ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

İLK HƏRBİ MEMUARIMIZ

General Əli ağa Şıxlinski içərisindən çıxmış oldu-

ğu Azərbaycan xalqına bütün varlığı ilə sadiq olub, 

onu sonsuz dərəcədə sevib. Əli ağa Şıxlinskinin “Xa-

ti rələrim”i son dərəcə maraqlı və ibrətlidir. Bunu bü-

tün  vətənimizin  geniş  oxucu  dairələrinə  tövsiyə  et-

məli, ordunun komanda heyəti onunla tanış olmalı, 

topçular isə öyrənməlidirlər.

Əli  ağanın  aldığı  hərbi  tərbiyə,  təhsil,  orduda 

xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol elə bir 

həyat nümunəsidir ki, öz Vətəninin şərəf və namusu-

nu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəd-

dəs bir vəzifəyə layiq olmaq istəyən hər bir kəs ondan 

nümunə götürməlidir. 

Yevgeni Barsukov,

general-mayor, hərb elmləri doktoru

professor, Dövlət mükafatı laureatı

Durğunluq  dediyimiz  illərdə  şöhrətli  sərkərdəmiz  Əli  ağa 

Şıxlinskinin “Xatirələrim” hərbi memuarına izahlar və qeydlər 

fəsli əlavə etməklə yenidən nəşrə hazırladım (1982-1984). Kitabı 

hansı nəşriyyata təqdim edirdimsə, bir-iki aydan sonra özümə 

qaytarırdılar ki, çar və müsavat generalı olub, nəşr edə bilmərik. 

Nəhayət, mərhum xalq yazıçımız İsmayıl Şıxlıya müraciət etdim. 

Daha doğrusu, ondan kömək istədim. Qovluğu götürüb İsmayıl 

müəllimlə  birgə  nəşriyyata  getdik.  Mübahisələr,  yersiz  iradlar 

başlandı, nə başlandı…

Vüqarla əyləşib, səbirlə bu nadanları dinləyən İsmayıl Şıxlı-

nın əvəzinə mən əsəbiləşirdim. Yerimdə otura bilmirdim. Onun 

səbrinə  heyran  qalmışdım.  Dinib  cavab  vermək  istəyirdim. 

Düzü, İsmayıl müəllimdən çəkinirdim. O biri tərəfdən də burda-

kıların hamısı məndən yaşca çox böyük idi.


Şəmistan Nəzirli

135


Qocalar o qədər “alovlu” danışırdılar ki, biri asqırdı, biri ös-

kürürdü,  üçüncüsünün  səsi  xırıldayanda  İsmayıl  Şıxlı  eynilə 

qəhrəmanı Cahandar ağa sayağı sərt səslə:

– Qurtardınız? – dedi. – Sizin üçünüzə bircə sualım var: bu 

kitabı 1944-cü ildə hamımızın yaxşı tanıdığı filosof-alim Heydər 

Hüseynov yazdırıb, cəmisi yeddi min nüsxə nəşr etdirib. Elə bir 

vaxtda ki, Mircəfər Bağırovun qılıncının dalı da kəsirdi, qabağı 

da. Təbiidir ki, Stalin də hakimiyyətdə idi. İndi deyin görüm, Siz 

ağıllısınız,  vətənpərvərsiniz,  yoxsa  Heydər  Hüseynov?  Nə  de-

yirsiniz?..  Aparaq  bu  kitabı  rusca,  ermənicə  çap  etdirək?  Öz 

nəşriyyatımız, öz dilimiz ola-ola…

Üçlərdən heç biri dinmədi. Otağa ağır, çox ağır bir sükut çök-

müşdü. Mən fəxrlə, həm də böyük qürur hissi ilə döyüşdən qalib 

çıxmış sərkərdə – kişi kimi əyləşən İsmayıl Şıxlıya baxdım. Ba-

xırdım və düşünürdüm ki, ürəyi, varlığı Azərbaycan üçün ya-

nıb-yaxılan İsmayıl Şıxlılar niyə azdır… Amma ötəri də olsa gör-

düm ki, əzəmətli İsmayıl Şıxlının yaraşıqlı üzünün əti əsəbdən 

titrədi. O, şümşad barmaqları ilə eynəyini düzəldib:

– Gedək, Şəmistan, – deyib ayağa durdu. Bir-iki addım atar-

atmaz başda əyləşən qoca yumşaq səslə:

–  İsmayıl,  qoy  qovluq  qalsın,  baxarıq,  yuxarılarla  məsləhət-

ləşərik, – dedi.

İsmayıl müəllim sərt hərəkətlə geriyə dönüb:

– Yuxarıları bəhanə gətirməyin, – dedi. – Siz kitabı plana sa-

lın, yuxarılarla özüm danışaram…

1984-cü ildə general Əli ağa Şıxlinskinin “Xatirələrim” kitabı 

uzun əziyyətdən və mübahisələrdən sonra “Azərnəşr”də rus və 

Azərbaycan dillərində altmış min tirajla nəşr olundu.

Yeni  nəşr  olunmuş  “Xatirələrim”  kitabından  üç  nüsxəni 

Moskvaya,  Hərbi  Sovet  Ensiklopediyasının  Baş  redaksiyasına 

göndərdim. Əlavə məktub yazıb, baş redaksiyaya iradlarımı da 

bildirdim  ki,  rus  general-mayorları  və  polkovnikləri  haqqında 

ensiklopediyanızda  məqalələr  var.  Amma  general-leytenant 

Səməd bəy Mehmandarov, nə də Əli ağa Şıxlinski haqqında sətir 



General Əli ağa Şıxlinski və silahdaşları

136


belə yoxdur. Bunu necə başa düşək? Nə üçün belə şöhrətli gene-

ralların haqqında səkkiz cildlik “Hərbi Sovet Ensiklopediyası”nda 

qısaca  bir  məqalə  verilməyib.  Əgər  general  Şıxlinski  haqqında 

məlumatınız  yoxdursa,  onun  haqqında  yazıb  sizə  bildirirəm. 

Həm də generalın kitabından üç nüsxə Sizə göndərirəm, oradan 

daha geniş məlumat ala bilərsiniz.

Düz bir aydan sonra “Hərbi memuar ədəbiyyatı” redaksiyası-

nın Baş redaktoru V.Makeyevdən cavab məktubu aldım. O ya-

zırdı ki, məktubunuzu və general-leytenant Əli ağa Şıxlinskinin 

kitablarını aldıq. Generalın kitabını rəy üçün SSRİ Müdafiə Na-

zirliyinin Hərbi Tarix İnstitutuna göndərdik. Yaxın günlərdə on-

lardan aldığımız rəyi sizə bildirəcəyik.

Nəhayət, 1986-cı il iyulun 26-da “Hərbi” nəşriyyatdan sevin-

dirici cavab aldım. Bu dəfə “Hərbi memuar ədəbiyyatı” redaksi-

yasının Baş redaktor əvəzi A.Kryukov yazırdı ki, general-leyte-

nant Əli ağa Şıxlinskinin kitabını redaksiyada oxuduq və onun 

yenidən çapını hərbi-tarixçi alimlərlə məsləhətləşdik. Kitab onla-

rın da çox xoşuna gəldi, institut əməkdaşları “Xatirələrim” kita-

bının  çox  qiymətli  olmasını  xüsusi  qeyd  etdilər.  Lakin  kitabın 

yenidən çap olunması üçün azı beş il növbəyə durmaq lazımdır. 

Baş redaktor A.Kryukov mənə göndərdiyi cavabında M.V.Frunze 

adına Hərbi Akademiyanın Hərb sənəti tarixi kafedrasının baş 

müəllimi, polkovnik L.Zaytsevin general-leytenant Şıxlinski ki-

tabının yeni nəşri üçün yazdığı rəyi də göndərmişdi.

Düzü, rəyi oxudum, fərəhdən heyrətə gəldim. Ona görə ki, 

polkovnik  L.Zaytsev  böyük  bir  ürəklə  və  hərarətlə  yazdığı 

altısəhifəlik makina yazısında Əli ağa Şıxlinskini xalqının həqiqi 

qəhrəmanı, alovlu vətənpərvəri adlandırırdı. Port-Artur, Birinci 

Dünya müharibəsindəki və artilleriya sahəsindəki misilsiz xid-

mət lərini xüsusi qeyd edirdi. Kitabın yenidən çapına tam məsu-

liyyətlə  redaktor  kimi  cavabdeh  olduğunu  bildirirdi.  Təəssüf-

lənirdi ki, nə üçün kitab respublikamızda çox az – cəmisi 30 min 

(ruscası) tirajla nəşr olunub. Bunları ona görə qeyd edirəm ki, 

“Azərnəşr”də  mənim  kitaba  yazdığım  izahlar  və  qeydlər  fəs-



Şəmistan Nəzirli

137


lində məhz bu sözləri “xalqımızın qəhrəman oğlu, igid general”ı 

ixtisar etmişdilər.

Əlavə olaraq polkovnik L.Zaytsev bildirirdi ki, “Birinci Dün-

ya  müharibəsi”  adlı  irihəcmli  xatirələr,  reportajlar,  oçerk  və 

sənədlər məcmuəsini nəşrə hazırlayırıq. Sizin göndərdiyiniz ge-

neral  Əli  ağa  Şıxlinski  kitabından  “1916-cı  ilin  yayında  Qərb 

cəbhəsində” fəslini bütövlükdə mən həmin məcmuəyə daxil et-

dim. Kitab 1989-cu ilin tematik planına daxil edilib.

Həmin  ili  607  səhifəlik  məcmuədə  Əli  ağa  Şıxlinskinin 

xatirələrindən  bir  parça  bu  kitabda  dərc  olundu.  Lakin  sovet 

hakimiyyəti dağıldığına görə generalın kitabı Moskvada işıq üzü 

görmədi…


M.V.Frunze adına Hərbi Akademiyanın hərb sənəti tarixi ka-

fedrasının baş müəllimi, polkovnik L.Zaytsevin şöhrətli genera-

lımız  Əli  ağa  Şıxlinskinin  kitabı  haqqında  1986-cı  il  iyun  3-də 

yazdığı rəyin oxucuların xoşuna gələcəyinə əminəm. Ona görə 

də möhtərəm oxuculara təqdim edirəm. 

Əli  ağa Şıxlinskinin “Mənim xatirələrim”  

kitabı haqqında rəy

Ədəbiyyatın spesifik sahəsini özündə təmsil edən hərbi me-

muarlar,  Silahlı  Qüvvələrin  əsgərlərinin,  xüsusilə  böyüməkdə 

olan gənc nəslin, keçmişdə baş vermiş hadisələri daha dərindən 

öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. 

Keçilən  çətin  yollar,  çox  ağır  sınaqlar  haqqında  danışarkən, 

keçmiş  tarixi  hadisələrin,  xüsusilə  müharibə  kimi  hadisələrin 

məzmununu  və  mənasını  şərh  edən  memuarların  müəllifləri 

keçmişin həqiqi mənzərəsini yaratmağa kömək edir, keçmiş ilə 

bugünkü gün arasına körpü yaradır, gənclərdə öz vətənləri uğ-

runda iftixar hissini inkişaf etdirir, onları yeni qəhrəmanlıq işlə-

rinə çağırır.



General Əli ağa Şıxlinski və silahdaşları

138


Hərbi memuarlar kütlələrin siyasi tərbiyəsi və tarixi maarif-

lənməsi  sahəsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Böyük  elmi 

dərketmə və tərbiyəvi əhəmiyyətə malik olmaqla, memuarlar fa-

şizmin və imperializmin müdafiəçiləri ilə, hərb tarixinin burjua 

saxtakarlıqları ilə mübarizədə mühüm ideya silahıdır.

Ölkəmizdə  nəşr  edilən  və  oxucu  kütləsinə  çatdırılan  hərbi 

memuarların sayı daim artır. Lakin, bir qayda olaraq, son illərdə 

nəşr  edilən  memuarların  əksəriyyəti  Böyük  Vətən  müharibəsi 

haqqındadır. Vətəndaş müharibəsi tarixi ilə, inqilaba qədər baş 

vermiş hərbi hadisələr ilə bağlı xatirələr çox az hallarda nəşr edi-

lir. Bu, o qədər də təəccüblü hal deyildir. İllər keçir və keçmiş 

tarixi  hadisələrin  şahidlərinin  sayı  günü-gündən  azalır.  Ona 

görə də bu cür memuarlar nadir tapılan kitablara çevrilir. 

Bizim vətənimizin daha uzaq keçmişinə həsr edilmiş bu cür 

əsərlərin az tapılması ilə əlaqədar olaraq nəşriyyatlar, o cümlədən 

hərbi nəşriyyat özünün tarixi-idraki qiymətini saxlamış, kitabxa-

na rəflərində və kitab mağazalarında çox çətin tapılan, keçmişdə 

nəşr olunmuş hərbi memuarları təkrarən nəşr etməyə məcbur-

durlar.

Oxucular və tədqiqatçılar üçün böyük marağa səbəb olan bu 



cür əsərlərdən biri də general Əli ağa Şıxlinskinin 1942-ci ildə 

yazdığı,  1944-cü  ildə  Bakı  şəhərində  nəşr  olunmuş  və  həmin 

nəşriyyat  –  “Azərnəşr”  tərəfindən  1984-cü  ildə,  cəmi  30  min 

nüsxə tirajla yenidən çap edilmiş “Mənim xatirələrim” kitabıdır.

Əli  ağa  Şıxlinski  öz  xatirələrini  Böyük  Vətən  müharibəsi 

günlərində  yaratmışdır.  Əsəri  tamamlayarkən  o  yazır:  “Mən 

Azərbaycan xalqının qardaş xalqları ilə çiyin-çiyinə öz vətənini 

qoruduğunu və bizim ölkəni əsarət altına almağa çalışan faşist 

dəstələrinə  məhvedici  zərbələr  vurduğunu  düşündükcə  qürur 

hissi keçirirəm. Mən tamamilə əminəm ki, dahi Stalinin rəhbərliyi 

altında Qələbə bizim olacaqdır. Əgər gənc nəsil, o cümlədən də 

zabitlər, mənim xatirələrimdə düşmən ilə əzəmətli döyüşdə on-

lara  kömək  edə  bilən  bəzi  məlumatlar  əldə  edə  bilsələr,  mən 

özümü xoşbəxt sanaram” (səh.187).



Şəmistan Nəzirli

139


Bu  sözlərdə  Vətənin  qorunmasını  özünün  müqəddəs  borcu 

hesab  edən,  öz  ölkəsinin  əsl  vətənpərvərlərinin  surəti  dəqiq 

təsvir edilir.

Bu sözlər Rusiya-Yaponiya və Birinci Dünya müharibəsində 

həqiqi qəhrəmanlıq göstərmiş, rus ordusunun general-leytenant 

rütbəsini qazanmış və ədalətli inqilab mübarizəsinə qalxmış öz 

xalqının tərəfini saxlamış şəxs tərəfindən yazılmışdır.

Qeyri-adi topçu Əli ağa Hacı İsmayıl oğlu Şıxlinskinin adı həm 

keçmiş rus ordusunda, həm də Rusiyanın xaricində məşhur idi. 

Bu haqda SSRİ dövlət mükafatı laureatı, hərb elmləri doktoru, 

professor Y.Z.Barsukovun, rus ordusunun artilleriyasında birgə 

xidmətdə şəxsən tanıdığı Şıxlinskinin kitabına yazdığı müqəd-

dimədə tam doğruluqla məlumat verilmişdir.

Barsukov yazır: “Bu maraqlı kitabın müəllifinin adı daima bö-

yük nüfuza və rəğbətə malik olmuşdur, o, təkcə rus topçularına 

deyil, rus ordusunun keçmiş dairələrində çox yaxşı tanınmışdı 

və son dərəcə məşhurlaşmışdı. Onu 1904-1905-ci illər Rusiya-Ya-

poniya müharibəsi, 1914-1918-ci illər Dünya müharibəsi iştirak-

çıları,  xüsusilə  Ə.Şıxlinskinin  qəhrəmanlıq  göstərdiyi  məşhur 

Port-Artur epopeyasının iştirakçıları yaxşı tanıyırdılar” (səh.3). 

Topçu Şıxlinskinin nüfuzunun beynəlxalq aləmdə də tanınması, 

onun 1912-ci ildə Fransa hökumətinin Fəxri “Legion ordeni” və 

“Legion xaçı” ilə təltif olunması bir daha təsdiq edirlər. 

Azərbaycan  xalqının  şanlı  oğlu  general  Əli  ağa  Şıxlinskinin 

xatirələri  –  onun  özünün  məktəb  skamyasından  başlayaraq, 

ordu  komandanı  vəzifəsi  ilə  başa  çatan,  müxtəlif  hadisələrilə 

zən gin, peşəkar hərbçi həyatını təsvir edən sadə, başa düşülən 

maraqlı üslubda yazılmış avtobioqrafik əsərdir.

General  Əli  ağa  Şıxlinskinin  ömür  yolunda  onun  qeyri-adi 

şəxsiyyət olduğunu təsdiq edən çoxlu dəlillər var. Onlardan bir 

neçəsini  misal  gətirək.  O,  gimnaziyada  oxumağa  başlayarkən 

ikiillik  kursu  yeddi  ay  ərzində  başa  çatdırmışdır.  Tiflis  hərbi 

gimnaziyasını  tamamlayarkən  bütün  fənlərdən  əla  qiymət  al-

mışdır. O, 1886-cı ildə Mixaylov adına topçuluq məktəbini qur-



General Əli ağa Şıxlinski və silahdaşları

140


taran ən yaxşı üç tələbədən biri olmuş və hətta məktəbdə oxu-

yarkən əldə etdiyi müvəffəqiyyətlərə görə pul mükafatı və qızıl 

saat da almışdır. Məktəbdə oxumaq ilə yanaşı, o, müstəqil olaraq 

məktəb  proqramına  daxil  olmayan  ehtimal  nəzəriyyəsini  də 

öyrənmişdir. Mühəndislər Akademiyasında oxunan məruzələri, 

Baş  Qərargahın  Akademiyasında  general  M.İ.Draqomirovun 

məruzələrini dinləyirdi.

Məktəbi qurtardıqdan sonra podporuçik Əli ağa Şıxlinski 39-cu 

topçu  briqadasında  xidmət  edir  və  əla  xidmətinə  görə  ona  iki 

orden verilir. 1904-1905-ci illərdə onun Rusiya-Yaponiya mühari-

bə sindəki iştirakı, birinci minomyot yaradanlardan biri, məşhur 

rus topçusu, kapitan Qobyato ilə birlikdə döyüşlərdən başlamışdı.

General  Əli  ağa  Şıxlinski  mühasirəyə  alınmış  Port-Artur 

döyüşlərində fərqləndi. O, bu döyüşlərdə o zaman üçün yenilik 

sayılan,  artilleriya  toplarından  şrapnellə  “kombinasiya  edilmiş 

atəş” üsulunu ixtira işləyib hazırladı və geniş tətbiq etdi. Elə ora-

da da yaralanmışdı. Port-Artur təslim edildikdən sonra Şıxlinski 

yaponlara  qarşı  gələcək  döyüşlərdə  iştirak  etməmək  haqqında 

yazılı  iltizamnamə  vermədi  və  Rusiyaya  gəldikdən  sonra  o, 

yenidən Mancuriyaya cəbhəyə getmək xahişi ilə müraciət etdi. 

Rusiya-Yaponiya döyüşlərində iştirakına görə o, altı mükafat və 

polkovnik-leytenant rütbəsi aldı. 

Rusiya-Yaponiya və Birinci Dünya müharibəsi arasında olan 

müddətdə  Şıxlinski Artilleriya  Zabitləri  Məktəbində  işləyərək, 

general-mayor rütbəsini aldı. Həmin vaxt o, polkovnik rütbəsin-

dən general rütbəsinə qədər cəmi 4 il xidmət etmişdi, halbuki, 

adətən bu müddət 10 il, xüsusi fərqlənmələr üçün isə 8 il davam 

edir.  Əli  ağa  Şıxlinski  müharibə  getməyən  ölkədə  çox  qısa 

müddətdə  general-mayor  rütbəsini  qeyri-adi  hərbi  biliyinə  və 

bacarığına görə almışdır. Bu zaman Əli ağa Şıxlinski öz qoşunla-

rının  başı  üstündən  atış  və  təyyarələrə  atəşaçma  üsulu  daxil 

edilməklə,  artilleriyanın  atışı  və  döyüşdə  tətbiq  məsələləri  ilə 

bağlı  bir  sıra  kitabçalar,  təlimatlar,  konspektlər  yazdı.  Məşhur 

“Şıxlinski  üçbucağı”ndan  Fransa,  Avstriya,  Norveç  və  digər 

ölkələrin topçuları tərəfindən istifadə edilirdi. Əli ağa Şıxlinski 


Şəmistan Nəzirli

141


döyüşlərdə  artilleriyanın  piyadanı  müşayiət  etməsi  məsələsini 

də qaldırdı ki, bu ideya da alay və tabor artilleriyasının yaranma-

sına səbəb oldu. 

Birinci Dünya müharibəsi illərində general Əli ağa Şıxlinski 

fəaliyyətdə olan rus ordusunda Peterburqun (Petroqradın) mü-

dafiə  artilleriyasının  rəisi,  5-ci  ordunun,  Şərq-Sibir  cəbhəsinin 

artilleriya inspektoru (indiki komandan), 10-cu ordunun koman-

danı kimi yüksək vəzifələri daşımışdı. O, dəfələrlə mükafata la-

yiq görülmüş, general-leytenant rütbəsini almışdı.

Çar  hökuməti  devrildikdən  və  hakimiyyətə  müvəqqəti 

hökumət  gəldikdən  sonra  Şıxlinski  orduda  xidmət  etməyi  da-

vam  etdirdi.  O,  Minsk  milisinin  birinci  rəisi  M.V.Mixaylovun

1

 

üzv olduğu Minsk ilə sıx əlaqədə işləməli oldu. M.V.Mixaylov ilə 



onun arasında səmimi münasibət yaranmışdı.

Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı 

məşhur siyasi və hərb xadimləri ilə görüşləri haqqında yazır və on-

ların haqqında bəzən çox qısa, lakin dəqiq xarakteristika verirdi.

1917-ci ilin noyabrında Şıxlinski səhhətinə görə ordudan azad 

olunmağa və Bakıya qayıtmağa məcbur oldu. 1920-ci ildə Qaf-

qazda bir sıra əksinqilabi çıxışlar baş verdiyi zaman Bakı İnqilab 

Komitəsinin sədri general Şıxlinski və general Mehmandarovu, 

onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi 

istifadə etmək üçün Moskvaya, Leninin yanına göndərmək qə-

rarına gəldi. Əli ağa Şıxlinski Ali Artilleriya Məktəbində müəllim 

və Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi.

1921-ci  ildə  o,  Bakıya  qayıtdı  və  Bakı  qarnizonunun  hərbi-

elmi cəmiyyətində sədr müavini vəzifəsini tutdu. 1921-1929-cu 

illər o, artilleriyanın döyüşdə tətbiqi məsələləri haqqında çoxlu 

çıxışlar  etmiş,  qarnizonun  topçularının  praktik  hazırlıqları  ilə 

məşğul olmuşdu. General Əli ağa Şıxlinski Azərbaycanda, onun 

fəaliyyətini  yüksək  qiymətləndirən  M.V.Frunzenin  qarşısında 

Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini 

qaldırmışdı.

1

  Görkəmli sərkərdə və dövlət xadimi M.F.Frunzenin (1885-1925) in-



qilabdan əvvəlki gizli imzasıdır – Ş.N.

General Əli ağa Şıxlinski və silahdaşları

142


1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, 

onun görmə və eşitmə qabiliyyəti zəiflədi. O, 1943-cü ildə vəfat 

etdi. Ölümündən qabaq diktə etdiyi “Mənim xatirələrim” kitabı 

bütün  həyatı  boyu  qulluq  etdiyi  rus  ordusunun  artilleriya 

tarixinə general Əli ağa Şıxlinskinin son əmanəti oldu.

Kitab  sadə,  asan,  anlaşılan  dildə  yazılmış  və  rahat  oxunur. 

Ayrı-ayrı stilistik nöqsanlar kitabdan alınan ümumi təsəvvürü 

korlamır, elə bil ki, onlar təsvir edilən hadisələrin zamanı ilə bu-

günkü gün arasında olan fərqi göstərir.

Oxucu üçün əhəmiyyətə malik olmayan bəzi şəkilləri kitab-

dan xaric etmək olar. Bizim fikrimizə görə, Əli ağa Şıxlinskinin 

həyat  yoldaşının  şəkillərindən  birinin,  generallardan  S.S.Meh-

mandarovun, N.Q.Stoletovun, A.A.Brusilovun portretlərinin bu 

kitabdan çıxarılması yaxşı olardı.



NƏTİCƏ: Məzmununa, tarixi əhəmiyyətinə, faktiki material-

ların  bolluğuna,  rus  ordusunun,  xüsusilə  onun  artilleriyasının 

döyüş  fəaliyyətinin  və  həyatının  geniş  işıqlandırılmasına  görə 

general Əli ağa Şıxlinskinin “Mənim xatirələrim” kitabı yenidən 

nəşr edilməyə layiqdir.

SANKT-PETERBURQDA İYİRMİ İKİ GÜN

Əli  ağa  Şıxlinski  heç  bir  zaman  mənsəb  dalınca 

düşməmişdir,  onun  heç  bir  himayəçisi  olmamışdır. 

Xidmətdə irəli getmək üçün o, heç bir intriqaya əl at-

mamışdır:  mənsəb  özü  onun  ayağına  gəlmiş  və  o, 

köhnə  ordunun  topçuluğunda  yüksək  vəzifə  qazan-

mışsa, bu cəhətdən tamamilə özünə borcludur.

Yevgeni Barsukov

Dövlət mükafatı laureatı, 

general-mayor, 

hərb elmləri doktoru, professor


Şəmistan Nəzirli

143


Leninqradın həmişə gur olan Sadovaya küçəsində qədim bir 

bina  var.  Məşhur  rus  yazıçısı  Saltıkov-Şedrinin  adını  daşıyan 

kütləvi kitabxana burada yerləşir. Məni bu kitabxanaya məşhur 

general Əli ağa Şıxlinskinin inqilabdan əvvəl çıxmış kitabı və Pe-

terburq  jurnallarında  dərc  olunmuş  məqalələri  ilə  tanış  olmaq 

arzusu gətirmişdi.

Axtarışa  “Rus  jurnalı  şöbəsi”ndən  başladım.  1912-ci  ildən 

fəaliyyətə başlayan “Artilleriya Zabitləri Məktəbinin xəbərləri” 

jurnalının elə üçüncü nömrəsində Əli ağa Şıxlinskinin “Öz qo-

şunlarının başı üstündən top atəşi” adlı iri məqaləsi dərc olunub. 

Rusiya-Yaponiya müharibəsindən sonra bu atəş üsulu müxtəlif 

fikirlərə səbəb olubmuş. Bir çoxları deyirmiş ki, hücum edən pi-

yada qoşununu himayə etmək üçün bəzən onun başı üstündən 

atmaq lazımdır. Ali rütbəli zabitlərin bir qismi bu atəş üsulunun 

öz qoşunlarına zərər verəcəyindən ehtiyat edir, daha doğrusu, 

ondan istifadə etmək istəmirdilər.

Polkovnik Əli ağa Şıxlinski isə bu məqaləsində hesablama və 

sxemlərlə sübut edirdi ki, bu üsul, qoşunlar düzəngahda daya-

nıb hədəfə ancaq yüz sajen qalanda qorxuludur. “Bu məsafəyə 

qədər, heç bir şeydən ehtiyat etmədən atəş açmaq olar. Düşmən 

üzü bizə tərəf olan yamacı tutduqda, bu məsafə otuz-otuz beş 

sajen azalır. Düşmən bizimlə üzbəüz olan başqa bir yamacı tut-

duqda isə biz hücum edən hissəmizi süngü vuruşması başlayana 

qədər top atəşi ilə himayə edib qoruya bilərik”. Həmin jurnalın 

1914-cü il fevral (22) nömrəsində “V.İ.” imzalı bir müəllif bu üsu-

la yüksək qiymət verərək artilleristlərə tövsiyə edir ki, Port-Artur 

döyüşlərinin  iştirakçısı  Şıxlinskinin  toxunduğu  bu  məsələni 

dərindən öyrənsinlər…

Bu  yeniliyə  dönə-dönə  qayıdan  jurnal  özünün  “Redaksiya-

dan”  adlı  qeydlərində  göstərir  ki,  Şıxlinskinin  məqaləsi  topçu 

qoşun komandirlərinin görüşlərində böyük və əsaslı dəyişiklik 

yaratdı.


General Əli ağa Şıxlinski 1942-ci ildə qələmə aldığı “Xatirə-

lərim”  adlı  hərbi  memuarında  bu  barədə  yazır:  “Hələ  1924-cü 



General Əli ağa Şıxlinski və silahdaşları

144


ildə Qızıl Ordu məcmuələrinin birində bu məsələyə istinad edil-

mişdir. Bu cür atəşdən qorxan skeptiklər

1

, şübhəsiz ki, indi də 



vardır”.

İllərin  zərrəcə  saraldıb-soldura  bilmədiyi  jurnalı  yenidən 

vərəqləyirəm.  Yüksək  keyfiyyətli  kağızda  çap  olunmuş  məqa-

lələrlə, ölkənin ayrı-ayrı hərbi dairələrində qulluq edən artilleri-

yaçılar haqqında verilən xəbərlərlə yanaşı Şıxlinskinin müxtəlif 

şəkillərinə də rast gəldim. Onun ordugahda məşq zamanı, tələbə 

və  zabit  heyətilə  birgə  təsvir  olunmuş  şəkillərini  nə  şəxsi 

arxivində, nə də qohumlarında görmüşdüm.

Jurnalın 1914-cü il fevral nömrəsində “1913-cü ildə artilleriya 

zabitləri  məktəbinin  yerinə  yetirdiyi  kursun  hesabatı”  verilib. 

Qırx  iki  səhifəlik  hesabat  yeddi  fəsildən  və  bir  epiloqdan 

ibarətdir. Onu artilleriya zabitləri məktəbinin rəisi, artilleriya ge-

neralı Aleksandr Nikolayeviç Sinitsın, məktəbin rəis müavini ge-

neral-mayor Əli ağa Şıxlinski və Sergeyev, hərbi təlim meydanı-

nın rəisi podpolkovnik İvanov imzalayıblar.

Jurnalın səhifələrindən öyrənirəm ki, 1913-cü ilin payızında 

artilleriya  zabitləri  məktəbinin  rəisi,  tam  artilleriya-generalı 

A.N.Sinitsın qocalığına görə istefaya çıxır. Jurnal bu münasibətlə 

Sinitsının  portretini  ikinci  səhifədə  dərc  edir,  haqqında  böyük 

bir  yazı  verir.  Əli  ağa  Şıxlinskinin  bu  münasibətlə  yazdığı  iki 

bənd şeir də dərc olunur.


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin