İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
Akademik  Zərifə  Əliyeva  adına 

Beynəlxalq Elmi-Tibbi Mərkəz tərəfindən 

həkimlər üçün işlənib hazırlanmış, dün-

ya  standartlarına  müvafiq  tədris  proq-

ramı  Ukrayna  paytaxtındakı  P.L.Şupik 

adına  Diplomdansonrakı  Təhsil  Milli 

Tibb  Akademiyasının  Elmi  Şurasının 

qərarı ilə təsdiq edilib.

Elmi  Şuranın  həmin  qərarına  əsasən,  Uk-

rayna Elmi-Tədris İnfeksion Nəzarət Mərkəzi 

yaradılıb.  Mərkəzin  rəhbəri  vəzifəsinə  pro-

fessor Aydın Salmanov seçilib. Bu Mərkəzdə 

həkimlərin təhsilində akademik Zərifə Əliyeva 

adına  Beynəlxalq  Elmi-Tibbi  Mərkəzin  və 

P.L.Şupik  adına  Diplomdansonrakı  Təhsil 

Milli  Tibb  Akademiyasının  müəllimləri  iştirak 

edəcəklər.

Akademik  Zərifə  Əliyeva  adına  Beynəlxalq 

Elmi-Tibbi  Mərkəzin  rəhbəri,  həmvətənimiz, 

tibb elmləri doktoru, professor Aydın Salma-

nov AzərTAc-a müsahibəsində əmin olduğu-

nu  bildirib  ki,  Kiyevdə  həkimlər  üçün  tədris 

kursu  Avropa  İttifaqının  tələblərinə  riayət 

edilməklə yüksək səviyyədə keçəcəkdir.

Professor  qeyd  edib  ki,  bu  tədris  kursu 

səhiyyə işinin təşkilatçıları, infeksion nəzarət 

üzrə mütəxəssislər, hospital epidemioloqları, 

müxtəlif ixtisaslar üzrə həkimlər, mikrobioloq-

lar, klinik farmakoloqlar, mamalar, tibb bacıla-

rı,  habelə  I-lV  dövlət  akkreditasiya  səviyyəli 

tibbi profilli orta və ali təhsil müəssisələrinin 

müəllimləri  və  tələbələri  üçün  nəzərdə  tutu-

lub.


A.Salmanov  vurğulayıb  ki,  kurslarda  tibbi 

xidmətlər  göstərilməsi  zamanı  pasiyentlərin 

və  tibbi  heyətin  infeksion  təhlükəsizliyinin 

təmin  edilməsi  və  tibb  müəssisələrində  in-

feksion  nəzarət  sisteminin  tətbiq  edilməsi 

ilə  bağlı  məsələlər  müzakirə  olunacaq, 

xəstəxanadaxili  infeksiyaların  profilaktika-

sına  dair  tövsiyələr  veriləcək,  tibbi  yardı-

mın,  xəstələrə  sübut  təbabəti  prinsiplərinə 

əsaslanan  qulluq  göstərilməsinin  epidemi-

oloji  baxımdan  təhlükəsiz  standartları  və 

alqoritmləri nəzərdən keçiriləcəkdir.

Toplantını  giriş  sözüylə  açan 

universitetin rektoru, millət vəkili, 

akademik  Əhliman  Əmiraslanov  

TEC-in  yekun  elmi  konfrans 

keçirilməsinin artıq ənənəyə çev-

rildiyini,  hər il bu müsabiqəyə ən 

yaxşı  tədqiqat  işlərinin  təqdim 

olunduğunu  vuğuladı:  “Tələbə 

elmi işlərinə kafedralarda çox cid-

di yanaşılmalıdır. Çünki insanlar-

da  elmə həvəs, elmi- tədqiqatlara 

maraq  gənc  yaşlarında formala-

şır.  Mən  müsabiqənin  proqramı-

na    baxdım,  maraqlı  məruzələr 

olacaqdır.  Amma  bütün  kafed-

ralar    burada  təmsil  olunmur. 

Bilirəm ki, belə toplantılar il boyu 

fakültələrdə  də  keçirilir,  hazır-

lıqlar  aparılır,    tələbələrə  aktual 

olan  məruzələr  verilir  və  onların 

içərisindən  aktiv  seçmələr  olur. 

Lakin  buna  baxmayaraq  kafed-

ralarla  bu  istiqamətdə  işimizi 

gücləndirməliyik. Bir sözlə tələbə 

elmi  tədqiqatlarına  ciddi  yanaş-

malıyıq.  Əgər biz gənc yaşlarda 

tələbələrimizə  elmi  tədqiqatlara 

həvəs  yarada  bilsək  gələcəkdə 

onlar  bacarıqlı  elmi  tədqiqatçı 

kimi  yetişər,  çalışdığı  sahədə 

öz  layiqli  yerlərini  tuta  bilər. 

Ölkəmizdə  gənc  mütəxəssislərin 

elmi  tədqiqat  işlərinə  cəlb  olun-

ması üçün son vaxtlar xeyli işlər 

görülüb.  Bu  yaxınlarda  respub-

likamızda  ilk  dəfə  olaraq    “Elm 

Festifalı”  keçirildi. Bu tədbir  bi-

zim universitetdə də çox təntənəli 

şəkildə qeyd olundu. Mən  onda 

gördüm ki, salon dolub, hətta  yer 

olmadığından    bir  çox  insanlar 

ayaq  üstə  dayanıb    məruzəçiləri 

maraqla  dinləyirlər.  Orada    bi-

zim  gənc  mütəxəssislərimiz    və 

kafedra  müdirləri    biri-birindən 

dəyərli məruzələr etdilər.  Hesab 

edirəm ki, bu  tədbir gənclərimiz 

üçün çox böyük məktəb oldu. Bu-

rada  məqsəd  elmi  populyarlaş-

dırmaq üçün atılmış ən doğru  ad-

dım  idi.  Bundan  başqa  bilirsiniz 

ki,  bu  ayın  19-da  ölkə  tarixində 

ilk  dəfə  olaraq  Azərbaycan 

alimlərinin  I  qurultayı  keçirildi. 

Həmin  qurultayda dövlət qurum-

larının  nümayəndələri,  tanınmış 

alim və mütəxəssisləri, həmçinin 

dünyanın müxtəlif ölkələrində ya-

şayan azərbaycanlı alimlər iştirak 

edirdilər.  Qurultayda    elmimizin 

qarşısında  duran  problemlər 

barədə müxtəlif elm sahələri üzrə 

çıxışlar oldu. Nəzərə çatdırıldı ki, 

elm sahəsində  daha hansı işlər 

görülməlidir,  ölkəmiz  üzrə  han-

sı  elm  sahəsi  prioritetdir,  hansı 

elm  sahəsinə  daha  çox  diqqət 

yetirilməlidir, hansı sahədə uğur-

larımız  var,  və  yaxud  hansı  elm 

sahəsi  geridə  qalır  və  bu  kimi 

məsələlər  geniş  müzakirə  olun-

du.    Bütün  bunlar  onu  deməyə 

əsas  verir  ki,  tələbələrimizin 

gələcəkdə  elmi  tədqiqat  işlərinə 

cəlb olnması üçün indidən  əməli 

tədbirlər  həyata  keçirməliyik.  

Çünki  bu  günün  gənc,  istedadlı   

tədqiqatçısı  sabahın mükəmməl 

alimidir”.

Əhliman  Əmiraslanov  çıxışı-

nın  sonunda  bütün  universi-

tet  ictimaiyyətini  və  eləcə  də  

tədbir  iştirakçılarını    Dünya  

Azərbaycanlılarının  Həmrəyliyi 

günü  və  qarşıdan  gələn  Yeni 

il  münasibətilə  təbrik  etdi,  mü-

sabiqənin işınə uğurlar dilədi.

Sonra  universitetin  elmi  işlər 

üzrə prorektoru,  ə.e.x., professor 

İbrahim  İsayev  reqlamenti  elan 

edərək sözü tədqiqatçı tələbələrə 

verdi.


Əczaçılıq  fakültəsinin  IV  kurs 

tələbələri  Yana  Parfyonova    və  

Sərvinaz    Hacıyeva 


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin