İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
  1   2   3   4   5   6   7   8   9   ...   33


İran 

nümayəndə 

heyəti ATU-

da qonaq 

oldu

QIŞ İMTAHAN SESSİYASINA 

START VERİLDİ

“İlin ən yaxşı 

tələbə elmi 

tədqiqatçısı 

adı 

uğrunda” 

TƏHSİL  İSLAHATLARI  VƏ  ONUN  HƏYATA 

KEÇİRİLMƏSİNDƏ  KOLLEKTİV QARŞISINDA 

DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 22 (1597) 31 dekabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê



BU  SAYIMIZDA 

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Stomatoloji Klinikada eCligner 

metoduna aid konfrans keçirilib

6

Bir neçə dəqiqədən sonra 2013-cü il başlayır. 

2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 

2012-ci  ildə  Azərbaycanın  uğurlu,  dinamik 

inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran 

bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.

2012-ci  ildə  Azərbaycan  iqtisadiyyatı  uğurla 

inkişaf  etmişdir.  İqtisadiyyatda  yenə  də  inkişaf 

özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir 

ki,  qeyri-neft  iqtisadiyyatımız  təxminən  10  faiz 

artmışdır.  Bu,  onu  göstərir  ki,  bizim  iqtisadi 

islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox 

təsirlidir.

İqtisadiyyatımız 

çoxşaxəli 

iqtisadiyyatdır. 

Əminəm  ki,  gələcək  illərdə  ölkəmizin 

dayanıqlı  iqtisadi  inkişafı  üçün  əlavə  imkanlar 

yaranacaqdır.  Bütün  iqtisadi  göstəricilər 

çox  yüksək  səviyyədədir.  Yoxsulluq  6  faizə 

düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən 

artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində 

bir milyon 100 mindən çox iş 

yeri  açılmışdır.  İş  yerlərinin 

açılması  bilavasitə  işsizliyin 

aradan qaldırılmasına xidmət 

göstərmişdir...

...Bu gün biz, eyni zamanda, 

Dünya  Azər bay canlılarının 

Həm rəy lik  Gününü  qeyd 

edirik.  Bu  fürsətdən  istifadə 

edərək dünyada yaşayan bütün azərbaycanlıları 

səmimi  qəlbdən  salamlayıram,  onları  təbrik 

edirəm.  Onlara  bildirmək  istəyirəm,  fəxr  edə 

bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan 

dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün 

dünyanın  bir  nömrəli  beynəlxalq  qurumunun 

-  BMT  Təhlükəsizlik  Şurasının  üzvüdür.  O 

dövlətdir  ki,  hətta  böhranlı  illərdə  öz  iqtisadi 

inkişafını  davam  etdirmiş,  öz  daxili  resursları 

üzərində  güclü  iqtisadi  zəmin  yaratmış  və 

gələcəyə  böyük  ümidlərlə,  böyük  nikbinliklə 

baxır.

Mən dünyada yaşayan bütün azərbaycanlıları 



bu 

gözəl 


bayramlar 

həm 



Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni 

il bayramı münasibətilə bir daha ürəkdən təbrik 

edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, 

xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!»




Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin