Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə11/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   7   8   9   10   11   12   13   14   ...   190
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


15 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
                
                  
 
          
ETİBAR MƏMMƏDOV 
                                            Naxçıvan Dövlət Universiteti 
                                           KÖNÜL  BAYRAMOVA 
                                               Azərbaycan Dövlət Aqrar Universiteti 
UOT:576.121  
 
XIRDABUYNUZLU HEYVANLARDA AVİTELLİNOZUN YAYILMASI 
 
Açar sözlər: avitellina, xırdabuynuzlu heyvan, sestod, invaziya, koproloji müayinə 
Key words:  avitellina, small cattle, cestodes,  invasion,  coprologic  researches  
Ключевые словаавителлина, мелький рогатый скот, цестод, инвазия, копрологиче-
ские исследования 
 
 
Naxçıvan  MR-in  müxtəlif  ərazilərində  qoyunlar  arasında  avitellinoz  geniş  yayılmış  və 
heyvandarlıq  təsərrüfatlarına  nəzərəçarpacaq  dərəcədə  zərər  vurur  (1).  Helmintozun  törədicisi 
Avitellinidae  ailəsinə  aid  edilən  Avitellina  centripunctata  (Rivota,1874)  sestodudur.  Helmintin  əsas 
sahibləri  xırdabuynuzlu    və  iribuynuzlu  heyvanlar,  həmçinin  vəhşi  gövşəyənlər  hesab  edilir.  Sahibin 
nazik  bağırsağında  lokalizasiya  edən  sestod,  çox  sürətələ  böyümə  qabiliyyətinə  malikdir.  Dolaşmış 
kəndiri  xatırladan  sestod,  daha  çox  quzuların  nazik  bağırsağında  keçməzlik  yaradaraq,  onların 
tələfatına səbəb olur. Xəstəlik  iti gedişli olmaqla, çox vaxt yoluxmuş heyvanlarda sinir pozğunluqları 
da  müşahidə edilir. 
 
 Avitellinalar  biohelmint  olduqlarından,  onların  inkişafında  müxtəlif  torpaq  həşəratları  aralıq 
sahibi  kimi  iştirak  edir.  Müxtəlif  ədəbiyyatlarda  avitellinaların  inkişafında  torpaq  onurğasızlarından 
ayaqquyruqluların, otlaq gənələrinin  və bəzi torpaq buğumayaqlılarının iştirakı haqqında məlumatlara 
rast gəlinir (3,5). 
 
Apardığımız tədqiqatlarda  avitellinaların   sürfə mərhələsinin inkişafında   həşəratlar sinfinin 
(İnsecta)  ayaqquyruqlular  (Collembola)  dəstəsinə  aid  edilən  bəzi  növlərin  (Drepanura,  Willwosia, 
Lepidocyrtus)   iştirak etdiyi müəyyənləşdirmişdir (2).  
 
Helmint, süd rəngli, lentşəkilli quruluşa malik olmaqla, 3 hissədən - başcıq (skoleks), boyuncuq 
və  çoxsaylı  buğumlardan  (strobila)  ibarətdir  ki,  bunlar  ümumi  uzunluğu  əmələ  gətirir.  Helmintin  
uzunluğu 1054 mm-ə qədər, eni isə 2,05 mm, skoleksdə olan  4 ədəd yaxşı inkişaf etmiş  sormaçların 
diametri  0,66-0,68  mm  olur.  Skoleksdən  sonra  kifayət  qədər  uzun  olan  boyuncuq  başlayır  ki,  bu 
tədricən  strobilaya  keçir  (3).  Boyuncuq  hissədə  buğumlar  inkişaf  edir  və  strobilada  hermofrodit 
buğumlara çevrilirlər. Son buğumlar heyvanların kalı vasitəsilə otlaq sahələrinə ixraç olunur. Burada 
isə,  buğumlardan  azad  olan  külli  miqdarda    helmint  yumurtası  aralıq  sahibləri,  torpaq  həşəratları 
tərəfindən  yeyilir.  Aralıq  sahibin  orqanizmində  yumurtadan  çıxan  sürfə  müxtəlif  inkişaf  mərhələləri 
keçirilərək, invazion-sistiserkoid mərhələsinə çatır. 
 
Muxtar  Respublikanın  aran  bölgəsindəki  (Şərur,  Sədərək  və  Kəngərli  rayonları)    fərdi  və 
fermer  təsərrüfatlarında  saxlanılan  xırdabuynuzlu  heyvanlarda  avitellinozun  yayılma  dərəcəsini 
müəyyən  etmək  üçün,  2014-cü  ildə  koproloji  və  helmintoskopik  müayinələr  aparıldı.  Aprelin 
sonlarından  başlayaraq,  noyabrın  sonlarınadək  qeyd  edilən  ərazilərdə  otarılan  heyvanların  düz 
bağırsağından  kal  nümunələri  götürülməyə  başladı.  Aparılan  müayinələrdə  mayın  sonlarında 
götürülmüş  nümunələrdə  helmint  yumurtaları  və  çox  kiçik  ölçülərə  malik  buğumların  azad  olduğu 
müşahidə edildi. Kal kütləsinin üzərinə  yapışmış kiçik ölçülü buğumlar,  10 dərəcə böyütmə imkanı 
olan  əl lupalarının köməyi ilə müəyyənləşdirildi. 
      Təsərrüfatlardan müxtəlif yaş qruplarına aid (3 aylıq-2 yaş aralığında)   heyvanlardan götürülmüş 
550  kal  nümunəsi  laboratoriyada  Fülleborn  üsulundan  istifadə  edilməklə  koproloji  müayinələrlə 


16 
 
yoxlanıldı.  Bundan  əlavə,  qeyd  olunan  ərazilərdəki  təsərrüfatlarda  kəsilmiş  82    xırdabuynuzlu 
heyvanın  nazik  bağırsağındakı  möhtəviyyat  götürülərək,  laboratoriyada  ardıcıl  yuma  üsulu  ilə 
helmintoloji  müayinə edildi. Bu zaman ilk növbədə helmintlərin skolekslərini təfriq etməyə çalışdıq. 
Qeyd  etmək  lazımdır  ki,  araşdırmalar    zamanı  müayinə  edilən  kal  nümunələrində  digər 
anoplosefalyatoz törədicilərinə (monieziyalar), eləcə də müxtəlif strongilyat törədicilərinin yumurta və 
sürfələrinə də rast gəlinirdi. Həmçinin, kəsilmiş heyvanların bağırsaqlarında monieziyaların skoleks və 
buğumları da müşahidə edildi. Bağırsaqdan tapılan helmint nümunələri isə helmint təyinediçiləri, eləcə 
də  perfokart  təyinediciyə  əsaslanaraq  müəyyənləşdirildi  və  təfriq  edildi  (4).    Laboratoriyada    
helmintlər  2 %-li formalin məhlulunda konservləşdirildi. 
Koproloji müayinələrin nəticələri 1-ci cədvəldə verilmişdir.  
 
                                                                                         Cədvəl 1 
 

№ 
Rayonlar 
Kal 
nümunələrinin 
sayı 
Yoluxmuş 
heyvan sayı 
Yoluxma 
faizi 

Şərur 
220 
83 
37,7 

Sədərək 
205 
98 
47,8 

Kəngərli 
125 
60 
48,0 
Cəmi: 
550 
241 
43,8 
 
 
 
 
 
 
Cədvəldən  göründüyü  kimi,  hər  üç  rayonun  təsərrüfatlarında  saxlanılan  heyvanlarda  
avitellinozla  yoluxma  kifayət  qədər  yüksək  olmuşdur  (orta  yoluxma  43,8%).  Qeyd  edək  ki,  
koproloji  müayinə  üçün  götürülən  nümunələrdə  helmint  yumurtaları  ilə  yoluxma  dərəcəsi  ilin 
fəsillərindən  asılı  olaraq,  müxtəlif  aylarda  fərqli  olmuşdur.  Belə  ki,  quzularda  buğumların  xaric 
olması və  kalda müşahidə edilən helmint yumurtalarının  daha intensiv ixracı mayın sonu, iyunun 
sonlarına  təsadüf etdiyi halda,  yaşlı heyvanlarda helmintozla intensiv  yoluxma sentyabr- oktyabr 
aylarında müşahidə edildi. Noyabrın sonlarında götürülmüş kal nümunələrində, eləcə də   bağırsaq 
möhtəviyyatında helmintin yumurta və buğumlarına rast gəlinmədi. 
 
Tədqiqatın  gedişində  kəsilmiş  82  heyvanın  nazik  bağırsağındakı  möhtəviyyat  yuyulmaqla, 
süzülüb, laboratoriyada müayiə edildi. Nəticələr  2-ci cədvəldə verilmişdir. 
 
 
 
                                                         Cədvəl 2 
 

№ 
Rayonlar 
Bağırsaq 
nümunələrinin 
sayı 
Helmintlərin 
sayı 
(ədəd) 
İnvaziyanın 
intensivliyi 
 

Şərur 
48 
92 
1,9 

Sədərək 
20 
36 
1,8 

Kəngərli 
14 
21 
1,5 
Cəmi: 
82 
149 
1,8 
 
 
Cədvəldən  göründüyu  kimi,  invaziyvnın  intensivliyi  də  tədqiq  edilən  heyvanlarda 
nəzərəçarpacaq dərəcədə yüksəkdir. Yəni, hər bir heyvanın bağırsağında orta hesabla 2 ədəd yetkin 
helmintin  olduğunu  göstərir.  Araşdırmalar  zamanı  yaz  aylarında  daha  çox    cavan  heyvanların, 
payazda isə yaşlı heyvanların avitellinalarla yoluxduğu müəyyən edildi. 


17 
 
Aparılmış  tədqiqatlar  nətiçəsində  müəyyən  edilmişdir  ki,  Naxçıvan  MR-in  aran 
bölgələrində,  Şərur,  Sədərək,  Kəngərli  rayonlarında  saxlanılan  və  yaylaqlara  köçürülməyən 
heyvanlarda avitellinalarla yoluxma kifayət qədər yüksəkdir. 
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin