Baki avrasiya universiteti Fənnin adı: Mülkü Müdafiə Sərbəst işin növünün adı: Esse



Yüklə 24,56 Kb.
tarix26.12.2023
ölçüsü24,56 Kb.
#198494
Fərdi mühafizə vasitələri


BAKI AVRASİYA UNİVERSİTETİ

Fənnin adı: Mülkü Müdafiə
Sərbəst işin növünün adı: Esse
Mövzusu: Fərdi mühafizə vasitələri
Təhsil alan: Eyvazova Sabina Teymur qızı
Qrup: Bid23/02
Müəllim: Humanitar fənlər və regionşünaslıq kafedrasının baş müəllimi Nizami Nağıyev
Təhvilvermə tarixi: 01/12/2023
Qiymət: “______” ____________


FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ


Əhalinin mühafizə qurğularında dalalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM),yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
*tənəffüs üzvlərinin mühafizə vasitələri;
*dəri səthinin mühafizə vasitələri; 
*tibbi mühafizə vasitələri.

Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar vəəhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.

Əleyhqazlar.
Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının),radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogenmikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları)daha geniş yayılmışdır. Onların işi, içərisində fəallaşdırılmış kömür və aerozoləleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.

Təcridedici əleyhqazlar.


Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici)avadanlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox yüksək olduqda istifadə olunur. Respiratorlar tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə oluna bilər. Respiratorlardan (əgər təlimatda nəzərdə tutulmayıbsa) istifadə etmək qadağandır.R-2D respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənə altı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi arasndakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100mm olduqda – sıfır ölçülü, 100-115 mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır. Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib səhmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyinməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əsgi ilə)silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz. R-2Drespiratorunun düzgün geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin ovucu ilə nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman hava yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermək lapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonraonun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını süsusi halqa ilə bağlayırlar. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr.Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər.

Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə(ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kostyumu L-l) və əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya- gigyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır.


Hopdurulan pasta məhlulu ya zəhərləyici maddə buxarlasını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum vəkombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.

Dərini təcridedici mühafizə vasitələri


Bu vasitələr hava keçirməyənmateriallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud tamamiləhermetik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye damcıları halındakı ZM-dan mühafizə edir.

Fərdi tibbi mühafizə vasitələri


Fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir.

Radioprotektorlar


ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə edilənisistamin adlı maddədir. Sistamin həblərini şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək məslətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün kompleksyaradan maddələrdən, adsorbentlərdən kalium-yodid maddəsindən istifadə etmək olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, ateopin və s. sianidlərə qarşı amilnitrit, propilnitrit adlı lüizitə və arsin tərkibli digər maddələrə qarşı unitol adlı antidotlar mövcuddur. Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər aiddir.
NƏTİCƏ
Fövqəladə hallarda Mülki Müdafiəyə əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur. Bu məqsədlə fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və zəiflətmək,iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerə köçürmək və.s tədbirlər görülür. Mülki Müdafiədə bütün hakimiyyət və idarəetmə orqanları, mülki müdafiənin ixtisaslı dəstələri, bütün əhali olaraq, bütün nazirliklərin və sahələrin, sahə mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştriak etməlidirlər.Təsərrüfat obyektlərində, tədris müəssisələrində mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün obyektin rəhbəri məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə onun əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər. Obyektlərdə mülki müdafiə fəhlə, qulluqçu,kəndli və tələbələri (şagirdləri) qabaqcadan fövqəladə hadisələrin zədələyici amillərindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq, vaxtında Qəza Xilasetmə və digər təxirəsalınmaz işlər (Q3Lvə DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır. Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, maddi-texniki təchizat,qərargah üzrə və s.) olur. Obyektin rəhbərliyinin nəzdində mülki müdafiə qərargahı yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülkimüdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir. Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, Qəza-Xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki-müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki-müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin böyük rolu vardır. Onlar obyektin şöbələri, bölmə və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəsislərindən, istehsalat bölmələrinin rəhbərlərindən təyin edilir. Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcmi və xüsusiyyətlərini, lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarını qərar və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və xəbərdarlıq, tibbi, yanğından mühafizə, ictimai asayişi mühafizə, 32 sığınacaq və daldalanacaqlar, mühəndis, avtomobil nəqliyyat, maddi-texniki təchizat, ticarət və iaşə, enerji təminatı, kimya və radiasiyadan mühafizə və s. Müvafiq baza və ehtiyac olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlerində bunlardan başqa kənd təsərrüfatı heyvanlarının və bitkilərinin mühafizə xidməti də yaradılır.

İstifadə olunmuş ədəbiyyatların siyahısı



1. H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi
2. H.O.Ocaqov Mülki Müdafiə Mühafizə Qurğuları
Yüklə 24,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin