ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

№   

Nəşriyyat hissəsinin rəisi:

“___” may 1929-cu il 

 

Təlimatçı:

Bakı şəhəri 

 

 

General Əli ağa Şıxlinski və silahdaşları

212


* * *

Nizamnamələrin, təlimatların və 1928-1929-cu büdcə ilində 

türk dilində olan təlimatların nəşr edilməsi ilə əlaqədar 

görülən işlərə görə mükafatların verilməsinə dair Azərbaycan 

Süvari Diviziyası Siyasi şöbəsinin nəşriyyat hissəsinin

p a y l a m a   c ə d v ə l i

 

Kimə və nəyə görə  



verilir

Çap 


vərəq-

lərinin 


sayı

H A Q Q


Alan 

şəxsin 


imzası

I çap 


vərəqi 

üçün


cəmi 

çatma-


lıdır

veri-


lir

Manatlar


1. Yol.  Əli  ağa  Şıxlinskiyə 

–  1928-ci  ildə  çap  olun-

muş  …  “Səhra  Nizam-

naməsi”nin  (terminolo-

giya  lüğəti  əlavə  edil-

məklə) tərcüməsinə görə

12

50

600



600

№   

 Nəşriyyat hissəsinin rəisi:

“___” ________ 1929-cu il 

Katib:

Bakı şəhəri

* * *


“Qızıl Əsgər” qəzetinin

məsul redaktor müavini

 

18 dekabr 1930-cu il

Əli ağa Şıxlinski “Piyadanın əlahiddə komandiri üçün vəsait” 

kitabını türk dilinə tərcümə etmişdir. Kitab cəmi 279 səhifədir.

Qəbul etdi – Cavadov



Az.SSR____________________

Bakı Soveti Səhiyyə şöbəsinin

4№-li həkim-nəzarət komissiyası

Bakı şəhəri, 6 yanvar 1929-cu il

Şəmistan Nəzirli

213


V ə s i q ə

Verilir Əli ağa Şıxlinskiyə, ondan ötrü ki, o, həqiqətən də ağ 

ciyərin  emfizeması,  arterioskleroz  xəstəliklərinə  tutulmuşdur, 

hər iki qulağı çox pis eşidir, ona görə də o, əlilliyin üçüncü qru-

puna aid edilə bilər. Arayış Bakı qarnizonu həkim komissiyası-

nın xəstəlik haqqında verdiyi 26 dekabr 1928-ci il, 425№-li Şəha-

dətnamə.

Əslini imza edənlər: 

Komissiyanın sədri: 

 

Həkim Baksov və 

 

 

 

 

 

komissiyanın üzvü

Əsli ilə düzdür: 

İmza: 

 

 

 

Azərbaycan Qərargahının 

 

 

 

 

 

atıcı hissəsinin rəisi

* * *


A r a y ı ş

Verilir Əli ağa Şıxlinskiyə ondan ötrü ki, o, Semaşko adına 

xəstəxanada müalicə üçün yatmış və 18 avqust 1943-cü ildə vəfat 

etmişdir. 1943-cü il, avqust ayı üçün, 3.VIII.43-cü ildən ayın axı-

rına qədər müddət üçün olan çörək kartoçkası xəstəxanaya təhvil 

verilmişdir.



Məsul şəxs Kerimaryuk

möhür

___ №-li Qəbz kötüyü

Bakı şəhəri, 4-cü milis şöbəsi tərəfindən 4.XI.41-ci ildə vətəndaş 

Əli  ağa  İsmayıl  oğlu  Şıxlinskiyə  verilmiş  U-LS  seriyalı  740862 

№-li  pasport  sahibinin  ölməsi  ilə  əlaqədar  olaraq  vətəndaş 

Yekimçevdən qəbul edilmişdir.

Pasport stolunun rəisi

imza

.....................................................



General Əli ağa Şıxlinski və silahdaşları

214


___________________________

Maliyyə Xalq Komissarlığı

№ 1/403 20.07.36-cı il

Tiflis şəhəri,

Djuqaşvili küçəsi № 4

Ünvan: Bakı şəhəri

Kasıblar küçəsi, № 14 (keçmiş Şamaxinskaya)



təqaüdçü Əli ağa İsmayıl oğlu Şıxlinskiyə

Maliyyə  Xalq  Komissarlığı  Katibliyinin  mühasibliyi  Sizin 

nəzərinizə  çatdırır  ki,  ...iclasın  protokoluna  müvafiq  olaraq, 

1.07.1936-cı ildən etibarən Siz, ... fərdi təqaüdçülərin siyahısın-

dan çıxarılmışsınız.

Əlavə: 22.V.36-cı il ... fərdi təqaüdçülərin siyahısına yenidən 

baxan Komissiyanın iclasının protokolundan çıxarış.

İmza  

 

Maliyyə Xalq Komissarlığının

 

 

 

baş mühasibi (Mikailyan)

* * *


Sığorta kassasına təqdim etmək üçün

1073 №-li ölüm haqqında

şəhadətnamə

Vətəndaş  Əli  ağa  Şıxlinski  18.08.43-cü  ildə  ölmüşdür.  Bu 

haqda 1943-cü il üçün vətəndaşların vəziyyətləri haqqında aktla-

rın qeydiyyat kitabında ____ №-li müvafiq qeyd edilmişdir.

Ölümün səbəbi – kardioskleroz.

Ölüm yeri – Bakı şəhəri.

Yaşı – 81 (səksən birdir) (səhvdir: 79 yaşında olmalıdır – Ş.N.)

İmza ...        VVAQ bürosunun müdiri möhür

İmza ...        Kargüzar



Şəmistan Nəzirli

215


TAM ARTİLLERİYA GENERALI ƏLİ AĞA 

ŞIXLİNSKİ ÖMRÜNÜN ƏSAS TARİXLƏRİ

(1865-1943)

Mən öz keçmişimə təmiz bir vicdanla və müasir-

lərimin üzünə tam cəsarətlə baxıram.

General Əli ağa Şıxlinski

1865, 23 aprel – Gəncə quberniyası Qazax qəzasının Qazaxlı 

kəndində məşhur mülkədar Hacı İsmayıl ağa Alqazax ağa oğlu 

Şıxlinskinin və Şahyəmən xanım Mirzə Məhəmməd qızı Qayıbo-

vanın (qız soyadı) ailəsində anadan olub.



1875,  17  noyabr  –  Tiflisdəki  ikiillik  şəxsi  gimnaziyaya  daxil 

olub. Qeyri-adi istedada malik olduğuna görə ekstern imtahan 

verib, ikiillik gimnaziyanı yeddi aya fəxri fərman və əla diplomla 

bitirmişdir.



1876, avqust – Tiflis hərbi gimnaziyasına qəbul olunub. Son-

ralar Kadet Korpusu adını almış həmin gimnaziyanı 12 ballıq əla 

qiymətlərlə bitirib.

1883, 1 sentyabr – Peterburqdakı Mixaylov Artilleriya Mək-

təbinə daxil olub.



1884,  6  aprel  –  unter-zabit,  14  avqustda  starşinalıq,  13  okt-

yabrda (1885-ci ildə) porputey-yunker rütbəsi alıb.



1886, 11 avqust – Mixaylov Artilleriya Məktəbini podporuçik 

rütbəsində birinci dərəcə ilə bitirib. Buraxılış imtahanında qazan-

dığı müvəffəqiyyətlərə görə pul mükafatı və atçapma yarışında 

birinciliyə görə qızıl saatla mükafatlandırılıb. Qafqazda yerləşən 

39-cu Topçu briqadasına həqiqi hərbi xidmətə gön dərilib.


General Əli ağa Şıxlinski və silahdaşları

216


1888, 23 fevral – poruçik, iyunun 15-də (1894-cü ildə) Əlahəz-

rətinin əmri ilə ştabs-kapitan, iyunun 19-da kapitan rütbəsi veri-

lib.

1895-1896-cı illərdə 39-cu Topçu briqadasında əla xidmətinə 

görə üçüncü dərəcəli “Stanislav” və üçüncü dərəcəli “Müqəddəs 

Anna” ordenləri ilə təltif olunub.

1900-1901-ci illərdə – Çin hərbi yürüşündə (tarixə “Boksyor 

üsyanı” kimi daxil olub) iştirak edib.



1901, 1 may – çinlilərə qarşı Taoxovyay, Çançunlin və Boluna 

şəhəri  uğrunda  döyüşlərdə  fərqləndiyinə  görə  ikinci  dərəcəli 

“Müqəddəs Stanislav” (qılıncla birgə) ordeni ilə təltif olunub. 

1903, 1 iyun – Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqada-

sında  ikinci  batareyaya  nümunəvi  komandirlik  etdiyinə  görə 

ikinci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunub. 

1904, 11 sentyabr – ikinci dərəcəli “Müqəddəs Anna” ordeni 

ilə təltif olunub.



1905, 28 sentyabr – dördüncü dərəcəli “Müqəddəs Georgi”, 

həmin il oktyabrın 23-də dördüncü dərəcəli “Müqəddəs Vladi-

mir” (qılınc və bantla birgə) ordenləri ilə, noyabrın 19-da isə üstü 

yazılı “İgidliyə görə” qızıl silahla mükafatlandırılıb. 



1905, 26 noyabr – Port-Artur döyüşlərində göstərdiyi qəhrə-

manlığa görə podpolkovnik rütbəsi verilib. 



1906, fevralın 1-dən avqust ayınadək Çarskoye-Selo şəhərin-

dəki Artilleriya Zabitləri Məktəbində kurs keçib. Əla qurtardığı-

na görə həmin məktəbdə müəllim saxlanılıb.

Məktəb müduriyyəti onun “Xidmət kitabçası”na belə bir dər-

kənar  qoymuşdur:  “Topçu  Zabitləri  Məktəbini  əla  qiymətlərlə 

bitirmiş və müvəffəqiyyətlərinə görə padşahın yüksək iltifatına 

nail olmuşdur”. 

1906-cı il – gözlə görünməyən hədəfi nişan alan “Şıxlinski üç-

bucağı” hərbi-elmi nəzəriyyəsini kəşf edib.



1907, 22 fevral – Rusiya-Yaponiya  müharibəsinin xatirə gü-

nündə bantlı gümüş medalla təltif olunub.



Şəmistan Nəzirli

217


1907-ci il – Riqa şəhərində yerləşən 29-cu topçu briqadasında 

batareya komandiri olub.



1908, 26 noyabr – polkovnik rütbəsi verilib.

1909, 27 oktyabr – Nigar xanım Mirzə Hüseyn qızı Qayıbova 

ilə ailə qurmuşdur.



1910, 4 avqust – İyirmi birinci artilleriya briqadasının birinci 

divizionuna  komandir  təyin  edilib.  “Səhra  toplarının  cəbhədə 

işlədilməsi” elmi əsərini nəşr etdirmişdir.

1913, 2 yanvar – Artilleriya Zabitləri Məktəbinin rəis müavini 

təyin edilib.



1913, 14 aprel – general-mayor rütbəsi ilə təltif olunub.

1913, 13 sentyabr – Fransa hökumətinin generallara məxsus 

“Fəxri Legion” ordeni ilə təltif olunub.



1915, yanvar – Şimal-Qərb cəbhəsinə dəvət olunub. Müharibə 

üçün ağır artilleriya heyətinin təşkilinə rəhbərlik edib. 



1915, 26 may – “Müqəddəs Anna” ordeninin (qılıncla birgə) 

birinci dərəcəsilə, həmin il həm də “Müqəddəs Stanislav” orde-

ninin birinci dərəcəsilə təltif olunub.

1915, 31 oktyabr – Ali Baş Komandan yanında tapşırıq gene-

ralı vəzifəsinə təyin edilib. Ağır artilleriya divizionlarına və bri-

qadalara rəhbərlik edib. 

1916,  16  aprel  –  Qərb  cəbhəsindəki  ordunun  artilleriya 

müfəttişi təyin edilib.



1917,  9  sentyabr  –  Onuncu  Ordunun  komandanı  təyin  olu-

nub.


1917, 2 aprel – general-leytenant rütbəsi ilə təltif olunub. 

1917,  15  noyabr  –  öz  xahişi  ilə  İmperiya  ordusundan  tərxis 

olunmağı  haqqında  raport  verib.  Rəsmi  olaraq  dekabrın  2-də 

ordu komandanı vəzifəsindən istefaya çıxmışdır. 

1917, noyabr – Qafqaza qayıdır və azərbaycanlılardan ibarət 

“Əlahiddə Müsəlman Korpusu”nu təşkil edir. Bununla da Milli 

Azərbaycan ordusunun təməl daşını qoyur.

1918, aprel – Gəncədə ilk Milli Hərbi Məktəb general Əli ağa 

Şıxlinskinin təşəbbüsü ilə yaradılmışdır. 



General Əli ağa Şıxlinski və silahdaşları

218


1918, 13 dekabr – Milli Azərbaycan ordusunun yaradılması 

haqqında “Hərbi layihə” hazırlamışdır.



1918,  25  noyabr  – Azərbaycan  Respublikasının  ilk  hərbiyyə 

naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun mü-

avini təyin olunur. 

1919, 3 yanvar – Milli qoşun hissələrinin, idarələrin və müəs-

sisələrin ştatlarının, maaş cədvəllərinin və Azərbaycan ordusu-

nun şəxsi heyətinin geyim formasının layihəsini hazırlayan ko-

missiyanın rəhbəri təyin edilmişdir.



1919, 28 iyul – Azərbaycan Demokratik Cümhuriyyətinin 339 

saylı əmri ilə Əli ağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi 

verilmişdir. 

1920, 9 mart – ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Demok-

ratik  Respublikasında  Qızıl  Aypara  Cəmiyyəti  təsis  olunmuş-

dur. 

1920, avqust 1921, noyabrın 18-dək – Moskvadakı Ali Artille-

riya Məktəbində gələcəyin artilleriya marşalları L.A.Qovorova, 

N.N.Voronova,  N.D.Yakovlevə  və  M.N.Çistyakova  dərs  demiş 

və Petroqrad Topçu Akademiyasında mühazirələr oxumuşdur. 



1922-ci il – Azərbaycan Komanda Heyəti Məktəbində topçuluq-

dan dərs demiş və Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçilib.



1923-cü il – “Kommunist” qəzetində (aprel, №9, 10, 11) “Gələcək 

müharibədə toplar” silsilə məqalələrini dərc etdirmişdir.



1924-cü  il  –  Azərbaycan  Komanda  Heyəti  məktəbinin  rəis 

müavini olmuşdur.



1925-ci il – Azərbaycan Hərbi tərcümə kollegiyasının baş re-

daktoru. 



1926-cı il – Bakıda “Rusca-türkcə qısa hərbi lüğət” əsəri nəşr 

olunmuşdur. Bu, Azərbaycan hərb tarixində ilk kamil hərbi lüğət 

idi.

1927-ci il – “İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimna-

məsi”  elmi  əsəri  nəşr  olunmuşdur.  Həmin  il  oktyabrın  18-də 

“Hərbi Səhra Nizamnamə”si kitabını tərcümə etmişdir. 


Şəmistan Nəzirli

219


1928-ci il – “Hərbi bilik” jurnalının beş və altıncı saylarında 

“Alay topları haqqında”, “Topçuların piyada və süvarilərlə qar-

şılıqlı əməliyyatı” silsilə hərbi-elmi məqalələrlə çıxış etmişdir. 

1929-cu  il  –  səhhətinə  görə  istefaya  çıxmışdır.  Lakin  hərbi-

elmi pedaqoji fəaliyyətini dayandırmamışdır. “Topların dağlıq 

yer lərdə  əməliyyatı”,  “Dağlıq  yerlərdə  top  atəşinin 

xüsusiyyətlərinə dair”, “Bir maraqlı gecə atışı haqqında”, “Artil-

leriya  döyüşü“  elmi-nəzəri  məqalələrini  yazmışdır.  Ömürlük 

fəxri təqaüdlə təmin olunmuşdur.



1930, 18 dekabr – “Piyadanın Əlahiddə komandiri üçün və-

sait” kitabını tərcümə etmişdir.



1943, 18 avqust – Bakıda, C.Cabbarlı küçəsindəki 14 saylı bi-

nanın 20-ci mənzilində kardiosklerozdan vəfat etmişdir.



1944,  aprelin  9-da  –  “Xatirələrim”  kitabı  nəşr  olunmuşdur. 

Həmin kitab 1984-cü ildə “Azərnəşr”də əlavə və izahlarla kütləvi 

tirajla (60 min) Azərbaycan və rus dillərində tədqiqatçı Şəmistan 

Nəzirli tərəfindən nəşr etdirilmişdir.



General Əli ağa Şıxlinski və silahdaşları

220


BİZİ DÜŞÜNDÜRƏN GENERAL

General  Əli  ağa  Şıxlinskinin  qəhrəmanlığı  öz 

Vətə ninin  şərəf  və  azadlığını  müdafiə  edən  hər  bir 

şəxs üçün nümunə olmalıdır.

Yevgeni Zaxaroviç Barsukov 

Dövlət mükafatı laureatı,

hərb elmləri doktoru, professor

artilleriya generalı

Əziz  general  baba,  bu  günlərdə  arxivdən  tapdığım  sənin 

yeganə mülkü geyimdə fotoşəklində necə də fikirlisən. Mənalı, 

müdrik görüşündən niyə qəm, kədər yağır? Kim də olmasa mən 

səni çox gözəl başa düşür, anlayıram. Sənin bu fotoşəklin 1942-ci 

ilin avqust ayında çəkilib. Dünyanın işinə bax, mən elə həmin ili, 

həmin  ayda  anadan  olmuşam.  Taleyin  bu  təsadüf  və  xeyirxah 

işinə nə qədər sevindiyimi bircə Ulu Tanrı bilir. Görünür, sənin 

unudulmuş ömür və qəhrəmanlıq yolunu öyrənmək də mənə bu 

tarixdən qismət olub. Axı, indi mənim haqqım, hüququm varmı 

ki, 1998-ci il avqustun 12-də əlli altı ildən sonra arxivdən tapdı-

ğım sənin müqəddəs şəklindən soruşum ki, Əli ağa baba, niyə 

belə fikirlisən, nədir səni qəm dəryasına qərq edən. Heç kim də 

olmasa mən az-çox bilirəm, nədir sənin qəmin, kədərin. Ömrü-

nün sonuna cəmi bircə il qalıb.

Qərbi nurla dolmuş görkəmli alim-filosof Heydər Nəcəf oğlu 

Hüseynov səni akademiyaya dəvət edib tanınmış ziyalılarla gö-

rüşünü  keçirib.  Bu  saf  ziyalımız  sənin  könlünü  açmaq,  yetmiş 

səkkiz illik mənalı ömür yolunu xalqa bəyan etmək istəyib. Bu 

fədai elcanlı insan sənin üçün nələr etməyib? “Xatirələrim” kita-

bını nəşr etdirib, sənin haqqında silsilə dərin məzmunlu məqa-


Şəmistan Nəzirli

221


lələr yazıb. Bütün bunlara görə “yuxarıların” tənə və töhmətinə 

məruz qalıb.

Niyə belə baxırsan, Əli ağa baba, elə bil min ilin ağrısı-acısı 

var canında. Olacaq, əlbəttə, sən əlli iki illik ordu həyatında so-

yuq və nəm səngərlərdən keçmisən. Diviziyalara, alaylara və or-

duya komandanlıq eləmisən. Bütün döyüşlərdən zərərlə çıxmı-

san. Hər yerdə – Uzaq Şərqdə, Port-Arturda, Rusiyada başımızı 

uca etmisən. 1918-ci ildə millətimizin dar günündə ilk dəfə Milli 

Ordu korpusu yaradıb torpağımızı yağılardan qorumusan. Sənin 

haqqın var başı uca gəzməyə. Gəzdin də… səni unutmamışıq, 

unutmarıq da. Bu gün onlarla elmi-publisistik əsərlərin bizə ya-

digar  qalıb.  Xalq,  millət  onu  öyrənir,  ondan  bəhrələnir.  Uzaq 

Fransanın, Norveç və İsveçrənin, Rusiyanın hərbi məktəblərində 

dərslik  kimi  keçirilən  “Şıxlinski  üçbucağı”n  bizə  şan-şöhrət 

gətirir.

1942-ci ildə xatirələrində yazmısan ki, mən elə bir ömür yaşa-

mışam ki, keçmişimə təmiz bir vicdanla və müasirlərimin üzünə 

tam cəsarətlə baxıram. Bəli, əziz general baba, biz səni belə də 

qəbul edirik, xatirənin də həmişə yaşadırıq. İndi sənin adına Ba-

kıda,  Qazaxda,  Şəmkirdə,  Gəncədə  küçə,  xatirə  lövhəsi  və 

müəssisələrdə büstün var. Sən bunlara layiqsən, çünki xalqımın 

nadir sərkərdələrindən birisən. Sənin haqqı-sayını biz unutsaq, 

bu  Azərbaycan  adlı  məmləkətdə  yaşamağa  haqqımız  olarmı? 

Əlbəttə, yox!

Şəkildə dümağ bığ, çənəndə isə müdrik qocalarımıza məxsus 

ağ saqqalın var, iri, ala gözlərin isə məchul bir nöqtəyə dikilib. 

Görəsən fotoqraf sənin ömrünün hansı anını, hansı qəhrəmanlığını 

yadına  salıb  xatırlatdı.  İlk  gəncliyindən  ta  ömrünün  bu  anına 

kimi bütün fotoşəkillərdə hərbi geyimdəsən. Vüqarlı, qartal du-

ruşlu şəkillərin bizə yadigar qalıb. Müasirlərinin dediyinə görə, 

ağ at üstündə çəkilmiş şahanə duruşlu, əsl sərkərdələrə məxsus 

bir fotoşəklin də varmış. Heyf, çox heyf, bu günə kimi onun so-

rağındayam, tapa bilmirəm. Port-Arturda, Çarskoye-Seloda, Pe-

terburqda, Mogilyov cəbhəsində, Tiflisdə Nigar xanımla üzbəüz, 


General Əli ağa Şıxlinski və silahdaşları

222


xilaskarımız,  türk  generalı  Nuru  Paşa  və  əsgərlərlə  çəkilmiş 

hərbi  geyimli  şəkillərin  bizə  ərmağandı.  Bunların  hansı  birinə 

baxanda fəxr edib qürurlanırıq. Bizim vüqarımız, başımızın hərb 

çələngi deyirik sənə…

Axı, bircə bu fotoşəkildə nə olub sənə, yenə soruşuram: niyə 

belə kədərlisən, general baba? Bəlkə övladsızlıq, bəlkə mühit, to-

talitar sovet rejimi səni sıxıb. Axı, sən özün yazmısan və dönə-

dönə  şifahi  söhbətlərində  dosta-tanışa  demisən  ki,  hər  bir 

Azərbaycan gənci mənim övladımdır. Bəlkə düşünürsən ki, öm-

rün baharı keçib, qışı gəlib. Nigar xanımsız günlərimdə sevincli 

heç nə yoxdur?

Bəzi sovet buqələmunları üzünə yalandan hırıldayır, arxanca 

çar və müsavat generalı deyə hədyan danışırlar. Qədir-qiymətini 

yaxşı bilən yalnız Heydər Hüseynov idi, səni bu ikiüzlü yaltaq-

lardan qoruyan. Neyləməli, zaman, dövr başqa idi. İndi biz nəvə-

nəticələrin sənin arzusunda olduğun müstəqillik dövründə ya-

şayırıq. Bu nemətin ilk dadını, tamını bizə 1918-ci ildə silahdaş-

ların  general  Səməd  bəy  Mehmandarov,  İbrahim  ağa  Usubov, 

Əbdülhəmid bəy Qaytabaşı, İbrahim ağa Vəkilov, Qaçar və Ya-

digarov qardaşları ilə gecəli-gündüzlü çalışıb siz verdiniz. İndi 

biz yetmiş il “tamamilə məxfidir” qıfıl altında saxlanıb qadağan 

olunmuş sənin və silahdaşlarının ömür və döyüş yolunuzu sətir-

sətir öyrənirik. Hər bir ağsaqqal və gənc səninlə fəxr edir. Adına 

nəğmələr qoyur.



Salam mənim komandanım,

Sənsiz keçir günüm, anım.

Fəxr edirəm, olub bir vaxt,

Sənin kimi generalım,

Sənin kimi qəhrəmanım. 

Şəmistan Nəzirli

223


İ K İ N C İ   H İ S S Ə

ŞƏXSİYYƏT

(Mirzə Hüseyn əfəndi Yusif oğlu Qayıbzadə)

(1830-1917)

Mirzə  Hüseyn  əfəndi  Qayıbzadə,  Mirzə  Fətəli 

Axun dovun  çox  yaxın  dostu  idi.  O,  ərəbcə  kitab  və 

təzkirələri  oxumaqda  Mirzə  Fətəliyə  kömək  edirdi, 

çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. 

Ədəbiyyatı  çox  sevdiyindən Azərbaycan  şairlərinin 

şeirlərindən  ibarət  dördcildlik  böyük  bir  külliyyat 

tərtib etmişdir.

General Əli ağa Şıxlinski

“Xatirələrim” kitabından

Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə “Azərbay-

canın  məşhur  olan  şüərasının  əşarına  məcmuədir” 

təzkirəsini  düzüb  qoşmaqla  millətin  mənəvi  sərvət 

xəzinəsində iftixar doğuran və təqdirəlayiq olan sənət 

nümunələrini aşkara çıxarıb nişan verdi.

Xeyrulla Məmmədov,

professor

Müfti Mirzə Hüseyn əfəndi Yusif oğlu Qayıbzadə Tiflisdə Za-

qafqaziya  ruhani  idarəsinin  müsəlman  mədrəsəsində  şəriət 

müəllimi olmuş, ərəb, fars və rus dillərini mükəmməl bilirmiş. 

Bu  dövrdə  Mirzə  Hüseyn,  M.F.Axundov,  Adolf  Berje,  Məm-

mədağa Şahtaxtlı, Səid Ünsizadə, Aleksey Çernyayevski, Səfərəli 

bəy Vəlibəyov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost 


General Əli ağa Şıxlinski və silahdaşları

224


olur.  Qori  Müəllimlər  Seminariyasında  Azərbaycan  şöbəsinin 

açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir. 1858-ci 

ildə Tiflis Müsəlman Məktəbində Şərq dilləri müəllimi işləyən 

Mirzə  Hüseyn  1875-ci  ildə  kasıb  balaları  üçün  xüsusi  “Müfti 

məktəbi”  açmışdır.  O,  1882-ci  ildə  “Tövsiyələr”,  1906-cı  ildə 

“Ariflərin şəriət qanunları” kitabını nəşr etdirmişdir. Qori semi-

nariyasında  işlədiyi  illərdə  “Nümuneyi-ləhçeyi-Azərbaycan”, 

“Müqəddəs tarix və sərf-nəhv” (Yeniyetmələr üçün elmin əsas-

ları), “Məsaili-Aləmi-hesab” (Dünyəvi hesab elminin məsələləri) 

adlı dərslik kitablarını yazmışdır.

Mirzə  Hüseyn  Qori  Seminariyasında  Şərq  və  Azərbaycan 

dillərindən dərs deyib, 1884-cü il yanvarın birində Qafqaz cani-

şininin  əmrilə  müəllimlikdən  azad  olub,  Zaqafqaziya  Sünni 

Məzhəbi İdarəsinin sədri təyin edilir. Müfti vəzifəsinə seçilərkən 

Mirzə Hüseyn demişdir: “Mən heç vaxt ruhani olmamışam və 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin