Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb



Yüklə 48.5 Kb.
tarix23.12.2016
ölçüsü48.5 Kb.
وَإِذَا الْمَوْؤُودَةُ سُئِلَتْ بِأَيِّ ذَنبٍ قُتِلَتْ وَإِذَا الصُّحُفُ نُشِرَتْ

وقا ل رسو ل الله اَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ فِى الدِّمَاءِ

ABORT

Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb. Əsarətində olan xalqların malını və yaşamaq haqqını istismar edən firon əyanları gələcəyə dayanan araşdırmaları nəticəsində anlamışdılar ki, İbrahimin oğlu İshaqın nəslindən gələn İsrail oğulları fironun hakimiyyəti üçün ən böyük təhlükə mənbəyidir. O təhlükəni kökündən məhv etmək üçün ideal bir yola əl atıldı - doğum nəzarəti. Və təbii ki, dövrünün tələblərinə uyğun olaraq bunu fironun əsgərləri məcburi şəkildə edirdilər. Çünki heç bir ana, bətnindəki körpəsinin öldürülməsinə razı olmazdı. Firondan günümüzə müstəmləkə siyasəti yürüdən ölkələr də bu nəzarəti zamanlarının tələbinə uyğun həyata keçiriblər. Ancaq indi bizi firondan və klassik imperializmdən xeyli zaman ayırır.



Məsələn, fironun əsgərləri gördükləri hamilə qadının qarnını qamışdan hazırlanmış alətlə kəsərək uşağı çıxarıb öldürürdü. Ancaq indi əl atılan üsullar da dövrümüzün tələblərinə uyğun olaraq daha “sivildir”. Artıq nə fironun əsgərləri, nə də digər müstəmləkəçilərin ordu qüvvələri küçələrə düşüb hamilə qadınların uşaqlarını öldürmürlər. İndi analar öz əlləri ilə övladlarını abort etidirmək üçün doktora təslim edirlər.

İnsanları sadəcə ət parçasından ibarət mənasız bir varlıq olduğuna inandıran qüvvələr, onların yalnız özlərinə deyil övladlarına belə qənim kəsilirlər. Xaricdə yaşayan bir Doktor öz etirafında belə deyirdi: “Qadınlara heç vaxt ultrasəs cihazlarına baxmağa icazə vermirik, biz bilirik ki onlar orada uşağın ürək döyüntülərini görsələr heç vaxt abort etdirməzlər.”

Dünyada abort hallarının araşdırılması zamanı ortaya çıxan ən sarsıdıcı həqiqət qadınların həkimlərdən təkidlə soruşduqları dana çox bu sualdır. “Doktor! O artıq uşaq formasındadır?”.

Nədənsə bu sualın cavabı isə həmişə eyni olur, “yox, o sadəcə heç nəyə bənzəməyən bir ət parçasıdır”.

Çünki abortu təbii bir hal kimi görən həkimin qarşısındakı qadın və onun bətnindəki körpə onun üçün sadəcə əldə edəcəyi məbləğ dəyərindədir. Onun gözünə başqa heç nə görsənmir. Necə ki bir oğrudan polis “O qədər camaatın gözü qarşısında niyə oğurluq etdin?” sualına “Çünki gözlərim o anda ancaq qızılları görürdü” deyə cavab vermişdir. Uzun illər bu işlə məşğul olan bir doktor öz xatirələrində yazırdı: “İlk vaxtlar mən özümü qatil hiss edirdim, ancaq təkrar-təkrar bunu etdim, 20 ildən sonra mən başqa şeylər hiss etməyə başladım. Pul çox önəmlidir. Buna görə də yavaş yavaş mən qadınları heyvan, uşaqları isə sadəcə ət parçası görməyə başladım.” Qadın məsələləri üzrə mütəxəssislər təkcə həkimlərlə bitmir. Dünyanın əksər idarəçilik institutlarında ən önəmli yerlərdən birini də aborta gələn qadınlarla davranış yolları tutur. Onlara öyrədilən iki ən önəmli şey aborta gələn qadınları tez qərara gətirdmək və onlara uşağın hələ də sadəcə ət parçası olduğuna inandırmaqdır. Əslində isə müəyyən bir dövr keçdikdən sonra ana bətnindəki uşaq ona olunan işgəncələri duymağa başlayır. Ana bətnindəki uşaqlar üzərində araşdırma aparan bir doktor araşdırmasını nəticəsində yazırdı.

Öncələr həkimlər ana bətnindəki uşağın eyni ilə dünyaya gəlmiş uşaq kimi ağrı hiss etdiyini bilmirdilər, ancaq tezliklə ana bətnindəki uşaqların da adi uşaqlar kimi ağrı hiss etdiklərini öyrəndilər.”


Hətta həkimlər dəmir maşanı yerli-dibli qaşıyaraq götürmək üçün bətnə uzadanda onların ət parçası dediyi, əslində isə canlı olan insan övladının diksinərək ana rəhminin bir küncünə qısılmasına da dəfələrlə şahid olduqlarını gizlətmirlər...

Təbii ki burada günah yalnız abort edən həkimlərin deyil. Heç bir həkim fironun dövründə olduğu kimi zor gücüylə kiminsə uşağını abort etdirmir. Dövlətimizində əhalinin sayını azaltmaq kimi bir siyasəti yoxdur. Sadəcə olaraq bəzi üzdəniraq analar öz üşaqlarını bu məqsəd üçün həkimlərə təslim edir. Təbii olaraq onları günahı daha böyükdür. Bu əməl, yaşayan canlı bir insanı öldürmüş kimi böyük günahdır. Qatilin qazandığı günah qədər böyük cinayətdir. Allahın əmrlərinə üsyan etmək qədər böyük günahdır.

Əziz qardaşlar, İslam yalnız ananın həyatı təhlükə altında olduğu zaman abort etirməyə icazə verib. Bunun xaricindəki səbəblərdən dolayı edilən abort cinayətdir. Öz övladlarını iqtisadi bəhanələrlə öldürənlər heç də yalnız bu dövrümüzdə yaşamamışlar. İnsanlıq tarixi boyunca istər öldürən istər də bunda maraqları olan başqa tərəflərin tapdıqları ən önəmli bəhanə iqtisadi çətinlik olmuşdur. İllər öncə insanlar bu artımla davam etsələr onları isitmək üçün yer üzündəki ağaclar kifayət etməyəcək deyənlər, sonradan qarşılarında təbii qaz və elektrik kimi isitmə sistemlərini gördülər, içməli suyun kifayət etməyəcəyini deyənlər duzlu suyun təmizlənməsini gördülər, insanların sayına görə ağac yetişdirmək əvəzinə, ağacların sayına görə insan yetişdirdilər.

Dünyanın gələcəyini “düşünənlər” mediya ilə əlləri altında saxlamaq istədikləri ölkələrə abort kimi üsulları reklam elətdirərkən, öz ölkələrində bunun əleyhinə böyük kampaniyalar aparırlar. İllər öncə Afrikadakı müstəmləkələrindən birində bir fransız məmur belə demişdi. “Bu torpaqlarda doğulan hər uşağa görə mənim vətənim Fransada bir uşaq banandan məhrum olacaq.”

Əziz müsəlmanlar, 1400 il bundan öncə Allah Rəsulu (səs) qadınlarla əhd bağlayanda, əhdin ən vacib maddələrindən biri uşaqlarını öldürməmələri idi. Allah Rəsulunun (səs) uşaqlarınızı öldürməyin deyə qoşduğu şərt qadınlara uşaqları abort etdirməyi kişilərə isə onları diri-diri basdırmağı qadağan edirdi.

Peyğəmbərimizə (səs) uşağını öldürməyəcəyinə söz verən səhabə xanımlardan biri Həbil bint Əzzə belə deyird; Allah Rəsulu bizimlə bətnimizdəki uşaqları öldürməmək şərti ilə əhd bağladı və mən Uca Allaha and içirəm ki bundan sonra bətnimdəki uşağı öldürməyəcəyəm.

Onlar 1400 il öncə Allaha və Rəsuluna söz verdilər və dönük çıxmadılar.

Elə isə gəlin biz də bu mövzuda Uca Allaha söz verək. Söz verək ki bu cinayəti törətməyəcəyik. Söz verək ki, qatil olmayacağıq. Söz verək ki, Allahın yaratdığı o məsum cana haqsız yerə qıymayacağıq. Söz verək və sözümüzə xilaf çıxmayaq.



10 İyun 2011 / 09 Rəcəəb 1432

Qeyd: Xütbənin səsli (mp3) və yazılı (Word və PDF) versiyalarını www.minber.az saytından əldə edə bilərsiniz.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə