Milli Virtual-Elektron Kitabxananın təqdimatında



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

**** 
Azərbaycanın  daxilində  baş  qaldıran    separatçı  hərəkatlar 
da  yatırıldıqdan  sonra  artıq  yeni  yaradılmış  yerli  hakimiyyət 
mərkəzin  dəstəyi  ilə  Zəngəzurun  verilməsini  sözdən  əmələ 
keçirməyə hazırlaşırdı. Bütün bu haqsızlıqlara dözməyən As- 
lan  bəy  və  onun  ətrafındakı  sadiq  qüvvələr  Lətif,  Kərim  və 
Zəngəzurun digər igidləri bu haqsızlığa qarşı çıxaraq  qaçaq- 
çılıq hərəkatına başladılar. Nəzər Heydərov kitabında “Bandi- 
tizm bölməsində” yazır ki, “Qubadlıdakı Lətiflə Kərimin baş- 
çılıq etdiyi  antisovet bandaya  faktiki olaraq Aslan bəy Sulta- 
nov rəhbərlik edirdi.” O yerlərin adamları çox gözəl bilirdilər 
ki,  Lətiflə  Kərim  Aslan  bəyin  ən  qəhrəman  dəstə  rəhbərləri 
olub. Onların hər birinin hesabında 700 daşnak başı dayanır.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
203 
 
203 
Bu ərəfələrdə Aslan bəyin kəşfiyyatı mərkəzin yeni iyrənc 
oyunları haqqında məlumat alır və məlum olur ki, Nərimanov 
hakimiyyəti Qarabağın da ermənilərə hədiyyə edilməsinə fak- 
tiki olaraq razılıq verib və qərarı imzalayıb. Arxiv səndləri də 
təsdiq edir ki, bu faktdır. 
Mərkəzin  bu  xəyanətkar  addımından  daha  da  hiddətlənən, 
barışmaz  mövqe  tutan  Aslan  bəy  artıq  müqavimət  hərəkatını 
daha da  gücləndirmək haqqında qərar qəbul edir və tam ola- 
raq  yəqinləşdirir  ki,  mərkəz  Azərbaycanın  parçalanması  və 
hərraca qoyulması  yolunu seçib.  Buna görə də Qarabağda da 
vaxtilə  onun  özünün  yerləşdirdiyi  hərbi  qüvvələri    hərəkətə 
gətirir.  Bu  qüvvələr  əlaqəli  olaraq  birlikdə  fəaliyyət  göstərir- 
lər. 
Onu da qeyd etmək lazımdır ki, bu illər ərzində  Aslan bəy 
vaxtaşırı Türkiyəyə keçir, Nuru paşa ilə görüşüb məsləhətləş- 
mələr  aparır  və  yenidən  Zəngəzura  qayıdaraq  Qarabağ  və 
Zəngəzur ərazilərində mübarizəsini davam etdirir. 
Nuru  paşa  ilə  dostluğu  1920-ci  ildə  Nuru  paşa  Qarabağa 
gələndən  sonra  başlamış  və  sonralar  daha  da  güclənmişdir. 
Nuru paşa Aslan bəyin Manuku ağlagəlməz məsafədən vurub 
öldürməsini eşitdikdə hədsiz sevinmiş və bu möcüzəli qəhrə- 
manla  görüşmək  arzusunda  olduğunu  bildirmişdir.  1920-ci 
ildə  Qarabağa  gələrkən    o  dərhal  adamlarına  Aslan  bəyə  xə- 
bər  göndərməyi,  görüş  yerini təyin  etməyi tapşırmışdı.  Sava- 
lan Şirinov deyirdi ki, ilk görüşdə Aslan bəy əl ilə görüşmək  
istəyərkən Nuru paşa onu qucaqlayıb bağrına  basmış və uca 
səslə “igidin adını eşit, üzünü gör” demişdir. Bu tarixdən As- 
lan bəyə Nuru paşanın dostluğu başlanır və sonralar get-gedə 
dostluqları daha da möhkəmlənir. 
Zəngəzurun verilməsinə və başqa haqsızlıqlara qarşı çıxan 
Aslan bəq qaçaqçılıq hərəkatına rəhbərlik edərkən  Nuru paşa 
Aslan bəyi qorumaq üçün onun Türkiyəyə mühacirət etməsini 
təkid  edir.  Nuru  paşa  artıq  bilirdi  ki,  Aslan  bəyi  həbs  eləyib 
mühakimə olunması üçün içimizdə olan xain rəhbərlər ermə- 
nilərə vermək istəyirlər. Bu barədə Savalan Şirinov sonradan 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
204 
 
etiraf  edirdi  ki,  Aslan  bəyin  göstərdiyi  qəhrəmanlıqları  çox 
yaxşı bilən Nuru paşa  bildirirmiş ki, Aslan bəy biz səni itir- 
mək  istəmirik.  Sənin  Azərbaycanda  qalmağın  həyatın  üçün 
təhlükəlidir. Aslan bəy də öz növbəsində bildirmişdir ki, mən 
əgər  Türkiyəyə  mühacirət  etsəm,  camaat  deyəcək  ki,  Aslan 
bəy  də  başqaları  kimi  həyatı  üçün  real  təhlükə  yarandıqda 
canını götürüb qaçdı. əslində isə, Aslan bəyi o dövrdə  yaxın- 
dan tanıyan insanlar deyirdilər ki, mühacirət etməyi o heç cürə 
qüruruna  sığışdıra  bilmirdi.  Nuru  paşaya  bildirmişdir  ki, 
burada bizim nə qədər igidlərimiz şəhid olub. Bizim canımız 
onların  canından  artıq  deyildir.  Beləliklə,  Aslan  bəy  höku- 
mətə  qarşı  çıxaraq  Azərbaycanın  içində  8  il  qaçaqçılıq 
hərəkatına rəhbərlik edib (Lətif və Kərimin hərbi dəstələrinə). 
 
**** 
Nəzər  Heydərov  “Zəngəzur  dağlarında”    kitabının  124-cü 
səhifəsində daşnak hökumətinin darmadağın edilməsini tama- 
milə  təhrif  edərək    yazır  ki,  daşnak  hökuməti  başda  general 
Nijde olmaqla Qafan dağlarına çəkildi və Meğridən İrana ad- 
ladı.  Birinci  Qafqaz  ordusunun  hərbi  komissarı  Sviridov 
Myasnikovun  adına  vurduğu  teleqramda  bildirirdi:  “Gorus  
3.VII.  1921-ci  il.  Zəngəzur  daşnak  əksiqnqilabçılarından 
tamam  təmizləndi  və  orada  fəhlə-kəndli  hökumətinin  qəti 
qələbəsindən  sonra  bütün  Zəngəzurda  inqilabi  qayda-qanu- 
nun  yaradıldığını  bildirməklə  Qafqaz  korpusu  özünü  xoşbəxt  
hesab  edir.  İnqilabi  komitələrə    işi  təşkil  etməyə  başlamaq 
üçün  öz  hüquqları  və  vəzifələri  barədə  təlimat  verilmişdir. 
Başda  Nijde  olmaqla  fırıldaqçılar  dəstəsi  İrana  qaçdı.  Hərbi 
komissar Sviridov. Bu məlumatla əlaqədər Azərbaycan bolşe- 
vik  Kommunist  Partiyasının  MK-nin  katibi  yoldaş  Kominski 
Bakıda  həmkarlar  İttifaqları  qurultayında  xəbər  verdi.  Teleq- 
ram  alınmışdır  ki,  Nijdeyə  qarşı  aparılan  hərbi  əməliyyat 
qələbə ilə qurtarmış, iyulun 2-də səhər saat 4-də əksqinqilabçı 
dəstənin  mərkəzi  olan  Gorus  igid  qırmızı  əsgərlər  tərəfindən 
tutlumuşdur.  Daşnakları  nə  ağaları  ingilis,  amerika  imperia- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
205 
 
205 
listləri  nə  də  ingilislərin  göstərişi  ilə  dostluq  etdikləri    bəy 
müsavatçılar xilas edə bildilər.” 
Görün  nə  qədər  yalan  danışır.  Bu  milləti  aldadır.  Əvvəla 
Aslan  bəy  Nərimanova  ünvanladığı  ittihamedici  məruzəsində 
onun  Semyonovla  birlikdə  Nijdeyə  qarşı  vuruşması,  Qafan 
alınarkən  başından  yaralanması  və  Gorusada  hərbi  xəstəxa- 
nada  yatması barədə 28-ci diviziyadan tibbi arayışı olduğunu 
bildirir.  Təsdiqedici  fakt  kimi.  Bu  hiyləgər  Nəzər  Heydərov 
isə  Kominskiyə  istinad  edərək  bildirir  ki,  iyulun  2-də  səhər 
saat  4-də  əksinqilabçı  dəstənin  mərkəzi  olan  Gorus  igid  qızıl 
ordu  əsgərləri  tərəfindən  tutuldu.  Diqqət  edin;  əksinqilab-
çıların mərkəzi Gorus. Burada Aslan bəyin məruzəsinə nəzərə 
salaq.  “Başımdan  yaralandıqdan  sonra  Gorusda  hərbi 
xəstəxanada  yatdım.”  Bir  diqət  edin,  daşnakların  mərkəzi 
Gorusda... Buna yalnız böyük cəsarət lazım idi. Yalnız qorxu 
bilməyən  adam  heç  nəyi  gözünə  almadan  Gorusda  müalicə 
olunardı.  Axı  Nəzər  Heydərov  sən  hər  kəsdən  yaxşı  bilirdin 
ki,  Semyonovun  komandirlik  etdiyi  28-ci  diviziyaya  faktiki  
komandirliyi  Aslan  bəy  edib.  Ersevənnikdə  onları  mühasirə- 
dən çıxarıb ölümdən xilas etdikdən sonra.  Nijde qoşunlarının 
baş  komandanı  general  Sumbatı  şəxsən  öldürdükdən  sonra 
daşnak  ordusu    pərən-pərən  düşmüş,  bizim  tərəf  az  itki  ver- 
məklə daşnakaları tamamilə məğlub etmiş, orada fəhlə-kəndli 
hökumətini qurmuşdur. Nəzər Heydərov gözəl bilir ki,  məhz 
bundan sonra  Qarabağda da Andrаnikin tör-töküntüləri, daş- 
nak-quldur  başçıları-Tevan,  Tarxan  və  qeyrilərin  də  Sumba- 
tın, Manukun  gününə qoymaq üçün məhz Asalan bəyi  bütün 
Qarabağın  və  Zəngəzurun  fövqəladə  komissarı  vəzifəsinə, 
general səlahiyyətli bir vəzifəyə irəli çəkirlər. Bütün bu qələ- 
bənin  müəllifi  olan  Azərbaycanlı  balası  Aslan  bəyə,  general 
Semyonova  və polkovnik Çelova qızıl medal verilib. 
Bütün bu hadisələrin canlı şahidi olan Nəzər Heydərov  ta- 
riximizi bu qədər saxtalaşdırmaqla ağa qara deməklə kimlərin 
dəyirmanına  su  tökür?  Bu  sualın  cavabı  birmənalıdır.  Milli 
tariximizi  saxtalaşdıranlar  qeyd-şərtsiz  düşmənin  dəyirmanı- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
206 
 
na  su  tökür.  Düşmənin  dəyirmanına  su  tökənlərə    isə  milli 
xainlər deyilir.  
Daha sonra başqa bir böhtan  yazır. “Daşnakları  nə ağaları 
nə  ingilis-amerika  imperialistləri,  nə  də  ingilislərin  göstərişi 
ilə  dostluq  etdikləri  bəy  müsavatçılar  xilas  edə  bilmədilər.” 
Diqqət  edin  guya  ingilislərin  göstərişi  ilə    bəy  müsavatçılar 
xalqımızın  ən  qatı  düşməni  olan  daşnaklarla  dostluq  edirmiş- 
lər.  İnsan  bu  qədər  riyakarlıq  edər?  Həmin  bəylərin    bir  nü- 
mayəndəsi  olan  Aslan  bəy  sən  qaçıb  gizlənərkən    Nijdedən, 
Drodan  və  başqa  daşnaklardan  millətin  qisasını  alırdı.  Belə 
olmasaydı  Nəriman  Nərimanovun  komissiyası  Aslan  bəyi 
“vraq armyan”  yəni  “erməni xalqının düşməni” adlandırmaz- 
dı. Müsavat hökumətini daşnak hökuməti ilə dostluq etməkdə 
ittiham etmək ən azı bizim tariximizə və millətimizə xəyanət- 
dir.  Bəylərdən  bu  qədər  ürək  yanğısı  ilə  danışan  Nəzər 
Heydərov  görəsən  ona  himayədarlıq  edən,  onu  sonralar  özü- 
nün  təbiri  ilə  desək  türmədən  çıxartdıran  Çingiz  İldırım  bəy 
deyildimi?  (Aslan  bəyin  əmisi  oğlu  olub).  Nəzər  Heydərov 
87-ci səhifədə yazır ki, atama başa saldılar ki, Çingizin qəbu- 
luna getsin. O Şuşada qubernatorun idarəsində işləməklə bol- 
şeviklərə kömək edir. Və o zaman bu sözü eşidən İmran təəc- 
cübünü gislətmədən dedi: -Çingiz bəyin?  
-  Bəli,  Çingiz  bəyin,  niyə  təəccüb  eləyirsən?    Məgər  sən 
bilmirsən  ki,  Şuşada  qubernatorun  yanında  işləməklə  Çingiz 
bəy bolşeviklərə kömək edir? 
Qaragin  sözünə  bir  qədər  ara  verib  dedi:  Çingiz  İldırımı 
başa  salacaqlar,  o  Nəzərin  atasını  qəbul  edəcək.  Qaragözov 
Abbas  Sultanovun  vasitəsilə  Çingizlə  əlaqə  saxlayacaq.  (Ab- 
bas Sultanov Çingiz İldırımın əmisi oğlu idi. Zəngəzur bolşe- 
vikləri  bu  əlaqədən  istifadə  edirdilər.)  Göründüyü  kimi,  Nə- 
zər  Heydərov  sənin  əqidə  qardaşın  Abbas  Sultanov  da  bəy 
nəslindədndir.    Sonra  89-cu  səhifədə  yazır  ki,  Çingiz  atama 
verdiyi  sözü  yerinə  yetirdi  və  üçümüzü  də  həbsdən  azad 
etdilər. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
207 
 
207 
 Nəzər Heydərov kitabının  102-ci  səhifəsində  yazır:  “İyu-
nun  əvvəllərində  Xinzirək  kəndində  məktəbin  qabağındakı 
böyük bir meydançada mitinq oldu. 1920-ci ilin mayın 28-də 
general  Dro  bu  kənddə  zəhmətkeşlərin  üsyanını  vəhşicəsinə 
yatırıb onlara qanlı divan tutdu. Zəngəzurun erməni  tərəfinin 
fövqəladə komissarı Armenak Qaragözovun atası Mkrtıç Qa- 
ragözovu camaatın gözü qarşısında gülləmişdi”. 
90-cı  səhifədə  yazılır  ki;  “Molla  Abbasın  həbs  olunması, 
camaatın  qabağında  döyülməsi,  onun  mənimlə,  qardaşımla, 
bütün  qəzanın  içi  iıə  yatab  edilməsi  xalqı  müsavat  hökuməti  
əleyhinə daha da qaldırmışdı”. 
Nəzər Heydərov bu abzasla özünü və Molla Abbası xalqın 
sevimlisi  kimi  qələmə  verməklə  yenə  oxucularını  aldadır. 
Arxiv sənədlərindən, xatirələrdən, hətta özünün yazdığı fikir- 
lərin dəqiq analitik təhlilindən məlum olur ki, o dövrdə Nəzər 
Heydərovun  heç  bir  nüfuzu  olmayıb,  bu  sətirləri  yazmaqla 
özünü guya ki, bir nüfuzlu adam kimi, qələmə verməyə, guya 
ona  görə  xalqın  müsavat  hökumətinə  qarşı  çıxmasını  yazır. 
Bununla  o  özünün  riyakar  olduğunu  bir  daha  sübut  edir.  Biz 
yaxşı  bilirik  ki,  lazım  olanda  qaçmağa  üstünlük  verən, 
gizlənməyə, gizli donoslar yazmağa üstünlük verən bir adamı 
camaat hansı əməllərinə görə sevə bilərdi? Onun bu  fikirləri- 
nin  arxasında    bu  və  ya  başqa  şəkildə  yenə  Aslan  bəyə  qarşı 
olan  düşmənçilik  dayanır,  çünki  Nəzər  Heydərovu  da,  Molla 
Abbası  da,  Nəzərin  qardaşını  da  cinayətkar  fəaliyyətlərinə 
görə məhz Aslan bəy həbs etmişdi!  
103-cü  səhifədə  isə  bir  qədər  də  irəli  gedərək  daşnakların 
və  müsavatçıların  Azərbaycan  xalqının  düşmənləri  olduğunu 
bildirir. Diqqət edin  yazır ki: “...erməni xalqı ilə Azərbaycan 
xalqının  düşməni  olan  daşnakların  və  müsavatçıların  kim 
olduqlarını  aşkar  sübut  edir.”  Xalqımızın  düşməni  olan  daş- 
naklarla  xalqı  üçün  tarixi  əhəmiyyət  kəsb  edən  müsavatçıları 
eyniləşdirmək nə deməkdir? 
Diqqət  edin,  o,  müsavatçıların  daşnaklar  qədər  Azərbay-
can xalqının ən qatı düşməni olduğunu göstərir. Hansı ki, bu 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
208 
 
gün  biz  müsavat  hökumətinin  şərqdə  ilk  dəfə  demokratik  bir 
dövlət qurduğu ilə fəxr edirik. Nəzər  Heydərov bu böhtanları 
ilə  özünün  bu  xalqın  düşməni  olduğunu  sübut  edir.  İkinci  o 
göstərir  ki,  general  Dro  A.Qaragözovun  atası  M.Qaragözovu 
camaatın  gözü    qarşısında  güllələyib.  Nədənsə  göstərmir  ki, 
Dro 1920-ci ilin mayında Şuşadan Zəngəzura gəldikdən sonra 
Aslan bəy Vəli düzündə (Zəngəzur ərazisində) Dronun böyük 
bir qoşununu öz hərbi məharəti nəticəsində müasirəyə salaraq 
darmadağın  etmiş,  daşnakalardan  qənimət  olaraq  çox  böyük 
hərbi sursat ələ keçirmişdir. Aslan bəy bundan sonra Dronun 
məğlubiyyətindən  əldə  etdiyi  pulemyotları  öz  dəstəsinin 
üzvlərinə  paylamışdı.  Bir  də  bunu  xüsü  olaraq  qeyd  etmək 
lazımdır ki, o zaman Qafan, Gorus, Meğri, Sisyan və Zəngə- 
zurun  bütün  ərazisində  Andronikin  ən  qəddər  generalların- 
dan biri olan  general  Dro da həmin o daşnak hakimiyyətinin 
dağıdılması hərbi planını həyata keçirilən zaman burada məhv 
edilmişdir.  Bunu  xatırlatmağa  ehtiyac  olmasa  da  qeyd  edim 
ki,  həmin  o  hərbi  planı  müəllifi  də  Aslan  bəy  Sultanov 
olmuşdur, məhz Nəzər Heydərovun dediyi bəy. Bu müqayisə- 
li təhlilləri  aparmaqla  çalışırıq  ki,  gec də olsa xalqımız həqi- 
qətləri bilsin. Kimin qəhrəman, kimin xain olduğunu özü təyin 
etsin.  Çingiz  İldırımı  tərifləyərkən  görəsən  nədən  kita- 
bında yazmır ki, 1925-ci ildə onun doğma qardaşı Şamil bəy 
Sultanovu  (arxiv  sənədləri  də  bnunu  təsdiq  edir.  Azərbaycan 
Respublikası  Prezident  Aparatının  Siyasi  Sənədlər  Arxivi. 
Fond  1,  siyahı  74,  saxlama  vahidi  146)  antisovet  fəaliyyə- 
tinə görə həbs ediblər.  Daha çox təssüf doğuranı  isə odur ki, 
atası  İldırım  bəy  kimi  bir  kişi  oğlu  Çingizlə  küsülü  olaraq 
dünyasını  dəyişib.  Atasının  oğluna  qarşı  ittihamı  o  olub  ki, 
Çingiz bizi kafirlərə satdı.  Görəsən İldırım bəy kafir deyəndə 
kimləri nəzərdə tuturdu? Yəqin ki, onun siyahısında içimizdə 
olan  kafirlər  də  vardı.  O  cümlədən  Nəzər  Heydərov  kimiləri 
də...  Hansı  ki,  kitabında  açıq  etiraf  edir  ki,  biz  Allaha 
inanmırıq  (83-cü  səhifə).  Kitabın  163-cü  səhifəsində  yazır: 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
209 
 
209 
“Bəhlul  əfəndi  məndən  soruşdu:-  Bəylərlə  niyə  yola  getmir- 
siz? Mən cavab verdim: Bəylər bizim sinfi düşmənimizdir. ” 
Bu  yerdə  bir  sual  meydana  çıxır;  Sənin  əlaltılıq  etiyin 
Abbas  Sultanov  (Aslan  bəyin  əmisi  oğlu),  Çingiz  İldırım 
(Aslan  bəyin  əmisi  oğlu)  bəy  deyildimi?  Onlar  sinfi  düşmən 
hesab  edilmirdimi?  Xeyir,  burda  söhbət  bəydən,  rəiyyətdən 
getmir,  sadəcə  olaraq  mənəviyyat  və  mənəviyyatsızlıq  önə 
çəkilir. Kim xəyanətkar, satqın, əqidəsizdirsə onlar sinfi dost- 
lar,  kimin  əqidəsi,  mənliyi  varsa  sinfi  düşmənlərdir.  Əsl 
həqiqət budur.  
Kitabın başqa bir yerində (səh 20) yazır: Sultanovların ulu 
babası  guya  bunları  istismar  edib,  hələ  farsların  hakimiyyəti 
dövründə  Nəcəf  bəy  (Aslan  Sultanovgilin  ulu  babaları)  Gür- 
cülü kəndinin (Nəzərgilin kəndi) ilk feodal ağası olub. O Nəsir 
Sultanın nəslindəndir. Kənddə olan hər şey onun ixtiya-rında 
idi.  Nəcəf  bəyin  dörd  oğlu  var  idi;  Əsgər  bəy,  Niftalı  bəy, 
Qasım  bəy  və  Abdulla  bəy.  Axı  onlar  eyni  zamanda  sənin 
sinfi dostların sayılan Çingiz İldırımın, Abbas Sultano-vun da 
ulu  babalarıdır.  Aslan  bəygilə  gələndə  oxucunu  çaş- 
dırmaq  üçün  onalrı  bəy  və  sinfi  düşmən  kimi  qələmə  verir. 
Onları  feodal  ağalar  kimi  göstərir.  Onların  nəslinə  gələndə 
yenə  oxucuları  çaşdırmağa  çalışır.  Kitabın  16-cı  səhifəsində 
yazır  ki,  keçmiş  Zənəgzur  qəzasında  üç  Sultanovlar  nəsli 
yaşayırdı.  İndiki    Laçın  rayonuna  daxil  olan  Kürdhacılı  kən- 
dindən  olan  Sultanovlar,  əslən  ata-babadan  mülkədar  deyil- 
dilər.  Qarabağın  general-qubernatoru  olmuş  Xosrov  bəy 
Sultanovun babası çarvadar olmuşdur. O zaman xalq arasında 
deyirdilər,  “Hər  oxuyan  Molla  Pənah,  hər  qatırçı  Murad 
olmaz”.  Həmin  o  qatırçı  Murad  o  Sultanovların  babası  idi. 
Murad  varlanıb  Əsəd  Sultanlı  bəyin  qohumunu  almışdı.  Öz 
doğma oğlu Paşanı isə Əsəd Sultanlı bəyin oğlu kimi qələmə 
vermişdi.  Guya  uşaq  yetimdir,  dul  anasının  yanında  gəlmiş- 
dir. Laçınlı Sultan bəygilin Muradov olmasını arxiv sənədi də 
təsdiq  edir.  Azərbaycan  Respublikası  Prezident  Aparatının 
Siyasi  Sənədlər  arxivi,  fond  1,  siyahı  2,  saxlama  vahidi  18 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
210 
 
qrifi  ilə  qorunub  saxlanılır.  Həmin  sənədləri  sizə  təqdim 
edirik: 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
211 
 
211 
Икинжи архив сяняди 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
212 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
213 
 
213 
Laçınlı  Sultan bəygilin Sultanov deyil Muradov 
olmasını arxiv sənədi təsdiq edir 
 
Sonra  yazır: “Qubadlı və Hacılı  kəndlərində  yaşayan  Bər- 
güşadlı  Sultanovlar  isə  kürd  idilər  və  ata-babadan  mülkədar 
idilər”.  
Bundan  sonra  yenə  oxucuları  çaşdırararq  yazır  ki, 
“...üçüncü  Sultanovlar  Zəngəzurun  Ermənistan  tərəfində  yer- 
ləşən  Danzaver  və  Azərbaycan  hissəsində  yerləşən  Pirçivan- 
da  yaşayan    Sultanovlar  nəslən  zadəgan  idilər,  özləri  də 
türkmən idilər”. 
Yenə tarixi saxtakarlıq, yenə yalan. 
Tarixdən  məlum  olduğu  kimi  Mac  kəndi  ilə  Danzaver 
kəndi arsında 3 km. məsafə var. Mac kəndi Aslan bəyin atası 
Kərbəlayi  Hüseynə  məxsus  olub.  Danzaver  kəndinin  əvvəlki 
adı  isə  Armudluq  olub,  sonra  ermənilər  adı  erməniləşdirərək 
Dansaver  ediblər.  Dansa  elə  ermənicə  armud  deməkdir. 
Göründüyü  kimi  bu  kəndlər  iki  doğma  əmioğlulara  məxsus 
kəndlər olub. Bu adam doğma əmioğlanların nəslini bir yerdə 
kürd,  başqa  bir  yerdə  isə  zadəgan  və  ya  türkmən  olduğunu 
yazmaqla,  oxucları  aldatmaqla  nəyə  nail  olmaq  istəyib.  Bu 
adam  görəsən  həqiqətənmi    anlamırdı  ki,  zadəganlıq  dedikdə 
Azərbaycanda  elə  bəylik,  xanlıq  nəzərdə  tutulur?  Tarixdən 
məlumdur,  təkzibolunmaz  faktlarla  və  arxiv  sənədləri  ilə 
görkəmli  tədqiqatçı  Ənvər  Çingizoğlunun  araşdırmalarına 
əsasən sübut olunub  ki,  Zəngəzurda  yaşayan bəy Sultanovlar 
bir  nəsildi.  Sonradan  onlar  müxtəlif  yerlərdə  məskunlaşıblar. 
Beləliklə  bu  insanın  həmin  nəsli  nədən  parçalamaq  niyyəti 
aydın deyil.  
Görəsən  Nəzər  Heydərovun  bütün  bu  hadisələri  və  tarixi 
faktları təhrif etməkdə ürəyindəki qisas hissinin səbəbi nə idi? 
Bu  sualın  cavabını  tapmaq  üçün  Nəzər  Heydərovun  öz 
məntiqinə  istinad  edərək  kitabın  32-ci  səhifəsindəki  fikirlərə 
diqqət  edək:  “1909-cu  ilin  baharnda  Şirəli  bəy  Sultanov 
kəndlilərini bəylərin meyvə bağlarına arx çəkməyə toplayırdı. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
214 
 
Şirəli  bəyin  nökəri  kəndə  gəlib  Molla  Abbasdan  at  istədi. 
Mollanın  arvadı,  mənim  bacım  (N.Heydərovun  bacısı)  atı 
vermədi.  Buna  görə  də  nökər  bacımı  söydü.  Mən  buna  döz- 
məyib  nökəri daşa basdım  və söydüm.  Səsə qadınlar çıxdılar 
və atı aparmağa qoymadılar. Mən həyəcanlanmış  halda bəyə 
şikayət  etməyə  qaçdım,  düz  bəyin  üzünə  dedim:-  Niyə  sizin 
nökər  atımızı  aparır,  üstəlik  bacımı  da  söyür?  Bəy  sözümə 
axıra  kimi  qulaq  asmayıb  yaxamdan  yapışdı,  məni  döyməyə 
başladı.  Yanımızda  bir  dəstə  kəndli  dayanmışdı,  dayım  da, 
əmim oğlanları da onların arasında idi. Onların hər biri istəsə 
bəyin  qol-qabırğasını  sındırardı.  Ancaq    heç  biri  cürət  edib 
məni  bəyin  əlindən  almadı.  Mən  döyülmüş,  suyu  süzülə-
süzülə evə qayıtdım. Molla Abbas bu zaman Gorusda idi. O, 
bu  əhvalatı  eşidib  Sultanovların  ağsaqqalları  Cabbar  bəyə  və 
Rüstəm  bəyə  məktub  yazdı.  O  məktubda  onlara  xəbərdarlıq 
edirdi.  “Dəlinizə  öyüd-nəsihət  verin,  bizim  də  dəlimiz  var.” 
Yayda, biçindən sonra biz bir aylığa Danzaverin üç kilometr- 
liyindəki  Mac  kəndinin  yaxınlığındakı  yaylağa  köçdük.  O 
vaxt  bizim  bəylər  orada  yaşayırdılar  (Aslan  bəyin  babasının 
kəndi).  Dumanlı,  qaranlıq  bir  gecə  it  səsinə  alaçıqdan  eşiyə 
çıxdıq  və  alaçığın  qabağında  bir-neçə  atlı  gördük.  Qonaq  bi- 
lib atlarının başını tutduq, ancaq gözlənilmədən mənə bir ne- 
çə  tatarı  dəydi.  Mən  atın  cilovunu  buraxıb  alaçığın  yaxınlı-
ğındakı  kolluğa  qaçdım.  Əmim  oğlu  Ələkbər  də  tez  qaçıb 
mənim yanıma gəldi. Biz Calal bəy, İsmayıl bəy, Həmid bəy 
Sultanovları və onların nökərlərini tanıdıq. Calal bəy çar zabiti 
idi.  O  qəzaya  gələndə  polislər  də  qorxularından  o  gedə- 
nə  qədər  gözə  görünməzdilər.  Calal  bəy  cəzasız  filansız 
istədiyi adamı öldürər, heç kəs ondan şikayət etməyə cürət et- 
məzdi.  Bizim  və  bacımgilin  alaçığında  baş  verən  əhvalata 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin