Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
165 
ilə  doludu  bu  şöbə.  Əlbəttə,    ayda-ildə  bir 
dəfə  ətir,  pudra  görən  kənd  qadınları  bu 
malların  əsli  ilə  geydirməsini  fəhm  edəcək 
halda  deyildilər.  Bu  malların  bir  əsas 
üstünlüyü  vardı ki, ucuzdular. Yəni,  kəndin 
qız-gəlininin onları almağa  gücü çatırdı. ) 
 
 
 
*** 
          ġƏRĠFLƏ  YASƏMƏN 
          Atasının, 
anasının 
təkidlərinə 
baxmayaraq,  ġərif  evlənmək  fikrində 
deyildi. Ġyirmi doqquz yaĢı olan  bu Ģüvərək 
oğlanın  bilmədiyi  Ģey  yox  idi.  Atasının 
məsləhətlərinə qulaq assa da, çox vaxt ―hə‖ 
deyib,  öz  bildiyi  kimi  edərdi.  Amma  bu 
vaxt  çalıĢardı  ki,  elədiyinin üstü  açılmasın. 
Məclis  qurmağı,  yeyib-içməyi,  qəĢəng  qız-
qadınlarla əylənməyi sevirdi. Bakıdan gələn 
tələbə  yoldaĢları  ilə  öz  kafesində  bəzən 
səhərəcən 
yeyib-iĢər, 
qumar 
oynayar, 
nəĢələnərdilər.  Yox.  Bu  söz  elə-belə  kef 
çəkmək  mənasında  deyildi:  doğrudan  ġərif 
anaĢanın əsirinə çevrilmiĢdi. Vaxtı gəldimi, 
heç  cür  dayana    bilmirdi.  Özü  də  əvvəllər 
onu  Ģəhərdən  gətirirdilər,  amma  son 
vaxtlarda  müəyyən  etmiĢdi  ki,  elə  bu  çöl-
biyabandaca  bu  zəhrimar  yabanı  halda 
bitirmiĢ.  Ona  görə  atasından  gizlicə  bir 
dəstə  adam  saxlayırdı  ki,  onlar  ancaq  bu 
bitkinin  –  çətənənin  güllərini  toplamaqla 
məĢqul  olurdular.  Hətta  bir  az  sonra  onu 
Əmənovlara  məxsus  binalardan  birində 
mədəni  surətdə  istehsal  etməyə  baĢladılar. 
Beləcə, indi burdan Bakıya maĢınlarda gizli 
yolla  hazır  ―mal‖  daĢımağa  baĢladılar. 
Əmənovun    on  beĢ  ildə  qazandığını  oğlu 
bircə ildə qazana bilmiĢdi. Hətta o dərəcədə 
həvəsə  gəlmiĢdi  ki,  məsələni  atasına  açıb 
danıĢmaq  qərarına  gəlmiĢdi.  Amma  son 
anda çəkinmiĢdi. 
                                                     
*** 
             Söz  gəzirdi  ki,  kənddə  gecələr 
kimlərsə məhəllələri dolaĢır, qabağına çıxan 
qız-gəlinə  sataĢır,  kənddə  əmin-amanlığı 
pozur.  Əlbəttə,  əlli  evdən  ibarət  bu  kiçicik 
kənddə  qabaqlar  belə  Ģey  qəti  olmazdı.  Nə 
oldusa, Əmənovlar bura köçəndən sonra, bu 
fermanı,  bu  təsərrüfatı  burada    qurandan 
sonra  oldu.  Onların  mal  fermasında,  süd 
sexində, 
broyler 
fabrikində, 
çiyələk 
sahələrində, buğda zəmilərində  iĢləyən  qız-
gəlin  axĢamlar  evlərinə  çox  yorğun-arğın 
getsələr  də,  bəziləri  yollarını  düz  getmir, 
bağ-bağatın  içinə,  kol-kosun  qalın  yerinə 
vururdular  özlərini.  SoruĢan  olanda  da  gah 
deyirdilər  pencər  yığırıq,  gah  deyirdilər 
mərəĢöyüd  dəririk,  gah  da  deyirdilər 
ağzımıza  böyürtkən  atırıq  –  iĢ-gücdən 
ağzımız acıyıb, boğazımız quruyub.  
 
(Qız-gəlin  get-gedə  kəndçilikdən 
çıxır,  özlərilə  güzgü,  daraq,  dodaq  boyası, 
dırnaq lakı gəzdirir, əyin-başlarına da fikir 
verirdilər.  Şərifin  bu  kəndə  gətirdiyi 
yenilikləri qız-gəlin ürəkdən qəbul edirdilər 

sanki 
buna 
 
özlərini 
çoxdan 
hazırlayırmışlar.  Hətta  tarlada,  gün 
altındakı  ağır  iş  şəraiti  onları  bu  yeniliyə 
qucaq açmaqdan çəkindirə bilmirdi. Şərifin 
sayəsində  onlar  qadın  olduqlarını  yenidən 
kəşf etmişdilər elə bil.) 
         Bunlar  belə  desələr  də,    ayrı  söz-sov 
gəzirdi kənddə. Deyirdilər ki, Mayıl kiĢinin 
oğlanları,  (amma  insafən  Əşrəfi  bu  işlərə 
qatmalı  deyildi  –  bu  ağır  təbiətli  gəncin  
hələ  əyri  yolla  getdiyini  gördüm  deyən 
olmamışdı) 
bacısı 
oğlanları, 
qardaĢı 
uĢaqları,  hansı  ki,  bu  nəhəng  təsərrüfata 
onlar baĢçılıq edirdilər, kənddəki qız-gəlinə 
ayrı  gözlə  baxırdılar.  Bu  qəĢəng  geyimli, 
altı  maĢınlı,  qızıl  diĢli  oğlanlar  kəndin qız-
gəlininin  ağlını  baĢından  almıĢdılar.  Əvvəl 
kəndin  bağ-bağatında,  sonra  isə  kəndin 
ayağındakı    ġərifin  iĢlətdirdiyi  kafedə  bu 
qızların  bəziləri  ilə  o  oğlanlar  höfkələĢir, 
yat-dur  eləyirdilər.  Və  bir  gün  kənddə    o 
dabbaqxanadan  qalxan  qoxudan  da    pis 
qoxuyan  bir  xəbər  yayıldı:  kənddəki  
qızlardan  biri  hamiləymiĢ!  Özü  də  necə 
olubsa, vaxtını ötürüb, indi abort eləmək də 
mümkün 
deyil. 
Qızdan 
tay-tuĢları 

166
№ 3 (15) Payız 2015 
 
soruĢanda    Əmənovların  kiçik  oğlu  ġərifin 
adını çəkmiĢdi. 
                                                          
 
*** 
 
  ġərif gecə gözü dabbaqçılar tərəfə 
gedəndə  yolda  Yasəməni  yadına  salıb 
həyəcanlandı.  Nə  iĢdisə,  çox  quru  və  sərt 
adam olsa da, bu qız yadına düĢəndə özünü 
ələ  ala  bilmirdi.  Bəlkə  də  qızın  bu  neçə 
gündə  yoxa  çıxması,  üstəlik  qardaĢlarının 
kəndi  dörd  dolanıb  onu  axtarması    oğlanı  
belə  həyəcanlandırırdı.  Amma  tək    bu 
deyildi.  Yasəmənin  uĢağa  qalması  ġərifə 
daha çox təsir etmiĢdi. Axı o, Yasəməni çox 
istəyirdi.  Boynuna  almasa  da,  bəlkə  də 
sevirdi... 
 
MaĢını    meyvələri  dəymiĢ  qara 
tutun    yanında  saxlayıb  siqaret  yandırdı. 
Sinəsinin göynəməsindən anladı ki, istədiyi 
ayrı  Ģeydir,  siqaret  kömək  etmirdi.    Amma 
yox,  indi  olmaz.  Buna  bir  az  sonra  kafedə 
baxar.  Ġndi  isə  yaxĢısı  budur,  getsin 
Narıngül  arvadın  yanına.  Bir  dəfə  anası 
danıĢanda  eĢidib:  bu  arvadın  görücülüyü 
varmıĢ.  Qoy  getsin,  ondan  soruĢsun,  bəlkə 
Yasəməni  tapmaqda  ona  kömək  edər.  Axı 
bu  qız  hələ  uĢaqdır.  Cəmi  19  yaĢı  var. 
Özünə bir Ģey edər, tutarlar onu.  
 
Elə  bu  istəklə  də  qarının  qapısını 
döymüĢdü.  Qarının  isə  daxması  cəmi  bir 
göz olduğundan qızları gizlədə bilməmiĢdi. 
Əslində  gizlətməyə  ehtiyac  qalmamıĢdı  – 
Yasəmən  ġərifi  görən  kimi  özünü  qapıya 
atmıĢdı... 
 
ġərif  onların  xahiĢiylə  qarının  boĢ 
su  qablarını  aparıb  kəhrizdən  doldurub 
gətirmiĢ,  sonra  da  Yasəməni  də  götürüb 
qarının daxmasından çıxmıĢdılar. 
          -Evdən 
qaçmıĢam. 
QardaĢlarım 
baĢımı  kəsmək  istəyirdilər.  Anam  kömək 
elədi, bir təhər aradan çıxdım. Bir gün kol-
kosda  gizləndim,  sonra  gecə  qorxdum, 
qaçıb  Narıngül  qarının  yanına  gəldim...  – 
Qız  ağlayıb  maĢındaca  ġərifin  boynuna 
sarıldı.  –  Mən  nə  edim,  ġərif?  UĢaq  gün-
günnən  böyüyür...  Mən  biyabır  oldum... 
Tərpənir e... 
 
-Deyirəm 
gedək 
burdan, 
getmirsən... – Oğlan könülsüz dilləndi. 
 
-Necə 
gedək? 
Evlənəcəyiksə, 
gedək.  Lap  sonra  qayıdıb  gələrik  də... 
Amma belə... 
 
Oğlanın  ən  zəhləsi  gedən  sözdü 
―evlənmək‖. Ona görə üz-gözünü turĢutdu: 
 
-Bilirsən ki, ən acığım gələn Ģeydir 
evlənmək...  Yəni...  Mən  hələ  buna  hazır 
deyiləm...  Mənnən  ata  olar?  Ata  gərək 
uĢağının  qədrini  bilsin...  Mən  heç  öz  
canımın  qədrini  bilmirəm...  Bir  yol  qalır: 
uĢağı  aldırmalıyıq...  Bu  yaĢda  bizə  uĢaq 
gərək deyil onsuz da... 
 
Qızın  içində  nəsə  qırıldı  elə  bil. 
Bədənindən  soyuq  bir  cərəyan  keçdi. 
ÜĢüyən təhər oldu. Sağ əlini uzadıb qarnını 
qucaqladı.  Gülzarın    neqativ  fonda  Ģəkli 
gözünə  göründü  və  elə  o  neqativ  fonun 
içindəcə  daha  neqativ  bir  söz  iĢlətdi: 
―Görərsən, o deyəcək ki, uĢağı abort elə...‖ 
 
ġərif  maĢının  pərdələrini  endirib 
sürəti  artırdı.  Kafenin  qabağında  düĢdülər. 
Əslində  qız  düĢmək  istəmirdi,  ġərif  israr 
elədi: 
 
-Ac  hara  gedək?  Bir  tikə  çörək 
yeyək, sonra görək baĢımıza nə iĢ gəlir. 
 
ġərifin burada özünün ayrıca otağı 
vardı.  Qızla  orada  oturdular.  Yemək  yeyə-
yeyə ġərif qızın saçını tumarlayıb dedi: 
 
-Bəlkə  bunu  saldırmağın  yolunu 
bilən  var?  Həkimə  gedə  bilmərik  e,  aləmi 
dolduracaqlar... 
Zəhləm 
bu  ağxalatlı 
Ģpionlardan gedir... 
 
-Var, əslində. Amma qorxuram... –
Qız ağlamsındı. 
 
-Nədən?  UĢaq  düĢəndən  sonra  söz 
çıxardarıq  ki,  böhtan  atıblar,  vəssalam. 
Ġstəsən  lap  Ģəhərə  gedərik  bir  günlüyə, 
pulunu 
verərəm, 
tikdirərsən, 
olarsan 
anadangəlmə  qız...  QardaĢlarınla  da  mən 
danıĢaram...  Mənim  iĢçilərim  deyillər?  Bir 
az  da  maaĢlarını  artıraram,  vsyo... 
Fermadan da çıxarsan, gedərsən qardaĢımın 
broylerinə.  Ora  düzəldərik  səni.  Kənddən 

                            Üç aylıq ədəbiyyat dərgisi 
167 
çox  aralıda,  bizim  taxıl  zəmisinin  o  biri 
baĢında 
yerləĢir. 
Yanında 
iĢçilərçün 
birmərtəbəli  evlər  də  var.  Birini  verərik 
sənə, elə orada da yaĢayarsan...  
 
-QonĢu  kənddə  bir  qadın  var,  adı 
Osandıq.  Hansısa  ot-ələfdən  qayırdığı 
dərmanı içirdir, iki saatdan sonra uĢaq gəlib 
düĢür...  Amma  anam  deyir  qorxuludur, 
qadın da ölə bilər!.. – Qız əsə-əsə dedi.  
 
ġərif  onun  əlinə  iki  yüzlük  soxdu 
və inamla dedi: 
 
-Ġndi səni ora aparacam... Qorxma, 
sənin 
canın 
möhkəmdir... 
Amma 
getməmiĢdən  qabaq  soyun,  səninlə  bir  az 
kef çəkək! 
 
Qız o halda olmasa da, ġərifə olan 
istəyini boğa bilmədi.  
 
Bir  azdan  onların  ah-ufu  kafeni 
baĢına götürdü. Amma böyük zalda oxuyan 
aĢığın səsi onların səsini batırırdı: 
 
              Azərbaycan, Azərbaycan, 
                         YaĢa-yaĢa, Azərbaycan... 
 
 
*** 
ARA  HƏKĠMĠ 
            Qapqara  sifəti,  çevrilmiĢ  gözləri, 
külrəngi  saçları  və  kirli  üst-baĢı  olan  bir 
qadın qapını açdı. Qız onu görəndə qorxdu. 
Amma özünü cəmləyib dedi: 
           -Osandıq  xala,  bizi  sənin  yanına 
göndəriblər...  Mənim  uĢağım  var...  Köməy 
elə...  Sənə  yaxĢı  pul  verəcəyik...  Bax,  bu 
oğlanı görürsən, nə istəsən, verəcək... 
 
ġərif  baĢı  ilə  təsdiq  etdi.  Qadın 
içəri  gəlin  deyib  o  yan-bu  yana  baxdı  
görsün,  onları  ayrı  adam  görmür  ki.  ġərif 
içəri girmək istəyən qadını səslədi: 
 
-Sən  xərcini  de,  mən  verim,  sonra 
gəlib  qızı  apararam...  Ġndi  iĢim  var. 
Getməliyəm... 
 
Arvad  dili  liə  dodağını  yalayıb 
Yasəmənin irəli süsmüĢ qarnına baxdı: 
 
-Bu  iĢin  qıymatı  əlli  manıtdı... 
Əmbə...  
 
-Nə  əmbə,  sözünü  de,-  oğlan  sərt 
səslə dedi. – Sən qiymətini de... Ya da mən 
yüz verirəm... Az deyil ki? 
 
Qadın sevincək: 
 
-Yox,  yox,  bəsdi...  –  deyib  pulu 
göydə  qapdı  və  yenə  dodağını  yaladı.  – 
UĢaq dirilib, irahat beĢ aylıxdı... yoxsa... 
 
ġərif maĢını sürüb uzaqlaĢdı.  
 
*** 
 
Osandıq  arvad  iri  vannaya  üç 
vedrə qaynar su tökdü, onun da içinə atdığı  
ot-ələfi  qarıĢdıra-qarıĢdıra  Yasəmənə  sarı 
döndü: 
 
-Qıçıın 
birini 
vannanın 
bu 
tərəfinnən,  birini  o  tərəfinnən  qoy... 
bacardıqca  ayaqlarını  arala  ki,  isti  buğ  içıa 
dolsun...  Sancı  tutanda  maa  xəbər 
verərsən... Bunu deyib onun belinə bir təpik 
vurdu, sonra ikincini, üçüncünü... 
 
...Yasəmən  bir  azdan  qıĢqırmağa 
baĢladı  və  baĢı  elə  gicəlləndi  ki,  Osandıq 
tutmasaydı  qaynar  vannaya  yıxılacaqdı. 
Onda  arvad  ortası  oyulmuĢ  köhnə  stulu 
vannaya  qoyub  Yasəməni  onun  üstünə 
oturtdu.  Özü  də    yenə  Yasəmənin  belini 
təpikləməyə  baĢladı.  Qızın  qarnına  dolan 
qəfil  sancı  onu  bar-bar  bağırdır.  Doğan 
arvadlar kimi qıĢqırdırdı...  
 
Bir  azdan  Yasəmənin  qıçının 
arasından ĢırhaĢırla qan açıldı...  
 
Osandıq  arvad  onu  güclə  stuldan 
qaldırıb  döĢəyə  yıxdı.  Qan  isə  kəsilmək 
bilmirdi... 
 
                                                              
*** 
URMĠYALI  ƏSGƏR. HAKĠMĠN 
ZĠYĠLĠNƏ ĠġƏYƏN  MURTUZ. 
CUNA 
            Narıngül  arvad  kəndin  arasındakı 
küçələrdə  ora-bura  çovuyur,  gözünə 
görünən,  amma  ayırd  edə  bilmədiyi 
hadisəni qabaqlamağa çalıĢırdı. O görürdü... 
görürdü  ki,  Yasəməni  qaynar  qazana  salıb 
biĢirirlər,  ya  yuyurlar,  ya  nə  isə  əcaib  bir 
Ģey edirlər. Qan da  qızı aparırdı... Görürdü 

168
№ 3 (15) Payız 2015 
 
ki,  qız  bağırır,  çığırır,    amma  Yasəmənin 
çığırtısını  eĢidən  yoxdur.  Ya  da  hamı 
eĢidirdi.  Amma  özlərini  eĢitməməzliyə 
vururdu.  Narıngül  arvadın  baĢına    bir  dəfə 
də  belə  bir  Ģey  gəlmiĢdi.  Əri  onu  evdən 
qovandan bir neçə il sonra qəfildən gözünə 
qəribə bir minik maĢını və maĢında olan bir 
qadın  görünmüĢdü.  Qadın  onu  anlamadığı 
dildə  çağırır,  (onun adını çağırırdı)  nələrisə 
izah  etməyə  çalıĢırdı.  Amma  maĢının 
qabağını kəsmiĢ adamlar (onların içərisində 
qaynatası da vardı) qadına etiraz edir, onun 
dediyinə  qarĢı    çıxırdılar.  Narıngül  qadının 
ona  çox  oxĢadığını  açıqca  görürdü  və 
yadına  atasının  danıĢdığı    anlamsız    sözlər 
düĢürdü... 
 
...Atası    Murtuz  qəribə  Ģeylər 
söyləyirmiĢ.  DeyərmiĢ  ki,  bizm  əslimiz 
Ġranın  Urmiyə  Ģəhərindəndir.  Babamız 
Murquz  Nadir  Ģahın  qoĢunuyla  gəlib 
buralara  çıxıbmıĢ.  Yolda    zəhərli    ilan 
ayağının baĢ barmağından sancır. Həkimlər 
öləcəyindən  ehtiyatlanıb  həmin  ayağını 
pəncənin  ortasından    kəsirlər.  Beləcə, 
orduya    yararsız  əsgər  kimi  onu  burda  atıb 
gediblər.  Murquz  (deyilənə  görə  xaçpərəst 
assor  –  assuriyalı  -  olsa  da  orduya 
çağırılanda    müsəlmanlığı  qəbul  edibmiş) 
burada  evlənir, oğul-uĢaq  sahibi  olur. Yerli 
adamlar adını da dəyiĢib Murtuz eləyir... 
 
Murtuz 
bir 
də 
deyirmiĢ  ki, 
Urmiyadakı  qohumlarının  bir  çoxunda 
hikmət  varmıĢ.  Evləri,  ailələri  ocaqmıĢ. 
Ağır  xəstələr  gəlib  Ģəfa  tapıb  gedərmiĢlər. 
Elə  Murğuzda  da  ilahi  hikmətdən  nəsə 
varmıĢ. 
Doğmayan 
qadınların 
belin 
çəkərmiĢ 
uĢağa 
qalarmıĢlar, 
göbəyi 
düĢənlərin  göbəyinə  abbası  (  ġah  Abbasın 
adına kəsilmiĢ 20 qəpik boyda  pul vahidi) 
qoyub bağlayar, göbəkləri yerinə düĢərmiĢ, 
sınıqları  fəhmlə  bağlarmıĢ,  gözü,  boğazı 
ağrıyana çarə edərmiĢ... Daha nələr... 
 
Elə    Narıngülün  atası    Murtuz  da 
azacıq  aĢın  duzu  deyilmiĢ.  Ziyilləri 
tökərmiĢ,  yara-xoraları  tüpürcəyi  ilə 
sağaldarmıĢ,  açıq  yaraya  öz  iĢəməyindən 
məlhəm  düzəldib  yaxar,  sağaldarmıĢ...  KiĢi 
elə  bu  iĢəmək  söhbətinin  də  qurbanı  olur. 
Rayonun baĢ həkimi onu məhkəməyə verir 
ki,  adamları  yoldan  çıxarıb  iĢəməklə 
müalicə edir... 
 
Məhkəmədə məzəli hadisə olur. 
 
Hakim deyir: 
 
-Murtuz,  sən  adamların  yarasına 
iĢəmisən? 
 
-Bəli, yoldaĢ hakim. 
 
-Niyə? 
 
-Bunu  özləri  istəyiblər.  YoldaĢ 
hakim, sizin əlinizdə ziyil var... Ġstəyirsiniz, 
ayıb olmasın, peĢab  eləyim  sağalsın? 
 
Hakim  fasilə  elan  edir.  Deyilənə 
görə,  fasilədə  Murtuzu  hakim  kabinetinə 
Ģağırır  və  xahiĢ  edir  ki,  əlindəki  ziyilin 
üstünə iĢəsin... 
 
Hakimin əli sağalır. Amma Murtuz 
kiĢiyə üç il   Ģərti  iĢ verməli olur... 
 
...Narıngül 
arvada 
sonralar 
rayonun baĢ həkimi (bu, atasını məhkəməyə 
verən  baş  həkim  deyildi,  bunu  biz  artıq 
tanıyırıq  –  Sultan  həkimdir)  danıĢmıĢdı  ki, 
rayona  gələn  və  onu  axtaran  xanım 
Brejnyevi müalicə edən Cuna imiĢ. ( 1982-
ci  il  idi.    Brejnyev  Azərbaycana  gəlmişdi.  
Cunanı  da  Bakıya  gətirmişdilər  ki, 
danışanda  6-5  vuran,  çənəsi  oynayan 
rəhbərə  yardımçı  olsun.  O  da  bu  səfərdən 
istifadə    edib  qohumlarını  axtarmağa 
gəlmişdi -  atası Yuvaşanın  söhbətlərindən  
eşitmişdi  ki,    neçə  yüz  il  əvvəl  onların 
nəslindən  olan  Murquz    adlı  bir  oğlan  
Şimali  Azərbaycanın  Ofşar  kəndində  kök 
salıb.)  O  Cuna  ki,  əsl  adı  Yevgeniya 
DavitaĢvili  olan bu  xanım – bu DavitaĢvili 
onun  gürcü  ərinə  məxsusmuĢ  -  Ġranlı 
miqrant  YuvaĢa  Sardisin  qızı  idi.  1949-cu 
ildə 
Kubanda 
Urmiya 
(!) 
kəndində  
milliyyətcə  assur olan ailədə doğulmuĢdu... 
Cunanın  da,  Narıngülün  də  qanında  qədim 
assurlar kahinlərinin  qanı axırdı... 
            Kənddə hamı ona Narıngül desə də, 
atası  evdə  qızını    Nura  çağırarmıĢ  və 
deyərmiĢ ki, Nura sənin ulu nənənin adıydı. 
Bütün  Urmiya  əhli  qapımızda  kül-torpaq 
olardı  –  nənənin  əlindəki  ilahi  hikmət 

                            Üç aylıq ədəbiyyat dərgisi 
169 
xəstələrə Ģəfa verər, insanları dərdin, azarın 
əlindən alardı. Bir də Nura arvadda bir sima 
varmıĢ ki, bəzi xəstələr elə bu gözəl qadının 
üzünə baxmaqdan Ģəfa taparmıĢlar. Murquz 
kiĢi  deyərmiĢ  ki,  Nura  nənənin  simasında 
sevgi dolu gözəllik varmıĢ. Əski assurların, 
skiflərin,  Ģumerlərin  kökündən  axıb  gələn 
bu  simadan  sirr  yağarmıĢ...  Murquz  kiĢi 
deyərmiĢ  ki,  Narıngül  də  ulu  nənəsinə 
çəkib. Cavanlıqda aĢırı gözəlliyə sahib olan 
Narıngül, elə bu gözəlliyin də qurbanı olur 
–  qaynatası  ondan  kəsirmiĢ  ki,  bu  əcaib 
hadisəni artıq bilirik... 
 
...Narıngül  arvad  kəndin  küçələri 
ilə  qaçır,  öz-özünə  Yasəmənin  qarasıncan 
danıĢırdı: 
 
―Ay 
namərdin 
qızı! 
Mənə 
deyəydin,  sənə  kömək  edəydim  dayna... 
Niyə  özünü  o  qəssabların  əlinə  saldın... 
HuĢum-baĢım bulaĢıb. Tapa bilmirəm hansı 
evdəsən...  Öldürəcəklər  səni...  Ay  zalımın 
balası... ― 
          
 
 
                                                 
*** 
 
POMADA HEYKƏLĠ 
 
ġərif  bir  dəfə  Yasəmənə  Bakıdan 
gələndə 
rəngbərəng 
pomadalar 
alıb 
gətirmiĢdi.  Qız  sevindiyindən  oğlanın 
boynuna  sarılmıĢ,  onu  öpüĢlərə  qərq  edə-
edə demiĢdi: 
 
-Bilirsən, mən həmiĢə fikirləĢirdim 
ki,  qadın  deyəndə  ilk  yada  düĢən  Ģey 
pamadadır.  Bir  müəlliməmiz  vardı  – 
Sumaya müəllimə. Bizə ingilis dili keçərdi. 
Hərdən 
dərsdə 
pamadasını 
çıxardıb 
dodaqlarını boyayardı. Onda ölürdüm mən. 
Ürəyim  gedirdi  o  pamadaya  əlimlə 
toxunmaq  üçün.  Bir  dəfə  necə  oldusa 
Sumaya 
müəllimə 
güzgü-darağını, 
pamadasını  stolda  qoyub    koridora  çıxdı. 
Mən  tez  yüyürüb  onun  zoğalı  pamadasını 
götürdüm,  dodaqlarıma  yaxınlaĢdırdım... 
Necə  tələsmiĢdimsə,  təkcə  dodaqlarımı 
deyil, üzümü də pamadalamıĢdım... Bu vaxt 
geri  qayıdan  Sumaya  müəllimə  məni 
uĢaqların 
gözü 
qabağında 
döyməyə 
baĢladı...  Gör  o  vaxtdan  neçə  il  keçib?.. 
Altıda oxuyurdum... Altı ildir o pamadanın 
iyi,  qoxusu,  rəngi  yadımdan  çıxmayıb. 
Sumaya müəllimə bizim məktəbdən çoxdan 
gedib,  amma  onun  məni  döyməsindən  çox, 
ilk  dəfə  pamadasından  icazəsiz  də  olsa 
istfadə etdiyim  an yadımda qalıb. Hə, o an 
mən  ilk  dəfə  qadın  olduğumu  hiss  etdim. 
Ġnanmazsan,  düz  on  gün  sonra  ilk  dəfə 
aybaĢı  oldum...  Düzdür,  sonralar  pamadam 
oldu, 
amma 
bu 
qədərini 
heç  vaxt 
görməmiĢdim.  Ġndi  yenə  o  ilk  dəfəki  hissi 
yaĢadım.  Mən  səni  görəndə  qadın 
olduğumu anlayıram... 
 
ġərif də qızı bağrına basıb öpmüĢ, 
Ģövqlə demiĢdi: 
 
-Tezliklə  kənddəki  marketimizin 
bir  gözündə    parfümeriya  Ģöbəsi  açacam. 
Amma  bu  da  hamısı  deyil:  sənin  xətrinə 
kənddə  bir  pamada  heykəli  qoyduracam... 
Qoy  bu  kəndin  zavallı  qadınları  hər  dəfə 
ona 
baxanda 
qadın 
olduqlarını 
düĢünsünlər... 
 
Qız    qəhqəhə  çəkib  gülmüĢ,  sonra 
da  bir  qədər  çəkinən  təhər  olmuĢ  və 
demiĢdi: 
 
-Ay ġərif, sən heç fikirləĢmisən ki, 
bu kənd camaatı onu nəyə oxĢadacaq? Belə 
Ģey eləmə... Vallah ayrı Ģeyə oxĢadacaqlar... 
 
Sonra  da  hər  ikisi  qəhqəhə  ilə 
gülmüĢ, yenidən bir-birinə sarılmıĢdılar. 
 
Ġndi  maĢında  gedə-gedə  bu  olub-
bitənləri  bir-bir  göz  önüdən  keçirir, 
Yasəmənin  pomada  haqda  dediklərini, 
özünün  pomada  heykəli  ideyasını  yadına 
salıb gülümsünür, necə baĢa düĢülməsindən 
asılı 
olmayaraq 
pomada 
heykəlini 
qoyduracağını qət edirdi. 
 
 
 
 
*** 
ġƏRĠF
 
 
―Mən 
də 
sevgi 
haqqında 
düĢünərmiĢəm.  Pamadaya  heykəl  qoymaq 
elə  sevgi  tələsinə  düĢmək  kimi  bir  Ģeydir. 

170
№ 3 (15) Payız 2015 
 
Ġndi  yəqin  məni  alçaq    bir  adam  hesab 
edirsiniz,    eləmi?  Hə  də,  sizdə  nə  günah 
var?  Kim  olsa  belə  düĢünər.  Narkomanam. 
Əmənov  kimi  bir  əsli-nəsli  bilinməyənin 
oğluyam.  Hə,  hə.  Bu  belədir.  Bir  dəfə 
hirslənib  üzünə  demiĢəm.  Həm  içmiĢdim, 
həm  də  maldan  dartmıĢdım,  hallı  idim. 
Dedim,  ay  Qırğı  Mayıl,  sən  indi  özünü  nə 
sayırsan,  hə?  Ġki  oğlun  var,  biri  orduda 
olmayıb. Özünün milyonların var, amma bu 
millətin 
bir 
dəfə 
yaralı  barmağına 
iĢəməmisən. Pripiska üzrə elmlər namizədi, 
keçmiĢ 
deputat, 
əməkdar 
hüquq 
fırıldaqçısı...  
 
Dalısını  deməyə  qoymadı.  Nə 
təhər ağzımın üstündən vurdusa, ağzımı qan 
bürüdü.  Əl  atıb  belindən  tapançanı  çəkdi, 
ayağımın altını verdi gülləyə. Dalbadal dörd 
patron 
atdı. 
XoĢbəxtlikdən 
hamısı 
döĢəmənən  taxtasına  girdi.  Bizə  gəlsəniz, 
ikinci  mərtəbənin  qonaq  otağındakı  giriĢdə 
o  güllələrin  izini  görə  bilərsiniz.  Düzdür,  
üstündən  rəng  çəkiblər,  amma  izlər  yenə 
qalır... 
 
Mən  də,  qardaĢım  da  sevgidən 
doğulmamıĢıq.  Bizdən  qabaq  bir  bacımız, 
bir də bir qardaĢımız körpə ikən vəfat edib. 
Anam yazıq indi də var ağlaya-ağlaya deyir 
ki,  balalarım  Mayılın  eĢĢəkliyinin  qurbanı 
oldu.  Deyir,  bəsdi  deyincən  pulumuz  vardı 
–  dedim,  ə,  gəl  çəkil  bu  yoldan,  daha 
DaĢkənd  –  Bərdə  arası  get-gəldən  yığıĢ, 
öldürəcəklər səni! – kimə deyirsən, ayı kimi 
nərildəyirdi  üstümə  ki,  mən  bu  sahədə 
yeganə 
mütəxəssisəm 
respublikada... 
Anasını da, məni də, zavallı körpələrimi də 
öz fırıldaqlarına alət elədi. Axırda balalarım 
əlimdən  getdi  –  hər  ikisi  stresslə 
doğulmuĢdu,  çox  yaĢaya  bilmədilər.  Mən 
də  Ģəkər  oldum.  Anası  da  qəfildən  insult 
keçirdi  –  dili  tutuldu.  Axırı  bir  gün 
dözməyib  özünə  qəsd  elədi  –  bir  ovuc 
dərman içib öldü... 
 
Yazıq  anam.  Əriylə  bəlkə  bircə 
dəfə  də  ürəkdən  seviĢməyib.  Çünki  bilir 
qıraqda  sevgilisi  var.  Hələ  ondan  baĢqa: 
bunların 
evliliyi 
fədakarlıq 
üstdə 
qurulmuĢdu  –  ―Bu  axĢam  məni  həbs  edə 
bilərlər,  gərək  anam  da,  sən  də  ayıq-sayıq 
olasınız,  çamadandakıları  elə  gizlədin  ki, 
ələ  keçməsin.  Mənə  tapĢırıblar  ki,  nə 
edirsən et, özündən sonra iz buraxma, çalıĢ 
səndə  bir  Ģey  tapa  bilməsinlər...  Qalanı 
bizlikdir.  Sənə  nə  qədər  pul  lazımdır, 
alacaqsan.  Daha  doğrusu,  pul  sənin 
əlindədir,  ye,  dağıt,  amma  ələ  keçmə...‖  – 
Bu  atamın  oyunları  idi  və  o  oyunlara 
ailəsini də alət eləmiĢdi. Vallah halal olsun 
anama,  nənəmə!  Kim  onların  yerinə 
olsaydı, bezərdi, çəkilərdi geri – elə nənəm 
dözə bilməmiĢdi, amma anam kiĢi qızı kimi 
sonacan  atamın  arxasında  dayanmıĢdı... 
Axırı  da  Ģəkər  oldu.  Əmənov  da  onun  bu 
fədakarlığını 
saxladığı 
qəhbələri 
ilə 
mükafatlandırdı. 
 
Bir  dəfə  bilirsiniz  nə  baĢ  verdi? 
Bakıya getməliydim – hələ institutda qiyabi 
oxuduğum vaxtlar idi.  Anam üstündə adres 
olan  bir  zərf  verdi.  Dedi  get  bu  adresə,  gir 
içəri, qarĢına bir ağbəniz qadın çıxacaq, bu 
zərfi  verərsən  ona.  Həmin  vaxt  atam  da 
təsadüfən Bakıdaydı. Nəysə, getdim Ģəhərə. 
ĠĢlərimi görəndən sonra anam deyən adresə 
yollandım.  Qapının  zəngini  basdım,  qapı 
açıldı,  anam  deyən  ağbəniz  qadın  gecə 
köynəyində qapını açdı, elə zərfi uzadırdım 
qadına,  bir    də  gördüm  ―ay  qız  kimdir 
gələn?‖  deyib  atam  tursik-maykada  çıxdı 
dəhlizə. Daha ordan necə gəldim, rayona nə 
təhər  qayıtdım,  maĢını  necə  sürdüm,  bunu 
bir  allah  bilir.  Düz  bir  ay  ata-anamla 
süfrədə  əyləĢmədim.  Atamı  bağıĢlamadım, 
bu  heç.  Amma  anamı  da  bağıĢlamadım  ki, 
mən  axı  gəncəm, beynim qandır. Orada  bir 
xəta  törədərdim,  məni  niyə  zibillərinizə 
bulayırsınız?! 
 
Atam  isə  düz  bir  həftə  sonra  məni 
tutub nə desə yaxĢıdır? Hələ uĢaqsan, ağlın 
kəsmir. KiĢilik həddinə çatanda biləssən ki, 
biz  kiĢilər,  özü  də  imkanlılar  bir  arvadla 
kifayətlənə bilmirik. Bizim tayfanın kiĢiləri 
həĢəri  olur.  Qadın  görəndə  gözümüz  qızır. 
Bizim 
ürəyimiz 
qıçımızın 
arasında 
döyünür...  Özün    qadınlarla  yatıb-duranda 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin