ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

AZƏRBAYCANA ETİBAR OLUNMUR

Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata 

keçirilir.  Mənim  zərrə  qədər  də  şübhəm  yoxdur  ki, 

Serqo  və  Stalinin  simasında  AKP  MK  biz  türklərə 

etibar  etmir  və  Azərbaycanın  taleyini  erməni  daş-

naklarına tapşırır… Onlar həmişə Əliheydər Qara-

yevi  irəli  çəkirlər,  onu  isə  bütün  Azərbaycan  hər 

cəhətdən  satqın  adam  kimi  tanıyır.  Azərbaycanda 

namuslu türk işçiləri partiyanın bu üzvlərinin sima-

sında RKP MK tərəfindən Azərbaycana olan belə eti-

nasızlığı heç vaxt yaddan çıxarmayacaqlar.

Nəriman Nərimanov

1924-cü il, 27 may, Moskva.

1920-ci il iyunun 29-da müstəntiq A.Qubin təxribatçılıqda gü-

nahlandırılan  rotmistr  İlyas  Əliqulu  oğlu  Şahtaxtinskinin  din-

dirilmə protokolundan (iş №717) çıxarış:

General Əli ağa Şıxlinskini Azərbaycan Ordu Qərargahında 

xidmət eləyəndən tanıyıram. Onun Sovet hökumətinə münasibəti 



barədə deyə bilərəm ki, o, heç də bundan razı deyildi. Əksinə, bu 

qoca general Qırmızı ordunun bəzən düçar olduğu məğlubiyyətdən 

razı qalırdı. Şıxlinskinin Könüllü orduya rəğbəti vardı. Bolşevik 

terroristləri Könüllü ordunun nümayəndələrinə mərmi atdıqla-

rına görə tutulan zaman Əli ağa Şıxlinski sevinc və məmnunluqla 

yavəri kapitan Stanislav Mixayloviç Çayevskiyə deyib: “Siz bu 

əclafları  artıq  həbs  etmisiniz.  Çox  yaxşıdır”.  Bu  sözlərini  mən 

özüm eşitmişəm. Qırmızı ordu Dərbənddə olarkən Azərbaycan 

ordusunun  qərargah  komandiri  Qədimova  silahı  təmizləyib 

həmişə qərargahda olmaq və heç yerə getməmək əmrini vermiş-

di. General Şıxlinski bu əmri verməyin səbəbini Qırmızı ordu-

nun yaxınlaşmasını və bu səbəbdən də bolşeviklərin Bakıya girə 

bilməsi təhlükəsi ilə izah edirdi.


General Əli ağa Şıxlinski və silahdaşları

112


1920-ci  il  təxminən  aprelin  15-də  mən  Qarabağ  ordusunun 

Şuşadakı qərargahında ezamiyyətdə idim. Bu zaman müvəqqəti 

hərbi nazir vəzifəsini icra edən general Əli ağa Şıxlinskidən ge-

neral Həbib bəy Səlimovun adına şifrəli teleqram gəldi. O, Quba 

və Tatar süvari alayları vəziyyətinin ciddi olmasını nəzərə alaraq 

göndərilməsini tələb edirdi. Bu teleqramın şifrəsini mən açdım. 

General Səlimov alayları göndərdi və cavab verdi ki, Azərbaycan 

iki  cəbhədə  vuruşa  bilməz.  General  Əli  ağa  Şıxlinskinin  Sovet 

hökumətində yaxşı xidməti barədə heç nə deyə bilmirəm. Ona 

görə ki, bu vaxtlarda mən həbsdə olmuşam.



İmzaladı: 

 

 

İlyas Şahtaxtinski

İş icraçısı: 

* * *


Canüzücü, yalan və iftiralarla dolu protokolları oxuyub qur-

tardıqdan sonra Nəriman Nərimanov xüsusi şöbə rəisi Semyon 

Pankratovu vəzifəsindən azad etdi. Şübhəsiz ki, bu qədər cina-

yətindən  sonra  onun  özü  güllələnməyə  məhkum  olundu.  Bu 

barədə 1920-ci il mayın 30-da menşevik Gürcüstanında dərc olu-

nan  “Грузия”  qəzeti  daha  dəqiq  məlumat  verir.  Qəzet  yazır: 

“Fövqəladə komissiya qırğına ehtiyatla başlamışdır, lakin sonra-

dan  sərt  şəkildə  fəaliyyət  göstərərək  ucdantutma  həbslər  etdi. 

Komissiya  xüsusi  ilə  matros  Pankratovun  rəhbərliyi  altında 

“daha müvəffəqiyyətlə” işləmişdir. Lakin Nərimanovun Bakıya 

gəlişindən sonra Semyon Pankratov aradan götürüldü”.

Azərbaycana “azadlıq” gətirən XI Ordu 79 nəfər hərbçimizi 

1920-ci il iyunun 6-da həbs edib, Nargin adasında, məhz matros 

Semyon Pankratovun sərəncamı ilə güllələmişdir. Onların ara-

sında Gəncə general-qubernatoru Xudadat bəy Rəfibəyov, gene-

ral  Əbdülhəmid  bəy  Qaytabaşı,  podpolkovnik  İsmayıl  xan  Zi-

yadxanov,  general  İbrahim  ağa  Usubov,  general  Əmir  Kazım 

Qacar, Bakı şəhər Polis İdarəsinin rəisi Quda Qudiyev, milyonçu 



Şəmistan Nəzirli

113


Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-

leytenant  Məmməd  bəy  Sulkeviç,  general  Həbib  bəy  Səlimov, 

İsgəndər bəy Seyfulin və başqa Azərbaycan ziyalıları vardı.

* * *


Nərimanov nə qədər yorğun olsa da, indi başından bir fikri 

qova bilmirdi. Bu qırğınlardan sonra qalan iki generalımızı necə 

qorumalı?..

Köməkçisi Nurməmmədi çağırıb bir fincan çay istədi.

– Başım bərk ağrıyır, – dedi, sonra generalların harada olma-

sını soruşdu. 

Şahsuvarov dedi:

–  Onların  üst-başı  pis  gündə  idi.  Neçə  günlük  türmə  həya-

tından çox sınıxıblar. Belə görkəmdə özləri də sizin qəbulunuza 

gəlmək  istəmədilər.  Bilirdim  ki,  Pankratovla  söhbətiniz  uzun 

çəkəcək. Evlərinə göndərdim. Amma, yoldaş Nərimanov, etibar-

lı bir nəfər mənə zəng edib xəbər verdi ki, generalları izləyirlər. 

Deyəsən başlarında yenə qovğa var. 

–  Mənim  adımdan  daxili  işlər  komissarı  Həmid  Sultanova 

zəng elə, hər ikisinin Nikolayev küçəsindəki mənzilinə gözətçi 

qoysun. Özün də get, onlara baş çək, həm də xəbər ver ki, səhər 

saat onda onları gözləyəcəm.

Həmid Sultanov, Muxtar Hacıyev, Çingiz İldırım və bəzi ya-

xın  adamlar,  Nərimanovun Azərbaycana  gəlməsinə  sevinənlər 

ona bildirmişdilər ki, gələn Qırmızı ordunun sıralarında çoxlu 

sayda daşnak əsgəri və zabiti var. Onlar da havadarları Levon 

Mirzoyana, Anastas Mikoyana, Sərkis Danilyana, Serqo Orconi-

kid zeyə arxalanıb minbir fəndlə, yerli-yersiz burjuy, müsavatçı 

damğası  ilə  Azərbaycanın  oğul  və  qızlarını  həbs  edir  və  gül-

lələyirlər.  Xüsusilə  Gəncə  üsyanından  sonra  azərbaycanlılara 

düşmən gözü ilə baxırlar.

1920-ci il aprelin 27-də yeni gələn bolşevik hökuməti Çingiz 

İldırımı Hərbiyyə və Bəhriyyə Komissarı vəzifəsinə təyin etdi. 

Aprelin  30-da  səkkiz  saylı  əmrlə  o,  özünə  müavin  general  Əli 


General Əli ağa Şıxlinski və silahdaşları

114


ağa Şıxlinskini götürdü. Çingiz İldırımın sənəti inşaat mühəndisi 

olduğuna  görə  hərb  işini  o  qədər  də  yaxşı  bilmirdi.  Sonralar 

Ə.Şıxlinski xatirələrində yazırdı: “Komissar mənim yanıma gəlib, 

onun müavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı ol-

dum. Onda o, gülümsəyərək mənim poqonlarımı göstərib dedi:

– Bunları çıxarmaq lazımdır.

Mən belə cavab verdim:

– Madam ki, mən sizinlə işləməyə razılıq verirəm, bu o de-

mək dir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ 

gəlir;  bu  isə,  əlbəttə,  zahiri  əlamətdən  daha  əhəmiyyətlidir 

(Ə.Şıx linski. “Xatirələrim”, Bakı, 1984, səh.191).

İki ay yeddi gün Hərbi-Dəniz Komissarı vəzifəsində işləyən 

Çingiz İldırım gördü ki, bolşeviklər keçmiş milli ordunun əsgər 

və zabitlərini məhv edib dağıdırlar. Onda hərbi müşavirədə sərt 

şəkildə bolşevik rəhbərlərinə bildirdi ki, siz açıq-açığına bizim 

ordunu dağıdırsınız. Niyə və niyə görə, səbəbi məlum deyil. Axı, 

aprelin  27-də  biz  kommunistlər  Azərbaycan  Parlamentinin 

fövqəladə iclasına qərar təqdim etmişdik: səs çoxluğu ilə qəbul 

edilən  səkkiz  şərtin  birinci  bəndində  “Sovet  hakimiyyətinin 

idarə etdiyi Azərbaycanın tam müstəqilliyi qorunub saxlanıla-

caqdır”, yeddinci bəndində isə “Azərbaycan ordusu olduğu kimi 

qalacaq”. Bu gün ordunu dağıdan, zabitlərimizi güllələyən yol-

daşlar bu vədi, bu bəndləri niyə unudublar? Sizin ordunu qırıb-

çatmağınız  Azərbaycan  xalqının,  Azərbaycan  bolşeviklərinin 

arasında bərk narazılıq yaradır. Xalq bolşevik hökumətinə ina-

mını  itirir.  Əgər  belə  davam  edərsə,  mən  bu  vəzifədən  istefa 

verəcəm.


İyulun  4-də  elə  həmin  müşavirədə  Çingiz  İldırımı  etibarsız 

komis sar kimi vəzifəsindən çıxartdılar. Əvəzində rusların sadiq 

bolşeviki,  onların  marağını  sadiq  qul  kimi  həyata  keçirən  Əli-

heydər Qarayevi iyulun 26-da Azərbaycan Hərbi-Dəniz Komis-

sarı təyin etdilər. Əliheydər Qarayevin təyinatından bir az sonra 

müavin Əli ağa Şıxlinski də istefa verdi. Əli ağa Şıxlinski bilirdi 

ki, Əliheydər Qarayevin hərbi-dəniz işlərindən zərrəcə başı çıx-


Şəmistan Nəzirli

115


mır. Deyilən məsləhəti də eşitmək istəmir. Hətta, həmin vaxtlar-

da Azərbaycan ziyalıları Qarayevə qəddarlığına görə istehza ilə 

“səfeh malçişka” ayaması vermişdilər.

Əliheydər Qarayevin təyinatından sonra Azərbaycanda qarət-

lər,  sərxoş  rus  və  erməni  əsgərlərinin  özbaşınalığı,  sürgünlər, 

güllələnmələr daha da artdı.

Əliheydər  Qarayevin  həmin  illərdəki  fəaliyyətinin  şahidi 

olan, 1939-cu ildə kommunist rejimindən idarə etdiyi təyyarə ilə 

birgə qaçıb canını qurtaran təyyarəçi-zabit Məmməd Altunbəy 

Türkiyədə qələmə aldığı “Azadlığa uçan türk” kitabında Əli hey-

dər Qarayevin qəddarlığı haqqında yazır:

“Gəncə basqınından sonra yeni gələn bolşeviklərin ən yaxın 

adamı olmuş Əliheydər Qarayev öz millətinə ermənidən və rus-

dan  daha  çox  zülm  etmişdi.  Ruslar  bir  sıra  azərbaycanlıların 

öldürülməsində,  sürgün  və  həbs  edilməsində  məhz  Əliheydər 

Qarayevin köməyindən istifadə etmişlər. Hətta, iş o yerə çatmış-

dı ki, Gəncədə bir-birinə qarğış edənlər “Əliheydər Qarayevin 

qəzəbinə  gələsən”  deyərdilər.  Əliheydər  Qarayev  çox  zalım, 

qəd dar bolşevik nökəri və amansız bir adam idi”.

Nərimanov  heç  vaxt  gözləmədiyi,  ağlına  belə  gətirmədiyi 

vəziyyətə düşmüşdü. Neyləməli, indiki vəziyyətdə bu iki gene-

ralı necə qorumalı sualı ona rahatlıq vermirdi. Dərdini deməyə 

sirdaş, sadiq dost axtarırdı. Kiminləsə dərdləşmək, ürəyini bo-

şaldıb məsləhət almaq istəyirdi. Uzun götür-qoydan sonra qəti 

qərara  gəldi:  “Yox,  bu  qarışıq  vaxtda  onları  Bakıda  qorumaq 

mümkün olmayacaq”.

* * *

Səhəri gün tezdən onları qəbul edib xeyli söhbət elədi. Res-



publikada  bugünkü  vəziyyətin  çətinliyindən  danışdı.  Haqsız 

həbs olunanlardan, özbaşınalığın baş alıb getməsindən, mərkəz 

Moskvanın onu bir xeyli gec göndərməsindən təəssüfləndiyini 

bildirdi.



General Əli ağa Şıxlinski və silahdaşları

116


Ağsaqqal kimi hörmətlə ilk dəfə Səməd bəy Mehmandarova 

müraciət etdi:

–  Səməd  bəy,  Gəncə  hadisəsindən  sonra  hiss  edirdim  ki, 

qəzalarda  vəziyyət  o  qədər  də  yaxşı  deyil.  Yerlərdən  çoxlu 

şikayətlər gəlirdi. Şikayətlərin hamısı da Qırmızı ordunun yerli 

əhali  ilə  pis  davranışı  barədə  idi.  Məktublardan  bir  neçəsini 

yerində yoxlamaq üçün xüsusi komissiya ilə bölgələrə səfər et-

dim. Yevlaxda, Şəkidə, Zaqatala və başqa yerlərdə Qırmızı ordu-

nun  əsgər  və  zabitlərinin  özbaşınalığını  bəzi  yüksək  rütbəlilər 

adi  hal  kimi  qəbul  edir.  Mən  bunlara  dözməyib  onları  tənbeh 

edir və cəzalandırırdım. Ordan birbaşa sizin ata-baba vətənimiz 

Şuşaya gəldim. İnanın, orada vəziyyəti lap acınacaqlı gördüm. 

Ona görə də götürüb mərkəzə şikayət xarakterli belə bir teleq-

ram vurdum: “Respublikanın kəndlərinə səfərim zamanı mənə 

kütləvi  şikayətlər  daxil  oldu  və  indi  də  bunlar  davam  edir. 

Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və 

XI Ordu hissələrinin nümayəndələri tərəfindən onların sonuncu 

tikə  çörəyi  əllərindən  alınır.  Mən  hesab  edirəm  ki,  bu,  inqilab 

komitələrinin  öz  işlərinə  laqeyd  və  öz  vəzifələrinə  cinayət-

karcasına yanaşması deməkdir. Bu irad XI Ordu hissələrinə aid-

dir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır”.

Moskvada Azərbaycanın səlahiyyətli müvəkkili Behbud bəy 

Şahtaxtinski  bizim  şikayət  xarakterli  daha  bir  məktubumuzu 

RSFR XKS Sədri V.İ.Leninə çatdırıb. Orda da XI Ordunun qüvvəsi 

ilə  Ermənistan  sərhədindəki  müsəlman  əhalisinin  tərk-silah 

edilməsini, daşnak hücumlarının təhlükəsi qarşısında qoyması-

nı  yazmışıq.  Yazmışıq  ki,  “müsəlman  əhalisi  tərk-silah  edilir, 

daşnakların silahlı dəstələri isə müsəlman kəndlərini amansızca-

sına  qılıncdan  keçirir  və  məhv  edirlər.  Kəndlilər  bağlarını, 

əkinlərini  və  avadanlıqlarını  ataraq  dağlara  qaçır.  Müsəlman 

əhalisi daimi müsadirələrə və xüsusilə də mənzillərin kommu-

nallaşdırılmasına görə ümidsizliyə qapanırlar. Çünki bu axırıncı 

xalqın məişət tərzinə və şəraitə tamamilə əksdir. Buna əsrlərlə 

davam edən adət-ənənələrin ağır təhqiri kimi baxılır.



Şəmistan Nəzirli

117


…Qızıl Ordu əvvəlcə özünü yaxşı aparırdı, indi isə özünü ir-

ticaçı  kimi  göstərir.  Yerlərdən  sarsıdıcı  məlumatlar  alınır.  İş  o 

yerə çatıb ki, qızlar və qadınlar açıq şəkildə zorlanır. Öz çörəyi 

ilə dolanan Azərbaycan indi çörəksiz qalıb” (B.Rəfiyev. “Aysber-

qin sualtı hissəsi”, Bakı, 1995, səh.14).

Bunların başında gələn komandirlər və rəhbərlər yerlərdəki 

inqilab  komitələrinə  elə  bir  səlahiyyət  veriblər  ki, Azərbaycan 

hökuməti  ilə  qətiyyən  hesablaşmır,  ordu  hissələrinin  koman-

dirləri müstəmləkəçilik siyasəti yeridirlər. Şuşada olanda “ordu 

klubu” deyilən bir binaya baş çəkdim. Nə görsəm yaxşıdır? Kef 

məclisinin şahidi oldum. Qarabağ xanı Mehdiqulu xanın mülkü-

nün böyük zalında xalı-xalçanın üstündə əyləşən sərxoş zabitlər 

erməni qadınları ilə musiqi dinləyir, rəqs edib, çalıb-oynayırlar.

Nərimanov danışdıqca Səməd bəy son dəfə gördüyü Şuşada-

kı dədə-baba mülkünü xatirində canlandırırdı. Ürək eləyib soru-

şa bilmirdi ki, bizim Mehmandarovlar mülkünə baş çəkdinizmi? 

Ehtiyat elədi, qorxdu ki, “sizin mülkü də əsgərlər üçün kazarma 

eləyiblər”  cavabını  eşidər.  İndi  dağlar  mələyi  Şuşanın  istilaçı 

əsgərlər tərəfindən nə kökə düşdüyünü xəyalında canlandıran 

Səməd bəy az qala sarsılırdı. Nərimanov Əli ağaya nəyisə izah 

edirdi.  Onların  söhbətindən  heç  nə  eşitməyən  Səməd  bəy  öz 

aləmində idi. Lənkərandan iki-üç günlüyə Şuşaya gələndə atası 

Sadıq bəy həmişə balaca Səməd bəyi də özü ilə gətirərdi. Əlindən 

tutub  enişli-yoxuşlu  şəhərdə  gəzdikcə  bir-bir  məhəllələri,  əzə-

mətli  mülkləri  ona  göstərib  deyərdi:  “Oğlum,  bura  Köçərli 

məhəl ləsidir, bu, Vəzirovların evidir, bura Xan qızı Natəvanın 

mülküdür. Bura isə qırx ildən çox Qarabağ xanı olan İbrahimxəlil 

xanın sarayıdır. Oğlum, bunlarda yaşayanların hamısı sənin ya-

xın-uzaq qohumlarındır”.

Xəyallardan ayılan Səməd bəy: “Yaxşı ki, sədrdən mülkümü-

zün nə kökdə olduğunu soruşmadım, birdən deyərdi ki, mülkü-

müzü əsgərlər at tövləsi eləyiblər. O da mənə bir dərd olardı”, – 

düşündü.


General Əli ağa Şıxlinski və silahdaşları

118


Nərimanov bolşeviklərin güllələdiyi on iki Azərbaycan gene-

ralının dadına çata bilməməsinə heyfsilənib dedi ki, onların hər 

birini  yaxşı  tanıyırdı.  Səməd  bəy  başını  qaldırıb  ilk  dəfə  onun 

üzünə baxdı. Kövrək, hüznlü səslə:

–  Heç  bilirsinizmi,  general  Əbdülhəmid  bəy  Qaytabaşının 

neçə yaşı vardı? – soruşdu, özü də təəssüflə: – Otuz dörd, – cava-

bını verdi. – Çox istedadlı cavan bir sərkərdəni Azərbaycan xalqı 

itirdi.  Otuz  doqquz  yaşı  tamam  olmamış  general  Həbib  bəy 

Səlimov isə heç evlənməmişdi. Hər dəfə ona ata ərkilə deyəndə 

ki, “niyə evlənmirsən, ömür-gün keçir, oğul...” – bircə cavabı olar-

dı: “Səməd bəy, qoy dünyamız düzəlsin, sonra…”. Bu da dü zə lən 

dünyanın sonu... – deyib göz yaşını ağ dəsmalına hopdurdu.

Nəriman Nərimanov:

– Əli ağa, – dedi, – sizi hansı günahınıza görə ittiham etdik-

lərindən xəbəriniz var? Matros Semyon Pankratov o qədər qara 

yaxıb  ki,  guya  ağqvardiyaçı  Denikini Azərbaycana  çağıran  Siz 

olmusunuz. Həbs olunma sənədlərinizdə o qədər cəfəngiyat ya-

zılmışdı ki…

Sədr sözünü bitirməmiş çılğın təbiətli Əli ağa Şıxlinski soruşdu:

– Ay Nəriman, niyə bizə başağrısı verirlər. Siz Azərbaycana 

gələnə qədər bizi üç dəfə həbs ediblər. Qoy güllələsinlər, canı-

mız qurtarsın. Nə qədər bitli-sirkəli türmələrdə çürümək olar?

Nərimanov günahkar adamlar kimi:

–  Əli  ağa,  –  dedi,  –  görünür,  sən  özünü  qiymətləndirə 

bilmirsən. Axı, səni hamı “rus artilleriyasının allahı” adlandırır. 

Biz  onu  da  başa  düşməliyik  ki,  bizim  xalq  üçün  bir  generalı 

yetişdirməyə əlli il vaxt lazımdır! Bəs onda niyə biz öz generalla-

rımızı güllələməliyik?

Sonra Səməd bəyə müraciətlə:

– Özünüz, – dedi, – bu saat respublikadakı vəziyyəti bilirsi-

niz,  hazırkı  vəziyyətə  ziyalılarımızın,  əsgər  və  zabitlərimizin 

əleyhinə qəsd-qərəzlik var. Mən bunu sizdən gizlətmirəm. Ona 

görə belə qərara gəlmişəm ki, sizi birilliyə, burda sabitlik olana 

kimi,  Moskvaya,  Lenin  yoldaşın  sərəncamına  göndərim.  Əgər 



Şəmistan Nəzirli

119


razısınızsa…  Hərçənd,  burada  daha  çox  lazımsınız.  Yenə 

deyirəm, vəziyyət belə tələb edir. Başqa çarəmiz yoxdu.

Azərbaycan İnqilab Komitəsinin Sədri Nəriman Nərimanov 

onların  razılığını  alandan  sonra  V.İ.Leninə  yazdığı  məktub  və 

keşikçi  dəstəsilə  ayrıca  vaqonda  hər  iki  generalı  Moskvaya 

göndərdi. Nərimanov məktubunda yazırdı:

“Əziz Vladimir İliç!

Gəncə  üsyanı  zamanı  köhnə  Azərbaycan  ordusunun  bütün 

zabitləri həbsə alınmışdır. Bu məktubu Sizə təqdim edən məşhur 

generallar – Mehmandarov və Şıxlinski də onların arasında idi. 

Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu generalların üs-

yanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə kimi və 

ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik 

ki,  onları  qərargahda  işləmək  üçün  Sizin  sərəncamınıza 

göndərək,  çünki  onlar  hərbi  mütəxəssis  olmaq  etibarı  ilə 

əvəzsizdirlər. Onlardan biri – Şıxlinski Nikolay ordusunda “ar-

tilleriyanın allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy 

onlar Moskvada işləsinlər. Sonra Sizdən xahiş edəcəyəm ki, bi-

zim  əsgəri  hissələrimizi  təşkil  etmək  üçün  onları  buraya 

göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.



Kommunist salamı ilə: N.Nərimanov

01 avqust 1920-ci il”.

Qayğıkeş Nəriman Nərimanov hər iki generala iyulun 31-də 

öz imzası ilə belə bir vəsiqə də vermişdir:

“Bu vəsiqəni təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan 

İnqilab  Komitəsi  tərəfindən  gələcəkdə  döyüş  cəbhəsinə  yola 

düşmək  üçün  Moskvaya  –  RSFR  İnqilabı  Hərbi  Şurasının 

sərəncamına göndərilir.

Bütün hərbi və mülkü idarələr, ayrı-ayrı şəxslər yol boyu Əli 

ağa  Şıxlinski  yoldaşa  mənzil  başına  maneəsiz  çatmağa  və  ona 

qanuni kömək göstərməyə çağırılır.



General Əli ağa Şıxlinski və silahdaşları

120


Əli  ağa  Şıxlinski  yoldaşda  olan  əşyalar  və  ərzaq  məhsulları 

müsadirə və rekvizisiya oluna bilməz.



Azərbaycan İnqilab Komitəsinin Sədri

Nəriman Nərimanov

İdarəsi işləri rəisi …………. imza”.

Bu minvalla hər iki general Azərbaycanda olan daşnak-bolşe-

vik təhlükəsindən xilas oldular. Onlar bir il iki ay Moskvada ya-

şayıb, Ali Topçuluq Məktəbində müəllim işlədilər.

1921-ci il noyabrın 18-də hər iki generalı Nəriman Nərimanov 

xahiş və minnətlə Bakıya qaytara bildi.

* * *

Bəli,  istəyirsiniz  adınız  baqi  qalsın,  tək  özünüz 

üçün,  öz  nəfsiniz  üçün  yaşamayınız,  ümumi  və 

müştərək məqsədə çalışınız.

Nəriman Nərimanov

 

Nəriman Nərimanov yalnız bu iki məşhur generallımızı bol-



şevik qətlindən xilas etməmişdir. Az müddət Azərbaycan Res-

publikası Xalq Komissarları Sovetinin sədri olanda general Firi-

dun  bəy  Vəzirovu,  general-qubernator  Xosrov  bəy  Sultanovu, 

polkovnik  Gəray  bəy  Vəkilovu  və  onlarca  hərbçini,  ziyalını 

güllələnməkdən xilas etmişdir.

1920-ci  il  bolşevik-daşnak  işğalından  sonra  Bakıda  qalmağa 

ehtiyat edən Məmməd Əmin Rəsulzadə Lahıca getdi. Həmin il 

may ayının 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov 

M.Ə.Rəsulzadənin  də  bolşevik-daşnak  təhlükəsindən  xilas  ol-

ması  üçün  təşəbbüs  göstərmişdir.  Məmməd  Əmin  Rəsulzadə 

“Stalinlə ixtilal xatirələri” əsərində (səh.23) bu qayğını etiraf et-

mişdir. O yazır: “Kommunist” qəzetinin 1920-ci il iyun ayı nüs-

xəsində Azərbaycan  Sovet  hökumətinin  sədri  doktor  Nəriman 

Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı: 



Şəmistan Nəzirli

121


Məmməd  Əmin  Rəsulzadəni  vilayətlərdə  hər  cür  təhlükədən 

qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə 

qərar vermişdir. Burada isə həyatı əmniyyət (qorunması) altın-

dadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməmə-

sini tövsiyə edirik”.

Həmin  kitabın  24-cü  səhifəsində  yenə  Məmməd  Əmin 

Rəsulzadə  yazır:  “…Başda  doktor  Nəriman  olmaqla,  Sovet 

Azərbaycanının  bütün  nüfuzlu  şəxsləri  “Məmməd  Əminin  ba-

şından bir tük belə əskik olmamalıdır!” – demişdi.

Həmin dövrdə Nəriman Nərimanov ziyalılarımıza da qayğı-

sını əsirgəməmişdir. Məşhur alim-ədəbiyyatşünas Salman Müm-

tazın qızı Şəhla xanım atası ilə bağlı şahidi olduğu əhvalat haq-

qında yazır:

“1920-ci  ilin  əvvəllərində  atama  yaxın  bir  dostu  deyib  ki, 

Biləcəridə  kimdəsə  nadir  bir  əlyazması  var.  Atam  tələsik  evə 

xəbər verib gedib. O, vağzala gələndə qatar tərpənib. Yüyürüb 

bir əlilə vaqonun dəstəyindən tutub. İkinci əli dəstəyə çatmayıb 

və qatar onu sürüyüb. Camaat xəbər tutub qatarı saxlatdırır.

Fayton səsi gələndə darvazaya yaxınlaşdım. Gördüm ki, ata-

mın paltarı cırılıb. Tozun içindədir. Onu faytondan bir neçə nəfər 

qucağında  düşürüb  evə  gətirdi.  Bir  aydan  çox  yataqda  qaldı. 

Sonra çətinliklə gəzdi.

1921-ci ildə yenə Biləcəriyə əlyazmaların dalınca gedəndə isə 

atam  yatalaq  xəstəliyinə  tutulmuşdu.  Bunu  eşidən  Nəriman 



Nərimanov bizə gəlmişdi. O gedəndən sonra atama baxmaq üçün 

həkim təhkim etdi, evimizdə vanna otağı düzəltməklə yanaşı, te-

lefon da çəkdirdi. Nərimanov işinin çoxluğundan atamın yanına 

gələ  bilmirdisə  də,  hər  gün  telefonla  atamdan  xəbər  tuturdu. 

Nəriman Nərimanov atamı “Şərqin ədəbiyyat açarı” adlandır-

mışdı (Şəhla xanım Mümtazzadə, “Xatirə” məqaləsi, “Ədəbiyyat 

və incəsənət” qəzeti, 30 noyabr 1974-cü il). 

 

Görədil Hərbi İstirahət evi

18 yanvar 2012-ci il


General Əli ağa Şıxlinski və silahdaşları

122


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin