ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
  1   2   3   4   5   6   7   8   9   ...   33

ŞƏMİSTAN NƏZİRLİ

GENERAL ƏLİ AĞA 

ŞIXLİNSKİ VƏ 

SİLAHDAŞLARI

HƏRB TARİXİNDƏN

ARAŞDIRMALAR

Bakı – 2012



Elmi məsləhətçi: 

Mehman Süleymanov

 

 

 

hərb elmləri doktoru, polkovnik

Şəmistan NƏZİRLİ

“GENERAL ƏLİ AĞA ŞIXLİNSKİ VƏ SİLAHDAŞLARI”

Hərb  tarixi  və  generallarımız  haqqında  silsilə  əsərlər  müəllifi, 

tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin adı Azər baycan oxucularına yaxşı 

məlumdur. Onun “Güllələnmiş Azərbaycan generalları”, “Azərbaycanın 

ilk  hərbi  təyyarəçisi  Fərrux  ağa  Qayıbov”,  “İyirminci  ildə  Qarabağ 

döyüşləri”,  “General  Yadigarov  qardaşları”,  “Cümhuriyyət  generalları” 

və başqa əsərləri tarixi sənədlər əsasında yazılıb.

Şəmistan Nəzirli oxucuların görüşünə yeni bir əsərlə gəlib. İllərlə həyat 

və fəaliyyətini öyrəndiyi böyük sərkərdə Əli ağa Şıxlinskinin hərbiçi nəsli 

haqqında kitabını oxuculara təqdim edir. Əsərdə generalın həyat yoldaşı 

ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım, artilleriya generalı Səməd 

bəy Mehmandarov, ilk admiral İbrahim bəy Aslanbəyov, unudulmuş to-

poqraf-general  İbrahim  ağa  Vəkilov  və  süvari  generalı  Yaqub  Quliyev 

haqqında tədqiqatları da oxuculara təqdim olunur.

© Ş.Nəzirli


Şəmistan Nəzirli

3

Hər fərdin bioqrafiyası olduğu kimi, hər nəslin də özünə məxsus bi-



oqrafiyası  var.  Bu  bioqrafiyalar  müxtəlif  şəraitdən,  müxtəlif  tarixi 

dövrlərdən  keçdiyi  üçün  müxtəlifdir.  İnsanların  taleyi  olduğu  kimi, 

nəsillərin də taleyi var. Bu taleləri sonradan pisləmək, yaxud dəyişdirmək 

olmaz. Onların üstündən xətt də çəkmək olmaz. Onları necə varsa, eləcə 

də qəbul etmək lazımdır. Əgər sonradan gələnlər özlərindən əvvəlkiləri 

inkar etsələr, onu yoxa çıxartmağa çalışsalar, tarixin mərhələlərində bir 

boşluq əmələ gələr.

İsmayıl ŞIXLI

xalq yazıçısı

Bizim  keçmişdə  də  ordu  yaratmaq  sahəsində  böyük  ənənələrimiz 

olub. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən 

gənc vətənpərvər ola bilməz.

Heydər ƏLİYEV

General İsmayıl bəy Qutqaşınlı, Cəfərqulu ağa Bakıxanov, Əli ağa 

Şıxlinski,  Səməd  bəy  Mehmandarov,  İbrahim  ağa  Vəkilov…  eh,  nə 

qədər! Adları itənlərimiz, şöhrəti unudulanlarımız haqqında kim danı-

şacaq? Nə vaxt danışacaq, nə vaxt yazacaq? Balaca xalqıq, böyük hərb 

tariximiz var…

Bütün yazıçıları bir yerə yığın, hərb tariximizdən yazın. Bu bizim 

qürur hissimizdi, onu əlimizdən almaq olmaz.

Xalq şairi Nəriman HƏSƏNZADƏ

“Nabat xalanın çörəyi” povesti,

1986-cı il, səh.138

General Əli ağa Şıxlinski və silahdaşları

4

HƏRB TARİXİNƏ HƏSR  



OLUNMUŞ ÖMÜR

Mən  Şəmistan  Nəzirlini  qiyabi  olaraq  çoxdan  tanıyırdım. 

Onun adına ilk dəfə Çita şəhərində hərbi xidmətdə olarkən rast 

gəlmişdim. Həmin vaxt vətəndən uzaq olmağıma baxmayaraq 

çalışırdım  ki,  əlaqələrimi  itirməyim  və  mənim  yanıma  gələn 

dost-tanışlarım  həmişə  mənə  Azərbaycan  dilində  xalqımızın 

tarixinə və mədəniyyətinə aid kitab və jurnallar gətirərdilər. Çi-

tadakı xidmətim zamanı Azərbaycandan aldığım kitabların ara-

sında  “Azərbaycan  generalları”  kitabını  da  gördüm.  Bu  kitab 

mənim üçün son dərəcə böyük maraq kəsb etdi. Doğrusunu de-

yim ki, mən ilk dəfə Azərbaycan xalqının bu qədər general öv-

ladlarına malik olması barədə məlumatla bu kitabla rastlaşdım. 

Təbii  olaraq  kitabın  müəllifinin  kim  olduğu  ilə  maraqlandım. 

Həmin  kitabın  müəllifi,  bildiyiniz  kimi,  hazırda  Müdafiə 

Nazirliyində  Hərbi-Elmi  Mərkəzin  baş  elmi  işçisi,  polkovnik-

leytenant Şəmistan Nəzirlidir. 

Keçən əsrin doxsanıncı illərində Azərbaycanda məlum pro-

seslər başlayanda mən də könüllü olaraq vətənimə döndüm və 

xidmətimi Azərbaycanda davam etdirməyi qərara aldım. Mənə 

Müdafiə  Nazirliyinin  rəhbərliyi  tərəfindən  yeni  qurulan  ordu 

üçün hərbi nizamnamələrin hazırlanması, Azərbaycan hərb tari-

xinin araşdırılması və onun yeni ordunun şəxsi heyətinə çatdırıl-

ması kimi vəzifələr həvalə olundu. Hərbi nizamnamələrin hazır-

lanması işi elə bir xüsusi çətinlik təşkil etməsə də, Azərbaycanın 

hərb  tarixinin  araşdırılması  vəzifəsi  bu  işi  bilən  mütəxəssislər 

olmadan mümkün deyildi. Yadımdadır ki, biz Elmlər Akademi-

yasına  müraciət  etdik.  Təbii  olaraq  orada  belə  mütəxəssislərin 

olmadığı cavabı ilə rastlaşdıq. Mənə təklif olundu ki, Şəmistan 



Şəmistan Nəzirli

5

Nəzirlini  bu  işə  cəlb  edək.  Mən  onunla  tanış  deyildim. Ancaq 



adını eşidəndə xatırladım ki, bu adam mənim hələ Çita şəhərində 

əsərini sevə-sevə oxuduğum “Azərbaycan generalları” kitabının 

müəllifidir. Ona da sevindim ki, indi onunla tanış olmaq imka-

nım olacaqdı.

Bu hadisə 1992-ci ilin isti yay günlərində olmuşdu. Şəmistan 

Nəzirlini  biz  evdə  tapa  bilmədik.  O,  Mərdəkandakı  istirahət 

evlərindən  birində  öz  yaradıcılığı  ilə  məşğul  idi.  İstefada  olan 

polkovnik Mustafa Məhərrəmovla bərabər onun yanına getdik. 

Tanış olduqdan sonra gəlişimizin məqsədini açıqladıq. Şəmistan 

əvvəlcə razı olmadı. Bildirdi ki, geniş yaradıcılıq planları var və 

işləri çoxdur. Biz söylədik ki, məqsədimiz elə onun yaradıcılıq 

fəaliyyətinə  qayğı  və  şərait  yaratmaq,  üzə  çıxardıqlarını  ordu-

nun  şəxsi  heyətinə  çatdırmaqdır.  Bir  xeyli  söhbət  etdik,  fikir-

lərimizi bölüşdük. İlk görüşümüz zamanı Şəmistan müsbət ca-

vab  verməsə  də  mən  şübhə  etmirdim  ki,  bizim  təklifimizə  o 

biganə qalmayacaqdır. Çünki ömrünü əcdadlarımızın hərb tari-

xinə həsr etmiş bir insan həmin tarixi həsrətlə gözləyən Milli Or-

dudan kənarda qala bilməzdi. Qalmadı da. Biz bunun üçün də 

ona  minnətdar  olmalıyıq.  Onu  da  yaxşı  bilirdik  ki,  Şəmistan 

Nəzirlinin həyatının hər anı bizim üçün qiymətli olan tariximi-

zin bağlı qalmış səhifələrinin açılmasıdır. Ona görə onun səmərəli 

fəaliyyəti üçün mümkün olan şəraiti yaratmağa çalışırdıq. Qısa 

müddət ərzində o çox məhsuldar işlədi. “Qoridən gələn qatar”, 

“Cümhuriyyət generalları”, “Qacarlar”, “Tam artilleriya generalı 

Səməd  bəy  Mehmandarov”,  “Yaddaşlarda  yaşayan  Vurğun”, 

“Arxivlərin sirri açılır”, “Topoqraf-general İbrahim ağa Vəkilov”, 

“Qarxunlu Əşrəf bəy”, “General Yadigarov qardaşları”, “Güllə-

lə nmiş Azərbaycan  generalları”  və  s.  kimi  kitabları  yazıb  nəşr 

etdirdi.

1999-cu ildə müdafiə naziri Gürcüstanda səfərdə olarkən qar-

şılıqlı  fəaliyyət  barədə  müəyyən  razılaşmalar  əldə  edilmişdi. 

Həmin razılaşmanın nəticəsi kimi Şəmistan Nəzirli bir müddət 

Gürcüstan arxivlərində araşdırmalar apardı və bu araşdırmala-


General Əli ağa Şıxlinski və silahdaşları

6

rın  nəticəsi  kimi  xalqımızın  daha  on  bir  generalının  adını  və 



fəaliyyətini  üzə  çıxardı.  Şəmistan  Nəzirlinin  bu  istiqamətdəki 

uğurlu fəaliyyəti indi də davam etməkdədir.

Müdafiə nazirliyinin orqanı olan “Hərbi bilik” jurnalının ya-

radılmasında da Şəmistan Nəzirlinin xeyli zəhməti var. Doxsan 

üçüncü ildə ilk dəfə onun təşəbbüsü ilə bu jurnal yenidən nəşr 

olundu. O, iyirmi-otuzuncu illərdə Azərbaycanın hərbi qəzet və 

jurnalları haqqında xeyli materiallar araşdırıb üzə çıxartmışdır. 

Elə jurnalın 1993-cü ildə çap olunan ilk nömrəsində də “Hərbi 

bilik”  jurnalının  ilk  redaktorları  və  general  Əli  ağa  Şıxlinski 

barəsində onun yazıları var idi. O vaxtdan indiyə kimi Şəmistan 

Nəzirli “Hərbi bilik” jurnalının daimi müəlliflərindən biri olaraq 

qalmaqdadır.

Şəmistan  Nəzirli  son  dərəcə  zəhmətkeş  bir  tədqiqatçıdır. 

Zəhmətkeş olduğu qədər də sadə, gülərüz, vətənpərvər bir şəxs-

dir. Ömrünü həsr etdiyi mövzular elə onun vətənə bağlılığının 

bir nümunəsidir. Özü də Şəmistan elə bir mövzunun araşdırıcı-

sıdır  ki,  onun  qələmindən  çıxan  hər  bir  sətir  xalqımızın  qəh-

rəmanlıq  tarixinin  canlandırılması  və  gənclərimizin  də  bu 

qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi üçün misilsiz 

əhəmiyyətə malikdir. Milli hərbiçilərimizin xatirələrinin əbədi-

ləşdirilməsi üçün həmişə narahat bir ömür keçirir. Yadınıza salın 

general Ə.Şıxlinskinin “Xatirələrim”in çapı ilə bağlı onun 1984-

cü ilin zəhmətini…

1993-cü ilin mart ayında Şəmistan təklif etdi ki, Əli ağa Şıx-

linskinin anadan olmasının 130 illiyini qeyd edək. Bu tarixə çox 

az  vaxt  qalmışdı.  Buna  baxmayaraq,  Şəmistanın  səyləri  ilə  biz 

lazım olan işləri görə bildik və Əli ağa Şıxlinskinin anadan olma 

tarixini  onun  Yasamal  qəbiristanlığındakı  qəbri  üzərində  qeyd 

etdik. Rəhmətlik xalq yazıçısı İsmayıl Şıxlı və başqa xadimlərimiz 

bu  tədbirdə  iştirak  etdilər.  Həmin  vaxtdan  başlayaraq  Əli  ağa 

Şıxlinskinin anadan olma günü hər il onun qəbri üzərində qeyd 

edilir. 


Şəmistan Nəzirli

7

İstiqlal  küçəsində  tam  artilleriya  generalı  Səməd  bəy  Meh-



mandarovun  yaşamış  olduğu  evin  divarında  onun  xatirə  löv-

həsinin  vurulmasında  da  Şəmistanın  böyük  zəhməti  vardır. 

Onun gördüyü işləri qısa bir zaman içərisində sadalayıb qurtar-

maq mümkün deyil. Çox sevindiricidir ki, bu fəaliyyətini davam 

etdirmək üçün Şəmistanın hələ böyük imkanları vardır. İndi o 

ömrünün müdriklik və məhsuldar çağlarını keçirir və şübhə et-

mirik ki, yaxın gələcəkdə Şəmistanın yeni-yeni araşdırmalarının 

soraqlarını eşidəcəyik.

Şəmistanın yaradıcılığına qısa nəzər salmaqla əminliklə söy-

ləmək  olar  ki,  o,  ömrünü  əbəs  yerə  keçirməmişdir.  Şəmistan 

qəhrəmanlıq tariximizi üzə çıxarmaqla vətənimizə və özünə bir 

tarix yaratmışdır. Bu tarixin yeni səhifələrini yazmaqda mən ona 

böyük uğurlar arzu edirəm.

Bu gün o, oxucuların görüşünə yeni bir əsərlə gəlib. Şəmistan 

illərlə  həyat  və  fəaliyyətini  öyrəndiyi  böyük  sərkərdə  Əli  ağa 

Şıxlinski və onun silahdaşları haqqında yeni kitabını oxuculara 

təqdim  edir.  Əsərdə  generalın  həyat  yoldaşı  ilk  azərbaycanlı 

hərbi şəfqət bacısı Nigar xanım, unudulmuş topoqraf-general İb-

rahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, ilk azərbaycanlı 

admiral  İbrahim  bəy  Aslanbəyov,  Port-Arturun  azərbaycanlı 

qəhrəmanları  və  süvari  generalı  Yaqub  Quliyev  haqqında 

tədqiqatları da oxuculara ilk dəfə təqdim olunur.



Çingiz MƏMMƏDOV,

general-leytenant

General Əli ağa Şıxlinski və silahdaşları

8

B İ R İ N C İ   H İ S S Ə



ALİM-GENERAL

General Əli ağa Şıxlinski ilə yaxından tanış olan-

lar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər 

ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və 

ibrətli bir şəxs idi.

Heydər HÜSEYNOV

(1908-1950)

filosof-alim

Yaxşı  adamların  əməllərinin  bizə  nə  qədər  fayda 

gətirdiyini yadına sal...! Onda başa düşərsən ki, on-

ların xatirəsi də özləri qədər əzizdir.

  

Seneka Lutsi ANNEY

(e.ə.4–ə.65)

Roma filosofu

Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıx-

linski  bütün  varlığı  ilə  sevdiyi  Azərbaycan  xalqına  ömrünün 

sonunadək sədaqətlə xidmət etmişdir. Hərbi fəaliyyətində araş-

dırmalar apardıqda onun bir çox sahələrdə ilkin şəxs olduğunun 

şahidi  oluruq.  Yalnız  general  kimi  vəzifəsini  bitmiş  hesab 

etməyən  bu  məşhur  sərkərdə  həm  də  hərb  elminin  görkəmli 

alim idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən 

yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiya-

da deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin ar-

tilleriya məktəblərində dərslik kimi istifadə olunmuşdur.

Əli ağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə 

topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib 


Şəmistan Nəzirli

9

hazırlamış  və  topların  təkmilləşdirilməsi  işinə  bir  sıra  dəyərli 



yeniliklər  gətirmişdir.  Hərb  elminin  mütəxəssisləri  bu  gün  də 

etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş 

nadir hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki, 

ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və 

zabitlərə verilən “Legion xaçı” ilə təltif edilmişdir. Əli ağa Şıx-

linski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında 

ən məşhur artilleriya generalı idi.

Arxiv sənədlərindən məlum olur ki, general Əli ağa Şıxlinski 

1939-cu  ildən  sonra  alim  Heydər  Hüseynovla  müntəzəm  elmi 

yaradıcılıq  əlaqəsi  saxlamışdır.  Respublika  Mərkəzi  Dövlət 

Ədəbiyyat və İncəsənət Arxivindən aşkar etdiyimiz 1940-cı il 15 

iyul tarixli məktub da general tərəfindən alimə ünvanlanmışdır. 

İri  ölçülü  kağızlarda  yazılmış  iyirmi  səhifəlik  məktub-müra-

ciətində  general  Əli  ağa  Şıxlinski  alimə  852  sözün  izahını  və 

düzəlişlərini  yazıb  göndərmişdi.  Məktubdan  məlum  olur  ki, 

1939-cu ildə Heydər Hüseynovun redaktorluğu ilə nəşr olunmuş 

“Rusca-azərbaycanca lüğət”i mütaliə etdikdən sonra general bu 

ağır zəhməti çəkmişdir. General “Qeydləri”nin müqəddiməsində 

yazır: “Redaksiyanın çağırışına əməl edərək, lüğətdə mənim rast 

gəldiyim səhvlər haqqında bəzi mülahizələrimi təqdim edirəm.

Ümumiyyətlə lüğət çox gözəldir. Hər bir sözü ayrılıqda deyil, 

bütün  cümlənin  ümumi  mənasını  tərcümə  etmək  üçün, 

tərcüməçilərə kömək edəcək frazeologiya xüsusilə yaxşıdır”.

Ümumi müddəalarında isə Əli ağa Şıxlinski belə qərara gəlir 

ki, lüğətin əsas çatışmayan cəhəti onun qısa olmasıdır.

“Lüğətdə çox yerdə əsas sözlər buraxılmış, ancaq onların tö-

rəmə sözləri verilmişdir. 

Bizim dilimizi ona yad olan söz düzəltmələrindən təmizləmək 

lazımdır. Əgər başqa dillərə məxsus sözlərdən istifadə etmək eh-

tiyacı varsa, onda törəmə sözlər bizim dilimizin qanunlarına uy-

ğun olmalıdır. Bu, hər şeydən əvvəl, isimlərdən sifət əmələ gəlmə 

hallarına aiddir. Məsələn: a v t o m a t  yazmaq olar və yazmaq da 

lazımdır. Ancaq a v t o m a t i k  – olmaz, artıqdır. H ə r b  sözü isə 

dilimizə çoxdan qəbul edilmişdir, onu saxlamaq, h ə r b i  sözünü 



General Əli ağa Şıxlinski və silahdaşları

10

isə atmaq lazımdır. Azərbaycan xalq dilinin zəngin xəzinəsində 



rus  və  Avropa  sözlərinin  qarışığı  kimi  işlətmək  də  məq-

sədəuyğundur. Məsələn: a x ı n t ı  (cərəyan), s a x l a n c  (ehtiyat), 

d ö v r ç a ğ   d ö n ü m ü   (dövr),  d ü z g ü   (quruluş),  b i l g i 

(nəzəriyyə) və s.”. 

Təvazökar  general  məktubunun  sonunda  yazır:  “Əgər  Siz 

təqdim  olunmuş  materialın  heç  olmasa  kiçik  bir  hissəsindən 

istifadə edə bilərsinizsə, onda mən özümü çox xoşbəxt sanaram. 

Sevinərəm ki, mən də öz balımın kiçik bir damlasını Sizin gözəl 

arı pətəyinizə əlavə etmişəm”.

General  Əli  ağa  Şıxlinskinin  bu  iradlarını  məmnuniyyətlə 

qəbul edən alim Heydər Hüseynov cavab məktubunda yazır ki, 

lüğətin gələcək nəşrində sizin elmi zəhmətinizdən mütləq isti-

fadə olunacaq. Alim bunun üçün generala sətir haqqı da gön-

dərmişdir. 

Akademik Əliheydər Orucov “Əli ağa Şıxlinskinin bir əlyaz-

ması haqqında” adlı məqaləsində haqlı olaraq belə qənaətə gəlir 

ki,  generalın  alim  Heydər  Hüseynova  göndərdiyi  “Qeydləri” 

lüğətçilik, xüsusən də termin yaradıcılığı baxımından çox fayda-

lıdır. İndiyə qədər hərbi mütəxəssis kimi tanınan Əli ağa Şıxlins-

kinin  dil,  lüğətçilik,  terminologiya  məsələlərilə  maraqlanması 

faktının özü səciyyəvi haldır. (Bax: “Terminologiya məsələləri” 

kitabı, Bakı, 1987, səh.12).

General Əli ağa Şıxlinski lüğətçiliklə 1940-cı ildənmi məşğul 

olmağa başlamışdır? Xeyr! Onun şəxsi arxivində mühafizə olu-

nan “Zabitin dəftəri”ndəki qeydlərindən məlum olur ki, o, hələ 

gənc zabit ikən hərb elmi ilə, dilçilik və hərbi lüğətlə, terminolo-

giya ilə maraqlanmış və bu sahədə gərgin axtarışlar aparmışdır. 

Uzun illər – 1879-cu ildən 1917-ci ilədək həyatının çox hissəsini 

Azərbaycandan uzaqlarda, yüksək hərbi dairələrdə, özgə məm-

ləkətdə və başqa dil mühitində yaşamasına baxmayaraq, general 

milli  varlığını,  ana  dilini  qoruyub  saxlaya  bilmişdir.  Orada 

Azərbaycan dilində mətbuatın və nəşriyyatın olmaması üzündən 

“Rusca-türkcə qısa hərbi lüğət”ini 1926-cı ildə Bakıda üç əlifbada 


Şəmistan Nəzirli

11

– rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da 



ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz 

bu əvəzsiz xidmətinə görə general Əli ağa Şıxlinski SSRİ Hərbi 

İnqilab  Şurasının  1928-ci  il  23  fevral  tarixli  qərarı  ilə  Fəxri 

Fərmanla  təltif  olunmuşdur.  Şıxlinskinin  lüğəti  hərbi  nizam-

namələrin,  hərbi  elmi  ədəbiyyatın  Azərbaycan  dilinə  tərcümə 

olunmasında  böyük  əhəmiyyət  kəsb  etmişdir.  Eyni  zamanda 

hərbi  məktəblərdə,  yenicə  yaranmış  orduda  xidmət  edən 

azərbaycanlı əsgər və zabitlər bu lüğətdən qiymətli vəsait kimi 

istifadə etmişlər.

Həmin kitabın elmi terminoloji əhəmiyyətini maraqlı faktlar-

la araşdıran filologiya elmləri namizədi A.Hacıyeva yazır: “Əli 

ağa  Şıxlinskinin  lüğəti  geniş  dil  materialının  dərin  təhlilinin 

nəticəsi idi.

Azərbaycan  dilinin  lüğət  tərkibini  geniş  əhatə  etməsi  xalq 

dilinə məxsus söz və ifadələrdən yerli-yerində, səmərəli istifadə 

olunması, bir çox unudulmuş və az işlənən sözlərə yenidən ter-

min kimi həyat vəsiqəsi verilməsi baxımından Ə.Şıxlinski lüğəti 

o  dövrdə  nəşr  edilən  lüğətlərin  hamısından  fərqlənir.  …

Azərbaycan  dilində  hərbi  terminologiyanın  olmaması  bu  işdə 

böyük çətinlik törədirdi. Əli ağa Şıxlinskinin lüğətinin nəşri ilə 

həmin çətinlik, demək olar ki, aradan qaldırıldı”. 

General Şıxlinskinin 1926-cı ildə nəşr etdirdiyi 280 səhifəlik 

“Rusca-türkcə qısa hərbi lüğət” elmi əsəri xüsusi dəyərə malik-

dir.  Həmin  lüğətin  misilsiz  elmi  əhəmiyyətindən  danışan  gör-

kəmli filosof-alim Heydər Hüseynov yazır:

“...Kitabın  əvvəlində  general  Əli  ağa  Şıxlinski  lüğət  tərtib 

edərkən yeddi əsas qəbul etdiyini göstərir: 1) Yad sözlərin yerinə 

bacardıqca, türk-Azərbaycan sözləri qoyulubdur. 2) El arasında 

işlənən türkləşmiş ərəb və fars sözləri buraxılmayıbdır: bu dürlü 

sözlər, onlar elə birmənalı türk sözlərinin yanında dırnaqlar ara-

sında yazılıbdır; məsələn: ç a ğ  (vaxt, zaman). 3) Türkcəyə qarış-

mış bəzi ərəb sözləri türkcə deyilişinə uyğun yazılıbdır; məsələn: 

q a l a  (qələ yerinə), s a h a t  (saət yerinə). 4) Kökləri ərəbcədən 


General Əli ağa Şıxlinski və silahdaşları

12

olan  sözlərin  deyilişləri  türkcəyə  uyğunlaşdırılıbdır;  məsələn, 



v ə q t l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (evqat, ətibba, müəzzəf yerinə) 

və sairə…”.

Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müxbir 

üzvü Əliheydər Orucovun “Ə.Şıxlinskinin bir əlyazması haqqın-

da” məqaləsindən:

“Yaşının ötməsinə, səhhətinin pozulmasına baxmayaraq, ge-

neral Əli ağa Şıxlinski həyatının son günlərinə qədər dilimizin 

vəziyyəti,  terminologiya,  orfoqrafiya,  lüğətçilik  məsələləri  ilə 

maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda, həmin institu-

tun  direktoru  Heydər  Hüseynovun  yanında  görmək  olardı. 

Heydər  Hüseynov  Əli  ağa  Şıxlinskiyə  dərin  hörmət  və  həssas 

münasibət  bəslərdi.  İnstitutun  hazırladığı  lüğətlərlə  onu  tanış 

edər və bu barədə fikrini bilmək istərdi. Onun 1940-cı ildə aka-

demik  Heydər  Hüseynova  49  səhifədən  ibarət  göndərdiyi 

“Qeydlər”dən göründüyü kimi, ana dili ilə bərabər, klassik ədə-

biyyatımızı, xüsusən, folklorumuzu çox gözəl bilirmiş. Əli ağa 

Şıxlinski indi ədəbi dildə işlənməyən, buna görə də müasir lüğət-

lərə düşməmiş, amma bəzi dialekt və şivələrimizdə işlənməkdə 

davam edən sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) 

keçirilməsini  məqsədəuyğun  hesab  edir.  Bu  baxımdan  onun 

özünün yeni söz və formalar yaratmaq təşəbbüsü təqdirəlayiqdir. 

Bugünkü şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, 

görünür,  hələ  o  zaman  Əli  ağa  Şıxlinskini  düşündürmüş  və 

fürsətdən  istifadə  edərək,  yazdığı  “Qeydlər”  vasitəsilə  fikrini 

lüğətçilərin nəzərinə çatdırmışdır”.

O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait 

olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi 

azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya-

saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. 

Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin 

lüğətin  əhəmiyyəti,  şübhəsiz  ki,  əvəzsiz  olardı.  Ona  görə  də 

nəşriyyatlarımız  böyük  hərb  alimi  Şıxlinskinin  lüğətinin  yeni 

nəşri barədə təşəbbüs göstərməlidir.


Şəmistan Nəzirli

13


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin