ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


General-leytenant A.N.Sinitsına həsr olunur



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

General-leytenant A.N.Sinitsına həsr olunur

Yorulmaq bilmədən sən uzun illər.

Öz ağır topuna sükançı oldun.

Hər dəfə əmrinlə birləşdi əllər,

Bir ailə kimi sənin mərd ordun.

Toplardır əbədi məktəbimiz də;

Siz onun atası, tarix yazanı.

1

  S k e p t i k  – hər şeyə şübhə ilə baxan adam.



Şəmistan Nəzirli

145


Ürəkdən salamlar göndərib sizə,

Hörmətlə önündə baş əyir hamı…

13 dekabr 1913-cü il

Çarskoye-Selo

A.N.Sinitsın istefaya çıxdıqdan sonra düz bir il (1913-cü ilin 

payızından  1914-cü  ilin  oktyabr  ayına  kimi  –  Ş.N.)  artilleriya 

zabitləri məktəbinin rəisi vəzifəsini general-mayor Əli ağa Şıx-

linski aparmışdır. 1914-cü ilin oktyabr nömrəsində jurnal “Re-

daksiyadan” adlı məqaləsində yazır:

“Artilleriya zabitləri məktəbinin rəisi vəzifəsini ifa edən gene-

ral-mayor  Əli  ağa  Şıxlinski  hazırkı  müharibənin  iştirakçılarına 

məktubla müraciət edərək döyüşçülərin, artilleriyanın fəaliyyəti 

barədə bildiklərini təfsilatı ilə yazmalarını və lazım olan ünvana 

göndərmələrini xahiş etmişdir”.

1914-cü ilin dekabr nömrəsində jurnal məktəbin qırxsəhifəlik 

illik  hesabatını  dərc  edib.  Həmin  hesabatı  da  məktəbin  rəisi 

vəzifəsini ifa edən general-mayor Əli ağa Şıxlinski və Sergeyev, 

hərbi təlim meydanının rəisi podpolkovnik İvanov hazırlayıblar.

Çox  keçmir  ki,  yuxarı  dairələrdə,  baş  topçuluq  idarəsində 

məktəbə təzə rəis təyin olunması məsələsi müzakirə olunur. Bö-

yük knyaz bu vəzifəyə general-leytenant Qaitinovu məsləhət gö-

rür. Lakin o, bu işə hazır olmadığını bildirir.

Böyük knyaz cavabında deyir:

– Mən sizi ancaq birilliyə təyin edirəm. 1914-cü ildə orduda 

islahat aparmaq üçün böyük proqram həyata keçiriləcək, onda 

siz Odessa hərbi dairəsinin topçu rəisi vəzifəsinə təyin olunacaq-

sınız.  Məktəbə  rəhbərlik  isə  Şıxlinskiyə  tapşırılacaq.  Şıxlinski 

məktəb müdiri müavini vəzifəsində az işlədiyinə görə hazırda 

hərbi məsləhətçilərimi razılığa gətirə bilmirəm.

General-leytenant Qaitinov soruşur:

– Bəs bu bir ilin ərzində mən nə edə bilərəm, əlahəzrət?

– Sizin işi yaxşı bilən Şıxlinski kimi köməkçiniz olacaqdır.


General Əli ağa Şıxlinski və silahdaşları

146


– Onda icazə verin, əvvəlcə onunla danışım.

– Danışın…

* * *

“Məni telefona çağırdılar. Gəldim. Həyəcanlı bir səs eşidildi: 



– Salam, Əli ağa, sizinlə danışan Qaitinovdur.

– Salam, Valeri Mixayloviç, mənə aid qulluğunuz?

– Mən əlahəzrətin kabinetindən danışıram. Mənə təklif etdilər 

ki, sizin məktəbdə rəis işləyim. Sizdən çox xahiş edirəm ki, saat 

beşdə  ordu  və  donanmanın  klubuna  gələsiniz.  Həm  bir  yerdə 

yemək yeyək, həm də məsləhətləşək.

Mən  oraya  getdim.  Qaitinov  rəhbərliyi  öz  üzərinə  götürdü, 

mənim isə məşğələləri aparmağıma razı olub-olmadığımı soruş-

du. Razılıq verdim. – Təşəkkür edirəm, – dedi…

Yeni rəis general-leytenant Qaitinov daima auditoriyalara baş 

çəkir, baş qərargah zabitlərinin rəhbərliyi altında mühazirə və tak-

tiki məşğələlərə gəlir, lakin bu məşğələlərin gedişatına qarışmır, 

bunların hamısını öz müavininə (Şıxlinskiyə – Ş.N.) tapşırırdı”.

Bu kiçik epizod “Xatirələrim” kitabındandır. Şıxlinskini dəmir 

yaddaşı  çox  şeyi  olduğu  kimi  hifz  edib  saxlamışdır.  Məsələn, 

vaxtilə (1907-ci ildə) məktəbin rəisi onu İkinci Konstantin topçu 

məktəbinə batareya komandirliyi vəzifəsinə namizəd göstərəndə 

Baş Topçu İdarəsinin rəisi general Kuzmin Karavayev gözlənilən 

təklifi rədd edərək demişdir ki, bu vəzifəyə “tatar” (azərbaycanlı 

– Ş.N.) yox, rus tapmaq lazımdır.

Bütün bunlara baxmayaraq, çar hökuməti, çar ordu heyəti ge-

neral Əli ağa Şıxlinskinin əvəzsiz xidmətinə laqeyd qala bilmə-

mişdi…


1912-ci ildə artilleriya məktəbinə müavin təyin edilən Şıxlins-

kinin müvəffəqiyyətinə sevinənlər az deyildilər. Ona Rusiyanın, 

hətta  xarici  ölkələrin  adlı-sanlı  topçuları  təbrik  teleqramları 

göndərmişlər. Baş Qərargah Akademiyasının professoru gene-



ral-mayor A.A.Neznamov yazırdı:“Sizi və rus artilleriyasını təbrik 

edirəm!

Şəmistan Nəzirli

147


Fransa  topçu  zabitləri  məktəbinin  müdiri  Nolle  isə  ürək 

sözlərini  belə  ifadə  eləmişdi:  “Rus  topçu  məktəbinin  ikinci  şefi 

(məktəb müdirinin müavini ikinci rəhbər hesab olunurdu – Ş.N.) 

təyin  edilməyinizi  eşitdim.  Sizin  simanızda  rus  artilleriyasını  təbrik 

edirəm!”

Jurnalın  nömrələrini  vərəqlədikcə  məlum  olur  ki,  əsrin 

əvvəllərində “Şıxlinski üçbucağı” adlı hərbi nəzəriyyə müəllifinə 

böyük şöhrət gətiribmiş. Bu nəzəriyyə təkcə Rusiyada dərc olu-

nan hərbi dərsliklərə salınıb istifadə olunmurdu. Ədəbiyyatlardan 

məlum olur ki, “Şıxlinski üçbucağı” Fransa və Avstriyada da ge-

niş yayılıbmış. Məsələn, Fransa topçu divizionunun komandiri 

mayor  Laver  Şıxlinski  ilə  söhbətlərindən  birində  demişdir: 



“Fransaya elm üçün çox əhəmiyyətli olan xeyli material aparıram. Bu-

nun üçün sizə minnətdaram”.

1913-cü ilin yayında general Joffre fransız ordusunun on yed-

di nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Onlar bir neçə gün ar-

tilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar. 

Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandi-

rin rəhbərliyi altında batareyadan necə atəş açıldığını göstərməyi 

xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə komandirlik Əli ağa 

Şıxlinskiyə  həvalə  olunur.  General  Şıxlinskinin  təşkil  etdiyi 

dəqiq atəş üsulu və qısalüləli ağır top atışı fransızları heyrətdə 

qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər fransızlarda 

qısalüləli top atəşindən istifadə olunmurmuş – Ş.N.) özlərində 

tətbiq etməyi elə oradaca qət edirdilər.

Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Paunkare Ray-

mon  rus  artilleriyaçıların  general  Joffreyə  və  onun  heyətinə 

göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu müka-

fatların arasında generallara məxsus cəmi iki fəxri – “Legion or-

deni” də vardı. Onun biri süvari generalı Bezobrazova, ikincisi 

ilə Əli ağa Şıxlinskiyə təqdim olunur.

Əli ağa Şıxlinskinin hərbi və pedaqoji fəaliyyəti ilə yaxından 

tanış  olduqda  bu  mahir  sərkərdənin  misilsiz  istedadına  qibtə 

etməyə bilmirsən.


General Əli ağa Şıxlinski və silahdaşları

148


1897-ci ildə gənc Əli ağa Şıxlinski ilə söhbət edən iyirminci 

topçu briqadasının baş həkimi Zelenski ondan soruşur ki, belə 

bir istedadınız olduğu halda niyə akademiyaya getmədiniz?

Əli ağa Şıxlinski isə cavabında “iş belə gətirdi” – təvazökarlıqla 

cavab verir. Bu görüşdə iştirak edən general Baumqarten də söh-

bətə qoşulur: “Akademiyanı neyləyir, akademiya onun başıdır”.

Doğrudan da keçmiş rus ordusunda ikinci elə bir şəxs yoxdur 

ki, qeyri millətdən ola-ola, ali hərbi təhsil almadan qısa bir vaxt-

da dörd il otuz altı gündən sonra növbədənkənar general-mayor 

rütbəsinə yüksəlsin.

Əli  ağa  Şıxlinski  hərbi  xidmətdə  belə  tez,  həm  də  böyük 

sürətlə irəliləməsinin ilkin səbəbini Rusiya-Yaponiya müharibə-

sinin iştirakçısı olmasında, bir də Topçu Zabitləri Məktəbindəki 

hərbi-pedaqoji fəaliyyətində görürdü. 

Əli ağa Şıxlinskinin 1908-ci il noyabrın 26-dan 1914-cü il iyu-

lun 8-dək topçu zabitləri məktəbində olan elmi-pedaqoji fəaliy-

yəti çox yüksək qiymətləndirilmişdir. O, üçüncü dərəcəli “Mü-

qəd dəs  Vladimir”,  eləcə  də  fransızların  zabitlərə  məxsus  fəxri 

“Legion ordeni”nə layiq görülmüşdür.

“Artilleriya Zabitləri Məktəbinin xəbərləri” jurnalının səhifə-

ləri, orada verilmiş ayrı-ayrı elanlar təsdiq edir ki, Əli ağa Şıx-

linski  məktəbdə  qoşun  bölmələrində  və  Peterburqun  müxtəlif 

elmi  yığıncaqlarında  hərbi  mövzuda  silsilə  mühazirələr  oxu-

muşdur. Bu mühazirələr Baş Qərargahın əmrilə kitabça şəklində 

çap olunmuşdur. Onun “Divizion miqyasında topçu manevr lə-

rinin  təşkili  üçün  təlimat”,  “Dağ  və  səhra  artilleriyası  üçün 

məsələ və misallar məcmuəsi” (1913-cü ildən 1916-cı ilədək üç dəfə 

təkrar nəşr olunub – Ş.N.), “Səhra toplarının cəbhədə işlədilməsi” 

və “Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfin-

dən oxunmuş mühazirələrin xülasəsi” kimi sanballı kitabları çap 

olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular arasında çox bö-

yük  şöhrət  qazanmışdır.  Onu  da  deyək  ki,  artilleriya  zabitləri 

məktəbinin  mətbəəsində  çap  olunan  bu  kitab  məktəbə  xeyli 

mədaxil gətirir. Həmin gəlirdən Əli ağa Şıxlinskiyə qızıl pulla 

500 manat müəllif haqqı verilir…



Şəmistan Nəzirli

149


Bizə  Əli  ağa  Şıxlinskinin  indiyədək  bircə  kitabı  məlumdur. 

O da 1944-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filia-

lı tərəfindən rus və Azərbaycan dillərində çap olunmuş “Xatirə-

lərim”dir. Vəssalam. Bəs, yuxarıda adlarını çəkdiyimiz kitabla-

rın  taleyi  nə  yerdədir,  harada,  kimdə,  necə  saxlanılır?  Bax,  bu 

suallara cavab tapmaq lazımdır. 



Kitab axtarışında

Anketlərin ağ səhifəsini doldurmaqdan yorulurdum. Dalba-

dal  general  Əli  ağa  Şıxlinskinin  kitablarını  sifariş  verirdim. 

Səhərisi cavabı üçün gələndə eyni sözləri oxuyurdum. “Belə ki-

tab yoxdur. Mənbəni dəqiqləşdirin”. 

Məni təəccüb bürümüşdü. Axı, müəllif özü yazır ki, belə bir 

kitabım çıxıb. Onu da bildirim ki, Əli ağa Şıxlinski “Xatirələrim” 

hərbi  memuarını  ancaq  yaddaşına  güvənib  yazmışdır.  Özü  də 

yetmiş səkkiz yaşında! “Xatirələrim”i yenidən çapa hazırlayan-

da düzü şübhələndim: axı ola bilməz ki, bu yaşda adam bu qədər 

faktı  yadında  saxlaya,  rəqəmləri,  tarixi  hadisələri  dəqiq  deyə 

bilə. Ona görə də kitabda adı çəkilən şəxsiyyətlərin familiya və 

rütbəsini,  ayrı-ayrı  hadisələri  bir  daha  hərbi  ensiklopediya  ilə 

yoxlayıb tutuşdurdum. Zərrəcə səhv tapa bilmədim. Ona görə 

də  mən  general  Əli  ağa  Şıxlinskinin  yazdığı  hər  bir  fakta  tam 

inamla  yanaşırdım. Altıncı  günü  anketimə  baxan  növbətçi  qız 

dedi  ki,  sizi  biblioqrafiya  fondunun  baş  mühafizəçisi  çağırır. 

Dəftər-qələmimi  yığışdırıb  onun  yanına  getdim.  O,  məni  “hü-

cumla” qarşıladı: 

– Hələ sizin kimi inad adama rast gəlməmişəm. Bütün azər-

baycanlılar belədirlər? 

– Xeyr, – dedim, – əlimizdə əsaslı fakt olmasa, biz heç vaxt 

yersiz inad göstərmərik. 

– Axı, sizə dönə-dönə deyirlər ki, belə bir kitab yoxdur, siz isə 

yenə də yazırsınız. Heç olmasa, anketlərə heyfiniz gəlsin. Özü-

nüz fikirləşin, olmayan şeyi sizə haradan və necə verə bilərik?



General Əli ağa Şıxlinski və silahdaşları

150


Mən yenə də əl çəkmədim:

– Siz inanın, – dedim, – artıq on beş ilə yaxındır ki, Şıxlinski-

nin həyat və fəaliyyəti ilə məşğul oluram. Onun rus və Azərbaycan 

dilində  xatirələrini  çapa  hazırlamışam.  Yazdığı  yüzlərlə  faktı 

dönə-dönə yoxlamışam, bir işıq ucu qədər yanlışlıq görməmişəm. 

O, özü yazır ki, 1910-cu ildə Luqa şəhərində belə bir kitabım çı-

xıb. Özünüz fikirləşin, bundan sonra mən neyləməliyəm?

– Bilmirəm, cavan oğlan, – dedi, – onun haqqında bizdə bircə 

kitab var. O da Sabir İbrahimovun “General Əli ağa Şıxlinski” 

monoqrafiyasıdır.  Sizi  qane  edirmi?  Böyük  Vətən  müharibəsi 

illərində Luqa şəhəri faşistlər tərəfindən dağıdılmışdır. Bəlkə, ki-

tab o vaxt məhv olub, bizə gəlib çatmayıb?

Kor-peşman qayıdıb oxu zalına gəldim, buraxılış vərəqəsi al-

maq üçün. Qəfildən ağlıma bir fikir gəldi. Təzə anket götürüb 

doldurdum. Kataloqda inqilabdan əvvəl Luqada nə qədər artil-

leriyaya aid kitab və kitabça çıxıbsa, sifariş verdim. Yarım saatlıq 

fasilədən sonra stolunun üstündə ondan çox kitab vardı. Bir-bir 

vərəqləyib onların axırıncı səhifəsində verilən elanları oxudum. 

Üz qabığı qalın, həcmcə o qədər də böyük olmayan, 1911-ci ildə 

çap  olunmuş  “Artilleriya  Zabitlər  Məktəbinin  anbarına  satış 

üçün qəbul olunmuş kitablar”. Yeddinci kitab Əli ağa Şıxlinski-

nin  “Səhra  toplarının  cəbhədə  işlədilməsi”  əsəri  idi.  Sevin-

diyimdən gözlərimə inanmadım. Dönə-dönə baxdım. Açıq-ay-

dın  yazılmışdır:  “Şıxlinski  Ə.  1910-cu  il,  qiyməti  70  qəp.  Luqa 

şəhəri,  V.M.Kuroçkinin  yeni  mətbəəsində  çap  olunub”. Ayağa 

qalxdım.  Növbətçi  qızın  yanına  gedib  yazını  ona  göstərdim. 

Oradan birbaşa fondun baş mühafizəçisinin yanına qaçdım.

– Baxın, baxın… 

Baş mühafizəçi məni sakitləşdirdi:

– Özünüzə gəlin, qoyun əməlli-başlı baxım. – O, eynəyi çıxa-

rır, oxuyur, özü də bərkdən: “Ə.Şıxlinski”. Bəli, biz təslim olduq, 

cavan oğlan, indi bildim haradadır. Nina Qriqoryevna, – deyə 

yaxınlıqdakı bir qadını səslədi. – Bir baxın, bu azərbaycanlı bizi 

təslim etdi. Demək, belə bir kitab varmış.



Şəmistan Nəzirli

151


Nina Qriqoryevna:

– Bu kitab olsa hərbi dərsliklər şöbəsində olacaq, – dedi. – Si-

farişi təzələyin…

* * *


Artıq bir həftədir ki, Sankt-Peterburq bəyaz havasına oxşar bi-

nada məni bir yazı stolu gözləyir. Beş, ya da on dəqiqə, lap uzağı 

iyirmicə dəqiqə geciksəm, gərək kiminsə durmağını gözləyəm. 

Nahara qədər də öz “isti yuvasını” tərk edən adam çox çətin ta-

pılar.  Ona  görə  də  səhər  saat  doqquz  tamamda  kitabxananın 

qarşısında olmağa adət eləmişəm.

Mənə müvəqqəti verilmiş vəsiqəmi təqdim edib soruşuram:

– Zəhmət olmasa, K-9178 nömrəli sifarişi yoxlayın.

– Sizin istədiyiniz kitab tapılıb, amma bir qədər gözləməli ola-

caqsınız…

– Yəni nə qədər?

– Dəqiq deyə bilmirəm… Bəlkə bir gün, bəlkə üç gün, bəlkə 

bir həftə… Ona görə də hər gün gəlib yoxlamalısınız.

* * *


Sankt-Peterburq  ətrafındakı  iki  şəhər  Əli  ağa  Şıxlinskinin 

hərbi  fəaliyyəti  ilə  bağlı  olub.  Onlardan  biri  Luqa,  digəri  isə 

Çarskoye-Selo (indiki Puşkin şəhəri – Ş.N.) şəhəridir. Əli ağa Şıx-

linski xatirələrində bu yerləri böyük məhəbbətlə yad edir. İnqi-

labdan əvvəl artilleriya zabitlər məktəbi Çarskoye-Seloda, bütün 

Avropada  ən  nümunəvi  hərbi  təlim  meydanı  isə  Luqa  düzən-

liyində yerləşirmiş. Ona görə də fürsətdən istifadə edib Çarsko-

ye-Seloya getmək – Şıxlinskinin yaşayıb-işlədiyi şəhəri görmək 

arzusu məni rahat buraxmırdı…

Azərbaycanlı, yoxsa polyak?

 

İstirahət günü olduğundan Lisey-muzeyə baxmağa gələnlər 



daha çox idi. Hava dumanlı və yağışlı olsa da, böyük növbə var 

idi. Şəhərin qədim və zəngin tikililəri, təkrarsız gözəlliyi – sarı 



General Əli ağa Şıxlinski və silahdaşları

152


xəzəlli cökə xiyabanları, uzaqdakı dumanlı meşələr, “Səssiz” gö-

lün cilvələnən ləpələri doğrudan da insanı valeh edir. 

Yanımda dayanan eynəkli kişi əlindəki qəzeti büküb gileylən-

məyə başladı:

– Başa düşmürəm ki, bu boyda binaya niyə az adam buraxır-

lar. Ötən il də burada olmuşam, onda belə deyildi. 

– Əgər ötən il olmusunuzsa, bu il nəyinizə gərəkdir? – deyə 

mən söhbətə qoşuldum.

– Elə deməyin. Gərək tarixə dönə-dönə baş çəkəsən… Bağışla-

yın, hardansınız?

– Azərbaycandanam…

– Mən də Tambovdanam. Gəlin tanış olaq: biologiya elmləri 

namizədiyəm.

Mən də özümü təqdim etdim. Buraya nə məqsədlə gəldiyimi 

dedim. O, tələsik soruşdu:

– Yaxşı, ay dost, bir dayan, lisey hara, Azərbaycan hara? Məgər 

burada azərbaycanlılar da oxuyub?

–  Düzü,  bu  haqda  heç  nə  bilmirəm.  Amma  bir  faktı  dəqiq 

bilirəm ki, xalqımızın general oğlu Əli ağa Şıxlinski burada, keç-

miş Çarskoye-Seloda xidmət edib. Mən onun sorağı ilə gəlmişəm. 

Vaxtdan istifadə edib Lisey-muzeyə də baxmaq istədim. 

Nikolay Xaritonoviç heyrət və təəccüblə:

– Məgər general Şıxlinski sizin xalqın oğludur?

– Bəli, necə məgər?

– O ki polyakdır.

Mən  acı-acı  gülümsünürəm.  Eyni  zamanda  fikirləşirəm  ki, 

bunun günahı özümüzdədi. Biz xalqımızın şöhrətli oğlunu yaxşı 

tanımırıq.  Üstəlik  bəzi  qələm  sahiblərimiz  yerli-yersiz  ona  çar 

generalı  damğası  vurublar.  Elə  burda,  bu  dar  macalda,  necə 

deyərlər, dəridən-qabaqdan çıxıb müsahibimi başa salıram ki, o, 

polyak deyil, azərbaycanlıdır.

Mən  ona  Dövlət  mükafatı  laureatı,  general-mayor,  hərb 

elmləri  doktoru,  professor  Yevgeni  Zaxaroviç  Barsukovun 

sözlərini xatırladıram:


Şəmistan Nəzirli

153


“Əli ağa Şıxlinski içərisindən çıxmış olduğu Azərbaycan xal-

qına bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib, eyni 

zamanda bütün Rusiyanın və bütün Sovetlər ölkəsinin də qızğın 

bir vətənpərvəri kimi həmişə Vətən yolunda canından keçməyə 

hazır idi”.

Nikolay Xaritonoviç:

– Oxumuşam, – deyir, – onun haqqında. Mən bioloq olsam da, 

tarixlə  maraqlanıram.  Lovğalıq  olmasın,  az-az  tarixi  roman  və 

yaxud elmi-tarixi əsər olar ki, oxumamış olam. Aleksandr Stepo-

novun “Port-Artur”u, “Zvonaryovlar ailəsi” romanları stolüstü 

kitablarımdır.  Orada  kapitan  Şıxlinski,  general  Şıxlinski  qoçaq 

adam kimi təsvir olunur, fəxr etməyə dəyər. Təsəvvür edin ki, 

çar, Port-Arturda uduzan rus generallarını – Stesseli, Foku, Smir-

novu  və  başqalarını  məhkəməyə  verdi.  Şıxlinskini  isə  əksinə 

(1906-cı ildə – Ş.N.), məşhur Georgi ordeni ilə təltif etdi.

– Azərbaycanlı general Şıxlinski (qəsdən “azərbaycanlı” sözü-

nü  tez-tez  işlədirəm  ki,  həmsöhbətimin  yadında  yaxşı  qalsın, 

bundan sonra heç vaxt çaşmasın – Ş.N.) öz xatirələrini yazıb. Heç 

şübhəsiz ki, oxumamısınız.

– Xeyr, oxumamışam. Nəsə rast gəlməyib.

– Bizim Azərbaycanda nəşr olunub. Hökmən göndərərəm…

– Yadıma düşdü, – deyə Nikolay Xaritonoviç sevinclə bildirir. 

– Onun familiyasına “Rus artilleriyası Birinci Dünya müharibə-

sində” adlı kitabda da rast gəlmişəm. Amma yenə deyirəm, mən 

bu günədək onu polyak bilmişəm. İndi siz deyirsiniz azərbaycan-

lıdır. Bunu sübut edən əsaslı bir faktı varmı?

İlişmişdim, özü də möhkəmcə. Yaxşı ki, əl çamadanımda Əli 

ağa Şıxlinskiyə, onun həyat yoldaşı Nigar xanıma aid materialla-

rı, fotoşəkilləri özümlə gətirmişdim.

– Lisey-muzeydən çıxanda hara gedəcəksiniz? – soruşdum.

– Sankt-Peterburqa,  orda qalıram, “Sovetski”  mehmanxana-

sında. 


– Nə xoş təsadüf, mən də orda qalıram, on üçüncü mərtəbə, on 

doqquzuncu otaq. Axşam qonağımızsınız, ətraflı söhbət edərik…



General Əli ağa Şıxlinski və silahdaşları

154


* * *

Sankt-Peterburqda ən çox sevindiyim 1984-cü ilin bir oktyabr 

günü oldu. İntizarında olduğum kitab, nəhayət, tapıldı. “Səhra 

toplarının  cəbhədə  işlədilməsi”,  müəllifi  polkovnik  Şıxlinski, 

Luqa şəhəri, 1910-cu il.

Artilleriyanın,  xüsusən  Rusiya-Yaponiya  müharibəsində, 

səhra artilleriyasında döyüşdə istifadə olunması qaydaları konk-

ret şəkildə işlənib hazırlanmış və elmi cəhətdən əsaslandırılmışdır. 

Kitab altı fəsildən ibarətdir.

Bu uğurlu gündə V.Bertelsin 1912-ci ildə Varşavada çap etdir-

diyi “Quru qala qoşunları və ağır səhra artilleriyası tərəfindən 

atəş açılmasında artilleriya cihazlarından istifadə edilməsi haq-

qında məlumatlar” kitabını əldə edib, hər ikisinin surətini çıxart-

dırdım. V.Bertels kitabının ikinci hissəsində polkovnik Şıxlinski 

“Üçbucağı”nın  artilleriyada  böyük,  əvəzsiz  əhəmiyyətindən 

bəhs edir: “Artilleriya atəşinin aparılmasında “Şıxlinski üçbuca-

ğı” böyük rol oynamışdır. “Üçbucağın” ətraflı şəhəri və yazılışı 

ilk dəfə 1912-ci ildə çap olunmuşdur.

“Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil, Fransa, 

İsveçrə, Norveç və Avstriya artilleriyasında da böyük şöhrət qa-

zanmışdır”.


Şəmistan Nəzirli

155


ÖMRÜN SON GÜNLƏRİ

(Sənədli hekayə)

Təbiət Əli ağaya böyük bir ağıl, müstəsna bir qa-

bi liyyət  və  hərbi  istedad,  mərdlik  və  nəcib  sifətlər, 

Vətən müdafiəsi üçün çox faydalı olan fəaliyyət ehti-

rası ilə dolu coşqun bir enerji vermişdir.

Yevgeni Barsukov, 

artilleriya generalı, professor

General Əli ağa Şıxlinskinin

1943-cü ildə çəkilmiş son fotoşəkli

Görünür qismətdi, bəlkə də bu, taleyin hökmüdür. Hər nədir-

sə,  əlli  beş  il  bundan  əvvəl  görülən  iş Azərbaycanımızın  hərb 

tarixinə əvəzsiz töhfədir. Əgər 1942-ci ildə məşhur filosof-alim 

Heydər Hüseynov ömrünün son illərində dünyaşöhrətli sərkər-

dəmiz Əli ağa Şıxlinski ilə görüşməsəydi, Azərbaycan hərb me-

muarının təməl daşını qoyan “Xatirələrim” kitabı da yaranmaya-

caqdı. Generalın xatirələri ölümündən bir il sonra 1944-cü ildə 

cəmi yeddi min beş yüz tirajla nəşr olundu. Nadir nüsxəyə dönən 

bu qiymətli kitab 80-ci illərdə tapılmadı. Bu dövrdən başlayaraq 

hərb tariximizə general Əli ağa Şıxlinski xatirələrinə oxucu “aclı-

ğı” güclənmişdir.

Şəmistan Nəzirli, mərhum xalq yazıçısı İsmayıl Şıxlının qay-

ğısı ilə generalın aydan arı-sudan duru xatirələrini 1984-cü ildə 

kütləvi tirajla (60 min) yenidən Azərbaycan və rus dilində nəşr 

etdirdi. Kitabı izahlar, qeydlər və əlavələrlə nəşr etdirən Şəmistan 

Nəzirli topladığı yeni faktlar əsasında “Ömrün son günləri” adlı 

sənədli hekayə yazıb.



General Əli ağa Şıxlinski və silahdaşları

156


* * *

General  qocalmışdı,  elə  qocalmışdı  ki,  nə  gözü  əməlli-başlı 

görürdü, nə də qulağı eşidirdi, yerişi də o yeriş deyildi. At be-

lində, piyada cəbhələr gəzən, batalyonlara, alaylara, orduya sər-

kər dəlik  edən  generalın  indi  tərpənməyə  halı  qalmamışdı. 

Dövlətin ona verdiyi bir neçə otaqdan özü üçün ancaq birini sax-

lamışdı.  Onda  da  təktənha  yaşayırdı.  Oğulsuz-qızsız,  nəvəsiz-

nəticəsiz. Tale onu bu nemətdən məhrum etmişdi. Həyat onun 

üçün hələ adiləşməmişdi. Nikbin baxışı, əzəmətli vüqarı, yaşa-

maq  ehtirası  və  dərin  ağılı  tam  üstündə  idi.  Kim  onu  küçədə, 

bayırda  görürdüsə,  fəxrlə  tanımayana  göstərirdi:  “Port-Artur 

qəhrəmanı,  “artilleriyanın  allahı”  Əli  ağa  Şıxlinski!”.  Bu  adı 

1906-cı ildə qazanmışdı. Hər yerdə onu belə nişan verirdilər.

…İndi uzaqlarda toplar dinir, tüfənglər atılır, insanlar qırılır, 

kəndlər, şəhərlər dağılırdı. Onun topçuluq və artilleriya haqqın-

dakı  təklifləri  bu  müharibədə  də  əsgərlərimizin  köməyinə 

gəlirdi. Rus topçuluq elmindəki kəşflərindən, xüsusən “Şıxlinski 

üçbucağı”ndan  və  “Şıxlinski  formulu”ndan  geniş  istifadə  olu-

nurdu.  General  isə  dəmir  darvaza  arxasında  saxlanan  pələng 

kimi tək-tənha qalmışdı. Yetmiş səkkiz illik ömür yolunda gene-

ral  yaşamağına,  dünyaya  gəlməsinə  zərrəcə  heyfsilənmirdi. 

Keçmişdən söhbət düşəndə o, fəxrlə deyirdi: 

– …Mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müa-

sirlərimin gözlərinə cürətlə baxıram. – Stola söykənib qalın bığ-

larını eşər, xeyli sükut etdikdən sonra gülümsünən general: – Bu 

günlər də bizim ömrümüzün qocalıq çağına düşdü, – deyərdi.

Altmış  ildən  çox  nümunəvi  hərbi  qulluğu  ona  şan-şöhrət 

gətirmişdi. Uzaq Şərqdəki xidməti, Rusiya-Yaponiya və Birinci 

Dünya müharibələrində, 1918-1920-ci illər də Milli Ordudakı mi-

silsiz fəaliyyəti bütün hərbiçilərə nümunə göstərilirdi.

Bunların  hamısı  Vətənin  azadlığı  naminə  görülən  ən  xeyir-

xah, yaddançıxmaz xidmətlər idi. General xidmət illərini xatırla-

yanda  qəlbi  nurla  dolur,  gözünə  işıq  gəlir.  Bu  anlarda  sanki 

uzaqlarda atılan qələbə soraqlı topların səsini belə eşidirdi. 



Şəmistan Nəzirli

157


Onu yalnız tənhalıq sıxırdı. Bu anlarda dünyada ən çox sevdi-

yi  bir  adamla  səssizcə  danışmaq  ona  təsəlli  verirdi.  Bu  adam 

şəkil  olub,  divardan  asılmışdı.  Düz  on  iki  ildən  çox  idi  şəklə 

dönən insan onun pıçıltılarına cavab vermirdi. Onunla danışan-

da generalın səsi boş otaqda əks-səda verib özünə qayıdırdı.

O,  özü  kimi  qoca  kresloda  sakitcə  əyləşmişdi.  Ötən  günləri 

qovub xəyalından, yaddaşından silmək istəyirdi. Keçmişə qayıt-

maq istər-istəməz əziz Nigarını xatırlamaq demək idi. O, bunsuz 

keçinə  bilmirdi.  Bu,  mümkün  də  deyildi.  Bütün  xidməti  boyu 

Nigar onunla qoşa addımlamışdı. Saysız-hesabsız əsgərlərə zərif 

əllərilə şəfa verib həyata qaytarmışdı. 

Otaq buz kimi soymuşdu. Bakıya qatı duman gəlmişdi. Gözə-

görünməz  çisəkdən  nəmlənmiş  asfalt  parıldayırdı.  Küçələrdən 

gediş-gəliş kəsilmişdi. Cəbhə həyatı keçirən şəhər sanki köçmüş-

dü. Bayaqdan pəncərə ağzında quruyan generalın yadına Sovet 

Məlumat Bürosunun hər saat radio ilə verilən xəbərləri düşdü. 

Yaxasından gödəkcəsinin cibinə sallanan qədim saatın zəncirini 

çəkib onu işığa tutdu. Səkkizə beş dəqiqə qalırdı. Küçədə telefon 

dirəyindən asılmış reproduktorun altına xeyli adam yığışmışdı. 

General pəncərəyə yaxın oturub, buradan aydın eşidilən cəbhə 

xəbərlərini dinlədi.

…Bu gün Qızıl Ordu hissələrimiz Stalinqrad ətrafı döyüşlərdə 

faşist generalı Fridrix Paulyusun və Feldmarşal Fon Manşteynin 

ordusunu  darmadağın  etmişdir.  Xilaskar  Qızıl  Ordu  hissələri 

müvəffəqiyyətlə hücumu davam etdirir…

 İndi qələbə tam bizimlədir. Quduz qəsbkarın yuvası dağıla-

caq…

 Daha heç nəyi eşitməyən general evin içində sürətli addım-



larla gəzinirdi. Qalın cod bığları sevincdən titrəyirdi. Sevincini 

bölüşməyə adam axtarırdı. Geriyə dönüb şəklə baxa-baxa:

– Gözün aydın, Nigarım, Vətən oğulları qırdı düşmənin belini.

Şair Vidadinin nəvəsi olan general bütün həyatı boyu bir neçə 

şeir yazmışdı. Həmin şeirlər iyirmi iki il bir yastığa baş qoyduğu 


General Əli ağa Şıxlinski və silahdaşları

158


ömür-gün yoldaşı Nigara həsr olunmuşdu. İndi ona elə gəlirdi 

ki, qulağı da eşidir, gözü də görür.

Radioda son xəbərlərin oxunuşu qurtardı. Azacıq zəfər mar-

şından sonra diktor:

– Şair Səməd Vurğun mikrofon qarşısındadır, – dedi. 

Gur, alovlu şair səsi şəhərə yayıldı:



Ay ellər, obalar, gözünüz aydın!

Düşmənin səfləri pozulur bu gün!

Bizim qoç igidlər nərə çəkdikcə, 

Zalımın məzarı qazılır bu gün!

Qapı döyüldü. O, cəld irəliyə doğru getdi. Fikirləşdi ki, yəqin 

qonşum Bahadurla Varvaradır, gəzməkdən qayıdırlar. Fikrindən 

keçdi ki, bu qələbə münasibətilə hər ikisini öpsün. Soruşmadan 

qapını  açdı.  Cavan,  yad  bir  adamı  qapıda  görüb  özünü  itirən 

kimi oldu. 

Gecdən-gec:

– Kimi istəyirsiniz? – həyəcanla soruşdu.

Qapıda dayanan cavan oğlan dedi:

– General Əli ağa Şıxlinski sizsinizmi?

– Bəli, buyurun içəri keçin.

Qonaq irəli bir addım atıb əl uzatdı:

– Akademiyanın elmi işçisiyəm. Məni vitse-prezident Heydər 

Hüseynov  Sizin  yanınıza  göndərib.  Tapşırıb  ki,  xatirələrinizi 

yazmaqda Sizə kömək edim. 

– Yaxşı eləyib gəlmisən, oğul! Düzü, mənim üçün çox çətindir. 

Belə ki, əllərim əsir, gözüm pis görür, qulaqlarım da yaxşı eşit-

mir.  Ancaq  hafizəm,  yaddaşım  hələ  qalıb.  Hər  bir  hadisəni, 

əhvalatı gününə, hətta saatına qədər də xatırlayıram. – Sonra buz 

kimi  soyuq,  kimsəsiz  otağı  göstərdi.  –  Nə  bilim,  bu  şəraitdə 

mümkündürmü?..

Səhərisi akademik Heydər Hüseynovun özü qoca generalın 

görüşünə gəldi. Görkəmli alim qarşısında dayanan ucaboy, enli-


Şəmistan Nəzirli

159


kürək generala heyranlıqla baxırdı. Sanki onun sağlığına inana 

bilmirdi. Professor Barsukovun kitablarında Əli ağa Şıxlinskinin 

adına dönə-dönə rast gələndən sonra şəxsən alim özü elmi işçi 

Avedyayevi məcbur eləmişdi ki, qapı-qapı gəzməli olsa da, ge-

neralı tapmalıdır.

Alimlə general üzbəüz oturdu. Ötəri də olsa, evə göz gəzdirən 

alim, burada kitablardan və qədim mebeldən başqa qiymətli heç 

nə görmədi.

Ağzı yarıaçıq qalan şkafdan bir dəst general mundiri asılmış-

dı. General əli əsə-əsə stolun üstündəki solğun gülün əyilmiş bu-

dağını düzəltdi. Qonaq titrək səslə:

– Yoldaş general, – dedi, – bizim akademiya general-professor 

Yevgeni Barsukovun yenicə nəşr olunmuş əsərlərini alıb. Profes-

sor dördcildlik “Rus artilleriyası Birinci Dünya müharibəsində” 

əsərində  Sizin  yalnız  rus  topçuları  arasında  deyil,  həm  də  rus 

ordusunun geniş dairəsində hörmət və nüfuzunuzu, Port-Artur 

epopeyasında  son  dərəcə  böyük  şöhrətinizi  məhəbbətlə,  ehti-

ramla xatırlayır.

Bayaqdan susan, qonağını dinləyən general təvazökarlıqla:

– Hə, – dedi, – az-çox cavanlıqda vətən qarşısında xidmətimiz 

olub. Yevgeni Zaxaroviçlə təxminən iyirmi il birgə qulluq etmi-

şik. Topçu Zabitləri Məktəbində, Luqa şəhərində, topçu general 

müfəttişliyində işləmişik.

Heydər Hüseynov onu tapdığına uşaq kimi sevinirdi. Fik rin-

də, ürəyində özünü danlayırdı ki, xalqımızın belə şöhrətli oğul-

ları çoxdur. Amma biz onları itirib-axtarmırıq. Bu gün görkəmli 

rus professoru onun əvəzsiz xidmətini nahaqdan xatırlamır. Özü 

də bir-iki yerdə yox... Düz qırx bir dəfə öz elmi əsərində onun 

hərbi üçbucağından, Birinci Dünya müharibəsindəki fəaliyyə tin-

dən ağız dolusu danışır. 

O,  özü  ilə  gətirdiyi  kitabı  stolun  üstünə  qoydu.  Səhifələrin 

arasında qoyulan nazik kağız parçalarını götürüb dedi:

– İcazənizlə, bir epizod oxuyum, yəqin ki, Sizin üçün maraqlı 

olacaq.


General Əli ağa Şıxlinski və silahdaşları

160


–  Buyurun,  –  ağır  eşidən  general  stulunu  bir  az  da  yaxına 

çəkdi. Damarı çıxmış iri əllərini dizləri üstünə qoydu. – Məmnu-

niyyətlə qulaq asıram.

– “General Əli ağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında 

alman  mövqelərinin  yarılması  əməliyyatına,  Qərb  cəbhəsinin 

onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının topçuluq 

cəhətindən hazırlanmasına rəhbərlik etmişdir. Əli ağa Şıxlinski-

ni həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin 

yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün gös-

tərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik 

edirdi”.

Heydər Hüseynov səhifəni axıra qədər oxuyub vərəqi çevirdi. 

Sakitcə oturub onu dinləyən generala baxdı. O, keçmişdən gələn 

şan-şöhrətinə  diqqətlə  qulaq  asırdı.  Dumanlaşmış  eynəyini  çı-

xardıb  ehmallıca  sildi.  İri  sifətindəki  batıq  ordları  həyəcandan 

titrədi.


– Bu səhifədə isə Sizin onuncu ordunun komandanı olan vaxt 

yazdığınız bir raportun mətni verilib.

– Maraqlıdır, mən yüzlərlə raport yazmışam. Görəsən, hansı 

əməliyyatdır ki, bir tarixi fakt kimi hətta kitaba belə düşüb? Oğul, 

zəhmətdən keçib, rica edirəm, onu da oxuyun, – general nəzakətlə 

xahiş etdi. 

– “Topçu hazırlığı başlandı. Müharibənin üç ili ərzində mən 

topçuların  bu  qədər  gözəl  bir  əməliyyatını  görməmişdim.  Qo-

şunların  ruhu  yüksəlməyə  başladı.  Hətta  topçulara  çox  böyük 

tələblər verən piyada da razı qalmışdı. Otuz səkkizinci korpusda 

piyadalar hazırlığı tamamilə bitmiş hesab edib, hətta onu davam 

etdirmək təklifindən əl çəkdi… hissələr hücuma keçdilər, onlar 

təntənə ilə yürüyərək düşmənin iki-üç sıra səngərini aşıb, onun 

batareyalarına çatdılar, düşmən toplarının nişangahlarını götü-

rüb gətirdilər”…

– Hə, yadıma gəldi, – deyib, general sinədolusu nəfəs aldı. – 

Çox sağ ol, oğlum…


Şəmistan Nəzirli

161


– Hələ qurtarmamışam, yoldaş general, – deyib Heydər Hü-

seynov  yenidən  oxumağa  başladı.  O,  generalı  sevindirdiyinə 

özü də hədsiz dərəcədə şad olmuşdu.

– Əli ağa çox tələbkar və zabitəli komandir olmaqla bərabər, 

eyni zamanda ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə 

qalan  bir  adam  idi.  Onlar  Əli  ağaya  hörmət  edər  və  onu  son 

dərəcə sevərdilər…

– Bəsdi, oğul, bəsdi, – deyib general alimin biləyindən tutdu. 

–  Dosta  üzgörənlik  eləyib  Yevgeni  Zaxaroviç,  məni  lap  çox 

tərifləyib.

– Zənnimizcə, elə xidmətiniz müqabilində də Yevgeni Zaxa-

roviç tərif yazıb. Amma Siz, nədənsə, elə tərifdən qaçırsınız.

– Axı, ay oğul, biz o işləri tərif naminə görməmişik. Bu, hər 

birimizin borcu idi, onu da pis-yaxşı yerinə yetirdik.

– Yoldaş general, borca qalanda… – susdu, cəsarət eləməyib 

elə-belə kitabı vərəqlədi.

– Hə, buyur, oğul, nəsə sözlü adama oxşayırsan, de, utanıb 

çəkinmə…


– Sizdən bir təvəqqem var, amma gərək yox deməyəsiniz…

–  Oğul,  bir  de  görüm  əlimdən  gələn  işdimi,  –  və  kövrək-

kövrək:  –  Məgər  bu  əldən-ayaqdan  düşmüş  qoca  da  kiminsə 

işinə yarıyar?

– Yaxşı olar ki, Siz də xatirələrinizi yazasınız. Sizin xatirələr bu 

gün  faşizmə  qarşı  ölüm-dirim  mübarizəsi  aparan  əsgər  və 

zabitlərimiz üçün ən gözəl töhfə olardı.

General  kitabı  əlinə  alıb,  eynəyini  gözünə  taxdı.  Kitabın  ilk 

səhifəsinə elə-belə göz gəzdirib:

– Ay oğul, – dedi, – dünən Sizin bir elmi işçiniz də gəlmişdi, 

ona  da  dedim.  Bu,  elə  çətin  işdi  ki,  tək  mən  öhdəsindən  gələ 

bilmərəm. Belə ki, lap uşaqlıqdan hərbi işə olan marağım, hərbi 

gimnaziyada, Peterburqdakı Mixaylovski Topçuluq Məktəbində 

oxumağım, hamısı... Rusiya-Yaponiya müharibəsindəki xidmə-

tim, Cahan müharibəsində və inqilab illərində olan bütün hadi-

sələr təfərrüatı ilə yaddaşımda qalıb. Bu, görünür, ömrümdə bir 



General Əli ağa Şıxlinski və silahdaşları

162


dəfə də olsun araq içməməyimdən, ət yeməməyimdən irəli gəlir. 

Ümumiyyətlə, uşaqlıqdan məndə qumara və insana məxsus ol-

mayan əyləncələrə qarşı nifrət var. Boş vaxtımı at sürməkdə, ki-

tab mütaliəsində keçirmişəm. Bəlkə ona görə də yaddaşdan yax-

şıyam. Amma qulaqlarım və gözlərim mənə vəfasızlıq edir. Bu 

da görünür qocalıqdandır. Axı, zarafat deyil, bu yolu mən ötən 

əsrin ortalarından gəlirəm.

Alim sevinclə:

– Eybi yoxdur, yoldaş general, – dedi. Generalın xatirələrini 

yazmağa  razılıq  verməyi  onun  hədsiz  sevincinə  səbəb  oldu.  – 

Mən Sizə köməkçi verərəm. Hiss eləyirəm nasazsınız, əgər etiraz 

etməsəniz, Sizə bir nömrəli xəstəxanada otaq ayırardıq. Orada 

həm müalicə olunardınız, həm də xatirələrinizi diktə edərdiniz. 

O adam gecə-gündüz sizinlə bir otaqda yaşayacaq.

–  Mən  etiraz  etmirəm,  –  deyə  general  qocalara  məxsus  xoş 

təbəssümlə gülümsündü. – Onsuz da evdə tək-tənha darıxıram. 

Həkimlər  mütaliəni  də  mənə  çox  gördülər. Amma  bir  şeyi  də 

demək istəyirəm. Sizin o alim yoldaşın günahı nədi, sapsağlam 

ola-ola xəstə…

– Siz onun üçün narahat olmayın. O özü buna ürəkdən razı-

dır. Başa düşür ki, bu xatirələrin hər bir epizodu xalqın azadlığı 

yolunda  əzab-əziyyətlərə  dözən,  odlu  səngərlərdə  “Vətən  uğ-

runda!” deyib hücuma keçən əsgər və zabitlərə hava, su qədər 

gərəklidir.

– Mən hazıram, – general ürəkdən razılıq verdi. Gur səslə: – 

Bir  şərtlə  ki,  lap  uşaqlıqdan  başlayacağam.  Çünki  uşaqlığım 

mənim üçün çox əzizdir, – dedi. – Sizə onu da xatırladım ki, kiçik 

bir mülkədar olan atam İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 

1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Bizim ulu ba-

bamız Ağdolaq Məmmədağa Qazax qəzasında igidliyi ilə ad-san 

qazanıbmış. Onun iki oğlu olub. Böyük oğlu Şıxı çox ağıllı və 

sakit, kiçiyi Əli Qazax isə çox igid, amma dəlisov bir adam imiş. 

Mən  Əli  Qazaxın  nəslindənəm.  Əvvəllər  ikisi  də  Qazaxlı  kən-

dində  yaşayıblar.  Şıxının  övladları  artıb  böyüyəndə  görünür, 



Şəmistan Nəzirli

163


torpaq sahəsi azlıq edib. Ona görə də onlar bir qədər də qərbə 

köçüb – biri Sınıq körpünün yanında, o biri də Kürün sahilində 

kənd salıblar. İndiki Şıxlı kəndləri mənim ulu babamın adını da-

şıyır.


–  Eşitdiyimə  görə,  Sizin  böyük  şair  Molla  Vəli  Vidadiyə  də 

qohumluğunuz çatır?

– Çatır, oğul, – general fəxrlə izah etdi. – Mənim anam Şah-

yəmən  xanım  Vidadinin  dost-doğma  nəvəsidir.  O  dövrün  iki 

məşhur şairi də bizim nəslin yetişdirməsidir. Kazım ağa Salik və 

Mustafa ağa Arif Şıxlinskilər eşitmisənmi?

– Bəli, ədəbiyyat tarixində belə şairlər var. Amma heyf ki, çox 

az şeirləri bizə gəlib çatıb. O da Firidun bəy Köçərlinin xidməti 

sayəsində...

Alim hiss edirdi ki, danışmaq, o illəri xatırlamaq general üçün 

çətin də olsa xoşdur. Səhhəti ona imkan vermirdi. Həyəcanlanmış 

general durub rəfdən qalın bir kitab gətirdi. Vərəqləyib istədiyi 

səhifəni tapdı. Kresloda əyləşib dərindən nəfəs aldı. 

– Rəhmətlik Firidun bəy Köçərli gör nə qədər cünglərdə, boğ-

çalarda itib-batmaqda olan Azərbaycan şairlərinin şeirlərini üzə 

çıxartdı. Yəqin ki, bu kitabı oxumusunuz. Görürsünüzmü, Ka-

zım ağa Salikin, Mustafa ağa Arifin neçə şeiri verilib. Ömrünü 

Rusiyada sürgündə keçirən mayor Mustafa ağa da bizim nəslə 

mənsubdur. Mustafa ağa ilə Kazım ağa, deyilənə görə, qardaş, 

ya da əmioğlu olublar. Diqqət elə gör, qürbətdə Qazaxı xatırla-

yan Mustafa ağa Arif Salikə nə yazır:

 

Bilməm nə oldu bizim Qazax, Şəmsəddin,



Gəlmədi onlardan bir xəbər, yəqin.

Qəzayi-ilahi bu imiş həmin, 

Getdi əldən o dövranlar, ağlaram!

…Söhbət elə şirinləşdi ki, qonaq getməyi, general isə xəstəliyini 

unutmuşdu. Sanki onlar bir-birini neçə illər idi tanıyıb sevirdi. 

Alim  ürəyində  deyirdi:  “Hər  xalqın  təlxəyi  də  var,  məşhur 



General Əli ağa Şıxlinski və silahdaşları

164


sərkərdəsi də... Ağıllı xalq, şübhəsiz ki, sərkərdəsi ilə fəxr edir. 

Biz isə belə sərkərdəni itirib-axtarmırıq. Vaxtilə ”rus artilleriyası-

nın  allahı”  sayılan,  xalqımızın  hərb  tarixinə  şanlı  səhifə  yaza 

biləcək  insan  Cəfər  Cabbarlı  adına  küçənin  on  dörd  nömrəli 

evində tək-tənha ölümünü gözləyir”.

– Bəs hərbçi necə? Nəslinizdə Sizdən əvvəl hərbçi olubmu?

– Bizim nəsil cəngavərliyi, tündməcazlığı ilə tanınıb. Ona görə 

də bizi qəzada “dəliqazaxlı” adlandırıblar. 

Əli  Qazaxoğlu  nəslində  birinci  savadlı  adam  mənim  atam 

olub. O, 1804-cü ildə Rusiya-İran müharibəsində süvari dəstənin 

tərkibində vuruşmuşdur. Atam İsmayıl ağa döyüşdə xüsusi ilə 

fərqlənən, təltif olunanlar sırasında olub.

Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam 

isə mən olmuşam.

Atam rus dilini bilməsə də, görünür ona böyük hüsn-rəğbəti 

olub.  Məndən  iyirmi  beş  yaş  böyük  qardaşımı  çar  konvoyuna 

göndərib.  Qardaşım  atamdan  aldığı  maddi  yardımla  özünə 

müəllim tutub rus dilini öyrənir. Üç ildən sonra zabitliyə imta-

han verib, süvari zabiti adını alır. 

Mənə isə Avropa üsulunda hərbi təhsil vermək atamın ən bö-

yük arzusu idi. Ona görə də məni götürüb özü ilə Tiflisə apardı. 

Anamın  əmisi  oğlu  o  vaxt  çox  məşhur  olan,  savadlı,  bir  çox 

azərbaycanlıların  təhsil  almasına  yaxından  kömək  edən  Mirzə 

Hüseyn  əfəndi  Qayıbzadəyə  tapşırdı.  Bundan  sonrakı  bütün 

fəaliyyətim  üçün  həm  müəllimim,  həm  də  qayınatam  Mirzə 

Hüseynə borcluyam.

General susdu. Gödək saqqalını, qalın bığını fikirli-fikirli sı-

ğalladı.  Qonağın  sorğu-sualı  onu  həyatının  ilk  gənclik  çağına 

qaytardığından  ürəyindəki,  qəlbindəki  nisgili  də  tərpətmişdi. 

Görüşdüyü saysız-hesabsız əsgərləri, dostları, tanışları, hamısını 

elə  bil  qonaq  özü  ilə  gətirmişdi.  “Qayınatam”  deyəndə  istər-

istəməz, Nigarını xatırladı. Başını söykənəcəyə dirədi. Dünyanın 

ağrısı-acısı köksünü didirdi.

– Hə, oğul, deyəsən kitabın bir fəslini yazıb bitirdik. 



Şəmistan Nəzirli

165


Alim onun bərk yorulduğunu görüb ayağa durdu. Sağollaşıb 

ayrıldı. Söhbətdən sonra xeyli vaxt özünə gələ bilməyən general 

nahar  etməyi  də  unutmuşdu.  O,  fikrə  getdi.  Ötən  günlər  onu 

bərk yaxalamışdı. Diqqəti məchul bir nöqtədə ilişib qalan ev sa-

hibi fikrən hadisələri ilbəil bir-birinin yanına düzürdü.

…1908-ci il, iyirmi beş noyabr. Çarskoye-Seloda “Müqəddəs 

Georgi Pobedonosets” ordeni günü bayram edilirdi. Podpolkov-

nik Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi. 

O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə 

yuxarı dairələrdə də, orduda da çox nadir bir hadisə kimi danı-

şılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.

Əli ağanı məşhur Şipka qəhrəmanı, piyada generalı Nikolay 

Qriqoryeviç Stoletova burada təqdim etdilər. Hərbi sovetin üzvü 

N.Q.Stoletov çatılmış qaşları altından iri mavi gözlərini Əli ağa-

ya dikib, təmiz Azərbaycan dilində dedi: 

– Tanışlığımıza çox məmnunam, cənab polkovnik.

 Əli ağa donub qaldı. Ona elə gəldi ki, qulağı səsə düşüb. Ge-

neralın qarşısında hərbi qaydada farağat dayanıb təəccüblə: 

– Mən də həmçinin… – səsi qırıldı.

– Qulluğunuz necə keçir, füsunkar Qafqaz üçün darıxmırsı-

nızmı?

– İşin çoxluğu bəzən buna imkan vermir. Lakin vətən həmişə 



vətən olaraq qalır. Məgər onun üçün darıxmamaq olarmı?

– Çoxdanmı ayrılmısınız Qafqazdan?

–  Artıq  səkkiz  il  keçir,  cənab  general.  İcazənizlə,  soruşmaq 

istərdim, əgər sirr deyilsə, bizim dili belə təmiz kimdən öyrən-

mi siniz?

General gülümsünüb ərklə əlini Əli ağanın çiyninə qoydu:

–  Bu  dili  mən  sizinkilərdən  öyrənəndə,  yəqin  ki,  sən  onda 

uşaq idin. 1860-cı ildə Tiflisdə hərbi xidmətdə olmuşam. Sevas-

topol kompaniyasından sonra mənə ştabs-kapitan rütbəsi verib, 

Qafqaz ordusunun baş qərargahına göndərdilər. Orda cavan bir 

azərbaycanlı ilə tanış oldum. Bu adam ərəb, fars dilində yaxşı 

təhsilə malik olsa da, rus dilini çox zəif bilirdi. Bu dilə isə güclü 

marağı var idi. Biz onunla dostlaşdıq, belə qərara gəldik ki, mən 


General Əli ağa Şıxlinski və silahdaşları

166


ona rusca, o da mənə azərbaycanca dərs keçsin. Azərbaycan dili-

ni bilməyən adam Qafqazda çətin hərəkət edə bilər. Bunu Martı-

nov qülləsinin günahsız qurbanı, böyük şair Lermontov da etiraf 

etmişdir. Onu da deyim ki, Sizin Azərbaycan dili bir neçə dəfə 

Şibka döyüşlərində də köməyimə çatıb. Son həmlələrin birində 

əsir aldığımız məşhur türk sərkərdəsi Hacı Osman Paşanı mən 

azərbaycanca danışdıranda onun gözü kəlləsinə çıxdı. Dodaqaltı 

deyinib, hirslə gözlərini üzümə bərəltdi:

– Gavura satılan qafqazlı, – deyə məni təhqir etdi.

– Lütfən deyin, cənab general, o dərs aldığınız adamın adını 

xatırlamırsınız ki…

–  Əlbəttə,  xatırlayıram,  Mirzə  Hüseyn  əfəndi,  –  general  ani 

olaraq fikrə getdi.

Əli ağa Şıxlinski dərhal sevinclə soruşdu:

– Qaibzadə, eləmi?

– Bəli, məgər Siz də onu tanıyırsınız?

– Necə tanımayım. Hüseyn əfəndi mənim anamın doğmaca 

əmisi  oğludur.  Həm  də  mənim  qayınatamdır.  Mən  də  ondan 

dərs alıb bu rütbəyə çatmışam.

– Görürsünüz, tanış çıxdıq. Bu, çox yaxşı oldu. Axtarılsa, siz 

qafqazlılar  hamınız  bir-birinizə  qohumsunuz.  Vaxtınız  olanda 

bizə buyurun, cənab polkovnik, Sizi Qafqaz çayına qonaq edərik.

– Cənab general, icazə versəydiniz, mən də Sizi keçmiş dostu-

nuzun  qızı  Nigar  xanımın  bişirdiyi  Qafqaz  plovuna  dəvət 

edərdim…

– Böyük məmnuniyyətlə…

Əli ağa Şıxlinski Uzaq Şərqdəki xidmət illərini, Çinə səfərini, 

Rusiya-Yaponiya  və  Birinci  Dünya  müharibəsindəki  iştirakını, 

Azərbaycanda xidmətini, Nəriman Nərimanov, general Səməd 

bəy Mehmandarov, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, 

Mixail Frunze, Əbdülhəmid bəy Qaytabaşı kimi dövlət xadimi 

və məşhur sərkərdələrlə görüşlərini xatırlayır, titrək qələmi ilə 

xırdaca qeydlər edirdi.

O  gündən  unudulmuş  qoca  generala  fərdi  təqaüd  kəsildi. 

Həkimlər həyəcanlanmamağı tapşırırdılarsa da, bu, mümkün ol-


Şəmistan Nəzirli

167


murdu. Daim ön xətlərdə, müharibə meydanlarında döyüş əmə-

liyyatlarının mahir sərkərdəsi həyəcansız danışa bilmirdi.

1943-cü ilin aprelində kitabın son səhifələrini diktə edən ge-

neral vətəndaşlıq borcunu xatırlayaraq deyirdi: “İçərisindən çıx-

dığım  xalqıma  və  onun  özü  üçün  seçmiş  olduğu  hökumətə 

həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm”.

Bütün varlığı ilə xalqını sonsuz ehtiramla sevən generala nə 

kitabının çıxması, nə də xalqımızın cahanşümul qələbəsini gör-

mək qismət oldu. Gələcək nəsillərə onun böyük bir əmanəti qal-

dı. İbrətamiz həyat yolunu, hərbi xidmətini ayna kimi göstərən 

məşhur “Xatirələrim” kitabı ölümündən bir il sonra işıq üzü gör-

dü. Topçu hissələri ilə tankların açıq üsulu kimi ağıllı təklifləri 

düşməni məhv etməkdə döyüşçülərimizin köməyinə gəldi.

Dövlət mükafatı laureatı, hərbi elmlər doktoru, artilleriya tak-

tikası  professoru  Yevgeni  Zaxaroviç  Barsukov  kitaba  yazdığı 

müqəddimədə bunu bir daha təsdiq edirdi:

“Qızıl  Ordunun  artilleriyası  özünün  möhtəşəm  qüvvəsini 

yaradarkən təkcə bu günün nailiyyətlərindən istifadə etməmiş, 

təkcə gələcəyə baxmamış, eyni zamanda keçmişdən bütün fay-

dalı və lazım olanları da götürmüşdü. O, köhnə rus ordusunda 

olan ən yaxşı döyüş ənənələrini mənimsəmişdir.

Döyüş ənənələri və köhnə rus artilleriyasında yaxşı nə vardı-

sa, hamısı general-leytenant Əli ağa Şıxlinski ilə əlaqədardır”.

1944-cü ildə isə professor respublika Elmlər Akademiyasına 

göndərdiyi məktubda yazırdı:

“Hörmətli yoldaş Hüseynov! Əli ağa Şıxlinskinin kitabından 

altı nüsxə göndərdiyiniz üçün səmimi-qəlbdən təşəkkür edirəm. 

Həmin kitabları marşal Voronova, Yakovleva, Proçkoya, Xoxlov 

və Samsonov yoldaşlara vermişəm. 

Bundan əlavə, əgər mümkünsə, SSRİ EA Tarix İnstitutunun 

direktoru,  akademik  Qrekova,  bizim  şanlı  Qızıl  Ordunun  ko-

mandanlığının Əli ağa Şıxlinskinin “Xatirələrim” kitabı ilə ma-

raqlanan  bəzi  üzvlərinə  verməkdən  ötrü  daha  altı  nüsxə 

göndərməyinizi Sizdən xahiş edirəm”.



General Əli ağa Şıxlinski və silahdaşları

168


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin