ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   2   3   4   5   6   7   8   9   ...   33

General Əli ağa Şıxlinski  

Port-Artur döyüşlərində

Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş mey-

danlarında  yaponlarla  qarşı-qarşıya  gəlirlər.  Mən 

Port-Artur  uğrunda  gedən  döyüşlərdə  fərqlənmiş 

məşhur topçu Əli ağa Şıxlinskinin adını çəkə bilərəm. 

Bu ad rus hərbi elmi tarixində şöhrət qazanmışdır.

Səməd VURĞUN,

Xalq şairi

Port-Artur  döyüşlərinin  qala  müdafiəsi  zamanı  düşmən 

həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının ma-

hir ustası Əli ağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 

1904-1905-ci  illərdəki  hərbi  rəşadəti  bütün  Rusiyaya  yayılmışdı. 

Qısa  müddətdə  qəhrəmanlığı  altı  ordenə  layiq  görülən,  rütbəsi 

kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xati-

rələrim”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu 



Şəmistan Nəzirli

37

həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-də “Tərcüman” 



qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq:

“Dördüncü  Şərqi-Sibir  atıcı  artilleriya  briqadasının  kapitanı 

Əli ağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqqu zuna-

dək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi 

üçün ali ehtiramla – “İgidliyə görə” medalı və üstü yazılı Qızıl 

qılıncla təltif olunub”.

Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı 

günləri”  adlı  ikicildlik  monumental  əsərin  müəllifi  P.Larenko 

yazır ki, Laperov dağında batareya komandiri kapitan Əli ağa 

İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır. Bütün qafqazlı-

lar kimi cəsur olan komandir Kinjo döyüşlərində, “Zelyonnı” və 

“Volçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. 

Avqustun əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, av-

qustun onundan isə daima Laperov dağında döyüşlərdə olmuş-

dur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub 

həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə 

inamlı döyüşlər aparırdı.

Port-Artur  qalası  təslim  olandan  sonra  müharibədə  iştirak 

etməmək şərtilə yaponlar podpolkovnik Əli ağa Şıxlinskini ağır 

yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən 

də  tez  sağaldığından,  o  yenidən  Mancuriya  ordusuna  göndə-

rilməyi xahiş etdi. Lakin onu buraxmadılar.

Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə 

getmək istədiyini Əli ağa Şıxlinski “Xatirələrim” hərbi memua-

rında  daha  dəqiq  təsvir  edir.  O  yazır:  “Mayın  ikinci  yarısında 

mən Peterburqa gedib böyük knyaza təqdim olundum və Man-

curiya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən 

soruşdu:

– Siz oraya necə gedə bilərsiniz?

Onda  mən  hospitalımızdan  aldığım  şəhadətnaməni  ona 

göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissi-

yası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam 

almadan vətənimə qayıtmağa icazə vermişdir.



General Əli ağa Şıxlinski və silahdaşları

38

– Beləliklə, – dedim, – hazırkı müharibədə iştirak etməyə tam 



ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa 

müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.

Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yapon-

larla  vuruşmamaq  üçün  dillərindən  kağız  verərək  vətənlərinə 

qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, 

əlavə edib dedim:

– Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, 

bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada 

Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırla-

maqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa 

cür  düşünürdük.  Bu  zabitlərin  fikrincə  ordu  ancaq  qismən 

səfərbərliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada 

bizim  köməyimizə  heç  bir  ehtiyac  yoxdur.  Buna  görə  də, 

əsgərlərin  taleyinə  şərik  olmaq  lazımdır.  Belə  ki,  dilimdən  ya-

ponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən 

xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.

Sergey Mixayloviç əlilə işarə edərək dedi:

– Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”.

1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi ara-

yış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:

“Arayış  doqquz  saylı  ehtiyat  səhra  hospitalından  dördüncü 

Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə veri-

lir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərbi 

xidmətə yararlı olmadığı (Əli ağa Şıxlinski sol qıçından yaralan-

dığı üçün yapon həkimi arayışı belə yazmışdı – Ş.N.) müəyyən-

ləşdirilib. O, Rusiyaya buraxılır”.

Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab 

etməsinə baxmayaraq, dilindən yazılı iltizam verməyən Əli ağa 

Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək 

üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda oldu-

ğunu  bildirir.  Lakin  topçu  general-müfəttişi  knyaz  Sergey  Mi-

xayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” – deyir 

və onun yenidən cəbhəyə qayıtmasına qıymır.


Şəmistan Nəzirli

39

Onun  Port-Arturdakı  nümunəvi  döyüş  xidmətləri  “İgidliyə 



görə” sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs 

Anna” ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı 

“Müqəddəs Vladimir” ordeni, üzərində “İgidliyə görə” sözləri 

yazılmış  qızıl  silah  və  məşhur  “Müqəddəs  Georgi”  ordeninin 

dördüncü dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Tarixi Muzeyində generalın şəxsi əşyaları arasın-

da 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş 

“Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. Onu Əli 

ağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-

Artur şəhər sovetinin sədri podpolkovnik İ.A.Verşinin göndərib:



 

“Çox möhtərəm və əziz Port-Artur silahdaşım

Əli ağa Şıxlinskiyə

Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə  

komissarı və keçmiş Port-Artur şəhər  

sovetinin sədri A.Verşinindən

Ordu və donanmaya əmr

Qarnizonun  mərdliyi  və  mətinliyi  ilə  bütün  dünyanın  təəc-

cübünə  səbəb  olmuş  Port-Arturun  qəhrəmancasına  müdafiəsi, 

qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.

Ali  məhkəmə  qalanın  verilməsinin  müqəssirini  yerindəcə 

cəzalan dıraraq, igid qarnizonun unudulmaz hünərlərinin doğru-

luğunu tam əzəməti ilə bərpa etdi.

Port-Arturun cəsur müdafiəçiləri! Uzaq Şərqdə bizim istinad-

gahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına qəhrə-

manlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və rus 

ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.

Qədirbilən Rusiya Sizin ilə fəxr edir və Siz onun qarşısında 

borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan çı-

xarmayacaq.

Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:

II Nikolay, Çarskoye-Selo şəhəri”.

General Əli ağa Şıxlinski və silahdaşları

40

* * *



Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun 

“Port-Artur” və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi 

ədəbiyyatın qızıl fonduna daxil olmuşdur. İndiyədək on doqquz 

dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fran-

sız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir 

məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan Əli ağa 

Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.

“…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. 

Diviziya  rəisinin  yanından  çıxandan  sonra  İrman  cəld  xəstəlik 

haqqında raport və komandan Kondratenkoya müfəssəl məktub 

yazdı. Sonra isə məktubu Əli ağa Şıxlinskiyə verdi və dərhal ge-

neralın yanına getməsini əmr etdi. İrman kapitana xeyir-dua ve-

rib dedi:

– Sizdən çox şey asılıdır, Əli ağa.

–  Narahat  olmayın,  Vladimir  Aleksandroviç.  Əli  ağa  hələ 

indiyə kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqın-

lıq eləməyib. Əgər general Fok yeddinci diviziyanın yaponların 

zərbəsi altına salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun 

kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün 

bütün qüvvəmi əsirgəməyəcəyəm, – bunu deyib, Əli ağa Şıxlins-

ki sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı…”

Keçmiş  SSRİ  xalqlarının  bir  neçə  dilinə  tərcümə  olunan  bu 

qiymətli  roman,  təəssüf  ki,  hələ  də  Azərbaycan  mütərcimini 

gözləyir. Romanda təkcə kapitan Əli ağa Şıxlinskinin yox, həm 

də  general  Səməd  bəy  Mehmandarovun,  poruçik  Sadıqovun 

fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.

“…Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu 

yerə tərəf getdi. Yolda Əli ağa Şıxlinski də ona qoşuldu. İrmanın 

tapşırığı ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən 

getmək üçün onları xəbərdar etməli idi.

– Necə, artilleriya da bu sahəni tərk edir? – deyə Zvonaryov 

təəccübləndi.



Şəmistan Nəzirli

41

– Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər 



isə səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində 

istifadə etməlidir.

– Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən 

əvvəl yeni istehkam düzəltsin.

–  Ehtimal  ki,  yaponlar  istehkamları  sökdüyümüzü  görüb 

bizdən qabaq hücuma keçsinlər.

– Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, – Zvonar-

yov qərara gəldi və geri – Semyonovun qərargahına qayıtmaq 

istədi, lakin kapitan Əli ağa Şıxlinski təklif etdi ki, ora şəxsən özü 

getsin.


– Çox da narahat olmayın. Mənim briqada komandirim pol-

kovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun 

əmrinin əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən 

şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə 

dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr 

verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun 

batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qo-

yub getməyəcək, – Şıxlinski coşqun halda dilləndi. – Romanovs-

kinin  sağdakı  batareyasından  iyirmi  altıncı  polkun  qərarga hı-

nadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan 

hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına gedin”.

Əli ağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci 

rus yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından ma-

raqlı, elmi və bədii əsərlər yazan T.Borisov sonu faciə ilə bitən 

Rusiya-Yaponiya  müharibəsi  haqqında  1959-cu  ildə  Vladivos-

tokda “Portarturçular” adlı sanballı bir roman nəşr etdirmişdir. 

Müəllif sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus 

ustalıqla ön plana çəkir. Böyük hərarətlə, məhəbbətlə xalqımızın 

mərd  oğulları  Əli  ağa  Şıxlinski  və  Səməd  bəy  Mehmandarov 

haqqında  söhbət  açır.  İlk  gündən  Şıxlinskinin  batareyasında 

döyüşən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xa-

rakter və xasiyyətini daha dəqiq işıqlandırmışdır.



General Əli ağa Şıxlinski və silahdaşları

42

“Səhər saat onda batareyanın baş zabiti kapitan Əli ağa Şıx-



linski kazarmaya gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri 

burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının 

tükləri qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yu-

xarı dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ 

əllərinin ağ barmaqlarını arxasında tutmuşdu. Əli ağa Şıxlinski 

hamı ilə görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını 

oxudu:

– Antonov Valentin Pavloviç.



– Mən, – deyə o, cavab verdi.

– Sən az savadlısan?

Əsgər dolaşıq sözlərlə nəsə dedi. Kapitan, Morozovu çağırdı:

–  Sənin  də  savadın  yoxdur,  bu  necə  olur?  Böyük  şəhərdən 

gəlibsən, amma heç bir təhsilin yoxdur. – Sonra üzünü divizio-

nun əsgərlərinə tutub: – Siz niyə oxumayıbsınız?

Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.

Kapitan Əli ağa Şıxlinski sıranın önündən keçib, əlində yeni 

çağırılmışların  siyahısı  olsa  da,  gülümsəyə-gülümsəyə,  bir-bir 

onların soyadını, adını, atasının adını çəkdi.

– Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımı-

zı  doğruldacaqlar…  Pribaltika  quberniyalarındakı  və  Mərkəzi 

Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı deyil, artille-

riyaçı mükəmməl biliyə malik olmalıdır. – Kapitan Şıxlinskinin 

sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq göz lə-

rində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət 

edə-edə  onlara  göstəriş  verirdi:  –  Başını  düz  tut,  sağ  çiynini 

əymə, – deyə kapitan, Pudovnikə müraciət etdi. – Sən məh kəmə 

palatasında çoxmu işləyibsən? 

– İki il? 

– Bəs ona kimi harada işləyibsən?

– Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.

– Sənin xəttin yaxşıdırmı?

– Mirzəliyi istəmirəm, zati-aliləri…



Şəmistan Nəzirli

43

– Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, ya-



zılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey İosi-

foviç! Sən usta-çilingərsən?..

“Yaddaşa  bax,  yaddaş  belə  olar,  siyahını  bircə  dəfə  oxuyan 

kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadın-

da saxladı”, – Pudovkin fikrə getdi”.

Port-Arturdakı  oktyabr  döyüşlərində  Əli  ağa  Şıxlinskinin 

qəhrəmanlığını  əyani  əks  etdirən  tarixi  sənədlər  də  az  deyil. 

1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin salnaməsi” 

almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yed-

dinci səhifəsində bu barədə oxuyuruq:

“Müqəddəs  Georgi”  ordenli  süvari  dumasının  təqdimatına 

əsa sən  Əlahəzrət  imperator  –  1905-ci  il  oktyabrın  3-də  böyük 

hörmət göstərərək, Port-Arturun müdafiəsində şücaəti ilə fərq-

lənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və 

bu istehkamın digər qurğularını artilleriya briqadasının podpol-

kovniki Əli ağa Şıxlinskini dördüncü dərəcəli şəhid və müzəffər 

Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əli ağa Şıxlinski 

bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbata-

reyanın  nişançıları  həlak  olduğundan  çox  vaxt  topları  şəxsən 

özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur 

etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon 

piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur…”

* * *

Şahzadə  Bəhmən  Mirzə  Qacarın  1905-ci  ildə  Port-Artur 

döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu 

Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada 

malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vla-

diqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov ala-

yında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski 

alayına  dəyişdirilmişdir.  Port-Artur  döyüşlərində  həlak  olan 

podpolkovnik  Əliqulu  Mirzə  Qacar  döyüş  xidmətlərinə  görə 

“Müqəddəs Stanislav” ordenilə təltif olunmuşdur. 


General Əli ağa Şıxlinski və silahdaşları

44

Bu barədə “Tərcüman” qəzeti 1905-ci il 18 fevral tarixli sayın-



da yazırdı: “Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə 

imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum pod-

polkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, 

Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir”.

Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və 

zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyu-

maq  qismət  olmadı.  Vətəninə,  Bərdənin  İmamzadə  qəbiristan-

lığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara 

ona görə qismət oldu ki, şahzadə nəslindən idi. Səksən ildən çox 

sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu 

nəsillərə belə ehtiram göstərirdi.

Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qa-

rabağın Şuşa şəhərində anadan olmuşdur.

İllər keçir, eloğullarımızın Rusiya-Yaponiya müharibəsindəki 

hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olun-

mamış  qalır.  Açılmayan  qovluqlar  öz  yazıçısını,  tədqiqatçısını 

gözləyir.

Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə 

görə “Artilleriyanın allahı” sayılan alim-general Əli ağa Şıxlinski 

fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu 

həmişə iftixarla yad edirəm.

* * *


Dost  sözü:  –  Əziz  Şəmistan,  “Port-Arturun  azərbaycanlı 

qəhrəmanları” oçerkini birnəfəsə oxudum. Sənin yazıçı-jurnalist 

qeyrətinə heyrət etdim. Arxivlərin kəsif qoxulu tozunu udaraq 

belə gözəl tədqiqatı ərsəyə gətirdiyinə görə sənə “sağ ol” deyir 

və ürəyimdə təsis etdiyim qeyrət ordeni ilə təltif edirəm.

Öpürəm,  bağrıma  basıram.  Sən  xalqımızı  nə  qədər  böyük 

məhəbbətlə sevirsən.

yazıçı qardaşın Əmir Mustafayev,

“Azərbaycan” qəzetinin Baş redaktoru,

20 dekabr 2001-ci il


Şəmistan Nəzirli

45

Tarixi romanlar müəllifi Aleksandr Nikolayeviç  



Stepanovun (1892-1965) “Zvonaryovlar ailəsi”  

romanından kiçik bir parça

1

...Bu yaxınlarda general Əli ağa Şıxlinski burada olmuşdu. Siz 

onu  Port-Arturdan  tanımalısınız.  İndi  o,  böyük  knyaz  Sergey 

Mixayloviçin sərəncamındadır.

– Şıxlinski yaxşı yadımdadır. Orada kapitan idi. Ayaqlarından 

ağır yaralanmışdı, odur ki, yaponlar onu Rusiyaya buraxmışdı-

lar.  Generallığında  rast  gəlməmişəm.  Bu  müddətdə  dəyişib-

dəyişmədiyini deyə bilmərəm, – Boreyko cavab verdi.

Koçarovski rişxəndlə:

– Sizcə, belə çıxır ki, o da başqa generallar kimi ağıl sarıdan 

geriləyib? – dedi.

– Zati-aliləri, rəyindən daşındırmağa cürət etmərəm.

– Əhsən Şıxlinskiyə, əzmkar, başbilən adamdır, həm də bö-

yük diplomat, knyaz kimi dərəbəylə dil tapa bilib. Hə, Şıxlinski 

deyirdi ki, Ali komandanın qərargahı nəzdində komandanlığın 

gücləndirmə  vasitəsi  olası  fövqəlağır  artilleriya  yaratmaq 

istəyirlər.

Boreyko:


– Yəni almanların qırx santimetr ölçülü, dəmiryol platforma-

larında  gəzdirilən  topları  kimi?  Belələrini  Novogeorgiyevsk 

ətrafında  uzaqdan-uzağa  görmüşdüm.  Özü  də  ən  yaxşı  isteh-

kamlarımızı necə alt-üst elədiklərinin şahidi olmuşdum, – dedi.

– Yox, tam eyni deyil! Qərb cəbhəsində bizim müttəfiqciyəzlər 

olmazınca güclü toplar tətbiq etmişlər, on iki düymlü qaubitsa 

da, uzaqvuran toplar da. Bizlərdə də nəhəng toplardan ibarət bir 

sıra divizionlar yaradılır...

1   A.Stepanovun romanından bu parçanı kitaba ona görə əlavə etdik 

ki, general Əliağa Şıxlinskinin Birinci Dünya müharibəsindəki fövqəladə 

igidliyi burada (Bax: “Zvonaryovlar ailəsi” (rusca), II kitab, Moskva, 1963-

cü il nəşri) işıqlandırılır – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

46

...Əli ağa Şıxlinskidən bu barədə eşidən kimi, sizin batareya-



nız yadıma düşdü...

...Bir neçə gündən sonra batareya şose yolu ilə irəliləyərkən, 

Koçarovski  ilə  rastlaşdı.  Generalı  iki  zabit  də  müşayiət  edirdi. 

Boreyko əvvəl onları tanıya bilmədi.

Kapitan “farağat” əmri verib atını Koçarovskiyə sarı sürdü. 

General yanındakı atlıya işarə etdi və Boreyko Əli ağa Şıxlinskini 

tanıdı.

– Əli ağa! – sevincindən qışqıran Boreyko tez də özünü ələ 



alıb əlavə etdi: – Zati-aliləri!

– Köhnə dostlar üçün mən həmişəki kimi Əli ağayam. Xahiş 

edirəm, elə belə də deyəsiniz.

Batareya  gecələmək  üçün  düşərgə  salanda,  hər  iki  general 

yenə  də  Boreykoya  baş  çəkdilər.  Boreyko  Novogeorgiyevsk 

hadisələrini ətraflı danışdı. Şıxlinski qulaq kəsilib bloknotunda 

nə isə yazırdı.

– Bütün danışdıqlarınız olduqca ibrətamizdir. Qalaların ömrü 

ötüb  keçməsi  barədə  qənaətim  təsdiqlənir.  Komandanlığa  da 

beləcə çatdıracağam, – deyə Şıxlinski öz mülahizələrinə yekun 

vurdu...

* * *


...Boreyko öz zabit və əsgərləri ilə gəlib çıxdı. Qərargaha yal-

nız zabitlər yollandı. General Əli ağa Şıxlinski onları dostcasına, 

köhnə portarturlu silahdaşları kimi qarşıladı, hansı batareyada 

xidmət etmək istədiklərini soruşdu. Boreyko dilləndi:

– Ən ümdəsi, xahiş edirik, bizi ayırmayasınız, hamınızı zabitli-

əsgərli bir batareyaya göndərəsiniz.

– Neynək, bu yaxşı olar, – general ümid verdi.

– Həm də ən böyük topları olan batareyaya, – kapitan sözünə 

davam etdi.

– Deməli, sizi təşkil olunan “Vikkers” topları batareyalarına 

yollayacağıq,  orada  avadanlıq  qəlizdən  qəliz,  atəşaçma,  səhih-

ləşdirmə qaydaları isə hələ pis işlənmişdir. Qoşqu yalnız mexa-



Şəmistan Nəzirli

47

nikidir. Sizin topçular batareyanın özülünü təşkil edəsidir. Həm 



də batareyanın sərəncamına hidrogenlə qalxan aerostat da veri-

lir.  Uçuculuq  peşəsinə  də  bələd  olmaq  gərəkdir.  Bu  iş  üçün 

zabitlərdən birini ayırın...

...Moskva  xəfiyyələri  heç  də  mürgü  vurmurdu,  yeni  təşkil 

edilən hissələrdə siyasi cəhətdən etibarsız əsgərlərin çox olduğu-

nu  bilib  gözlənilmədən  Boreykonun  batareyasına  soxuldular. 

Kapitan  bu  barədə  Zuyevə  xəbər  verməyə  macal  tapdı,  yasaq 

ədəbiyyatı  cəld  seyfdə  gizlətdilər.  Batareyanı  ələk-vələk  edən 

jandarmların əli boşa çıxdı. Hirsdən boğula-boğula Əli ağa Şıx-

linskinin yanına gedib şikayətləndilər. General onlara... o batare-

yanın ərazisindən tezcə mürəxxəs olmağı təklif etdi.

–  Bizim  gördüyümüz  bütün  əməliyyat  tamamilə  məxfidir, 

odur ki, burnunuzu buraya soxmaq rəva deyil. Bir də gözümə 

dəysəniz,  alman  casusları  kimi  tutduracağam,  –  deyə  general 

Şıxlinski çaşbaş qalan jandarmların köpünü yatırtdı.

Bir  neçə  gündən  sonra  ucqar  barıt  anbarının  gözətçi  mən-

təqəsində keşikçi – Boreyko batareyasının topçusu – gecə vaxtı 

anbarın yanından keçən əsgəri güllə ilə vurmuşdu. İstintaq baş-

landı...

...Hamıya məlum oldu ki, barıt anbarı yanında vurulan jan-

darm agenti imiş.

...Başqa batareyaların döyüşçülərindən Lejnyev casus “yığış-

dırılan” günü qonşu xutorda keçirilən əsgər məşvərətindən də 

xəbər tutmuşdu. Jandarm agenti bu yığıncağa gələndə əsgərlər 

duyuq düşür. Bütün “qiyamçı” çıxışları, bolşeviklərin soldatlara 

müraciətnaməsi,  soldatların  oradaca  tərtib  etdiyi  cavabı  din-

ləməyə  casusa  imkan  verirlər...  O  da  ağzını  açıb  qulaq  kəsilir, 

taxt-taca, əlahəzrət çara sədaqətlə xidmət etdiyinə görə sinəsinə 

taxılacaq  ordeni,  vəzifəsinin  böyüdülməsini,  mükafat-filanı 

xəyalına gətirirdi... Natiqlərin adlarını, üsyankar sözlərini yadda 

saxlamağa çalışırdı. Xəbəri yox idi ki, əsgərlər sıxlaşıb onu araya 

almışlar. Haçandan-haçana, yığıncaq qurtarandan sonra əsgər-

lərin  lal-dinməz,  tərs  baxışlarından  sivrişib  çıxa  bilməyəndə 


General Əli ağa Şıxlinski və silahdaşları

48

ürəyinə  bəd  güman  damdı.  Dağılışan  soldatlara  qoşulmaqdan 



başqa əlacı qalmadı. Bilirdi ki, yol barıt anbarının yanından ke-

çir. Əsgərlər də bunu bilirdi. Odur ki, yaxa qurtarmağa can atan 

casus əl-qol ata-ata, qaça-qaça haray salanda onu tutub saxlayan 

olmadı. Güllə səsləndi, əlləri zalı qalan kölgə tirtap yerə bərələndi. 

Əsgərlər tələsik öz batareyalarına yönəldilər.

Jandarmlar çox baş sındırsalar da, casusu dübbədüz qarovul-

çunun  üstünə  gətirənin  kim  olduğunu  yəqin  edə  bilmədilər. 

Buna baxmayaraq, batareyadan az qala on əsgərin həbs olunma-

sını qət etdilər. Yalnız istintaqın dayandırılmasını tələb edən ge-

neral Şıxlinskinin işə qarışması topçuların başının üstünü alan 

bəlanı sovuşdurub onları xilas etdi...

O, “qətl haqqında iş”in göndərildiyi jandarm idarəsində:

– Mən bu əsgərləri tanıyıram, – deyə həyan çıxdı. – Hələ Port-

Artur vaxtlarından, komandirləri də, özləri də əla, etibarı əsgər-

lərdir. Onlar həbs olunsa, mən batareyanın vaxtında döyüş ha-

zırlığını təmin edə bilməyəcəyəm.

Şıxlinski jandarmların onun nəzarətində olan işlərə qarışma-

sına qarşı qəti etirazını bildirdi.

– Başa düşün, axı mənim sərəncamıma ən yeni sistemli tolar 

tapşırılıb. Siz isə bir ucdan bağışlayın, bu gicbəsərləri çuğulçu-

luq  etməyə  göndərirsiniz.  Cənablar,  məni  xəfiyyələrdən  uzaq 

tutun. Əks təqdirdə onları öz ərazimdə görsəm, hissədən qov-

malı olacağam.

Beləliklə, bu “arxa” hücumu da dəf olundu.

Zaman ötdü, yeni – 1916-cı il gəldi. Yazda bütün cəbhə boyu 

almanlara qarşı aparılası hücumdan söz-söhbət yayıldı. Əlahiddə 

ağır artilleriyanın təşkilini tezliklə qurtarmaq lazım idi. İndən belə 

jandarm böhtanlarına məhəl qoyan olmadı. İş yoluna düşdü.

...Vyazma  səfərlərinin  birində  Vaya  Şıxlinski  ilə  tanış  oldu. 

Onlar hələ Port-Arturda rastlaşsa da o vaxt Əli ağa yeniyetmə 

qıza  diqqət  yetirməmişdi.  Şıxlinskinin  həyat  yoldaşı  Nigar  xa-

nım


1

... Tiflisdə “Müqəddəs Bina” İnstitutunu bitirmişdi...

1

  A.Stepanovun romanında səһvən “Tamara xanım” deyilir – Ş.N.



Şəmistan Nəzirli

49

...Divizion gəlib çıxanda Boreyko öz batareyaları üçün tapşı-



rıq almaq məqsədilə Birinci Qvardiya korpusunun qərargahına 

yollandı.  Qərargahda  iki-üç  gün  ərzində  alman  müdafiəsini 

cəbhə boyu altı verst geninə darmadağın etməyi lazım bildilər. 

Boreyko çarəsiz qaldı. Reynin nüfuzuna istinad edərək topların 

bu vurhavura tab gətirməyəcəyini, qərargah tapşırığının baş tut-

mayacağını bildirdi. Qərargah işçiləri təəccübləndi:

– Siz də bu işin öhdəsindən gələ bilmirsinizsə, bəs onda alman 

müdafiəsini kim dağıdasıdır?

Xoşbəxtlikdən, qərargaha general Əli ağa Şıxlinski gəldi. O, 

dərhal işdən agah olub günü sabah bu barədə sanballı rəy hazır-

lamağa söz verdi.

...General qərargahın hərbi əməliyyat şöbəsinə baş çəkib al-

man istehkam xətlərinin düzümü-biçimi haqqında əldə olan ma-

terialları araşdırmağa başladı. Alman istehkamlarının aerofoto-

şəkillərinə Əli ağa xüsusi diqqət yetirdi. Şəkillər o qədər də ya-

rarlı-karlı olmadığından general sabaha özü təyyarə ilə kəşfiyyata 

çıxmaq fikrinə düşdü.

General Şıxlinskinin bu fikri qərargahı heyrətə gətirdi. Hələ 

generalların yavaş uçan, gücsüz-təpərsiz, köhnəlmiş təyyarələrdə 

uçmağı görünməmişdi, o təyyarələr ki, fransızlar, ingilislər rus 

ordusu üçün üçqat baha qiymətə satıb calayırdılar. Di gəl, rus 

təyyarəçiləri, “uçan tabut” adlandırdığı bu aeroplanlarda daha 

iti, daha uca uçan, daha möhkəm və çevik olan “yunkers”lərə 

üstün gəlməyə nail olurdular.

Şıxlinskini “ağılsız” niyyətindən daşındırmağa çalışırdılar.

O isə qara gözləri parlaya-parlaya gülümsünürdü:

– Xeyr, cənablar, səhv edirsiniz. Təyyarələr yeni imkanlar açır: 

havadan döyüş meydanının nəhəng bir mənzərəsini müşahidə 

etmək olur. Mən şəxsən hücuma keçəcəyimiz üçün sahəni uçub 

dolanacağam, – deyə general qətiyyətlə bildirdi.

Boreyko generalı yanlayıb onu da təyyarə səfərinə aparmağı-

nı xahiş etdi. Şıxlinski razı olmadı.



General Əli ağa Şıxlinski və silahdaşları

50

– Canım, mənim öz çəkim yeddi puddan on girvənkə az olar-



olmaz, siz də, maşallah, geriyə qalmazsınız. İkimizi birdən qal-

dırmaq  hər  təyyarənin  xörəyi  deyil,  ya  da  benzini  az  götürəsi 

olacaq,  onda  da  sahəni  dolanıb  əməlli-başlı  nəzərdən  keçirə 

bilməyəcəyik.

Qərara gəldilər ki, Boreyko general qayıdandan sonra uçsun, 

Şıxlinskinin aldığı məlumatı tamamlayıb dəqiqləşdirsin.

Kəşfiyyat uçuşunu səhər tezdən aparmağı qət etdilər, günəş 

şərq tərəfdən boylananda düşmən istehkamlarını daha yaxşı gö-

rüb seçmək olardı.

Hələlik Əli ağa Boreyko ilə topların bərbad halda olduğunu 

öz gözüylə görmək üçün batareyaya yollandı.

– Bizim müttəfiqlərimiz az aşın duzu deyillər ha! Əlinə keçən 

dəmir-dümürü üçqat qiymətə sırıdıqları bəs deyil, hələ naşükür 

deyə qınayırlar da. Ali komandanın qərargahında da əcnəbilər 

meydan  sulayırlar.  Bütün  əməliyyat  planları  müttəfiqlərin  ko-

mandanlığı ilə razılaşdırılır. Daha doğrusu, onlar bizə buyurur, 

biz də əməl etməyə can atırıq.

Bizim hücumumuz fransızlar üçün Verdenin qurtuluşu oldu, 

yoxsa  almanların  əlinə  keçəcəkdi.  İtalyan  ordusunu  Kaporetto 

ətrafında darmadağın olunmaqdan xilas edən də bizlərik. Avs-

triyalılar  çoxdan  Venesiyada  oturası,  italyanlar  isə  oyundan 

kənar qalasıydı. Bir sözlə, biz hamını qanımızın bahasına xilas 

edirik, – Şıxlinski yana-yana danışırdı.

–  Bütün  bunlara  bais  ən  əvvəl  çar  hökumətidir.  Yapon 

müharibəsindən sonra inqilabı boğmaq üçün nə qədər ağır borc-

lara düşdü. İndi o borcları əsgər qanımızla ödəyirik, – qanıqara 

Boreyko gözünü generala dikmişdi.

– Paho, Boris Dmitriyeviç, deyəsən siz də azad fikirlilərdən-

siniz! – zarafatla dillənən Şıxlinski dostunu qıyqacı süzdü. Pod-

polkovnik sözün altında qalmadı:

– Port-Arturdan sonra hamımız azadfikirli olmuşuq, Əli ağa. 

Siz özünüz də. Amma mən düşündüyümü deyirəm, sizsə, hələlik 

susursunuz.


Şəmistan Nəzirli

51

General dostcasına tövsiyə verirmiş kimi, yaxud tabeliyində 



olanı qınayırmış kimi dilləndi:

– Hələ ki, hər ikimiz dilimizi uzatmasaq yaxşıdır. Əli ağada 

general təkəbbüründən əsər-əlamət yox idi... Şıxlinski hərbi aka-

demiyanı  bitirməsə  də,  fitri  zəkası,  praktik  fəhmi  topçuluq 

məsələlərində ona böyük nüfuz qazandırmışdı.

Şıxlinski hünərvərliyi dillərdə dastan olmuşdu. Odur ki, onun 

top hədəflərini müəyyənləşdirmək üçün təyyarə ilə havaya qal-

xıb  artilleriya  kəşfiyyatı  aparmaq  arzusu  Boreykonu  heç  də 

təəccübləndirmədi.

Ertəsi günü, dan yeri ağaran kimi Şıxlinski və Boreyko hərbi 

uçarlığa  gəldilər.  Qırıcı  təyyarə  sayılan,  sürəti  saatda  üç  yüz 

kilometrə  çatan  “Nyupor”da  uçmağı  rəva  bilmişdilər.  Uçuşun 

ən yüksək həddi dörd kilometrə yaxın idi. Silah-sursat propelle-

rin tuşundan atəş açan pulemyot, bir neçə bombadan ibarət idi. 

Əli ağa pilotun arxasındakı kabinəyə özünü birtəhər pərçim etdi. 

Aşağıları müşahidə etmək üçün təyyarənin yan tərəfindən boy-

lanmaq  lazım  gəlirdi. Alatoranlı  sübh  çağı  idi. Ağaran  duman 

zolaqları  torpağın  əyrisini-düzünü  gizlədirdi.  Təyyarə  çəpəki 

dolaylarla  yavaş-yavaş  yüksəkliyə  varırdı.  Tezliklə  o,  durbinlə 

də  çətin  sezilən  xırda  qara  nöqtəyə  döndü.  Lazımi  yüksəkliyə 

qalxandan  sonra  pilot  təyyarəni  düşmən  mövqeləri  səmtinə 

yönəltdi.  Alman  istehkamları  üzərinə  yetər-yetməz  neçə-neçə 

zenit topları onlara atəş yağdırdı. Təyyarənin yan-yörəsində tez-

tez  mərmi  partlayışları  bulud-bulud  ağardı.  Boreyko  durbinlə 

təyyarəni diqqətlə izlədərək dilləndi:

–  Ətrafında  dəqiqə  başı  mərmi  partlaya-partlaya  yerüstü 

hədəfləri ayırd eləmək çətindən çətindir.

Təyyarəni izləyən pilotlar o qədər də nigarançılıq keçirmirdilər.

–  Zenit  topundan  təyyarəni  vurmaq  ehtimalı  cüzidir.  Daha 

qorxulusu  alman  yunkerlərinin  havada  görünməsidir.  Onlar 

bizimkilərdən  həm  sürətli,  həm  çevikdir.  Əlbəttə  ki,  asanlıqla 

təyyarəmizi haqlayıb vura bilərlər.



General Əli ağa Şıxlinski və silahdaşları

52

Budur, üfüqdə güclə sezilən nöqtə peyda oldu. Təyyarəçilər 



dərhal təşvişə düşdü.

–  İki  “Yunker”  bizim  “Nyupor”un  yolunu  kəsdirməyə  cu-

mub. Tez qayıtmaq lazımdır!

Boreyko  durbinlə  Əli  ağanın  hələ  də  davam  edən  uçuşunu 

izləyirdi. Təyyarə birdən-birə geriyə dönüb başıaşağı şütüməyə 

başlasa da, düşmən onu haqlayırdı. Yerdəkilər ürəyi üzülə-üzülə 

havada baş verənlərə baxırdı. Qəfildən yaxınlıqda dabanbasma 

top  gurultuları  ucaldı,  “Yunker”lərin  ətrafında  sıx-sıx  mərmi 

partlayışları tüstüləndi. “Yunker” enməkdən əl çəkib biryolluğa 

bir neçə qəlpə saçan bomba yağdırdı. Bombalar yerə qonmağa 

üz qoyan “Nyupor”un yaxınlığında partladı.

Uçuşdan  sonra  nəfəsini  dərən  Şıxlinski  təyyarədən  gördük-

lərini xəritədə qeyd etməyə başladı.

–  Təyyarədən  müşahidə  aparmaq  çətindir.  Çox  şeyi  görə 

bilmədim. Xülasə, almanların üç müdafiə xətti var. Biri çay boyu 

uzanır, oradan altı cərgə tikanlı məftil çəkilmiş, bir verst aralı – 

ikinci xətdir, dörd cərgə məftili var, yəqin bu xətt nisbətən zəifdir. 

Onların da arxasınca, üç verst aralı, daha bir xətt də keçir, çox 

möhkəmdir,  on  cərgə  məftillə  çəpərlənmiş,  istehkam  nöqtələri 

də əsaslı-köklüdür. Belə bir tilsimi qırıb keçmək asan deyil. Ağır 

toplarımız  yalnız  ön  xətti,  uzaqbaşı  ikinci  xətti  dağıda  bilər, 

üçüncüyə isə mərmiləri çatmayacaq. Hərbi sursat da, əlbəttə, ol-

duqca çox sərf olunacaq. Hava kəşfiyyatının məlumatını yerüstü 

kəşfiyyatla səhihləşdirib tamamlamaq lazımdır. Onu da deyim 

ki,  bu  sahədə  alman  mövqelərinə  doğru  qoşun  axışmaqdadır. 

Cəbhə  arxasında  stansiyalar  eşelonlarla  doludur.  Yəqin  ki, 

düşmən məhz bu sahədə zərbə vuracağımızı gözləyir.

...Boreyko  alman  batareyalarının  mövqeyi  barədə  məlumatı 

xeyli dəqiqləşdirməyə nail oldu...

– ...Bizdə min iki yüz iri çeşidli mərmi var. Olan-qalan hərbi 

sursatımızdır.  Özü  də  toplarımız  yalnız  yüz  atıma  tab  gətirə 

bilər. Deməli, toplarımız atəş açarkən dəvamət həddini haqlaya-

caqlar. Ən başlıcası isə odur ki, bunca bol mərmi işlətsək də al-


Şəmistan Nəzirli

53

manların güman ki, tək-tük atəş nöqtələri salamat qalacaq, hü-



cum edən hissələrimiz olmazınca tələfata uğrayacaqlar, – Borey-

ko xəbərdarlıq edirdi. 

Şıxlinski:

–  Bəs  bu  açıq-aydın  həqiqəti  generalların  başlarına  necə 

yeridəsən? – dedi.

– Qvardiya dəstəsinin qərargahına gedək, necə olursa olsun 

qərargah rəisi... Qraf İqnatyevlə görüşək. Olsun ki, o bizi başa 

düşər, alayları hücuma atıb bada verməz.

Şıxlinski şübhə ilə:

–  Heç  yerdə  qərargahdakı  qədər  hamı  şan-şöhrətə  can  atıb 

tələfatı vecinə almayan yoxdur, – dedi, – iyulun on beşində gene-

ral Bezobrazovun ad günüdür. Adətən onu çar özü təbrik edir. 

Odur  ki,  əlahəzrətin  təbrikini  rəşadətli  çar  qvardiyasının  zəfər 

xəbəri ilə qeyd etməyə can atırlar, – Əli ağa acı-acı gülümsədi.

– Bu lap dəhşətdir! – Boreyko qəzəbləndi.

– Rasputinçilikdən betər! Eh, ürəyimə damıb ki, dul qalanla-

rın göz yaşları yerdə qalmayacaq!

* * *


...Ertədən Şıxlinski, Reyn və Boreyko Zuyevin müşayiəti ilə 

Rojitse stansiyasının yaxınlığında, müdafiənin ön xəttindən on 

beş kilometr aralı yerləşən qvardiya qərargahına yollandılar...

Boreyko təklifini bildirdi:

– Hücumu avqustun birinədək təxirə salmalı, azı iki min ağır 

mərmi daşıyıb gətirməli, bu sahədə əlavə olaraq iki-üç güclü top 

divizionu cəmləşdirməliyik.

Bezobrazov:

– Ali komandanlıq qərargahının razılığı olmadan bu iş müm-

kün deyil.

Şıxlinski yığıncaqda Ali qərargah nümayəndəsi olduğundan 

ona  Mogilyova,  qərargah  yerləşdiyi  yerə  dərhal  yollanmaq, 

məsələni orada təcili surətdə aydınlaşdırmaq həvalə edildi...


General Əli ağa Şıxlinski və silahdaşları

54

...Batareyada Varya yenicə Ali qərargahdan qayıdan Şıxlinski 



ilə rastlaşdı. General qaşqabaqlı idi, dinib-danışmırdı. Hətta Var-

ya ilə dilucu soyuqca salamlaşdı. Zvonaryova – Şıxlinskinin da-

rıldığını duyub batareyada bir yeni xəbər eşitsin deyə topçuların 

yanına getdi. Bloxinin qanı qara idi. O, yuxarıdakıların ucbatın-

dan, heç bir lüzum olmadan böyük qırğın verəcəyinə əmin idi.

– Nə olaydı, soldatlar durub dirənəydi ki, hücuma qalxmırıq, 

vəssalam! Di gəl, orduda hələ də buyruğa baş əyirlər, illah ki, 

qvardiya ola, – deyə o, ucadan düşünüb daşınırdı. – General Şıx-

linski də qayıtdı, qərargahın hökmünü xəbər verdi – nəyin baha-

sına olursa olsun, nemesin üstünə hücum etməliyik, hökmən də 

iyulun on beşində, müqəddəs Vladimir günündə...

Sən  demə,  Qrişka  Rasputin

1

  özü  həmin  günü  təyin  eləyib-



miş... Onun da ki sözü qeybdəndir... Guya tanrıya dua oxuyub 

yatanda yuxusunda Kiyev knyazı Vladimir həzrətlərini görüb-

müş...  Odur  ki,  yuxunu  peyğəmbərlik  kimi,  günü  də  tanrının 

işarəsi  kimi  yozublar...  Çar  hökumətini  kökündən  baltalamaq 

gərəkdir, onda belə işlər baş verməz...

1

  Rasputin Qriqori Yefimoviç (1872-1916) – Tobolsk quberniyasında 



kəndli idi, “Xlıstlar” sektasına başçılıq edirdi. Tobolsk yepiskopu Varnava 

vasitəsilə saray əyanları sırasına daxil olmuş və “peyğəmbər loğman” kimi 

çarın adamlarına qeyri-məhdud təsirə malik olmuşdu. Çarın arvadı Alek-

sandra  Fyoderovnanın  mistik  əhvali-ruhiyyəsinə  və  onun  vasitəsilə  II 

Nikolaya təsir göstərəcək dövlət işlərinin həllinə qarışırdı. “Rasputinçilik” 

saray mühitinin və çar Rusiyanın bütün idarə orqanlarının kəskin böhran 

vəziyyətinin parlaq ifadəsi idi. 1916-cı ilin dekabrında böyük knyaz Dmitri 

Pavloviç  Romanov,  V.M.Purişkeviç  və  knyaz  F.F.Yusupov  tərəfindən 

öldürülmüşdür.

Qriqori  Rasputin  qeyri-sağlam  əməllərini  uzaqdan-uzağa  da  olsa 

müşahidə edən general Əli ağa Şıxlinski onu “Xatirələrim” əsərində (1984-

cü il, səh.170) yada salıb yazırdı: “1916-cı ilin dekabr ayında Petroqradda 

Rasputin

 

öldürüldü.  Bu  hadisə  bütün  Rusiyanı  hərəkətə  gətirdi.  Saray 



dairələrində  himayə  edilən  bu  fırıldaqçı  və  yaramaz  dövlət  işlərinə  o 

dərəcədə nüfuz etməyə başlamışdı ki, hətta nazirləri təyin edirdi, işdən 

götürürdü” – Ş.N.


Şəmistan Nəzirli

55

...Müşavirədə  topçular  hər  batareyanın  atəş  hədəflərini 



müəyyənləşdirdilər... Uzaqvuran topları cəbhənin ön xəttinə ya-

xınlaşdırmağı qət etdilər. Bu düşmənin arxa tərəfini atəşə tutma-

ğa imkan yaratsa da, batareyaların özlərini belə almanların ağır-

yüngül toplarının zərbəsi altında qoyacaqdı.

– Bizi hazırlayıcı top atəşini açar-açmaz vura bilərlər, topları-

mız isə nadir dəyərlidir, – deyə həmin batareyaların komandirləri 

etiraz edirdilər.

General Şıxlinski istehza ilə:

– Onda nadir eksponatlarınızı muzeyə aparın, – dedi.

* * *


...Boreyko  Mogilyov  şəhərinə,  general  Əli  ağa  Şıxlinskinin 

görüşünə yollandı. Onun dediklərini dinləyən general hiddətləndi:

– Bunların işindən baş açmaq olmur! Elə bil almanlarla yox, 

öz  rus  soldatlarımızla  vuruşuruq,  yaxşıların  yaxşısını  tutub 

dama basırlar! Tam Georgi kavaleri Bloxinı! Əzazilliyə bax! Bəs... 

döyüşən-vuruşan kim olacaq? Bəlkə cənab jandarm polkovniki-

nin özü? Onda elə indidən məğlubiyyətə qol çəkmək olar!..

Otaqda əsəbi halda var-gəl edən general Boreykoya söylədi 

ki, əsgər Lepenyovun ölüm xəbəri uydurmadır, o, sağdır, Jitomir 

həbsxanasında ağzıbirdə saxlanılır.

–  Bütün  bunlar  jandarm  fitnə-fəsadıdır,  –  general  əlinin 

hərəkətlərilə sanki sözlərinə qüvvət verirdi. – Rəsmən soldatın 

həlak olduğunu bəyan elədilər, indi də hər dəqiqə onunla haqq-

hesabı çürüdə bilərlər. Öz özlərinin əl-qolunu açmışlar!

– Kimdən eşitmisiniz? – Boreyko həm təəccüblənir, həm də 

sevinirdi.

– Qərargahın baş prokurorundan. O, özü Berdiçevdə olmuş, 

Lepenyovu gözüylə görmüşdür... Yeri gəlmişkən, o fırıldaqçı Xa-

tovla bağlı əhvalatı sizə çoxdan danışmaq istəyirdim. Bilirsiniz-

mi, axır ki, onun izinə düşdüm. Daha doğrusu, onunla qaladan 

qaçan dəftərxana məmurunu axtarıb tapdılar. Nə olsa yaxşıdı – 

hər şeyi boynuna aldı. Siz haqlı çıxdınız: onlar qaladan nəhəng 



General Əli ağa Şıxlinski və silahdaşları

56

məbləğ aparıbmış, əlbəttə, xəzinəyə təhvil vermək niyyətilə yox. 



Amma son anda Xatov nədənsə bütün pulları çırpışdırmaqdan 

çəkinib. Bic vələddüzna! Fikirləşib ki, yarısını təhvil verib yarısı-

nı  da  mənimsəmək  daha  yaxşı  olar.  Oğurluqda  günahlandır-

mazlar, bəlkə hələ “hünərinə” görə bir orden də verərlər. Hesa-

bını düz tutubmuş. O düşündüyü kimi oldu. İstədim açım sandı-

ğı, töküm pambığı. Qoydular ki! Küy qaldırdılar: “Nə danışırsı-

nız! Zabiti rüsvay eləmək istəyirsinizmi?” Ört-basdır elədilər...

...Əli ağa Şıxlinskini dilə tutub Brusilovun qəbuluna getməyə 

vadar edən Boreyko yol boyu generala Bloxinin günahsız oldu-

ğundan, düzlüyündən, həm Port-Arturda, həm indiki mühari-

bədə göstərdiyi hünərdən vəcdlə danışdı.

Brusilovun  qəbulunda  bir  qədər  gözləməli  oldular.  Yavər 

hansı  məsələ  üçün  gəldiklərini  soruşanda  Şıxlinski  sərt  tərzlə 

Brusilova gəlişlərini çatdırmağı əmr etdi. Adyutant içəriyə keçdi, 

tezliklə Şıxlinski ilə Boreyko Brusilovun kabinetinə daxil oldu-

lar. Əli ağa mətləbi qısaca söylədi.

– Demək, bizim qanunpərəstlər yenə hoqqa çıxarıblar. – Alek-

sey Brusilov prokuroru və hərbi məhkəmə sədrini yanına çağır-

mağı əmr etdi.

Məhkəmə sədri başladı ittihamnaməni çözələməyə.

–  Kəsə  söyləyin,  –  general  Brusilov  hərbi  hakimi  tələsdirdi, 

sonra: – Demək, siz dörd Georgi xaçı olan, cəbhəçi zabitin dar 

ağacından asılmasına fərman vermisiniz? Mən sizi düzmü başa 

düşmüşəm?

Məhkəmənin hökmü belədir, – hakim təsdiq etdi.

– Siz, prokuror, bu hökmə etiraz etmədinizmi?

– Xeyr! – deyə prokuror-polkovnik kəkələdi.

–  Onda  etirazı  mən  özüm  edərəm!  Hökmü  təsdiqləmirəm. 

İşin əməlli-başlı araşdırılmasını lazım bilirəm. Cənablar, özünüz 

düşünün  görün,  adamın  müqəssirliyini  bircə  həftəyə 

yəqinləşdirib ölümə məhkum etmək olarmı? Siz hətta onun ko-

mandirini  dinləməyi  rəva  bilməmisiniz.  O  isə  Bloxinə  parlaq 



Şəmistan Nəzirli

57

xasiyyətnamə  verir.  Polkovnikə  deyin  ki,  onu  vəzifədən  azad 



edirəm. Belə getsə o mənim ən yaxşı əsgərlərimi, zabitlərimi bir-

bir asdırar! Mən sizi daha yubatmıram, cənablar!

Əli ağa Şıxlinski:

– Zati-aliləri, icazə verin, biz də gedək, – dedi.

– Xeyr, Əli ağa, sizi də, polkovnik Boreykonu da elə-belə bu-

raxan deyiləm. Buyurun, qəlyanaltı edək.

* * *

...Üç gün sonra Petroqrada Boreyko və həbsdən azad edilən 



Zuyev  gəlib  çıxdılar.  Mogilyovdan,  Ali  komandanın  qərar-

gahından Əli ağa Şıxlinski də onlarla idi. Çiyinlərində tam

1

 artil-


leriya generalı poqonları parlayırdı. Əli ağa 10-cu ordunun ko-

mandanı vəzifəsinə təyin olunduğunu söylədi...



Əli ağa Şıxlinskinin xatirələrindən:

1914-1918-ci  illər  müharibəsi  dövründə  mən  birinci  dərəcəli 

Stanislav ordeni, qılıncla birinci dərəcəli Anna ordeni, qılıncla 

ikinci  dərəcəli  Vladimir  ordeni  (bu,  gənc  bir  general  üçün  çox 

yüksək bir mükafat idi) təltif edilib, general-leytenant rütbəsini 

aldım.

Mənim üçün xidmət xoşbəxtliklə keçmişdir. Yaponiya müha-

ribəsindən başlamış, ordudan getdiyim künə qədər mən heç bir 

müvəffəqiyyətsizliyə uğramadım. Mən rusların gözəl doğulma, 

xoşbəxt  doğul  qədim  atalar  sözünü  dəfələrlə  özümdə  sınamı-

1

  İnqilabdan əvvəl çar ordusunda cəmi dörd general rütbəsi olub. Ar-



dı cıllıq  belə  idi:  general-mayor,  general-leytenant,  general  və  general-

feldmarşal. Zabit heyətində generalları tam general adlandırırdılar (indiki 

general-polkovnik rütbəsinə bərabərdir). Fərəhləndirici haldır ki, inqilab-

dan  əvvəl  xalqımızın  üç  oğlu  tam  general  kimi  yüksək  rütbəyə  layiq 

görülüblər. Onlar Hüseyn xan Naxçıvanski, Əliağa Şıxlinski və Səməd bəy 

Mehmandarovdur.  Hərbi  hissələrin  növünə  görə  isə  generalları  infanteri-



yadan, artilleriyadan, kavaleriyadan kimi sözlər əlavə etməklə ayırırdılar – Ş.N.

General Əli ağa Şıxlinski və silahdaşları

58

şam. Doğrudan da həm xidmət sahəsində, həm də şəxsi həyatımda 



xoşbəxtlik  məndən  heç  bir  vaxt  uzaq  olmamışdır.  Mən  heç  bir 

vaxt mənsəb ardınca düşməmişəm, mənsəb özü mənim ardınca 

gəlmişdir. Hətta, demək olar ki, mənsəb özü mənə doğru yüyür-

müşdür. Bunu isbat etmək üçün belə bir misal göstərə bilərəm.

Mən Ali  baş  komandan  yanında  tapşırıq  generalı  olduğum 

zaman Saray naziri qraf Frederiks mənə göndərdiyi rəsmi bir ka-

ğızda yazmışdı ki, əlahəzrət yanında xidmət edən bir şəxs oldu-

ğum üçün məiyyət generalları ilə bərabər mən də, əlahəzrətə ra-

port vermək və ya poçta və teleqrafla məlumat vermək hüququna 

malikəm.  Lakin  bu  böyük  hüquqdan  bir  dəfə də olsun  istifadə 

etməmişdim, çünki bütün binagüzarlıqları qərargah rəisi edir və 

padşaha  yalnız  cəbhədə  olan  işlərdən  və  öz  binagüzarlıqları 

barəsində məlumat verirdi; şəxsən verəcəyim raport və məlumat 

ümumi  işə  heç  bir  xeyir  vermədən,  yalnız  şəxsən  mənim  irəli 

çəkilməyimə  səbəb  ola  bilərdi.  Buna  görə  də  qəsdən  və  qəti 

surətdə padşaha raport verməkdən boyun qaçırırdım.

Saray  nazirinin  mənə  göndərmiş  olduğu  həmin  kağızı  dörd 

qat büküb gizlətmişdim. 1916-cı ildə oktyabr ayında cəbhədə ol-

duğum zaman mən bu kağızı qəza rəisi olan qardaşım oğluna 

verdim.  Bilirdim  ki,  o  bununla  fəxr  edəcək. O  mənim  padşaha 

tez-tezmi raport verdiyimi soruşdu.

–  Heç  bir  dəfə  də  raport  verməmişəm,  –  deyə  cavab  verərək 

səbəbini izah etdim. 

O, təəssüf etdi. Bununla belə o, həmin kağızı saxlayıb öz dost-

larına göstərir və əmisinin bu qədər etibarlı bir adam olması ilə 

öyünərək deyirdi:

–  Bütün  ləyaqətlərinə  baxmayaraq,  mənim  əmim  çox  qəribə 

adamdır.  Təsəvvür  edin  ki,  o  bu  hüquqdan  bircə  dəfə  də  olsun 

istifadə etməmişdir.

Bir misal da göstərəcəm. Qərargahın növbətçi generalı gene-

ral Kondzerovski və onun sağ əli olan polkovnik Balaşov yaman 

qanun  güdən  idilər  və  rütbəvermə  qaydalarına  çox  ciddi  əməl 

edirdilər.  İvan  Balaşov  mənim  fəaliyyətimi  çox  faydalı  görüb 

Şəmistan Nəzirli

59

məni təşviq etmək üçün təklif etmişdi ki, məni padşahın məiy-



yətinə daxil etsinlər.

Bu təklifdən xəbər tutan kimi xahiş etdim ki, məni bu fəxri 

işdən  azad  etsin,  çünki  məndən  məiyyət  generalı  olmaz,  mən 

müharibə meydanında iş görən sadə bir adamam, sarayda işim 

yoxdur.

Mən Balaşova dedim:

–  İvan  Stepanoviç,  mənə  olan  diqqətinizə  qarşı  təşəkkür 

edirəm, ancaq öz planınızı həyata keçirməyin.

Mənim heç bir vaxt mənsəb dalınca düşmədiyimi, ən başlıca-

sı, irəli getmək üçün heç kəsin ayağından çəkmədiyimi və heç bir 

intriqaya  girmədiyimi  anlamaq  üçün  bu  iki  misal  kifayətdir. 

Buna görə də mən öz keçmişimə təmiz bir vicdanla və müa sir-

lərimin üzünə tam cəsarətlə baxıram.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin