Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
171 
bunu  məndən  də  yaxĢı  biləcəksən...  anana 
isə  bu  barədə  danıĢmasan  yaxĢıdır.  Yəni 
etik baxımdan da düzgün olmaz...  
 
Ġndi  baxın,  mən  sevgidən  bir  Ģey 
anlaya bilərəmmi? Bizimkilər sevgini çoxlu 
pul,  var-dövlət,  Ģan-Ģöhrət  kimi  anlayır... 
Amma  bu  qız,  bu  Yasəmən  məni  deyəsən 
əməlli-baĢlı sevgiyə yoluxdurub. Ağlımdan 
çıxarda  bilmirəm  onu.  Neçə  saatdır  özümə 
gələ  bilmirəm.  Deyirəm,    gərək  həkimə 
aparaydım.  Ara  həkimi  qızın  sağlamlığına 
xətər toxundurar birdən... Amma qorxağam 
mən,  it  qorxağı!  Həkimdə  qeydiyyata 
düĢməkdən  qorxdum...  Dedim  yaxam  ələ 
keçər...  
 
 
  (davamı olacaq) 
 
 
 
 
 
 
 
ESSEİSTİKA 
 
N
İYAZİ   MEHDİ   
 
 
 
Dilüstü v
ə diliçi 
g
ə
zi
Ģ
m
ə
l
ə
rd
ə

 
Deqradasiyə gətirən narazılıqlar 
 
Dil 
söhbətlərinin 
ortaya 
çıxmasının nədənləri 
 
Son vaxtlar dilimizin durumu və necəliyi 
haqqında  söhbətlər  yenə  gündəmə  gəlib. 
Hərdən  düĢünürəm  ki,  dil  Medianın 
yadına  konuları  qıtlaĢanda  düĢür.  Çünki 
neçə  illərdən  bəridir  ki,  dilimizlə  ilgili 
türlü  ideyalar  söylənilir,  ancaq  söylənən 
kimi  də  yaddan  çıxır.  Çıxmasının 
qarĢısını  almaqda  təkcə  ideyanı  ortaya 
çıxaran  sorumlu  deyil.  Ən  azı  dillə 
ilgilənən 
jurnalistlər 
ritmik  Ģəkildə 
həmin 
ideyalara 
qayıdıb 
«yerə» 
tökülənləri yığıb-yığıĢdırmalıdırlar. Nəyə 
çatmıĢıq,  nəyə  hələ  çatmamıĢıq  və 
çatmalıyıq,  nələr  deyilib,  onlardan  nələr 
hələ  də  çıxarımayıb?  Bu  sorularla 
aspirantlar,  dillə  maraqlanan  jurnalistlər 
məĢğul  olmalıdırlar.  Onlar  isə  hər  dəfə 
dillə  bağlı  müsahibəyə  gələndə  görürsən 
ki,  sıfırdan  baĢlayırlar,  yəni,  artıq, 
nələrin 
deyildiyindən 
«xavarları» 

172
№ 3 (15) Payız 2015 
 
yoxdur.  Deməli,  dil  onların  yadına 
mövzu qıtlığında düĢür. 
 
Univesallaşmış narazılıq sindromu 
 
Ancaq  dil  haqqında  dartıĢmaların  hər 
dəfə  gedəndən  sonra  yenidən  gündəmə 
qayıtmasını  Ģərtləndirən  baĢqa  səbəb  də 
var.  Bu,  daha,  konu  qıtlığı  deyil, 
narazılıq  sindromudur.  Toplumun  tarixi 
yaĢamında  təkrarlanan  narazılıqlar  olur. 
Hər  dönəmdə  yaĢlı  nəsil  gənclərdən 
narazılıq  edir.  «Cavanlar  korlanıblar!» 
bütün 
onilliklərin 
təkrarlanan 
diskursudur.  Qızlardan  narazılıq  da 
universaldır,  ancaq  analardan  narazılıq 
olsa-olsa 
ayrı-ayrı 
marginal 
intellektuallarda  olur.  Ġqtisadi  durumdan 
narazılığın  çox  qəribə  psixolojisi  var. 
Bizim  maddi  vəziyyətimiz  ötən  yüzilin 
90-cı illərinə baxanda, nəinki 90-cı illərə, 
hətta  70-80-ci  illərə  bxanda  qat-qat 
yaxĢıdır, ancaq orta azəri, yazıqlar olsun 
ki, bunu unudur, indisindən elə narazılıq 
edir  ki,  sanki  öncələr  yaxĢı  idi,  indi 
korlanıb.  
 
Az 
qala 
bütün  ata-analar  Sovet 
dönəmində  yaĢayıĢın  səviyyəsini  elə 
tərifləyirlər  ki,  eyni  inam  90-cı  illədə 
anadan  olmuĢ  gənclərə  də  keçir.  Bunu 
bir  dəfə  tələbələrimlə  söhbət  edəndə 
görüb  Ģoka  düĢmüĢdüm.  Onları  necə 
baĢa  salasan  ki,  Sovet  adamının  qızıl 
vaxtı  pul  qazanmağa  yox,  çörək-qənd 
almaq  üçün  növbələrə  gedirdi.  Bəndəniz 
bu  ağır  rejimdə  nou-hau  yaparaq    çox 
elmi  kitabları  növbələrdə  oxuyurdu  ki, 
gözləməkdən 
ürəyi 
partlamasın. 
Ġngiliscənin  sözlərini  də  elə  növbələrdə 
əzbərləmiĢdim. 
 
Sovetlərdə  yaĢayıĢın  yaxĢı  olmasına 
inanan  əziz  gənclər,  o  zamanların  yaxĢı 
maaĢ  alanlarından  biri  mən  və  xanımım 
idi.  Elmlər  namizədi  və  baĢ  müəllimlər 
kimi  ikimizin  «donluğu»500  manatdan 
çox  idi,  ancaq  mən  özümə  normal 
kostyum  ala  bilmirdim.  Ən  pisi  isə  o  d 
idi  ki,  Sovet  adamı  total  görməmiĢ  idi 
(çox sevinirəm ki, görməmiĢlik haqqında 
yazılarımdan sonra həmin söz elmi status 
qazanmağa baĢlayıb). 
 
Ġqtisadtyyatla 
ilgili 
mənim 
söylədiklərimi  çağamızın  mədhiyyəsi 
kimi  qavramaq  düz  deyil,  iqtisadiyatdan 
ulusun  narazılığı  hər  yerdədir,  ancaq  bu 
narazılıq  iqtisadiyyatı  stimullaĢdıran 
olmayanda, insafsız ağlaĢma olanda xalq 
korlanır.  
 
Dilə gələndə 
Son  yüzillərdə  dildən  narazılıq  da 
universal hala çevrilib. Ġngilislər Hindus, 
ġotland, 
Amerikan 
ingiliscəsindən 
narazıdırlar.    Amerikanlar    Ġngiltərədəki 
ingiliscəyə 
həsəd 
apararaq 
zənci 
ləhcəsinə 
ikrah 
edirlər. 
Sovet 
Rusiyasında  Rasputin,  ġukĢin  kimi 
yazarlar  ədəbi  Ģəhər  ruscasından  narazı 
idilər. 
 
Çağımızda  TV-dəki  azərbaycancadan 
narazı  qalanlar  elə  danıĢırlar  ki,  guya 
Sovet  TV-sində  dilimizin  səviyyəsi 
yüksək  idi,  onu  gənc  ġou-aparıcıları 
korladılar.  Halbuki  Sovet  Azərbaycanın 
Mediasındakı  dil  çox  bozğun  və 
normativ  idi.  Yasaqlar  o  qədər  idi  ki, 
«Qobustan»da  bir  yazımda  «ozan» 
sözünün  getməsindən  Anara  narazılıq 
etmiĢdilər. 
Mən 
«nəsnə» 
sözünü 
iĢlədəndə  Mirəli  Seyidov  sevincək  zəng 
vurmuĢdu. Məndən qabaq o iĢlətmiĢdi və 
sevinmiĢdi ki, həmfikiri tapıldı. 
 
Ədəbi  dildə  danıĢıq  dilinin  sintaksisinə, 
intonasiyasına  yasaq  vardı.  Türkiyədə 
ədəbi-bədii dildə «yapammaram» normal 
qəbul  edilirdi.  Bizdə  isə  indi-indi 
«gedəmmərəm» yazırıq.  

                            Üç aylıq ədəbiyyat dərgisi 
173 
Necə  ki  iqtisadiyyat  və  mənəviyyatla, 
əxlaqla 
bağlı 
xəstə 
narazılıqdan 
qurtulmalıyıq,  eləcə  də  dilimizlə  bağlı 
qurtulmalıyıq. 
Dildən 
narazılığımız 
baĢqa  düĢüncə  və  duyğulada  olmalıdır. 
Necə olmalıdır? Bu haqda sonra.      
 
       
Hansı türkcəni türkcələĢdirək? 
 
Dil  məsələsində  «sıfır»  durumundan 
çıxmışıq 
Ġrəlidə dilimizin durumu ilə bağlı yer-yer 
gündəmə  gələn  sör-söhbətlə  bağlı 
təəccübümü      bildirmiĢdim:  ya  Media 
konu  qıtlığı  olan  kimi  dil  məsələsinə  əl 
atır, ya da bütün dünyada narazılq dəbdə 
olduğu  üçün, 19-cu  yüzildən  bəri  isə dil 
əsas  narazılıq  bəhanələrindəndir,  dilimiz 
üstündə  dartıĢma  bitmək  bilmir.  Bundan 
sonra  problemlə  bağlı  müsahibəyə  gələn 
jurnalistlərlə  ilgili  söyləmiĢdim.  Onlar 
hər dəfə elə sorular verirlər ki, sanki sıfır 
durumundan  çıxmamıĢıq,  sanki  heç  nə 
söylənməmiĢdir,  sanki  elə  bir  mərhələ, 
aĢama əldə etməmiĢik ki, ondan itələnib 
sonrakı  aĢamaya  keçək.  Bir  örnək. 
Kamal  Abdulla  öz  nəsri  ilə  bağlı 
dəfələrlə  söyləmiĢdi  ki,  mən  sizin 
öyrəĢdiyiniz 
azərbaycanca 
yazmıram.Mən  Azərbacan  türkcəsinin 
imkanlarında yazıram. Bu o deməkdir ki, 
ədəbi  dilin  normalarından  çıxıĢ  edib 
mənə  irad  tutmayın.  Bu  o  deməkdir  ki, 
Kamal  Abdullanın  dilinə  yalnız  bir  iradı 
tutmaq 
olar: 
əgər 
sən 
normanı 
pozmusansa  və  bu  zaman  pozuntu 
məqsəd  götürdüyün  bədiiliyə  filan-filan 
səbəblərə 
görə  aparmırsa,  deməli, 
pozuntu  da  əbəsdir.  Bax,  bu  məsələdən 
sonra  əgər  jurnalist  yenə  də  çağdaĢ 
nəsrdə 
ədəbi 
dil 
normalarının 
pozulmasından  həyacan  təbili  vurusa, 
deməli,  özünü  elə  aparır  ki,  sanki  sıfır 
vəziyyətindən çıxmamıĢıq. 
 
Normativ  dilin  pozulmasının  ciddi 
məsələsi 
Dilin  normalarının  pozulmasında  ciddi 
soru  pozulması  deyil,  pozulmaların 
çoxluğundan normativ dilin unudulması, 
tamamilə  urvatdan  düĢməsidir.  Belə  bir 
durumu  düĢünün:  hamı  abstraksionist 
Ģəkil  çəkir  və  axırda  heç  kim  yadna 
salmır ki, baĢqa rəssamlıq da var. Təsviri 
sənətdə  abstraksionizmin  dəbdə  olduğu 
mühitdə,  ortamda  Hiperrealizm  dəbə 
minərək 
realistik 
bədii 
təcrübəni 
unudulmağa  qoymadı  (hələ  realisik 
tabloları  toplamıĢ  Luvru,  Ermitajı 
demirəm). Normativ dil analoqunda olan 
realizmi 
çağımızın  reklam,  plakat 
dünyasını  bürümüĢ  fotoĢəkillər  də 
unudulmağa qoymur. 
 
Çağımızda normativ ədəbi dilin bastionu 
dissertasiyaların,  dəftərxananın,  Milli 
Məclis  sənədlərinin,  Mediada,  tutalım, 
xəbərlər  proqramının  dilidir.  Normativ 
dilin  özünü  baĢqa  cür  qorumaq  və 
saxlamaq  mexanizmləri  də  var.  «Fransız 
vecsizliyi» 
adı  altında  üzü  tüklü 
gənclərin  sayı  artanda  ingilis  centlməni 
kimi  üzü  təmiz  gəzən  oğlanların  estetik 
etgisi  elə  güclənir  ki,  axırda  dəbə 
çevrilir.  Hələ  bizə  bu  dəb  gəlməyib, 
ancaq  gələcək!  Eləcə  də  normativ  dilin 
pozulmasının  pintilik  kimi  qavranması 
gələndə səliqəli-təmizkar normativ ədəbi 
dildə danıĢanların modası da gələcək.  
 
Bizdə  Sovet  normativliyinin  axtaladığı 
türkcə  elə  bezdirib  ki,  hələ  də  ona  can 
vermək  üçün  edilən  xırda  «elektrik» 
Ģokları,  yəni  pozuntular  pintilik  kimi 
görünmür.  Görünəndə  moddan  çıxacaq. 
Bir 
də 
bazarın  amansız  qanunu, 
görünməz  əlin  düzəliĢləri  incəsəntdə 
olduğu kimi dildə də iĢini görür. Necə ki 
bazarda  rəqabət,  tələb  və  təklif  rejimi 
bacarıqsızı,  geridə  qalanı  müflis  edir, 
eləcə də sənətdə pornoqrafik epizodlarla, 

174
№ 3 (15) Payız 2015 
 
söyüĢlərlə 
«bazara 
çıxan» 
sənət 
əsərlərinin  sayı  artanda  dəyərdən  və 
hörmətdən  düĢürlər.  Eləcə  də  hamı 
aktyorlar  komizmi  Ģəkili  və  ya  ayrım 
ləhcəsi  ilə  əldə  edəndə  komizmin  dadı-
tamı gedir. Bu zaman ləhcəsiz ədəbi dillə 
adamları  güldürən  aktyorun  dəyəri 
göylərə qalxır.          
 
Fərqli türkcələr fərqli tələblər 
Mən  haradasa  85-ci  ildə  belə  bir  soru 
qoymuĢdum:  niyə  dilimizdə  türkcənin 
payını 
artırmalıyıq? 
Baxın 
soruĢmamıĢdım 
ki, 
türkcəmizi 
təmizləməliyik?  Bu  təmizləmə  iĢinə 
elmdə  purizm  deyirlər.  Suala  bir  cavab 
milli  ədadan  gəlir:  bəyəm,    biz 
ərəblərdən, 
farslardan, 
ruslardan, 
avropalılardan  əskiyik  ki  bu  qədər 
onların sözünü iĢlədək?! 
Purizm  sorusunun,  tələbinin  və  dil 
ədəbazlığının  vətəndaĢlıq  hüququ  var. 
Türkiyədə məsələ elə qoyulmuĢ və cavab 
də elə verilmiĢdi. 
 
Mənimsə 
sualım 
«niyə 
dilimizdə 
türkcənin  payını  arıtrmalıyıq»  olmuĢdu, 
Cavabım  isə  mili  ədadan  arqument 
qazanmamıĢdı.  Cavabım  belə  olmuĢdu: 
çünki  sözlər  yalnız  məna  daĢıyan  araba 
iĢini  görmürlər.  Görsəydilər,  doğrudan 
da  arabanın  sarı  və  ya qırmızı  olmasının 
fərqi olmadığı kimi sözün də ərəbdən və 
ya farsdan gəlməsinin fərqi olmazdı. Hər 
söz  özündən  enerji  kimi  informasiyalar 
axıdır. Ona görə də dünya haqqında ciddi 
bilgiləri  sözlərə  qulaq  tutub  almaq  olur. 
Bəndəniz  bir  vaxtlar  «sual/soruĢmaq» 
sözündən  «sovurmağı»  eĢitməklə  fəlsəfə 
yapmıĢdı, 
eləcə 
də 
«baĢa 
düĢmək/anlamaq»  fərqindən  Platona 
çıxmıĢdı… 
 
Bu səbəbdən də bir jurnalist məndən «öz 
terminlərimiz»,  «öz  dilimiz»  məsələsini 
soruĢanda  söylədim:  texniki  alanda 
(sahədə) 
sözlər 
«araba», 
daĢıyıcı 
(daĢqa?!)    funksiyasını  yerinə  yetirirlər, 
ona  görə  də  «internet»,  «kompyuter» 
kimi 
sözlərin 
türk 
qarıĢılığını 
(ekvivalentini, sinonimini) tapmaq aktual 
deyil.  Alınma  söz  dilimizə  yatmayanda 
(«kompyuter» 
kimi) 
əvəz 
etməyi 
düĢünmək  olar.  Ancaq  humanitar  elmi 
sahələrdə  öz  sözlərimizin  ərəb-fars 
sözlərinin  yanında  çox  olmasının  ciddi 
arqumenti  var.  Çünki  o  sahələrdə  sözə 
qulaq tutub bilgilər almaq gərəkir.  
 
Bunu yazdım və duydum ki, məsələni bir 
az da xırdalamalıyam.         
 
 
Dağarcıq  sözləri  toplamıĢ  Azəri 
türkcəsi 
 
Sözlər «vaqon» funksiyasında olanda 
 
Yenə  deməli  oluram,  biz  yabançı 
sözlərin  yerinə  öz  sözlərimizi  qoymaq 
istyiriksə,  iki  dil  tipini  ayırmalıyıq. 
Azərbaycan  türkcəsinin  qolları  var  ki, 
orada  sözlər  vaqon,  daĢqa  funksiyasında 
iĢlədilirlər.  Məsələn,  dəftərxana  dilində 
sözlər  bir  adamdan  o  birsinə  yalnız 
informasiya daĢıyır, vəssalam! Belə dildə 
sözlərin  ərəbdən,  ya  rusdan  gəlməsinin 
elə  də  rolu  olmur.  Vaqonları  bu  gün 
qırmızı,  sabah  qara  eləsən,  bunun 
daĢımaq  funksiyasına  nə  dəxli  ola  bilər 
ki?! Ancaq ortaya dəmir yollarının yaxĢı 
görünməsi  kimi  estetik  ölçü  çıxsa, 
sözsüz,  hansı  rəng  məsələsi  aktuallıq 
qazanar. 
 
Riyazi  dildə  daĢımaq  baxımından  fərqi 
yoxdur    «1»  rəqəmi  ərəb,  ya  latın 
qrafikası  ilə  verilir.  Kimyəvi  formulanı 
latın  yox,  ərəb  yazısı  ilə  versək,  dünya 
dağılmaz.  Seçimin  önəmi,  tutalım, 
deyiliĢin rahatlıq məsələsi ortaya çıxanda 
aydın  olur.  Fəlsəfədə  və  riyaziyyatda 

                            Üç aylıq ədəbiyyat dərgisi 
175 
belə  bir  termin  var:  «infinetizimal»  -  bu 
söz  dərinə  doğru  sonsuzluğu  bildirir.  O 
sonsuzluqda  elə  iki  ən  yaxın  nöqtə 
tapmaq  olmaz  ki,  arasında  üçüncü  nöqtə 
olmasın.  Bu  sözü  çətin  kəlmələri 
deməkdə babat təcrübəsi olan mən özüm 
də  qolay  deyəmmirəm.  Bəzən  onu 
«sonsuz xırdalıq» sözü ilə əvəz edirlər.  
 
Sözlər bilgi dağarcığı olanda 
 
Humanitar  elmlərdə  sözlərin  daĢımaq 
funksiyasına  bilgi  qaynağı  olmaq 
funksiyası  əlavə  olur.  Burada  sözlər 
anlam,  informasiya  daĢıyanda  görürsən 
ki, 
birdən-birə 
özlərindən 
tekstə, 
bilincləpə  bilgilər  axıdırlar.  Ünlü  alman 
filosofu 
Haydaqanın 
(Haydeqerin) 
baĢlıca  fəlsəfi  ideyalrı  onun  dilə  qulaq 
tutmasıdan doğub. 
 
Ġndi  isə  bilgi  dağarcığı  ilə  ilgili 
söylədiyimi  öz  türkcəmizdə  göstərməyə 
çalıĢım. 
  
Fəlsəfə  tarixində  bilimlə,  anlamaqla 
bağlı  iki  öyrəti  (təlim)  var,  biri 
anamnezis  (yunanca  "yada  salmaq") 
nəzəriyyəsidir,  onu  aydınca  Platon  irəli 
sürüb.  Ġkincisi  isə  inikas  (əks  etdirmə) 
nəzəriyyəsidir,  aydınca  Demokrit  irəli 
sürüb. 
 
Anamnezisə görə bilmək bilincdən (yəni 
Ģüurdan)  qıraqda  olan  və  heç  cürə 
Ģüurun  içində  olmayan  nəsnələri, 
olayları Ģüura almaq deyil. Bilmək yada 
salmaqdır.  Bununla  bağlı  Platonun 
fəlsəfi  mifi  beləydi:  qut  (ruh)  bədənə 
düĢməzdən  qabaq  Ġdeyalar  dünyasının 
çevrəsində dolanaraq onlara tamaĢa edir 
və  beləcə,  varlığın  ali  həqiqətlərini 
(ideyaalarını)  bilir.  Bədənə  düĢəndən 
sonra 
isə 
materiyanın  «tozu»  ilə 
örtüüldüyü  üçün  o  biliyi  unudur. 
Anamnezisə 
qarĢı  duran  Demokrit 
hesab 
edirdi 
ki, 
nəsnələr 
öz 
həndəvərlərinə görüntülərini (eydolaları) 
dalğalandırırlar. 
Onların 
gözün, 
qulaqların 
"dəliklərindən" 
içəri 
girməsindən  isə    bilik  alınır.  Bir  sözlə, 
bilinc  eydolalar,—  "ideya"  sözü  də  bu 
sözdəndir,—vasitəsi  ilə  qıraqdakılardan 
soraq almaqla onları  bilir.  
 
Filosofların  fəlsəfə  ilə  tapdıqları  bu 
ideyaları  Azərbaycan  türkcəsinə  qulaq 
tutsan  da  eĢitmək  olar.  Ancaq  bir  Ģey 
mat  qoyasıdır:  fəlsəfədə  belədir  ki, 
böyük istedad özgün, yəni orijinal Ģüuru 
ilə  baĢqalarını  heyran   edən  həqiqəti, 
gerçəyi  tapır.  Heç  kimin  tapmayacağını 
tapır  və  ona  görə  də  hamıdan  seçilir. 
Dilin 
olumunda, 
oluĢmasında  isə 
yönəldən  belə  özgün  Ģüur  yoxdur,  dilin 
prosessuallığı 
hətta 
bilincsizdir, 
Ģüursuzdur.  Ancaq  di  gəl,  dil  necəsə 
bilincsiz  o l a r a q   filosofların  bilinclə 
t a p dıqları böyük ideyaları tapır. 
 
Türkcəyə qulaq tutanda 
 
Ġndi 
məsələyə 
konkret 
baxaq. 
Azərbaycan  türkcəsində  bilməklə  bağlı 
iki  söz  var:  " a n l a m a q "   və  "baĢa 
düĢmək". 
 
"Anlamaq"  felinin  kökündə  "an"  durur, 
"an"  isə  "anmaq"  felindən  göründuyü 
k i m i ,  
yada 
salmağı,  xatırlamağı 
bildirir.  Doğrudan  da  qarĢına  it  çıxanda 
gərək  yadına  it  anlayıĢını  salıb  sonra 
qarĢındakı  canlını  onunla  eyniləĢdirəsən 
ki,  it  olduğunu  biləsən.  Deməli,  nəyinsə 
nə  olduğunu  bilmək  onu  tanımaqdır. 
Tanımaq üçünsə onu bilincindəki uyğun 
təsəvvürlə  eyniləĢdirməlisən.  Bax,  bu 
anlamda  bilmək  identifikasiya  etməkdir, 
eyniləĢdirməkdir 
və 
bu 
anlamda 
eynidĢdirəcəyin 
təsəvvürü, 
anlayıĢı 
ANMAQDIR.     
 

176
№ 3 (15) Payız 2015 
 
Beləliklə,  Azərbaycan  türkcəsi  konkret 
filosofun  köməyi  olmadan  Ģüursüz, 
bilincsiz  olaraq  idrak  nəzəriyyəsinin,  - 
qnoseologiyanın  anamnezis  variantına 
gəlib çıxarmıĢdı. Bu, ona görə maraqlıdır 
ki, 
Azərbaycan 
türkcəsi 
idrak 
nəzəriyyəsinin baĢqa versiyasını da bilir. 
Nə qədər təəccüblü olsa  da  bu versiyanı 
bizə 
"baĢa 
düĢmək" 
feili 
açır. 
Azərbaycanlı 
"anladım" 
demək 
istəyəndə  çox  vaxt  "baĢa  düĢdüm"  deyir 
və  bu  deyimi  ilə,  məsələn,  Anadolu 
türklərini  çaĢ  qoyur.  Çünki  Anadolu 
türkü həmin feili frazeologiya kimi  yox, 
hərfi  mənada  baĢa  düĢür.  Belə  baĢa 
düĢəndə  isə  elə  çıxır  ki,  "baĢa  düĢdüm" 
deyən  azərbaycanlı  bu  z a m a n   kiminsə, 
nəyinsə baĢına, təpəsinə düĢür. 
 
Əslində  isə  "baĢa  düĢməyin"  anlamı 
baĢqadır.  "BaĢa  düĢmək"  öyrəniləsi, 
bilinəsi  nəsnədən,  olaydan  soraqların 
baĢa  (Ģüura)  düĢməsini,  daha  doğrusu 
düĢüb  girməsini  anladır.  Bu  isə  bizim 
dilimizdə 
hələ 
də 
doğmalaĢmamıĢ 
"inikas"ın nəzərdə tutduğu prosesi baĢqa 
yönümdən 
bildirir. 
Beləliklə, 
Azərbaycan  türkcəsinin  "baĢa  düĢmək" 
sözü  bilik  problemini,  bilmə  prosesini 
özəl  bir  modeldə  açır.  Həmin  modelə 
görə Ģüur, bilinc baĢın içində özünə alan, 
özünə  buraxan,  özündə  alıb  saxlayan 
nəsə 
tutum, 
nəsə 
geniĢlikdir.  Bu 
"yerdən"  o  tayda  nəsnələr,  olaylar  var. 
Onların görüntüləri, onlardan dalğalanan 
bilinmələr, 
soraqlar 
həmin 
"yerə" 
girəndə bilmə, a n l a ma ,  xəbər tutma baĢ 
verir.  Bu  modeldə  bilik  o  tayda 
olanlardan  xəbər  tutm a ğ a   bərabər  olur. 
Bilməklə biz o taya  çıxırıq, bilməklə biz 
özümüzdə 
olmayanları 
özümüzünküləĢdiririk, özümüzə alırıq. 
davamı gələn sayda 
 
 
Ə
ə
 
           Britaniyalı  jurnalist,  yazıçı,  2003-
cü 
ildə 
yazdığı "Qara 
Bağ" 
kitabıyla tanınan Thomas 
de 
Waal  Avropanın ən tirajlı məqalə jurnalı 
olan "London Review of Books"da "Əli və 
Nino" romanı haqda yazıb. 
  
  
 
     Bakıda,  Xəzər  dənizində  neft  istehsalı 
19-cu əsrin sonlarında baĢladı və bir neçə 
ilin  içində  Bakı  ABġ-dan  da  çox  neft 
hasil  etməklə  Rusiya  Ġmperiyasının  ən 
varlı  Ģəhəri  oldu.  Ġmmirqantlar  bura 
axıĢmağa  baĢladılar,  14  min  500  nəfər 
əhalisi olan, səhraya bənzəyən kiçik Ģəhər 
1903-cü  ildə  143  min  sakini  olan  böyük 
Ģəhərə  çevrildi.  Nobellər  və  RotĢildlər, 
minlərlə  kasıb  yəhudi  də  daxil  olmaqla, 
gəlmələri  bu  Ģəhərdə  Rusiyanın  qalan 
hissəsində olmayan azadlıq cəlb edirdi. 
Kasıb 
müsəlman 
fermerləri 
torpaqlarından 
neft 
tapılan 
kimi 
milyonerə çevrildilər. 
     Bunun  ardınca  yeni  milyonçuların 
dəstəyilə  kiçikmiqyaslı  mədəni  intibah 
baĢ verdi və 1907-ci ildə yeni Bakı teatrı 
qürurla  ―Ġslam  ġərqinin  ilk  operası‖nı, 

                            Üç aylıq ədəbiyyat dərgisi 
177 
Üzeyir  Hacıbəyovun  ―Leyli  və  Məcnun‖ 
əsərini nümayiĢ etdirdi. 
     Sanki  ġərq  və  Qərb  qısa  müddətlik 
nikah ittifaqına girmiĢdi. 
     Həmin  dövrün  özünə  əminliyi  hələ  də 
mərkəzi  Bakının  arxitekturasında  özünü 
göstərir: 
Bir-birinin 
ardınca 
gələn 
çarizm, 
kommunizm 
və 
müstəqillik 
protokollarına  müvafiq  adlandırılmıĢ  bir 
küçədə  Neoklassik  eyvanlar  və  dayaq-
divarlar  Ġtaliyanın  və  Cənubi  Fransanın 
orijinal  binaları  əsasında  model  verilmiĢ 
ecazkar, iri əhəng daĢından binalara keçid 
edir. 
Monte  Karlodakı  kazinonun  surəti  olan 
əzəmətli 
konsert 
zalı, 
Venesiya 
meydanında 
Müsəlman 
Xeyriyyə 
Cəmiyyəti,  italyan  kastellosu  əsasında 
Toy 
sarayı. 
Erkən 
dövrün 
neft 
milyonçularının,  onların  arvadlarının 
adlarının  baĢ  hərfləri  evlərinin  qapısı 
üzərindəki daĢlara həkk olunub. 
Bu  bum  bir  nəsil  davam  etdi.  Cır-
cındırdan zənginliyə və yenə cır-cındıra - 
Hacı  Zeynalabdin  Tağıyevin  hekayəsi 
arxetipik  Bakı  hekayəsidir.  Savadsız  bir 
daĢyonanın oğlu olan bu Ģəxs həyətindən 
neft fantan vurandan sonra komik Ģəkildə 
varlandı.  ġəhərin  bu  gün  də  istifadə 
olunan  ilk  teatrını,  ilk  dünyəvi  qızlar 
məktəbini,  ilk  Müsəlman  Xeyriyyə 
Cəmiyyətini və bazar pasajını tikdirdi. O, 
Bakının  Fəxri  VətəndaĢı  oldu  və  Ģəninə 
mahnı  bəstələdilər.  Amma  bu,  əbədi 
deyilmiĢ. 
     Bakı  neft  sənayesinin  gənc  və  enerjili 
təbliğatçısı  Stalin  üçün  cənnət  idi.  ġəhər 
zəhmətkeĢləri,  xüsusən  də  ruslar  və 
ermənilər 1905-ci ildə tətil etdilər. 1918-
20-ci illərdə Qırmızı Ordudan qabaq qısa 
müddətlik  hakimiyyəti  ələ  keçirdilər, 
sonra isə Qırmızı Ordu bum Ģəhəri Bakını 
həmiĢəlik öz cənginə aldı. 
      1924-cü  ildə  Tağıyevin  ölümündən 
sonra  Sovet  hakimiyyəti  onun  arvadını 
küçələrə  atdı,  qadın  yoxsulluq  içində 
öldü. 
      Qurban  Səidin  möhtəĢəm  ―Əli  və 
Nino‖  əsərində  Zeynal  ağa  kimi  çıxıĢ 
edən  zavallı  qoca  odur:  ―Qalın  göy 
damarlı nazik əlləri titrəyirdi. Bu əllər öz 
sahibinin  adını  yaza  bilməzdi,  amma 
yetmiĢ milyon rublu idarə edirdi.‖ 
     ―Əli  və  Nino‖nun  Ģarm  və  cazibəsini 
anlamaq  istəyənlər  canlı  təxəyyülü  olan 
gənc  bir  oğlan  üçün  beĢ  ildən  bir 
geniĢlənən  Ģəhərdə böyüməyin nə demək 
olduğunu təsəvvür etməlidirlər. 
Əlinin  ailəsi  kifayət  qədər  zəngindir, 
amma  daha  böyük  zənginliklə  əhatə 
olunub.  Hər  gün  Nikolayevski  küçəsilə 
məktəbə  gedərkən  o,  kazakları,  lotuları, 
fahiĢələri  və  ağ  Ģax  uniformalı  rus 
məktəbli  qızlarını  görür;  onların  sinfində 
səkkiz millətdən olan Ģagird oxuyur; Rus 
Ġmperiyası  dağılmaqdadır,  amma  onların 
sinif divarında Çarın portreti var. 
    ―Əli 
və  Nino‖  müəllifinin  və 
qəhrəmanının  uĢaqlığı  cap-canlıdır  və 
sevgilə  doludur.  Əli  Xan  nüfuzlu  fars* 
ailəsindən  olan,  köhnə  Ģəhərdə  yaĢayan 
gənc müsəlman oğlandır. 
Roman  Bakının  və  təhkiyəçinin  yaĢadığı 
gənclik  çılğınlığını  mükəmməl  Ģəkildə 
ifadə edir. 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin