Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
157 
 
157 
kar bundan sonra qəzada milis rəisi olaraq cinayətkarlara qarşı 
mübarizə aparacadı. 
Sonra Xudabaxış bəyin əmri ilə Xanlıq sahə inqilab komi-
təsinin  sədr  Yusif  Yusifov  da  bir  sıra  cinayətlərdə  ittiham 
olunaraq  həbs  olunur.  O  eyni  zamanda  fırıldaqçı,  cinayətkar 
Mirzə  Muxtar  Bayramovun  cinayətlərinin  izinə  düşərək  onu 
həbs etmək istəyir, hansı ki, yalandan özünü partiya üzvü kimi 
göstərmişdir.  Onun  partiya  üzvü  olmaması  barədə  yerli 
kommunist partiyasından arayış da var. 
Sonra onu törətdiyi cinayətlərə görə həbs etmək istəyərkən 
qaçıb  hakimiyyətdən  və  qanundan  gizlənə  bilmişdir.  Həmin 
bu  Mirzə  Muxtar  Bayramovun  partiya  üzvü  olmadığını  Nəri- 
manovun  göndərdiyi  komissiya  da  təsdiq  edir.  Diqqət  edin, 
Savalan  Şirinov  mərkəzdə  etdiyi  məruzədə  hansı  ki,  axırda 
200 qızıl ordu əsgəri tələb edirlər ki,  yerli rəhbərləri həbs et- 
sinlər.  Özlərinin  dediyi  kimi  gizlinə  sıxışdırlmış  kommunist 
partiyası  üzvlərinin  tələbi  ilə.  İmza  edirlər  Savalan  Şirinov, 
Nəzər  Heydərov,  Mirzə  Muxtar  Bayramov  və  qeyriləri. 
Erməni  rəhbərlərinin  dəyirmanına  su  tökən,  Zəngəzurun  er- 
mənilərə  verilməsinə  imza  atan  bu  xainlər  növbəti  olaraq 
qəhrəmanlarının  həbs  olunmasına  imza  atdılar.  200  əsgər  ça- 
ğırmaq onları fiziki cəhətdən məhv etmək məqsədi  daşıyırdı. 
Nərimanov  ona  görə  rəsmi  olaraq  heç  nə  bildirmirdi.  Guya 
yerli  insanlar  özləri  200  əsgər  tələb  edirlər.  Ancaq  Nərima- 
novun gizli planını Aslan bəy məruzəsində ona bildirir. Nəri- 
manova  bildirir  ki,  bu  günlərdə  mənə  məlum  olub  ki,  qəza 
hökuməti  (yəni  Aslan bəyin qurduğu  yerli hökumət)  yenidən 
mərkəz tərəfindən  təşkil olunub və mən də tutduğum vəzifə- 
dən  azad  olunmuşam.  Nə  üçün  mənə  bu  barədə  rəsmi  məlu- 
mat  verilmir.  Bu  mesaj  ilə  Aslan  bəy  əslində  Nərimanova 
onun  gizlində  qurduğu  oyunlarından  xəbərdar  olduğunu  bil- 
dirmək  istəyirdi.  Aslan  bəyə  bu  məlumatları  ötürənlər  quru- 
lan məkrli planların arxasında nəyin durduğunu da bildirmiş- 
dilər.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
158 
 
 Həqiqət gün kimi  aydın idi. Sadəcə həqiqəti  bilmək Nəri- 
manovun  və  onun  ətrafındakıların  xəyanətkar  niyyətlərinin 
həyata keçməsinə mane olardı. Çünki qarşıda Zəngəzurun və 
Qarabağın    ermənilərə  verilməsi  kimi  tarixi  bir  xəyanət  sse- 
narisi  dururdu.  Buna  görə  də  bu  ssenariyə  qarşı  çıxa  biləcək 
insanları ləkələmək və məhv etmək, əksinə onların cinayətkar 
planlarına  dəstək  verənləri  isə  mükafatlandırmaq  lazım  idi. 
Ona  görə  də  həqiqəti  bilmək  onlara  sərf  etmirdi.  Bu  cür 
adamlar  üçün  həqiqət  nəyin  bahasına  olursa-olsun  kariyera 
əldə  etmək  və  onu  qoruyub  saxlamaqdır.  Onunçün  də  belə 
anlarda  insan  müdrik  qərar  qəbul  etməlidir,  ya  kariyerasını 
mənəviyyatına  qurban  verməli,  ya  da  əksinə  mənəviyyatını 
kariyerasına qurban verməlidir. Çox təəssüflər olsun ki, Nəri- 
man Nərimanov müdrik qərar qəbul edə bilmədi. Ona görə də 
xalqın  qəhrəman  oğullarına  qarşı  qurulmuş  böhtan  kompani- 
yasına  nəinki  göz  yumdu,  hətta  Zəngəzurun  və  onun  qəhrə- 
man insanlarının taleyini öz kariyerasına qurban verdi. Bu an- 
da  Aslan  bəy  Sultanovun  öz  məruzəsində  göstərdiyi  bir 
məqama nəzər salaq; Məruzəsində yazır ki, bugünlərdə mənə 
məlum  oldu  ki,  qəza  hakimiyyəti  mərkəzdən  qurulub.  Bu  nə 
demək  idi?  Yəni  ən  çətin,  mürəkkəb  tarixi  şəraitdə,  qarşıda 
daşnak  hökumətinə  qarşı  ağır  müharibə  dayanırdı,  o  zaman 
mərkəz öz seçimini etmişdi və yerli sərkədə Aslan  bəyə bütün 
ümidlərini  bağlamışdı  elə  ona  görə  də  o  zonada  bütün 
fövqəladə  səlahiyyət  ona  verilmiş,  o  da  öz  növbəsində 
inandığı  sədaqətli  insanlardan  ibarət  yerli  hakimiyyəti  təşkil 
etmişdi.  Hadisələrin  sonrakı  inkişafı  bu  seçimin  nə  qədər 
doğru  olduğunu  sübut  etmişdi.  Ancaq  Nərimanov  özünü  elə 
qələmə  verməyə  çalışırdı  ki,  guya  hakimiyyətin  nə  məqsədlə 
kommunist  partiyasının  üzvü  olmayan  Sultanovların  sima- 
sında  təmsil  olunmağının  hansı  tarixi  zərurətdən  yarandığını 
bilmir. 
Yerli hökumətdə təmsil olunan Sultanovlar Aslan bəy Sul- 
tanovun  ən  yaxın  qohumları  olmaqla  ən  ağır  sınaq  dövründə 
daşnak hökuməti ilə ağır müharibələrdə sınaqdan çıxan insan- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
159 
 
159 
lar  idilər.  Onlar  öz  sədaqətlərinin  sübut  etmişdilər.  Təsadüfi 
deyil  ki,  daşnaklarla  müharibədə  qələbə  çalındıqdan  sonra 
Aslan  bəyə  yeni  böyük  etimad  göstərilir  və  onu  bütün 
Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin edirlər. 
Bu  yerdə bir məsələyə diqqət  yetirək,  əgər onun  yaratdığı 
yerli hökumət doğrudan da özünü doğrultmasaydı Aslan bəyi 
general  səlahiyyətli  bir  vəzifəyə  irəli  çəkməzdilər.  Nərimnov 
və onun əlaltıları Aslan bəy Sultanovu da, onun çiyindaşlarını 
da, yaratdığı yerli hökumətin üzvlərinin kimliyini də çox yaxşı 
bilirdi.  Araşdırmalarımız  zamanı  bir  şeyi  də  yəqinləş- 
dirdik  ki,  fövqəladə  komissar  vəzifəsi  tabeçiliynə  daxil  olan 
bütün  ərazilərdə  Ali  Hakimiyyət,  onun  fövqəaladə  komissarı 
isə ali hakimiyytəin başında dayanan şəxs hesab edilirdi. Artıq 
Qarabağda  da  missiyasını  şərəflə  başa  vuran  Aslan  bəy 
mərkəzə daha böyük vəzifəyə çağırılır.  Aslan bəy kimi ayıq, 
tükü-tükdən  seçən,  hətta  erməni  keşişini  özünə  işlədən  bir 
sərkərdə  yaxşı  başa  düşürdü  ki,  bu  təklif    ancaq  onun  üçün 
hazırlanan  bir  tələdir.  Onu  mərkəzə  dəvət  edən  şəxslər  onun 
xarakterini  çox  gözəl  bilirdilər.    Bilirdilər  ki,  o  heç  vaxt 
partiya  üzvü  olmayacaq,  bununla  da  həm  bəy  nəslindən 
olması,  həm  də  kommunist  partiyasının  üzvlüyünü  qəbul 
etməyən  bir  insanın  böyük  dövlər  vəzifəsinə  təyin  olunması 
sual  altında  qalacaq.  Ən  başlıcası  da  onu  ona  sadiq  hərbi 
qüvvələrdən  uzaqlaşdırmaq,  sonra  da  həbs  edərək  “ermə- 
nilərin düşməni” adı altında ermənilərə təhvil vermək idi.  Bu 
da  Şaumyanların  rəğbətinin  qazanmaq  üçün  Nəriman  Nəri- 
manovların,  Çingiz  İldırımların,  Əliheydər  Qarayevlərin  bö- 
yük  şans  əldə  etməsi  sayılardı.  Aslan  bəyin  kəşfiyyatı  mər-
kəzdən  ona  qarşı  hansı  tələnin  qurulması  barədə  məlumat 
vermişdi. Ona görə də mərkəzin ona daha böyük etimad gös- 
tərməsinin  arxasında  hansı  məkrli  planın  dayandığını  Aslan 
bəy çox gözəl bilirdi. 
Artıq  mərkəzdə  Aslan  bəyin  yaratdığı  yerli  qəza  hökumə- 
tinə ironiya ilə bəylərdən ibarət olan inqilab komitəsi deyirdi- 
lər.  Axı  bəylər  Sovet  hökuməti  üçün  sinfi  düşmən  sayılırdı. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
160 
 
Ona görə də ən tutarlı damğalardan biri də “bəy” damğası idi. 
Əvvəl bu bəylərin gücündən, nüfuzundan istifadə edib daşnak 
müharibəsini  qələbə  ilə  başa  çatdırmaq,  sonra  isə  onları  bəy, 
əksinqilabçı  damğası  ilə  aradan  götürmək.  Ataların  dediyi 
kimi mərdi qova-qova namərd etmək. 
Aslan  bəy  mərkəzdəkilərə  kommunist  partiyasına  keçmə- 
yəcəyini  və  heç  bir  böyük  vəzifə  iddiasında  olmadığını,  öz 
yerinə  qayıdaraq  qəzanın  milis  idarəsinə  rəhbərlik  etməklə 
cinayətkarlığa qarşı mübarizə aparacağnı bildirmişdi. Əslində 
özünün  yaratdığı  qəza  hökumətinə  rəhbərlik  etmişdi.  Görün- 
düyü  kimi  mərkəzi  hakimiyyətin  hiyləsi  baş  tutmur.  Qəzada 
işləyərkən onu işdən azad etməsini və ona rəsmi olaraq heç bir 
məlumat  bildirilməməsini  məruzəsində  yazır.  Diqqət  edin 
qəzada otura-otura mərkəzdə Nərimanovun kabinetində quru- 
lan  bütün  gizli  oyunları  bilir.  Hadisələrin  gələcək  inkişafı  da 
onun  tamamilə  haqlı  olduğunu  sübut  etdi.  Yəni  Aslan  bəy 
1929-cu  ildə  xaincəsinə  öldürüldükdən  sonra  onun  qəhrəman 
dəstə  rəhbərləri  Lətiflə  Kərim  aldadıldılar.  Onlara  yalandan 
deyildi  ki,  guya  məhkəmə  onlara  bəraət  verəcək,  qaçaqlıq 
damğası  üzərlərindən  götürüləcək  və  onlar  bu  xalqın  qəhrə- 
man oğulları olmaqla tarixdə qalacaqlar. Düzdü, onlar tarixdə 
xalqın qəhrəman oğulları kimi qaldılar və bu gün də ürəklər- 
də  yaşayırlar.  Lakin  çox təəssüf ki,  Lətiflə  Kərim  də növbəti 
xəyanətin  qurbanları  oldular.  İçimizdə  olan  xainlər  onları 
aldadaraq ermənilərə təhvil verdilər və onların sonrakı talelə- 
rindən  heç  bir  məlumat  olmadı.  Çox  güman  ki,  illər  boyu 
daşnaklara  qan  udduran  bu  qəhrəman  xalq  oğulları  erməni 
qəsbkarlarının  əlində  olmazın  işgəncələrə  məruz  qalıblar. 
Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Zaman bizə 
bir  həqiqəti  də  sübut  etdi  ki,  qəhrəmanlar  ölmür,  onlar  öz 
xalqının  tarixində,  yaddaşlarında  daim  yaşayır  və  yaşayacaq. 
Onların ruhları o zaman rahatlıq tapır ki, arzuları, ideyaları və 
tapdanmış haqları gerçəkləşir və qiymətini alır.  Yəqin ki, bu 
anlarda Aslan bəyin, onun yaxın silahdaşlarının və əqidə qar- 
daşlarının,  Lətiflə  Kərim  kimi  mərd  oğulların  ruhları  dinclik 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
161 
 
161 
tapır, şad olur. Amma çox güman ki,  bu anlarda əzab çəkən, 
rahatlıq tapmayan xain ruhlar da var və o ruhlar zamanın gər- 
dişindən, həqiqətlərin üzə çıxmasından çox narahatdırlar! 
Nəriman  Nərimanovun  komissiyasının  heç  bir  arqumet 
gətirmədən və heç bir ittiham sübuta yetirilmədən Aslan bəyi 
ittiham etməsi və bu ittihamlar əsassız olduğuna görə ictimai 
rəy tərəfindən rədd edildikdən sonra  Aslan bəyə qarşı yeganə 
və  gülüş  doğuran  bir  ittiham  tapılır:  (Lixoy  strelok,  vraq 
armyan!  yəni  Sərrast  atıcı  və  erməni  xalqının  düşməni!)   
Düzdü, bu ittihamların hər ikisi Aslan bəyə yaraşır. O, doğru- 
dan  da  səsə  güllə  ata  bilən,  düşmənlərinin  alnının  ortasında 
imza  qoymağı  bacaran,  xalqının  düşmənləri  olan  daşnaklar- 
dan  layiqincə  qisas  alan  bir  sərkərdə  və  el  qəhrəma-nı  olub. 
“Vraq armyan” deməklə  yəni Andronikin, Nijdenin, Dronun, 
Sumbatın,  Manukun  düşməni  və  ən  başlıcası  isə  Nəriman 
Nərimanovun  itaət  etdiyi  bir  daşnak  lideri,  türk  düşməni, 
Bakıda və Azərbaycanın müxtəlif yerlərində kütləvi qırğınla- 
rın təşkilatçısı olan  Şaumyanın düşməni olmaq deməkdir. 
Nəriman  Nərimanovun  mərkəzi  Qubadlı  rayonunun  Xan- 
lıq kəndində  yaratdığı  inqilab komitəsi (yerli hakimiyyət) isə 
1920-ci  ildə  Zəngəzurun  ermənilərə  verilməsinin  zəruriliyini 
boş-boş, iyrənc arqumentlər gətirməklə təkid edən və imzala- 
yan  yerli  xainlərin  hakimiyyəti  idi.  Hansı  ki,  arxiv  sənədləri 
də bunu təsdiq edir ki, siyahını Nəriman Nərimanova erməni 
rəhbərləri göndərmişdi. Bu da Nəriman Nərimanovun və onun 
komandasının  ermənilərlə  əlbir  olmasını  sübut  edir.  Nə- 
riman Nərimanovun düşüncəsinə görə bu adamların hakimiy- 
yətdə  təmsil  olunması  onun  gələcəkdə  xəyanətdə  iştirakının  
məsuliyyətini  azaldır.  Yəni  bu  onun  təşəbbüsü  ilə  olmayıb, 
həmin tələbi  yerli insanlar özləri  irəli sürüblər.  Hansı  ki,  Sa- 
valan  Şirinov  öz  məruzəsində  yazır  ki,  aran  Zəngəzur  öz 
münbit  torpaqları  ilə  seçilir,  müsəlmanlar  orada  yaxşı  əkin-
biçin edirlər, taxıl bol olur. Buradan da belə bir  nəticə çıxar- 
maq  olur  ki,  Zəngəzurun  ən  münbit  torpaqlarını  ermənilərə 
hədiyyə  ediblər.  Beləliklə  də  bu  hakimiyyət  Zəngəzurun  ve- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
162 
 
rilməsini  reallaşdırmaq  missiyasını,  öhdəliyini  öz  üzərinə 
götürmüşdü.  
Gəlin  qısa  bir  müqayisə  aparaq;  Aslan  bəyin  yaratdığı  in- 
qilab komitəsi üzvləri ilə Nəriman Nərimanovun yaratdığı in- 
qilab komitəsi üzvlərinin  siyahısını bir də  nəzərdən keçirək. 
Əvvəlki  bölmələrdən  də  bizə  məlumdur  ki,  Aslan  bəyin  ya-
ratdığı  yerli  hökumət  heç  bir  təmənna  güdməyən,  yalnız  öz 
xalqının  mənafeyi  uğrunda  barışmaz  mübarizə  aparan,  bir 
əqidəsi,  bir  amalı  olan  savadlı,  ziyalı  insanlardan  ibarət  idi, 
Nəriman  Nərimanovun  yaratdığı  yerli  hakimiyyət  üzvləri  isə 
cinayətləri tam sübuta yetirilmiş, xəyanətlərdə əli olan, təmiz 
və namuslu insanlara qara yaxmaq, şər atmaq yolunu tutan və 
törətdiyi  cinayətlərə  görə  Aslan  bəyin  komandası  tərəfindən 
cəzalandırılan adamlardan ibarət idi.  
Nəriman  Nərimanov  nədən  birincilərə  deyil,  ikincilərə  – 
cinayətkarlara üstünlük verir, onlara etimad göstərirdi? Çünki 
onun  özü  də  o  əqidənin  sahibi,  karyera  xəstəliyinə  tutulmuş 
bir kommunist idi.  Nəriman  Nərimanovun komissiyası  bir də 
onu  qeyd  edirdi  ki,  yerli  hakimiyyətdə  olan  bəylər  hökuməti 
əvvəlki kimi müsavatsayağı idarə edirlər. Onlara sual vermək 
lazım idi ki, müsavatsayağı idarəçilik nə deməkdir ki? Bizim 
düşüncələrimizə görə daha ədalətli idarə etmək, daha  demok- 
ratik  formada  üsul-idarə  yaratmaq.  Əgər  o  idarəçilk  ədalətsiz 
idisə bəs onda bu gün nə üçün fəxr edirik ki, indiki müstəqil 
Azərbaycanımız  1918-1920-ci  illərdə  Şərqdə  ilk  dəfə  qurul- 
muş  demokratik  dövlətin  (hakim  partiyası  müsavat  olan) 
varisidir.  Aslan  bəy  də  ittihamedici  məruzəsinin  sonunda  ya- 
zır  ki,  əgər  biz  bütün  gücümüzü,  səylərimizi,  enerjimizi  bu 
quruluşun saxlanmasına sərfediriksə bunu yalnız o düşüncə ilə 
edirik  ki,  bu  quruluş  xalqı  xoşbəxtliyə  və  xilasa  aparır. 
Buradan  da  açıq-aydın  göründüyü  kimi,  Aslan  bəy  aldandı- 
ğını  etiraf  edir  və  sətiraltı  mənada  bildirir  ki,  bu  quruluş 
demokratiya,  bərabərlik,  ədalət  maskası  altında  qurulan 
fırıldaqçı və riyakar bir quruluşdur.    

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
163 
 
163 
Eyni  zamanda  onu  da  bildirir  ki,    həmin  Qızıl  Ordunun  
28-ci diviziyası ilə birlikdə daşnaklara qarşı vuruşub və həmin 
diviziyanı  ölümdən  qurtarıb.  İndi  Nərimanov  onun  üzərinə 
qızıl  ordu  əsgərlərini  göndərir.  Aslan  bəy  bildirir  ki, 
Xudabaxış  bəyin  azad  olunması  barədə  kommunist  partiyası 
rəy verib. Onun azad edilməsi haqqında qəzanın bütün məsul 
işçiləri  Şuşa siyasi bürosu qarşısında tələb qoyublar. Az keç- 
dikdən  sonra  Xudabaxış  bəy  azad  olunur  və  onun  günahsız 
olduğu sübuta yetirilir. Buradan nə nəticə çıxarmaq olar?  Bu 
günahsız insanın tutulmasına imza atmış  yerli kommunistlər- 
Savalan  Şirinov,  Nəzər  Heydərov,  Mirzə  Muxtar  Bayramov 
və  qeyriləri  özləri  cinayətkar  deyillərmi?  Vəzifə  tutmaqdan 
ötəri  hər  cür  xəyanətlərə  əl  atmış  bu  elementlər  nə  vaxtsa 
arxivlərin açılacağını, həqiqətin bir gün üzə çıxacağını və on- 
ların ifşa olunacaqlarını ağıllarına belə gətirməzdilər. 
Zaman  ən  böyük  hakimdir!  O  qəhrəmanları  ittiham  edən- 
ləri  bu  gün  zaman  özü  ittiham  edir.  Ən  ədalətli  ittiham  isə 
zamanın  ittihamıdır.  Təkcə  onu  demək  kifayətdir  ki,  Aslan 
bəyin  əvvəlcədən  məruzəsində  söylədiklərinin  hamısını  za- 
man təsdiq etdi. Aslan bəy sonra bildirir ki,  o ki qaldı mənim 
xidmətlərim haqqında bu barədə xahiş edirəm ki, məlumatları 
qərəzsiz insanlardan alasınız. Mənimlə birgə vuruşmuş insan- 
lardan.  28-ci  diviziyanın  komandanı    general  Semyonov  baş- 
da  olmaqla  ardıcıl  olaraq  alay  komandirlərinin  adlarını  sada- 
layır.  Bundan  sonra  göstərir  ki,  15-i  iyuldan  20-si  noyabra 
qədər  mən  bu  yoldaşlarla  birlikdə  daşnaklara  qarşı  fədakar- 
lıqla,  canımı  belə  əsirgəmədən  vuruşmuşam.  Dəfələrlə  həya- 
tımı  risqə  ataraq  ölüm  təhlükəsi  ilə  üzləşmişəm.  Qafandakı 
mis zavodunu  alarkən  isə  başımdan  yaralanmışam  və  Gorus- 
da  hərbi  xəstəxanada  yatmışam.  Bu  barədə  28-ci  diviziya 
komandanlığından arayışım var”.  
Bu yerdə bir məsələyə diqqət yetirək. Başından yara almış 
Aslan bəy  heç nədən çəkinmədən daşnak  yuvasının mərkəzi 
sayılan Gorusdakı hərbi xəstəxanada müalicə alır. Ona xəbər- 
darlıq edilsə də ki, sənin həyatın üçün burada təhlükə ola bilər

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
164 
 
o bunlara əhəmiyyət vermədən məhz Gorusda müalicə alır. O 
zaman  bu hərəkət böyük cəsarət tələb edirdi. 
Qızıl  ordu  Zəngəzurun  sərhədlərindən  geriyə  çağırıldıq-
dam sonra mənim fəaliyyətimə yüksək qiymət verildi və mənə 
böyük  etimad  göstərildi.  Mən  Qarabağın    və  Zəngəzu-run 
fövqəladə komissarı təyin edildim.  
“O  zamandan  bəri  mənim  fəaliyyətim  və  səylərim 
nəticəsində  qəzada  tam  inqilabi  qayda-qanun  hökm  sürürdü. 
Mən olmasaydım ərzaq payını və əmək haqqını ala bilməyən 
milis  əməkdaşları  çoxdan  vəzifələrindən  imtina  edərdilər. 
Mən  onlara  maaş  əvəzinə  xoş  vədlər  verirəm.  Sanki  bütün 
bunları etmək onların alın yazısı imiş.  
 Mən  onları  ordunun  gələcəyi  və  hər  şeyin  tezliklə  yaxşı 
olacağı  ilə  ruhlandıraraq  bu  yolla  onları  xidməti    davam  et- 
mələri  üçün  saxlayıram.  Bir  tərəfdən  də  Fars-İran  xanları, 
daşnaklar və daxili zərərli elemenlərə  qarşı rahatlıq  və dinc- 
lik bilmədən mübarizə aparıram”. 
Bu məsələni təhlil etməyə çalışaq. Aslan bəy bu fikirləri ilə 
mərkəzdə  oturanların  diqqətinə  çatdırır  ki,  yuxarıda  saydıq- 
larımı (ərzaq, filan) siz etməliydiniz, sizin yerinizə də bunları 
mən etdim.  
Aslan  bəyin  bu  ittihamedici  bəyənatı  mərkəzi  hökumətdə,  
Azərbaycan  İnqilab  Komitəsində  Nəriman  Nərimanovun  işti- 
rakı ilə oxunsa da bu məsələlərə ədalətli qiymət verilməmişdi. 
Sonra  Aslan  bəy  bildirir  ki,  nəticədə  mən  təxribat  və  yalan 
məlumatlar əsasında vəzifəmdən uzaqlaşdırılmışam

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
165 
 
165 
“Mərkəzə  verilən  yalan  və  böhtan  dolu  məlumatlar 
əsasında  mən  haqsız,  ədalətsiz  olaraq    tutduğum  vəzifədən 
azad edilmişəm. 
Mərkəzi  hakimiyətin  mənə  qarşı  etdiyi  bu  haqsızlıqdan 
özümü  son  dərəcə  incimiş    hesab  edirəm  və  bütün  bunların 
müqabilində  yalnız  bircə  xahişim  var:  mənim  fəaliyyətimi 
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin 
komissiya  mənim  fəaliyyətim  haqqında    mərkəzə  ötürülən 
məlumatların  nə  qədər  yalan  və  böhtan  olduğunu  müəyyən-
ləşdirsin.    Eyni  zamanda  qeyd  edim  ki,  bizim  fəaliyyətimiz 
Sovet  hakimiyyəti  üçün  də  dəyərli  olub.  Biz  bu  hökumətin 
mərkəzdən  gələn  nümayəndələrinin  bizi    inandırdığına,  ən 
əsası  da  xalqımızın  ən  qatı  düşməni  olan  daşnaklara  qarşı 
birgə  müharibə  aparmağı  təklif  etdikləri  üçün  bu  hakimiy- 
yətin fəhlə-kəndli hökuməti olduğunu və  demokratik olduğu- 
na  bizi  inandırmaq  üçün  yerli  hökuməti  qurmağı  da    qəzanın 
insanlarının  özlərinə  həvalə  olunması  bu  quruluşun  tam  de- 
mokratik    bir  quruluş  olmasına  inam  yaratmışdı.  Hansı  ki, 
müsavat  hakimiyyəti  dövründə  yerli  hökumət    mərkəzdən 
təyin  edilirdi.  Bütün  bunlardan  sonra  heç  bir  silahlı  müqavi- 
mət  göstərmədən  razılığa  gəldik  və  yerli  qəza  hökumətini 
qurduq.  Bu  gün  də  biz  bütün  gücümüzü  və  enerjimizi  yeni 
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu 
quruluş  bizimçün  əlverişlidir  və  milləti  xoşbəxtliyə  və  xilasa 
aparır.  Elə  olmasaydı  xalq  asanlıqla  ona  az  qala  qızıl  dağlar 
vəd edən daşnak hökumətinə  etimad göstərədi. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
166 
 
Ona  görə  də  Mərkəz    bizim  fəaliyyətimizi  qiymətləndir- 
məli    və    dəyər  verməlidir.  Dəqiqləşdirmə  aparmadan  suyu 
bulandırdıqdan  sonra    bulanıq  suda  balıq  tutmaq  istəyənlərin 
məkrli  və  qərəzli  fikirlərinə  əsaslanıb  bizim  fəaliyyətimizə 
ləkə salmaq o qədər də asan deyil.  
Xahiş  edirəm  ki,  mənim  faktlara  əsalanan  məlumatlarımı  
Azərbaycan  Mərkəzi  İnqilab  Komitəsinin  Ümumi  iclasında  
oxuyub müzakirə edəsiniz.  
 
Qəza Milis İdarəsinin rəisi A. Sultanov.” 
 
**** 
Bir məsələni də qeyd etmək lazımdır ki, fövqəladə komissar 
Qarabağ  və  Zəngəzurun  bütün  orqanlarına  rəhbər- 
lik edən şəxs sayılırdı. Aslan bəy məruzəsində göstərir ki, mən 
bütün  Qarabağın  və  Zəngəzurun  fövqəladə  komissarı  tə- 
yin  edildim.  Eyni  zamanda  Qubadlı  qəzasının  və  aran 
Zəngəzurun da milis rəisi oldum. Qarabağ və Zəngəzurun ali 
hakimiyyətinə rəhbərlik etməklə bütün  bu orqanlara  rəhbər- 
lik edir. Ancaq Zəngəzur qəzası düşmənlə sərhəddə olduğuna 
görə  daşnak  hökumətinə  qarşı  birbaşa  üz-üzə  dayandığına 
görə  milis  də  o  vaxtın  əsas  hərbi  gücü  hesab  edildiyindən 
Zəngəzur  qəza  milis  idarəsini  o  heç  kəsə  etibar  etməmiş  və 
özü birbaşa idarə etmişdi. 
Bir dəfə Əli Şərifova etibar olunmuş, amma onun fəaliyyə- 
tində  cinayətləri  və  xəyanətləri  üzə  çıxmışdır.  O  hadisədən 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin