Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə6/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   2   3   4   5   6   7   8   9   ...   190
 
ƏLİYAR İBRAHİMOV 
                      E-mail: aliyaribragimov@mail.ru
 
FATMAXANIM NƏBİYEVA 
MUSA PİRİYEV                              
 
Naxçıvan Dövlət Universiteti 
 AMEA Naxçıvan Bölməsi 
                   
UOT.635.91 
   
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALBİZZİA JULİBRİSSİN DURAZZ. 
NÖVÜNÜN İNTRODUKSİYASI, MORFOBİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ  
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ 
 
Açar sözlər: flora, fəsilə, cins, növ, bəzək, ağac, kol, introduksiya, ipək akasiyası, tətbiq 
Key words: flora, family, genus, species, silk tree, decorative, trees, shrubs, introductions 
Ключевые слова: флора, семейство, род, вид, шелковое дерево, декоративный,  
деревья, кустарники, внедрение                   
 
Naxçıvan  Muxtar  Respublikasının  ərazisinin  florası  növ  muxtəlifliyinə  görə  zəngindir.                                                                                                                                                                      
Mənbələrindən məlum olur ki, 1918-1920-ci illərdə muxtar respublikanın dağlıq rayonlarında meşə 
örtüyü indikindən 5-10 dəfə çox ərazini tutmuşdur. İri sahəli meşə örtüyü Naxçıvançay hövzəsinin 
Biçənək,  Kolanı,  Kükü,  Nursu,  Qışlaq  kəndləri  ətrafında,  Əlincəçay  hövzəsinin  Ləkətağ,  Teyvaz, 
Ərəfsə  və  Gilançay  hövzəsinin  Nəsirvaz  kəndləri  ətrafında  30  min  hektara  qədər  sahəni  əhatə 
etmişdir.  Meşədəki  ağacların  əksəriyyəti  palıd,  yabanı  alma,  armud,  yemişan  və  ardıc  ağacları 
olmuşdur.  Hazırda  meşəliklər  muxtar  respublikanın  bütün  qurşaqlarında  kiçik  sahələrdə 
interzonallıq  təşkil  etməklə  meşə formasiyaları  yaradır. Naxçıvan Muxtar Respublikasında 1959-
1970-ci  illərdə  327  ha  meşə  sahəsi  salınmışdır.  N.A.  Sokolski  (1933)  regionda  3016  ha  meşə 
sahəsinin  olduğunu  göstərmişdir.  Meşə  təsərrüfatına  qeyri  sağlam    münasibət  onların  sahələrinin 
nəinki  artmasına,  hətta  azalmasına  səbəb  olmuşdur.  Bu  təhlükənin  aradan  qaldırılması  hələ  sovet 
dönəmində    aktual  olmuş,  ətraf  mühitin  qorunmasına  dair  bəzi  qərarlar  qəbul  edilmişdir.  Lakin, 
1969-cu ilədək təbiətin qorunmasına aid görülən tədbirlər sistemli xarakter almamış və bəzən qərar 
halında  qalmışdır.  Yalnız  1970-ci  illərdən  başlayaraq  təbiətin  mühafizəsinə  diqqət  artırılmış, 
Azərbaycan  Respublikasının  ekoloji  siyasəti  və  sonra  isə  ekoloji  konsepsiyası  yaranmışdır. 
Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Naxçıvan  Muxtar  Respublikasında  
hidrokomplekslər  tikilmiş,  bölgəyə   təbii qaz çəkilmişdir. Əhalinin yanacağa olan tələbatını təbii 
qaz ödədiyindən dağlarda, yol kənarlarında və digər sahələrdə ağac və kolların miqdarı artmış, təbii 
bərpa işi genişlənmişdir. Təəssüf ki, blokada şəraitində yaşayan naxçıvanlılar sərt keçən 1991-1993-
cü illərin qışında təbii qazın və elektrik enerjisinin olmaması üzündən ağacları qırıb yanacaq kimi 
istifadə  etmişlər.  1993-cı  il  aprel  ayının  2-də  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisində  «Hər 
ilin  yaz  və  payızında  yaşıllaşdırma  aylığının  keçirilməsi»  kimi  çox  vacib  qərar  qəbul  edilmişdir. 
Bundan  sonra  seyrəlmiş  yaşıllıqlar  yavaş-yavaş  bərpa  olunmağa  başlamışdır.  Bu  qərar  müvəqqəti 
xarakter daşımamış, əksinə 01 mart 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 



 
Sədri “Mart ayının 1-dən aprel ayının 14-dək yaz, noyabr ayının 1-dən dekabr ayının 15-dək payız 
mövsümlərində  yaşıllaşdırma,  təmizlik  və  abadlıq  aylığının  keçirilməsi  haqqında”  sərəncam 
imzalamışdır. Qısa müddət ərzində muxtar respublikanın bütün rayon və kəndlərinin əlverişli və ya 
əlverişsiz  ərazilərində  ting    əkini    kampaniyası    başlanmışdır.  Təkcə  bir  gündə  (25  aprel  2009) 
iməcilik  zamanı  Babək  rayonunun  «Əshabi-Kəhf»  ziyarətgahına  gedən  yolun  sağ  hissəsində3000 
ədəd meyvə, 500 ədəd meşə, Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 1050 ədəd meyvə, 
Naxçıvan-Batabat  magistral  yolunun  kənarlarında  470  ədəd  meyvə,  Naxçıvançay  vadisində  bərpa 
məqsədi ilə 250 ədəd meşə, şəhərin park və xiyabanlarında 500 ədəd meyvə, 1000 ədəd meşə, 200 
ədəd həmişəyaşıl ağac və 500 ədəd gül kolu əkilmişdir. Şahbuz rayonunun «Badamlıq» massivində 
180  ədəd,  «Bulaq  abidəsi»  kompleksində  120  ədəd,  «Şamlar»  massivində  150  ədəd,  qəsəbə  və 
kəndlərdə  260  ədəd  meyvə  ağacları,  Babək  rayonunda  Naxçıvan-Ordubad  magistralının  sol 
hissəsində  1150  ədəd  meşə  ağacı,  Culfa  rayonunda  Gömrük  idarəsinə  gedən  yolun  kənarında  110 
ədəd meyvə, 700 ədəd meşə ağacı, şəhərdaxili park, xiyabanlarda və rayonun kəndlərində 650 ədəd 
meşə ağacı,  Kəngərli rayonunda 2050 ədəd meyvə, Sədərək rayonunda isə 1000 ədəd meşə ağacı 
əkilmişdir. Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında bir şənbə iməciliyində 8940 meyvə, 
8800 meşə ağacları və 2711 gül kolu əkilmişdir. Bu xeyirxah tədbirlər təkcə bir gün deyil, 10 ildir 
ki,  davam  etdirilir.  Regionda  yaşıllaşdırma  məqsədi  ilə  əkilən  yarpağını  tökən  iydə,  tut,  qələmə, 
qarağac, şaftalı, nalbənd, dağdağan, çinar, ağcaqayın, akasiya, şeytanağacı,  ərik, yemişan, itburnu, 
badam və çoxlu miqdarda həmişəyaşıl ağac cinslərindən istifadə edilib.  
            Naxçıvan Muxtr respublikasnın florasında  88 ağac, 130 kol, 56 yarımkol, 90 kolcuq, və 35 
yarımkolcuq    növləri  vardır.  Onların  əksəriyyəti  şəhər  və  qəsəbələrin,  küçələrin,  meydançaların, 
bağların  parkların,  xiyabanların  yaşıllaşdırılmasında  istifadə  olunmağa  layiqdir.  Hazırda 
yaşıllaşdırma-abadlıq  işlərində  onlardan  istifadə  olunanlar  da  vardlr.  Qafqaz  dağdağanı  -  Celtis 
caucasica,  Komarov  şaqqıldağı  -  Colitea  comorovii  və  b.  buna  misal  ola  bilər.  Bununla  yanaşı  
respublikanin  başqa  raynlarından,  qonşu  xarici  dövlətlərdən,  xüsusilə  Türkiyədın,  İrandan  bəzək 
əhəmiyyətli  bir  çox  ağqc,  kol  bitkiləri  gətirilərək  əkilib  -  becərilir.  Onlar  muxtar  respublikanın 
torpaq-  iqlim  xüsusiyyətlərinə  uyğunlaşdırılır.  Məsələn,  sidir  şamı,  Livan  şamı,  cərv  ağacının 
pramidal  və  horizontal  formaları,  sarağan,  katalpa,  sərilən  ardıc,  tunberg  zirinci,  cin  gülünün 
müxtəlif calarlı çiçəkləri olan sortları və b. artıq yerli şəraitə tam uyğynlaşaraq neçə illərdir normal 
çiçəkləyir, meyvə və toxum əmələ gətirir. Yaşıllıqlarda öz füsünkar gözəllikləriilə göz oxşayır və  
floramızı zənginləşdirirlər.  Belə qiymətli ağaclardan biri də  İpək akasiyasıdır - Albizzia  julibrissin 
Durazz  Bu növ  başqa adla Gülıəbrişin və  ya Lənkəran akasiyası da adlanır. Albizzia  julibrissin 
Durazz  Paxlakimilər fəsiləsinin Albizzia  Durazz cinsinə daxildir. Naxçıvan MR florasında yoxdur. 
Kənardan gətirilərək Naxçıvan Dövlət Universitetində introduksiya olunmuşdur. Hazırda son dərəcə 
qiymətli olan ipək akasiyası NDU-nun ətrafını, bağ və parklarını bəzəyir, uyğun ağac, kol və bəzək 
ot  bitkiləri  ilə  müxtəlif  kompozisiyaları  yaradır.        Bu  növün  toxumları  tərəfimizdən  əkilmiş, 
çoxaldılaraq introduksiya olunmuş və Naxçıvan Muxtar Republikası florasına yeni növ kimi daxil 
edilmişdir. İpək akasiyası  artıq NDU-dan Botanika bağından Naxçıvan şəhərinin bir sıra yerlərinə 
aparılaraq  qiymətli  bəzək  ağacı  kimi  həyətyanı  sahələrdə,  küçələrdə,  ictimai  binaların  qabağında 
əkilmişdir. Albizzia  Durazz - Güləbrişin (Lənkəran akasiyasi) !0 m-rə qədər hündürlüyə qalxa bilən 
və 6 m çətir əmələ gətirən ağacdır. 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin