Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
137 
 
137 
fəaliyyətə sıxışdırılan yerli kommunist partiyasının üzvlərinin 
əlində  hansı  güc  və  səlahiyyət  var  idi  ki,  daşnak  hökuməti 
nümayəndələri  onlara təklif etsin ki,  kimisə  tutub onlara təh-
vil  versinlər  və  birgə  bazar  yaratsınlar.  Onlar  sonra  da  qeyd 
edirlər    ki,  biz  yerli  kommunistlər daşnak hökumətinin  bütün 
təkliflərini  rədd etdik.  
Çingiz İldırımın himayə etdiyi bu  yerli xainlər utanmadan 
bildirirlər  ki,  yerli  hakimiyyətin  rəhbərləri  olan  bəylər  daş- 
nakların səsinə səs verdilər. Hansı ki, Çingiz İldırım və onun  
himayə etdiyi yerli xainlər yaxşı bilirdilər ki, daşnak hökumə- 
tinin  dağıdılmasının  hərbi  planının  müəllifi,  yerli  hakimiyyə- 
tin  və  hərbi  qüvvələrin  başında  duran  məhz  Aslan  bəy 
Sultanov olmuşdur və elə ona görə də mərkəz onun fəaliyyə- 
tinə  qiymət  vermiş,  onu  qızıl  medalla  təltif  etmişdi.  Bundan 
sonra  isə  ona  daha  böyük  etimad  göstərilmiş,  o  bütün 
Qarabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə irəli 
çəkilmişdi.  Bu  vəzifədə  olarkən  də  Aslan  bəy  mərkəzi  Şuşa 
olan Qarabağ və Zəngəzurun fövqəladə komissarı olmaqla 20-
yə qədər rayonun birbaşa rəhbəri olmuşdu. 
Lakin  onlar  (yerli  kommunistlər)  ona  görə  heç  nədən 
çəkinmədən  bu  qarayaxma  kompaniyasını  aparırdılar  ki, 
Nəriman  Nərimanovun  onlara  birbaşa  dəstək  verdiyindən 
yaxşı  xəbərdar  idilər.  Çingiz  İldırım  da  Nəriman  Nərimano- 
vun  xeyir-duası  ilə  öz    əmisi  oğlanlarına  qarşı  bu  böhtan  və 
qarayaxma  kompaniyasına  başçılıq  edirdi.  Aslan  bəy  öz  mə- 
ruzəsində  daşnak  hökumətinin  başçısı  general  Nijdenin  bir- 
ləşmək  üçün  ona  müraciət  etdiyini  (Aqarak  kəndində)  və 
onun  bu  müraciəti  rədd  etdiyi  barədə  mərkəzə  məluimat 
verdiyini göstərir. 
Bir şeyi nəzərinizə çatdırmaq istəyirik ki, daşnak hökuməti 
yerli  hökumətin  rəhbərlərini  qoyub  guya  gizli  fəaliyyət 
göstərən və əllərində heç bir səlahiyyət olmayanlara müraciət 
edir.  Buradan  da  belə  bir  nəticə  çıxır  ki,  bütün  bu  oyunların 
arxasında  sadəcə  mərdləri  qovaraq  namərd  etmək  siyasəti 
dayanırmış. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
138 
 
Daha sonra Savalan Şirinov bildirir ki,  bütün  rəhbər vəzi-
fələri sovet maskası altında gizlənən  keçmiş müsavatçılar tu- 
tur. Məruzənin sonunda göstərir ki, qəza milis idarəsinin rəisi 
Aslan  bəy  Sultanov  Şuşadan  aldığı  bütün  pulları  öz  yaxın 
adamlarına  paylayır.  Çingiz  İldırımın  idarə  etdiyi  bu  yerli 
xainlər daha sonra mərkəzdən 200 qızıl ordu əsgərinin kömək 
üçün  göndərilməsini  və  qəzanın  bütün  rəhbər  işçilərinin 
gizlinə sıxışdırılan  kommunistlərin təkidi ilə  həbs edilməsini 
tələb  ediblər.  Həmin  sənədi  isə  aşağıdakılar  imzalayıblar: 
Savalan  Şirinov,  Nəzər  Heydərov,  Mirzə  Muxtar  Bayramov 
və başqaları... 
 
**** 
 
Nəriman Nərimanov Aslan bəyi və onun ətrafında olanları 
yaxşı  tanıdığı  halda  göndərilən  donoslara  və  deyilən  böhtan- 
lara  göz  yumdu.  Çünki  Zəngəzurun  verilməsi  planının  real- 
laşması üçün yeganə bir yol vardı: Zəngəzurun o vaxtkı yerli 
rəhbərlərini hakimiyyətdən uzaqlaşdırmaq. 
Aslan bəy məruzəsində təkidlə bildirir ki, mənim haqqım-
da  məlumatları  mənimlə  birlikdə  daşnak  hökumətinə    qarşı 
vuruşan  və  həmin  döyüşdə  başımdan  aldığım  yaranın  şahid- 
ləri  olan  qərəzsiz  insanlardan  soruşun.  Başımdan  yaralan- 
mağım barədə 28-ci diviziyanın verdiyi arayış da var. O təklif 
edir  ki,  yaxşısı  budur  ki,  bu  məlumatları  28-ci  diviziyanın 
komandiri  general  Semyonovdan  və  28-ci  diviziyanın 
tərkibinə daxil olan alay komandirlərindən (alay komandirlə- 
rinin adlarını çəkərək onları bir-bir sadalayır) xəbər alın.  
Burada  bir  məntiqi  sual  yaranır.  Nə  üçün  Nəriman 
Nərimanov  milliyətcə  rus  olan  Semyonovdan  və  onun  alay 
komandirlərindən bu barədə soruşmur. Ona görə soruşmur ki, 
artıq  həqiqəti  bilmək  onun  maraqlarına  uyğun  deyildir.  Əgər 
həqiqəti  bilmək  Nəriman  Nərimanovun  maraqlarına  uyğun 
olsaydı, o, qısa zamanda Semyonovla əlaqəyə girib, doğridan 
da  bu  döyüşdə  Aslan  bəyin    başından  yaralanmağını  və28-ci 
diviziyadan  bu  barədə  Aslan  bəyə  tibbi  arayışın  verildiyini  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
139 
 
139 
dəqiqləşdirərdi. Başqa bir tərəfdən sonradan ironiya ilə inqilab 
komitəsi,  yəni,  indiki  hökumətin  sinfi  düşmənlərindən  ibarət 
inqilab  komitəsinin  yaranmasına  nə  üçün  xeyir-dua  verdin? 
Ən  çox  ikrah  hissi  doğuran    odur  ki,  həmin  mühari- 
bədə Aslan bəy  qızıl medalla təltif olunub. Bütün bunları da 
Nəriman  Nərimanov  başqalarından  daha  yaxşı  bilirdi.  Çünki 
daşnak  hökumətinə  qarşı  bu  müharibədə  Aslan  bəyin  hərbi 
planı  sayəsində qələbə çalınmışdır. Bundan sonra da ona daha 
böyük  etimad  göstərilmiş,  bütün  Qarabağın  və  Zəngəzurun 
fövqəladə komissarı, yəni o dövr üçün general səlahiyyətli bir 
vəzifəyə irəli çəkilmişdir. 
Bundan  başqa  savalan  şirinovun  məruzəsində  1921-ci  ilin 
aprel ayında mərkəzdə çıxış elədiyi məruzəsində Aslan bəyin 
və onun komandasının daşnaklarla əlbir olub sovet hökuməti- 
nin  yıxılmasına çalışdıqlarını  göstərir və bu sənədin  sonunda 
isə  imza  edirlər  Nəzər  Heydərov,  Savalan  Şirinov,  Mirzə 
Muxtar Bayramov və qeyriləri. Çox nifrət hissi doğuran odur 
ki, bir ay sonra Nəriman Nərimanovun göndərdiyi komissiya- 
da göstərilir ki, Aslan bəy və onun komandası ermənilərin qatı 
düşməni  olduğuna  görə  çox  böyük  məmnuniyyətlə  Qızıl 
ordunun  daşnak  Ermənistanına  hücum  etməsinə  bələdçilik 
etmişdilər  və  bu  sənəddə  də  Nəzər  Heydərov  bildirir  ki,  biz 
partiya  işçiləri  məcburiyyət  qarşısında  qalaraq  gizli  fəaliyyət 
göstəririk.  Bir  neçə  dəfə  hazırlaşmışıq  ki,  başqa  qəzalara 
köçək.  Göründüyü  kimi  bir  ay  qabaq  aprel  ayındakı  arxiv 
sənədində daşnakların dostu, qatı əksinqilabçıların Aslan bəy 
və onun komandasının mərkəzi hökumətdən həbs olunmasını 
tələb  edən  Nəzər  Heydərov  və  onun  əqidə  qardaşları  bir  ay 
keçəndən  sonra  may  ayında  artıq  Nərimanivun  göndərditi 
komissiyada Aslan bəyin  erməni xalqının düşməni olduğunu 
göstərirlər. Burada məntiqi sual yaranır. Həmin Nərimanovun 
göndərdiyi komissiyanın məlumatında göstərilir ki, Aslan bəy 
və  onun  komandası  XI  orduya  daşnak  Ermənistanına  qarşı 
vuruşmağa  bələdçilik  ediblər.  Necə  olur  ki,  Savalan  Şirino-
vun  məruzəsində  göstərilir  ki,  daşnaklarla  dostluq  edirlər. 
Başqa  bir  tərəfdən  də  28-ci  diviziyanın  missiyası  daçnak 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
140 
 
hökumətini  məhv  etmək  olub,  bütün  erməni  xalqını  deyil. 
Buradan  da  açıq-aydın  görünür  ki,  Nəzər  Heydərov  kimi 
adamlar  mərkəzə  ötürülən  məlumatların  birində  yazırlar  ki, 
Aslan  bəy  və  onun  komandası  daşnaklarla  dostluq  edir, 
əksinqilabçıdırlar.  Başqa  bir  mərkəzə  ötürülən  məlumatda 
göstərirlər  ki,  daşnakların  deyil,  bütün  erməni  xalqının  düş- 
mənidirlər.  Buradan  məbtiqi  sual  yaranır.  Mərkəzi  hakimiy- 
yətdə  oturan  adamlar  görəsən  nəyə  görə  Nəzər  Heydərov, 
savalan Şirinov və başqa  böhtançılardan soruşmurdular ki, bir 
ay qabaq daşnakların dostu etdiyiniz insanları bir ay sonra isə 
bütün  erməni  xalqının  düşməni  edirsiniz.  Görəsən  daşnak- 
lar  erməni  xalqının  üzvü  deyillər?  Bütün  bu  hadisələrin 
məntiqi təhlili göstərir ki, mərkəzdə oturanlar bu çirkin oyun- 
ları  özləri  təşkil  etdikləri  üçün  bu  böhtançıları  etdikləri 
cinayətə  görə  cəzalandırmamış  və  bu  məsələlərə  göz  yum- 
muşlar. 
 (Bu  məruzə  Azərbaycan    Dövlət  Milli  arxiv  idarəsində 
fond 410, siyahı 1, iş 205 qrifi ilə saxlanılır). 
Təssüf ki, Nərimanov bu barədə məlumatları  Aslan bəyin 
qeyd  etdiyi  qərəzsiz  insanlardan  deyil,  Çingiz  İldırımın    və 
erməni    Mirzoyanın  himayə  etdiyi  xainlərdən  soruşur  və  on- 
lara  inanır.  Çünki  həqiqəti  bilmək  onun  maraqları  ilə  uyğun 
gəlmirdi, əslinə qalanda isə o həqiqəti hər kəsdən daha  yaxşı 
bilirdi.  Ona  görə  də  qərəzli  kommunist  partiyası  üzvlərinin 
göndərdiyi  məlumatlar,  erməni  rəhbərlərinin  göndərdiyi  mə- 
lumatlar  və  erməni  məxfi  işçilərinin  göndərdiyi  məlumatlar 
əsasında qərar qəbul edir.  Çünki onun özünün imza atdığı bu 
tarixi xəyanəti (Zəngəzurun ermənilərə verilməsi) gerçəkləş- 
dirmək  üçün  ona  qarşı  çıxa  biləcək  real  qüvvələri  aradan 
götürmək  onun  qarşısında  duran    əsas  məqsədlərdən  biriydi. 
Əgər belə olmasaydı o, Aslan bəyin kimliyi haqqında general 
Semyonovdan  da  nəsə  (XI  Qızıl  ordunun  28-ci  diviziyasının 
komandiri) soruşardı.  
Aslan  bəy  bunu  ironiya  ilə  Nərimanova  xatırlatmaqla    bir 
daha onun yadına salmaq istəyirdi ki, 28-ci diviziyanı daşnak 
tələsindən  məhz  mən  xilas  etmişəm  və  bu    barədə  mərkəzin 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
141 
 
141 
xüsusi qərarı olub, mən qızıl medalla təltif olunmuşam.   Heç 
cürə  ola  bilməzdi  ki,  Zəngzurda  və  Qarabağda  fövqəladə 
komissar olan bir adamı, daşnak hökumətini darmadağın edən, 
o  hökumətin  məhv  edilməsi  hərbi  planının    müəllifini 
Nəriman Nərimanov tanımasın.   

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
142 
 
Beşinci fəsil 
 
**** 
 
Yuxarıda göstərilən arqumentləri əsaslandırmaq üçün digər 
bir  arxiv  sənədinin  təhlilinə  keçərək,  mərkəzdən  Zəngəzura 
ezam  olunan    məxfi  işçilərin    yerli  qəza  rəhbərlərinin 
daşnaklarla əlbir olmaları, onlara hər cür kömək göstrəmələri 
haqqında böhtan dolu  məlumatları təkzib  edən  yeni  bir arxiv 
sənədi  üzərində  təhlil  və  müqayisələr  aparaq.  Kommunist 
partiyasının    qəzadakı  üzvləri  də  məxfi  erməni  işçilərlə 
həmrəy  olduqlarını  bildirir,  onlar  yerli  rəhbərləri  eyni 
ittihamlarla suçlayırdılar. 
Siyasi  Sənədlər  Arxivi  fond  1,  siyahı  2,  iş  105,  səhifə  
48-51  qrifi  ilə  qorunan  bu  sənəddə  Nəriman  Nərimanovun 
qəzaya  göndərdiyi  komissiya  üzvlərinin  qəzanı  tamailə  təftiş 
etdikdən  sonra  mərkəzə  ötürdükləri  məlumatlar  öz  əksini 
tapmışdır.  Adı  çəkilən  komissiya  yoxlamanın  yekununda 
göstərir  ki,  ümumazərbaycan  sovetlər  qurultayına  seçkilər 
keçirmək  üçün  mənə  tapşırılan  Şuşa,  Qaryagin  və  Qubadlı 
qəzalarında  olduqdan  sonra    sovet  və  partiya  quruculuğu 
barədə məndə aşa-ğıdakı təəssürat yarandı:  Qaryagin və Şuşa 
qəzalarında  azçox  sovet  hökumətinin  varlığı  hiss  olunur.  
Qubadlı  qəzasına  gəldikdə  isə  orada  sovet  hökumətinin  izi-
tozu  belə  yoxdur.  Qəzada  olan  hakimiyyətsizlik,  vəziyyəti  
tam  hərc-mərcliyə  gətirib  çıxarmışdır.  Belə  bir  şəraitdə  qəza 
əhalisi  çaşbaş  qalaraq  nə  edəcəklərini  bilmir,  onalara  ağ  gün 
vəd  edənlərin  qucağına  atılmağa  hazır  vəziyyətdədirlər. 
Daşnaklar və  İran xanları tərəfindən əhaliyə belə bir təkliflər  
də  olmuşdur.  Yerli  əhali  daşnaklarla  düşmən  olduqlarından 
belə bir təklifi rədd etmişlər.  İran xanları  ilə isə geniş  ticarət 
əlaqələrinə başlanılmışdır.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
143 
 
143 
Aslan  bəyin  məruzəsində  də  göstərilirdi  ki,  Nijdenin  mü- 
səlmanlarla Aqarakda birləşmək təklifi rədd edilmişdir və bu 
barədə  mərkəzə  ətraflı  şəkildə  yazılı  məlumat  verilmişdir. 
Daha  sonra  Nəriman  Nərimanovun  komissiyası  bildirir  ki, 
yerli  bəylər  və  mülkədarlar  qızıl  ordu  hissələrinə  daşnak  hö- 
kumətinə qarşı vuruşmağa məmnuniyyətlə bələdçilik etməklə 
özlərinə  böyük  nüfuz  və  təmiz  işçi  imici  qazana  biliblər.  
Göstərilən  insanlar  rus  dilini  bilməklə  bu  nüfuzu  asanlıqla 
qazanmışdılar.  
Bu  yerdə  bir  məsələni  qeyd  etmək  yerinə  düşər  ki,  yerli 
bəylər və mülkədarlar daşnak ermənistanına qarşı vuruşmağa 
28-ci  diviziyaya  böyük  məmnuniyyətlə  bələdçilik  ediblər. 
Buradan da aydın olur ki, Mirzoyanın göndərdiyi məxfi işçilər 
və  yerli  kommunistlərin  mərkəzə  ötürdükləri  donoslar- 
da  olduğu  kimi  deyil,  əslində  həmin  qüvvələr  daşnak  Ermə- 
nistanına  qarşı  vurumuş  və  mübarizə  aparmış  qüvələr  kimi 
başa  düşülməlidir.  Çünki  o  zaman  ermənistanda  daşnak 
hökuməti  hökm  sürürdü.  Komissiya  daha  sonrakı  məlumat- 
larda  hadisələri  və  həqiqəti  təhrif  etməyə  başlayır.  Yerli 
hakimiyyət  qüvvələrinin  daşnaklara  deyil,  bütövlükdə  ermə- 
nilərə  qarşı  düşmən  olduğunu  qeyd  edir  və  deyir  ki,  erməni- 
lərə  qarşı  düşmən  olan  bu  adamlar  böyük  məmnu-niyyətlə 
qızıl orduya bələdçilik edirdilər. Təzada baxın: bayaqdan bəri 
daşnak  hökuməti,  daşnak  ermənisatnı  deyib  haray  çəkən  və 
yerli  bəylərin  daşnak  ermənistanına  qarşı  müharibədə 
bələdçilik etməsini qeyd edənlər,  indi də onalrın bütün ermə- 
ni xalqına qarşı düşmən olduqlarını qeyd edirlər və buradan da 
belə  bir  nəticə  çıxır  ki,  guya  qızıl  ordu  daşnak  hökumətinə 
qarşı  deyil,  ermənilərə  qarşı  vuruşub.  Bu  da  mərkəzi  azdır- 
maq üçün düşünülmüş və qurulmuş bir oyundur. Çünki arxiv 
sənədləri  və  tarixi  faktlar  bir  daha  sübut  edir  ki,    qızıl  ordu- 
nun  Zəngəzura  göndərilən  28-ci  diviziyasının  missiyası  daş- 
nak hökumətini darmadağın etmək və yerində sovet hökumə- 
tini  (fəhlə-kəndli  hökumətini)  qurmaq  olub.  Bu  sənədi  təhlil 
etdikcə  komissiya  üzvlərinin  nə  qədər  böhtançı,  qərəzçi  və 
riyakar olması sənədin  hər cümləsində  üzə çıxır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
144 
 
Beləliklə,  əvvəlki  sənədlərdə  Azərbaycan    kommunist 
partiyasının  göndərdiyi  erməni  məxfi  işçiləri  və  Çingiz  İldı- 
rımın    himayə  etdiyi  yerli  kommunist  partiyası  üzvlərinin 
qəzanın  rəhbərlərini  daşnaklarla  birgə  fəaliyyətdə  ittiham 
edərək  haray  çəkirdilərsə,  Nəriman  Nərimanovun  göndərdiyi 
komissiya  isə  qəza  rəhbərlərinin  erməni  xalqının  düşməni 
olduğunu  bildirirdi.  Komissiya  üzvləri  unudurdular  ki,  daş- 
naklar  da  erməni  xalqının  bir  hissəsidir,  bu  halda  çətinlik 
çəkmədən  Aslan  bəyin  və  onun  silahdaşlarının  daşnakların 
düşməni olmasını başa düşmək olur. Bu faktları təhlil etdikcə 
o  donosçuların,  böhtançıların hansı  əxlaqa sahib olduqları  bir 
daha  məlum  olur.  Onların  nə  məqsədlə  Aslan  bəyə  və  onun 
silahdaşlarına  qara  yaxma  kompaniyası  aparmaqlarını    dərk 
etmək o qədər də çətin deyil. Çünki Aslan bəy və onun yaxın 
silahdaşları o yerlərdə real güc və nüfuz sahibi olmaqla, mər- 
kəzi  hökumətin  xəyanət  planına qarşı çıxa biləcək ən radikal 
qüvvə hesab edilirdi. 
Nəriman  Nərimanovun  göndərdiyi  komissiya  hesabatında 
bir  fikir  işlədir:-  “ermənilərə  düşmən  olan  bəylər”.  Bu  yerdə 
Nəzər Heydərova, Savalan Şirinova və mərkəzdən Zəngəzura 
ezam olunan  məxfi işçilərə belə bir sual olunur ki: Əgər sizin 
təbirinzcə desək, bəylər  ermənilərə düşməndirlərsə,  o zaman 
onlar  daşnaklarla  necə  birləşə,  onları    silah  və  ərzaqla  necə 
təhciz edə bilərdilər?     
Göründüyü  kimi  onlar  mərkəzə  ötürdükləri  donoslarda, 
yazdıqları  hesabatlarda,  etdikləri  çıxışlarda  və  məruzələrdə 
Aslan  bəyə  və  onun  bölgədə  rəhbər  vəzifələrə  təyin  etdiyi 
ziyalı,  savadlı  adamlara  nə  qədər  böhtan  atırlar.  Aslan  bəyin 
hərbi  fəaliyyətindən,  onun  28-ci  diviziya  ilə  birlikdə  daşnak-
lara qarşı vuruşmasından,  Aslan bəyin bu diviziyanın kəşfiy-
yatına  və  eyni  zamanda  bölgədəki  partizan  hərəkatına 
rəhbərlik  etməsindən  bir  kəlmə    belə  yazmır.  Buna  cəsarət-
ləri, bəlkə də qeyrətləri çatmırdı. 
Aparılan  analizlər  onu  göstərir  ki,  komissiya  üzvləri  
qəzaya  gələrkən  əvvəlcədən  tam  olaraq  təlimatlandırılmış-
dılar və onlar dəqiq  bilirdilər ki, onların missiyaları qəzadakı 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
145 
 
145 
bütün  rəhbərlərin  fəaliyyətinə  kölgə  salmaq,  onlara  qara 
yaxmaq və onlar haqqında  mənfi imic yaratmaqdan ibarət idi. 
Onlar  bunu  birmənalı  olaraq  qarşılarına  məqsəd  qoymuş- 
dular. Ancaq nədənsə  bu komissiya Aslan bəyin daha böyük 
fəaliyyəti  –  XI  Qızıl  Ordunun  28-ci  diviziyasını  Ersevənnik 
kəndində  daşnak  generalı  Nijdenin  mühasirəsindən  çıxararaq 
xilas  etməsindən  yazmırdı.  Bu  hadisədən  sonra    Aslan  bəy 
Sultanov  28-ci  diviziyaya  faktiki  olaraq    komandirlik  etmiş, 
bütün hərbi planları və taktikanı  birbaşa tərtib edərək daşnak 
hökumətini  məhv  etmə  planını  hazırlamışdı.  Komissiya 
nədənsə  həmin  plan  əsasında    Andronikin  yaratdığı  daşnak 
hökumətinin  məhv  edilməsindən  və  bu  işdə  Aslan  bəyin 
xüsusi  xidmətlərindən  söz  açmağa  da  özündə  cəsarət  tapmır. 
Bunun  üstündən  qəsdən  sükutla  keçərək  qarayaxma  kom- 
paniyasını davam etdirir.  
Ona  görə  də  komissiya  hesabatında    yazır  ki:  “...hesabatda 
adları  çəkilən  yerli  bəylər  Qızıl  Ordu  hissələri  Zəngəzurun 
sərhədlərindən  geri  çağrıldıqdan  sonra  mərkəzdən  gələn 
vəzifəli  şəxslərin  və  hərbi  komissarların  yanında  nüfuz  və 
etibar  qazanaraq  qəzada  mühüm  rəhbər  vəzifələri  tutdular. 
Onların  bu  məntiqi  ağ  yalandır!  Faktiki  olaraq  Aslan  bəy  və 
onun komanda üzvləri bu nüfuzu və inamı daşnak hökumətini 
məhv etdiklərinə görə qazanmışdılar! Əgər onların xidmətlə-ri 
adi  bir  bələdçiliklə  bitsəydi  o  zaman  Aslan  bəyi  bütün  Qa-
rabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə (gene- 
ral  səlahiyyətli    bir  vəzifəyə)  təyin  etməzdilər.    Komissiya 
hesabatında  gizlədirdi  ki,    XI  Qızıl  Ordunun  komandanlığı 
Aslan  bəyin    birmənalı  olaraq  daşnakların  ürəyinə  xof  sala 
bilməsindən  xəbərdardır,  elə  ona  görə  də  ordu  komandanlığı  
bu fakta söykənərək  Aslan bəyin (Kommunist partiyası  üzvü 
olmayan  bir  şəxsin)  Qarabağda  və  Zəngəzurda  fövqəladə 
səlahiyyət  sahibi  olmasına  nail  ola  bilmişdi.  Nəriman  Nəri- 
manovun  və  bütünlükdə  hakim  kommunist  partiyasının 
iradəsinə  zidd  olaraq  kommunist  partiyası  üzvü  olmayan 
Aslan  bəy  Sultanova  Qarabağda  da  Andronikin  göndərdiyi 
daşnak quldurlarını məhv etmək missiyası tapşırılmışdı. Daha 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
146 
 
sonra  komissiya  öz  hesabatında  göstərirdi:  “Beləliklə  də 
qətiyyətlə  demək  olar    ki,  bu  qəzada  sovet  hökuməti  bəylər- 
dən  və  mülkədarlardan  təşkil  olunmuşdur.  Yəni  bu  bəylər 
əvvəlki  kimi  hakimiyyəti  müsavat  hakimiyyəti  dövründə 
olduğu kimi idarə etməyə davam edirlər”.  Bu  yerdə belə bir 
məntiqi  sual çıxır ortalığa: doğrudanmı  bu qədər mühüm və 
taleyüklü  vəzifələri  və  səlahiyyətləri  daşıyan    bir  şəxs  yalnız 
bələdçilik etdiyi, rus dilini yaxşı bildiyi, ermənilərin düşməni 
olduğu  üçün    irəli  çəkilmişdi?  Əsla  yox!  Həqiqətdə  isə    baş 
verən hadisələr və qurulan oyunların məqsədi o idi ki, xalqın 
qəhrəman  oğullarını  içimizdən  olan  xainlərin  böhtan  və  şəri 
ilə  ləkələməyə,  onların  əldə  etdikləri  uğurların  üstünü 
pərdələməyə nail ola bilsinlər.  
Nəriman  Nərimanovun  göndərdiyi    komissiya  hesabatında 
daha  sonra  yazırdı:  “...  yerli  kommunist  partiyasının  məsul 
katibi  Nəzər  Heydərov  bildirir  ki,  bütün  yerli  kommunistlər 
başqa qəzalara köçməyə hazırlaşmaq məcburiyyəti qarşısında 
qaldıqlarından gizli fəaliyyətə keçiblər”. 
Nəzər  Heydərov  komissiya  üzvlərinə  ötürdüyü  məlumatda   
yenə  də  həmişə  olduğu  kimi  hədəfə  aldığı  qəza  milisinin 
fəaliyyətinə  toxunur  və  qeyd  edir  ki:  “Milis  sisteminə  yalnız 
bəylər və mülkədarlar qəbul olunmuşlar. Ona görə ki, bunun- 
la  onlar  özlərini  sudan  quru  çıxarmağa  və  sovet  işçiləri  kimi 
göstərməyə çalışırlar”.  Qəza milis idarəsinin rəisinə gəldikdə 
isə  hesabatda  qeyd  olunur  ki:  “O  sərrast  atıcı  və  erməni 
xalqının düşmənidir. İnqilab komitəsinin sədri Xudabaxış bəy 
Sultanova  gəldikdə  isə  o  ixtisasca  məllimdir.  Yerli  partiya 
işçilərinin  dediyinə  görə  Mirzə  Muxtar  Bayramovun  böhtanı 
və  şəri  ilə  həbs  olunub.  Belə  ki,  Xudabaxış  Sultanov  kəndə 
ermənilərin  gəldiyini  eşitdikdə  onların  arasında    daşnakların  
da  ola  biləcəyindən  şübhələndiyi  üçün  gələnləri  saxlayıb, 
onlardan  mandat  tələb  edib,  mandatları  yoxladıqdan  və 
gələnlərin  arasında  daşnakların  olmamasından  tam  əmin 
olduqdan  sonra  onları  azad  edib.  Xudabaxış  bəyin  günahsız- 
lığı  sübuta  yetirildikdən  ay  yarım sonra Qubadlı  kommunist- 
lərinin tələbi ilə  o, həbsdən azad edilib”.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin