ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

Доктору военных наук

профессору Е.З.Барсукову

Глубокоуважаемый Евгений Захарович,

Приношу Вам искреннюю благодарность за Ваше письмо 

и добрые пожелания.

Рад,  что  могу  выслать  Вам  вышедшие  в  свет  мемуары 

А.А.Шихлинского,  которые  направляем  Вам  для  передачи 

маршалу артиллерии Н.Н.Воронову и генерал-лейтенантам 

артиллерии  И.С.Прочко,  В.И.Хохлову  и  Ф.А.  Самсонову,  а 

также начальнику ГАУ маршалу артиллерии Н.Д.Яковлеву. 

Смею думать, что “Воспоминания” Али Аги принесут не ма-

лую пользу нашим доблестным командирам.

Примите мои искренние пожелания, Вам доброго здоро-

вья и успеха в делах.

С глубоким уважением,

Гейдар Гусейнов

6 июля 1944 года

Р.С.  Прошу,  если  не  явится  для  Вас  затруднительным, 

подтвердить  получение  посланных  шести  экземпляров 

книги А.А.Шихлинского.

* * *


Глубокоуважаемый Гейдар Наджаф оглы

Наши артиллеристы очень интересуются книгой Али Ага 

Шихлинского “Мои воспоминания”. Мне пришлось отдать 

последний  единственный  свой  экземпляр  книги,  уступая 

просьбе  одного  из  командиров  бригад  гвардейских  мино-

метных частей, находящихся на фронте Отечественной вой-

ны. Ко мне продолжают поступать просьбы от артиллерий-


General Əli ağa Şıxlinski və silahdaşları

198


ских командиров и с фронта, и от находящихся в тыловых 

учреждениях.

Будьте добры поручить вверенному Вам Секретариату вы-

слать мне наложенным платежом еще 5 или 10 экземпляров 

книги  Али  Аги  Шихлинского,  если  это  возможно,  –  или  я 

переведу деньги, как только получу книги.

Кроме  того,  прошу  выслать  фото  Али  Ага  (желательно 

было бы фото, напечатанное в газете “БАКИНСКИЙ РАБО-

ЧИЙ” от 18.VII.1944 г. № 164; на этом фото Али Ага очень 

похож, каким он выглядел, когда мы с ним расстались в 1917 

г.) для альбома истории Офицерской артиллеристской шко-

лы, по адресу: Ленинград, 9. Улица Комсомола 22. Началь-

нику  Ордена  Ленина  Краснознаменной  Высшей  Офицер-

ской  Артиллеристской  школы,  генерал-полковнику  артил-

лерии Бесчастнову Тимофею Андреевичу.

Прошу извинить за причиняемое беспокойство, искренне 

Вас уважающего и всегда Вам признательного.

С уважением к Вам,

Евгений Барсуков

14.III.1945

Москва, 65.

Софийская Набережная, д. 34, кв. 96

* * *


Директору Азербайджанского филиала

академии наук СССР

Уважаемый  директор,  сегодня,  читая  “Исторический 

журнал” № 3-1945 года издания института истории Акаде-

мии Наук СССР, в разделе “Критика и библиография” про-

читал рецензию профессора МГУ А.СИДОРОВА “Али Ага 

ШИХЛИНСКИЙ. Мои воспоминания”, предисловие Лауре-

ата Сталинской премии доктора военных наук, профессора 


Şəmistan Nəzirli

199


Е.З.БАРСУКОВА, издательства Азербайджанского филиала 

Академии Наук СССР.



Али Ага ШИХЛИНСКИЙ, как известно, старый генерал 

артиллерист,  с  большим  боевым  и  жизненным  опытом

Впервые я услыхал об этом генерале 20 лет тому назад, буду-

чи молодым артиллеристом на курсах усовершенствования 

артиллерии Красной Армии.



Убедительно прошу Вас не отказывать в моей просьбе 

выслать  мне  один  экземпляр  “Али  Ага  ШИХЛИНСКИЙ. 

Мои воспоминания”, ибо нам, артиллеристам в первую оче-

редь крайне ценно и необходимо изучать и знать историю 

своего славного рода войск артиллерию.

С уважением к Вам,

ГЕНЕРАЛ-ЛЕЙТЕНАНТ АРТИЛЛЕРИИ:

подпись: (ПАРСЕГОВ)

26 апреля 1945 г.

General Əli ağa Şıxlinski və silahdaşları

200


GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN  

ŞƏRƏFİNƏ YAZILAN ŞEİRLƏRDƏN:

SALAM, MƏNİM GENERALIM!

Görkəmli Azərbaycan sərkərdəsi, cəsur general Əli 

ağa Şıxlinskinin anadan olmasının 130 və vəfatının 

50-ci ildönümü münasibətilə

Salam, mənim generalım,

Sənsiz pisdir mənim halım.

Bu dar gündə sənin kimi,

Sərkərdəni hardan alım?

İnciməsin indikilər, 

Sıramızda az deyil nər,

Fəqət, əsil komandana,

Həsrət qalıb bu igidlər.

Dövran çətin, zaman təzə,

Boylanırıq yola, izə.

Kaş sənintək bir general,

Qoşulaydı cərgəmizə.

Əlli ildir həsrətliyik,

Qayğılıyıq, zəhmətliyik.

Unutmarıq heç bir zaman,

Biz səninlə şöhrətliyik.


Şəmistan Nəzirli

201


Bir sözü də gərək deyəm,

Generalın ad günündə.

Gəlib ona raport verək,

Vətənimin şad günündə.

Şıxlinski yatan torpaq,

O vaxt nura qərq olacaq.

Qələbəmiz düşmənlərə,

Özü boyda dərd olacaq.

Bax belə bir arzu ilə, 

Qəbrin üstə gəlmişik biz.

Bircə ona yanıram ki, 

Qədrini gec bilmişik biz.

Salam, mənim komandanım, 

Sənsiz keçir günüm, anım.

Fəxr edirəm, olub bir vaxt,

Sənin kimi generalım

Sənin kimi qəhrəmanım!

Həmid Abbas

16.03.93-cü il

* * *


YAZAQ

Elin şeir yazanları, keçin bu üst yana yazaq,

Yurdumuzun mərd oğlunun adını dastana yazaq.

O, xalqın dostu olub, tərifi dostyana yazaq,

İgidlikdə, kişilikdə bənzəyib astana yazaq,

Şeirimizin surətini Zaloğlu Rüstəmə yazaq.



General Əli ağa Şıxlinski və silahdaşları

202


Rus topunun allahıdı Şıxlinski Əli ağa,

Harda adı çəkilirsə, ürəyimiz dönüb dağa.

Öyrənmək istəyənlər çox düşməsinlər sorağa, 

Haqqında çox çalışıb yazıbdı neçə varağa,

Buna görə çox sağ olun, Nəzirli Şəmistana yazaq.

Bir orduya lərzə salıb bircə kəlmə sözü ilə,

Böhtana inanmayıb ta görməmiş gözü ilə.

Ürəkləri isindirib ürəyinin közü ilə,

Öz xalqının şöhrətini gəzdiribdi özü ilə,

Bəlkə daha aşıqların sazları sazdana yazaq.

Azərbaycan torpağına adı şöhrət-şan olubdu,

Kür yadına düşən zaman qara bağrı qan olubdu. 

Döyüş günü igidlərin canlarında can olubdu,

Düşməni vecə almayıb neçə milyon san olubdu,

Doğulanda mərd doğulub anadan, düzyana yazaq.

Şair Telman Tovuzlunun coşubdu sinəsi yenə,

Ürəyi sözlə dolub, o olub dinəsi yenə.

Xəstədi həkim yazıb şeirdi kinəsi yenə,

Əli ağa tək oğul gərək atları minəsi yenə,

Gorun nurla dolsun sənin, afərin ustana yazaq.



Telman Tovuzlu 

05.07.83

Şəmistan Nəzirli

203


GÖRKƏMLİ ADAMLAR GENERAL  

ƏLİ AĞA ŞIXLİNSKİ HAQQINDA

Hərb elminin araşdırıcıları qəlbən etiraf edə bilərlər ki, bizdə 

tam  artilleriya  generalı  Əli  ağa  Şıxlinskidən  başqa  ikinci  hərbi 

alimimiz  yox  dərəcəsindədir.  Xüsusilə,  artilleriyadan  söhbət 

düşəndə Fransa və rus hərbi alimləri, görkəmli sərkərdələri eloğ-

lumuzun misilsiz xidmətlərindən iftixarla söhbət açırlar.



Hərb elmləri doktoru professor general-mayor, Dövlət müka-

fatı laureatı Yevgeni Barsukov: 

– Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri və əməli bi-

likli  sayca  çox  olmayan  topçulardan  biri  olub.  O,  hərb  elmini 

təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. 

Əli ağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə 

edən hər bir şəxs üçün nümunə olmalıdır.



V.Bertels  1912-ci  ildə  Varşavada  nəşr  etdirdiyi  “Quru  qala 

qoşunları və ağır səhra artilleriyası tərəfindən atəş açılmasında 

cihazlardan istifadə edilməsi haqqında məlumatlar” kitabında 

onun elmi fəaliyyətinə yüksək qiymət verərək yazmışdır:

– “Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil, Fransa, 

İsveçrə, Norvec və Avstriya artilleriyasında da böyük şöhrət qa-

zanmışdır.

Yazıçı Aleksandr Stepanov:

– Əli ağada general təkəbbüründən əsər əlamət yox idi… Şıx-

linski hərbi akademiyanı bitirməsə də, fitri zəkası, praktik fəhmi 

topçuluq elmində ona böyük nüfuz qazandırmışdı. General Əli 

ağa Şıxlinski hünərvərliyi dillərdə dastan olmuşdu.

Moskva Dövlət Universitetinin professoru Arkadi Sidorov:

–  Keçmiş  ordunun  general-leytenantı  məşhur  artillerist  Əli 

ağa Şıxlinskinin adı artilleriya elmində həmişə hörmətlə çəkilir.


General Əli ağa Şıxlinski və silahdaşları

204


Akademik Heydər Hüseynov:

– Əli  ağa Şıxlinski dünyada şöhrət qazanmış topçuluq elmi 

sahəsindəki  nəşrləri  və  fəaliyyəti  ilə  yanaşı,  dil  və  ədəbiyyat 

məsələləri ilə də məşğul olurdu. Əli ağa Şıxlinski ilə yaxındın 

tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, 

bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs 

idi.

Xalq şairi Səməd Vurğun:

– Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında 

(1945-ci ildə olan Rusiya-Yaponiya müharibəsi – Ş.N.) yaponlarla 

qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə 

fərqlənmiş məşhur topçu Əli ağa Şıxlinskinin adını çəkə bilərəm. 

Bu ad rus hərb elmi tarixində böyük şöhrət qazanmışdır.



Görkəmli  Dövlət  xadimi,  yazıçı-dramaturq  Nəriman  Nəri-

manov:

– Şıxlinski Nikolay ordusunda “artilleriyanın allahı” sayılırdı.



General-mayor Akim Abbasov:

–  Üç  il  iki  məşhur  generalımız  Səməd  bəyin  və  Əli  ağanın 

oxuduğu mühazirələrin dinləyicisi olmuşam. Onların hər sözü, 

hər mühazirəsi biz dinləyicilərin qəlbinə çox asanlıqla yol tapır-

dı.  Hərb  elmində  və  hərbi  taktikada  qazandığım  bütün 

müvəffəqiyyətlər üçün onlara borcluyam.



Ordu komandanı İona Yaker (1896-1937):

–  Yoldaş  Şıxlinski  möhkəm  iradəyə  və  enerjiyə  malikdir, 

vəziyyəti düzgün qiymətləndirməyi bacarır, tabeliyində olanla-

ra qarşı tələbkar, lakin çox ədalətlidir, onlara yoldaşlıq münasibəti 

bəsləyir. İntizamlıdır, sağlamdır, yaşının çox (1925-ci ildə yazılıb 

– Ş.N.) olmasına baxmayaraq səfərlərdə çox dözümlüdür. Hərbi 

Elmi  Bilik  Cəmiyyətinin  ən  fəal  üzvüdür.  Yüksək  hərbi  elmi 

biliyə malikdir.



Şəmistan Nəzirli

205


SÖZ ARDI

Haqqım əleyhinə söz danışanlar,

Əyri pərdə kimi yanlış çalarlar.

Nizami Gəncəvi 

Bəzi nadanlar ötən əsrin doxsanıncı illərində hay-küy saldılar 

ki, guya general Əli ağa Şıxlinski bolşeviklərin hücumu zamanı 

Xaçmaz yaxınlığındakı dəmir yolu xətlərini sökdürmək əmrini 

versəydi,  istilaçı  bolşevik-daşnak  cəlladları  Bakıya  girə  bilmə-

yəcəkdi. Bu yalan nə ayaq tutdu, nə də yeridi. Azərbaycan xalqı 

bu yalanlara inanmayıb, inanmayacaq da... Xalq dünən də, bu 

gün də əzəli və əbədi məhəbbətlə sərkərdə oğlu Əli ağa Şıxlins-

kini sevir və sevəcək də... Bütün bunlara onun hərbi fəaliyyəti, o 

illərdən qalma xatirələr və arxiv sənədləri şahidlik edir.

Bir daha dırnaqarası alimlərə cavab olmaq üçün 1920-ci ilin 

təlatümlü  mart  və  aprel  aylarından  qalma  bir  xatirəni  və  bir 

rəsmi  sənədi  möhtərəm  oxuculara  təqdim  edirəm.  Xatirənin 

müəllifi 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriy-



yətində  əks-kəşfiyyat  idarəsinin  rəisi  vəzifəsində  işləmiş  Nağı 

bəy Şeyxzamanlıdır. Nağı bəy həmin xatirəni 1934-cü ildə Türki-

yədə mühacirətdə olarkən yazıb. 

* * *


Azərbaycan  hökuməti  Türkiyədən  gələn  zabitləri  orduya 

götürməyə əmr vermişdi. Gələnlər parlamentin mühafizə alayı-

na daxil oldular. Ancaq onlar hökumətimizdən aldıqları maaş-

dan bir neçə dəfə çox maaş fırıldaqçı nümayəndələrdən alırlar-

mış. Hamısı Moskvanın pulları idi. Hökumətimiz işğal ərəfəsində 

son  bir  qərar  verir:  Hökumət  təcili  Bakıdan  Gəncəyə  köçəcək, 

Qızıl Ordu ilə müharibəyə Gəncədən başlayacaqdı. Bu məsələnin 

həlli  üçün  pula  ehtiyac var  idi.  Təcili olaraq Azərbaycan  Döv-

lətinin Mərkəzi Bankı Gəncə şöbəsinə 100 milyon manat göndə-

rilməsinə əmr verdi. Pullar sandıqlara qoyuldu. Stansiyaya gön-



General Əli ağa Şıxlinski və silahdaşları

206


dərilərək  vaqonlara  yerləşdirildi.  Qatar  hərəkət  edəcəyi  vaxt 

parlamentin mühafizə alayından Xalid adında qısaboylu türki-

yəli bir zabit əlli-altmış silahlı nəfərlə qatarı saxladır və hərəkətinə 

mane olur.

Hökumətimizin daxilində çox məşum rol oynamış Məmməd 

Həsən Hacınski gizli olaraq Moskva agentləriylə sözləşmiş, hö-

ku mətimizin və xalqımızın əleyhinə çalışmışdır. Moskvanın gös-

tə rişi ilə hərəkət etmişdir. Əsl xəyanətkar olan bu bədbəxt xainin 

hərəkəti  pula  tamahı  olmayıb  alçaqlığından  irəli  gəlmişdir. 

Müdafiə naziri (Müdafiə nazirinin müavini olmalıdır – Ş.N.) ge-

neral Əli ağa Şıxlinski Birinci Dünya müharibəsində rus ordula-

rının baş müfəttişi olaraq şöhrət qazanmış general fırıldaqçı nü-

ma yəndə olan Xəlil paşaya inanıb saflığının və qocalığının qur-

banı olmuşdur.

Qızıl Ordu sərhədimizdə toplandığı vaxt hökumətimiz Quba 

qubernatoruna dəmiryol xətlərinin bir kilometrə qədər sökülməsi 

əmrini verir. Ertəsi gün qubernator xətləri sökdürür. Lakin Xəlil 

paşa general Şıxlinskiyə gedib deyir: “Amandır, paşam, hökumət 

sərhəddə dəmiryol xətlərini sökdürübdür. Qızıl Ordu Anadolu-

ya keçə bilməyəcək, yardım gecikəcəkdir. Tədbir görün”. Gene-

ral Şıxlinski dərhal əmr verir və xətlər bərpa olunur.

Aprelin 2-də Qızıl Ordu Bakıya gəlir və hər yanda mühüm 

nöqtələri tutur. İlk tədbir olaraq mühafizə alayının adını dəyiş-

dirib,  “Yardım”  alayı  qoyurlar.  İki  gün  keçdikdən  sonra  onu 

istifadə edirlər. Üçüncü gün Qızıl Ordu “Yardım” alayının əsgər-

lərindən silahı alıb, “marş evinizə” deyirlər. Alay zabitlərinin isə 

ələ  keçənlərini  güllələyirlər.  Yaxalanmayanlar  isə  bir  müddət 

gizlənib, sonra hərəsi bir tərəfə qaçırlar. Artıq bolşeviklərə görə 

bu  alay  öz  vəzifələrini  yerinə  yetirmişdir.  Bu  fırıldaqçılardan 

Xəlil paşa, Baha Said, Nail və başqaları canlarını qurtarıb Gür-

cüstana keçə bilmişdilər.

İşğalın ikinci günü idi. “İttihadi-İslam” firqəsinin sədri doktor 

Qarabəyov ilə safsulu general Şıxlinski Bakıdakı kazarmaları do-

laşaraq azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, 



Şəmistan Nəzirli

207


müsəlmançılıqdan bəhs edirdi. Qoca general Şıxlinski isə: “Öv-

ladlarım, türk ordusu paşalarının rəhbərliyi altında gələrək bi-

zim Bakımızı düşməndən təmizlədi. İndi yardım etmək növbəsi 

bizə  çatdı.  Türklərin  İstanbulunu  düşmənlər  işğal  etmişlər.  İs-

tanbulu düşməndən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi 

alıb köməyə gedəcəm. Siz də gedəcəyinizə, savaşacağınıza söz 

verirsinizmi?” – soruşur. Əsgərlər sevinc göz yaşları içində “ge-

dəcək və öləcək” deyə qışqırırlar. Şıxlinski deyir: “Övladlarım, 

köməyə gedən yalnız biz olmayacağıq. Ənvər paşa vaxtıylə Ru-

siyada  əsir  düşən  bütün  türk  əsgərlərini  və  bir  milyona  yaxın 

tatar könüllüsünü toplayıbdır. Gəlib buradan keçəcək. Biz də on-

lar ilə gedəcəyik”.

Safdil  Şıxlinski  söylədiyi  sözləri  səmimi-qəlbdən  deyirdi. 

Bolşeviklərə  satılmamışdı.  Xainlərin  təbliğatına  ağılsız  kimi 

inandığından söyləyirmiş. Təbliğat dediyimiz şey ən iti qılıncdır. 

O vaxt bolşeviklər Ənvər paşa ordusuyla gəlir deyə bir şayiə çı-

xarırlar və bütün şəhər camaatı stansiyaya toplaşır. Sonra Ənvər 

paşa bir gün gecikir deyə ikinci bir şayiə çıxır və camaat evlərinə 

qayıdır.

(Nağı bəy Şeyxzamanlı. “Azərbaycan İstiqlal mücadiləsi xati-

rələri”, “Azərbaycan” nəşriyyatı, 1997, səh.100).

* * *


Воззвание к гражданам Азербайджана

 

 

16 марта 1920 г.

Всем  известна  трагедия  турецкого  народа  в  Аидинском 

вилайете с главным городом Смирной, где коварно и жесто-

ко были истреблены многие тысячи наших единоплеменных 

братьев.

Весть  об  этих  страшных  событиях  с  быстротою  молнии 

пронеслась  по  всему  мусульманскому  миру  и  до  сих  пор 

жжет сердца.



General Əli ağa Şıxlinski və silahdaşları

208


Но  нас,  азербайджанцев,  смирнские  события  должны 

волновать и беспокоить больше всех. Освобождением нашей 

столицы г. Баку от захвата врагов наших мы всецело обязаны 

тем турецким героям, в серде коих 60% были айдинские уро-

женцы. эти герои легли костьми на чужбине, лелея надежду 

по исполнении долга вернуться к родным очагам и ласкать, 

после продолжительной разлуки, своих детей.

Между тем дети и жены этих героев ныне изнывают под 

гнетом жестоких событий, обреченные на голод и холод, и 

наш священный долг всеми мерами и силами прийти на по-

мощь мусульманам, пострадавшим от смирнских событий, 

настолько же необходима она и беженцам Нахчивани и Зан-

гезура, которые являются неотьеммыми частями Азербайд-

жана. 


Ради  спасения  жизни  обреченных  на  голодную  местно-

стей, мы нравственно обязаны уделить из своего состояния 

посильную лепту.

Необходима, чтобы во всех местах Азербайджана образо-

вались общества для сбора пожертвований в пользу мусуль-

манских беженцев.

Приглашаем  всех  граждан  к  участию  в  пожертвованиях 

на это не терпеящее отлагательства дело.



Председатель Центрального Комитета по сбору

пожертвований генерал Али Ага Шихлинский

газета “Азербайджан”,

1920 г., 16 марта 

Şəmistan Nəzirli

209


* * *

Azərbaycan Süvari Diviziyasının Komandirinə  

Bakı şəhəri, 18 oktyabr 1927-ci il, № 5 

tərcüməçi Əli ağa Şıxlinskinin

MƏLUMATI

Nəşriyyat  komissiyasının  keçmiş  redaksiyanın  tapşırığı  ilə 

mən “Hərbi Səhra Nizamnaməsi”ni tərcümə edirəm.

Tərcüməyə görə pul ödənilib, çap olunmaq üçün isə keçən ilin 

smetasına təxsis edilmişdir.

Rus dilini bilməyən və ya zəif bilən orta və kiçik komandir 

heyəti  üçün  daha  çox  zəruri  olan,  “Piyadanın  Döyüş 

Nizamnaməsi”nin  II  hissəsinin  çıxması  ilə  əlaqədar  olaraq  və 

“Səhra  Nizamnaməsi”ni  yenidən  işlədikdən  sonra  gəldiyim 

nəticələrə görə aşağıdakı təklifləri təqdim edirəm:

1.  “Səhra Nizamnaməsi”nin çap edilməsi işləri onun yeni re-

daksiyası təqdim olunana qədər kənara qoyulsun.

2.  Onun çap olunması üçün buraxılmış məbləğ “Piyadanın 

Döyüş Nizamnaməsi”nin II hissəsinin çap edilməsi üçün 

keçirilsin.

3.  Mən “Səhra Nizamnaməsi”nin yerinə “Piyadanın Döyüş 

Nizamnaməsi”nin tərcümə etməyə razıyam, eyni zaman-

da artıq tərcümə etdiyim, hazır hissənin qonorarından im-

tina edirəm; “Səhra Nizamnaməsi”nin yeni nəşri hazır ol-

duqda  isə,  mən  onu  yeni  qiymətlərə  əsasən  tərcümə 

edərəm.

 

Əli ağa Şıxlinski


General Əli ağa Şıxlinski və silahdaşları

210


* * *

7 aprel 1928-ci il 13 №-li PROTOKOL 

Təşkilatçı … iclasın protokolundan

ÇIXARIŞ

Dinlənildi

Qərara alındı

2.  Hərbi  müəssi-

sə lər də  xidmət  et-

miş şəxslərə təqaüd

(…  və  …təqdim 

edir) İş № 969

Təşkilatçı … iclasın, cari ilin 15.III tarixli 9 

№-li protokolun 3-cü maddəsinə əlavə ola-

raq və … təqdimata müvafiq olaraq cari ilin 

fevral  ayının  1-dən  etibarən…  təqaüd çüsü 

qəbul  edilmiş  şəxslər  üçün  aşağıdakı  miq-

darda təqaüdlər təyin edilsin.

18. Əli ağa Şıxlinski – 120 manat.

19.  Səməd  bəy  Mehmandarov  –  100  ma-

nat.

Hazırkı  zamanda  mülkü  müəssisələrdə 



xidmətdə olan şəxslər, yalnız xidmət yerlərini 

tərk  etdikdən  sonra  yuxarıda  göstərilmiş 

təqaüdü  ala  bilərlər.  Əgər  onların  xidmət 

etdikləri  yerlərdə  maaşları  təyin  olunmuş 

təqaüddən azdırsa, onlar əlavə olaraq müva-

fiq fərqi almaq hüquqları vardır.

5.  Təqaüdlər  mərkəzləşdirilmiş  qaydada, 

… yolu ilə verilsin.



 

Sədr: 

 

M.D.Hüseynov

İşlər müdiri: 

N.Sokolovski

Əsli ilə düzdür:  Qərargahın VI şöbə rəisinin müavini

Kotoyans

Əsli ilə düzdür:

Azərbaycan diviziyası Qərargahının

nizami şöbəsinin rəisi

imza: 

Barmet

Şəmistan Nəzirli

211


* * *

Nizamnamələrin, təlimatların və 1928-1929-cu büdcə ilində 

türk dilində olan təlimatların nəşr edilməsi ilə əlaqədar 

görülən işlərə görə mükafatların verilməsinə dair Azərbaycan 

Süvari Diviziyası Siyasi şöbəsinin nəşriyyat hissəsinin

p a y l a m a   c ə d v ə l i

№№

Kimə və nəyə görə verilir



Çap 

vərəq-


lərinin 

sayı


HAQQ

Alan 


şəxsin 

imzası


I çap 

vərəqi 


üçün

cəmi 


çatmalı-

dır


verilir

Manatlar


1. Yol. Əli ağa Şıxlinskiyə – 

Terminologiya lüğəti əla-

və edilməklə batareya və 

diviziyaların idarəedilmə 

taqımları  xidməti…  “Ar-

tilleriya  təlimatı”nın  tər-

cü məsinə görə

3,5


50

175


175

2. Yenə də ona – … 1928-ci 

il,  I  hissə  Piyada  Nizam-

na məsinin  layihəsinin, 

ter mi nologiya  lüğəti  əla-

və edilməklə tərcü mə sinə 

görə avans

5,5


50

275


25

Yekunu:


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin