ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


§ 1 Bugünkü gündən mən öz vəzifəmin icrasına başlayıram. Hərb



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
§ 1

Bugünkü gündən mən öz vəzifəmin icrasına başlayıram. Hərb 

nazirinin  müavini,  artilleriya  generalı  Əli  ağa  Şıxlinskiyə  öz 

vəzifəsini icra etməyə başlamağı təklif edirəm.



Hərb naziri, artilleriya generalı   Səməd bəy Mehmandarov

Ordu Qərargahı rəisi 

vəzifəsini icra edən, 

general-mayor  

 

 

Əbdülhəmid bəy Qaytabaşı

* * *


90 №-li əmrindən

 

20 fevral 1919-cu il

Vəzifələrdən uzaqlaşdırılmış həkim Hacıqasımov və müşavir 

Əliyev  öz  xahişləri  əsasında  bu  yaxınlarda  yenidən  xidmətə 

qəbul edilmişdilər. Vəzifələrinin icrasına başlamağa imkan tap-

mamış onlar yenidən onu icra etməkdən imtina etmişlər. Güman 

edirəm  ki,  öz  Vətəninin  həqiqi  övladları  qurulmaqda  olan 

dövlətin  belə  ağır  vaxtında,  xüsusən  də  eyni  məzhəb  və  eyni 

qandan olan yurddaşlarımızdan ibarət ziyalı işçilər bizim üçün 

belə qiymətli olduğu bir vaxtda bu cür hərəkət etməməlidirlər.

Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma 

ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir 

azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. Ordu Vətənin 

dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.

Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının 

maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu 

təəssüf etmədən onlarla vidalaşır. Ancaq qoy belələri heç olmasa 

özləri haqqında mənasız yazışmaları ilə ordunun işini artırma-

sınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmaya-



General Əli ağa Şıxlinski və silahdaşları

186


cağını güman edərək, bu əmrin surətini Nazirlər Şurasına təqdim 

edəcəyəm.



Hərbi nazir vəzifəsini müvəqqəti

icra edən general   

 

 

Əli ağa Şıxlinski

Vaxtilə general Əli ağa Şıxlinskinin kursantı olmuş,  

mərhum general-mayor Akim Abbasovun  

(1911-1992) xatirə çıxışı:

– Ömrümün qırx ildən çoxu ordu sıralarında keçib. Bir zabit 

kimi yetişməyimdə 30-cu illərin hərbiçi gəncləri – məşhur gene-

rallarımız Əli ağa Şıxlinskiyə, Səməd bəy Mehmandarova borc-

luyam.  Bakıda  yerləşən  Serqo  Orconikidze  adına  Zaqafqaziya 

hərbi hazırlıq məktəbində general Əli ağa Şıxlinski bizə artilleri-

ya taktikasından dərs deyirdi. O, dərslərdə ciddi və tələbkar idi. 

Biz gənclərə atalıq qayğısı ilə təlim-tərbiyə verir, yaxşı bilik al-

mağımıza səy edirdi.

Bu gün fəxrlə deyə bilərəm ki, Əli ağa Şıxlinskinin vaxtilə dərs 

dediyi  kursantlar  sonralar  Böyük  Vətən  müharibəsi  illərində 

mərdliklə  vuruşaraq  xalqın  sevimli  qəhrəmanları  olublar.  Bu 

qəbildən mən iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları 

general-mayoru  Həzi  Aslanovun,  iki  dəfə  Sovet  İttifaqı  Qəh-

rəmanı  polkovnik  Həbibulla  Hüseynovun,  polkovnik  Aslan 

Vəzirovun və başqa şöhrətli oğullarımızın adını çəkə bilərəm.

General  Əli  ağa  Şıxlinski  50  ildən  çox  ordudakı  xidməti  və 

hərbi-elmi  pedaqoji  fəaliyyəti  ilə  xalqımızın  adını  ucaltmışdır. 

Bu gün biz xalqımızın sevimli oğlu ilə fəxr edirik. Şəxsən mənim 

üçün ikiqat sevincdir. Əziz generalımızın, sevimli müəllimimizin 

xatirəsini  əbədiləşdirdiyi  üçün  qədirbilən  Azərbaycan  xalqına 

minnətdaram. 



Şəmistan Nəzirli

187


1984-cü il iyulun 17-də Əməkdar müəllim Mirqasım Omar 

oğlu Əfəndiyevin (1902-1992) general Əli ağa Şıxlinski  

haqqında söylədiyi xatirə:

– 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riya-

ziyyat fakültəsində oxuyurdum. O vaxt bizə hərbi dərs keçirdilər. 

General Səməd bəy Mehmandarov alçaq boylu, çox gümrah, ağ-

saqqallı nurani kişi idi. O, bizə hərbi taktikadan, Əli ağa Şıxlin-



ski  artilleriyadan,  topoqraf-general  İbrahim  ağa  Vəkilov  isə 

hərbi topoqrafiyadan dərs deyirdi. Dərslərin rusca keçirilməsinə 

baxmayaraq  generallar  bizə  hərb  sənətini  Azərbaycan  dilində 

başa salırdılar. Mehmandarov dilimizi zəif bilsə də onun danışı-

ğını  çox  yaxşı  başa  düşürdük.  Yüksək  səviyyəli  mədəni  insan 

olan Səməd bəy dilimizi pis bildiyinə görə tez-tez üzrxahlıq edir-

di. Əli ağa isə azərbaycanca o qədər təmiz və səlis danışırdı ki, 

adam onun uzun illər Rusiyada yaşamasına az qala inanmırdı.

Yayda  biz  tələbləri  ikiaylıq  Hacıkəndə  lagerə  təlim-məşqə 

apardılar. Bir istirahət günü Mehdixan Vəkilovla mən Əli ağanın 

evinə getdik. Həyat yoldaşı Nigar xanım onda sağ idi. Bizi xoş 

üzlə qarşılayan Nigar xanım aynabənddə oturan ərini çağırdı:

– Əli ağa, – dedi, – eloğluların gəlib, gəl gör bunlara nə qonaq-

lıq verirsən.

– A Nigar, – dedi, – uşaqlar yəqin xeyli vaxtdı bozartma yemə-

yiblər. Bu dağların qoynunda bir Şıxlı bozartması bişirsən, pis 

olmazdı.

O vaxt Azərbaycan diviziyası manevr keçirdi. Bizim diviziya 

Çaykənddən başlayıb, Təkgöz dağlı istiqamətində irəliləyib Go-

ranboy stansiyasına çıxdı. Gəncənin yaxınlığında gürcülərə “hü-

cuma”  keçdik.  Komandirimiz  Şahbazov  familiyalı  mayor  idi. 

Qozlu deyilən yerdə diviziya komandiri Cəmşid xan Naxçıvan-

ski və Əli ağa Şıxlinski aşağı enib, əsgər və zabitlərlə görüşüb 

hal-əhval tutdular.

Əli ağa dedi:


General Əli ağa Şıxlinski və silahdaşları

188


– Ay yoldaş Şahbazov, sən öz rotanı gətirib düşmənin ağzına 

verdin. Əsgərin qalmadı, qırıldı. Axı, belə yaramaz, yaxşı ki, bu 

təlim məşqdi. Sabah müharibə başlasa, onda sənin kimi koman-

dirin vay halına.

Bizim də, gürcülərin də on iki topu vardı. Gürcülər Təkgöz 

dağını  top  atəşinə  tutmuşdular.  Bizim  topçuların  atəşi  sərrast 

deyildi. Bunu komanda məntəqəsindən müşahidə edən Əli ağa 

Şıxlinski  enib  topçuların  yanına  gəldi.  Sərrast  olmayan  top 

atəşləri Əli ağanı əsəbiləşdirmişdi. O çox cəldliklə on iki topun 

on ikisini də yoxladı. Zəhmli komandir səsilə topçulara əmr ver-

di. On iki topun hamısı hədəfi dəqiq vurdu. Bizimkilər üstünlük 

qazandılar.  Cəmşid  xan  qucaqlayıb  Əli  ağa  Şıxlinskini  öpdü. 

Fəxrlə dedi:

– Anan ölsün, top allahı Əli ağa, üstünlüyü tarix boyu əldən 

verməz…

Sonuncu dəfə general Əli ağa Şıxlinskini müalicə xəstəxana-



sında gördüm. 1941-ci ilin payızında. Səməd Vurğun bizə gəldi. 

Bərk dilxor idi, bıçaq vursan qanı çıxmazdı. Müharibə hamı kimi 

onu  da  əsəbi  eləmişdi.  Elə  bil  “müsəlləh  əsgərəm,  mən  də  bu 

gündən” şeirini yazan nikbin ruhlu Səməd deyildi. O vaxtlar səs 

yayılmışdı ki, çeçenləri, balkarları və Krım tatarlarını köçürürlər. 

Hələ üstəlik, pıçıltı ilə də olsa, Bakının və bütöv Azərbaycanın da 

qeyri-rəsmi  Orta  Asiyaya  köçürülməsi  haqqında  şəhərdə  söz-

söhbət gəzirdi.

Qanıqara Səməd Vurğun köçürülməkdən çox narahat idi.

– Elə şey olsa, – dedi, – bu millət bədbəxt olacaq. Çoxusu yolda-

izdə  itib-batacaq.  Sağ  qalanı  da  Qazaxıstanın  susuz  çöl lərində 

məhv olacaq. A Mirqasım, general xəstədi, gedək ona baş çəkək.

O  vaxt  Məhəmməd  ağa  Qayıbov  həmin  xəstəxananın  baş 

həkimi idi. Əli ağanın palatasına o da bizimlə getdi. Görüşdük. 

O vaxtlar söhbətin mövzusu ancaq müharibədən olardı.

Əli ağa Şıxlinski dedi ki, ruslarda yaxşı sərkərdələr var, niyə 

geri  çəkilirlər,  başa  düşmürəm.  Almanları  qarşı-qarşıya  çıxıb 

əzmək mümkün deyil. Ona görə ki, tarix boyu almanların hərbi 



Şəmistan Nəzirli

189


taktikasında ən çox qüvvəni birinci eşelona, ön cəbhəyə çıxardır-

lar. Ruslarda isə əksinədir. Qabağa nisbətən zəif qüvvəni çıxar-

dıb  düşmənin  gücünü  zəiflədə-zəiflədə  geri  çəkilirlər.  Ən  çox 

qüvvəni arxada saxlayırlar, – general kağız götürüb titrək əlləri 

ilə çertyoj çəkib, bizə izah elədi:

– Faşistlərə yalnız yan xətdən və arxadan zərbə endirib məğlub 

etmək olar. Müasir texnika ilə indi yaxşı imkan var. Faşistlərin 

arxasında desant endirmək, partizan hərəkatına başlamaq, yan-

dan və arxadan vurmaq lazımdır. Çünki tarix boyu almanların 

əsgər və zabitinin sürünüb fənd işlətməkdən, ya da tindən atəş 

açmaqdan  xoşu  gəlmir.  Onlar  ədabazlıqdan  döyüşə  əlisilahlı 

ayaq üstə gedirlər. Arxaları və yanları boş qalır. Xalq qisasçıları-

nı arxaya atmaqla faşistləri məhv etmək olar.

Yadımdadır, bu görüşdə general ürəkağrısı ilə dedi ki, mən 

heç zaman müasirlərimin ayağına baxmamışam. Həmişə onların 

gözünün içinə dik baxmışam, özümün yaxşı əməlimlə, işimlə… 

İndi bu müharibədə iştirak edə bilmədiyimə görə çox sıxılıram, 

çox, lap çox darıxıram. Ürəyim sağlam, hafizəm də yerindədir. 

Yalnız  gözümlə  qulağım  mənə  vəfasızlıq  edir.  Səməd  Vurğun 

1942-ci ildə Tiflisdə antifaşist mitinqdə çıxış edib qayıdanda bizə 

gəldi. Sevinclə dedi: 

– A Mirqasım, yadındamı general keçən ilin payızında xəstə-

xanada yatanda çertyoj çəkib bizə izah elədiyi taktika? İndi rus-

lar faşistləri Əli ağa Şıxlinskinin dediyi taktika ilə məğlub edirlər. 

Moskvaaltı döyüşlər, Stalinqrad artıq faşistlərdən təmizlənir.

* * *


“Qüdrətli filosof, gözəl insan” məqaləsindən:

…O vaxtkı qaydaya görə Akademiyanın bütün institutlarının 

kadr məsələlərinin tam həlli axırıncı olaraq prezidentin birinci 

müavini  kimi  Heydər  Hüseynovdan  keçirdi.  Onun  köməkçisi 

məqsədimi bildikdən sonra səhərki gün qəbuldan bir saat qabaq 

gəlməyimi məsləhət gördü və söz verdi ki, onun yanına burax-

mağa çalışacaq. Köməkçi qadın öz sözünə əməl edərək səhərisi 


General Əli ağa Şıxlinski və silahdaşları

190


gün Heydər Hüseynovdan icazə alıb, məni qəbul vaxtından bir 

saat qabaq içəri buraxdı. Heydər Hüseynovdan başqa kabinetdə 

mərhum  yazıçımız  Mehdi  Hüseyn  də  əyləşmişdi.  Onlar  çox 

səmimi  söhbət  edirdilər.  Salam  verdikdən  sonra  heç  bir  söz 

demədən  ərizəni  təqdim  etdim.  Ərizəni  makinada  yazdırmış-

dım. Heydər müəllim ərizəni diqqətlə oxudu və mənə əyləşməyi 

təklif etdi. Stul çəkib əyləşdim. O, birdən gülümsəyərək mənə 

müraciətlə dedi: “Əgər əsl tarixçi olmaq istəyirsənsə, söhbətə qu-

laq as, sonra sənin xahişinə baxarıq”.

Onlar Azərbaycanın məşhur generalı Əli ağa Şıxlinski haqda 

söhbət edirdilər. Birdən Heydər Hüseynov qəflətən məndən so-

ruşdu ki, Əli ağa Şıxlinskini tanıyırsanmı? O, kim olub? Xatirə-

lərini oxuyubsanmı? Mən cavab verməkdə çox tələsdim və de-

dim ki, xatirələrini oxumamışam, ancaq eşitmişəm ki, çox yaxşı 

topatan olub. Onlar hər ikisi, xüsusən, H.Hüseynov qəhqəhə ilə 

gülərək: “Onun yaxşı topatan olduğunu kimdən eşitmisən?” – 

soruşdu. Mən qulaqlarımın ucuna kimi qızardım. Hiss elədim 

ki, yersiz danışmışam.

Heydər  Hüseynov  general-leytenant  Əli  ağa  Şıxlinski  ilə 

görüşlərindən çox fərəhlə danışırdı. O dedi ki, general Şıxlinski-

nin yaşının 80-ə yaxınlaşmasına baxmayaraq, 1942-ci ildən onun 

yanına gedib, hərbi vətənpərvərlik işini gənclər arasında yaxşı 

təbliğ  etmək  üçün  xatirələrini  yazmasını  xahiş  etdim.  General 

gözünün çox zəif görməsinə və qulağının ağır eşitməsinə bax-

mayaraq, mənim xahişimi yerə salmadı. Həqiqətdə onun yazdığı 

xatirələri biz müharibə illərində həm Azərbaycan, həm də rus 

dillərində çap etdirdik və bu, çox yaxşı səmərə verirdi.

Heydər  Hüseynov  general  Şıxlinskinin  həyat  yoldaşı  Nigar 

xanım haqqında danışaraq göstərirdi ki, yaxşı savadlı və Şıxlins-

kinin dediyinə görə çox mehriban bir qadın olub. Birinci Dünya 

müharibəsi  illərində  şəfqət  bacısı  kimi  yaralı  döyüşçülərin 

müalicə  edilməsində  yorulmaz  fəaliyyət  göstərib.  Bu  zaman 

Mehdi Hüseyn dilləndi: “Professor, mən təəccüb edirəm, necə 

olub ki, yaxşı ziyalı ailəsində böyüyən və şəxsiyyətcə gözəl olan 



Şəmistan Nəzirli

191


belə cavan qız 50 yaşlı generala ərə getməyə razı olub”. Heydər 

Hüseynov bir az duruxub cavab verdi: “Məsələ elə deyil, əvvəla, 

Şıxlinski evlənən zaman 50 yox, 44 yaşında olub, ikincisi isə ge-

neral  Şıxlinski  Nigar  xanımın  ikinci  əri  olub,  onun  birinci  əri

1

 

vəfat etdikdən sonra dul qadın kimi Şıxlinskiyə ərə gedib”. Meh-



di Hüseyn onunla razılaşdı, daha bir söz demədi.

H.Hüseynov sözünə davam edərək dedi ki, Şıxlinskidən baş-

qa köhnə rus ordusunda general-leytenantlar Səməd bəy Meh-

mandarov,  Hüseyn  xan  Naxçıvanskinin  də  xidməti  böyükdür. 

Lakin xalqımız onları yaxşı tanımır. Müharibə illərində onun Əli 

ağa  Şıxlinski  haqqında  qəzet  və  jurnallarda  xeyli  yazıları  çap 

olunmuşdur, ancaq bu, çox azdır. Onlar haqqında Siz yazıçılar 

də gərək öz sözünüzü deyəsiniz, bədii ədəbiyyatda onları işıq-

landırasınız,  bu  çox  vacib  və  əhəmiyyətlidir.  Mərhum  Mehdi 

Hüseyn gülümsəyərək cavab verdi ki, işıqlandırmağa işıqlandı-

rarıq, ancaq qorxuram sonra keçmişi idealizə etdiyimiz üçün bizi 

partiya məsuliyyətinə cəlb edəsiniz.

Heydər Hüseynov xeyli duruxdu, sonra dedi ki, sən müəyyən 

dərəcədə haqlısan, təəssüf ki, bizimlə qonşu xalqlara nisbətən bu 

sahədə biz çox məhdud hərəkət edirik. Ancaq əminəm ki, vaxt 

gələcək, bu məhdudiyyət aradan götürüləcəkdir.

Bununla  da  onların  söhbəti  qurtardı.  Mehdi  Hüseyn  durub 

getmək istəyirdi ki, Hüseynov gülə-gülə dedi: “Mehdi müəllim, 

tələsmə, qoy bu yaxşı topatan yoldaşın ərizəsinə də baxaq, sonra 

gedərsən”. Sonra məndən zaçot kitabçamı istədi və tələsmədən 

onu vərəqləyib qiymətlərimi nəzərdən keçirərək üzümə baxıb: 

“Sən lap yaxşı oxuyansan ki”, – dedi. Mehdi Hüseyn söhbətə qa-

rışdı: “Professor, yəqin yaxşı oxuyur ki, Sizin yanınıza gəlib, pis 

oxusa, çətin ki, cürət edə bilərdi”. 



Talıb ƏLİYEV, 

Mərkəzi Müəllimləri Təkmilləşdirmə 

İnstitutunun baş müəllimi

1

  Nigar xanımın birinci əri milliyyətcə acar olan Dərviş bəy Məmməd 



bəy oğlu Palavandov idi. Dini müsəlman idi – Ş.N.

General Əli ağa Şıxlinski və silahdaşları

192


“Dilin sahibi xalqdır” məqaləsindən

…Bu yaxınlarda Azərbaycan Elmlər Akademiyasının Əlyaz-

ma ları İnstitutunda xalqımızın fəxri, böyük hərbi sərkərdə Əli 

ağa  Şıxlinskinin  1940-cı  ildə  çapdan  çıxmış  “Azərbaycan-rusca 

lüğət”  (Heydər  Hüseynovun  redaktəsi  ilə)  haqqında  yazdığı 

rəyin  əlyazmasına  rast  gəldim.  Həmin  materialdan  faydalan-

maqla  bərabər,  müəllifin  Azərbaycan  xalq  dilinin  sirlərinə  nə 

qədər dərindən bələd olduğuna heyran qaldım. Dilimizin necə 

də gözəl, necə də mənalı sözləri varmış. General Azərbaycan dili 

barədə,  onun  lüğət  tərkibinin  zənginliyi  barədə  çox  maraqlı 

fikirlər söyləməklə yanaşı, lüğətin tərtibçilərinin bir sıra sözlərin 

məna  çalarlarını  nəzərə  almaqda,  nəticədə  onların  ruscaya  da 

düzgün tərcümə etməməkdə təqsirləndirmişdir.

Bizim indiki hərbi mütəxəssislərimizə, hərbi sərkərdələrimizə, 

hərbi jurnalistlərimizə tövsiyə etmək istərdim ki, ana dilinə mü-

nasibəti, ana dilini sevməyi general Əli ağa Şıxlinskidən öy rən-

sinlər; heç olmazsa, “dislokasiya” (“qoşun dislokasiyaları, dislo-

kasiya etmək”) kimi qəliz terminlərin azərbaycanlaşdırıl masına 

çalışsınlar. Təxminən yetmiş il bundan əvvəl Əli ağa Şıxlinskinin 

Azərbaycan  dilində  yaratdığı  hərbi  terminlərə  də  onların 

münasibətini bilmək istərdik. Mənə belə gəlir ki, vaxtilə genera-

lın yaratdığı hərbi terminlərdən bu gün də istifadə etmək olar.

 

Məmməd Qasımov,

filologiya elmləri doktoru, professor

“Ədəbiyyat qəzeti”, 2 sentyabr 1998-ci il 

* * *


“Rus  ordusu  generallarından  azərbaycanlı  Əli  ağa  Şıxlinski 

çar Rusiyasının Avropa cəbhəsində xidmət etmək üçün Qafqaz 

müsəlmanlarından  təşkil  etmiş  olduğu  “Vəhşi  diviziya”ya 

mənsub əsgər və zabitlərdən “Tatar alayı” adı ilə altı yüzə yaxın 



Şəmistan Nəzirli

193


süvari  toplayaraq,  erməni  qırğınlarının  qarşısını  almağa  cəhd 

göstərdi. Bu qoşunda bir neçə rus zabiti də vardı”. 

“Birinci dünya hərbində türk hərbi, Qafqaz cəbhəsi, üçüncü 

ordu hərəkatı” tarixi əsərindən. Əsər 1993-cü il Türkiyə Silahlı 

Qüvvələri Baş Qərargahının nəşriyyatında çap olunmuşdur”. 

* * *


Заместителю председателя Президиума

Азербайджанского филиала

Академии Наук СССР, Г.Н.ГУСЕЙНОВУ

Глубокоуважаемый Товарищ,

Приношу  Вам  сердечную  благодарность  за  присланные 

мне  два  экземпляра  брошюры  “Али  Ага  Шихлинский”  и 

переведенный мне по телеграфу гонорар две тысячи рублей, 

как указано Вами любезно в письме от 11 апреля.

Гонорар получен мною месяц тому назад и я тогда же, за-

казным  письмом  10  апреля  искренно  поблагодарил  Мир 

Джафар Багирова за этот неожидаемый мною подарок, как 

и за другие два щедрые подарка из даров богатой природы 

Вашей прекрасной страны.

Очень рад, если по долгу дружбы с Али Ага я мог оказать 

посильную помощь в деле издания его интересных и ценных 

для  истории  “Воспоминаний”  и  если  составленное  мною 

предисловие настолько понравилось Вам, что оно издано от-

дельной брошюрой на его родном языке.

Надеюсь получить от Вас в скором времени вышедшие из 

печати “Воспоминания Али Ага Шихлинского” – в знак до-



брой незабвенной памяти о дорогом моем друге, с которым 

мы отдали лучшие годы нашей жизни беззаветному служе-

нию родной русской артиллерии. С “Воспоминаниями” Али 

Ага  необходимо  основательно  познакомиться  широкому 

кругу  командования  нашей  молодой  доблестной  артилле-

рии  Красной  армии.  Позволю  себе  просить  Вас  прислать 



General Əli ağa Şıxlinski və silahdaşları

194


“Воспоминания Али Ага” главному маршалу нашей артил-

лерии Воронову Николаю Николаевичу и генерал-лейтенан-

там артиллерии И.С.Прочко, В.И.Хохлову и Ф.А.Самсонову, 

а также начальнику ГАУ маршалу артиллерии Н.Д.Яковлеву.

От всей души желаю Вам доброго здоровья и успеха во 

всем. Искренно Вас уважающий



профессор, генерал-майор

Евгений Барсуков

10.05.1944

Москва

* * *


“…Azərbaycan  Respublikası  Prezidenti  İşlər  İdarəsi  Siyasi 

Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində general-mayor 

Yevgeni Barsukovun M.C.Bağırova göndərdiyi məktubları ilə ta-

nış olmaq mümkündür. General Barsukov Ə.Şıxlinskinin “Xati-

rələri”nin əlyazması ilə tanış olduqdan sonra yazdığı “Müqəd-

dimə”də  azərbaycanlı  generalın  barəsində  ürək  sözlərini  ifadə 

etmişdi.

1944-cü il aprel ayının 10-da Moskvadan hərbi elmlər dokto-

ru, professor Y.Z.Barsukov Bakıya göndərdiyi məktubunda ya-

zırdı:


“Çox hörmətli Mir Cəfər! Mən özümə şərəfli bir borc bildim ki, Si-

zin xahişinizi yerinə yetirim. Rus artilleriyasında köhnə dostum və sir-

daşım Əli ağa Şıxlinskinin “Xatirələrim” kitabına müqəddimə yazdım. 

Mən bu əməyimə görə cüzi də olsa belə, qonorar almaq fikrində deyil-

dim. Bu gün gözlərimə inanmadım:

Siz mənə füsunkar Azərbaycan torpağının təbii zənginliyinin rəmzi 

olan  bir  ərməğan  göndərmisiniz.  Sizdən  nə  gizlədim,  müharibənin 

törətdiyi fəlakətlər nəticəsində yaranmış ərzaq qıtlığı şəraitində ailəmiz 

üçün bu misilsiz yardımdır. Mənə sonsuz sevinc bəxş etdiyiniz həmin 

gün Sizdən ikinci hədiyyəni aldım ünvanıma iki min manat məbləğində 

pul  göndərmisiniz.  Sizdən,  çox  hörmətli  Mir  Cəfər,  nə  gizlədim,  bu 

sürpriz  mənim  üçün  bir  möcüzədir,  qəlbimin  dərinliyindən  qopan 

Şəmistan Nəzirli

195


minnətdarlığımı qəbul edin. İndiki bahalıq şəraitində fərdi təqaüdümün 

məbləği  azlıq  edir.  Stalin  mükafatından  qəpik-quruş  qalıb.  Hərbi 

nəşriyyatla müqaviləyə əsasən qonorarımı ala bilmirəm. Hələ 1941-ci 

ilin mayında Baş artilleriya marşalı N.N.Voronovun razılığı ilə kita-

bım nəşr olunmalı idi.

Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Səmimi hörmətlə:   

 

Yevgeni Barsukov

10.IV.1944, Moskva”.

Arxivdə saxlanılan bir teleqramdan aydın olur ki, Mir Cəfər 

Bağırov moskvalı hərbi təqaüdçünü 1 May bayramı ərəfəsində 

də  yaddan  çıxarmamışdır.  Azərbaycan  K(b)P  MK-ya  Moskva-

dan göndərilmiş bir teleqramda deyilir:

“Bakı. Azərbaycan KP MK katibi Mir Cəfər Bağırova

May bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Zəngin bay-

ram hədiyyəsi üçün təşəkkürümü bildirirəm. Vətənimizin çiçəklənməsi 

naminə Sizə uğurlu fəaliyyət arzulayıram.

professor Barsukov

30.IV.44”

SSRİ EA Azərbaycan filialı tərəfindən bilavasitə Heydər Hü-

seynovun iştirakı ilə ana dilimizdə və rusca 1944-cü il may ayın-

da bu yeddi min beş yüz nüsxə tirajla buraxılmış “Xatirələrim” 

kitabının yayılmasına da alimin özü rəhbərlik etmişdi. Bundan 

əlavə,  M.C.Bağırovun  təklifi  ilə  Heydər  Hüseynov  general 

Y.Z.Barsukovun Əli ağa Şıxlinski haqqında məqaləsini azərbay-

canca və rusca ayrıca kitabça halında nəşr etdirmiş, qonorarını 

müəllifə poçta ilə göndərmişdi. Beləliklə, Azərbaycan alimi ilə 

rus generalı arasında canlı Bakı-Moskva körpüsü yaranmışdır. 

Alim, generalın “Xatirələrim” kitabının Moskvada da yayılması-

nı təşkil etmişdi. Arxiv sənədlərimdən aydın olur ki, Ə.Şıxlinski-

nin  “Xatirələrim”  kitabı  nəşr  edildikdən  dərhal  sonra  Heydər 

Hüseynov  Moskvaya,  general  Y.Barsukova  altı  nüsxə  göndər-



General Əli ağa Şıxlinski və silahdaşları

196


mişdir. Bir neçə gündən sonra “Müqəddimə” müəllifindən Bakı-

ya aşağıdakı məktub gəlmişdir:



“Hörmətli yoldaş Heydər Hüseynov! Əli ağa Şıxlinskinin kitabın-

dan  6  nüsxə  göndərdiyiniz  üçün  səmimi-qəlbdən  təşəkkür  edirəm. 

Həmin kitablardan beş nüsxəsini Voronov, Yakovlev, Proçko, Xoxlov və 

Samsonov  yoldaşlara  vermişəm...  Əgər  mümkünsə,  SSRİ  EA  Tarix 

İnstitutunun direktoru akademİk Qrekova, bizim şanlı Qızıl Ordunun 

komandanlığının Əli ağa Şıxlinskinin “Xatirələrim”i ilə maraqlanan 

bəzi  üzvlərinə  verməkdən  ötrü  daha  6  nüsxə  göndərməyinizi  xahiş 

edirəm.

Sizə səmimi qəlbən hörmət edən professor Yevgeni Barsukov”.

1944-cü il avqustun 18-də alim Heydər Hüseynov general Əli 

ağa Şıxlinskinin vəfatının bir illiyinə həsr edilmiş xatirə gecəsi 

keçirmişdir.

“Kommunist”  qəzetinin  1944-cü  il  20  avqust  tarixli  sayında 

dərc edilmiş “Əli ağa Şıxlinskinin xatirə gecəsi” sərlövhəli xəbər-

də oxuyuruq: “Avqustun 18-də rus ordusunun general-leytenantı Əli 

ağa Şıxlinskinin vəfatı gününün birilliyi tamam olmuşdur. Həmin gün 

SSRİ Elmlər Akademiyası Azərbaycan filialının böyük salonunda, rus 

ordusunun  görkəmli  generallarından  biri  olan  Əli  ağa  Şıxlinskinin 

xatirə gecəsi keçirilmişdir. Gecədə Qızıl Ordunun zabitləri, alimlər və 

ziyalıların nümayəndələri toplanmışlar. Xatirə gecəsini SSRİ Elmlər 

Akademiyası Azərbaycan filialı Rəyasət Heyətinin sədri professor Hey-

dər Hüseynov başlanğıc nitqi ilə açmışdır. Sonra mayor Hacıağa İbra-

him bəyli çıxış edərək Əli ağa Şıxlinskinin həyat və fəaliyyəti haqqında 

məruzə etmiş və Şıxlinski haqqında öz xatirələrini danışmışdır. Gene-

ral-mayor Tərlan Əliyarbəyov topçuluq sahəsində görkəmli mütəxəssis 

olan Əli ağa Şıxlinski haqqında öz xatirələrini söyləmişdir. Rus topçu-

luğunun inkişafında Əli ağa Şıxlinskinin fəaliyyəti haqqında general-

mayor  Beskrovnov  danışmışdır.  Xatirə  gecəsi  münasibətilə  Əli  ağa 

Şıxlinskiyə həsr edilən ədəbiyyat, fotoşəkilləri və əlyazmaları sərgisi çox 

maraqlı idi” (T.Qurban. “Mir Cəfərin məhkəməsi necə hazırlan-

mışdır” məqaləsi, “Ekspress” qəzeti, 5-7 sentyabr 2009-cu il).



Şəmistan Nəzirli

197


* * *

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin