Naxçivan döVLƏt universiteti 1967


Bəzi  ədəbiyyat  mənbələrində



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə3/24
tarix29.12.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
 Bəzi  ədəbiyyat  mənbələrində  Biberşteyn  göyəyini    Echium  italicum  Jacq.  növü  kimi 
verirlər. Ancaq bu iki bitkini müqayisə etdikdə məlum olur ki, onlar eyni deyildir. Məsələn, Echium 
italicum hündürlüyünə, kənardan ümumi görünüşünə, çiçəklərinin rənginə, qıvrımlarının seyrək və 

21 
 
qısa olmasına, hətta bitdikləri sahənin yaşayış mühitinə görə kəskin fərqlənir. Təyin edilmişdir ki, 
bunlar ayrı-ayrı növdür.  Biberşteyn göyəyini yalnız iki yerdə: Culfa rayonunun Ərəfsə kəndindən 
6-7 km şimalda, Aracıq dağı ətəyindəSu qovuşağı adlanan yerdə (Aracıqçayla Kolaçayın birləşdiyi 
yer)  yol  kənarında  taxıllı-paxlalı-kollu-müxtəlifotlu  sahələrdə,yarğanlarda  vəMəzrə  kəndində 
həyatyanı sahədəmüşahidə etmişik (Şək. 3.). E. italicum isə hər yerdə bol yayılıb (Şək. 4). 
 
 
                    Şəkil 3.  E. biebersteinii                    Şəkil 4.  Echium italicum 
 
Başqa bir cəhət ondan ibarətdir ki, Echium italicum olan yerlərdə E. biebersteinii olmur və 
o,  çox nadirdir.  
 
Fitosenozda  onunla  birlikdə:  Carapodium  platycarpun,Centaurea  behen,  C.  polyphilla, 
Hordeum  bulbosum,  Vicia  variabilis,  Rosa  canina,  R.  corymbiphera,  Coteneaster  melanocarpa, 
Crataegus  orientalis,  Pyrus  salicifolia,  Gladiolus  atroviolaceus,  Verbascum  rpamidalis,  Serinte 
ninor,  Myosotis  silvatica,  Lycopsis  orientalis,  Asparagus  officinalis,  Fumaria  vailanti, 
Chenopodium 
botris, Adonis flammeus, Falcaria sioides, Geranium tuberosum, Turgenia latifopia v. b. 
bitkilər    yayılmışdır.  Seyrək  ağ  çiçəkləri  və  hündür  pramidal  görünüşü  uzaqdan  diqqəti  cəlb  edir. 
Buradakı  ağaclı-kollu-paxlalı-taxıllı  bitki  qruplaşmalarında  tək-tək,  yaxud  2-3-ü  bir  yerdə  olur.  Belə 
bitki  qruplaşmalarında  meyvə  ağac  və  kollarından  Malus  domestica,  Vitis  vinifera,  Pyrus  vulgaris, 
Grossularia vulgaris, Mespulis germanica, Armeniaca vulgaris, Pyrus communis, Prunus domestica; ot 
bitkilərindən  isə  Trifolium  pratense,  Lotus  corniculatus,  Agrimonia  europaea,  Dactiis  glomerata, 
Medicago  caerulea,  Poa  pratensis,  Leonurus  caediaca  inkişaf  edir.  İtaliya  göyəyi  kənardan  bir  qədər 
göyümtül  rəngdə  görünür,  olduqca  sıx  dalayıcı  ağımtıl  tükcüklərlə  örtülmüşdür.  Yol  kənarlarında, 
otluqlarda, çay yataqlarında tez-tez rast gəlinir.  Bəzi ərazilərdə daha bol olduğundan populyasiyaların 
rast  gəlmə  intensivliyi  artır.  İlk  dəfə  muxtar  respublikanın  ərazisində  İtaliya  göyəyinin  sıx  cəngəlliyi 
aşkar  edilib,  formasiya  səviyyəsində  təsviri  verilmişdir.  Babək  rayonunun  Payız  meşəsi  adlanan 
ərazisində  bu  formasiyanın  geniş  yayılması,  bəzi  yerlərdə  Echium  italicum  assosiasiyası  əmələ 
gətirir.Burada  Hordeum  bulbosum  L.,  Phalaroides    arundinaceae  (L.)  Rauschert,  Calamagrostis 
epigejos  (L.)  Roth.,  Phragmites  australis(Cav.)  Trin.  ex  Steud.,  Thalictrum  minus  L.,  İnula  helenium, 
Achillea millefolium L. və b. növlərə də rast gəlinir.   
Beləliklə, mövcud təbii ekosistemlərdə və aqrofitosenozlardakı rolunu, faydalı növlərinin dəqiq 
yeri, bolluğu, məhsuldarlığı, dəyişilmiş yeni yayılma məskənlərinin aşkar edilməsi kimi həll olunması 
vacib  digər  çoxsaylı  problemli  məsələlər  Naxçıvan  MR-də  Boraginaceae  Juss.  fəsiləsinin  tədqiqat 
obyekti kimi seçilib işlənməsinə əsas verir.    
 
ƏDƏBİYYAT 
1.Алиева  А.М.  Таксономический  спектр  Boraginaceae  Adams.  в  Нахчыванской 
Автономной  Республике  Азербайджана,  XXXII  Международной  заочной  научно-практической 
конференции «Научная дискуссия,  инновации в современном мире, Москва, 2015, с. 16-21 

22 
 
2.  Алиева  А.М.  Редкие    растения  Borahinaceae  Adams.    во    флоре  Нахчыванской 
Автономной  Республик  Азербайджана,  Международный  двуязычный  научный  журнал  «Путь 
науки», Волгоград,  2015, с. 21-23 
3. Əliyeva A.M. Sümürgənçiçəklikimilər fəsiləsinin Naxçıvan  Muxtar Respublikası  ərazisində 
yayılmış  faydalı  növləri,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Naxçıvan  Dövlət  Universitetinin 
birgə keçirdiyi  Beynəlxalq Konfrans,  2013, s. 36 -41 
 
ABSTRACT 
 
 
 
 
 
 
 
 
Afag Aliyeva 
ABOUT KIND OF GOYAK (Echium L.) SPECIES INCLUDING BORAGINACEAE 
ADAMS.FAMILY IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
In  the  article  plants  including  Boraginaceae  Juss.family  in  the  Nakhchivan  Autonomous 
Republic are stated . For this purpose kinds of Goyak (Echium L.) species including that family are put 
forward.In  the  article  four  kinds  of  Goyak  (Echium  L.)  species  spreading  in  the  Nakhchivan 
Autonomous Republic are searched and yhey are analysed from scientific-theoretical point of view. It is 
stated  that  mountainous  part  of  the  region  is  noted  for  foot-hill,  lower  mountainous,  middle  
mountainous  and  higher  mountainous  zones.  Either  in  desert,  semi  desert  ecosystems  of  mountainous 
part or the Arazriver plains possessflora and plant spread of similar structure. But various plant species 
and  phytosenoses  in  them  call  attention.  In  this  region  studyof  plants  and  phytosenoses  of 
BoraginaceaeJuss.  family,  discovering  its  natural  reources,  its  protection,  profitableand  stable  usage  is 
very  important  actual  issue  having  urgent  state  importance.  In  some  literature  sources  it  is  given  as 
EchiumitalicumJasq.species. But comparing both plants it is cleared that they are not the some. 
Example:  Echiumitalicumis  differed  for  its  height,  general  appearance  from  outside,  colourof  
flowers having thin and short curls, even for the living condition of their growing space. 
 
РЕЗЮМЕ 
 
 
 
 
 
 
 
 
Афаг Алиева 
О СОРТАХ РАСТЕНИЙ, ОТНОСЯЩИХСЯ К РОДУ ГЁЙАК (Echium L.) СЕМЕЙСТВА 
BORAGINACEAE ADAMS., ВСТРЕЧАЮЩИХСЯ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ 
РЕСПУБЛИКЕ 
В 
статье 
говорится 
о 
растениях, 
относящихся 
к 
семейству 
Boraginaceae.Жусс.встречающихся  в  Нахчыванской  Автономной  Республике.  С  этой  целью  на 
передний план вдвигаются различные сорта растений, относящихся к роду Гёйак  (Echium L.). В 
статье  исследуются  и  привлекаются  к  научно-теоретическому  разбору  четыре  сорта  растений 
рода  Гёйак  (Echium  L.)    встречающихся  в  Нахчыванской  Автономной  Республике.  Отмечается, 
что  горная  часть  региона  представлена  поясати  предгорья,  низкогорья,  среднегорья,  нагорья, 
высокогорья.  Экосистема  и  горной,  и  равнинной  части  воль  берега  реки  Араз,  пустыни  и 
полупустыни  представлена  похожей  флорой  и  растительным  покровом.  Несмотря  но  это 
привлекает  внимание  различие  сортов  и  фитосенозов  этих  растений.  В  этом  регионе  изучение 
растений  семейства  BoraginaceaeЖусс.  и  их  фитосенозов,  выявление  природных  богатств, 
защита,  постоянное  и  рациональное  использование  является  главной,  неотложной,  имеющей 
государственное  значение,  актуальной  задачей.  В  некоторых  литературных  источниках  они 
подаются  как  сорт  Жасг.  Но  сравнив  два  этих    растения,  выясняется,  что  они  не  одинаковы. 
Например,  они  резко  отличаются  по    Echium  italicumвысоте  по  общему  виду  со  стороны,  по 
окраске цветов, по редкости и короткости кудрявости, даже по среде обитания. 
 
NDU-nun Elmi Şurasının 26 noyabr 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə 
olunmuşdur (protokol № 04) 
         Məqaləni çapa təqdim etdi: biologiya üzrə fəlsəfə doktoru, dosent  
Ə.Tahirov 
 
 

23 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
MEHRİ  SEYİDBƏYLİ  
                                                            Naxçıvan Dövlət Universiteti 
                                                                              E-mail:m.seyidbeyli@mail.ru 
UOT: 576.895 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YERLİ BİTKİ MƏNŞƏLİ ANTİHELMİNT 
PREPARATLARIN TƏTBİQİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər : bitki mənşəli, antihelmint, preparatlar, kənd təsərrüfatı ,ekoloji  
Key words :  herbal , antihelmintic , preparation , agriculture ,ecological 
Ключевые слова:   травяной , антигельминтные, препараты, сельское  хозяйство 
,екологический 
 
Hazırda  inkişaf  etməkdə  olan  ölkədə  və  əhalinin  sayının  artdığı  bir  dövrdə  Azərbaycan 
Respublikasının,  həmçinin  Naxçıvan  MR-nın  vətəndaşlarının  ekoloji  təmiz  ərzaq  məhsulları  ilə 
təmin olunması dövlət qarşısında prioritet məsələlərdən biridir. Bu məqsədlə 2008-ci ildə «2008—
2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair 
Dövlət Proqramı» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
qüvvəyə  minmişdir.  Həmin  proqramın  əsas  məqsədi  ölkənin  hər  bir  vətəndaşının  sağlam  və 
məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ekoloji təmiz ərzaq məhsulları ilə 
tam təmin edilməsinə nail olmaqdan ibarətdir.  
Əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  ödənilməsində  kənd  təsərrüfatı  heyvanlarının 
artırılması və çoxaldılması mühüm yerlərdən birini tutur. Belə ki, məhsuldar iri və xırda buynuzlu, 
həmçinin  ev  quşlarının  yeni  cinslərinin  seçilməsi,  saxlanılması,  keyfiyyətli  və  ekoloji  təmiz  qida 
məhsulları ilə təmin edilməsi ilə bu sahəni inkişaf etdirməyə nail olmaq olar. Ancaq unutmamalıyıq 
ki,  Naxçıvan  MR  ərazisində  kənd  təsərrüfatı  heyvanlarında  hələ  də  xəstəliklər,  həmçinin  də 
helmintozlar  müşahidə  olunmaqdadır.  Bu  isə  həmin  heyvanların  məhsuldarlığını  aşağı  salmaqla 
yanaşı, bəzən də kütləvi məhvinə səbəb olur.  
Hazırda  ölkədə  və  onun  hüdudlarında  kənd  təsərrüfatı  heyvanlarının  helmintozlarına  qarşı 
mübarizə əsasən kimyəvi preparatlarla (alben, piperazit, fenotiazin, nilvern və s.) aparılır. Kimyəvi 
preparatların  sənaye  əsasında  istehsalı  onların  işlətmə  dozalarının  çox  az,  müalicə  səmərəsi  isə 
yüksək  olması  helmintositlərin  böyük  əhəmiyyətli  olduğunu  göstərir.  Lakin  kimyəvi  preparatlar 
parazit  qurda  təsir  göstərməklə  bərabər  sahibin  orqanizminə  də  müəyyən  qədər  zərər  verir. 
Helmintozlara  qarşı  müalicə  təsiri  olan,  ekoloji  cəhətdən  təmiz  vasitələrin  axtarışı  aktual 
məsələlərdən  biridir.  Yerli  dərman  bitkilərinin  xəstəliklərə  qarşı  işlədilməsi  iqtisadi  cəhətdən 
səmərəliliyi, ekoloji cəhətdən təmizliyi, sahibə mənfi təsir göstərməmək kimi üstünlüklərə malikdir. 
Bu baxımdan Orta əsr Azərbaycan təbabətində 387 bitki növündən istifadə olunduğu halda, təəssüf 
ki, müasir Azərbaycan təbabətində onların 252 növü (69%) farmakopeyaya daxil edilməmiş, cəmi 
135  növü  rəsmi  dərman  bitkisi  kimi  qəbul  olunmuşdur.  Azərbaycan  florasının  150  fəsilə,  1000 
cinsə, 5000-ə yaxın bitki növündən, 300-ə qədəri hazırda xalq təbabətində istifadə edilir [5]. Qeyd 
etmək  lazımdır  ki,  Naxçıvan  Muxtar Respublikasının əlverişli  relyef şəraiti,  özünəməxsus  torpaq-
iqlim  xüsusiyyətləri,  günəşli  günlərin  çoxluğu  burada  zəngin  floraya  malik  bitki  örtüyü 
formalaşdırmışdır. Ərazidə 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və 
çiçəkli bitkilərin yayıldığı məlum  olmuşdur. Bu isə Azərbaycan florası növlərinin 65,8%-ni təşkil 
edir. Ərazidə 27 faydalı bitki qrupları: yem, bal verən, qida, aşı maddəli, boyaq əhəmiyyətli, bəzək-
bağçılıq  üçün  yararlı,  lifli,  dərman,  efir  yağlı,  qlükozidli,  alkaloidli,  vitaminli,  kosmetik  və  sair 
faydalı bitki  qrupları mövcuddur. Onlardan 150-si  müxtəlif illərdə Dövlət  Farmakopeyasına daxil 

24 
 
edilmiş  rəsmi  dərman  bitkiləridir.  Regionda  geniş  yayılmış,  sənaye  əhəmiyyətli,  təbii  ehtiyatı  bol 
olan dərman bitkiləri çoxdur. Onlara adi boymadərən, təpəlik kəklikotu, adi dazıotu, adi qaraqınıq, 
qatlı  solmazçiçək, aptek gücotu,  hündür  andız, hündür qantəpər, quş qızılcığı,  ürək damotu,  tarla 
qatırquyruğu,  dərman  şahtərəsi,  gürcü  boyaqotu,  adi  üzərrik,  yarpaqsız  öldürgən,  çöl  nanəsi  və 
sair növlər aiddir [10]. 
Yeni  dərman  bitkilərinin  axtarılması,  öyrənilməsi  və  geniş  miqyasda  baytar  təcrübəsinə 
tədbiqi böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Təbiət Naxçıvan MR-nın otlaqlarını müəyyən 
xüsusiyyətlərə malik dərman bitkiləri ilə mükafatlandırıb. Qış otlaqları helmintlərə qarşı, vitaminli 
dərman  bitkiləri  ilə  zəngindirlər.  Ev  heyvanları  tərəfindən  yeyildikdə  təbii  sanasiya  baş  verir  və 
kənd  təsərrüfatı  heyvanlarının  nəsilvermə  qabiliyyəti  artır.  Dərman  bitkiləri  şərti-patogen 
mikrofloraya  qarşı  immunobioloji  sərhəddin  yaranmasına  səbəb  olur,  orqanizmin  ümumi 
rezistentliyini artırır,  yeni  doğulmuş balaların immun  mühafizə qüvvələrini  stimulə edirlər [1, 13, 
15,  16].  Yem  əhəmiyyətinə  və  eyni  zamanda  müalicəvi  təsirə  malik  olan  bitkiləri  istifadə  etmək 
daha səmərəlidir, ona görə dərman bitkilərinin tədbiqi təbii qidalanma formasında da ola bilər.  
Ev  heyvanlarının  helmintozlarına  qarşı  müxtəlif  bitki  mənşəli  preparatların  tətbiqinə  dair 
ədəbiyyat  məlumatlarının təhlili göstərir ki,  sahib orqanizmində parazitlik edən sap, lentşəkilli və 
sorucu qurdlara qarşı acı yovşan (Artemisia absinthium), dazıotu (Hypericum perforatun), qurdotu 
Linaria  millefolium),  dağ  tərxunu  (Tanacetum  vilgore),  sarımsaq  (Allium  sativum),  soğan  (Allium 
altissimum),  şam  (Pinus  sylvestris)  və  küknar  (Picea  abies),  acı  paxla  (Lupinus),  andız  (Inula 
britannica), dağnanəsi (Ziziphora rigida), ilankölgəsi (Ferula communis), çuğundur (Beta vulgaris), 
meşə fındığı (Corylus maxima), qabaq (Cucurbita pepo), qarpız (Citrullus lanatus), turp (Raphanus 
sativus),  ayıdöşəyi  (Dryopteris  filix-mas),  nanə  (Mentha  piperita),  boymadərən  (Achillea 
millefolium),  əvəlik  (Rumex  acetosa),  kəvər  (Copparis  spicasa),  üzərlik  (Peganum  harmala), 
sabunotu  (Sapanoria  officinalis),  hindyovşanı  (Acina)  və  bibər  (Pipernarginatum)  yüksək  səmərə 
verir.  
Azərbaycanda  müxtəlif  dərman  bitkilərindən  hazırlanmış  preparatların  qoyunların 
helmintlərinə təsirinin öyrənilməsi istiqamətində R.Ş. Eminov (1982) tədqiqat işləri aparmışdır. O, 
Azərbaycanın  Böyük  və  Kiçik  Qafqaz  otlaqlarında  bitən  bitkilərdən  baldırğan  (Heracleum 
sosnowskyi),  dazıotu  (Hypericum  perforatum),  çobantoxmağı  (Dachylus  glamerate),  ləçəksiz 
çobanyastığı  (Matricoria  discoideo),  çöl  nanəsi  (Menthe  arvensis),  dağtərxunu  (Tanacetum 
vulgare),  şahduran  (Achimilla),  xırda  çiçək  sibbaldiya  (Sibboldia  parviflora),  qırmızı  yonca 
(Trifolium  incarnatum),  çəmən  yoncası  (Tr.  pratense),  Qafqaz  kəklikotu  (Thynus  caucosica), 
sürünən  kəklikotu  (T.serpillum),  zirə  (Carum  carvi ),  boymadərənin  (Achillea  mellifolium
nematodlara təsiri olduğunu müəyyən etmişdir [19].  
Son  illərdə  Naxçıvan  MR  ərazisində  kənd  təsərrüfatı  heyvanlarından  qoyunlarda  helmintoz 
xəstəliyinin  törədicilərindən  biri  olan  və  praktiki  əhəmiyyətə  malik  monieziyaya  qarşı  E.N. 
Məmmədov  (1995-96)  tərəfindən  boymadərən,  baldırğan,  acı  yovşan,  dazı  otu  bitkisi  istifadə 
olunmuş və müsbət nəticələr əldə olunmuşdur. Təcrübələrin nəticəsinə görə ən yüksək antihelmint 
səmərə  (EE-60%)  boymadərən  bitkisinin  ot  ununu  10  gün  müddətində,  hər  gün  25  q  miqdarında 
fərdi qaydada işlədilməsindən alınır. Bu göstərici eyni qaydada tətbiq edilmiş baldırğan və  yovşan 
üçün  40%,  dazı  otu  üçün  isə  nisbətən  zəif  (EE-20%)  olmuşdur.  Bundan  əlavə  müəllif  bitkilərin 
kəskin toksiklik parametrlərini də müəyyən etmişdir [8, 9]. 
Naxçıvan  MR  və  Kiçik  Qafqazın  dağətəyi  otlaqlarında  bitən  8  növ  bitkinin  –  yastıtoxum 
karapodium  (Carapodium  platycarpum),  diricəalaq  (Ajuga),  dərman  pişikotu  (Valerian 
oftycarpum), xırdadaraq (Mirolophus beher), dazıotu (Hypericum perforatun), tülküquyruq acıbiyan 
(Goebelia olopecnroides), çöl qatırquyruğu (Equisetum arvense) və solmazçiçəyinin (Helichrysum 
plicatum) qoyunların helmintlərinə, əsasən mədə - bağırsaq nematodlarına bu və ya digər dərəcədə 
təsiri müəyyənləşdirilmişdir [17]. 
Ümumiyyətlə, qoyunların kompleks helmintfaunasının formalaşma xüsusiyyətlərini və mədə-
bağırsaq  nematodlarına  qarşı  antihelmint  bitkilərin  tətbiqi  və  onların  toksikoloji 
qiymətləndirilməsinə  dair  S.H.  Məhərrəmov  (1993-2011)  Naxçıvan  MR  ərazisində  iri  həcmli 
fundamental  işlər  aparmışdır.  O,  ilk  dəfə  olaraq  Naxçıvan  MR-da  qoyunların  kompleks  şəkildə 

25 
 
helmintfaunasını  müəyyənləşdirməklə  yanaşı,  müxtəlif  landşaft-ekoloji  zonalarında  və  torpağın 
tərkibindən asılı olaraq helmintlərin yayılma səviyyəsini öyrənmişdir. Muxtar Respublikada yayılan 
13  növ  bitkinin  (sarımsaq,  yovşan,  yonca,  biyan,  üzərlik,  dəvətikanı,  qoz  yarpaqları,  çaşır, 
zəncirotu,  qızılçətir,  qaraqınıq,  əvəlik,  acılıq)  vegetativ  və  generativ  orqanlarından  hazırlanan 
birləşmələrin antihelmint xassələrini öyrənmiş,  yüksək helmintosit təsirə malik bitkiləri bir-biriləri 
ilə və albenlə qarışıqlarının antihelmint səmərəliliyini müəyyənləşdirmişdir [6, 7]. 
Naxçıvan  MR-da  xüsusi  təsərrüfatlarda  saxlanılan  ev  su  quşları  (qaz  və  ördək)  arasında 
helmintozların geniş  yayıldığı, dərman preparatlarına tələbatın artdığı bir dövrdə  yerli antihelmint 
xüsusiyyətlərə  malik  bitkilərinin  həm  iqtisadi,  həm  də  ekoloji  cəhətdən  əlverişli  və  tətbiq  üçün 
perspektivli olduğunu nəzərə alaraq biz yuxarıda adları sadalanan bitkilərdən daha çox parazitlərə 
təsir edə biləcək və MR ərazisində geniş yayılmış 4 növ (baldırğan, boymadərən, solmazçiçəyi, dazı 
otu) bitkini bu ərazidə ilk dəfə olaraq tətbiq etməyi qarşıya məqsəd qoymuşuq. Ona görə də həmin 
bitkilərin bəzi xüsusiyyətləri haqqında məlumat veririk:  
Baldırğan - Heracleum sosnowskyi. Ikiilik və çoxillik ot bitkisi olub, 3 m-ə qədər inkişaf edir. 
Qədim zamanlardan insanlar tərəfindən tibbdə müalicəvi (Qədim Misir), Qafqaz ərazisində isə 2-3 
min ilə əvvəl qida məqsədilə istifadə olunması məlumdur. Azərbaycan ərazisində daha geniş 1 növ 
Hsosnowskyi növü Naxçıvan, Xanlar, Dəvəçi, Xızı və s. rayonlarda dağlıq və dağətəyi ərazilərində 
yayılmışdır. Suvarılan süni  əkin sahələrində də  yüksək məhsuldarlıqla  yetişir. Bəzi tədqiqatçıların 
məlumatlarına görə bitkinin 100 q toxumunda 5-5,5 q efir yağları vardır. Efir yağlarının tərkibində 
30%  aktil  spirti,  aktil–asetat  və  aktil-butiran  müəyyən  edilmişdir.  Yarpaq  və  kökündə 
furokumarinlər, berqaten, və s. kimyəvi birləşmələr müəyyən edilmişdir [4, 11, 14]. 
Dazıotu – Hypericum perforatum. Bitkinin dərman məqsədilə istifadə olunması Hippokratın, 
Dioskoridin,  Plineyin,  Paraselsin  dövründən  məlumdur.  Botaniklər  dazı  otunun  200  –  ə  qədər 
növünü  təsvir  etmişlər.  Azərbaycanda  da  bir  neçə  növü  yayılmışdır.  Çoxillik  ot  bitkisi  olub 
hündürlüyü  30-100  sm,  kökümsov  gövdəli,  yarpaqları  sadə,  oturaq,  çiçəkləri  beşüzvlü, 
kasayarpaqları  5,  ləçəkləri  5,  toxumlarının  sayı  50-60  ədəddir.  Çiçəkləmə  dövrü  iyun  –  iyul, 
toxumların  yetişməsi  sentyabr  –  oktyabr  aylarına  təsadüf  edilir.  Tərkibində  flavinoidlərdən 
hiperozid  (çiçəklərində  1,1  %),  otunda  0,7%  rutin,  kversetin,  boyayıcı  fotodinamik  maddələrdən 
hiperosin  (0,1-0,4%),  psevdohiperozin  və  onun  törəmələri,  pirokatexin  törəməli  aşı  maddələr 
(12%), efir yağı (0,3 %), saponinlər, xalin (3,4%), qətran (17%) və s. maddələr müəyyən edilib [2, 
14]. 
Qatlı  solmazçiçək  -  Helichrysum  plicatum.  Çoxillik  ot  bitkisidir,  uzunluğu  15-60  sm-ə 
qədərdir.  İyun-avqust  aylarında  çiçəkləyir.  Bitkinin  tərkibində  rütubətin  miqdarı  azdır,  çiçəkləri 
qurudur (hatta çiçəklərini qırandan sonra da olduğu kimi qalır). Dərman kimi çiçəklərindən istifadə 
olunur. Çiçəklərini saplağı ilə birlikdə toplayırlar. Yığım zamanı bitkini kökündən çıxarmaq olmaz. 
Toplanmış  nümunələr  havalandırması  yaxşı  olan  otaqda,  2-3  sm  qalınlığında  kağız  və  ya  parça 
üzərinə düzülməklə qurudulur. Qurudulmuş bitkini 3 il müddətində yaxşı havalandırılan, qaranlıq, 
qapalı otaqda saxlamaq olar. Bitkinin tərkibində efir yağları, flavinoidlər, saponinlər, karotin, C və 
K  vitaminləri,  şəkər,  mineral  duzlar  və  mikroelementlər  (K,  Ca,  Na,  Fe,  Mg)  vardır.  Antihelmint 
xüsusiyyətlərə malik bitkidir [12]. 
Boymadərən  -  Achillea  millefolium.  Avropa,  Asiya,  Şimali  Amerika,  Avstraliya  və  Yeni 
Zellandiyada  geniş  yayılmış  çoxillik  kökümsovlu  ot  bitkisidir.  Çoxalması  həm  vegetativ  həm  də 
generativ  yolla  gedir.  Çiçəkləmə  iyun  -  iyul,  toxumların  yetişməsi  avqust  –  sentyabr  aylarına 
təsadüf  edilir.  Azərbaycanda  14  növü  vardır.  Tibbdə  adi  boymadərəndən  (A.  millefolium)  istifadə 
edilir. Gövdə və yarpaqlarında alkoloidlərdən axilenin və aktil - butirat aşkarlanıb. Yarpaqlarında və 
kökündə  furokumarinlər  berqanten  və  s.  kimyəvi  birləşmələr  müəyyən  edilmişdir.  Metilbetanin 
0,05%,  efir  yağları  0,8%,  mürəkkəb  efirlər  -  tuyon,  kamfara,  temnol  8-10%,  qarışqa,  sirkə, 
izovalerion, K və C vitaminləri, aşıyıcı və acı maddələr, pipulin, qətran karotin turşuları tapılmışdır 
[2, 3, 14, 18].  
Tərəfimizdən aparılan ədəbiyyat materiallarının analizi göstərdi ki, bitki mənşəli preparatların 
tərkibində  olan  bioloji  fəal  maddələr  həm  in  vivo,  həm  də  in  vitro  şəraitində  helmintlərə  təsir 
etməklə onlarda patomorfoloji dəyişikliklər yaradaraq, əzələ iflici, sinir – əzələ oyanması, cinsiyyət 

26 
 
orqanlarının, örtük toxumalarının və həzm orqanlarının dağılmasına gətirib çıxarır ki, bu da lazımi 
dozalarda  istifadə  etdikdə  sahibə  mənfi  təsir  göstərmədən  parazitlərin  məhvinə  səbəb  olur.  Bütün 
yuxarıda  qeyd  olunanlar  göstərir  ki,  antihelmint  xüsusiyyətlərə  malik  yerli  bitki  mənşəli 
preparatların  tətbiqi  Naxçıvan  MR-nın  əhalisinin  qida  tələbatının  bir  hissəsini  ödəyən  kənd 
təsərrüfatı heyvanlarından əldə olunan təmiz qida məhsulları ekoloji təhlükəsizliyin təminatında da 
mühüm rol oynayır. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə