Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
189 
istədim.  Anam  çətinliklə  razı  oldu,  çünki  o 
kənd  uzaqda  idi.  Mən  isə  bir  dəfə  də  o 
kəndə getməmiĢidim. Ġstirahət günü anamın 
atına  minib  yola  düĢdüm.  Yer  palçıq  idi. 
Atın ayaqları kiçik çalalara düĢəndə lilli su 
onun  ayaqlarının  altından  sıçrayıb  məndən 
də  yuxarı  qalxır,  atın  özünü  də  məni  də 
batırırdı.  Ürəyim  elə  tələsirdi  ki,  atı  nə 
qədər  sürsəm  də,  elə  zənn  edirdim  ki, 
gecikirəm.  Tez  çatıb  kitabları  almağa 
çalıĢırdım.  Kəndə  çatdım.  Müəllimgilin 
evlərini  soruĢa-soruĢa  tapdım.  Məktubu 
məndən  üç-dörd  yaĢ  böyük  olan  qardaĢına 
verdim.  O,  məni  bir  otağa  saldı.  Otaq 
tamamilə boĢ idi. Amma divar boyu iki rəf 
uzanırdı.  Onların  ikisi  də  kitabla  dolu  idi. 
Oğlan siyahıda adı göstərilən kitabları tapıb 
bağlayıb mənə verdi. Bu gün hava boz idi, 
heç  bir  yağıĢ,  duman  yox  idi.  Mən  yola 
çıxanda isə  kəndin aĢağı tərəfindən dərə ilə 
kəndə  tərəf  duman  yavaĢ-yavaĢ  iməkləyir, 
ağacların    budaqlarından  tutaraq  meĢə  ilə 
dağa  qalxırdı.  Bizim  kəndə  isə  bunun 
əksinə  olaraq  duman  kəndi  əhtə  edən 
dağların baĢından kəndə tərəf sürüĢür. Mən 
dumanı  görüb  azmağımdan  möhkəm 
qorxaraq  kitabı  qucaqlayıb  atı  çapıb 
kənddən  çıxdım.  Artıq  duman  məndən 
uzaqda qalmıĢdı.  
      Bizim  kənddən  mənimlə  yeddiillik 
məktəbdə  oxuyan  yox  idi.  Amma  ibtidai 
məktəbdə  mənimlə  oxuyan  qonĢu  kəndin 
uĢaqlardan bir neçəsi mənimlə oxuyurdular. 
Məktəbə  gedəndə  bizim  yollarımız  hardasa 
birləĢir,  oradan  məktəbə  birlikdə  gedərdik. 
Mən  onlardan  yaxĢı  oxuyurdum.  Paltarım 
da  onlarınkından  yaxĢı  olurdu.  Buna  görə 
də  onlar  paxıllıq  çəkir  müxtəlif  bəhanələr 
gətirib  mənimlə  dalaĢırdılar.  Bəzən  hamısı 
üstümə tökülərək məni möhkəm döyərdilər. 
Mən onları nə məktəbdə müəllimlərə nə də 
evdə  anama  demirdim.  Bu  vəziyyət  orta 
məktəbə gedəndə də təkrar olurdu.  
 
XIV  Fəsil 
 
     Anam  yaxĢı  iĢıəyirdi.  Onun  kənd 
camaatı  arasında  hörməti  vardı,  sayılırdı, 
onunla  məsləhətləĢirdilər.  O  vaxt  Bakı 
vilayəti  yaradıldı.  Anamın  Bakı  vilayətinə 
deputat  seçilməsi  üçün  namizədliyini 
―yuxarılardan‖ 
irəli 
sürdülər.Anam 
seçiciləri  ilə  görüĢməyə  baĢladı.  Lakin  çox 
keçmədi  Bakı  vilayəti  də,  anamın 
deputatlığı da ləğv olundu. 
     Hər  tərəqqinin  bir  tənəzzülü  olur 
deyiblər. Bundan  sonra  ailəmizin  tənəzzülü 
baĢladı.  Babam  öldü.  Çox  keçmədi  ki, 
nənəm  də  Novruz  bayramı  günü  dünyasını 
dəyidĢdi.Anamı  da  çoxdan  bəri  mədəsi 
incidirdi.  Həkimlər  ona  duru  yeməklər 
yeməyə  icazə  verirdilər.  Artıq  iĢə  gedə 
bilmirdi. Onunçün də ərziə verib iĢdən azad 
oldu.  Bununla  da  həyatımızda  ağır  günlər 
baĢladı.Anam  həkimlərdən  ayaq  çəkmirdi. 
Lakin  sağalmırdı  ki,  sağalmırdı.  Evimizin 
iĢlərini  qonĢumuzda  ərdə  olan  xalam 
görürdü.  Anam  Bakıdan  həkimdən  təzəcə 
qayıtmıĢdı.  Novruz  bayramı  id.  HəĢtərxan 
quĢu  da  kəsmiĢdik.  Anam  xalamı  məcbur 
etdi  ki,  kabab  biĢirsin.  Xalamın  da,  mənim 
də  yalvarıĢımıza  baxmayaraq  doyunca 
kabab yedi. Dedi:   
     -Könlüm 
kabab 
istəyir, 
onsuzda 
öləcəyəm, bari gözüm arxasınca qalmasın. 
     Xalam biĢirdiyi kababdan xalam da mən 
də  yedik.  Çox  keçmədi  anamın  ağrıları 
baĢladı və yediklərini qaytardı. O, yedikləri 
ilə  birlikdə  qanlı  çirk  də  qaytarırdı. 
Birazdan  titrəməyə  düĢdü  və  onu  yuxu 
apardı. 
     Mənim  bəlkə  də  on  səkkiz  yaĢım  vardı. 
Doqquzuncu sinfi qurtarmıĢdım. Bizə bir az 
qohumluğu çatan oğlan məni yanına çağırıb 
dedi  ki,  anan  səni  evləndirmək  istəyir. 
Sənin fikrin nədir? 
       -Mən hələ orta məktəb qurtarmamıĢam. 
Fikrim  ali  məktəbi  bitirdikdən  sonra 
evlənməkdi. Hələ tezdir, -dedim. 
       O 
isə 
çörək  biĢirənimizin,  inək 
sağanımızın,  anama  baxan  olmadığını 
gözümə  çəkdi.  Mən  onsuz  da  evimizin 
vəziyyətini  baĢa  düĢürdüm.  Bir  qədər 

190
№ 3 (15) Payız 2015 
 
fikirləĢəndən sonra razılıq verdim. Bir neçə 
gün  sonra  həmin  adam  kiminlə  evlənmək 
istədiyimi soruĢdu. Mən anamın xasiyyətini 
bilirdim,  kimisə  desəydim  almayacaqdı.  O, 
deyən olmalıydı. Buna görə də dedim: 
       -Anam  kimi  məsləhət  bilsə  mən  də 
razıyam. 
     Elə  bil,  anam  buna  bənd  imiĢ.  Günü-
gündən  sağalmağa  baĢladı.  Nəhayət,  anam 
seçdiyi  gələcək  gəlinin  kim  olduğu  barədə 
mənə  xəbər  göndərdi.  Mən  də  buna  razılıq 
verdim.  Bu  qız  mən  yeddiilik  məktəbdə 
oxuduğum zaman gördüyüm qız idi. Eçilər 
bir-  iki  get-gəldən  sonra  razılıq  alındı.  Qız 
evinə niĢan adına bir gün qabaq bir neçə cür 
yeyinti  Ģeyləri  göndərildi.  Sonra  da  niĢan 
apardılar.  Hava  isti  idi,  əsl  bahar  təravəti 
saçan  bir  gün.  Mən  utandığımdan  qaçıb 
qonĢuda 
gizlənmiĢdim. 
Pəncərədən 
həyətimizə 
gəlib-gedənlərə 
baxırdım. 
Kolxoza təzə alınmıĢ QAZ-51 maĢını bizim 
həyətimizə 
gəldi. 
Onun 
xaricdəki 
güzgüsünə  qırımzı  kəlağayı  bağlanmıĢdı. 
Kuzovunun  hər  iki  tərəfinə  xalça  atdılar. 
Əvvəl  qadınlar  sonra  isə  kiĢilər  maĢına 
minib  qız  evinə  getdilər.  Bir  neçə  aydan 
sonra  mənə  toy  etdilər.  Toy  iki  gün  davam 
etdi.  Atamın  dostunun  köməyi  ilə  toya 
axĢam iĢıq vermək üçün mədəniyyət evinin 
generatorunu gətirmiĢdilər. AxĢamlar toyda 
iĢtirak  eləməkçün  Xeyli  adam  da  gəlmiĢdi. 
Kəndimizdə  birinci  dəfə  idi  ki,  gəlini 
maĢınla  gətirirdilər.  Bu  iĢləri  də  yenə 
atamın  dostu  həll  etmiĢdi.    Bu,  1957-ci  il 
idi. 
      Mən  orta  məktəbi  bitirdim,  amma  ali 
məktəbə  gedə  bilmədim.  Bunun  iki  səbəbi 
vardı.  Birinci  səbəb  bu  idi  ki,  kənddə 
danıĢırdılar  ki,  ali  məktəbə  pul  verməsən 
imtahandan  kəsirlər.  Ġkinci  səbəb  bu  idi  ki,  
qəbul  olunsaydım  da  4-5  il  oxumağa 
pulumuz  çatmayacaqdı.  Mən  sənədlərimi 
pedoqoji  məktəbə  verdim.  Lakin  qəbul 
oluna bilmədim, konkursa düĢdüm. 
     Anam 
kolxozda 
quĢçuluq 
ferma 
briqadiri  iĢləyirdi.  Mən  də  fermada 
quĢabaxan iĢləməyə baĢladım. Bu vaxt artıq 
bizim bir uĢağımız var idi. Yeni tədris ilini 
gözləyirdim.Vaxt  gəldi  pedaqoji  məktəbə 
qəbul 
olundum.Elə 
həmin 
payız 
kolxozumuzu  qonĢu  kolxoza  birləĢdirdilər. 
Kolxozun 
bütün 
texnikalarını, 
mal 
qaralarını nə var idisə hamısını qonĢu kəndə 
daĢıyıb  apardılar.  Hətta  bir  tikili  belə 
qoymadılar  qala.  Hər  Ģeyi  talan  etdilər. 
Ailəmizin 
bəlalı 
günləri 
baĢladı. 
Ailəmizdən iĢləyən tək anam idi. O da iĢsız 
qaldı.  Həyətimizdəki  inəyimizi  də  elektrik 
cərəyanı  vurub  öldürdü.  Mənə  ayda  pul, 
ailəmizə  isə  dolanıĢıq  lazım  idi.  YaĢamaq 
çox  çətinliyə  düĢmüĢdü.  Həyat  yoldaĢım 
ildə bir xalça toxuyur onu satıb dolanırdıq.  
     Anam  hər  ay  mənə  40  manat  pul 
göndərirdi.  Onun  7  manatını  ev  kirayəsi 
verirdim. 33 manat ilə yaĢamalı idim. Dörd 
tələbə  yoldaĢ  bir  yerdə  qalırdıq.  ÇalıĢırdıq 
ki,  yeməyimiz  adam  baĢına  80  qəpikdən 
çox  olmasın.  Yeməkxanada  çörək  yemək 
yadımıza  da  düĢmürdü.  Yeməkxananın 
yanından  keçəndə  burnuzumu  tuturduq  ki, 
yağlı  yeməyin  qoxusunu  duymayaq.  Səhər 
yeməyində  stəkana  3  qaĢıqdan  artıq  pesok 
tökməzdik.  Günortamıza  səkkiz  yumurta 
biĢirərdik.  Günlərimizi  belə  keçirdərdik. 
ÇalıĢırdıq  ki,  ayın  axrına  5-6  manat 
pulumuz  qalsin.  Axı  dərs  vəsaitinə,  corab 
və bəzi Ģeylər almağa pul lazım olurdu.  
      Mənim  iki  köynəyim,  iki  Ģalvarım,  bir 
pencəyim  var  idi.  QıĢda  palto,  gödəkcə 
olmadığından geyinə bilmirdik.  
       Bizə 
qıĢda  çox  soyuq  olurdu. 
YaĢadığımız  otaqda  qızdırıcı  bir  Ģey  yox 
idi. Ev sahibəmiz də  çox kasıb  idi. AzyaĢlı 
üç  oğlu,  bir  qızı  vardı.  Vəfat  etmiĢ  ərinin 
pensiyası  ilə  yaĢayırdılar.  Bir  gün 
yoldaĢlarımdan  biri  dedi  ki,  mağazada 
tiftikli  pambıq  ədyal  görmüĢəm.  Birindən 
ikimizə  də  çıxar.  Birlikdə  mağazaya  gedib 
ondan  bir  ədəd  alıb  dərziyə  verdik.  Dərzi 
bizim  hər  birimiz  bir  sviter  tikdi.  Nisbətən 
soyuqdan qorunduq.  
     Ġki  ili  baĢa  vurub  məktəbi  bitirdim. 
Təyinatımı öz rayonumuza verdilər. Atamın 
dostu  yenə  də  mənə  kömək  etdi.  Əmrimi 

                            Üç aylıq ədəbiyyat dərgisi 
191 
qonĢu  kənddəki  ibtidai  məktəbə  verdilər. 
Saatı  52  manat  olmaqla  iki  stavka  dərsim 
vardı.  115  manat  əmək  haqqı  alırdım. 
ÇalıĢırdım  103-105  manat  anama  verim. 
Çünki puldan çox ehtiyyacımız vardı.  
     Bir  qıĢ  axĢamı  idi.  Hamımız  evdə 
oturmuĢduq. 
Anam 
böyük 
nəvəsini 
qucağına  alıb  əzizləyirdi.  Mən  də 
Ģagirdlərin  dəftərlərini  yoxlayırdım.Birdən 
anamın  Vərgəduzə  apardığı  kostyum 
yadıma  düĢdü.  Tez  stoldan  durub  anamın 
yanında oturdum.  
      -  Ana,  haçandı  soruĢuram  demirsən.  O 
kostyumu neylədin?  Barı indi de.  
      -Ay  bala  dərdimi  təzələmə,  keçmiĢdə 
olan bir iĢ idi. Yadımdan çıxıb. 
       Çox  minnət  xahiĢ  edim,Əl  çəkmədim. 
Uzun sözdən sonra dedi. 
       Biz  üç  nəfər  əsgər  ailəsi  qoĢulub  bir-
birimizə  vərgədüzə  getdik.  Mən  sənə 
gördüyün  Ģeyi  (anam  doluxsunub  atamın 
kostyumunu  dilə  gətirirdi)  onlar  da  bəzi 
Ģeylər götürmüĢdülər.Mən apardığımı 12 kq 
buğdaya,  onlar  da  özlərininkini  8  kiloqram 
arpa 
ilə 
qarıĢdırılmıĢ 
buğdaya 
dəyiĢmiĢdilər. 
Mənim 
pasportm 
olmadığından 
qonĢunun 
pasportunu 
götürmüĢdüm.  Vərgədüzü  keçib  kəndimizə 
gəlmək  istəyirdik.  QarĢımıza  bir  atlı  polis 
çıxdı. O bizim pasportumuzu aldı. Bizi atın 
qabağına  qatıb  yaxındakı  kəndə  kalxoz 
idarəsinə  gətirdi.  Bizə  dedi  ki,  siz 
alverçisiniz.  Taxıllarımız  anbara  qoydu. 
Özümüzü  idarənin  bir  otağına  salıb 
dindirməyə  baĢladı.  Ġzahat  almağa  baĢladı 
ki, satmağa nə gətirmisiniz? Hardansınız və 
sairə.  
      Hiss  elədim  ki,  alçağın  biridir.  Onun 
fikri  ancaq  mənlədir.  Bir  cümləni  yarım 
saata  yazırdı.  Mənə  nəsə  deməyə  cürəti 
çatmırdı.  YoldaĢlarıma  deidm  ki,  nə  olur 
olsun  bir  birimizdən  ayrılmamalıyıq.  Milis 
birdən üzünü mənə tutub dedi: 
     - Anan sənə dedi, Qızqayıt 
       Get bazardan tez qayıt! 
       Bunu eĢidəndə üzümü turĢudub dedim.  
       -Əsgər  uĢağı  saxlayıram,  get  alverçini 
baĢqa yerdə axtar.  
       Lampa yanmağa az qalmıĢdı. O kimisə 
çağırıb  lampa  gətirməyə  göndərmiĢdi.  Biz 
bir-birimizə qısıldıq.Elə bu zaman əli ağaclı 
bir kiĢi içəri girərərk bərkdən dedi: 
       -Ədə,  sənin  anan,  bacın  yoxdu?  Səndə 
bir  kiĢi  qeyrəti  var?  Bu  qadın  xeylaqların 
niyə bu vaxta saxlamısan?  
       Üzünü bizə tutaraq. 
      -Durun bayıra çıxın! 
      Milis nədənsə heç bir söz deyə bilmədi. 
KiĢi bizi yanına salıb evlərinə apardı.  
       KiĢinin  arvadı  bizi  görüb  əhvalımıza 
acıdı. 
Milisin 
arxasıyca 
söydü.Biz 
çarıqlarımızı çıxarıb arvadın gətirdiyi isti su 
ilə  əl-ayaqlarımızı  yuyub  rahatlandıq. 
Alaqaranlıqdan  durub  getmək  istəyirdik. 
Lakin  kiĢi  qoymadı.  Özü  isə  gedib  bizim 
taxılları gətirib bizi yola saldı. 
      Anamın  əhvalı  pozuldu.  Mən  özümü 
günahkar bildiyimdən pərt oldum.  
      Anam davam edərək dedi: 
      -Mən  kənd  saveti  olanda  Vərgədüzdən 
bizim 
məktəblərə 
odun 
ayrlılmıĢdı. 
Kolxozdan  maĢın  götürüb  odun  gətirmək 
üçün  yola  düĢdüm.  Odun  Vərgəduzun  bizə 
yaxın  olan  bir  kəndindən  veriləcəkdi. 
Kəndə  gedib  meĢəbəyini  soruĢdum.  Cavab 
verdilər ki, meĢəbəyi meĢənin filan yerində 
odun  toplatdırır.  Bələdçini  köməyi  ilə  ora 
çatdıq.  Burada  5-6  adam  odun  doğramaqla 
məĢqul  idi.  MeĢəbəyinə  bileti  verib  odun 
üçün  gəldiyimi  dedim.  MeĢəbəyi  maĢını 
odunun  yanına  sürdürdü  və  fəhlələrə 
maĢına  odun  yükləməyi  tapĢırdı.  Fəhləlrin 
içində maykası yırtılmıĢ, üst-baĢı köhnə bir 
kiĢi  mənə  tanıĢ  gəldi.  Lakin  tanıya 
bilmədim. 
    -Ədə, Hətəmov, nətəhərsən,- dedim: 
    KiĢi  çevrilib  üzümə  baxdı,  təzədən 
dedim: 
     -Məni tanımadın?  
    - Yox, tanımadım.  
    -  Milisionerlikdən  çıxmısan?    Daha 
kimsəsiz  arvadların  qarĢısını  kəsib  alverçi 
adlandlraraq izahat almırsan?  

192
№ 3 (15) Payız 2015 
 
     Fəhlələr  də  iĢi  saxlayəb  bizə  qulaq 
asırdılar.  Mən  olan  hadisələri  onlara 
danıĢdım.  Hətəmovu  tər  basmıĢdı.  Heç  bir 
söz deyə bilmirdi. Sonda isə dedim: 
     -Hətəmov,  hər  Ģalvar  geyəndən  kiĢi,  hər 
yaylıq bağlayandan da qadın çıxmaz! 
 
                      
 
 
XV Fəsil 
      Evimiz  çox  pis  vəziyyətə  düĢmüĢdü. 
Ġçərisində  yaĢamaq  mümkün  deyildi.  Hər 
yağıĢ yağanda evdə boĢ qab-qacaq qalmırdı. 
Hamısını damcıların altına düzürdük. Onun 
divarlaı  da  çatlamıĢdı.  Hər  an  uçub 
dağılmaq  təhlükəsi  vardı.  Ev  tikmək  bizə 
çox  vacib  idi.    Camaat  arpanı,  qarğıdalını 
buğdaya qatıb əl daĢında çəkib un edirdilər. 
Bəzi  hallarda  bazardan  alınmıĢ  un  əhəng 
qarıĢıq olurdu.  
    Çoxdan 
idi  ki,  adamlar    yuxarı 
distansiyalara  ərizə  ilə  müraciət  edib, 
əvvəlki kolxolarını bərpa etmək istəyirdilər. 
Onların  əziyyətləri  öz  bəhrəsini  verdi. 
Kolxozu birləĢdirildiyi kolxozdan  ayırdılar. 
Əmlak  bölgüsü  zamanı  bu  kolxoza  çox 
köhnə  texnıkadan  ,  arıq  uruq  malqardan 
baĢqa  bir  Ģey  vermədilər.  Elə  hesab  etmək 
olardı  ki,  kolxozçular  yenidən  kolxoz 
qururdular.    Təbii  ki,  anam  da  belə  fəal 
kalxozçulardan biri idi.  
       Ev  tikmək  üçün  bir  qədər  daĢımız  var 
idi.  Ancaq  tək  bunula  evi  tikmək  olmazdı. 
Anam  kalxozun  vasitəsilə  kredit  götürdü. 
Bundan  sonra  evin  bünpvrəsin  qoyduq. 
QonĢularımızın  hamısı  su  olmadığından 
aĢağı çayın kənarına köçmüĢdülər. Mən isə 
buradan getmək istəmirdim. Orada  tək evli 
kimi  qala  bilməzdik.  Biz  də  aĢağı  köçdük. 
Köçən  kimi  də  qoz  ağacının  birini  çıxarıb 
təzə evimizin günçıxan tərəfində basdırdım. 
Qorxurdum  ki,  ağaz  göyərməyə.  Çünki  o 
çox  gövdəli  idi.  Ona  yaxĢı  qulluq  edirdim. 
Mal  qaradan  qorumaq  üçün  ətrafına  tikanlı 
məftildən çəpər çəkdim. ġükür Allaha ağac 
göyərdi.  Ağac  indi  qol-budaq  açaraq 
evimizə  kölgə  salır.  Mən  elə  bilirəm  ki,  bu 
kölgə  atamın  kölgəsidir.  Özümdən  asılı 
olmayaraq  fərəhli  günlərimdə  o  ağacın 
dibinə  gələrək  Ģadlığımı  onuna  bölüĢür, 
dərd 
sərim 
olanda 
dərdimi 
onunla 
bölüĢürdüm. 
Sanki 
bununla 
təsəkki 
tapırdım.  
                               
 
XVI Fəsil 
     Kəndimizdə  8  illik  məktəb  açıldı.  Mən 
də  iĢ  yerimi  bura  dəyiĢdim.  Bir  nəfər  də 
olsun  ali  təhsilli  müəllimimiz  yox  idi. 
Təkcə  direktorumuz  ali  təhsilli  idi.  O  da 
baĢqa  rayondan  təyinatla  gəlmiĢdi.  Mən 
çoxdan  qiyabi  yolla  təhsilimi  artırmaq 
istəyirdim.  Ancaq  həm  maddi  vəziyyətim 
həm  də  ali  məktəblərdəki  rüĢvət  haqqında 
deyilənlər 
həvəsimi 
soyudurdu. 
Buna 
baxmayaraq, 
bədii 
ədəbiyatda 
əl 
çəkmirdim.  
 7-8 il idi ki, iĢləyirdim. Anam da iĢləyirdi. 
Ev  də  tikmiĢdik.  Maddi  vəziyyətimiz  də 
yaxĢılaĢırdı.  Qərar  aldım  ki,  ali  məktəbə 
gedib  özümü  sınayım.  Orta  mətəb 
dərliklərini 
toplayıb 
ədəbiyyat 
üzrə 
imtahanlara  hazırlaĢmağa  baĢladım.  Vaxt 
çatanda  sənədlərimi  indiki  BDU-nun 
filalogiya  fakultəsinə  verdim.  Ġmtahan 
zamanı  ədəbiyyatın  yazı  və  Ģifahisindən 
―yaxĢı‖  aldım.  Tarixdən  isə  kəsildim. 
Tarixdən  imtahan  verdiyim  zaman  məndən 
əvvəl  imtahan  verən  oğlan  heç  ağzını 
açmadı.  Lakin  müəllim  ona  qiymət  yazdı. 
Məni  isə  kəsdi.  Ġmtahan verə  bilməsəm  də, 
bir  Ģey  mənə  çox  aydın  oldu.  Biliyi  olan 
qiymət  alır.  Daha  ruhdan  düĢmədim,  tarixi 
oxumağa 
baĢladım.Növbəti 
il 
qəbul 
olundum. 
                      
XVII Fəsil 
     Sən  saydığını  say  gör  fələk  nə  sayır. 
Qiyabi  oxuyurdum.  Ozumaq  mənə  çətin 
deyil.  Lazım  olan  ədəbiyyatların  çoxusunu 
instituta girməmiĢdən oxumuĢdum. Kontrol 
və  kurs  iĢərimi  vaxtından    qabaq  yazıb 
yollayırdım.  Onların  da  hamısı  qəbul 

                            Üç aylıq ədəbiyyat dərgisi 
193 
olunurdu. 
Ġmtahanlara 
evdə 
hazırlaĢır,sessiyada  heç  bir  çətinliyim 
olmurdu.  Beləliklə  sonuncu  kursa  çatdım. 
Yaz  idi,  yenə  də  bir  Ģayə  dolaĢırdı. 
Deyirdilər ki, dövlət imtahanlarına  hökmən 
pul verməlisən. 
      Anam 
rayon 
mərkəzinə 
getmiĢdi. 
AxĢama  qayıdıb  gəldi.  Mənə  dedi  ki, 
həkimə getmiĢdim. Həkim məsləhət bildi ki 
rentgendən  keçmək  üçün  gərək  lənkərana 
gedəm.  Mən  nə  deyəcəkdim  ki,  anam  öz 
iĢini  bilən  adam  idi.  Anamla  mənim 
aramızda  möhkəm  pərdə  vardı.  Böyük 
oğluma  toy  edənə  qədər  bir  evdə 
yaĢamağımıza  baxmayaraq,  onun  yanında 
nə 
yoldaĢımla 
nə 
də 
uĢaqlarla 
danıĢmırdım.Onun  qəribə  kiĢi  baxıĢından 
həmiĢə  çəkinirdim.  Sən  demə,  onun 
analığında  həkim  ĢiĢ  təyin  edibmiĢ.  Bunu 
daha  dəqiq  bilmək  üçün  onu  Lənkərana 
ankaloji  dispanserə  göndəribmiĢ.  Rentgen 
həkimin  rəyini  təstiq  edir.  Doktor  anam 
göndəriĢ  verərək  məsləhət  verir  ki,  Bakıya 
ankoloji disponserə getsin. 
       Anam qayıtdı. Vəziyyəti mənə danıĢdı. 
Anamın  bacısı  oğlu  Bakıda  yaĢayırdı. 
Anamı  Bakıya  yola  salandan  sonra  dedim 
ki,  mən  də  beĢ-altı  günə  gələcəyəm.  Mən 
buna  inanmırdım,  buna  görə  narahat 
deyildim.  Dövlət  imtahanının  vaxtı  çatdı. 
Mən Bakıya yola düĢdüm.  
 
XVIII Fəsil 
 
        Bu  nə  əzablı  iĢ  imiĢ  ki,  özümü 
salmıĢam.  Yazı  yazarkən  yaddaĢımın  dərin 
yerində  üstünü  lil  basmıĢ  əzablı  olayları 
yada  salıb  onu  yazıya  çevirən  zaman 
çəkdiyim  əzablar  məni  yorur,  tez  taxtın 
üstünə  çökürəm.  Ancaq  dözməyib  yenidən 
yazı  masasına  qalxıram.  Bu  iĢ  nə  qədər 
əziyyətli  olsa  da  bir  o  qədər  də  Ģirindir. 
Müəllim  iĢlədiyim  zaman  axrıncı  dərslərdə 
içəridən  yorulardım.  Sonra  bu  yorğunluq 
bədənimə,  əzələlərimə  yayılırdı.  Məni 
süsləĢdiridi.  Sən  demə,  bütün  yaradıcı 
peĢələr belə imiĢ. 
         Gəncliyimdə 
yazıçılara 
həsəd 
aparırdım.  Onların  əziyyət  çəkmədən 
imkanlı  yaĢamalarına  həsəd  aparırdım. 
Bəlkə  də  onlar  bu  qədər  əzab  çəkməyiblər. 
Çünki 
olar 
öz 
çəkdiklərini 
deyil, 
baĢqalarının əzablarını qələmə alıblar. Buna 
nə  var  ki,  bir  az  fantaziya,  bir  az  bədii 
təfəkkür  və  s.  Mən  isə  özüm  özümü 
yazıram. 
 
XIX Fəsil 
 
      Bakıda qalası yerim yox idi. Mənə sakit 
bir  yer  lazım  idi  ki,  ordada  imtahanlara 
hazırlaĢa  bilim.  Ġmtahan  da  deyiləndə  bu 
lənətə  gəlmiĢ  elmi  kommunizm  olmasaydı, 
dərdim olmazdı. Oradakı terminlər yadımda 
qalmırdı. 
Hər 
halda, 
bəzi 
Ģeyləri 
əzbərləməli  idim.  Belə  yer  o  vaxt 
―Azərbaycan‖  mehmanxanası  olardı.  Əgər 
yer  olsaydı.Gəldim  və  yer  var  idi.  Yer 
aldım. ġükür olsun otaq yoldaĢım da tələbə 
idi.  Ġncəsənət  institunda  qiyabi  ouxyurdu. 
Deməli, bir birimizi baĢa düĢəcəkdik.  
    Evimizdən  gətirdiyim  bəzi  Ģeyləri  və 
bazardan  aldığım  meyvələri  də  götürüb 
dostumla  anamın  yanına  getdim.  Anam 
gümrah  idi,  ancaq  naintizar  olduğu 
gözündən bilinirdi. Saat dörd olardı. Anam 
həkimin  məni  görmək  istədiyimi  söylədi. 
Sonra: 
    -Sən bir tez onun yanına get – dedi. Mən 
həkiminkabinetinin  qapısını  döyüb  icazə 
istədim.  Mən  içəri  girib  özümü  təqdim 
etdim.  Doktor  mənə  divanda  yer  göstərib 
aram-aram dedi: 
   -Müəllim,  ananızın  boynunda  xərçəng 
var.   
   Mən  bunu  eĢidən  kimi  özümdən  getdim. 
Həkimin  sonra  dediklərindən  xəbərim 
olmadı. Gözümü açanda həkimin ağ xalatlı 
qızlarn    baĢımın  üstündə  dayandığını 
gördüm.  Onlar  tibbi  yardım  edərək  məni 
ayılrmıĢdılar.  Özümə  gələndə  həkimin 
dediklərini yarıhuĢsuz halda eĢidirdim: 
    -Müəllim  qorxmağa  dəyməz,  ġükür 
Allaha ĢiĢ yaxĢı yerdədi. Qanı az olduğuna 

194
№ 3 (15) Payız 2015 
 
görə  kəsik  apara  bilmərik.  Ġndi  onu 
göndərəcəyik  yuxardakı  onkologiyaya. 
Orada Ģüa ilə müalicə edəcəklər.  
     Ġndi  mənə  böyük  aktyorluq  bacarığı 
lazım  idi  ki,  anam  mənim  çətin  vəziyyətə 
düĢdüyümü 
bilməsin. 
Əks 
təqdirdə 
xəstəliyinin  ağır  olduğunu  anlayardı.    Heç 
mən özüm də anamın xərçəngə tutulduğunu 
bilmirdim. Ġndi mən özümü heç nə olmamıĢ 
kimi  anamın  yanına  qayıtmalıydım.  Bu  da 
çox  çətin  idi.  O  çox  həssas  olduğundan 
gözündən heç nə yayınmırdı. Necə olsa rola 
girməli  idim,durub  üz-gözümə  su  vurdum. 
Gülə-gülə anamın palatasına gəldim: 
   -Ay  arvad,  sənin  bu  həkimin  Ģəbeh  imiĢ, 
yanına  gedəndən  o  qədər  lətifə  danıĢıb  ki, 
ölmüĢəm gülməkdən, – dedim. 
    GöndəriĢ  yazdı,  səni    ayrı  xəstəxanaya 
yazdı. Orada Ģüa ilə müalicə olunacaqsan.  
     Dostumla  anamdan  ayrılınıb  taksi  ilə 
indiki onkoloji xəstəxananın qəbul Ģöbəsinə 
gəldik.Burada  cavan,  yaraĢıqlı  bir  həkim 
yır-yığıĢ  edib  getməyə  hazırlaĢırdı.  Həkim 
bizdən nə üçün gəldiyimizi soruĢanda xeyili 
ağlayıb, hıçqıra-hıçqıra gömdəriĢi ona verib 
dedim: 
    -  Doktor  ,  göydə  Allah  yerdə  siz.  Mənə 
kömək edin. Yer üzündə anamdan baĢqa bir 
kəsim  yoxdu.  Nə  atam,  nə  qardaĢım,  nə 
bacım nə əmim nə dayım var. Müharibənin 
ağır  aclıq  illərindən  özü  ac  qalaraq  məni 
ölümdən  qurtarıb.  Ġndiyə  qədər  iĢləyib 
əziyyət  çəkib  mənim  üçün.  ġüa  verilmək 
üçün  sizi  məsləhət  biliblər,  qurban  olum, 
mənə  kpmək  elə.  Doktor  da  mənim 
ağlamağımdan  mütəəsssir  olmuĢdu.  Bir  az 
fikirləĢib dedi: 
     -Ġndi çətindir. Həftənin beĢinci günü gəl, 
görək nə fikirləĢirik.  
     Mən  geriyə  dönüb  olanları  anama 
dedim. 
 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin