Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə15/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   11   12   13   14   15   16   17   18   ...   190
 
AFAQ ƏLİYEVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:581.1 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BORAGINACEAE  ADAMS. FƏSİLƏSİNƏ 
DAXİL OLAN GÖYƏK (Echium L.) CİNSİNİN NÖVLƏRİ HAQQINDA 
 
Açar sözlər:Boraginaceae Juss., bitki, Göyək, cins, növ 
Key words:Boraginaceae Juss., plant, Goyak, kind, species 
Ключевые слова:Boraginaceae Adams., растение, Гёйак, род, сорт 
 
Naxçıvan  Muxtar  Respublikasının  Arazboyu  düzənliklərində  (Sədərək,  Şərur,  Kəngərli, 
Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Dəstə, Ordubad), eyni zamanda, bütün dağlıq sahələrin bitki 
aləmində  Boraginaceae  Juss.  fəsiləsi  bitkiləri    də    müəyyən  mövqeyə  malikdir.  Ərazinin  dağlıq 
sahələrinin  torpaq-iqlim şəraiti burada müxtəlif həyat formalı bitkilərin, həmçinin bitkilik tiplərinin 
inkişafı  üçün  daha  əlverişli  olduğundan  böyük  zənginliyə  malikdir.  Ərazinin  yüksək  dağlıq 
hissəsində  BoraginaceaeJuss.    fəsiləsinin  faydalı,  nadir,  endemik  bitkiləri  mövcuddur  və  onlar  az 
öyrənilmişdir.  
Regionun dağlıq hissəsi dağətəyi, aşağı dağlıq, orta dağlıq, yuxarı dağlıq və yüksək dağlıq 
qurşaqları  ilə  təmsil  olunur.  İstər  dağlıq  hissənin,  istərsə  də  Arazboyu  düzənliklərin  səhra, 
yarımsəhra  ekosistemlərində  oxşar  tərkibli  flora  və  bitki  örtüyü  mövcuddur.  Buna  baxmayaraq, 
onlarda  fərqli  bitki  növləri  və  fitosenozlar  da  diqqəti  cəlb  edir.  Bu  regionda  Boraginaceae  Juss. 
fəsiləsi  bitkilərinin  və  fitosenozlarının  tədqiq  olunması,  onun  təbii  sərvətlərinin  üzə  çıxarılması, 
mühafizəsi,  səmərəli  və  davamlı  istifadəsi  son  dərəcə  vacib,  təxirəsalınmaz  dövlət  əhəmiyyətli 
aktual məsələdir.  
Boraginaceae  Juss.  fəsiləsi  nümayəndələri  təbii  ekosistemlərdə  özünəməxsus  bioekoloji 
xüsusiyyətləri, fitosenoloji quruluşu, növ müxtəlifliyi ilə fərqlənir. Uzunmüddətli, intensiv otarma 
nəticəsində  dağlıq  sahələrdə  torpaqların  fiziki  xassələri,  mineral  tərkibi,  quruluşu  güclü  şəkildə 
dəyişmişdir. Təbii və antropogen təsirlərlə əlaqədar torpaqların eroziyaya uğraması prosesi artmış, 
bitki örtüyünün bozqırlaşmağa meyilliyi  güclənmişdir. Ekosistemlərdə yerli aborigen bitki növləri 
azalmış, onların yerini adventiv, kosmopolit bitkilər tutmuşdur. Boraginaceae Juss. fəsiləsinə daxil 
olan  bitkilər  arasında  qiymətli  yem,  dərman,efir  yaglı,dekorativ,boyaq  əhəmiyyətli,  bal  verən  və 
digər faydalı biki növləri ilə yanaşı,  nadir bitkilər də az deyildir. Digər tərəfdən, bu fəsilənin bir 
çox növü Azərbaycan Respublikasında ancaq Naxçıvan MR ərazisi üçün səciyyəvidir.   
Boraginaceae Juss. fəsiləsinə aid olan bitki cinslərindən biri də Göyəkdir –Echium L. Onun 
kasacığı,  demək  olar  ki,  aşağıya  qədər  5  bölümlü,  xətli,  sivri,  cod  dilimlidir,  meyvə  zamanı 
böyümür.  Çiçək  tacı    qıfşəkilli  və  ya  boruvari-qıfşəkilli,  eyni  olmayan  5  ləçəkli,  əyri  büküşlü, 
ağızcığı  pulcuqsuz  və  qırışıqsızdır.  Erkəkcikləri  eyni  uzunluqda  deyil,  uzun,  incə  saplıdır,  adətən  
sütuncuqla  birlikdə  irəli  çıxır;  tozluqlar  balaca  və  ovalvaridir.  Sütuncuq  uzun,  sapşəkilli,  sonu 
adətən  yabaşəkilli  2  bölümlüdür.  Fındıqçalar  üçtərəfli-yumurtaşəkilli,  qabarlıdır.  İkiillik  otlar  cod 
səthli, sıx qıvrımları ensiz və ya enli süpürgəvari hamaşçiçəklərdə toplanmışdır. 
Göyək cinsinin  Naxçıvan MR- də aşağıdakı növləri vardır: 
Qırmızı göyək – Echium russicum J.F. Gmel (E. rubrum Jacq.). İkiillik bitkilərdir. Gövdəsi 
tək,  düz  duran,  sadə,  aralı  cod-tüklü  səthli,  hündürlüyü  (12)  20-70  sm-dir.  Yarpaqları  çox  saylı, 
lansetvaridir,  ensiz  lansetvaridən  xətliyə  qədər,  sivri  və  ya  itiləşmişdir,  kök  üstündəkilər  və 
gövdənin aşağısındakıların aşağısı tədricən dartılır, sonrakılar oturaqdır, yarımgövdə həcmlidir, hər 
iki tərəfi yarım duran cod-tüklü səthlidir. Qıvrımları sıx çiçəkli, hətta meyvə zamanı qısadır, ensiz 


19 
 
süpürgəvari təpə əmələ gətirir, demək olar ki, sünbülvari hamaşçiçəklidir; çiçək yanındakı yarpaqlar 
lansetvari-xətlidir, çiçəklərdən uzun deyil (Şək. 1).  
 
 
 
 
 
 
 
 
Şəkil 1. Qırmızı göyək - Echium rubrum L. 
 
Kasacıq  xətli,  cod  tüklü,  sivri  dilimlidir,  uzunluğu  7  mm-ə  yaxındır.  Çiçək  tacı  parlaq 
qırmızı  və  ya  çaxır  qırmızısıdır,  uzunluğu  12-15  mm,  boruvari-qıfşəkillidir,  bayır  tərəfdən  zəif 
xovlu  və  incədir.  Erkəkciyin  sapları  və  sütuncuq  çiçək  tacından  çox  çıxır.  Dişicik  ağzı  bölümlü 
deyil  və  ya  bəzən  başcıqşəkilli  2  bölümlüdür.  Fındıqçaların  uzunluğu  2,5  mm-ə  yaxın,  üçtərəfli-
yumurtaşəkilli, sivri, xırda qabarlı, qaradır. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında 
meyvə verir. Naxçıvan MR-in aşağı və orta dağ qurşaqlarında (2000 m-ə qədər) - otlu yamaclarda, 
meşələrdə,  çöllərdə,  meşə-kolluqlarda,  qayalarda  və  dağ  çəmənliklərində  yayılmışdır.Qafqazda, 
Avropanın  bölgələrində,  Krımda,  Orta  Asiyada,  Orta  Avropada,  Balkan-Kiçik  Asiyada  vardır. 
Avstraliyadan təsvir olunmuşdur.  
Adi göyək - Echium vulgare L.  İkiillik bitkilərdir. Gövdəsi tək və ya bir neçədir, adətən düz 
duran, aralı, cod tüklü səthli, çox və ya az xırda tükcüklərdən ibarət  sıx xovcuqlu, hamaşçiçəkləri 
ensiz süpürgəvari-budaqlı, hündürlüyü 30-60 (100)  sm-dir  (Şək. 2).  


20 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   Şəkil  2. Adi göyək - Echium vulgare L.
 
 
Yarpaqların alt tərəfində 1- orta damar görünür, kök üstündəkilər və gövdənin aşağısındakı 
yarpaqlar adətən çiçəkləmə vaxtı quruyur, belşəkilli-lansetvaridir, aşağısı tədricən daralır, sonrakılar 
oturaq, gövdədəkilər lansetvari və ya lansetvari-xətli, sivri, yarım duran cod-tüklü və xırda səthlidir. 
Qıvrımları sıx deyil, meyvə olanda bir qədər uzanır, ensiz bəzən uzun süpürgəvari hamaşçiçəklidir. 
Kasacığı  xətli  cod-tüklü dilimlidir,  meyvə  zamanı  10  mm  uzunluğa  qədər  böyüyür.  Çiçək  tacının 
uzunluğu 10-15 mm, qıfşəkilli, enli büküşlü, başlanğıcı qırmızıtəhər, sonrası demək olar ki, göydür; 
yuxarı ləçəkləri aşağıdakılardan uzun və çox qabağa çıxır, hamısı kütdür. Erkəkciyin nazik sapları 2 
bölümlü  sütuncuqla  birlikdə  çiçək  tacından  yuxarı  çıxır,  sütuncuq  uzun  səthlidir.  Fındıqçaların 
uzunluğu 2-2,5 mm-dir, üçtərəfli-yumurtaşəkilli, urlu, sivri, boz, xırda qabarcıqlıdır, demək olar ki, 
düzdür.  İyun-iyul  aylarında  çiçəkləyir,  avqust-sentyabr  aylarında  meyvə  verir.Naxçıvan  MR-də 
aşağı və orta dağ qurşaqlarında əkin sahələrində alaq otu kimi, qayalı və daşlıyerlərdə, yamaclarda, 
çınqıllı  yerlərində  yayılmışdır.  Qafqazda,  Avropanın  bölgələrində,  Qərbi  Sibirdə,  Şərqi  Sibirdə, 
Orta Asiyada, Orta Avropada, Balkan-Kiçik Asiyada vardır. Avropadan təsvir olunmuşdur. 
 
Biberşteyn göyəyi - Echium biebersteinii (Lacaita) Dabrocz. (E. italicum Jacq.). İkiillik cod 
səthli bitkilərdir. Gövdəsi qalın, möhkəm, adətən tək, düz duran, yumşaq tüklüdür və sıx, ensiz, cod, 
aralı  tüklərlə  örtülmüşdür.  Hamaşçiçəkləri  piramidaşəkilli,  tam  aşağıya  qədər  süpürgəvari 
budaqlıdır. Kök üstündəki yarpaqlar uzun, çox saylıdır, ensiz-lansetvari, sivri, sıx-sərt tüklərin arası 
xırda tükcüklüdür. Gövdə yarpaqları oturaqdır, ensiz lansetvaridən xətli-lansetvari və xətliyə qədər, 
sivridir, hamaşçiçəklərin yanında balacalaşmışdır. Hamaş çiçəkləri iri, piramidaşəkilli-süpürgəvari, 
hərdən ensiz süpürgəvari, qıvrımların əvvəli sıx və qısadır, daha sonra - meyvə zamanı çox uzanır 
və düzəlir, cod və uzunluğu 8-10 sm-ə qədərdir. Kasacığı cod səthli, sivri, xətli dilimli, uzunluğu 7 
mm-ə yaxındır. Biberşteyn göyəyinin çiçək tacının uzunluğu 10-13 mm, ağtəhər, çəhrayıtəhər və ya 
göyümtül,  ensiz  qıfşəkillidir,  ön  tərəfi  azca  genişlənir.  Fındıqçaların  uzunluğu  3  mm-ə  yaxın, 
üçtərəfli-yumurtaşəkilli,  urlu  və  sivridir.  Biberşteyn  göyəyi  iyun-iyul  aylarında  çiçəkləyir, 
sentyabrda meyvə verir. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin