Naxçivan döVLƏt universiteti 1967



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə8/24
tarix29.12.2016
ölçüsü5.01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

ƏDƏBİYYAT 
 
1.
 
Əsgərov  A.M.  (2008)  Azərbaycanın  ali  bitkiləri  (Lamiaceae,  Asteraceae).  Azərbaycan 
florasının konspekti, Bakı, Elm, III:75-77 
2.
 
İbadullayeva S., Ələkbərov R. Dərman bitkiləri (Etnobotanika və Fitoterapiya) Medicial plants 
(Ethnobotany and Phytoterapya), Bakı, 2013. 331с 
3.
 
Mustafayeva  S.C.  Asteraceae  Bercht.  Et  J.  Presl  Fəsiləsinin  Öyrənilməsinə  Dair,  AMEA 
Xəbərlər, Biologiya seriyası, 2014  
4.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri,  Əcəmi, 
NPB. 2008. 364 s 
5.
 
Бейдеман  И.Н.  Методика  фенологических  наблюдений  при  геоботанических 
исследованиях. М.Л., 1954, 127 с 
6.
 
Конспект флоры Кавказа. 2008 Санкт-  Петербург, Москва, III(I), 469 c 
7.
 
Флора Азербайджана. Изд-во АН Азерб. ССР, Баку, 1961 VIII, с. 265-276 
8.
 
Черепанов  С.К.  Сосудистые  растения  России  и  сопредельных  государств  (в  пределах 
бывшего СССР). Мир и семья, 1995, Санкт-Петербург, 992 C 
9.
 
Davis  G.E.  1993.  Design  elements  of  monitoring  programs:  the  necessary  ingredients  for 
success. Environ and Assessment 26, 99-105 
10.
 
Keith  D.A.Sampling  designs,  field  techniques  and  analytical  methods  for  systematic  plant 
population surveys. Ecological management and restoration. 2000  1 (2) 
11.
 
İbadullayeva  S.J.,  Maharramov  S.  H,  Novruzova  L.A,  Agayeva  E.Z.  Study  Of  Treatment 
Advantage Of Medicinal Herbs With Antihelmintic Effect Against Neoascariasis. International 
Journal of Agriculture Innovations and Research 2015. Vol.3, Issue 3, (Online) 2319-1473 
12.
 
http://medgrasses.ru/sysslozh
. html 

55 
 
13.
 
http://floranimal.ru/families/6797. html  
 
ABSTRACT 
 
Asteraceae Bercht spread in the Nakhchivan Autonomous Republic flora and their usage perspectives 
 
It  was  stated  about  spreading  areas  of  30    species  of  AsteraceaeBercht  family  spread  in  the 
Nakhchivan  Autonomous  Republic  flora,  usage  possibilities  of  14  type  and  20  species  were  given  in  the 
article.  Monitoring  signs  of  species  were  searched  on  modern  methods.  During  the  research  the  place  of 
species including to the Asteraceae family met in olant spread of the Nakhchivan Autonomous Republic was 
searched,  spreading  regularities  of  some  species  in  flora  were  defined  during  field  observations,  general 
spreading branches, biological and ecological peculiarities were studied. As a result it was defined that due 
to the density of medicine and aromatic plants of the family, forest slope and shrubby places of foot-hill zone 
are very rich. 
                                                                 
РЕЗЮМЕ 
 
Перспективы использования сложноцветковых, распространенных во флоре 
Нахчыванской Автономной Республики 
В  статье  даются  всеcторонние  сведения  об  ареалах  распространения  30  видов, 
относящихся  к  семкйству  Сложноцветковых  (Asteraceae  Bercht.  Et  J.  Presl),  описаны 
возможности использования 20 видов, относящихся к 14 родам. Мониторинговые показатели 
исследованы  современными  методами.  Во  время  исследования  изучено  положение 
представителей  семейства  Asteraceae,  встречающихся  во  Нахчыванской  Автономной 
Республики,  определены  закономерности  распространения  некоторых  видов  семейства  во 
флоре,  выявлены  общий  ареал  распространения,  их  биологические  и  экологические 
особенности.  В  результате  установлено,  что  по  плотности  лекарственных  и  ароматических 
растений  семейства  являются  более  богатыми  лесные  массиви  и  кустарники  у  подножья 
горных зон. 
 
 
 
 
 
NDU-nun Elmi Şurasının 26 noyabr 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə 
olunmuşdur (protokol № 04) 
         Məqaləni çapa təqdim etdi: 
biologiya üzrə fəlsəfə doktoru, dosent  Ə.Tahirov
 
 
 
 
 
 
 
 
 
 
 

56 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
                               
     ŞƏFA MƏHƏRRƏMOVA 
Naxçıvan Dövlət Universiteti               
UOT:58 
 
SƏRTQANADLILAR DƏSTƏSİNİN BAŞQA YIRTICI NÖVLƏRİ VƏ ONLARIN XEYİRLİ 
FƏALİYYƏTİ 
 
Açar sözlər:   Sərtqanadlılar, zərərvericilər, yırtıcı böcəklər 
Key words:   Coleoptera, pests are,Predatory beetles are 
Kлючевые  слова: Жесткокрылые ,хишные жуки, вредители 
 
          
Sərtqanadlıların – böcəklərin (Coleoptera) yırtıcı növlərinin müxtəlif zərərvericiləri məhv etmədə 
rolu  çox  böyükdür.Bunlar  həmkəmiyyətinə  (fərdlərin  sayına  )  və  həm  də  keyfiyyətinə  (təsnifat 
qruplarına )  görə çoxluq təşkil edirlər. 
            Yırtıcı böcəklərin effektli cəhəti onların daha çox növ zərərverici ilə qidalanmaqla bərabər həm 
də zərərvericiləri bütün inkişaf mərhələlərində onları məhv edirlər.Digər üstünlükləri isə bu acgöz yırtıcı 
böcəklər il ərzində iki və bəzən də üç nəsl verməsidir. Yaşlı formada qışlayırlar ki,bu da onların yazın 
ilk günlərindən zərərvericilərlə qidalanır və onların erkən yazdan təbiətdə çoxalmasının qarşısısnı alır. 
       
Böcəklərin  içərisində  isə  yirtici  Parabüzən  böcəklərinin  (Coccinellin)  xüsusi  yeri  var.Bunlarin 
Azərbaycanda 42,muxtar reespublikada 36 növü yayılmışdır.Müxtəlif ekoloji mühitdə yaxşı uyğunlaşan 
parabüzən böcəkləri bütünbioton və biosenozlarda yayılıb Bunlar özlərinin yığcam oval şəkilli bədənləri 
,əlvanrəngli olmaqla üzərində bədənə yaraşıq verən qara (bəzən də başqa rəngdə)  
      
 Nöqtə  və ləkələri,qara və ya sarı rəngli əlvanlığıilə cilvələnmiş bir varlığı xatırladırlar. Estetik 
cəhətdən zəngin əlamətlərə malik olması onlara müqəddəs adlar bəxş etmir. Məsələn ,”xanqızı “,”niyyət 
böcəyi  “ və s .(Bunlar haqqında əvvəldə geniş danışılıb ). 
   
 Ümumiyyətlə  böcəklər  dəstəsinin  digər  yırtıcı  növləri  də  məsələn  ,Stafinidiləri,    qaçacan  , 
gözəlbədən    böcəkləri  ,  susevər  üzər  böcəkləri    yumuşaqbədən,    fırfıra  böcəkləri  ,dozanqurdunu,  
alaböcək, qalxancıqlı ,meyidyeyən və qabar böcəkləri göstərmək olar. 
      
Gözəlbədən  böcəklər-  əlvan  rənglidir,zəngin  rəng  çalarları  ilə  bəzənib,  harmonik  bədən 
quruluşuna malikdir. Yırtıcı böcəklərdirlər, buraxdıqları pis iyli ekstrat onları düşmənlərindən mühafizə 
edir.Bunlar  yumurtalarını  çoxillik  ağacların  və  bəzi  kol  bitkilərinin  müxtəlif  vegetativ  orqanlarin 
üzərində  qoyurlar  .  Çünki  yaşlı  formaları  kimi  sürfələri  də  zərərli  cücülərlə  və  onların  sürfələri  ilə 
qidalanırlar.Bunlar  meşələrin  qorxulu  zərərvericiləri  olan  qızılqarın  kəpənəyin  ,  dəyişkən  və  həlqəvi 
ipəksaryanlı  ,yarpaqbükən    kəpənəklərin.tunc  gözəlbədən  isə  qarışığı  və  yarpaqbükən  kəpənəklərin 
,səhra gözəlbədəni çəmən küvəsinin və bəzi sovkaların tırtılları ilə qidalanırlar. Gözəlbədən böcəklərin 
elə növləri də var ki. Onlar düzqanadlıların (çəyirtkələrin )yumurtaları ilə qidalanırlar.bir mövsümdə hər 
böcək 300-dən artıq tırtıllı.150-yə qədərkəpənək ,sovka yumurtasını  və pupunu (baramasını )məhv edir. 
Üzər  böcəklər-durğun  və  axan  sularda  yaşayırlar.  Avarşəkilli    ayaqları    vasitəsi  ilə  suda  asan  sürətlə 
üzürlər .Ölkəmizdə 30-dan çox növü o cümlədən də muxtar respublikada 3 növü yayılıb .Suda yaşayan 
bir  çox  kiçik  onurğasız  heyvanlara  ,hətta  balıq  və  çömçə  quyruqlara    amansiz  casına  təcavüz  edirlər. 
Onlar  ayaqlarındakı  sormaclarının  köməyi  ilə  nisbətən  böyük  su  heyvanlarına  da  uğursuz  hücumlar 
edirlər.  Bunların  tənəffüsü  qanadüstlüyünün  altındakı  nəfəs  dəlikləri  vasitəsilədir.Bunlarda  suda  çox 
qalması  üçün  qarıncığının  sonundakı  yarıq  vasitəsilə  ehtiyat  hava  toplamaq  imkanları  da  var.quruda 
qaça bilir,uçurlar  və suyun dərinliklərinə də baş vura bilirlər. 
       
Qabar böcəklərin (Carabidae ) növündən ölkəmizdə 80 növü qeydə alınıb . Əlvan rəngə malik 
olan  bu  böcəklər  budla  baldırın  birləşdiyi  yerdən  qələvi  xassəli  xoşagəlməz  iyi  olan  kantradın  maddə 
buraxırlar  ki.  Bunun  vasitəsilə  həm  düşmənlərindən  qorunurlar  və  həmdə  ovlarını  zəhərləyib  iflic 
edirlər.Qabar  böcəklərinin  sürfələri  pərdəqanadlıların  və  düzqanadlıların  yumurta  küpəciklərində 
parazitlik edilərək . onları   “beşiyində ” məhv edir.Tanınmış entomolq professor Seyfəddin Əliyev bu 

57 
 
böcəklər  üzərində  apardığı  müşahidələr  nəticəsində  aydınlaşdırmışdır  ki,  qabar  böcəkləri  cütləşmək  –
mayalanma  mərhələsində  bir  yerə  toplaşaraq  iri  kütlə  yaradırlar  .Bunlardan  bəziləri  çiçəyin  içinə 
soxulur, digərləri narahat halda koloniyanın dövrəsinə dolanır , başqa bir qismi isə ( əsasən dişi fərdlər ) 
uçub  koloniyanı  tərk  edirdilər.  Gedənlərin  yerini  isə  fasiləsiz  olaraq  buraya  uçub  gələn  yeni  üzvülər 
tuturdu  .
Beləliklə  ,  mayalanma  mərasiminə  toplaşan  qırmızıbaş  qabar  böcəklərini  sayı  kolonyada  xeyli 
müddət  sabit  qalır.  Böcəklərin  ,xüsusilə  erkək  fərdlərin  fasiləsiz  koloniyaya  dişilərin  buraxdıqları    xüsusi  
iyin hesabınadır. Buna görədə böcəklərin mayalanma mərasiminin topasında erkək fərdlərin sayı dominantlıq 
təşkil  edir.Burada  dişilərin  buraxdıqları iy  mayalanma  mərasimləri  qurtardıqdan  sonra  kəsilir.Daha  bundan 
sonra  dişi  erkəkləri  yaxına  buraxmırlar  .Görünür  ,bu  proses  də  təbii  seçmənin  bir  əlaməti  kimi  həyati 
əhəmiyyətə malik instinqlərdəndir.bunlar yumurtalarını torpağın çatlamış yerlərinı qoyur .Çıxan sürfələr çox 
cəld  olurlar    və  əsasən  çəyirtkələrin  yumurtka  küpünə  daxil  olaraq  ,onların  hesabına  qidalanır  və  beləliklə   
təbiətdə  çəyirtkə    kimi  bir  çox  bitkilərin  qorxulu  zərərvericilərinin  təbii  ehtiyyatını  xeyli  miqdarda 
məhdudlaşdırmaqla  ,  kənd  təsərrüfatına  xeyir  verirlər.  Sürfənin  inkişafı  metamorfozdur,  yəni  qabıq 
dəyişməklə isə bir yaşdan digərinə keçərək mərhələ- mərhələ ilə böyüyürlər və pup əmələ gətirirlər .Qabar 
böcəklərinin  puplar  hərəkət  etdiyindən  yalançı  pup  adlanır  və  altıncı  “    yaşdan    ”sonra  həqiqi  pupa 
çevrilirlər.Belə  puplar  özlərinin  hazırladığı  yumurtacıq  küpünün  içərisində  qışlayır  və  yazda  böcəklər 
“doğulur ”. 
      
Stafilinid  böcəkləri    bostan  –tərəvəz  bitkilərinin    zərərverici  milçəkləri  ;  dozanqurd  böcəklərinin, 
sovka  tırtıllarını  ,milçək  sürfələrini  ;cəsədyeyən  böcəklərin(ekrophoras  )meşələrdə  ipəksaryanların  və 
s.tırtılları məhv edirlər. 
ƏDƏBİYYAT 
1.
 
Məmmədova  T.H.,    Atakişiyeva    A.M.  Azərbaycanın  böyük  Qafqaz  ərazisində  meyvə  və  meşə 
ağaclarına zərərverən taxtabitiləri və lövhəbıqcıqlı  böcəkləri 
2.
 
Ağayev B.İ. Ümumi entomologiya, Bakı 1979-1981. APİ  
3.
 
Mehdiyev  A.M,Mirmahmud.S.Naxçıvanda  entomofaunanın  öyrənilməsi  tarixindən,  Azərbaycan 
Zoologiya cəmiyyətinin əsərləri “Elm” 2012, Bakı 
4.
 
Mehdiyev  A.M ,Seyidli M.Naxçıvanın ekoloji potensialının entomofauna,formasında rolu  
5.
 
Dogel  V.A..Onurğasızlar zoologiyası, Bakı, 1999,”Maarif” 
 
ABSTRACT 
                                                                                                     Şəfa Məhərrəmova  
     
Predatory species of insect pests has a great role in the destruction of. Predatory insect pests and 
pest destroy them in all stages of development not only of the effectiveness of their more species eats. 
The  greedy  predatory  beetles  are  two  and  sometimes  three  generations  is  another  advantage  for  the 
year.Mourning in front of them from the first days of the spring and early spring    prevents them from 
the increase in nature and eating pests that this winter.İnsects are many small invertebrate animals living 
on the water, even fish and frog to brutal aggression they will face. 
                                       
РЕЗЮМЕ 
                                                                                                  Шафа Магеррамова  
Сильфид  различных  видов  хищных  искоренении  вредителей    велика  роль.Хищник 
эффективно  их  больше вредоносных  видов  вредителей  на  этапах  развития  их    уничтожают  все 
ещу  вместе  с  питанием  сильфид  сторону.А  этом  прожорливый  зверь  ив  мечение  двух  лет  ,а 
иногда  и  три  поколения  является  и  другие  преимущества.Ривалво  в  форме  зимуют  что  это  их 
первый  день  весны  в  природе  питается.Жуки  мелких  беспозвоночных  животных,  рыб  и 
головастикам безжалостно агресии и даже многих живущих по воде. 
 
NDU-nun Elmi Şurasının 26 noyabr 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə 
olunmuşdur (protokol № 04) 
         Məqaləni çapa təqdim etdi: kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent 
A.Mərdanlı  
 

58 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
VÜSALƏ İSMAYILOVA 
Naxçıvan Dövlət Unuversiteti  
UOT:571.2 
ŞAGİRDLƏRİN TƏRBİYƏ PROSESİNƏ MÜXTƏLİF ASPEKTDƏN YANAŞMALARDA  
BİOLOGİYA  FƏNNİNİN  ROLU 
 
Key words: Possibility, moral nurture, responsibility, health, biology lessons 
 
Ключевые словавозможность, нравственное воспитание, ответственность, 
здоровье, уроки биологии 
 
Ümumtəhsil məktəblərində tədris fənləri məcmuyu çox mühüm pedaqoji əsaslara malikdir. 
Burada  iki  mühüm  cəhət:  şagirdlərin  idrakını  alovlandırmaq-    bilik,  bacarıq  və  vərdişlərlə 
silahlandırmaq  və  bu  elmin  gözəlliyi  ilə  onların  qəlbini  şölələndirmək-mənəvi  simasını 
formalaşdırmaq başlıca vəzifə hesab olunur. 
Akademik N.P.Dubinin “Biologiya erası və məktəbin vəzifəsi” adlı məqaləsində şagirdlərin 
elmi təfəkkürünün inkişafında, onları bu ruhda tərbiyə etmək işində biologiyanın müstəsna əhəmiy-
yətini  göstərərək  yazırdı:  “Biologiya  erası”  uzaqda  deyildir.  Biz  ona  tam  hazırlıqla  qədəm 
qoymalıyıq.  Kənd  təsərrüfatı,  təbabət,  tədqiqat  idarələri,  məktəblər  get-gedə  daha  çox  miqdarda 
bioloji təhsilli adam gözləyirlər. Bioloji biliklərin özülünü və ona məhəbbəti məktəb yaratmalıdır” 
[1, 17]. 
Biologiyanın  tədrisində  mənəvi  tərbiyə  imkanlarının  reallaşdırılması  məqsədilə  pedaqoji 
fəaliyyətin aşağıdakı növlərindən istifadə etmək olar: 
a) fənnin daxili məzmunu (canlı təbiətin müşahidəsi); 
b) fənnin məzmununun diyarşünaslıq istiqaməti
c) fənnin məzmunundakı ekoloji tərbiyə istiqaməti; 
d) görkəmli alimlərin həyat və fəaliyyəti ilə şagidlərin tanışlığı 
Müşahidə və təhlillərimiz göstərir ki, canlı təbiətin bilavasitə müşahidəsi şagirdlərin mənəvi 
həyatına güclü təsir göstərir. Canlı təbiətlə ünsiyyət-doğma diyarın təbiətinə gəzintilər, məktəbyanı 
sahədə gülçülük və bağçılıq işlərində bilavasitə iştirakçı olmaq şagirdlərin mənəvi aləminə, ən yaxşı 
təsir  vasitəsidir.  Canlı  təbiətin  müşahidə  edilməsi  axtarıcılıq  kimi  mühüm  formanı  da  özündə  əks 
etdirir ki, bu halda onu tədqiqat metodu kimi də qiymətləndirmək olar. 
Ümumtəhsil məktəblərində biologiyanın mənəvi tərbiyə imkanları qeyd etdiyimiz kimi onun 
diyarşünaslıq  istiqaməti  üçün  daha  əhəmiyyətli  faktordur.  Pedaqoji  elmlər  doktoru,  professor 
Rusiya  Sosial-Pedaqoji  Elmlər  Akademiyasının  həqiqi  üzvü  Oruc  Həsənlinin  söylədiyi  kimi 
”Diyarşünaslıq    dedikdə,  əsasən,  məktəb  diyarşünaslıgını  nəzərdə  tuturuq...Məktəb  diyarşünaslıgı 
dedikdə  dogma  yurdun  tarixi  keçmişi  və  bu  günü,  təbiəti,  fiziki  və  sosial-iqtisadi  coğrafiyası, 
maddi-mədəni  və  mənəvi  sərvətləri,  görkəmli  adamları,  nailiyyətləri  ilə  tanış  olmaq,  onları 
öyrənmək başa düşülür” [2, 30]. 
          Doğma  diyarın  canlı  təbiətini  nə  üçün  öyrənmək  lazımdır?  Nəyi  öyrənmək  lazımdır?  Canlı 
təbiəti  diyarşünaslıq  materialı  kimi  necə  tədris  etmək  olar?  Tədqiqat  zamanı  ümumtəhsil 
məktəblərində bu suallara cavab tapmaqda da çətinlik çəkdik. Biologiya müəllimlərinin bir çoxu bu 
istiqamətdə  işlərin  zəruriliyini  təsdiq  etsə  də,  bu  sahədə  dərsin  imkanlarının  məhdud  olduğunu 
israrla  qeyd  etmişlər.  Onların  fikrincə,  diyarşünaslıq  materialları  əsasında  şagirdlərin  mənəvi 
tərbiyəsi  işinə  sinifdənxaric  və  məktəbdənkənar  işlər  zamanı  nail  olmaq  mümkündür.  Bu  fikrin 
həqiqət  olduğunu  inkar  etmək  olmaz.  Canlı  təbiətin  bilavasitə  müşahidəsi  intellektual  səviyyənin 
inkişafı  ilə  yanaşı  insanın  mənəvi  aləminə  təsir  göstərir.  Lakin  təlim  prosesinin  diyarşünaslıq 
istiqamətinin mənəvi tərbiyə üzrə verəcəyi səmərəni də unutmaq olmaz.  

59 
 
         Müşahidə  və  təhlillərimiz  göstərir  ki,  şagirdlər  doğma  diyarın  canlı  təbiəti  haqqında  kifayət 
qədər məlumatlı deyillər. Çox vaxt diyarın bir çox təbii materiallarına (bitki örtüyünə və heyvanlar 
aləminə)  mücərrəd  yanaşmalar  açıq-aydın  hiss  olunur.  Halbuki  doğma  diyarın,  keçmişi,  indisi, 
gələcəyi,  canlı  təbiəti  şagirdlərin  mənəvi  tərbiyəsində  çox  əhəmiyyətli  rol  oynaya  bilər.  Doğma 
diyarın  təbiətini  öyrənmək  və  təbliğ  edə  bilmək  şagirdlərdə  Vətənə  məhəbbət  hissi,  vətəndaşlıq 
keyfiyyətlərini, doğma diyara, ölkəyə bağlılıq duyğusunu yüksəldir, yaşadığı torpağın, yurdun canlı 
təbiətinin zənginliyi ilə öyünür, qürur hissi keçirir. Bu isə şagirdin mənəvi simasının ən yüksək, ülvi 
keyfiyyətidir. 
Bütün  bunlar  göstərir  ki,  təlim  prosesinə  şagirdlərin  mənəvi  tərbiyəsi  üzrə  diyarşünaslıq 
istiqaməti  vermək  vacibdir.  Dərsdə  belə  bir  məzmun  istiqamətini  əsas  tutmaq  həm  təlimin 
səmərəlilik  səviyyəsi,  həm  də  şagirdlərin  mənəvi  aləminin  zənginləşdirilməsi,  şəxsiyyət  kimi 
formalaşması  baxımından  əhəmiyyətli  yerə  və  mövqeyə  malikdir.  Diyarşünaslıq  istiqaməti 
şagirdləri  həyata  hazırlamaq,  onları  yaradıcılıq,  axtarıcılıq  işinə,  təşəbbüskarlıq  və  müstəqilliyə 
qoşmaq, canlı təbiətlə birbaşa əlaqə və münasibətlərə hazırlamaq deməkdir ki, bu da onların mənəvi 
tərbiyəsi  işinin  başlıca  amili  sayıla  bilər.  Digər  tərəfdən  doğma  diyarın  canlı  təbiətinin  zənginliyi, 
yeni  növlər  məskəni  olması,  burada  elm  üçün  yeni  olan  bitki  və  heyvan  növlərinin  mövcudluğu 
şagirdlərdə  qürur  hissi  doğurur,  öz  diyarına,  böyük  Vətəninə  məhəbbət  hissini  gücləndirir,  milli-
mənəvi ruhda böyümələrinə qüvvətli təsir göstərir. 
         Biologiya  üzrə  təlim  prosesinin  optimallaşdırılmasının  çox  mühüm  amili  kimi  incəsənət 
əsərlərindən  istifadə  edilməsi  çox  yüksək  səmərə  verir.  İncəsənət  əsərləri  təlim  prosesində 
şagirdlərin  fəallaşmasına,  təlimin  təhsilləndirici,  inkişaf-etdirici,  tərbiyələndirici  funksiyasının 
həyata keçirilməsinə, elmi-dünyagörüşün, ideya-nəzəri səviyyənin yüksəldilməsinə təsir göstərir. 
           Ümumtəhsil  məktəblərinin  9-cu  sinifləri  üçün  dərslik  müəlliflərinin  göstərdiyi  kimi  “Gənc 
nəslə  insan  anatomiya  və  fiziologiyası  elmi  haqqında  biliklərin  və  bu  biliklərə  əsaslanan  şəxsi  və 
ictimai  gigiyena  qaydalarından  istifadə  etmək  bacarığının  öyrədilməsi,  fiziki  və  mənəvi  cəhətdən 
sağlam,  dünyagörüşü  hərtərəfli  inkişaf  etmiş  həqiqi  insan  şəxsiyyətlərinin  formalaşmasına  kömək 
edir” [3, 4]. 
           IX  sinifdə  tədris  edilən  biologiyanın  digər  bölmələri  kimi  “İnsan”  bölməsi  vasitəsilə  də 
şagirdlərə  hərtərəfli  elmi  biliklər  vermək,  öz  sağlamlığı  və  ətrafındakıların  sağlamlığına 
məsuliyyətli  münasibət  tərbiyə  etmək,  çox  mühüm  həyati  dəyər  kimi  insan  sağlamlığı  haqqında 
təsəvvürlər  formalaşdırımaq,  sağlam  həyat  tərzinin  əhəmiyyəti,  mənfi,  pis,  adətlərin  arxasınca 
getməyin 
ziyanlı  olması,  onların  sosial    təhlükəyə  çevrilməsi  problemin  mənəvi  aspekti,  sağlamlığın 
insanın həyat və  fəaliyyəti, cəmiyyətin inkişafı əhəmiyyətini aydınlaşdırmaqla onlarda yüksək mənəvi 
dəyərlər  formalaşdırmaq  olar.
 
Qeyd  edək  ki,  psixoloji  və  mənəvi  sağlamlıq  fiziki  sağlamlıqdan  az 
əhəmiyyət  daşımır.  İnsanın  fiziki  sağlamlığı  məhz  onun  mənəvi  və  psixoloji  sağlamlığının  vəhdəti 
şəklində  təzahür  etdikdə  yüksək  məzmuna,  tam  olan  dəyərə  malik  olur.  Şagird  məhz  bu  zaman  öz 
imkanlarını və qabiliyyətlərini reallaşdıra, nümayiş
 etdirə bilər. 
         Eksperiment  zamanı  uşaqların  həyat  tərzi  haqqında  bilik  və  təsəvvürlərinin  səviyyəsini 
müəyyənləşdirmək  məqsədilə  anket  sorğusu  təşkil  etdik.  Sorğunun  birinci  sualı  sağlam  həyat 
tərzinin  göstəriciləri  ilə  bağlı  idi.  Suala  qoyulan  tələbin  aşağıdakı  cədvəl  üzrə  əks  olunması  təklif 
olunmuşdu.  
 
Cədvəl 1 
Sağlam həyat tərzinin göstəricilərinin əsaslandırılması 
 
Sağlam həyat tərzinin göstəriciləri 
Əsaslandırma 
Ağıllı, düzgün qidalanma 
 
Fiziki iş 
 
Möhkəmlik, mətanətlilik 
 
Təmizlik, səliqəlilik  
 
 
Alınan  cavabların  təhlili  göstərir  ki,  mövzu  şagirdlər  tərəfindən  yüksək  səviyyədə 

60 
 
mənimsənilmiş,  sağlam  həyat  tərzinin  təklif  olunan  göstəricilərinə  aid  fikir  və  rəyləri  qənaətbəxş 
olmuşdur. Şagirdlər əvvəlki biliklərinə və giriş dərsində bilik və aldıqları məlumatlara arxalanaraq 
qeyd 
olunan göstəricilərin insanın sağlamlığında oynadığı rolu düzgün qiymətləndirə bilmişlər. 
Biologiyanın tədrisi prosesində şagirdlərin mənəvi tərbiyəsinin çox mühüm cəhətlərindən biri bu 
elm  üzrə  görkəmli  alimlərin,  bəşəriyyətin  istedadlı  və  əməksevər  insanlarının  həyat  və  yaradıcılıq 
yolunun maraqlı səhifələri haqqında söhbət açmaq, məlumat verməkdir. Canlı təbiət haqqında bir elm 
kimi  biologiya  yüzlərlə  elm  fədailərinin  əzablı,  keşməkeşli  həyat  yolu,  axtarışları  sayəsində 
formalaşmış,  inkişaf  edərək  hazırki  səviyyəyə  gəlib  çatmışdır.  Şagirdlər  istər  dünya,  istərsə  də 
Azərbaycanda  bioloji  fikirlərin  meydana  gəlməsi  və  inkişafı  haqqında  məlumatlı  olmalı,  görkəmli 
bioloq alimlərin həyatı və elmi fəaliyyətinə  aid bilik və təsəvvürlər əldə etməlidirlər.  
Azərbaycanda biologiyanın inkişafı çox-çox qədim dövrlərlə bağlıdır. Şifahi xalq ədəbiyyatında, 
mifologiyamızda  biologiyaya  aid  maraqlı  fikirlər  irəli  sürülmüşdür.  Orta  əsrlərdə  Azərbaycanda 
pərakəndə qaydada olsa da bu elm sahəsi üzrə mütərəqqi baxışlar meydana çıxırdı. XVI əsrdə Təbrizdə 
“  Dar-üş-Şəfa”  (Şəfa  evi)  adlı  tədris,  müalicə  və  elmi  korpusları  olan  tbb  müəssisəsi  fəaliyyət 
göstərmişdir.  Bəhmənyar,  Xaqani,  Nizami,  N.  Tusi,  M.  Füzuli  kimi  mütəfəkkirlər  öz  əsərlərində 
biologiyaya aid qiymətli elmi fikirlər söyləmişlər. 
Azərbaycanda  təbiət  elmlərinin  inkişafında  Həsən  Bəy  Zərdabinin,  fiziologiya  elminin 
inkişafında  akademik  Abdulla  Qarayevin  rolunun  işıqlandırılmasında  böyük  rolu  olmuşdur.  Biologiya 
problemlərinin öyrənilməsində İ. K. Abdullayev, M. H. Abutalıbov, A. Ə. Ağabəyli, M. T. Qəniyev, Ə. 
M.  Quliyev,  M.  Ə.  Əlizadə,  H.  Ə.  Əliyev,  C.  Ə.  Əliyev,  S.  M.  Əsədov,  M.  Ə.  Musayev,  İ.  D. 
Mustafayev, V. X. Tutayuk, C. M. Hüseynov, F. Ə. Məlikovun xidmətləri olmuşdur. 
Təcrübə və müşahidələrimizə əsaslanaraq göstərmək olar ki, şagirdlərin mənəvi tərbiyəsi işində 
onların  milli  iftixar  və  vətənpərvərlik  duyğularının,  bəşəri  hisslərinin  inkişaf  etdirilməsində  biologiya 
elmi  üzrə  görkəmli  tədqiqatçı  alimlərin  həyat  və  yaradıcılıq  fəaliyyətinin  öyrənilməsinə  aşağıdakı 
aspektlərdən yanaşmaq lazımdır. 
1.Biologiya  elmləri  üzrə  Vətən  elminin  müasir  inkişaf  mərhələləri,  müasir  vəziyyəti  haqqında 
bilik və məlumatların verilməsi
2.Görkəmli  alimlərin  vətənpərvərlik  duyğuları  və  əməlləri    haqqında  şagirdlərin 
məlumatlandırılması; 
3.Bioloq  alimlərin  tədqiqatlarının,  yaradıcılıq  işlərinin  respublika  və  xarici  ölkələrdə  yüksək 
qiymətləndirilməsi, müxtəlif nüfuzlu mükafatlara layiq görülməsi; 
4.Bioloq alimlərimizin xarici ölkələrin elmi cəmiyyətləri ilə əlaqəsi, məşhur və nüfuzlu alimlərlə 
əməkdaşlığı və s.; 
5.Dünya  şöhrətli  alimlərin  elmi  kəşf  və  ixtiraları  yüksək  əzm  və  fədakarlıq  nəticəsində  əldə 
etdikləri haqqında məlumatların verilməsi; 
6.Görkəmli  bioloq  alimlərin  həyat  yolu,  iş  xüsusiyyətləri,  davranış  və  hərə-kətlərinin  sadəliyi, 
səmimiliyi,  onların  mənəvi  aləminin  nadir,  gözəl  keyfiyyətləri  ilə  bağlı  hekayələr,  lətifələrdən  istifadə 
olunması; 
7.Məşhur  alimlərin  cəmiyyət,  insan  və  insanlarası  münasibətlər  haqqında  müdrik  fikirləri, 
aforizmlərindən istifadə olunması və s. 
 Ümumtəhsil məktəblərində biologiyanın daxili imkanlarına əsaslanaraq görkəmli alimlərin 
həyat  və  fəaliyyətinə  aid  əlavə  fakt  və  materiallardan  istifadə  etmək,  bioloji  anlayışların  və 
simvolların  meydana  gəlməsi,  inkişaf  tarixinə  aid  məlumatları  mənimsəmək  şagirdlərin  mənəvi 
tərbiyəsi işində əhəmiyyətli vasitələrdir. Hər bir biologiya müəllimi tədris prosesində bu məsələlərə 
diqqət yetirərsə problemin həllində böyük uğurlar əldə edə bilər. 
 


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə