Naxçivan döVLƏt universiteti 1967


Yeniyetmə orqanizmi və yarışdan əvvəl çəkisalma problemi



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə23/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   19   20   21   22   23   24   25   26   ...   190
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 7 (72) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
QADİR FƏRHADOV 
Naxçıvan Elmi Tədqiqat Baytarlıq Mərkəzi 
UOT 576.121 
 
İLBİZLƏRİN FASSİOLANIN  YAYILMASINDA ROLU  
                                                                               
 
      İqtisadi  islahatlardan sonra xüsusi təsərrüfatlarda çəmənlik və otlaq sahələrinin artıb çoxalması, 
ardıcıl  suvarma,  suların  çox  vaxt  bir  sahədə  yığılıb  qalması,  bataqlıq,  cillik  yaratması,  suvarma 
şəbəkələrinin  genişləndirilməsi  fassiola  törədicisinin  aralıq  keçiricisi  olan  su  ilbizlərinin  də  artıb 
çoxalmasına  şərait  yaratmışdır.  Galba  cinsinə  aid    və  limnaeidae  ailəsinə  mənsub  l.truncatula,  l. 
goupili,l. subanculata və s.,növləri adi fassiolanin araliq sahibləridir. galba ailəsinin üzvləri şirin su 
ilbizləri  olub  yaşamaq  üçün  yüksək  ekoloji  şərat  tələb  edən  canlilardir.onlar  təzə  bataqliq 
sahələrində olan torflu və şoran torpaqlarda məskunlaşmirlar. əsasən ph 5,8-8,6 qələvi mühiti olan 
qumlu suspenziyali torpaqlarda arxlarin ,kanallarin,çay sahillərində ocaq halinda toplaşirlar 
       A.Petrov  (1938)  Naxçıvanda  Araz  çayında  2  növ  Qalba  Palistius  və  T.danubialis 
molyuskalarının yaşadığını qeyd etmişdir. Ə.N.Əlizadə (1945) çayda 4 növ molyuskanın olduğunu 
(Corbicula  fluminalis,  Muscullum  lacustris,  Sphaerium  corneum,  Anodonta  cyrea)  göstərmişdir. 
A.N.Akramoviski  (1958)  çayda  Oxychogomphus  Flexuasus  iynəcə  süfrəsini  qeyd 
edib.Ə.H.Qasımov  (1972)  Araz  çayında  müxtəlif  tədqiqatçılar  tərəfindən  aşkar  olunan  növlərin 
ümumi  siyahısını  tərtib  etmişdir.    Əliyev  A.R.,  Əliyev  S.  İ.  (2006)  Araz  çayından  Naxçıvan  su 
anbarından  Bəhrəmtəpə  su  qovşağına  qədər  91  növ  bentik  onurğasız  heyvanın  yaşadığını  o 
cümlədən 19 növ su ilbizinin (Limnaea Staqnalis,  L.auricularia,  L.anisus  spirorbis  kyraulus  albus 
Muller,  Valvata  pulehella  Studer,  Hydrobia  longiscata  Bour,  Pyrqula  Sp.Theodoxus  danubiulis, 
T.pallasi, Corbicula flimunalis, M.Colletopterum cyrea Dr, Sphaerium Corneum (L), Sph. Lacustus 
M., Pisidium casertanum, Komarovi, Sphadina sp., shacromoviskii yaşadığını qeyd etmişdir. 
         Azərbaycanda  İ.Ə.Sadıqov,  M.Ş.Yolçuev,A.K.Ryabinin,  R.Ş.İbrahimova  (1993)  Şirvan 
Dövlət Qoruğunda 2 baş ceyranda F.giganticanın aşkar olunması ilə əlaqədar həmin ərazidə 3270 
fərd  şirin  su  ilbizi  (Planorbis,  Planorbis  Radixauricularia)  yoxlanılan  zaman  onlarda  fassiolyozun 
sürfələri  ilə  yoluxma  R.auriculariada  3.1,  P.Planorbis  ilbizində  4.5  fazi  müəyyən  olunmuşdur.         
Melikov  Y.  F.  (1989,1990)  Samur  –  Dəvəçi  düzənliyində  fassiolyozun  aralıq  sahibi  olan  su 
ilbizlərinin  1m

sahədə  (L.truncatula  və  L.auricularia)  sıxlığının  300  fərdə  çatdığını  və  trematod 
sürfələri ilə 0.6%-dən 31.9faizədək yoluxduğunu qeyd edir. 
          Müayinə  üsulu  və  materialı:  su  ilbizləri  əl  ilə  digər  lil  olan  yerlərdə  və  axan  naqildən 
hazırlanmış  kisə  vasitəsi  ilə    toplanaraq  (Akramoviski  N.N.1976)  süzgəcdən  təmiz  su  ilə  kənar 
qarışıqlıqlardan yuyulmaqla , təmiz parça ilə  nəmləndirilmiş bankaların içərisinə   yığaraq növ və 
yoluxma faizini müəyyənləşdirmək üçün laboratoriyaya gətirilmişdir. 
        Laboratoriyaya  çatdırılmış  su  ilbizləri  silindir  formalı  şüşə  qablara  yığılaraq  yuxarı  hissəsi 
örtülənə  qədər  su  ilə  doldurularaq    içərisində  olan    havanın  çıxması  üçün    hər  banka  və  şüşənin 
içərisinə    1-2  tabletka  mentol  kristalı  salıb  bir  müddət  keçdikdən  sonra    hərəkət  etməkdə  olan  
ilbizlər  olduğu vəziyyətdə  hissiyatlarını itirərək hərəkətsiz qalır və ona toxunanda   qlafın içərisinə 
girmirlər. Sonra onların suyu boşaldılaraq su əvəzinə 70%-li  spirt  məhlulu doldurulur, 3-4 gündən 
bir  məhlul  yenisi  ilə  əvəzlənir.  Ilbizlərin  xarab  olub  əpriməməsi  üçün  bankada  məhlulla    ilbizin 
sıxlığı  ¼  (4  pay  spirt  1  pay  ilbiz)dən  yuxarı  olmamalıdır.  Belə  fiksasiya  olunmuş  ilbizlər  uzun 
müddət saxlanılaraq müayinə üçün yararlı olur. 


29 
 
           Toplanmış  ilbizləri  bir  hissəsi  kompressor  üsulu  ilə  tədqiq  edilmişdir.  Yoluxma  faizi 
aşağıdakı cədvəldə əks olunmuşdur. 
 
Cədvəl ; Şirin su ilbizlərinin fassiolanın sürfə mərhələsi ilə yoluxması 
 
Ilbizlərin növləri 
Fassiola sürfələri 
Tədqiq edilmişdir 
Yoluxmuşdur  
Yoluxma faizi 
Planorbis planorbis 
560 

0.53 
Radix aurocularis 
1350 
38 
2.81 
Calba truncatula 
850 

0.47 
Ph.acuta 
250 


Cəmi  
3010 
45 
1.15 
 
         Fassiolanın  aralıq  sahiblərinin  yoluxma  faizlərinin  müəyyənləşdirilməsi  ilə  əlaqədar 
tərəfimizdən  3010  fərd  su  ilbizi  kompressor  üsulu  ilə  tədqiq  olunmuş  və  yoxlanılmış  4  növ  su 
ilbizindən  üçünün fassiola sürfələri ilə yoluxması aşkar olunmuşdur. 
         Aşağıda həmin növlərin yoluxma faizləri və növün təsviri verilmişdir.  
          Qalba  truncatula  (Mulle,1774)-Sinif  Qastropoda  yarım  sinif  Pulmonata  (ağciyərli)  Dəstə 
Basommatophora (oturaq gözlülər) ailə Limnaedie (Laramberque, 1928), cins kalba (schrank,1803)-
çapaq  nazik  xətlənmişdir.  Köndələn  konusvari  xətlər  sağa  istiqamətlənib.  Ölçüsü  hündürlüyü 
12mm, eni 5.5mm-dir. Sarğıların sayı 6-ya çatır. Naxçıvan MR-in hər yerində su, bulaq, çiçəkli sulu 
sahələrdə  çox  yayılıb.  Qəmişli  milçək  və  mığ-mığ  olan  sahələrdə  isə  sayı  azalır.  Biotopların  sayı 
yayılma sahələrində 1m

– də 150-280-ə çatır. Müayinə olunmuş 850 fərddən  4-də F.hepatikanın 
sürfələri ilə yoluxma müəyyən edilib. 
        Ph.acuta  çanaq  hissəsi  hamar  parlaq  möhkəm  buynuz  qatından    ibarət  olmaqla  sarğılar  sola 
sarınmaqla  5 sarğılıdır, başlanğıc iti uclu olmaqla  qurtaracaq ağızcıq pülənmiş kimi geniş açılıb, 
hündürlüyü 13, eni 8 mm-dir. Naxçıvançayın Vayxır- Biçənək aralığında  rast  gəlinir. Yoxlanmış 
250 fərd ilbizdə yoluxma olmamışdır. 
         Planorbis  Planorbis  Sieversi  (Mousson-1873)  Planorbidae  ailəsinə,  Planorbis  (Muller-1774) 
cinsinə  mənsubdur.  Çanaq  nazik  spiralvari  köndələn  xətlənmiş  yastı  dairəvi  formalı  olub, 
hündürlüyü  35,  eni  isə  16  mm-dir.  Naxçıvançay,  Arpa  çayın  düzən  sahələrində,  Araz  boyu 
sahələrdə yayılmışdır. Müayinə olunmuş 560 fərddən  3-də yoluxma aşkar edilib. 
        Radix auricularia (Linnueus-1758)-C.trancatula ilə  bir ailədə  birləşir, çanağın  hündürlüyü 25, 
eni  25  mm-dir.  Çanağın  ağız  hissəsi  qulağı  xatırladır  Naxçıvanda  çay  yatağı  üzərində  tikilmiş 
göllərəd, su tutarlarında, durğun su və bataqlıq yerlərdə məskənləşib. 
          Suvarma  sistemlərinin    qurulması  nəticəsində    sistemdən  axan  suların  yığıldığı  yerlərdə  su 
ilbizlərinin  daimi  yaşayış  yerləri  yaranmışdır  və  bu  yerlərdə  şirin  su  ilbizlərinin  biotopları  əmələ 
gəlir.  Düzən  və  çay  ətrafı  cillik  və  çəmənliklərdə  bir  neçə  ilbiz  növləri toplanıb  analiz  edilmişdir. 
Kiçik  və  qulaqvari  su  ilbizləri  Naxçıvançay  əhatəsində  olan  Vayxır,  Uzunoba,  Kültəpə,  Tunbul 
kanalında,  Əlincə  çay  ərazisinin  körpüsü  ətrafında,  Aza  çayının  Aza  kəndi  sahəsindən  toplanaraq 
fassiola ilə yoluxma dərəcələri aşkarlanmışdır.  
         Yayılma  dərəcəsi  və  biotopların  sayına  görə  ilbizlərin  say  və  biotopu  bir-birindən  fərqlənir. 
Belə ki,  Liminea auriocularia bataqlıq gölməçələri kiçik suvarma arx və kanallarında çox da dərin 
olmayan sularda məskənləşmişdir.  
          Naxçıvan  MR-in  düzən  yerlərində  xüsusi  ilə  Qaraçuq  kanalında,  Arpa  çay  kanalında 
qulaqvari  ilbizlər  digər  kiçik  gölməçə  ilbizlərinə  nisbətən  üstünlük  təşkil  edir,  nisbətən  yuxarı 
zonalara  qalxdıqca  kiçik  gölməçə  ilbizlərinin  yayılma  biotoplarının  sayı  artır.  Qulaqvari  ilbizlər 
əsasən  kanalların  beton  divarlarında  suyun  daha  sürətlə  axan  yerlərində  daha  çox  müşahidə 
(lauricularım) olunur. Kiçik gölməçə ilbizi L.trancatula əsasən lilli sularda və daha çox suvarılan su 
altında qalan sahələrdə müşahidə olunur. Bir çox sahələrdə isə hər iki növdən olan su ilbizlərinin 
yayılması  müşahidə  olunur.  Belə  sahələrdə  adətən  bir  növün  digərlərindən  daha  çox  üstünlüyü 


30 
 
müşahidə olunur. Belə ki, su altında qalan sahələrdən su çəkildikcə xırda sucuq- bataqlıq  qaldıqda 
kiçik gölməçə ilbizi sayı çoxalır, əksinə hidrofil xarakterli L.auricularia – qulaqvari gölməçə ilbizi 
isə  azalır.  Bütün  bunlar  onu  göstərir  ki,  qidalanma  və  şəraitdə  asılı  olaraq  su  ilbizlərinin  artıb 
çoxalması  ekoloji  vəziyyətdən asılı  olur. Nəticə etibarı ilə suvarılan və su altında qalan sahələrdə 
fassiola giganticanın  aralıq sahibi əsasən qulaqvari gölməçə ilbizi təşkil edir. 
          Belə  nəticəyə  gəlinir  ki,  muxtar  respublikanın  aşağı  düzən  su  basan  və  suvarma  sistemləri 
daha  çox  olan  ərazilərdə  fassiolanın  aralıq  sahibi  çox  yayıldığından  bu  zonalarda  heyvanlar  da 
fassiolyozun daha intensiv və ekstensivliyi müşahidə olunur.  
          Naxçıvan  MR-də  əvvəllər  fassiolyoz  x/b  heyvanlarda  (Naxçıvan  şəhərində  1.04%,  Şərur 
rayonunda 25.9%) 19%( E.M.Seyidov 1963) təşkil edirdisə suvarma kanallarının genişləndirilməsi 
nəticəsində  bizim  tədqiqatlara  əsasən  bu  rəqəm  x/b.lu  heyvanlar  arasında  12.5  i/b-lu  mal  qara 
arasında  isə  9.5-10%-ə  çatır.  ən  çox  invaziyanın  ekstensivliyi  Naxçıvançay,  Arpa  çay,  Aza  çayın 
aşağı düzən zonalarında qeyd olunur. 
          Naxçıvançayın Vayxır ərazisində su paylayıcı qurğudan  irəlidə suyun yığılıb qaldığı ərazidə 
aparılan  tədqiqat  nəticəsində  əsasən  “3”  növ  su  ilbizinin  L.truncatula,  L.auricularis,  Phisa  acuta 
aşkar edildi. Həmin ilbizlərin çay kənarında heyvan yatağı yaxınlığında və durğun suda sıxlığı 1m

–də 15-20 eksempilyar təşkil edir. Qəmişlik və cilliklərdə isə kiçik göl ilbizləri üstünlük təşkil edir. 
           Toplanmış ilbizlərdən 3010 fərd müayinəsi zamanı L.auricularia, L.truncatulanın fassiolanın 
sürfələri ilə yoluxma faizi 0.47 və 2.81%, Planorbis planorbis 0.53% olmuşdur. 
            Naxçıvan  MR  ərazisində  göstərilən  aralıq  sahiblərinin  yayılması  sayəsində  fassiolanın  hər 
iki  növü  (F.hepatiga)  adi  fassiola  və  gigantica  yayılmışdır.  Ilin  nəmişli  və  yağmurlu  olmasından 
asılı  olaraq  biri  digərindən  az  və  ya  yüksək  intensivliyə  malik  olur.  Çay  və  kanal  ərazilərdə 
fassiolyoz  invaziyasının  daha  çox  yayılması  həmin  ərazilərin  yaxınlığından  şirin  su  ilbizlərinin 
biotoplarının çoxluğu ilə bağlıdır. Qulaqvarı çox yayılan ərazilərdə F.gigantica kiçik gölməçə ilbizi 
çox olan ərazilərdə adi fassiola çox yayılmışdır. 
             Bütün  sürünənlərdə  (qarın  ayaqlılarda)  –  ilbizlərdə  mayalanma  daxildə  gedir.  Mayalanma 
iki  yolla-  erkək-  dişi  və  hermofrodit  mayalanma  vardır.  Su  ilbizlərinin  bir  çoxu  hermofrodit  yolla 
çoxalması  məlumdur.  Bu  hal  çox  vaxt  özünü  doğrultmur.  O  cəhəddən  ki,  hermofrodit  vəzi  ( 
cinsiyyət üzvü) eyni bir vaxtda həm erkək (sperma), həm də dişi yumurta istehsal edə bilmir.  
           Bizim təcrübələrimizdən  su ilbizlərinin yaşayış tərzinin öyrənilməsi ilə əlaqədar 15.09.1999- 
cu  ildə  evdə  balıq  olan  akvariuma  salınmış  12  ədəd  su  ilbizi  həyat  öroseslərini  dəyişmədən 
yaşamağa  davam  edərək  2-3  gündən  sonra  akvariumun  şüşə  divarlarına  qalxaraq  suyun  səthinə 
yaxın  sahələrdə  akvarium  şüşəsinin  4tərəfində  də  bir-  biribdən  5-10  sm  aralı  olmaqla  qlaf  ilə 
örtülmüş yumurta qoymuşdur. Qlafın böyüklüyü 1-3mm diametrində olmaqla hər birinin içərisində 
ikraya  bənzər  çiy  formalı  7-15ədəd  yumurta  qoyaraq  molyuskalar  yenidən  suyun  dibinə  enmişdir. 
Həmin  yumurtalar  bir-birinə  zəncir  kimi  düzülməklə  şəffaf  şəkildə  qlafda  qalmaqla  1  həftə  sonra 
böyüməyə başlaması hiss olunur. Göründüyü kimi su ilbizləri hər hansı bir şərait yaranan kimi nəsil 
artırmaq  üçün  yumurta  qoymaq  imkanına  malikdir.  Akvariumda  suyun  temperaturu  15-25

arası 
davamında  akvariumun  divarındakı  yumurtalardan  12-ci  gündən  embrionlar  formalaşmağa 
başlayaraq ilkin cavan molyuskalar çıxmağa başladı. 
              Təbii  şəraitdə  Naxçıvan  MR  ərazisində  cavan  molyuskaların  təbiətdə  görünməsi  may 
ayından  başlayaraq  müşahidə  olunur.  Ana  (qışlamanı  keçirmiş)  ilbizlər  isə  martın  ortalarından 
başlayaraq aktivləşməyə başlayır. 
              Naxçıvanın yuxarı alp çəmənliklərində (Göygöl, Batabat, Yelli yurd, Tüklü çimən) il boyu 
soyuq hava keçirdiyindən şirin su və tiorpaqda yaşayan ilbizlərə rast gəlinməyib. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin