ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN  

MÜDRİK FİKİRLƏRİNDƏN

– Adi bir insan özünü dahi hesab edərsə, demək, o, ən küt bir 

adamdır.

– İnsan nə mələkdir, nə də heyvan; ansaq özünü mələk hesab 

edəndə heyvan vəziyyətinə düşür.

* * * 


1920-ci ildə iyirmi səkkiz aprel çevrilişinin səhəri həbs olunan 

general Əli ağa Şıxlinskiyə bolşevik çekisti belə bir sual vermiş-

dir:

– Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə 



edirsiniz? 

General Əli ağa Şıxlinskinin cavabı:

– Hər bir inqilaba əks-inqilab kimi yanaşıram. Heç vaxt belə 

şeylərə qoşulmamışam, qoşulmazdım da… Mən hərbçiyəm...

* * *

1919-cu il fevralın iyirmisində general Əli ağa Şıxlinski Gən-



cədə yeni yaranan Azərbaycan ordusunun əsgərləri qarşısında 

çıxış edərək demişdir:

– Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma 

ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir 

azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. Ordu Vətənin 

dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır. 

Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının 

maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu 

təəssüf  etmədən  onlarla  vidalaşır.  Özlərini  düşünən  mənasız 

adamlar  ordunun  işini  artırmasınlar.  Belə  insanların  heç  bir 

dövlət xidmətində faydası olmayacaq.


Şəmistan Nəzirli

169


* * *

İyirminci ilin Aprel çevrilişi günlərində Müsavat hökumətinin 

daxili  işlər  nazirinin  müavini  Şəfi  bəy  Rüstəmbəyov  Əli  ağa 

Şıxlinskidən soruşmuşdur:

– Hə, cənab general, qaçmırsınızmı?

– Öz vətənimdən niyə qaçım ki?

– Sizi öldürərlər.

Ağırtəbiətli general təmkinini pozmadan cavab vermişdir:

–  Gələnlər  ağıllı  adamlar  olsalar,  məni  öldürməzlər,  çünki 

mən onların işlərinə yararam. Axmaqlardan isə, heç yerdə canını 

qurtara bilməzsən. Buna görə də Vətənimin adama ehtiyacı ol-

duğu bir zamanda, mən onu qoyub heç yerə getmərəm.



Tərəzinizi dibindən çıxardan oğullar

1880-ci  ildə  Tiflis  kadet  korpusunda  təhsil  alan  kursant  Əli 

ağa Şıxlinski bir gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar 

güclərini sınamaq üçün güc tərəzisinə yaxınlaşırlar. Hamı bir-bir 

öz gücünü göstərir. Əli ağaya da təklif edirlər. O deyir ki, gəlsəniz 

mən  bunu  divardan  tamam  qopardım  (o  vaxtlar  güc  sınanan 

tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayan-

lar onu özlərinə tərəf dartırdı).

Yoldaşları deyir:

–  Əli  ağa,  zarafat  eləmə,  altıya,  yeddiyə  qədər  çəkə  bilsən, 

qalibsən.

Tərəziçi:

– Bala, əvvəl çək, sonra öyün, – deyib ona kinayə ilə baxır.

Əli ağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divar-

dan yerli-dibli qopur.

Tərəziçi:

– Bala, – deyir, – sən doğrudan da güclü imişsən, bu güclə 

öyünməyə haqqın var. Beşə qədər çəkənə altı manat düşür. Sən 

isə onu yerli-dibli qopartdın. Al, mükafatın on manatdır.


General Əli ağa Şıxlinski və silahdaşları

170


Əli ağa:

–  Mənə  on  manat  lazım  deyil.  Mən  istədim  biləsiniz  ki, 

tərəzinizi dibindən çıxardan oğullar da var, – deyə cavab verir.

* * *


Müdrik general Əli ağa Şıxlinski 1919-cu ildə xarici ölkələrə 

təhsil almağa gedən gənclər qarşısında çıxış edərək demişdir:

– Vətənə məhəbbət ailə və məktəbdən başlayır.

* * *


1942-ci ildə general Əli ağa Şıxlinskiyə xatirələrini yazmağı 

təklif edən filosof-alim Heydər Hüseynova general demişdir:

– Mənim hərbi xidmətim xoşbəxtliklə keçmişdir. Kursant vax-

tımdan  ta  ordudan  istefaya  getdiyim  günə  qədər  heç  bir 

müvəffəqiyyətsizliyə uğramamışam. Gəhgir at kimi gənclik ehti-

rası ilə həmişə irəliyə atılaraq, həyatda öz yerimi tapa bilmişəm. 

Rusların “gözəl doğulma, xoşbəxt doğul” qədim atalar sözünü 

dəfələrlə özümdə sınamışam. Həm hərbi xidmətdə, həm də şəxsi 

həyatımda xoşbəxtlik məndən heç vaxt uzaq olmamışdır. Mən 

heç vaxt mənsəb dalınca düşməmişəm, mənsəb özü mənim ar-

dımca gəlmişdir. Hətta demək olar ki, mənsəb özü mənə doğru 

yüyürmüşdür. Ona görə mən öz keçmişimə təmiz bir vicdanla 



və müasirlərimin üzünə tam cəsarətlə baxıram.

Heydər Hüseynovun həyat yoldaşı Talə xanım xatırlayırdı:

  1940-cı  ildə  Mərkəzi  Komitəyə  çağırılan  Heydərdən  soru-

şublar ki, nə üçün çar və müsavat generalı Əli ağa Şıxlinski haq-

qında çox yazırsınız? 

Heydər bu suala çox sərt cavab vermişdir: 

–  Bəs  nə  üçün  rus  alimləri  Suvorov  və  Kutuzov  haqqında 

daha çox yazırlar?..

Bizim ailədə generaldan iki gümüş qaşıq – yemək və çay qaşı-

ğı saxlanılır. Onların tutacağında çalkeçirli (Venzelli) generalın 

ad və soyadının baş hərfləri yazılıb: “Ə.Ş.”. Bunları general Əli 

ağa Şıxlinski özü Heydərə hədiyyə verib.



Şəmistan Nəzirli

171


DANIŞAN SƏNƏDLƏR

Azərbaycan korpusu komandirinin məlumatı

№ 67, 13 dekabr 1918-ci il, Gəncə şəhəri

Azərbaycanın  müstəqil  respublika  elan  edilməsi  mənə  may 

ayının 27-də qəzetlərdən aydın oldu. 

Mən  mayın  28-də  yeni  dövlətin  hərb  nazirliyinin  layihəsini 

artıq  hazırlamışdım;  layihə  arxasında  izahedici  qeyd  olan 

müfəssəl sxem əlavə edilmişdi.

Bu layihədə, ümumi şəkildə aşağıdakılar deyilirdi:

I.  Hərb  nazirliyinin  idarə  və  müəssisələri  ordunun  təşkilat, 

tədris, tərbiyə və təminatı üçün heç bir şeyi əsirgəməməlidir.

Aşağıdakıların təşkil edilməsi zəruridir:

1) nazirliyin dəftərxanası;

2) Ali Baş Qərargahın idarəsi (elə özü də baş qərargah);

3) intendantlıq;

4) artilleriya idarəsi;

5) qoşunların yerləşdirilməsi təminatı üzrə şöbə ilə hərbi tex-

niki idarə;

6) məhkəmə və sanitar qüvvələri və sairə.

Bundan başqa hərb naziri – əgər o, mülki şəxsdirsə – onda o, 

özünün yanında səlahiyyətli şəxslərin çox kiçik sayından hərbi 

şura  yaratmalı  və  qoşunların  təlim  və  tərbiyəsinə  bilavasitə 

nəzarət etmək üçün köməkçi təyin etməlidir.

Artıq  məsul vəzifələrə mənə şəxsən tanış  olan şəxslər təyin 

edilmişlər. Yeri gəlmişkən, dəftərxana rəisi vəzifəsinə Koll dəvət 

edilmiş  və  o  da  tam  razılıq  vermişdir.  Rus  hərb  nazirliyinin 

dəftərxanasında uzun müddət xidmət etmiş və bu müəssisənin 

iş fəaliyyəti ilə əla tanış olan Genşelman müşavir vəzifəsinə təyin 

edilmişdir.

II. Şöbə rəislərinin hamısı çox yüksək maaş alan əlahiddə kor-

pusun iri qərargahları və idarələri ləğv edilsin və hərb nazirliyi-


General Əli ağa Şıxlinski və silahdaşları

172


nin idarə və müəssisələrinin qurulmasında həmin rütbəli şəxs-

lərdən istifadə edilsin.

Diviziyalar bilavasitə hərb nazirinə və ya onun köməkçisinə 

tabe edilsin. Gözəl təlim və tərbiyə almış, Mancuriyada müvəf-

fəqiyyətlə döyüşən, yüksək döyüş qabiliyyətli yapon ordusunun 

korpus təşkilatı haqqında təsəvvürü belə yox idi. 

Bundan başqa heç bir hərbi-dairə idarəsi nəzərdə tutulmurdu.

Hərb nazirliyinin idarə və müəssisələri öz növbələrində gənc 

və son dərəcə kiçik olan dövlətin vasitələri və onun qoşunlarının 

sayına müvafiq olaraq – ziyalı qüvvələrə artıq dərəcədə qənaətlə 

yanaşmağı təşkil etməlidirlər.

III.  Bu  əsas  layihə  ilə  yanaşı  olaraq  mən  başqa  ehtimalı  da 

nəzərdə tuturdum:

1) Hərb naziri (onda bu vəzifəyə mülki şəxs təyin edilmişdi) 

onun korpus komandirinə verəcəyi tapşırıqlar müqabilində özü-

nün şəxsi yazışması üçün çox az sayda yavərlər və kargüzarlar 

ştatı alır.

2)  Əlahiddə  korpus  idarəsi  demək  olar  ki,  qalır,  gənclərin 

hərbi qulluğa səfərbərliyi və qoşunların yerləşməsinin təminatı 

üzrə olan orqanlarla tamamlanır.

3)  Korpus  komandiri  hökumətin  müzakirə  etdiyi  hərbi 

məsələlərin hamısında nazir ilə bərabər səs hüququna malikdir.

IV. Birinci layihə (qismən və 2-ci ehtimal şübhəsiz olaraq aşa-

ğıdakı faydaları verə bilərdi):

1)  bizdə  həddən  artıq  az  olan,  zabit  və  hərbi  məmurların, 

xüsusilə Ali Baş Qərargahın zabitlərinin və hərbi mühəndislərin 

ziyalı qüvvələrin qənaət edilməsi;

2) çoxlu pul qənaəti;

3) idarənin bəsitləşməsi, belə ki, müasir şəraitdə qətiyyən la-

zım olmayan bir instansiya azalacaqdır.

V.  Hökumət  Gəncə  şəhərinə  köçən  kimi  (iyun  ayının 

əvvəlində)  mənim  layihəm  hərb  nazirliyi  müəssisələrinin 

müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edil-

mişdir.


Şəmistan Nəzirli

173


Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər 

Sovetinin  müvafiq  iclasına  dəvət  ediləcək  korpus  komandiri 

şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edil-

məmişəm  və  layihə  haqqında  heç  bir  xəbərdarlıq  almamışam. 

Güman edirəm ki, layihə heç müzakirə edilməmişdir, çünki Bakı 

quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün la-

zım olan xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə 

görə hökumət hərb naziri təyin etməkdən imtina etmişdir.

Mən bu sadə məsələnin üstündə ona görə çox dayanıram ki, 

mən çox zəif olduğuma görə bizim hamımızın həyəcanına səbəb 

olan mövzu haqqında qəti danışa bilmirəm və şəxsən məlumat 

vermək imkanından məhrumam.

VI.  Bizdə  hərb  nazirliyinin  yaradılması  və  yuxarıda  göstər-

diyim  prinsiplərin  Siz  cənab  zat-ali  ……..  bəyənəcəyinə  tam 

əmin olaraq aşağıdakı vəsatətləri edirəm:

1) Azərbaycanın korpus qərargahı dərhal ləğv edilsin;

2) Onun şəxsi heyətindən qalan və onun təşkili üçün dəvət 

olunmuş şəxslərdən hərb nazirliyinin idarə və müəssisələrinin 

yaradılmasında istifadə edilsin.

general-leytenant

Əli ağa Şıxlinski

Vahid türk terminologiyası üzrə nəticə

Türk  xalqları  üçün  hərbi  terminologiyanın  birləşdirilməsi, 

aşağıdakı iki əsasa görə əhəmiyyətli sayıla bilər:

1) Hərbi terminologiyada müxtəlif fikir ayrılığı nə qədər az 

olarsa, ordu üçün o qədər yaxşıdır.

2)  Terminologiyanın  birləşdirilməsi  türk  dilinə  daxil  olmuş 

xarici sözlərin hamısının da olmasa, çoxunun (əsas etibarilə ərəb 

və fars sözlərinin) əvəz edilməsi üçün lazım olan miqdarda əsl 

türk sözlərini toplamaq imkanını verə bilər. Xarici sözlərin axını, 


General Əli ağa Şıxlinski və silahdaşları

174


bu və ya digər dərəcədə unudulmuş, ya da ki, türk mənşəli müx-

təlif  xalqların  saymadıqları  ana  sözlərinin  ədəbi  türk  dilindən 

“qovub” çıxarmışlar.

Bir çox əsl türk sözləri var ki, onlar Azərbaycanda çox geniş 

işləndiyi  halda,  Tatarıstanda,  Özbəkistanda  və  sair  yerlərdə 

işlənmir və əksinə, o respublikalarda işlənən sözlər Azərbaycanda 

işlənmir. 

Vahid  türk  hərbi  terminologiyasının  praktik  olaraq  həyata 

keçirilməsi üçün aşağıdakıları etmək olar:

1. Marağı olan respublikaların nümayəndələrindən ibarət ko-

missiya təşkil etmək. Komissiyaya rus və türk dillərinin (öz xalq-

larının  ləhcəsini)  mükəmməl  bilən  və  hərbi  işlə  əsaslı  surətdə 

tanış olan şəxslər daxil olmalıdır. 

Komissiyanın yeri Bakı şəhərində müəyyən edilməlidir, çünki 

şəhər həm coğrafi mövqeyinə görə uyğun gəlir, həm də orada 

komissiyanın kooptasiya edə bilən, türk dilini yaxşı bilən şəxslər 

çoxdu. Komissiyanın tərkibinə daxil edilmiş şəxslərin sayı az ol-

malıdır.


2. Terminoloji lüğətin tərtib edilməsi üçün komissiya Orduda 

qəbul edilmiş terminlər məcmuəsini vermək lazımdır. Məcmuə 

təcili surətdə Moskvada hazırlanmalıdır. Məcmuəyə köhnə hərbi 

terminlər  (avanqard,  aryerqard,  zastava  və  s.)  kimi  tarixi  əhə-

miy yəti olan və bugünkü gündə də öz əhəmiyyətini itirməmiş 

köhnə hərbi məcmuələrdə saxlanmış sözləri də daxil etmək la-

zımdır.

3. Komissiya öz işində həddən artıq ehtiyatlı olmalıdır, heç bir 



dilə üstünlük verməməlidir ki, heç bir şübhə, narazılıq yaranma-

sın.


Xalqların siyasi həyatında dil çox böyük əhəmiyyətə malikdir. 

Bunu  Fridrix  Engels  aşağıdakı  sözlərlə  çox  əla  ifadə  etmişdir: 

“Dövlətlərin təbii sərhədləri dil və simpatiyalar ilə müəyyən edi-

lir”.


Komissiya bütün türk xalqları üçün absolyut vahid terminlərin 

yaranmasına çalışmalıdır.



Şəmistan Nəzirli

175


Əgər onlardan hər biri, digərindən xarici sözləri və ya boş söz 

yerlərini əvəz etmək üçün əsil türk sözü qəbul edərsə – bu əsas 

hal  kimi  qəbul  edilməməlidir  –  və  yaxud  öz  sözünün  əvəzinə 

daha münasib əsil türk sözü seçərsə, bu kifayətdir. Bu hallar va-

cib deyildirlər, söz seçmək, səs çoxluğundan asılı olmayaraq kö-

nüllüdür.

Azərbaycan  Hərbi  Redaksiya  Nəşriyyat  Komitəsinin  və 

Azərbaycan SSR-in Maarif Xalq Komissarlığının Elmi-termino-

loji  Komissiyasının  təqdir  etmiş,  mənim  tərtib  etdiyim  “Qısa 

hərbi lüğət” türk hərbi terminologiyasının birləşdirilməsi komis-

siyasının işi üçün kifayət qədər material verə bilər.

 

Azərbaycan Redaksiya-Nəşriyyat 



Komissiyasının Sədri

Əli ağa Şıxlinski

2 iyun 1925-ci il 

* * *


Əlahiddə Azərbaycan Korpusunun komandiri ge-

neral-leytenant Əli ağa Şıxlinski Hərbi nazirin müa-

vini  təyin  edilməsi  haqqında  Səməd  bəy  Sadıq  bəy 

Mehmandarovun Fətəli xan Xoyskiyə

Təqrir

№799, Gəncə 

25 noyabr 1918-ci il

Müsəlman  hərbiçiləri  arasında  ziyalı  zümrənin  kasadlığını 

nəzərə  alaraq  general-leytenant  Əli  ağa  Şıxlinskinin  təqririni 

təqdim etməklə, mən, onun Hərbi nazirin müavini təyin edilməsi 

barədə vəsatət verirəm. Bu vəsatət bir də o mülahizədən doğur 

ki,  mənə  yaxın  zamanlarda  müxtəlif  hissə,  idarə  və  anbarları 

yoxlamaq üçün tez-tez getməli olacağam, buna görə də Yeliza-

vetpolda (Gəncədə – Ş.N.) müavinin olması zəruridir. Bundan 



General Əli ağa Şıxlinski və silahdaşları

176


başqa,  general  Əli  ağa  Şıxlinskiyə  mən  bütün  texniki  və  hərbi 

tədris müəssisələrinə rəhbərliyi həvalə etmək fikrindəyəm.



Tam artilleriya generalı:   

Səməd bəy Mehmandarov

Baş Qərargahın rəisi, 

polkovnik:  

 

 

Həbib bəy Səlimov

* * *


Azərbaycan Redaksiya-Nəşriyyat Komissarlığının  

Sədri Əli ağa Şıxlinskiyə

NKP yanında Elmi Türk 

Terminologiyasının tərtib

 edilməsi komissiyası

20 avqust 1925-ci il 

Sizin 2 iyun 1925-ci il sorğunuza cavab olaraq Elmi-Türk Ter-

minologiyasının Komissiyası bildirir ki, SSRİ -də vahid termino-

logiyanın tərtib edilməsi siyasi məsələ olduğu üçün, bu məsələyə 

dair Komissiyanın fikir söyləməyə hüququ yoxdur. Yalnız onu 

əlavə  edə  bilərik  ki,  Komissiyanın  razılığı  ilə  Əli  ağa  Şıxlinski 

ASSR üçün üç min sözdən ibarət olan Hərbi Lüğət tərtib edilmiş-

dir, lakin o hələ çapdan çıxmamışdır.

Komissiyanın sədri – imza 

Katib – imza

Əsli ilə düzdür: Az. MİK-in iş icraçısı – imza və tanış olub: Əli 

ağa Şıxlinski.

1

* * *


1

  General Əli ağa Şıxlinskinin tərtib etdiyi 280 səhifəlik “Rusca-türkcə 

qısa  hərbi  lüğət”  əsəri  1926-cı  ildə  “Azərbaycan  hərb  redaksiyası” 

tərəfindən Bakıda nəşr olundu. Həmin əsərə görə Əli ağa Şıxlinski SSRİ 

Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla 

təltif edilmişdir – Ş.N.



Şəmistan Nəzirli

177


Çox hörmətli və əziz Əli ağa!

Mən  bu  gün  keçmiş  rus  ordusunda  öz  xidmət  yoldaşım  və 

dostum kimi tam artilleriya generalı Səməd bəy Mehmandarova 

məktub yazmışam. Əli ağa, eyni duyğularla Sizə də məktub ya-

zıram.  Habelə  mənə  Azərbaycan  Cümhuriyyəti  qoşunlarında 

hər  hansı  bir  vəzifə  verilməsi  xahişi  ilə  müraciət  edirəm.  Mən 

könüllü ağqvardiya Ordusunda Kazak briqadası komandiri kimi 

kiçik bir vəzifə tuturdum. Sonra qısa müddətdə Kuban ordusu 

qərargahı yanında tapşırıq generalı oldum. 

Ailəmin yaşayışını təmin edə bilməkdən ötrü istənilən vəzi-

fəyə qane olacağam. Siz məni tanıyırsınız. Mən istənilən vəzifədə 

Azərbaycan Cümhuriyyətinə faydalı olacağam. Xidməti (hərbi) 

sədaqət andı içməyə hazıram. Arvadım və uşaqlarım – qızlarım 

Vera və Nadejda Sizə, Əli ağa və Nigar xanıma səmimi salamla-

rını göndərirlər. 

Sizə səmimi sədaqət və səmimi hörmətlə 

V.İrmanovlar ailəsi. 

31 mart 1918-ci il Kutaisi şəhəri 

1

* * *



1914-cü il sentyabrın 8-də general-mayor Əli ağa Şıxlinskinin 

Baş Artilleriya İdarəsinə ərzindən:

“Uçan aparatlarla mübarizədən ötrü, ordumuzu xüsusi səhra 

topları  ilə  təchizin  təxirəsalınmaz  zəruriliyi  məni  əlbəəl,  uçan 

aparatlara atəş açmaq üçün 3 düymli toplarla silahlanmış 4 top 

avtomobil batareyasının yaradılması barədə vəsatət qaldırmağa 

sövq edir. Deyilən batareyanın formalaşdırılmasının və ona ko-

1

  İrmanov Vladimir Aleksandroviç (18.10.1852-27.04.1931) – tam artil-



İrmanov Vladimir Aleksandroviç (18.10.1852-27.04.1931) – tam artil-

leriya generalı. Port-Artur və Birinci Dünya müharibəsində Əli ağa Şıx-

linski  və  Səməd  bəy  Mehmandarovla  çiyin-çiyinə  döyüşlər  aparmışdır. 

Oktyabr inqilabından sonra ağqvardiyaçıların könüllü ordusunda birinci 

Qafqaz-kazak korpusunun komandanı olmuşdur. Ağqvardiyaçıların məğ-

lu biyyətindən  sonra  Yuqoslaviyaya  mühacirətə  getmiş,  1931-ci  ildə  No-

visad şəhərində vəfat etmişdir. – Ş.N.


General Əli ağa Şıxlinski və silahdaşları

178


mandanlığın qvardiya ştabs-kapitanı Tarnovskiyə həvalə olun-

masını vacib sayıram. Zira, əvvəla, təklif olunan toplar Putilov 

zavodunda  ştabs-kapitan  Tarnovskinin  niyyətinə  görə  və 

nəzarəti altında hazırlanır və zabitlərdən heç biri təklif olunan 

topla hal-hazırkı vaxtda qvardiya ştabs-kapitanı Tarnovski qədər 

tanış ola bilməz. Və sonrası, həmin batareyaya komandanlıq ona, 

döyüş  təcrübəsi  əsasında  öz  sistemini  gələcək  təkmilləşdirmə 

üçün çoxlu qiymətli məlumat gətirər…

1

* * *


Türk generalı Xəlil Paşanın (1882-1957) yavəri yüzbaşı 

Səlahəddinin general Əli ağa Şıxlinski haqqında xatirəsindən

Gümrüdə olduğumuz günlərdə, çarlıq ordusunda topçu ko-

mandanı olmuş general Əli ağa Şıxlinski bizə xidmət etmək üçün 

gəlmişdi.  Əli  ağa  Şıxlinski  Şıxlı  kəndindən  idi.  Yeni  qurulan 

Azərbaycan İslam ordusunda və ya məmləkəti olan Şimali Qaf-

qaz  Dövləti  ordusunda  xidmət  etmək  istəyirdi.  Xəlil  Paşa  bu 

adama çox hörmət göstərdi. Əli ağa Şıxlinski bizə gəldiyi zaman 

əynində hələ də rus hərbi forması və çarın ordenləri vardı. Xəlil 

Paşa  ona  bir  türk  ordeni  verdi  və  rus  ordusundakı  rütbəsinə 

bərabər olan tam general (general-leytenant) türk forması geymə 

səlahiyyəti verdi. Üstəlik, atlarından birini hədiyyə etdi. General 

Əli ağa Şıxlinski təxminən bir həftə Gümrüdə qaldı. Bir vaxtlar 

komandanlıq etdiyi şəhəri gəzdi. Bəzən mən də onunla birlikdə 

gəzirdim.  Bir  gün  Gümrüdə  kazarmaların  yanındakı  hərbi 

kilsəni  gəzərkən  mənə  belə  dedi:  “Siz  bu  kilsədə  gəzərkən  nə 

hiss  edirsiniz?”.  “Heç  bir  şey”.  “Mən  həyatımda  iki  dəfə  çar 

həzrətlərilə birlikdə bu kilsədə mərasimdə iştirak etdim. Böyük 

rus  imperiyasının  varlığını,  dəbdəbəsini  o  mərasimdə  görmək 

1

  Sənəd  2003-cü  ildə  (dekabr  ayı)  Moskvada  çıxan  “Техника  и 



вооружение” jurnalından götürülüb. Jurnalda “Rus zenit artilleriyasının 

yenilikçisi”  adlı  məqalə  və  general  Əli  ağa  Şıxlinskinin  fotoşəkli  də 

verilmişdir – Ş.N.


Şəmistan Nəzirli

179


çox gözəl idi. İndi sanki o günləri yenidən yaşayıram kimi həzz 

içindəyəm. Çar həzrətləri çox böyük insandı. Heyf ondan…”.



“Yüzbaşı Səlahəddinin romanı” kitabı, İstanbul,

1984, səh.417-418

* * *


1919-cu il 2 iyun tarixli sayında “Azərbaycan” qəzeti Əhməd 

Cavadın “Abbaszadə Mirzə Abbasın yubileyi” məqaləsində yazır:

“Ərəş Türk Müəllimlər İttifaqının və sairənin teleqramı oxu-

nub, alqışlanır. Bundan sonra hərbiyyə nazirinin müavini gene-

ral  Əli  ağa  Şıxlinski,  bələdiyyə  rəisi  qubernator  Xudadat  bəy 

Rəfibəyov, Qazax Müəllimlər İttifaqı nümayəndəsi söz söyləyib, 

alqışlanır”.

* * *


General  Əli  ağa  Şıxlinski  Avropaya  oxumağa  gedən 

azərbaycanlı tələbələr haqqında deyir:

“Üç  ildir  tələbələr  Darülfünunsuz  qalmışdır.  Amerikaya 

tələbə göndərilir. Qərbə qoşulub müasir həyata hazır qayıtmalı. 

Qərbə  yüksək  idealla  getməli. Avropa  və Amerikaya  gedənlər 

bilməlidirlər ki, niyə və nə üçün gedir. Rusiyada təhsil alanlar 

milli  həyatla  yaşamalıdırlar.  İlyaslar  –  İlya,  Məhəmmədlər  – 

Mişa, Vəlilər – Vasya və Vladimir olmamalıdırlar. Onlar Vətənə 

yüksək idealla, milli hislərlə, ziyalı kimi qayıtmalıdırlar”. 

“Azərbaycan” qəzeti, 

1919-cu il, 24 yanvar 

Əli ağa Şıxlinskiyə verilmiş vəsiqə

31 iyul 1920-ci il

Bu vəsiqəni təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan 

İnqilabi  Komitəsi  tərəfindən  gələcəkdə  döyüş  cəbhəsinə  yola 

düşmək üçün Moskvaya – RSFSR İnqilabi Hərbi Şurasının sərən-

camına göndərilir.


General Əli ağa Şıxlinski və silahdaşları

180


Bütün hərbi və mülki idarələr, ayrı-ayrı şəxslər yolboyu Əli 

ağa Şıxlinski yoldaşa mənzilbaşına maneəsiz çatmağa və ona qa-

nuni kömək göstərməyə çağrılır.

Əli  ağa  Şıxlinski  yoldaşda  olan  əşyalar  və  ərzaq  məhsulları 

müsadirə və rekvizisiya oluna bilməz. 

Azərbaycan İnqilab Komitəsinin Sədri   

N.Nərimanov

İdarə işlər naziri   

 

 

 

imza

* * *


Qafqaz  cəbhəsi  Qoşunlarının  Baş  Komandanı 

vəzifəsini icra edən general Y.V.Lebedinskiyə

R a p o r t

İndiki zamanda geyim formasının dəyişdirilməsi, o cümlədən 

mövcud  çiyin  poqonlarının  klapanlarla  (petlisa  –  Ş.N.

əvəzlənməsi ordumuza yeni zərbə vurar və haradasa azacıq qa-

lan milli ruhun daha da aşağı düşməsinə aparıb çıxarar. 

Yenidən  formalaşdırılan  Müsəlman  Korpusu  üçün  ləğv 

fəlakətli rol oynaya bilər. Buna görə də Müsəlman Korpusundan 

ötrü geyim formasının təsdiqi haqqında təkidlə xahiş edirəm.

Ümumi cizgilərlə bu forma belə layihələndirilmişdir: 

– baş geyimi – papaq; kokarda əvəzinə – beşguşəli ulduz;

– çərkəzi paltar və başlıq;

– ərəb əlifbası ilə “Müsəlman” şifrli və hərbi hissənin nömrəsi 

olan çiyin poqonları.

Geyim formasının ətraflı təsviri əlavə təqdim olunacaqdır.



Müsəlman Korpusunun Komandiri

general-leytenant Əli ağa Şıxlinski 

1

9 fevral 1918-ci il

1

  Bu vaxt Azərbaycan Hərbiyyə Nazirliyi yaranmamışdır. 1918-ci il 



noyabrın  birində  Hərbi  Nazirlik,  noyabrın  15-də  isə  Ümumi  Qərargah, 

1919-cu ilin mart ayında Baş Qərargahın Baş İdarəsi təşkil edildi – Ş.N. 



Şəmistan Nəzirli

181


* * *

Tam artilleriya generalı Əli ağa Şıxlinskiyə

Teleqram 

Gəncədən

Hərbiyyə  naziri  Səməd  bəy  Mehmandarovun  və  şəxsən  öz 

adımdan tam artilleriya generalı rütbəsi ilə təltif olunduğunuza 

görə Sizi ürəkdən təbrik edirik.



General-mayor

Həbib bəy Səlimov

1

Qazax general-qubernatoru hörmətli cənab Əmirxan

2

№179

12 fevral 1920-ci il

Bakı şəhəri

Qəzetlərdə məzmunu təxminən aşağıdakı mövzuda olan ya-

zılar peyda olub:

“Qazaxdan təxribat xarakterli xəbərlər gəlir ki, guya general 

Əli  ağa  Şıxlinski,  Daxili  işlər  naziri  Məmmədhəsən  Hacınski, 

doktor  Qarabəy  Qarabəyov  və  Qarabağ  general-qubernatoru 

1

  Bu tarixsiz teleqram fonda (f.2898, iş 2, 11, səh.221) əlyazması halın-



dadır. Əli ağa Şıxlinski bu ali rütbəyə 28 iyul 1919-cu ildə Azərbaycan De-

mokratik Cümhuriyyətinin 339 saylı əmriylə təltif olunmuşdur – Ş.N.

2

  Əmirxan Cahangir xan oğlu Xoyski (1888-1954) 1919-cu il oktyabrın 



13-dən 1920-ci il aprelin 27-dək Qazaxda qubernator olub. Xarici işlər na-

ziri  Fətəli  xan  Xoyskinin  qardaşı  oğlu  idi.  Bolşevik-daşnak  təzyiqindən 

iyun  ayında  bacısı  Sarabəyimlə  Türkiyəyə  qaçdı.  1954-cü  ildə  İstanbul 

şəhərində vəfat etmişdir.

Məktub-teleqram elə bir vaxtda yazılmışdır ki, yerli bolşeviklər və Ru-

siyadan gələn təxribatçılar həm Milli orduda, həm də yüksəkrütbəli ziya-

lılar arasında şayiə yayıb onlarda Azərbaycan hökumətinə qarşı inamsız-

lıq yaradırdılar. Daha doğrusu, hökumət orqanlarının və şəxsiyyətləri bir-

birinə  vuruşdurmaq  məqsədi  güdürdülər.  Məktubun  surəti  Milli 

Təhlükəsizlik Nazirliyinin Arxivində (iş №4344, səh.137) saxlanılır – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

182


(Xosrov  bəy  Sultanov  –  Ş.N.)  hakimiyyəti  ələ  almaq  niyyətilə 

hərbi çevriliş eləməyə hazırlaşırlar”. 

Aparılan sorğulardan məlum olur ki, siz bu barədə Ömər Faiq 

əfəndiyə (Nemanzadə – Ş.N.) və parlamentin üzvü Mustafa bəy 

Vəkilova demisiniz.

Siz bilirsiniz ki, yüksək vəzifədə olan hərbçinin sui-qəsddə iş-

tirak etməsi necə böyük bir cinayətdir. 

Yalnız bircə dəfə mənə Sizi görmək nəsib olub. Mən inanıram 

ki,  ciddi  səbəb  olmadan  Siz  məni  günahlandırasınız:  görünür 

siz, özünüz inandığınız adamdan bu barədə eşitmisiniz.

Xahiş edirəm, tezliklə mənə bu ağ yalanı Sizə çatdıran adamın 

kim olduğunu bildirəsiniz ki, bu bədxah şər kələfini açaraq gü-

nahkarı məsuliyyətə cəlb edə bilim.

Sizə hörmət edən: Əli ağa Şıxlinski.

* * *

Azərbaycan Respublikasının

Hərb naziri

№ 3157, 9 mart 1920-ci il

Bakı şəhəri

Şəxsi təşəbbüslər əsasında yaradılmış Qırmızı Aypara Azər-

baycan  Cəmiyyəti,  eyni  zamanda  böyük  dövlət  əhəmiyyətinə 

malikdir.  Müharibə  şəraitində  vətənin  hərbi  müəssisələrinə, 

eləcə  də  fəlakətə  məruz  qalmış  respublika  əhalisinə  kömək 

etmək vəzifəsini üzərinə götürmüş Qırmızı Aypara Azərbaycan 

Cəmiyyəti  xalq  kütlələrinin  geniş  köməyinə  arxalanmaq  üçün 

tam əsası olan bir təşkilatdır.

Lakin, respublikanın bütün müəssisə və ictimai təşkilatlarının 

işlərinin təşkilatçılıq dövrünə nəzər salsaq, görərik ki, başlanğıc 

işlər zamanı bu cəmiyyətin nə dərəcədə dövlət əhəmiyyəti kəsb 

etdiyinə kifayət qədər qiymət verilməyə də bilər. Həm də əgər 

öz müstəqilliyində hələ gənc olan xalq kütlələrinin siyasi dövlət 


Şəmistan Nəzirli

183


kamilliyinin  zəif  olmasını  nəzərə  alsaq,  aydın  olar  ki,  ancaq 

vətəndaşların  zamanlar  özünü  kifayət  dərəcədə  doğrultmaya-

caqdır.

Bununla  yanaşı,  gənc  respublikanın  dövlət  formalarının  və 



müəssisələrinin öz xalqının inamına və hörmətinə nail olmaları-

nı  yadda  saxlayaraq,  yeni  təsis  edilmiş  Qırmızı  Aypara 

Azərbaycan  Cəmiyyətinin  işinin  ilk  çağlarında,  təşkilat  dövrü 

üçün maddi təminatının möhkəm əsasını yaratmaq üçün, onun 

dövlət tərəfindən himayə edilməsi məsələsi irəli çıxır; daha son-

ra isə, şübhəsiz ki, yaxın gələcəkdə respublikanın həmin xalqının 

maraqlarının  həyata  keçirilməsi  üçün  nəzərdə  tutulmuş 

vəzifələrin yerinə yetirilməsi üçün, xalqın rəğbəti çoxlu ianə axı-

nı verəcəkdir.

Bütün bunlar haqqında məlumat verərək və Qırmızı Aypara 

Cəmiyyətinin  Baş  İdarəsinin  təchizatı  və  birinci  üç  ayda  onun 

saxlanması üçün smeta təqdim edərək, 483.490 manat məbləğində 

hesablanmış pulun buraxılması haqqında Azərbaycan Respubli-

kasının Parlamenti qarşısında vəsatət qaldırıram.

Bu qanun layihəsi mart ayının 10-da Nazirlər Sovetinin qərarı 

ilə bəyənilmişdir.



Əlavə: İzahedici yazı ilə birlikdə smeta və Nazirlər Sovetinin 

dəftərindən çıxarışın surəti.



İmza: Hərb naziri vəzifəsini müvəqqəti icra edən 

tam artilleriya generalı Əli ağa Şıxlinski.

İmza:  Ordu  Qərargah  rəisi  vəzifəsini  müvəqqəti 

icra edən general-mayor Əbdülhəmid bəy Qaytabaşı.

İmza: Hərb Nazirliyinin dəftərxana rəisi vəzifəsini 

müvəqqəti icra edən kollegiya məsləhətçisi.

General Əli ağa Şıxlinski və silahdaşları

184


* * *

Azərbaycan Respublikası Hərbi İdarəsinin

(Ordu Qərargahı üzrə)

197 №-li ƏMR

Bakı şəhəri 

8 aprel 1920-ci il

Səhhətim  pozulduğuna  görə  aprelin  6-da  işdən  azad 

edilməyim, istefaya çıxmağım haqqında raport vermişəm.

Bu halda Hərbi İdarə üzrə məlumat verərək, qanun əsasında 

müvəqqəti olaraq Hərbi Nazir vəzifəsini icra etməyi Hərb Nazi-

rinin  müavini,  artilleriya  generalı  Əli  ağa  Şıxlinskiyə  təklif 

edirəm.

Yeni hərbi nazir təyin edilənə qədər mən xəstə sayılıram.



Hərb naziri, artilleriya generalı:   Səməd bəy Mehmandarov

Ordu Qərargahı rəisi vəzifəsini

icra edən, general-mayor:    

Əbdülhəmid bəy Qaytabaşı

P.S. Bundan əvvəl də hərbi nazir Səməd bəy Mehmandarov 

1919-cu  il  dekabrın  30-dan  1920-ci  il  fevralın  12-dək,  ayyarım 

səhhəti ilə əlaqədar hərbi xidmətdə olmamışdır – Ş.N. 

* * *


Azərbaycan Respublikası Hərbi İdarəsinin

(Ordu Qərargahı üzrə)

222 №-li ƏMR

Bakı şəhəri  

24 aprel 1920-ci il

Şəmistan Nəzirli

185



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin