Doktor mom ® soyuqdəYMƏ ƏleyhiNƏ



Yüklə 14,31 Kb.
Pdf görüntüsü
tarix04.05.2017
ölçüsü14,31 Kb.
#16465

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

DOKTOR MOM 



®

 SOYUQDƏYMƏ ƏLEYHİNƏ     xaricə istifadə üçün məlhəm 

DOKTOR MOM 

®

 COLD RUB 



 

 

Tərkibi 



Təsiredici maddələr: hər 20 q məlhəmin tərkibində 1,05 q kamfora, 0,61 q levomentol, 0,11 ml muskat qozu 

yağı, 1,11 ml terpentin yağı, 0,02 q timol, 0,30 ml evkalipt yağı vardır. 



Köməkçi maddələr: ağ yumşaq parafin. 

 

Təsviri 

Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir. 

 

Farmakoterapevtik qrupu 

Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə. 

ATC kodu: R05X 

 

Farmakoloji xüsusiyyətləri 

Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir. 

 

İstifadəsinə göstərişlər 

Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi, 

həmçinin əzələ, bel, baş ağrıları zamanı. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

- preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması; 

- 2 yaşa qədər uşaqlar. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya dövründə istifadə  təcrübəsinin olmaması ilə  əlaqədar olaraq preparatın bu qrup 

pasiyentlərə təyin edilməsi məsləhət görülmür. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. 

 

Xüsusi göstərişlər 

Məlhəmin gözə, burunun və  ağız boşluğunun selikli qişasına, həmçinin zədələnmiş  dəri nahiyələrinə 

düşməsinə yol verməyin. 

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə 

atmayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər  ətraf mühiti qorumağa 

kömək edəcək! 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Preparat  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə  mənfi təsir 

göstərmir. 

 

İstifadə qaydası və dozası 

Yalnız xaricə istifadə üçün! 

- zökəm və ya burun tutulması zamanı məlhəmi burun qanadlarının dərisi üzərinə çəkin

-  əzələ, bel ağrıları zamanı  məlhəmi ağrı nahiyəsinə  çəkin. Daha yaxşı  nəticə  əldə etmək üçün ağrılı 

nahiyəni qızdırıcı sarğı ilə bağlayın; 

- başağrısı zamanı məlhəmi gicgah nahiyəsinin dərisinə çəkin. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar. 

 

Buraxılış forması 

20 q məlhəm, ağzı polietilenlə laminəolunmuş alüminium folqa ilə möhürlənmiş, burulan qapaqlı polipropilen 

flakonda. Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 



 

Saxlanma şəraiti 

15ºC-25ºC temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



İstehsalçı 

«Yunik Farmasyutikal Laboratories» 

(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

İstehsal sahəsinin ünvanı 

Sahə № 304-308, Q.İ.D.K. İndastrial Area, Panoli 394 116, Qucarat Ştatı, Hindistan. 

 

Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 



 

İddiaları qəbul edən təşkilat 

«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55



Document Outline

  • Farmakoloji xüsusiyyətləri 

Yüklə 14,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin