  
fermalarında    iĢə  getməsən,  acından 
öləcəksən. Yavan çörəyə möhtac olan qadın 
mübariz ola bilər? 
 
Bir  dəfə  bir  qəhrəman  qadın 
haqqında  yazı  oxumuĢdum:    Tahirə 
Qürrətüleyn. 
1817-ci 
ildə 
Cənubi 
Azərbaycanda 
doğulub. 
Ġndi 
adını 
unutduğum  hansısa  hərəkata  qoĢulur.  ġaha 
qarĢı çıxıĢlar edir. O Ġranda baĢıaçıq gəzən 
ilk  qadın  imiĢ.  Gəzəl  Ģairə  olan  Tahirə 
xanımı  33  yaĢında  qətlə  yetirir  və  quyuya 
ataraq üstünü torpaqlayırlar...  
 
Gözlərimi qaldıra bilsəm,  
QarĢında dayanıb üzünə baxsam, 
Sənə dərdimi söyləyərdim 
Nöqtəbənöqtə, sözbəsöz..... 
 
   
Onun  Ģeirlərindəndir.  Bir  dəfə  bu 
misraları  ġərifçün oxudum.  Məni  ələ  saldı. 
―Gözlərimi  qaldıra  bilsəm‖  deyib  hırıldadı. 
―Ay  qız  o  Tahirə  dediyin  piyanskaymıĢ, 
alkaĢ,  ya  da  çəkənmiĢ...  Necə  yəni 
gözlərimi qaldıra bilsəm... Ha-ha-ha...‖ 
   
Hə,  bu  ucqar  kənddə  bir  nəfər 
iĢıqlı  adam  yoxdur.  Müəllimlərimiz  ancaq 
pulu  olan  uĢağı  ali  məktəbə  hazırlaĢdırır, 
sinifdə  dərs-zad  keçilmir.  Direktorumuz 
Əmənovun 
qabağına 
yüyürür, 
klub 
müdirimiz  elə,  kənd  həkimi  ondan  betər... 
Yox,  düz  demədim.  Var  bu  kənddə  iĢıqlı 
adam: Narıngül qarı! Hə. Təkcə odur iĢıqlı 
adam. Onun da gücü ancaq bizi bu daxmada 
gizlətməyə  çatır...  Allaha  and  olsun  ki,  bu 
qadın  yüz  savadlıdan  biliklidir.  Hərdən  elə 
sözlər  danıĢır  ki,  adam  dəli  olur.  Mənə 
demiĢdi  ki,  özünü  gözlə,  mənim  günümə 
düĢəssən...  Ġnanın  ki,  onda  heç  ġərif  mənə 
əlini  də  vurmamıĢdı...  Amma  bu  qadın 
demiĢdi  mənə.  GörmüĢdü  bu  günümü... 
Hələ  Gülzara  dediyi?!  ―Sonra  da  atan 
baĢladı!‖ Allah haqqı belə dedi... Yazıq qız 
ölüb  yerə  girdi.  Ġndi  neynəsin  bu  yetim? 
Atası,  əmisi,  ölmüĢ  qardaĢı  əli  odlu-közlü 
axtarırlar  yazığı.  Tapsalar,  öldürəcəklər... 
Ġndi  gəl,  mübarizə  apar,  görüm  necə 
aparırsan!?.  Elə  mənim  qardaĢlarım... 

                            Üç aylıq ədəbiyyat dərgisi 
159 
Deyən  gərək,  götverənlər,  öldürənsiniz 
gedin ġərifi öldürün də, mənim nə günahım 
var  axı?!.  Amma  yox,  var  mənim 
günahım... Mən ġərifi niyə özümə bu qədər 
yaxına  buraxırdım  ki?  Niyə onun  maĢınına 
minirdim  ki?  Niyə  onunla  kafeyə  gedirdim 
ki?  Niyə  onun  hədiyyələrini,  çantama 
qoyduğu pulları götürürdüm ki?..  
   
Mən  ölümə  layiqəm...  Amma  asan 
ölümə.  Məsələn,  zəhər  olsaydı,  içərdim. 
Rahat  uzanıb  ölərdim.  Özünü  yandırmaq, 
asmaq, dağdan atmaq mənlik deyil. Ən çox 
qorxduğum  isə  daĢ-qalaqdır!..  Allah 
göstərməsin... Uyyyyyyy! Allah sən saxla!‖ 
   
Yasəmənin  qəfildən  yerin  içində 
titrətmə tutmasını duyan Gülzar qalxıb iĢığı 
yandırdı. Qızı qan tərin içində görüb dedi: 
   
-Nolub  sənə,  ay  qız?  Suyun 
içindəsən ki? 
   
Yasəmən  nazik  yorğana  bürünüb 
hıçqırdı. 
 
*** 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin