Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə7/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   2   3   4   5   6   7   8   9   10   ...   190
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
            
 
  
   
 
 
 
Rəngbərəng çiçəkləri xoş iylidir. Çiçək və meyvələri günəşli yerlərdə yetişir, şaxtalara və sərt 
şəraitə qarş dayanıqlıdır. Ev baxçalarında, binaların yaxınlığında tək və ya kiçik qruplarla küləkdən 
qorunan  yerlərdə əkilir. Çoxalması toxumla və kök çilikləri ilə həyata keçirilir (1,s.126-130). İpək 
akasiyası  Lənkəranın  subtropik  ərazisində  yayılmasına  baxmayaraq  Naxçıvanın  quru  kontinenral 
iqlim  şəraitində  kifayət  qədər  yaxşı  inkişaf  etməsi  mühün  elmi-nəzəri  və  təcrübi  əhəmiyyətə 
malikdir.  Bəzi  ədəbiyyat  mənbələrində  ipək  akasiyasının  toxumların  qışın  əvvəlində  tökülür  (1; 
3,s.104-105;  6,s.205-209).  Ancaq  apardığımız  fenoloji  müşahidələrin  nəticələri  göstərdi  ki,  onun 
toxumları  iyul  ayının  ortalarına  qədər,  yarpaqlamağa  başlayandan  bir  qədər  sonralar  tədricən 
tökülür.  Şəkildə  ipək  akasiyasının  şaxtaya  dözümlülüyü  və  paxlaşəkilli  iri  meyvələrinin  uzun 
müddət caxlanılması ilə də bəzək effekti yaratdığı görünür.  
 
Şək. 1.Naxçıvan Dövlət Universiteti 
 2. Naxçıvan şəhəri  Xətai küçəsi döngə1  
11bababaşlanğıcı 
 3. Naxçıvan şəhər  Xətai küçəsi döngə2
 
4. Naxçıvan şəhər  Azadlıq  prospekti
 


10 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                           Albizzia  Durazz - Güləbşirin (Lənkəran akasiyasi) qış mövsümündə 
 
Albizzia julibrissin Durazz - İpək akasiya – щелковая акация İn Mag. Foscan, III, 4, P, 11, 
(1772) Acacia julibrissin Wild. Çoxlu xırda yarpaqcıqları olan, ikiqat lələkvarı yarpaqlı ağac və  ya 
koldur.  Kasacığı  zəngvarı  və  ya  boruvarıdır,  4-5  dişlidir.  Tacı  düzgündür,  yaşılımtıl-sarı  olub, 
qıfvarı, yarıya qədər və ya daha artıq bitişmiş 4-5 ləçəkdən ibarətdir. Erkəkcikləri sayca çox olub, 
tacdan  uzundur,  boyalı  saplara  və  xırda  tozcuqlara  malikdir.  Dişicik  sapvarıdır.  Çiçək  qrupu 
başcıqvarı;  mürəkkəb  süpürgələrdə  və  ya  yarımçətirlərdə  toplaşmışdır.  Paxla  enli  xətvarı,  yastı, 
quru,  açılmayan  və  ya  iki  qapaqcığı  ilə  açılandır,  biryuvalıdır.  Bu  cinsə  Asiya,  Afrika  və 
Avstraliyanın  tropik  və  subtropik  zonalarında  yayılmış  50-yə  qədər  növ  daxildir.Keçmiş  SSRİ-də 
yabanı  halda  və  kulturada  onun  bir  növü  (Azərbaycan)  yayılmışdır.  Qafqazın  qazıntı  florasında 
hazırkı  Albizzia  julibrissin  növünə  oxşadılan  Albizzioxylon  hyranicum  Nicit  məlumdur.  (Şirvan 
pliosenindən). Geniş, üfüqi yayılmış çadırvarı çətirli, 18, bəzən 20 m hündürlüyü və 30-40 (80) sm 
diametrə malik ağacdır (6,s.147-149; 7  ).  
Birillik  zoğları  yaşıl  və  ya  zeytuni-yaşıl  rəngli,  hamar  qabıqlıdır.  Gövdəsi  və  yaşlı 
budaqlarda qabıq boz rənglidir, uzununa çatlıdır. Kök sistemi yaxşı inkişaf etmiş, əsasən kökdən və 
torpağın üst qatlarında yerləşmiş çoxlu yan köklərdən ibarətdir. Yarpaqlar növbəli düzülmüş ikiqat 
cütlələkvarıdır, uzunluğu 18-20 (40) sm-dir. Birinci hissələr 8-12 (15) cüt olub, uzunsov yarım oraq 
şəkilli, 5(8-10)-15 mm uzunluqda və 1,5 (3,4)-4,5 mm enindədir. Ikinci  hissə yarpaqlar isə 15-20 
(35) cüt olub, üst tərəfdən tünd, altdan açıq  yaşıldır, çılpaqdır və  ya alt tərəfdən az və  ya çox sıx 
yumşaqtüklü,  kənarı  kirpikvarıdır.  Çiçəkləri  düz  quruluşda,  5  şüa,  xırda,  iki  cür  formalı  olub, 
başcıqvarı  çiçək  qrupu  əmələ  gətirir.    Çiçək  qrupları  öz  növbəsində  iri  mürəkkəb  süpürgələrdə 
birləşir.  
Yan çiçəklər (başcıqlarda) erkəkcikdir, mərkəzdəkilər ısə ikicinslidir, meyvəverəndir, çiçək 
yanlıqları  qayıqvarı  yaşılımtıldır,  4-5  dişlidir,  azca  tüklüdür.  Erkək  çiçəklərin  tacı  qıfvarı,  rəngi 
sarımtıldır, kasadan 3-5 dəfə uzundur. Ikicinsli çiçəklərin tacı isə uzun boruşəkillidir, kasacıqdan 8-
10  dəfə  uzundur,  xaricdən  ipəkvarı  tüklərlə  örtülüdür.  Erkəkciklər  sayca  çoxdur,  uzun  (30-35  mm), 
nazik  saplıdır, tacdan çox irəli çıxmış  olub, çəhrayı  boyalıdır, (ağdan çəhrayıyadək, aşağı  hissədə 
isə  qırmızı  ət  rəngində  dəyişən  boyalara  təsadüf  edilir),  4-5  mm  hündürlükdə  boru  şəklində 
birləşmişdir. Tozluqları xırda, dörd-kameralı, toz dənələri isə çox xırda olub, sarıdır. Salxımaoxşar 
tozcuq qovuqlarına yapışıqdır.  
Dişicik birdir, telvarı sütunludur, kiçikağızlıdır. Paxlalar yastı, xətvarı, çılpaq olub, iki qapı ilə 


11 
 
açılır. 16-20 sm uzunluqda və 20-25 mm enindədir, 8-14, çox hallarda 11-13 toxumludur. Əvəlcə 
yaşıl, yetişmiş halda isə açıq qəhvəyidir. Toxum aralarında azca basıq, toxumların əks tərəfində isə 
qabarıqdır,  uc  tərəfdən  uzunluğu  10  mm-ə  qədər  olan  çıxıntılıdır.  Toxumlar  uzunsov-ovalşəkilli, 
yastı, qəhvəyi rəngli, hamar, 7 (8-9)-10 mm uzunluqda və 4 (4,5) mm enindədir.  
Cücərtilər ovalşəkilli, ətli, tamkənarlı, gözəçarpan damarlanması olmayan ləpəlidir, ləpələrin 
dib  hissəsində  qulaqcıqlara  oxşar  çıxıntılar  əmələ  gəlmişdir.  Ləpəaltı  dirsək  aşağıdan  ağdır,  kök 
boyuncuğu hissədə isə fırşəkilli qalınlaşmaya malikdir. Birinci əsil yarpaqlar yanaşı və ya qarşılıqlı 
durandır.  Yarpaqaltlığı  bizvarı,  yaşıldır.  Birinci  yarpaq  birqat  cütlələkvarı,  ikincisi  isə  ikiqat 
cütlələkvarıdır.  Yarpaqcıqlar  ovalşəkilli,  uc  tərəfdən  xırda  çıxıntılı,  yaşlı  bitkinin  yarpaqcıqlarına 
oxşardır.  Çiçəklənməsi  iyunun  birinci  yarısından  və  ya  ortalarından  başlamaqla,  avqust-sentyabra 
qədər  davam  edir.  Paxlaların  yetişməsi  oktyabrın  axırında  başlanır,  noyabr  ayı        başa  çatır.  Ipək 
akasiya   Azərbaycanda  yabanı  halda ancaq Talışda terraslarinda bitir və dəniz səviyyəsindən 300-
400  m-ə  qədər  yuxarı  qalxaraq  meşəciklər  təşkil  edir.  Aşağı  dağ  qurşağında  qarışıq  hirkan 
meşələrinin  tərkibinə  daxil  olur.  Ümumi  yayılması;  İran  (Gilan,  Mazandaran),  Braziliya,  Çin 
(Sıçyan, Xebey, Yunnan) və Yaponiyada (Xakkaydo, Xonsyu Kyusyu və s.) yabanı halda bitir.  
Ipək  akasiya  çox  zaman  həm  təbii  bitmə  yerlərində,  həm  də  ondan  çox  uzaqlarda  başlıca 
olaraq dekorativ məqsədlər üçün artırılır. Azərbaycanda ipək akasiyaya Lənkəran rayonu qrupunda 
(Lənkəran, Astara, Masallı və s.)bağ, park və həyatyanı sahələrdə, çay plantasiyalarında, həmçinin 
Bakı,  Sumqayıt,  Mərdəkan,  Zaqatala,  Xaçmaz,  Quba,  Göyçay,  Gəncə,  Ağdaş,  Yevlax,  Şəki, 
Şamaxı  və  respublikanın  aran  və  dağətəyi  rayonlarında  yerləşən  bir  çox  başqa  yaşayış 
məntəqələrində  də  kulturada  təsadüf  edilir.  Ipək  akasiya  eyni  zamanda  mədəni  halda  Gürcüstan 
Respublikasında, xüsusilə Qara dəniz sahillərində (Tbilisi, Kutaisi, Çuatura, Axali, Apani, Anapa, 
Soçi,  Adler,  Gəlincik,  Novorossiysk  və  s.)  çox  geniş  yayılmışdır.  0,  həmçinin  Orta  Asiyada 
(Özbəkistan-Daşkənd,  Səmərqənd,  Buxara,  Türkmənistan-Krasnovodsk,  Aşqabad,  Qızıl  Aptek, 
Qazaxıstan-Çimkənd), Krımda və Ukraynada təsadüf edilir.  
Ipək akasiya mədəni  halda həmçinin  bir  çox xarıcı  ölkələrdə:  İtaliya,  İran, Türkiyə,  Fransa, 
Yunanıstan,  Albaniya,  Çin,  Yaponiya,  Koreya,  Şimali  Amerikada  becərildiyi  məlumdur.Ipək 
akasiya  meşələri  Talışda  mailliyi  20-35°  olan  ana  süxuru  səthə  çıxan  nazik  qatlı,  skeletli  sarı 
topraqlı yamaclarda yayılmışdır.Ipək akasiya meşələrinin ayrı-ayrı fraqment1ərinə dik yamacların 
dibində, drenajlı, yuyulmuş, gillicəli zəngin meşə torpaqlarında və axar suların yanında çaykənarı 
allüvial  terraslarda  təsadüf  edilir  (Prilipko,  1954  ).  İpək  aksiyanın  üstünlük  təşkil  etdiyi  meşələr 
azdır.  Çox zaman bu cins yamaclarda şabalıdyarpaq palıd, Qafqaz vələsi, vən, azat, hurkan ənciri, 
dəmirağac, Qafqaz xurması, çaykənarı terraslarda isə yalanqozla birlikdə bitir.  
        Təmiz  meşələrdə  l-ci  mərtəbənin  (Ağac  yarusu)  hündürlüyü  18,  nadir  halda  20  m-ə  çatan  və 
orta  diametri  20  sm  olan  ipək  akasiya  təşkil  edir.  Belə  meşələrin  ağac  yarusunda  ipək  akasiyadan 
əlavə, arabir şabalıdyarpaq palıda da təsadüf edilir. Belə hallarda ipək akasiyanın çətiri hündürdə, 
gövdələrin  üst  hissəsində  yerləşir.  Adətən,  burada  yüksək  sıxlıq  (0,7-0,9)  olmasına  baxmayaraq, 
ipək akasiyanın işığı aşağı buraxan çətirləri altında əzgil, böyürtkən kollarından ibarət meşəaltının 
inkişafı üçün əlverişli şərait yaranır. Ot örtüyü seyrəkdir, ipək akasiya meşələri üçün xarakter olan 
növlər  yoxdur.  Ən  çox  danaayağı  (Arum  albispathum),  mahmızala  (Corydalis  marsəhalliana), 
meşənovruzu (Cyclamen elegans), qarçiçəyi (Scilla hohenackeri), işıqotu (Luzula forsteri) bənövşə 
(Viola  carıca,  V.alba),  qısaayaq  (Brachypodium  silvaticum),  cil  (Carex  silvatica,  C.  Divulsa), 
çınqılotu  (geum  urbanum),  dovşan  kələmi  (Oxalis  comiculata),  vəl  '(Pteridium  tauricum),  hirkan 
küləvari  (Centaurea  hyrcanica)  və  s.  yayılmışdır.  Təbii  örtük  pozulmuş  yerlərdə,  az  miqdarda 
lianlardan  və  mərəvcəyə  təsadüf  edilir.  Daha  geniş  yayılmış  qarışıq  meşələrdə  ipək  akasiya  II-III 
bonitet, meşələrin I ağac yarusunu palıd, azat, xurma, göyrüş, II ağac yarusunu isə dəmirağacı təşkil 
edir. İpək akasiya meşələrini  əsas üç meşə tipinə  ayırmaq olur: 1. İpək akasiyanın üstünlüyü ilə 
qayalıq-daşlıq  yamacların  meşəsi  (Albizzietum  saxosum).  2.  İpək  akasiyanın  iştirakı  ilə  yamac 
şlef1ərinin palıdlı dəmirağac meşəsi. 3. Ipək akasiyanın iştirakı ilə çaykənarı rütubətli meşəsi (7). 
Göstərilmiş  üç  meşə  tipindən  mahiyyət  etibarilə  yalnız  birinci  ipək  akasiya  meşələrinə 
(Albizzietum)  aiddir,  qalan  ikisində  ipək  akasiya  ağaclıqda  iştirak  etməklə,  başqa  meşə 
formasiyaları (dəmirağaclı palıdlıq və çay kənarı meşə) tipləri tərkibinə daxil olur.  


12 
 
İpək akasiya relikt mezafıt cinsidir. 0, ancaq müxtəlif geoloji dövrlərin dəyişməsi və iqlimin 
kontinentallaşması  ilə  əlaqədar  olaraq  daha  quru  şəraitlə  uyğunlaşmış  və  onda  bir  sıra  quraqlığa 
davamlılıq  xüsusiyyətləri  meydana  gəlmişdir.  Yay  aylarında,  günün  qızğın  vaxtında,  həmçinin 
güclü  küləkli  günlərdə  və  gecə  vaxtı  ipək  akasiyanın  yarpaqlarındakı  ikinci  dərəcəli  yarpaqcıqlar 
bükülərək yığılır. Bu bitki torpağa az tələbkar olub, drenajlı, qalın gillicəli torpaqlarda yaxşı bitir, 
təzə  allüvial  torpaqlarda  isə  daha  sürətlə  böyüyür.  Skeletli  nazik  qatlı  torpaqlarda  da  bitə  bilər. 
Bataqlıq yerləri sevmir.  
Meşədə  toxumla  və  pohrələrlə  yaxşı  çoxalır.  Hər  il  meyvə  verir,  meyvə  verməsi  4-5 
yaşlarından  başlanır.  Açıqlıqda  bitmiş  9  m  hündürlüyündə  20  yaşlı  bir  ağacın  üzərindəki  246 
paxladan 1722 toxum əldə edilmişdir. Ipək akasiyanın toxumları yüksək cücərmə qabiliyyətinə görə 
fərqlənir.  Toxumlar  cücərmə  qabiliyyətini  3-4  il  saxlaya  bilsə  də,  belə  hallarda  0  xeyli  zəifləyir. 
Meşədə  cücərtilər  yazda,  qismən  yayda  və  payızda  bitir.  Kulturada  toxumalarla,  bəzən  də 
qələmlərlə  artırılır.  Təzə  toxumlar  10-15  gündən  sonra  cücərir.  Səpindən  qabaq  toxumlar  qaynar 
suda isladılır. 1000 ədəd toxumun çəkisi orta hesabla 50-55 qram dan 45-70 qrama qədər olur. 1 kq-
da 18-14-22 min toxum olur, dən doluluğu 99 %-dir. A.V.Vasilyevə görə (1957) toxum yığıldıqdan 
sonra onun cücərmə qabiliyyəti 28 %-dir.  Cücərmə dövrü 35-56 gündür. Bizim təcrübədə əkilmiş 
toxumların  65  %-i  cücərti  vermişdir.  Bir  il  saxlanmış  toxumun  cücərmə  qabiliyyəti  7  %-ə  enir, 
cücərmə dövrü isə 20-30 günə bərabər olur.  
İpək  akasiya  yüksək  dekorativ  xüsusiyyətlərə  malikdir.  Çiçəklənmə  dövründə  uzaqdan 
nəzəri  cəlb  edən  bolluca  çiçəkləri,  özünəməxsus  gözəlliyi  vardır.  Başlıca  olaraq  çətirin  üzərində 
yerləşən  xoş  və  zərif  ətirli  çiçəklər,  omamental  yarpaqlar  ipək  akasiyanı  ən  cazibədar  ağaz 
cinslərindən  biri  etmişdir.  Çiçəklənmə  dövründə  ipək  akasiya  Lənkəran  meşələrinin  bəzəyidir. 
Onun çiçəklənmə dövrü müxtəlif yerlərdə 35- 60 gün arasında dəyişir. Ipək akasiyanın çiçəklərinin 
erkəkcik  tellərinin  rənginin  müxtəlifliyi  ilə  fərqlənən  bir  neçə  forması  məlumdur.  Dekorativ 
bağçılıqda  xüsusilə  aşağıdakılar  diqqəti  cəlb  edir.  Var.rosea  Mouillef-intensiv  çəhrayı  erkəkcik 
telləri  olan,  f.alba  Al.The-od.-ətvarı  qırmızı  erkəkcik  tellərİ  olan,  f.  alba  Al.Theod-ağ  rəngli 
erkəkcik  telləri  olan  və  s.  Dekorativ  bağçılıqda  ipək  akasiyanın  ştamb  formalarını  əldə  etmək 
mümkündür.  Xiyabanlar  düzəltmək  məqsədi  ilə,  qrupla  və  tək-tək  (soliter)  əkilir.  Talışda  ipək 
akasiyadan həmçinin çay plantasiyalarında kölgələndirici ağac kimi istifadə olunur. Ipək akasiyanın 
seyrək  çətiri  çay  kollarının  boy  və  inkişafına  müsbət  təsir  edən,  eyni  bərabərlikdə  kölgə  verir. 
Sarımtıl, canlı və açıq qəhvəyi özəkli oduncağı çox möhkəmdir, ağırdır, çox gözəl yarılır, tangental 
və  radial  kəsiyində,  həlqələrdə  çətirli,  şüavarı  teksturalıdır.E.V.  Vulf  və  O.F.  Malaeva  fikrincə  
Albizzia  cinsinə  daxil  olan  növlərin  qabığında  20%-ə  qədər  aşı  maddəsi  vardır.  Paxlasından 
mürəkkəb hazırlanır, Kauçuqun kaoqulyasiyasında işlədilir. Yaşıl paxlaları iribuynuzlu mal-qara və 
dəvələrə yemdir və həm də paxlaları  yeyinti məhsuludur. Xüsusi içkilərin hazırlanmasında, kitrəsi 
boyaq və nəşriyyat sənayesində işlədilir.  Bəzək və dərman bitkisidir, Oduncağı möhkəmdir, ondan 
düyü  dəyirmanı,  tikintidə    tir,  qayıq  hazırlanmasında    istfadə  olunur.  Budaqcıqları  (vetki)  diş 
fırçaları hazıtlamağa sərf olunuduğynu     qeyd edirlər (2, s.202-204).  
Oduncaqda borularında  illik halqalar yaxşı seçilir; boru boşluqlarının həcmi orta enliyi olan 
artım  halqalarında  (12-15%-i  təşkil  edir)  lif1i  traxeid  boşluqların  həcmi  25-30%-dir.  Hüceyrə 
qlaf1arının həcmi (dolu, kütlənin faizi) orta hesabla 45-50%-ə bərabərdir. Şüaların həcmi 10-12% 
arasında  dəyişir.  Z.A.  Novruzovaya  görə  (1959),  ipək  akasiyanın  oduncağı  çoxlu  miqdarda  maye 
rütubət  udmaq  qabiliyyətinə  malikdir.,  həcm  çəkisinə  görə  orta  ağırlıqdadır.  Oduncağın  hüceyrə 
divarları  ətrafındakı  su  buxarlarını  qeyri-bərabər  udur  (orta  hesabla  20,5  %)  və  bir  qədər  şişir. 
Tangental şişmənin radial şişməyə nisbəti böyük deyildir (1,4 ilə ifadə olunur).  
 İpək  akasiyanın  oduncağı  quruduqda  böyük  əyilmə  və  çatlar  vermir,  tangental  qurumanın 
radiala  nisbəti  1,5-ə  olan  oduncaqlara  aiddir,  hüceyrə  boşluqlarının  və  hüceyrəarası  boşluqların 
həcmi 64,5 %-i təşkil edir. Ipək akasiya oduncağı möhkəmliyinə görə yüksək olmayan göstəricilərə 
malikdir.  0,  statik  əyilməyə  və  zərbə  yükünə  qarşı  nisbətən  az  müqavimət1i  olması  ilə  fərqlənir. 
Ipək akasiyanın oduncağı yüksək dekorativ keyfiyyətlərə malik olsa da, oduncaq ehtiyatının azlığı 
üzündən sənayedə tətbiq edilmir. Mebel sənayesi və dekorativ oduncaq əldə etmək məqsədi ilə ipək 
akasiya  çoxaldılmalıdır.  Dünya  bazarında:  Hindistan,  Avropa  və  Şimali  Amerikada  güləbrişinin 


13 
 
müxtəlif  növlərinin  oduncağı,  xüsusilə  Albizzia  levvesk  yüksək  qiymətləndirilir  və  ondan 
"Koko"adlı yüksək keyfiyyətli mebel hazırlanır. Ipək akasiya gözəl ballı bitkidir, sarımtıl rəngə, xoş 
ətirə və özünəməxsus xoş dada malikdir. Qabığında 7-8 % aşı maddəsi, sapanin, həmçinin ipək və 
yun parçaların boyanmasında istifadə olunan çoxlu sarı boyaq maddəsi vardır. Qabığından alınmış 
su  cövhərindən  xalq  təbabətində  istifadə  olunur  (Talış).  Xalq  təbabətində  bu  ağacın  çiçəklərinin 
sulu  dəmləməsi  öskürək  əleyhinə  və  antispazmatik  vasitıdir.  Gövdələrinin  qabığı  suda  dəmləməsi 
iştahaçıcı vasitə və mədə-bağırsaq traktının xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsidir. 
(4, s. 83-84; 5,s. 147-149). Araşdırmalardan aydın oldu ki, İpək akasiyası tətbiq etdiyimiz yerlərdə  
tam sınaqdan çıxdı, Naxçıvan MR-in  şəraitinə tam uyğunlaşmış, çiçəkləyib meyvə və yetkin toxum 
verdi. Bu qiymətli ağacın indi geniç  əkilib-becərilməsinin tətbiqinə keçilməsini təklif edirik.   
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin