ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


Solmayan şöhrət və əbədi məhəbbət



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   2   3   4   5   6   7   8   9   10   ...   33

Solmayan şöhrət və əbədi məhəbbət

1943-cü  il  avqustun  18-də  indiki  Musa  Nağıyev  adına 

xəstəxanada  kardiosklerozdan  vəfat  edən  general  Əli  ağa  Şıx-

linskinin dəfn mərasimini filosof-alim Heydər Hüseynovun özü 

təşkil etdi. Generalla heç bir qohumluğu olmayan alimin Ə.Şıx-


General Əli ağa Şıxlinski və silahdaşları

88

linski  şəxsiyyətinə,  onun  sərkərdəlik  fəaliyyətinə,  xüsusilə,  lü-



ğət çilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti 

vardı.


Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay 

orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan 

yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə 

məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun 

özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.

Tam artilleriya generalı Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlins-

kinin  adı  və  hərbi  quruculuq  tariximizdəki  misilsiz  xidmətləri 

bu gün də unudulmamışdır. İndi Bakıda, Gəncədə, İmişli və Qa-

zax  rayonlarında  abad  küçələr  onun  adını  daşıyır.  Respublika 

Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı ilə Sabirabad 

rayonundakı  altı  saylı  pambıqçılıq  kolxozuna  və  Bakının  yed-

dinci mikrorayonundakı 135 saylı orta məktəbə general Əli ağa 

Şıxlinskinin  adı  verilmişdir.  Vaxtilə  yaşadığı  Cəfər  Cabbarlı 

küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur.

1990-cı il iyulun 23-də isə Respublika Prezidentinin fərmanı 

ilə ali məktəb tələbələri üçün xüsusi “general Əli ağa Şıxlinski” 

təqaüdü təsis edildi. 

Qazax Xeyriyyə Cəmiyyəti cəbhə bölgəsində və orduda fəallıq 

göstərən əsgər və zabitlər üçün “General Əli ağa Şıxlinski müka-

fatı”  təsis  edib.  Hər  il  general  Əli  ağa  Şıxlinskinin  doğum  və 

vəfatı günü qeyd olunur. Fəaliyyəti və şəxsiyyəti haqqında ki-

tablar və çoxlu məqalələr yazılır, xatirə günü keçirilir.

Vətənin, doğma Azərbaycanın şərəf və azadlığı yolunda igid 

bir sərkərdə kimi danılmaz xidmətləri olan tam artilleriya gene-

ralı Əli ağa Şıxlinski doğma xalqının ehtiramına tam mənada la-

yiq şəxsiyyətdir.



Şəmistan Nəzirli

89

YADLARIN ETİRAFI



General Əli ağa Şıxlinskinin adı daima böyük nü-

fuza və rəğbətə malik olmuşdur. O, təkcə rus topçula-

rına  deyil,  Avstriya  və  Fransa  ordusunun  geniş 

dairələrində  də  çox  yaxşı  tanınmışdı  və  son  dərəcə 

məşhurlaşmışdı. 

 

General-mayor,

hərb elmləri doktoru, professor

Yevgeni Barsukov 

İllər keçəcək, zaman, dövr dəyişəcək, amma məşhur sərkər-

dəmiz  Əli  ağa  Şıxlinskinin  hərbi-elmi  fəaliyyətinə,  sərkərdəlik 

bacarığına  münasibət  dəyişməyəcək…  yeni  gələn  nəsil  onun 

hərbi biliyindən bəhrələnəcək, döyüş yolu ilə fəxr edəcək.

Vaxtilə Əli ağa Şıxlinskinin müasiri olan minlərlə rus generalı 

nizami orduda xidmət edir və müxtəlif hərbi-elmi mərkəzlərdə 

çalışırdı.  Hər  birinin  də  özünə  görə  bacarığı  və  xidməti  vardı. 

Amma heç bir rus və ya qeyri millətdən olan oğula “artilleriya-

nın allahı” kimi fəxri ad almaq qismət olmadı. Bu şöhrət çələngi 

ancaq bizim eloğlumuzun – Əli ağa Şıxlinskinin çiyinlərinə qon-

du.  Nizami  ordu  generalı  Əli  ağa  Şıxlinski  hərb  elminin  alimi 

kimi qeyri-adi bacarığa malik şəxsiyyət idi. 1912-ci ildə “Şıxlins-

ki  üçbucağı”  Varşavada  nəşr  olunanda  eloğlumuzun  şöhrəti 

Avstriya,  Fransa,  Norveç  və  başqa  ölkələrin  sərhədlərini  aşdı. 

Həmin  ili Artilleriya  Zabitləri  məktəbinə  birinci  müavin  təyin 

edilən Şıxlinskiyə dünyanın adlı-sanlı topçuları təbrik teleqramı 

göndərdilər.  Fransa  Topçu  Zabitləri  Məktəbinin  rəisi,  general-

mayor Nolle iftixarla yazırdı:

“Rus topçu məktəbinin ikinci şefi (məktəb müdirinin müavini 

ikinci rəhbər hesab olunurdu – Ş.N.) təyin edilməyinizi eşitdim. 

Sizin simanızda rus artilleriyasını təbrik edirəm”.


General Əli ağa Şıxlinski və silahdaşları

90

Rusiya  Baş  Qərargah  Akademiyasının  professoru,  general-



mayor A.A.Neznamov isə yazırdı: 

Sizi və rus artilleriyasını təbrik edirəm”.

Yalnız  bir  şəxsin  timsalında  bütöv  bir  ölkənin  artilleriya 

heyətini təbrik etmək… əlbəttə, o şəxsin – Əli ağa Şıxlinskinin 

böyüklüyündən, dahiliyindən başqa bir şey deyildi. Üstəlik də 

yad məmləkətdə, xristian dünyasında tək bir Türk-Azərbaycan 

oğlu Əli ağa Şıxlinskinin danılmaz, parlaq qələbəsi idi. 

Bu günlərimizdə isə tarixin olduğu kimi yazıldığı bir vaxtda 

rus tarixçisi B.Semyannikov ulu babamız Şıxlinskinin doxsan il 

əvvəlki parlaq qələbəsini etiraf etmişdir. Onun “Rusiya generalı, 

Azərbaycan  oğlu”  məqaləsinin  “Voennıe  znaniya”  jurnalında 

(1995-ci il, noyabr) dərc olunması oxucuda təəccüb hissi doğur-

mamalıdır. Əksinə, iftixar və sevincə səbəb olmalıdır. 

B.Semyannikovun məqaləsi Əli ağa Şıxlinskinin hərbi fəaliy-

yətinin 1917-ci ilə qədərki dövrünü qısaca əhatə edir. Bu da təbii 

haldır. Əlbəttə, rus tarixçisi eloğlumuzun Milli Azərbaycan or-

dusunun  yaradılması  kimi  misilsiz  fəaliyyətindən  bixəbərdir. 

Üstəlik də general Əli ağa Şıxlinski ömrünün sonuna kimi (1943) 

milli  Azərbaycan  diviziyalarının  təşkilində,  Azərbaycanda  ilk 

dəfə  “Hərbi  bilik”  jurnalının,  Hərbi-Elmi  Cəmiyyətin,  hərbi 

lüğətin, hərbi nizamnamələrin yazılması və tərcüməsində əvəz-

siz əmək sərf etmişdir.

Bütün  bunların  tədqiq  olunması  bu  gün  Azərbaycan  hərb 

tarixçilərinin vəzifə borcudur.

Rus  tarixçisi  B.Semyannikovun  yığcam  yazılmış  oxunaqlı 

məqaləsində hər şey olduğu kimi tədqiq olunmuşdur. Hətta bizə 

məlum  olmayan  bir  neçə  fakt  yenilik  oldu:  1912-ci  ildə  Peter-

burqda “Artilleriya Zabitləri Məktəbinin jurnalı”nın ilk dəfə Əli 

ağa Şıxlinskinin təşəbbüsü ilə buraxılması, 1917-ci il aprelin 2-də 

Əli ağa Şıxlinskinin general-leytenant rütbəsi alması və s. faktlar 

Azərbaycan oxucusu üçün yenilikdir. 

Yalnız bir fakt da rus tarixçisi B.Semyannikov səhvə yol ver-

mişdir. O da Əli ağa Şıxlinskinin təvəllüd tarixinin 1866-cı il kimi 

göstərilməsidir. Bu, əlbəttə, o qədər də qeyri-adi səhv deyil. 



Şəmistan Nəzirli

91

Zənnimizcə,  tarixçi  B.Semyannikovun  məqaləsində  gedən 



təvəllüd yanlışlığı olsa-olsa mətbəə səhvi ola bilər. Şübhəsiz ki, 

bu fakt tarixçi B.Semyannikovun məqaləsinin istər elmi, istərsə 

də  publisistik  dəyərini  azaltmır.  Azərbaycan  hərb  tarixi  üçün 

qiymətli odur ki, bizim xalqın görkəmli oğlunun xidmətini yad-

lar da etiraf edirlər. 

* * *


Ümumiyyətlə götürdükdə, general Əli ağa Şıxlinskinin təvəl-

lüd tarixi yalnız bir mənbədə səhv göstərilib. Generalın vəfatın-

dan bir il sonra 1944-cü ildə nəşr olunmuş “Xatirələrim” kitabında 

onun təvəllüd tarixi 23 aprel 1863-cü il göstərilib. Üzdə olan bu 

səhv faktla hamı Əli ağa Şıxlinskinin ad və xatirə gününü qeyd 

edir. Amma arxivlərdə saxlanan rəsmi sənədlər bunu inkar edir. 

Unutmamalıyıq ki, generalın “Xatirələrim” kitabı ölümündən 

doqquz ay sonra nəşr olunub. İndi generalın şəxsi əşyaları ara-

sında saxlanan 1943-cü ilin iyun və avqust ayına məxsus sənəd-

lərdə kiminsə tərəfindən edilən saxtakarlıqlar aydınca görünür. 

Generalın təvəllüdündə yalnız 23 aprel doğum günü olduğu 

kimi saxlanılıb. Anadan olma ili isə qara mürəkkəblə düzəldilib. 

1865-ci il 1863-cü illə əvəz olunmuşdur.

Bəs general Əli ağa Şıxlinskiyə məxsus sənədlərdə bu saxta-

karlığı kim eləmişdir? Mərkəzi Dövlət Tarix Muzeyində saxla-

nan  sənədlərdə  generalın  qaynı  Bahadır  Qayıbovun  arvadı, 

milliyyətcə  erməni  olan  Varvara  Minayevanın  elədiyi  məlum 

olur. Tamamilə generala məxsus olmayan xətlə Əli ağa Şıxlinski-

nin adından Varvara özünə vərəsəlik yazıb. Həmin saxta sənəd-

ləri  Oktyabr  rayon  Hərbi  Komissarlığının  dördüncü  şöbə  rəisi 

Tumanyan və Bakı şəhər dördüncü milis şöbəsinin “məsul şəxsi 

Kerimaryuk” imzalayıb təsdiq etmiş və çox pis oxunan möhür 

vurmuşlar. 

Şübhəsiz ki, generalın ölümündən sonra da vərəsə kimi Var-

vara Minayeva fərdi təqaüd (ayda 500 manat) almaq üçün belə 

bir saxtakarlığa əl atmışdır.



General Əli ağa Şıxlinski və silahdaşları

92

General Əli ağa Şıxlinskiyə məxsus sənədlərdən məlum olur 



ki, həmin günlərdə o, Semaşko adına xəstəxanada son günlərini 

yaşayırdı. 

Erməni  Varvara  Minayevanın  saxtakarlığını  sübut  etmək 

üçün  Sankt-Peterburq,  Moskva  və  Çarskoye-Seloda  saxlanan 

rəsmi arxiv sənədlərinə müraciət edək.

Sankt-Peterburqdakı Artilleriya  Muzeyinin Arxivində  saxla-

nan sənəddə general Əli ağa Şıxlinski öz dəsti-xətti ilə “1865-ci il 

aprelin 23-də anadan olmuşam” sözlərini yazıb.

1914-cü ildə Çarskoye-Selo şəhərində özünün qol çəkib təsdiq 

etdiyi “Hərbi xidmət kitabçası”nda oxuyuruq: “1865-ci il aprelin 

23-də  Yelizavetpol  quberniyası,  Qazax  qəzasının  Qazaxlı 

kəndində ağalıq nəslində anadan olmuşam”.

Həmin  sənədin  on  birinci  səhifəsində  isə  yazır:  “1909-cu  il 

oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Mirzə Hüseyn 

əfəndi Qayıbovun qızı – dul qadın Nigar xanım Palovandova ilə 

qanuni  evlənmişəm.  Uşaqlarımız  yoxdur.  Hər  ikimiz  İslam 

dininə etiqad edirik”.

Generalın 1944-cü ildə çıxan “Xatirələrim” kitabında isə saxta 

düzəliş edilərək “46 yaşında” yazılıb. 

Bu sətirlərin müəllifi 1984-cü ildə Sankt-Peterburqda və Çars-

koye-Seloda yaradıcılıq ezamiyyətində olarkən general Əli ağa 

Şıxlinskiyə  məxsus  “Hərbi  xidmət  kitabçası”nın  kserosurətini 

çıxardıb gətirmişdir. Həmin qiymətli sənəd şəxsi arxivimdə sax-

lanılır.


Onu  da  xatırladım  ki,  həmin  sənədin  bir  surəti  də  Rusiya 

Mərkəzi  Dövlət  Hərbi  Tarix Arxivində  mühafizə  olunur.  (Bax: 

F.H/k, iş 109, vərəq 1.)

1920-ci il Bakıda 28 aprel çevrilişinin səhəri bolşevik çekistləri 

həbs etdikləri hərbiyyə naziri Səməd bəy Mehmandarova və mü-

avini Əli ağa Şıxlinskiyə belə bir sualla müraciət etmişlər:

– Hansı partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsi-

niz?


Şəmistan Nəzirli

93

General Səməd bəy Mehmandarovun cavabı: “Bütün ömrüm 



boyu mən, hər cür siyasətdən uzaq olmuşam”.

General Əli ağa Şıxlinskinin cavabı: “Hər bir inqilaba əks-

inqilab  kimi  yanaşıram,  heç  vaxt  belə  şeylərə  qoşulmamışam, 

qoşulmazdım da…”.

Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin 

Arxivində saxlanan həmin dindirilmə sənədində:

– Neçə yaşınız var? Harada yaşayırsınız? – sualına general Əli 

ağa Şıxlinski belə cavab vermişdir: 

– Əlli beş yaşım var. 1865-ci ildə anadan olmuşam. Nikolayev 

küçəsində  (indiki  İstiqlal  küçəsi  –  Ş.N.)  beş  saylı  evin  üçüncü 

mənzilində yaşayıram.

Rus hərb tarixçisi K.A.Zalesskinin 2003-cü ildə “Birinci Dün-

ya müharibəsində kim kim olub” irihəcmli (893 səh.) ensiklope-

dik  əsəri  Moskvada  nəşr  olunub.  Həmin  kitabın  675  və  676-cı 

səhifələrində general Əli ağa Şıxlinski haqqında geniş məlumat 

verilir. Orada da generalın doğum təvəllüdü 23 aprel 1865-ci il 

göstərilir.



Azərbaycan oğlu, Rusiya generalı

Rus ordusunun görkəmli artilleriyaçılarından biri Əli ağa İs-

mayıl  ağa  oğlu  Şıxlinski  1865-ci  ildə  Yelizavetpol  quberniyası, 

Qazax qəzasının Qazaxlı kəndində qədim nəsildən olan ailədə 

anadan  olmuşdur.  Gələcək  artilleriyaçının  atası  İsmayıl  ağa 

cəsur  döyüşçü  kimi  tanınırdı  və  ailə  ənənəsinə  görə,  oğul  da 

həyatını hərbi xidmətə həsr etməli idi. 

Oğlan 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının bi-

rinci sinfinə daxil olmuş, oranı – artıq kadet korpusuna çevrilmiş 

gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. Sonra öz 

təhsilini Sankt-Peterburqda, Mixaylovski Artilleriya Məktəbində 

davam etdirmişdi. O, orda da nəinki bacarıqlı şagird kimi, həm 

də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı. Yun-

kerin  müvəffəqiyyətləri  diqqətdən  kənarda  qalmamış,  təhsilin 



General Əli ağa Şıxlinski və silahdaşları

94

başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyab-



rın  13-də  isə  portupey-yunkerliyə  layiq  görülmüşdü.  Gələcək 

alimin müəllimləri məşhur artilleriyaçılar N.L.Kirpiçev, N.V.Mai-

yevski, A.V.Qadolin idi. Əli ağa onlardan bütün yaxşı cəhətləri 

mənimsəmişdi.  Çılğın  gənc  həmçinin  kütləvi  mühazirələr  və 

məruzələrdə  iştirak  etmiş,  digər  hərbi  məktəblərin  kurslarını 

dinləmişdi.

1886-cı il avqustun 11-də Əli ağa Şıxlinski məktəbi podporu-

çik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci 

ilindəcə öz ilk pedaqoji təcrübəsini qazandı: artilleriya briqadası-

nın tədris komandasının müəllimi, sonra isə briqada komandası-

nın rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, 

bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə ka-

pitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. 

Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş 

zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, Artilleriya Toplan-

tısı  Komitəsinin  sədri  kimi,  o,  dəfələrlə  batareya  və  divizion 

komandirlərinin səlahiyyətlərini icra etmişdi. 

1904-cü il mayın əvvəllərində batareya yaponlara qarşı yürüşə 

çıxdı.  Rusiya-Yaponiya  müharibəsində  Şıxlinski  Port-Artur 

müda fiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Qalanın müdafiəsinin 

ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının 

qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə bö-

yük zərbə vuraraq fəal iştirak etmişdi. Tanınmış hərbi tarixçi, ge-

neral-mayor İ.Krupçenko sonralar yazırdı: “Yapon hücumlarının 

dəf edilməsində rus artilleriyaçıları böyük rol oynayırdılar. On-

lar  cəsarətlə  topları  qabağa  çəkərək  dəqiq  nişangahla  birbaşa 

karteçlə  yaponlara  böyük  zərbə  yetirirdilər”.  Şıxlinski  onların 

arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleri-

ya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün 

qabağa  çəkirdi.  Qəhrəmanlığına  görə  onu  “Müqəddəs  Georgi 

Pobedonosets” ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı: 

“Mən  həmişə  Port-Artur  epopeyasının  iştirakçısı  olduğumu 

fəxrlə  xatırlayıram”.  Yeri  gəlmişkən,  əgər  Siz A.N.Stepanovun 


Şəmistan Nəzirli

95

məşhur “Port-Artur” romanını oxumuşsunuzsa, onda yəqin ki, 



əsərin səhifələrində şöhrətli rus artilleriyaçısı ilə rastlaşmısınız”.

Əli  ağa  1906-cı  ildə  artıq  podpolkovnik  kimi,  Artilleriya 

Zabitləri Məktəbinə (indiki Mərkəzi Artilleriya Zabitləri kursla-

rı) oxumağa getməyə nail oldu və oranı fərqlənmə ilə qurtardı. 

İlk əvvəl onu artilleriya briqadasına ezam etdilər, lakin tezliklə 

məktəbə qayıtdı. Müəllimlər əsasən, Artilleriya Akademiyasının 

təcrübəli və istedadlı, bir ildən az olmayaraq batareyalara ezam 

edilmiş məzunlarından seçilirdi. Şıxlinski isə hələ təcrübəsi və 

müvafiq akademik təhsili olmadan bütün müəllimlərdən ən bi-

liklisi  hesab  olunmuşdu.  Biliklərə  yorulmaz  yanğı,  fasiləsiz 

özünətəhsil və hərbi təcrübə – ona kömək edən bunlar idi.

Artilleriya zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ide-

yaları  təcrübədə  tətbiq  edən  yenilikçi  zabit  kimi  göstərirdi. 

Xidmətdə  fərqləndiyinə  görə,  ona  vaxtından  əvvəl  polkovnik 

rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin 

(hərbi aviasiyanın inkişafına təkan verən çox maraqlı təcrübələrin) 

işlənməsi  üzrə  komissiyanın  üzvü,  bir  ildən  sonra  isə  məktəb 

rəisinin  köməkçisi  (müavin  –  Ş.N.)  oldu.  Tezliklə,  “Artilleriya 

Zabitləri Məktəbinin xəbərləri” jurnalı çıxmağa başladı. Jurnalın 

səhifələrində generalın özü də çıxış edirdi.

1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aeros-

tatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, 

həmçinin,  aerostata  və  təyyarələrə  atəşin  əsas  müddəalarının 

işlənib hazırlanmasına başladı. Bu məsələ üzərində Əli ağa artıq 

çoxdan  işləyirdi.  Hələ  1911-ci  ildə,  məktəbdə  hava  hədəfinə 

atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı (bax-

mayaraq ki, həmin dövrdə təyyarələr yalnız saatda 60 verst uçur-

dular) saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif 

etmişdi.  Artıq  o  vaxt  Şıxlinski  aviasiya  və  hava  hücumundan 

müdafiənin perspektivini düzgün başa düşmüşdü.

Alim quru qoşunları artilleriyasının inkişafı üçün də çox işlər 

görmüşdür: O, alaylara artilleriya hissələrinin daxil edilməsinə 

nail oldu. Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata 


General Əli ağa Şıxlinski və silahdaşları

96

keçirildi  və  özünü  tamamilə  doğrultdu. Artilleriya  atəşi  təcrü-



bəsinə daxil edilən mühüm yenilik “Şıxlinski üçbucağı” adlanan 

hədəf göstərməsinin rasional üsulu oldu. Bu üsul ilkin olaraq ba-

tareyaları elə tuşlayır ki, seçilmiş oriyentirdən yayınan, istənilən 

nöqtədə  görünən  hədəflər  asanlıqla,  müəyyən  düzəlişlərin 

köməyi  ilə  ilkin  tuşlama  əsasında  artilleriyanın  atəşinin  altına 

düşə bilər. Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı ve-

rirdi.

Birinci Dünya müharibəsinin əvvəllərində Şıxlinski gəmilər-



dən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad 

artilleriyasının rəisi təyin edildi. O, şəxsən müdafiə xətti üzrə bü-

tün cəbhəni gəzmiş, batareya qurğularının yerini və atəş mövqe-

lərinin qurulması qaydasını müəyyənləşdirmişdir. O, aeroplan-

lardan müdafiəyə böyük diqqət yetirmişdir. Onun təşəbbüsü ilə 

Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xü-

susi platformalarda 1900-cü il nümunəli, 3 düymlü tezatan top 

qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi.

Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfət-

tişi vəzifəsinə keçirdilər. Orada general tapşırıqların yerinə yeti-

ril məsində  artilleriya  qruplarına  şəxsən  rəhbərlik  etmiş,  geniş 

miqyasda  artilleriya  hazırlığı  həyata  keçirilmişdir.  Öz  nəzəri 

işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqələndirərək ya-

radıcılıqla  istifadə  edir,  hərb  elmini  yeni  töhfələrlə  zənginləş-

dirirdi.  O,  tezliklə  çəpərləmə  (maneə)  atəşi  aparılması  üçün 

təlimat işləyib hazırladı.

1917-ci il aprelin 2-də Ə.Şıxlinski general-leytenant oldu. O, 

sentyabrda Ümumqoşun 10-cu ordusuna komandanlıq etdi ki, 

bu da onun hərbi istedada malik olmasının bir daha təsdiqi idi. 

Yeri  gəlmişkən,  bu  barədə  A.N.Stepanovun  “Zvonaryevlər 

ailəsi” romanında oxuya bilərik.

General  Oktyabr  inqilabının  qəbul  etmiş  və  alqışlamışdı. 

Nəhəng hərbi mütəxəssis, artilleriya işinin parlaq bilicisi kimi, o, 

Qızıl Ordunun quruculuğuna öz bilik və təcrübəsini həvəslə ve-

rirdi. Ə.Şıxlinski FKQO ali hərbi-tədris müəssisələrində müəllim 


Şəmistan Nəzirli

97

olmuş,  Azərbaycanda  Qızıl  Ordu  hissələrinin  formalaşmasına 



köməklik etmişdir. Əsas fəaliyyətindən başqa çoxlu hərbi əsərləri 

Azərbaycan  dilinə  çevirmişdir.  Respublikada  Milli  komandan 

kadrlarının hazırlanması üzrə Şıxlinskinin işini M.Frunze yüksək 

qiymətləndirmişdir.

Səhhətinə görə 1929-cu ildə Əli ağa Şıxlinski Qızıl Ordu sıra-

larından tərxis olmağa məcbur oldu. Lakin hərbi-elmi fəaliyyətini 

dayandırmadı.  “Mənim  xatirələrim”  kitabı  üzərində  işləməyə 

başladı. Bu əsər indiyə qədər tarixçilər üçün rus ordusunun keç-

mişi haqqında öz hərbi dəyərini itirməmişdir.

Döyüşçü-alim, beynəlmiləlçi və vətənpərvər 1943-cü il avqus-

tun 18-də vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Onun kitabları 

döyüşçü  borcuna  və  Vətəninə  sadiqliyinə  ən  yaxşı  abidəsi  ol-

muşdur.


General Əli ağa Şıxlinski və silahdaşları

98

“HEÇ KİM GÜLLƏLƏNMƏSİN…”



(Bunu Nəriman Nərimanov  

qəti şəkildə tələb etdi)

Azərbaycanı  başdan-başa  qarət  edirlər,  sağa  və 

sola güllələyirlər.

İşlərlə tanış olduqdan sonra, mən İnqilab Komi-

təsinin  Rəyasət  Heyətinin  iclasını  təyin  etdim  və  o 

zaman  faktiki  olaraq  hər  şeyi  idarə  edən  Semyon 

Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum 

ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim 

güllələnməsin.

Mirzə Davud Hüseynov və Əliheydər Qarayev bu-

nun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi 

davam edirdi…

Bütün bunların müəllifi, onlardan daha ağıllı ol-

duğu üçün A.Mikoyan sayılır. Çevriliş baş verdikdən 

sonra  A.Mikoyan  dedi:  “Biz  Nərimanovu  İnqilab 

Komitəsinin sədri seçərik və onu elə mühasirəyə ala-

rıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin, 

o bizim təsirimiz altında olsun”.

Nəriman Nərimanov.  

“Ucqarlarda inqilabımızın tarixinə dair” 

(İ.V.Stalinə məktub) kitabı, səh.17-26.

Nahardan bir az keçmiş Azərbaycan Xalq Komissarı Soveti-

nin Sədri Nəriman Nərimanovun qəbuluna XI Ordu Siyasi İda-

rəsinin xüsusi şöbə rəisi Semyon Pankratov gəldi. Bozüzlü qov-

luğu açıb böyük bir siyahını sədrin stolun üstünə qoydu. Nəri-

manov: “Bu nə siyahıdır?” – soruşanda Pankratov: – Bunlar, – 



Şəmistan Nəzirli

99

dedi,  –  fəhlə  və  kəndli  düşmənlərinin  ad  və  sayıdır.  Tanış  ola 



bilərsiniz, hər biri dindirilib, onlardan izahat alınıb. Sübut olu-

nub ki, bunların hamısı güllələnməlidir.

Siyahını  vərəqləyən  İnqilab  Komitəsinin  Sədri  təəccüblə 

yenidən  birinci  səhifədəki  Adjibekov  Uzeir  bek  Abdulquseyn 

oğlunun adını bərkdən oxuyub, əsəbi halda dedi:

– Hacıbəyov soyadını düz yazmamasınız. Baxıram, burda nə 

az, nə də çox – 99 azərbaycanlı ziyalısının və hərbçilərinin qətlinə 

fərman vermisiniz. Axı, bunlar nəyə görə, hansı əməllərinə görə 

güllələnməlidirlər?! Bu qədər də xalq düşməni olar?

Pankratov etiraz etdi:

– Hələ bunlar hamısı deyil. Yaxın günlərdə daha böyük siyahı 

olacaq.  Samur  körpüsündə,  Biləcəridə  qabağımıza  çıxıb  bizə 

güllə atanları da həbs etmişik. İndi onların dindirilmə istintaqı 

gedir.  Bu  99  nəfərin  dindirilmə  protokolları  bizim  idarədədir. 

Onları gətirmədim, ağır yükdür. Ancaq təsdiq olunmuş siyahını 

sizə təqdim etmişəm.

– Yoldaş xüsusi şöbə rəisi, mən sizdən yenə soruşuram: bu 99 

adamın günahı nədir?

Yerində dikələn Pankratov həyasızcasına dedi:

– Axı, mən sizə dedim ki, onlar burjuydurlar… Yoldaş Nəri-

manov, siz məhz kimi soruşursunuz?

– Elə birinci şəxsi Hacıbəyovu, ya da general Mehmandarovu, 

Şıxlinskini, Xosrov bəy Sultanovu, Mahmudbəyov qardaşlarını, 

hansı birini deyim?..

– Generallar müsavat vaxtı, hərbi nazirliyə rəhbərlik edəndə 

bizə, Rusiyaya qarşı silah qaldırıblar. Bakıda fəaliyyətdə olan bi-

zim kommunistləri həbs ediblər. Hacıbəyov isə yazdığı felyeton-

larında  biz  rusları  lağa  qoyub.  Mənə  qəzet  gətirdilər,  oxuyub 

tərcümə etdilər. Hacıbəyovun orada çoxlu məqaləsi dərc olunub. 

Rusiyadakı bolşevik hökumətini ələ salıb gülür. O yazır ki, Lenin 

hökuməti ilə keçmiş Nikolay hökuməti arasında heç bir təfavüt 

yoxdur. İkisi də bir benzin qırağıdır. Mən qəlbən rusun düşmə-



General Əli ağa Şıxlinski və silahdaşları

100


niyəm. Türkçülüyə rəğbətim isə əbədidir. Yoldaş Nərimanov, o, 

hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı 

da lağa qoyur.

– Siz bilirsinizmi felyeton janrı nədir, necə yazılır? Felyeton 

ona  görə  yazılır  ki,  insanın  qüsurunu  üzünə  desin,  səhvi  olan 

adamı düz yola qaytarsın. Görünür, yoldaş Qarayevin də hara-

dasa  səhvi  olub.  Burda  cinayət  tərkibli  heç  nə  yoxdur.  Yoldaş 

Hacıbəyov  sağlam  ruhlu  ziyalıdır.  Mən  onu  yaxşı  tanıyıram. 

O ki qaldı generallara, onlar hərbi nazir və müavin vəzifəsinə 

ona görə qoyulmuşlar ki, Vətəni qorusunlar. Bu, onların vəzifə, 

vətəndaşlıq borcu idi. Onlar qaçaq-quldur deyildilər…

– Hansı vətəni?.. Bu generallar bizim Azərbaycanda qurduğu-

muz  bolşevik  hökumətini  sevmirlər.  Dindirilmə  vaxtı  bunu 

özləri etiraf etdilər. Məsələn, general Şıxlinski “Hansı siyasi par-

tiyanın və ya inqilabın mənafeyini müdafiə edirsiniz?” sualına 

cavab verdi ki, hər bir inqilaba əks inqilab kimi yanaşıram, heç 

vaxt belə şeylərə qoşulmamışam, keçmişdə də qoşulmazdım… 

Onun  naziri  Mehmandarov  isə  həmin  suala  belə  cavab  verdi: 

“Bütün ömrüm boyu mən hər cür siyasətdən uzaq olmuşam”. 

Görürsünüzmü,  yoldaş  Nərimanov,  hər  ikisi  bizim  inqilabı 

təhqir  edir,  zəhmətimizi  qiymətləndirmir.  Bizim  gətirdiyimiz 

azadlığı…

Nəriman Nərimanov:

–  Bir  dəqiqə  dayanın.  Onlar  düz  fikirləşir  və  düz  də  cavab 

veriblər, – dedi. – Ona görə ki, onlar hərbiçidirlər. Axı, bunu siz 

bilməlisiniz.  Hərbiçi,  poqon  gəzdirən  şəxs  heç  bir  cəmiyyətin, 

partiyanın üzvü ola bilməz. Bu barədə hərbi nizamnamədə xü-

susi  qeyd  olunub.  Mənə  verilən  məlumata  görə  siz  keçmişdə 

hərbi  dəniz  qüvvələrində  xidmətdə  olmusunuz.  Matrossunuz. 

Elədir?


Pankratov şəstlə:

– Bəli, – deyə cavab verdi. – Odessada xidmətdə olmuşam…

Dərhal susdu. Az qaldı desin ki, ağqvardiyaçıyam. Çünki Qır-

mızı orduya gələnə qədər həmişə, hər yerdə ağqvardiyaçı olma-



Şəmistan Nəzirli

101


ğı ilə fəxr edirdi. Ağqvardiyaçılar Rusiya ərazisindən qovulan-

dan sonra o, fürsət tapıb bolşevik ordusuna soxulmuşdu. Bunu 

orduda çox az adam bilirdi.

–  Semyon  Andreyeviç,  sizin  generallar  haqqında  dediyiniz 

iradlar həqiqətdən çox ara söhbətlərinə oxşayır. Daha doğrusu, 

qarayaxmadır,  –  deyən  Nərimanov  az  qaldı  soruşsun  ki,  sən 

hansı yuvanın quşusan?

– Siz bilirsinizmi, iki il əvvəl Azərbaycan adlı məmləkəti daş-

naklardan qoruyan elə bu generallar olublar? Əgər ayyarım bun-

dan  əvvəl  gələn  bolşevik  hökuməti  bu  qədər  ziyalının  və 

hərbiçinin qətlinə fərman verirsə, özü də dəlilsiz-sübutsuz, onda 

bizim  fəhlə-kəndli  hökuməti  xalqın  məhəbbətini  necə  qazana 

bilər? Məlum olur ki, mən Azərbaycana gələnə qədər də xeyli 

adamı  güllələmisiniz.  Ona  görə  də  mən  belə  bir  ciddi  məsələ 

qoydum  ki,  İnqilab  Komitəsinin  sanksiyası  olmadan  heç  kim 

güllələnməsin.

– Onda Azərbaycanda bolşevik hökumətini qurmaq bizə çox 

çətin olacaq, yoldaş Nərimanov.

–  Biz  Sovet  hökumətini  qanla,  silahla  yox,  təbliğatla,  xalqa 

yeni hökumətin nüfuzunu başa salmaqla qura bilərik. Respubli-

kada elə bir vəziyyət yaratmalıyıq ki, hakimiyyət süngü ilə deyil, 

kütlələrin şüurluğu ilə müdafiə olunsun. Sizdən soruşuram, mən 

rayonlarda səfərdə olanda on iki azərbaycanlı generalını və hərb-

çilərini nəyə görə, hansı əsasla güllələmisiniz?!

– Yoldaş Nərimanov, mən onları özbaşına güllələməmişəm. 

Bu generallar yoldaş Orconikidze və Mikoyan yoldaşın əmri ilə 

güllələnib. Sanksiyanı da onlar verib. Mən əmri yerinə yetir mi-

şəm. Sizə qədər bu stolda onlar əyləşirdi. Əmri də onlar verdi. 

Hər ikisi mənə başa saldılar ki, biz Dərbənddə dayananda həmin 

generallar bolşevik əks-təbliğatı aparıblar. Bakıda və Azərbay-

canda bolşevikləri həbs edib güllələyiblər.

– Bu yersiz qətlləri törətməklə siz fəhlə və kəndlinin də ürəyinə 

qorxu xofu salırsınız. ona görə də balaca fürsət tapan kimi ziya-

lılarımız qaçıb İrana, Türkiyə və Almaniyaya mühacirətə gedir. 



General Əli ağa Şıxlinski və silahdaşları

102


Bəs biz kimlərlə işləyəcəyik?.. Təkcə Gəncə üsyanının deyil, Za-

qatala, Qarabağ, Tərtər və Dəvəçi üsyanlarının ölkəni ağzına al-

masının səbəblərini də burda axtarmaq lazımdır. Bakıda oturub 

qiymətli  oğulları  həbs  etməkdənsə  qəzalara  gedib  camaatın 

dərd-sərinə qalmaq lazımdır.

Nərimanov masanın üstündəki qovluqlardan birini açıb dörd-

beş vərəqdən ibarət məktubu tapdı. İki gün əvvəl aldığı məktu-

bun üstünə dərkənar qoymuşdu: yoxlayıb, dəqiqləşdirməli.

– Semyon Aleksandroviç, – dedi, – onsuz da sizi çağırtdıra-

caqdım, yaxşı oldu özünüz gəldiniz. Bu günlərdə siz və işçiləriniz 

Təzəpir məscidi yanında yaşayan Tacir Hacı Qədirin evində ol-

musunuz?


– Bəli, – Pankratov cavab verdi.

– Hacının mənzilinə getməkdə məqsədiniz nə idi?

– Əvvəla, mən oraya öz işçilərimlə getməmişdim. Bakı Komi-

təsinin katibi Sərkis Danilyanın və Qarayev yoldaşın mənə qoş-

duğu  adamlarla  getmişdim.  Yeddi-səkkiz  nəfər  idik.  Kapitan 

Kornev,  Bakı  fəhlə-kəndli  klubunun  müdiri  Tevosyan,  sıravi 

əsgər Yemelyanov, Nikolay Unanyan və mən. Danilyan yoldaş 

bizə tapşırıq vermişdi ki, Hacı Qədirin və o ərazidə yaşayan mü-

savat dövründə vəzifədə olan varlı adamların evində vəzndən 

yüngül, çəkidən ağır nə varsa, alıb gətirin. Danilyan bizə varlı 

adamların siyahısını da vermişdi.

Nərimanov Hacının məktubu Pankratova göstərib dedi:

– Hacı Qədir mənə göndərdiyi məktubda onun təhqir və qarət 

olduğunu yazır.

– Bizə demişdilər ki, onun çoxlu qızılı var. Əvvəlcə Hacı boy-

nuna  almadı,  qızılım-zadım  yoxdu,  –  dedi,  –  kasıb  adamam. 

Onda evi axtarmalı olduq. Aynabəndin döşəməsində ağzı təzəcə 

sementlənmiş  quyu  aşkar  etdik.  Hacı  müqavimət  göstərmək 

istədi. Nikolay Unanyan silahı göstərib, kənara çəkilməsini əmr 

etdi. Quyudan böyük bir küp çıxdı. Onun içində 22 pud zinət 



Şəmistan Nəzirli

103


şeyləri, on pud qızıl və gümüş pullar həmçinin çoxlu brilyant və 

qiymətli daş-qaş vardı.

– Hamısını götürdünüz?

– Bəli, üstəlik də on yeddi iriölçülü xalçaları da alıb gətirdik.

– Bu məktubda göstərilir ki, sizin dəstə həmin gün Təzəpir 

məscidi ərazisindəki əhalidən dörd min xalı-xalça götürüb.

– Doğrudur, o xalçaların hamısı da valyutaya gedən mallardır.

Nərimanov hirslə:

–  Sizcə,  bu  soyğunçuluq  və  qarət  deyilmi?  –  dedi.  –  Belə 

məlum olur ki, Qırmızı ordunun “Talan həftəsi” hələ də davam 

edir. Müsadirə olunan bu qiymətli mallar indi haradadır, maraq-

lanmısınızmı, xüsusi şöbə rəisi?..

–  Xeyr,  maraqlanmamışam.  Biz  o  əşyaların  hamısını  sənəd-

ləşdirib Sərkis Danilyan yoldaşa təhvil verdik.

– Amma mən maraqlanmışam. Bilirsiniz hardadır, o xalı-xal-

çalar,  o  zinət  şeyləri  vaqonlara  yüklənib  Moskva  və  İrəvana 

göndərilib. Azərbaycan  xalqının  qiymətli  sərvətini  respublika-

dan çıxarmağa heç kimin ixtiyarı yoxdur. Belə biabırçılıqlara son 

qoymaqdansa, siz həbslərlə, güllələnmələrlə məşğul olursunuz.

Pankratov dinmədi. Müqəvva kimi susub, heç bir əsaslı cavab 

verə bilmədi.

Nərimanov  onun  potaş  sifətinə,  bulanıq  gözlərinə  diqqətlə 

baxdı. Ona bir şey başa sala bildiyini az qala üz-gözündən oxu-

maq istədi. Amma o canilərə məxsus küt sifətdə rəhm görmədi. 

Ona görə də nifrətlə:

– Yaxşı, – dedi, – gedə bilərsiniz. Qoyun siyahı məndə qalsın. 

Bir daha baxıb, tanış olaram.

Semyon  Pankratov  gedən  kimi  Nərimanov  köməkçisi  Nur-

məm məd Şahsuvarovu (1881-1958) yanına çağırıb belə bir sərən-

cam verdi:

– Bu namərd əqidə dostlarının yanına çatmamış mənim adım-

dan həbsxana rəisinə bir əmr hazırla. Qoy 99 nəfərin hamısını 

azadlığa  buraxsın.  Rəsmi  məktub  da  hazırlayın  İnqilab  Komi-

təsinin adından, özümü də həbsxana rəisi ilə telefonla calaşdır. 



General Əli ağa Şıxlinski və silahdaşları

104


Həbs olunanlardan iki nəfəri general Səməd bəy Mehmandaro-

vu  və  general  Əli  ağa  Şıxlinskini  mənim  yanıma  gətirsinlər. 

Pankratova da xəbər verin ki, hər iki generalın dindirilmə proto-

kollarını gətirib gəlsin.

* * *

Bir  xeyli  sonra  sənədlərlə  qayıdan  Pankratovu  Nərimanov 



dərhal qəbul etmədi. Köməkçisinə dedi:

–  Protokolları  və  sənədləri  ondan  al  gətir,  qoy  özü  hələ 

gözləsin, bir azdan çağıraram.

Generalların hər biri haqqında on beş-iyirmi səhifəlik “Həbs 

vərəqəsi”  tərtib  olunmuşdu.  Bir  neçə  rus  və  erməni  bolşeviki 

dindirilmədə onların əleyhinə ifadələr vermişdi. Nərimanov 717 

nömrəli protokolu açıb oxuyanda donub qaldı. Buradakı azər-

bay canlı  rotmistrinin  imzası  ona  daha  ağır  təsir  etdi.  Təəssüf 

hissilə başını yırğalayıb öz-özünə dedi: “Ay namərd İlyas bəy, 

kimi  kimə  satırsan?  Vaxtilə  adı-sanı  ilə  rus  ordusunda  şöhrət 

tapmış  dindaşın  olan  sərkərdələrimizimi? Anam  Həlimə  haqlı 

deyərdi ki, oğul, hər çiy süd əmənə inanma, insanın naxələfliyi 

onun bəy və ya rəiyyət olmasına dəlalət eləmir. “Kotanı bərkdə, 

igidi yaman gündə sınarlar” – deyib babalar. Bu dindirənlərin 

A.Qubin,  Boris  Qluxaryev,  Semyon  Pankratov  olmalarını  başa 

düşürəm. Bəs səni – ziyalı nəslin bəy balasını, rotmistri necə an-

layaq?! Ay namərd, gör nə ifadə vermisən: “General Səməd bəy 

Mehmandarov nazir olanda fəhlə və kəndliyə düşmən gözü ilə 

baxırdı. O, müsavat hökumətinin bu vəzifəyə təyin etdiyi əlaltısı 

idi. Bolşevik hökumətinə nifrət edirdi. İnqilabımızı, Qırmızı or-

dunu  sevməyən  qatı  müsavatçıdır.  Qoca  general  Səməd  bəy 

Mehmandarov  Qırmızı  ordunun  bəzən  düçar  olduğu  məğlu-

biyyətdən çox razı qalardı. General Əli ağa Şıxlinskinin isə Deni-

kin ordusuna rəğbəti vardı”.

İki  saatdan  çox  sənədlərlə  tanış  olan  Nərimanov  heç  kəsi 

qəbul  etmədi.  Xeyli  fikirli  dayanıb  daş  kimi  hərəkətsiz  qaldı. 

Otaqda yalnız bircə səs sükutu pozur – divar saatı aramsız tıqqıl-


Şəmistan Nəzirli

105


dayırdı. O gözləmədiyi müdhiş bir çətinliklə üzbəüz durduğunu 

yaxşı dərk edirdi. Yuxudan yarımçıq oyanıb, yatağından durma-

ğa  taqəti  olmayan  adamlar  kimi  halsız  idi.  Başında  dumanlı 

xatirələr cövlan edirdi. Qəlbinə dolan kəskin nifrət duyğusu ilə 

qarşısındakı  sənədlərə  indi  ötəri  baxırdı.  Çox  sevdiyi  general 

eloğlularının əleyhinə yazılmış qarayaxma sətirlər gözlərini yan-

dırırdı. Bayaqdan yarıaçıq qapıda dayanan köməkçi Nurməmməd 

məhəbbətlə ona baxırdı. Qayğıkeşliklə:

– Narahat oldum, yoldaş Nərimanov, – dedi, – yorulmadınız?..

Sədr köməkçisinin sualını cavabsız qoyub:

– Burax, gəlsin, – dedi, – onu…

İçəri girən Pankratov çox bikef idi. Hiss olunurdu ki, sədrin 

onu bu qədər gözlətməyi xətrinə dəymişdi.

– Yoldaş Pankratov, söhbətimiz bir növ istintaqsayağı olacaq. 

Mən sizin və Qubin familiyalı işçinizin dindirilmə protokolları 

ilə  tanış  oldum.  Dəqiqlik  naminə  sizdən  bəzi  faktları  bilmək 

istərdim. Bax, elə götürək general Əli ağa Şıxlinski barədə yazı-

lanları. Siz burada göstərirsiniz ki, Əli ağa Şıxlinski ağqvardiyaçı 

general Denikinlə əlaqə yaradıb, Qırmızı ordunun məğlubiyyətinə 

sevinib və Qırmızı orduya qarşı hərbi qüvvələri indi də səfərbər 

edir. Bu faktlar hardandır və nə dərəcədə doğrudur?

– Bu faktları bizə agentimiz verib.

– Axı, burada agentin yox, xüsusi şöbənin böyük hərbi müs-

təntiqi Qubinin imzası qoyulub. Siz bu sənədi oxumusunuzmu?

– Yox, oxumamışam.

–  Bəs  dindirilmə  protokolunun  üstündə  sizin  dərkənarınız 

var. “Həbs olunsun və cəzalandırılsın” yazmısınız.

– Mən əməkdaşlarıma özüm qədər inanıram.

–  Necə  inanırsınız  ki,  protokolu  oxumadan  az  qala  ölüm 

hökmünə qol çəkirsiniz. Görkəmli generalın taleyinə belə etina-

sız yanaşmaq nə dərəcədə doğrudur?

– İşimin çoxluğundan vaxt tapıb oxuya bilməmişəm.

–  Onda  mən  oxuyum,  siz  də  eşidin.  “Tamamilə  məxfidir”. 

Tam artilleriya generalı, hazırda Azərbaycan Sovet Sosialist Res-



General Əli ağa Şıxlinski və silahdaşları

106


publikasının Hərbi-Dəniz Komissarının müavini Əli ağa Şıxlins-

ki təqsirli bilinir:

1. Ondan ötrü ki, 1917-1918-ci illərdə Əli ağa Şıxlinski hərbi 

hissələr təşkil etmiş və Sovet hökumətinə qarşı ən fəal iştirakçı 

olmuşdur.

2.  1920-ci  ildə  Qızıl  Ordu  əleyhinə  Azərbaycandakı  bütün 

hərbi  qüvvələri  səfərbər  etmişdir.  27  aprel  çevrilişindən  sonra 

Gəncəyə qaçmağa imkan tapmamışdır.

3. Fürsətdən istifadə edərək Hərbi-Dəniz Komissarının etiba-

rını qazanmış və onun müavini olmuşdur. Bu vəzifədə olarkən 

fəhlə-kəndli  hökumətinin  Gəncədə  və  Gürcüstanda  olan  düş-

mən ləri ilə gizli əlaqə saxlamışdır.

4. Sovet hökumətinə rəğbəti olan Azərbaycan zabitlərinin ha-

mısını həbs etdirmişdir.

5. Azərbaycanda Sovet hökumətinin qələbəsindən sonra Kö-

nüllü  Denikin  ordusu  ilə  əlaqələri  haqqında  çox  mühüm 

sənədləri mayın 15-17-də məhv etmişdir.

6. Mayın 25-də Gəncədə olan üsyan haqqında onun xəbəri ol-

muş və təşkilatçıları ilə əlaqə yaratmışdır. 

XI Ordunun xüsusi şöbəsinin böyük

hərbi müstəntiqi A.Qubin”.

Ürəkağrısı ilə köksünü ötürən Nərimanov dedi:

– Altı bəndin hamısının iftira olduğu məlumdur. Mən bunlar 

barədə  daxili  işlər  naziri  Həmid  Sultanov  və  Hərbi-Dəniz  Ko-

missarı  Çingiz  İldırımla  məsləhətləşdim.  Sizin  əməkdaşınız 

A.Qubinin yazdıqlarının yalan olduğunu onlar da təsdiq etdilər. 

Digər bir sənəddə oxuyuruq ki, Gəncə üsyanı vaxtı general Şıx-

linski Bakıda olub. Bunu keçmiş birinci Gəncə süvari diviziyası-

nın qərargah rəisi polkovnik Vasili Sokolovdan aldığınız dindi-

rilmə protokolunda açıq-aydın yazmısınız.

Gəlin həmin protokolla tanış olaq: “On birinci ordunun xüsu-

si şöbə müstəntiqi A.Qubin Gəncə üsyanının iştirakçısı və ağq-



Şəmistan Nəzirli

107


vardiyaçı  generalla  yaxın  münasibətinə  görə  ittiham  olunan 

müttəhim Vasili Nikolayeviç Sokolovun dindirilmə protokolun-

dan çıxarış:

S u a l:  Nə  vaxt  və  kiminlə  general  Cavad  Şıxlinski  teleqraf 

xətti və telefonla neçə dəfə, nə barədə danışmışdır?



C a v a b: Sovet hökumətinin ilk günləri Hərbi-Dəniz Qüvvələ-

rinin xalq komissarı yoldaş Çingiz İldırım general Cavad Şıxlins-

kini telefona çağırdı. Orduda qalıb xidmət edib-etməyəcəyi fikri-

ni  soruşdu.  Cavad  bu  təklifə  cavab  vermək  üçün  Əli  ağa  Şıx-

linskidən məsləhət almaq istəyini bildirdi. Çingiz İldırım dedi 

ki, general Əli ağa Şıxlinski yanımdadır. Və dəstəyi ona verdi. 

Əli ağa Şıxlinski Cavada dedi: “Çevriliş qansız başa çatmışdır, 

vəziyyət əladır. Mən qulluq edirəm”.

Bundan sonra Əli ağa Şıxlinski dəstəyi Çingiz İldırıma qaytar-

mışdır. Cavad da Çingiz İldırıma Sovet hökumətində hərbi qul-

luqda qalacağını və xidmət edəcəyini bildirmişdir.

Bütün bu söhbət Cavad Şıxlinski tərəfindən mənə deyilmiş və 

mən də bu izahatımda olduğu kimi çatdırıram. Cavadın Çingiz 

İldırımla gürcü zabitlərinin həbsi ilə bağlı telefon söhbəti də ol-

muşdu. Mayın iyirmisinə kimi (nə qədər ki, Gəncə şəhərindəki 

qarnizonun rəisi vəzifəsindən çıxarılmamışdı) özünün baş yavəri 

rotmistr Əhməd bəy Əfəndiyev Musabəyovu beş dəfə Əli  ağa 

Şıxlinskini telefona çağırmaq üçün teleqrafa göndərmişdi. Danı-

şığın baş tutub-tutmaması haqqında mən heç nə bilmirəm.

S u a l: Hesab edirsiniz ki, Əfəndiyev, Əli ağa Şıxlinski ilə Ca-

vad Şıxlinskinin adından danışmışdır? Üsyanın gedişi vaxtı Ca-

vadın bu üsyanda təşkilatçı və iştirakçı olması mümkündürmü?

C a v a b:  Üsyanın  baş  tutmasını  Cavad  çox  istəyirdi.  Mən 

belə fikirləşirəm ki, əlbəttə, üsyanın başında duran adam onun 

qələbə ilə nəticələnməsini arzulayar.

S u a l: Üsyanın başında kimlər dururdu?

C a v a b:  Mayın  15-də  və  20-də  Azərbaycan  diviziyasının 

zabit lərinin  vəzifədən  çıxarılıb  əvəzində  rus  sovet  zabitlərinin 

təyin olunması yalnız Azərbaycan zabit heyətinin deyil, Gəncə 


General Əli ağa Şıxlinski və silahdaşları

108


əhalisinə də bərk toxunmuşdu. Bu təyinatı milli zabitlər özlərinə 

təhqir bilirdilər. Bu xüsusilə, general Cavad Şıxlinskini, general 

Məhəmməd Mirzə Qacarı, polkovnik Cahangir bəy Kazımbəyovu 

və başqalarını bərk əsəbiləşdirmişdi. Səhv etmirəmsə, üsyana da 

bunlar rəhbərlik edirdilər. Bu dəyişiklikdən sonra onlar özlərinə 

yer tapa bilmirdilər.



S u a l: Üsyan vaxtı general Səməd ağa Mehmandarov və Əli 

ağa Şıxlinski Gəncəyə gəlmişdilər?



C a v a b:  Xeyr,  mən  o  vaxtlar  Gəncədə  idim.  Onları  orada 

görməmişəm.



S u a l:  Bəs  niyə  Cavad  məhz  general  Əli  ağa  Şıxlinski  ilə 

məsləhətləşir və tez-tez onu telefona çağırırdı?



C a v a b: Axı, general Əli ağa Şıxlinski onun doğma əmisidir. 

Cavad ona ata kimi hörmət edirdi. Əvvəllər də həmişə ağsaqqal 

kimi onunla məsləhətləşirdi. Mən Azərbaycan ordusuna qulluğa 

gələndən  belə  məsləhətləşmənin  dönə-dönə  şahidi  olmuşam. 

Mənim yadımdadır ki, Cavadın kiçik qardaşı, polkovnik Rüstəm 

bəy Şıxlinski də əmisi general Əli ağa Şıxlinskidən məsləhət alardı.



S u a l: O qardaşdan danışmayın, sizdən onun barəsində so-

ruşmuram. Polkovnik Rüstəm bəy adlı şəxs daha yoxdur. O, Ba-

kıda Sovet hökumətinin düşməni kimi güllələnib”.

Nərimanov  oxumağına  ara  verib  dayandı,  diqqətlə  Semyon 

Pankratova baxıb soruşdu:

– Polkovnik Rüstəm bəyi nəyə görə güllələmisiniz?

Pankratov soyuqqanlılıqla cavab verdi:

–  O,  komandanlıq  etdiyi  ikinci  artilleriya  divizionu  ilə 

Biləcəridə qarşımıza çıxmışdı. Bizə qarşı vuruşurdu. Onu dör-

düncü şöbənin müstəntiqi kapitan Akopcanov və Troyan həbs 

edib iyunun 11-də güllələyiblər. Bizdən xəbərsiz…

Nərimanov:

– Davam edək, – dedi. – Daha sonra müstəntiq Qubin polkov-

nik Sokolovdan soruşur:

– Siz general Səməd bəy Mehmandarov və Əli ağa Şıxlinski ilə 

yaxından tanışsınız?



Şəmistan Nəzirli

109


C a v a b:  Cahan  müharibəsi  illərində  general  Səməd  bəy 

Mehmandarovun korpusunda xidmət etmişəm. Ordan tanışlığı-

mız vardı. 1920-ci ilin fevral ayında mənzil məsələsinə görə ra-

port yazmışdım. Çağırıb vəziyyətimi soruşdu. Ailəmin Tiflisdə 

yaşadığını biləndə kömək eləməyə söz verdi. Əli ağa Şıxlinski ilə 

dəfələrlə görüşüb söhbət etmişəm. Gəncəyə gələndə həmişə qar-

daşı oğlu Cavad Şıxlinskinin evində qalardı. Gəncədəki Azərbay-

can praporşiklər məktəbini yoxlamağa və buraxılışına gələrdi.



S u a l: Üsyan vaxtı harada xidmət edirdiniz?

C a v a b: Sovet ordusu Gəncəyə gələndən üç-dörd gün sonra 

general Vodopyanovun ikinci süvari korpusunun qərargahında 

xidmət edirdim.

S u a l: Nə vaxt həbs olunmusunuz?

C a v a b: İyunun 25-də həbs olunmuşam. Qırmızı ordu gələnə 

qədər  Gəncədəki  Birinci  Azərbaycan  süvari  diviziyasında 

qərargah  rəisi  idim.  Cavad  Şıxlinski  ilə  birgə  xidmət  etdiyimə 

görə həbs olunmuşam.



S u a l: Günahınızı boynunuza alırsınızmı və niyə məhz Azər-

baycan ordusuna xidmətə gəlmisiniz?



C a v a b: İmperiya ordusu dağılandan sonra bir çox hərbçilər 

kimi mən də işsiz qaldım. Ailəm ehtiyac içində idi. 1918-ci ildə 

Gəncəyə gəlib raport yazdım. Dərhal qəbul etdilər.

S u a l: Siz Azərbaycan ordusunda xidmət edəndə ağqvardi-

yaçı  general  Denikinlə  neçə  dəfə  görüşmüsünüz?  Söhbətiniz 

hansı mövzuda olub?

C a v a b: Mən heç vaxt Denikinlə görüşməmişəm. Söhbətimiz 

də olmayıb.



S u a l: Yox, görüşmüsünüz. Polkovnik Sokolov, istintaqa ya-

lan məlumat verirsiniz. Suala düzgün cavab verin. General Meh-

mandarov və Şıxlinski sizi ona görə qulluğa götürüblər ki, gene-

ral Denikinin Bakıya girməsi haqqında danışıqları siz aparasınız. 

Rus olduğunuza görə sizdən istifadə ediblər. Hətta, ağqvardiya-

çı general Vladimir İrmanovun Kutaisi şəhərindən Mehmanda-



General Əli ağa Şıxlinski və silahdaşları

110


rov və Şıxlinskiyə 31 mart 1920-ci ildə göndərdiyi surğuclu məxfi 

məktubu siz gətirmisiniz. Həmin məktub sizin seyfdə saxlanılıb.



C a v a b: Ağqvardiyaçı general İrmanovdan gələn məktubu 

mən oxumuşam. Onu mənə Cavad Şıxlinski verdi. Oxu, – dedi, 

– gör əmimə İrmanov nə yazır. O da sənin kimi iş axtarır. Oxu-

dum. Məndən alıb yavəri Əfəndiyevə verdi: – Qoy seyfində qal-

sın, gələndə əmimə verərik.

Mənim seyfimdə belə məktub olmayıb. Əslində belə məktub 

qərargah  rəisinin  seyfində  saxlanılmalıdır.  Cavad  onu  mənə 

vermədi. Görünür rus olduğuma görə etibar etmədi. Siz deyirsi-

niz ki, Azərbaycan generalları Denikinin Bakıya gəlməsini istə-

yiblər. Əksinə, hər ikisi – həm Şıxlinski, həm də Mehmandarov 

ağqvardiyaçı  Denikinə  nifrət  edirdilər.  Hələ  mənim  bildiyimə 

görə Mehmandarov Azərbaycan parlamentində çıxış edib deyib 

ki,  Denikin  məni  keçmiş  rus  ordusundan  yaxşı  tanıyır.  O  heç 

vaxt  mənim  komandanlıq  etdiyim  ordunun  üstünə  yeriməyə 

cəsarət eləməz. Elə də oldu, tarixin gedişatı bunu sübut elədi.

S u a l:  Yaxşı,  general  İrmanovun  məktubunu  siz  oxumusu-

nuz, nə yazırdı?



C a v a b:  Əvvəla,  general  İrmanov  Port-Artur  və  Cahan 

müharibəsi  illərində  hər  iki  Azərbaycan  generalları  ilə  çiyin-

çiyinə vuruşub. Bunu məktubunda da yazırdı. Qısa bir tanışlıq-

dan sonra yazıb yalvarır ki, işsizəm, Azərbaycan ordusunda vic-

danla xidmət etməyə hazıram. Lap kiçik vəzifə də olsa işləyərəm. 

Ailəm çox böyük maddi ehtiyac içindədir.

Məktubda general Denikini və general Şkuronu söyür, onlar-

la  mübahisə  edib  işdən  çıxdığını  yazır.  Bir  müddət  Şkuronun 

Kuban ordusunda xidmət etməsini, ac-yalavac, ordunun dağılıb 

stanitsalarına  getməsini,  Denikinlə  siyasi  baxışlarının  barışma-

ması  haqqında  qısaca  qeyd  edir.  Məktubda  siyasi  məzmunda 

heç nə yox idi. Hətta, qızlarından və həyat yoldaşından salam 

söyləyir. Görünür, ailəvi yaxın olublar.


Şəmistan Nəzirli

111


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin