Naxçivan döVLƏt universiteti 1967



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə5/24
tarix29.12.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
РЕЗЮМЕ 
К.Т.Фархадов 
Роль улитки  в распространение фасциолы 
         Впервые  на  территории  изучена  промежуточные  хозяева  возбудителя  фассиолеза  и 
проведено по изучению био-экологические характеристики пресноводных моллюсков. 
         Установлено что в НАР промежуточные хозяевам фассиолеза основным является 3 вида 
пресноводные  моллюски:  Л.аурикулариа,  Л.трункатула  и  П.планорбис.Зараженность 
мллюсков  личинками  фассиолы  варирует  от  0,47    до    2,81  проценты.    По  зараженности 
личинками фассиолы высокой степены установлено моллюсках Л.аурикуляриа. 
          Наибольшая  плотность  заселения  моллюсков  отмечается  в  середине  маядо  ноловине 
июле, за счет интенсивного развития моллюсков генерации текущего года. 
          В  лабораторных  условиях  разработано  искусственное  выращивание  молодых  особей 
пресноводных моллюсков. 
 
NDU-nun Elmi Şurasının 26 noyabr 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə 
olunmuşdur (protokol № 04) 
         Məqaləni çapa təqdim etdi: kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent 
A.Mərdanlı 
 
 
 
 
 
 
 
 
 
 
 
 

33 
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
HİLAL QASIMOV 
Naxçıvan Dövlət Universiteti 
E-mail: hilal_1964@mail.ru 
UOT  581.6 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA BRASSİCACEAE BURNETT 
FƏSİLƏSİNƏ AİD OLAN YABANI TƏRƏVƏZ BİTKİLƏRİ 
 
Açar  sözlər:  Brassicaceae  Burnett,  Crambe  orienalis  L.,  Bunias  orientalis  L.,  yabanı 
tərəvəz bitkiləri, yayılma sahələri 
Key words: Brassicaceae Burnett,Crambe orienalis L., Bunias orientalis L., wild - growing 
vegetable  plants, places of growth 
Ключевые  слова:  Brassicaceae  Burnett,Crambe  orienalis  L.,  Bunias  orientalis  L., 
дикорастущие овощные растения, места произрастания 
 
Son dövlərdə dünya bazarında baş verən maliyyə böhranı, habelə əhalinin sayının çoxalması 
nəticəsində ərzaq məhsullarına olan tələbatın  yüksəlməsi, iqlim dəyişkənliyi  və s. səbəblərdən bir 
sıra ölkələrdə  ərzaq qıtlığını real  təhlükəyə  çevirmişdir. Dünyada baş verən böhran sayəsində hər 
altı nəfərdən biri ac yatır və ya gün ərzində yalnız bir dəfə qidalanır. Bu problemin qismən də olsa 
aradan  qaldırılması  üçün  dünya  alimləri  tərəfindən  florada  yayılan  tərəvəz  və  dərman  bitkiləri 
müasir  səviyyədə    öyrənilir,  onların  istifadəsinə  dair  yeni  təkliflər  hazırlanır.  Bu    istiqamətlərdə 
kütləvi elmi tədqiqat işləri aparılır ki, bu da  öz aktuallığı ilə elə bu gün də maraq dairəsindədir.  
Naxçıvan Muxtar Respublikası florası faydalı yabanı bitkilərlə zəngindir. Faydalı bitkilərdən 
qida  əhəmiyyətli  bitkilər  üstünlük  təşkil  edir.  Qida  bitkilərinin  istifadə  qaydaları  və  imkanları 
araşdırılmışdır.  Bu  bitkilərin  bir  qrupu  da  Kələmkimilər  fəsiləsinə  aid  olan  yabanı  tərəvəz 
bitkiləridir. 
Kələmkimilər-Brassicaceae  Burnett  fəsiləsi  dünyada,  xüsusən  Şimal  yarımkürədə  geniş 
yayılmış,  350 cinsə aid  olan 3000-dən çox növü  əhatə  edir. Azərbaycanda 74 cinsin 248-dən çox 
növü  bitir.  [2,  s.  213-240],  Naxçıvan  MR  florasında  isə  66  cinsə  aid  165  növü  yayılmışdır  [3,  s. 
110-120].  Kələmkimilərin  əksəriyyəti  birillik,  ikililik  və  ya  çoxillik  bitkilərdir.  Kələmkimilər 
fəsiləsinin nümayəndələrinə arandan başlamış yüksək dağ qurşağına kimi müxtəlif ekoloji şəraitdə 
təsadüf olunur. Muxtar Respublikanın müxtəlif bölgələrinə çoxsaylı ekspedisiyalar edilmiş, fəsiləyə 
aid bitki nümunələri və əkin materialı toplanmışdır. Təyinedici və ədəbiyyatlardan [7, s. 148-320; 8, 
s. 243-291] istifadə edilərək herbari nümunələri təyin edilmişdir.  
Ekspedisiyalar  və  çöl  tədqiqatları  zamanı  fəsiləyə  mənsub  yabanı  tərəvəz  bitkilərinin 
öyrənilməsi ümumi qəbul olunmuş çöl şəraitində geobotaniki axtarışlar metodikalarına [1, s. 20-24; 
5]  əsaslanaraq  aparılmışdır.  Aparılan  tədqiqatlar  əsasında  fəsilənin  muxtar  respublikanın  yabanı 
bitki örtüyündə yayılan növləri tərəfimizdən müəyyənləşdirilmişdir: 
Fam. Brassicaceae Burnett-                                 Fəsilə. Kələmkimilər 
Genus 1. Capsella Medik-                                     Cins 1. Quşəppəyi 
1(1) C. bursa - pastoris (L.) Medik-                              1 (1) Adi quşəppəyi 
Genus 2.  Crambe L.-                                            Cins 2. Qatran  
           2 (1) Crambe orienalis L.-                                  2 (1)Şərq qatranı- 
Genus 3.Barbarea R.Br.-                                       Cins 3. Vəzərək  
           3 (1)  Barbarea vulgaris R.Br.-                           3 (1)  Adi vəzərək 

34 
 
Genus 4. Calepina Adans. –                                  Cins 4.Kalepina 
           4 (1)Calepina irregularis (Asso)Thell.-              4 (1) Əyri  kalepina 
Genus 5. Chorispora R.Br.ex DC. –                      Cins 5. Alakülüng 
           5 (1)Chorispora tenella (Pall.)DC. -                   5 (1) Zərif alakülüng 
Genus 6. Conringia Adans.-                                  Cins 6. Konringia  
           6 (1) Conringia orientalis (L.) Dumort.-             6 (1)Şərq  k. 
Genus 7. Lepidium L. -                                          Cins 7. Bozalaq 
7 (1) Lepidium campestre (L.) R.Br.-                            7 (1)Əkin bozalağı 
           8 (2)Lepidium draba L.-                                     8 (2) Yastıqotu  bozalaq- 
Genus 8. Nasturtium R.Br.-                                   Cins 8. Qıjı  
           9 (1)Nasturtium officinale R.Br.-                       9 (1)Dərman qıjısı- 
Genus 9. Descurainia Webb & Berth.-                   Cins 9. Dekuran  
           10 (1)Descurania sofia (L.)Webb. Ex Prantl.-    10 (1)Sofiya dekuranı  
Genus 10. Sinapis L. -                                            Cins 10.İstiot (Xardal)  
           11 (1)Sinapis arvensis L. -                                   11 (1) Çöl istiotu (xardal) 
Genus 11. Bunias  L. -                                           Cins 11.Təpəotu  
           12 (1)Bunias orientalis L.-                                  12 (1)Şərq təpəotu 
Genus 12.Alliaria Heist. Ex fabr.-                          Cins 12. Sarımsaqotu 
           13 (1)Alliaria petiolata Cavara-                          13 (1) Dərman sarımsaqotu- 
Genus 13.Eruca Mill. -                                          Cins 13.İndau 
           14 (2)Eruca sativa Lam. -                                   14 (2) Əkin indausu 
Genus 14.Cardamine L.  -                                     Cins 14.Ürəkotu  
           15 (1)Cardamine  uligunosa  Bieb. -                  15 (1) Bataqlıq ürəkotu 
Genus 15.Thlaspi L. -                                            Cins 15.Yarğanotu  
           16 (1)Thlaspi arvense L.-                                    16 (1) Çöl yarğanotu 
Beləliklə,  tərəfimizdən  aparılan  təlqiqatlar  nəticəsində  Muxtar  Respublika  florasında 
Asteraceae  Bersht.  et  J.  Persl  fəsiləsinə  aid  olan  15  cinsdə  16  növ  yabanı  tərəvəz  bitkisinin 
sistematik tərkibi dəqiqləşdirilmiş, onların yayılma sahələri və təbii ehtiyatları müəyyən edilmişdir. 
 Ədəbiyyat materiallarına  [1, s. 30-135; 4, s. 24-43] və tədqiqatlara əsasən fəsiləyə mənsub 
olan yabanı tərəvəz bitkilərinin bioekoloji xüsusiyyətləri öyrənilmişdr. Növlərin həyat formalarının 
müəyyənləşdirilməsində  İ.O.  Serebyakovun  [6,  s.  6-460]  sistemindən  istifadə  edilmişdir.  Bir  sıra 
növlərin bioekoloji xüsusiyyətləri və istifadə imkanları haqqında aşağıda öz əksini tapmışdır. 
Capsella  Medik.  -  Quşəppəyi.  Quşəppəyi  cinsinin  dünyada  6,  Qafqazda  və  Azərbaycanda 
bir (adi quşəppəyi) növü bitir.Birillik, sadə və budaqlı, tükcüklüdür. Ləçəkləri ağ, tərs yumurtavari 
və qısa dırnaqcıqlıdır. Buynuzcuq meyvə tərs üçbucaqvari-ürəkvari,  yanlardan basıq,  incə  taylı və 
çoxtoxumlu yuvalıdır. Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.    
Capsella bursa-pastoris (L.) Medik. - Adi quşəppəyi. Birillik bitkidir, aşağı hissəsi adətən 
tükcüklüdür.  Gövdəsinin  hündürlüyü  40-65  sm  olur.  Aşağı  yarpaqlar  rozetdə  toplanmış,  saplaqlı, 
lələkşəkilli  bölümlü  və  ya  lələkşəkilli  kəsimli,  uzunsov  lansetşəkillidir.  Gövdə  yarpaqları  oturaq, 
uzunsov və ya lansetşəkilli olub, oxşəkilli əsaslı, yuxarı yarpaqlar demək olar ki, xəttidir. Çiçəklər 
ağ,  çətirşəkilli  fırçaya  toplanmışlar,  meyvələri  yetişdikdə  fırça  uzanır.  Ləçəkləri  2-3  mm 
uzunluğunda,  tərs  yumurtavari  ağdırlar.  Buynuz  meyvələri  tərs  üçbucaqşəkilli  ürəkvari,  5-8  mm 
uzunluğunda, 4-8 mm enindədir. Toxumları oval, sarımtıl qəhvəyidir. Ç. IV-V(IX) m. V-VII (IX). 
Quşəppəyinə  düzənliklərdən  başlamış  orta  dağ  qurşağa  qədər  olan  ərazilərdə,  bostanlarda,  əkin 
sahələrində  və  yol  kənarlarında  rast  gəlmək  olar.  Bitki  muxtar  respublikanın  bütün  rayonlarında 
yayılmışdır. 
Kimyəvi  tərkibi.  Quşəppəyin  yarpağında  198  mq%  C  vitamini  vardır.  Eyni  zvmanda 
tərkibində A, B2, K, D vitaminləri, efir yağları, mikro və makroelementlər vardır.    
 
İstifadəsi.  Erkən  yazda  (mart-  aprel  aylarında)  toplanır.  Xalq  arasında  qida  kimi  geniş 
istifadə  olnur.  Ondan  buğlama,  sıyıq  hazırlanır  və  başqa  göyərtilərə  qatmaqla  kətə  bişirilir. 
Quşəppəyi  cincilim,  soğan  və  başqa  yabanı  göyərtilərlə  birlikdə  xırda-xırda  doğranır.  Doğranmış 
göyərtiyə düyü və turşu əlavə edilir. Sonra üstünə bir stəkan su tökülür. Zəif odda 30- 45 dəqiqə 

35 
 
bişirildikdən  sonra  bir  qədər  yağ  qatılır.  Bu  cür  hazırlanmış  buğlama  ətirli  və  dadlı  olur.  Onun 
cavan  zoğları  da  duzla  ovxalanıb  yeyilir.  Bitkidən  qatqı  kimi  istifadə  edib,  sup,  borş,  püre  və  s. 
hazırlayırlar. İlk yazdan bazarlarda satılır.  
      Tibbi  əhəmiyyəti.  Dərman  məqsədi  ilə  bitki  çiçəkləyən  dövrdə  yerüstü  hissələri  toplanıb, 
açıq havada qurudulur. Elmi təbabətdə qurudulmuş otundan spirtli ekstrakt və dəmləmə hazırlanır 
ki,  o  da  uşaqlıq  qanaxmalarında  qankəsici  vasitə  kimi  işlədilir.  Quşəppəyindən  həmçinin  mədə-
bağırsaq, böyrək və ağciyər qanaxmalarında istifadə olunur. Onda olan bu xüsusiyyət tərkibindəki 
K vitamini ilə əlaqədardır. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd, böyrəkdaşı və 
maddələr mübadiləsi pozğunluğu xəstəliklərində işlədilir. Quşəppəyi əsasən yaxşı qankəsici kimi də 
tətbiq edilir.  
 
Crambe L.-  Qatran.  Hündür və  güclü  budaqlanan, sadə tükcüklü bitkilərdir.  Ləçəkləri ağ, 
nadirən  qızılı  sarıdır.  Meyvələri  açılmayan  buynuzcuq  və  iki  buğumlu  olub  aşağı  buğum  çiçək 
ayaqcığına  oxşayır,  toxumsuz,  yuxarı  buğum  şarşəkilli  boş  toxumludur.  Cinsin  Azərbaycanda  7 
növü, Naxçıvan MR-də 4 növü yayılmışdır.    
Crambe orienalis L. - Şərq qatranı. Çoxillik, gövdəsi çılpaq, incə, 30-80 sm hündürlükdə, 
yarpaqları  uzunsov-neştərvari,  saplaqla  bərabər  tükcüklü,  aşağı  yarpaqları  tam,  digərləri  düzgün 
olmayan lələkvari paylı və ya liraşəkillidir. Ləçəkləri ağ, 4-5 mm uzunluqdadır. Buynuzcuğun aşağı 
üzvü  uzunsov,  qısa,yuxarıdakı  şarşəkilli,  zəif  4  qabırğalı,  incə  olub  3-4  mm  diametrindədir. 
Ç.V(VII), m.VI-VII. Aşağı və orta dağ qurşağının quru daşlı yamaclarında yayılmışdır (Şəkil 1).  
 
 
 
Şək.1. Crambe orienalis L.- Şərq qatranı 
  
Kimyəvi  tərkibi.  Bitkinin  yerüstü  hissələrində  izotiosianatlardan  3-butenilizotiosianat, 
alifatik  karbohidrogenlərdən  heneykozan,  ali  yağ  turşularından  toxumlarında  miristin,  palmitin, 
stearin, araxin, olein, eykozen, epoksiolein və toxumlarında 35% piyli yağ vardır. 
      İstifadəsi.Cavan  zöğlarından  və  yarpaqlarından  çiy  və  bişirilmiş  halda  istifadə  olunur. 
Köklərindən sirkəli və yağlı salat hazırlanır. 
 
Barbarea  R.Br.    -  Vəzərək.  Liraşəkilli-lələkvari  yarpaqlı,  iki  və  ya  çoxillik  bitkilərdir. 
Ləçəkləri  sarı  və  ya  narıncı  və  dırnaqcıqlıdır.  Yumurtalıq  oturaq,  qısa  sütuncuqlu  və  iki  pərli 
ağızcıqlıdır.  Buynuz  meyvə  ikitaylı,  silindrik  4  tilli,  qalın  orta  və  aydın  yan  damarlıdır.  Cinsin 
Azərbaycanda 4 növü, Naxçıvan MR-də 4 növü yayılmışdır.    
Barbarea  vulgaris  R.Br.  -  Adi  vəzərək.  İkillik,  gövdəsi  25-80  sm  hündürlükdə,  güclü 
budaqlanan,  çılpaq  və  ya  tükcüklü  bitkidir.  Aşağı  yarpaqları  liraşəkilli,  böyük,  girdə  və  ya  oval 
yuxarı  paylı  və  2-4  cüt  uzunsov  yan  paylı,  yuxarıdakı  tərs  oval,  oyuqlu  dişcikli  və  ya  lələkvari 

36 
 
bölümlüdür. Salxımı  seyrəkdir.  Ləçəkləri sarı rəngli və 5-8 mm uzunluqdadır. Ç.IV-V, m.VI-VII. 
Orta qurşağın yol kənarlarında yayılmışdır. 
 
Kimyəvi  tərkibi.  Bitkinin  tərkibində  triterpen  saponinlərindən  hederagenin,  sellobiozid 
hederagenin,  flavonoidlərdən  bitkinin  yerüstü  hissələrində  5%-ə  qədər  3-O-β-D-qlükofuranozid 
kempferol, 
6-C-β-D-qlükopiranozid 
lüteolin, 
tioqlikozidlərdən 
toxumlarında 
sinigrin, 
qlükozinolatlardan  köklərində  1,4-dimetoksiqlükobrassiçin,  kök  və  yarpaqlarında  2-
feniletilqlükozinolat, ali yağ turşularından  toxumlarında  palmitin, stearin, olein, eykozen, linolen, 
eykozadien,  palmitolein,  toxumlarında  36%  piyli  yağ  və    yarpaqlarının  tərkibində  260,7  mq%  C 
vitamini vardır. 
İstifadəsi.  Ondan  buğlama,  sıyıq  hazırlanır  və  başqa  göyərtilərə  qatmaqla  kətə 
bişirilir.Cavan yarpaqlarından kress-salat hazırlanır. 
 
Calepina  Adans.  –  Kalepina.  Ləçəkləri  tərsyumurtavari,  xırda  və  ağdır.  Meyvəsi  xırda, 
yumurtavari,  dərişəkilli,  açılmayan,  küt  dördtilli,  torvari  damarlı  buynuzcuqdur.  Birillik  çılpaq 
bitkidir.Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.    
Calepina  irregularis  (Asso)Thell.  -  Əyri    kalepina.  Çoxillik,20-60  sm  hündürlükdə, 
budaqlı  və  çılpaq  bitkidir.Aşağıdakı  yarpaqları  rozetdə,  uzunsov,  adətən  liraşəkilli  lələkvari 
bölümlü,  uzun  saplaqlı,  gövdə  yarpaqları  gövdə  qucaqlayan,  uzunsov-neştərvari,  oturaq,  əsası 
oxşəkilli  və  iti  qulaqcıqlıdır.Çiçəkləri  sünbüldə  toplanıbdır.  Kasa  yarpaqları  neştərvari  və  ya 
elliptikdir. Ləçəkləri ağ rənglidir. Çiçək ayaqcığı meyvə zamanı əyiləndir. Buynuzcuq yumurtavari 
və qısa buruncuqludur. Ç.IV-V, m.V-VI. Aşağı qurşağın azca nəmli sahələrində yayılmışdır. 
 
     İstifadəsi. Bitkinin yerüstü orqanlarından istifadə olunur. 
 
Chorispora  R.Br.ex  DC.  –  Alakülüng.  Sadə  vəzili  tükcüklü  və  ya  çoxillik  bitkilərdir. 
Ləçəkləri  sarı,  qırmızımtıl,  uzun  dırnaqcıqlı  və  enli  çıxıntılıdır.  Buynuz  meyvələri  açılmayan, 
silindrik,  şırımlı  və  bizvari  buruncuqludur.  Cinsin  Azərbaycanda  2  növü,  Naxçıvan  MR-də  2 
yayılmışdır.     
 
Chorispora  tenella  (Pall.)DC.  -  Zərif  alakülüng.  Birillik,  zəif  qısa  və  vəzili  tükcüklü 
bitkidir.  Gövdəsi  düz,  10-25(35)  sm  hündürlükdədir.  Yarpaqları  uzunsov,  aşağıdakılar  lələkvari 
bölümlü  və  ya  lələkvari  paylı  və  ya  oyuqlu-dişcikli,  üçbucaq  paylı  və  ya  pərli,  gövdədəkilər 
neştərvari,  oyuqlu-dişcikli  və  ya  tam  kənarlı,  nadirən  bölümlüdür.  Salxımı  seyrəkdir.  Kasacıq 
dardır.  Kasa  yarpaqları  bənövşəyi,  ləçəkləri  yasəmən  rənglidir.  Çiçək  ayaqcığı  meyvə  zamanı 
yoğunlaşır.  Qını  silindrik,  uzun  bizşəkilli  buruncuqludur.  Ç.(III)IV,  və  m.  (IV)V.  Düzənliklərin 
quru ərazilərində yayılmışdır. 
İstifadəsi. Bitkinin yerüstü orqanlarından qida məqsədi ilə istifadə olunur.
 
  Conringia Adans. – Konringia. Birillik, çılpaq, bəzən göy bitkilərdir. Kasacıq  düz, yan və 
əsası  kisəşəkillidir.  Ləçəkləri  dırnaqcıqlı,  solğun  sarı,  bəzən  qırmızı  damarlıdır.  Buynuz  meyvə 
silindrik,  xətti  sıxılmış  və  ya  sərt  4  tilli,  yastı  və  ya  şırımlı  taylıdır.  Cinsin  Azərbaycanda  5  növü, 
Naxçıvan MR-də 4 növü yayılmışdır.    
Conringia  orientalis  (L.)  Dumort.  -  Şərq    konringiyası.  Birillik,  azbudaqlı,  çılpaq,  göy, 
gövdəsi  20-70  sm  hündürlükdə  bitkidir.  Yarpaqları  gövdəqucaqlayan,  uzunsov-elliptikdir.  Kasa 
yarpaqları 5,5-7 mm uzunluqdadır. Ləçəkləri solğun sarı rəngli, damarsızdır.Çiçək ayaqcıqları 6-20 
mm  uzunluqda,  meyvə  zamanı  qalandır.  Qını    dördtilli,  5-12  sm  uzunluqda,  2-3  mm  qalınlıqda, 
çəpinə yuxarı istiqamətlənmiş, bizvari sütuncuqlu, arakəsməsi tək damarlıdır.Yüksək qurşağa qədər 
qumlu ərazilərdə yayılmışdıır. Ç.V-VI(VII), m.VI-VII(VIII). cavan yarpaqları və zoğları duz, sirkə, 
soğan və yağla qarışıq salat hazırlanır.  
 
Kimyəvi  tərkibi.  Yerüstü  hissələrinin  tərkibində  triqlükozidlərdən  qlükokonringin,  ali  yağ 
turşularindan  toxumlarında  linol,  eruk,  eykozen,  olein,  eykozadien,  palmitin,  linolen,  stearin  və 
35%-ə qədər yağ vardır. 
İstifadəsi. Cavan gövdə və yarpaqlarından istifadə olunur. 
 
Lepidium L. – Bozalaq. Bir-iki və çoxillik bitkilər olub, kasacıq kisəşəkilli deyil. Ləçəkləri 
kiçik, ağ və  ya  yoxdur. Erkəkcikləri 6, bəzən 4 və  ya 2 ədəddir.  Buynuzcuq  meyvə kiçik,  girdə, 
yumurtavari və  ya ürəkvari,  yanlardan sıxılmış, iki  taylı açılan, qanadlı,  qanadsız və  ya taylar bir 
toxumludur. Cinsin Azərbaycanda 11 növü,Naxçıvan MR-də 10 növü yayılmışdır. 

37 
 
Lepidium campestre (L.) R.Br. - Əkin bozalağı. Birillik və ya ikillik, sıx və qısa tükcüklü, 
gövdəsi  düz,  sıx  yarpaqlı,  yuxarıda  qalxanvari  budaqlanan  (16)  25-40  (65)  sm  hündürlükdə 
bitkidir.Kökətrafı  və  aşağı  gövdə  yarpaqları  saplaqlı,  liravari  lələkşəkilli  bölümlü,  bir  neçə  xırda, 
geniş,  küt  yan  paylı,  digər  yarpaqları  oturaq,  oxşəkilli  əsaslı,uzunsov  və  ya  neştərvari,  küt  və  ya 
sivri, kənarları oyuqlu-dişciklidir. Çiçəkləri salxımda tolanıbdır. Ləçəkləri ağ rənglidir. Qını açılan, 
oval-yumurtavari və qanadlıdır. Ç. bV-VI(VII), m.VI-VII(VIII). Aşağı və orta qurşağın qumlu-gilli 
sahələrində yayılıbdır. 
          Kimyəvi  tərkibi.  Yarpaq  və  toxumlarının  tərkibində  qlükozinolatlardan  sinalbin, 
yarpaqlarında  qlükorafanin,  qlükoalissin,  qlükohesperin,  toxumlarında  desulfoproqoitrin, 
desulfasinalbin, desulfoerusin, yağ turşuları və 22% pyili yağ vardır. Toxumlarının tərkibində 36,7 
mq% C vitamini vardır. 
 
 İstifadəsi.  Tərkibində  acı  qlükozid  olduğundan  bibəri  əvəz  edir.  Tərkibində  acı  yağ 
olduğundan  xardal kimi işlədilə bilir. 
 
 
Tibbi əhəmiyyəti. Bitkinin ekstratı antibakterial təsirə malikdir. 
Lepidium  draba  L.  -  Yastıqotu    bozalaq.  Çoxillik,qısa  tükcüklü  bitkidir.  Gövdəsi  köbəli, 
yuxarıda  qalxanvari  budaqlanan,  kökətrafı  və  aşağı  gövdə  yarpaqları  saplaqlı,  liravari  lələkşəkilli 
bölümlü,  digərləri  oturaq,  gövdəqucaqlayan,  oxşəkilli  əsaslı,  narın  oyuqlu-dişcikli,  tərs 
yumurtavari-uzunsov,  nadirən  hamısı  yumurtavaridir.  Çiçək  qrupu  sıx  və  qalxanvaridir.  Kasa 
yarpaqları çılpaqdır. Ləçəkləri ağ rənglidir. Qını geniş yumurtavari və ayaqcıqlıdır.Ç.IV-V və m. V-
VI(VII). Aşağı qurşağın qumlu sahələrin dəvə töküntülərində yayılmışdır (Şəkil 2).
 
 
 
 
Şək.2. Lepidium draba L. - Yastıqotu  bozalaq 
Kimyəvi  tərkibi.  Bitkinin  kökündə  α-pinen  monomerpenoidi,  flavonoidlərdən  yerüstü 
hissələrində  kversetin,  kempferol,  izoramnetin,  izokversitrin,  astraqalin,  kempferol  3-O-
qlikozilqlikozidi,  kversetin  3-O-qlikozilqlikozidi,  tioqlikozidlərdən  qlikorafanin,  kök,  yarpaq  və 
ümumiyyətlə  bütün  yerüstü  hissələrində  3-butenilizotiosianat,  sulforafan  vardır.  Yarpaq  və 
çiçəklərində  qlikorafanin,  quzuqulağı  turşusu,  palmitin,  stearin,  heptadekan,  heksadekan  və  s. 
birləşmələrlə yanaşı 16% piyli yağ vardır. Toxumlarının tərkibində 56,3 mq% C vitamini vardır. 
İstifadəsi.  Tərkibində  acıqlükozid  olduğundan  bibəri  əvəz  edir.  Tərkibində  acı  yağ 
olduğundan  xardal kimi işlədilə bilir. 
 
Nasturtium  R.Br.  –  Qıjı.  Çoxillik  su  bitkisidir.  Kasacıq  əyilmiş,  ləçəkləri  dırnaqcıqlı  və 
ağdır.  Buynuz  meyvə  qısa  silindrik,    şişkin  taylı  və  damarsızdır.  Cinsin  Azərbaycanda  1növü,  
Naxçıvan MR-də 1 növü yayılmışdır. 

38 
 
Nasturtium  officinale  R.Br.    -  Dərman  qıjısı.  Çoxillik,  çılpaq,  gövdəsi  şırımlı,  silindrik, 
əyilib  qalxan  və  kök  salmış,8-60  sm  hündürlükdə  bitkidir.  Yarpaqları  geniş  saplaqlı,  ləlkvari 
parçalı, 3-7 cüt uzunsov-yumurtavari və ya oval dişcikli paylı, yuxarı payı iri və girdədir. Ləçəkləri 
ağrəngli,  4-6    mm  uzunluqda,  kasacıqdan  iki  dəfə  uzun  olub,  kifayət  qədər  uzun  dırnaqcıqlıdır. 
Çiçək  ayaqcığı  meyvə  zamanı  uzanır,  incə  və  horizontaldır.  Qın  10-20  mm  uzunluqda,  2  mm 
enində,  silindrik,  azca  şişkin  və  əyridir.  Toxumları  iki  cərgə  və  xırdadır.  Ç.  V-VII,  m.  VII-
VIII.Aşağı və orta qurşağın bataqlıq və su kənarlarında  yayılmışdır.  
 
 Kimyəvi  tərkibi.  Bitkinin  yerüstü  hissələrində  və  meyvələrində  flavonoidlərdən  apigenin, 
luteolin,  kempferol,  mirisetin,  hesperetin,  naringenin,  antosianlardan  pelarqonidin,  sianidin, 
delfinidin, qlikozinolatlardan qlikonastursin, qlikobrassisin, azotlu birləşmələrdən fenilpropionitril, 
3-butennitril  və  palmitin,    stearin  və  digər  ali  yağ  turşuları  ilə  bərabər  24%  piyli  yağ    müəyyən 
edilmişdir.  Tərkibi yodla zəngindir. 
 
İstifadəsi. Cavan gövdə və yarpaqlarından salat hazırlanır və bişirilmiş halda istifadə olunur. 
 
 Tibbi  əhəmiyyəti.  Bitkinin  yerüstü  hissələrindən  sulu  bişirmə  mvə  ekstrat  şəklində 
aterosklerozda və qalxanabənzər vəzin xəstəliklərindəistifadə olunur. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə