Milli Virtual-Elektron Kitabxananın təqdimatında



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

fond 1, siyahı 1, iş 24 qrifi ilə saxlanılan arxiv sənədi təsdiq 
edir.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
120 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
121 
 
121 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
122 
 
Bu  sənədlərin  ardıcıllıqla  təhlili  bir  daha  göstərir  ki, 
millətimizin  mənafeyi  yolunda  canından  belə  keçməyə  hazır 
olan  qəhrəman  insanları  aradan  götürmədən  Zəngəzurun 
verilməsi  kimi  məkrli  və  xəyanət  dolu  bir  planı  həyata 
keçirmək  mümkün  olmayacaqdı.  Ona  görə  də  lap  əvvəldən 
başlayaraq  planlı  şəkildə  həmin  vətənpərvər  insanları 
ləkələmək,  onlara  qara  yaxmaq  kimi  iyrənc  metodlardan 
istifadə  edərək,  onları  öz  yollarından  götürmək  üçün  hər  cür 
çirkin vasitələrə əl atmışlar.  
Bu  xronologiyanı  ardıcıl  olaraq  oxuculara  çatdırmaqda 
məqsədimiz arxiv sənədləri əldə olunana qədər qaranlıq qalan 
və  bir  çox  müəlliflərin  təhrif  edərək  xalqa  çatdırdıqları 
Zəngəzur həqiqətlərini üzə çıxarmaqdır.   
 
**** 
Azərbaycan  Respublikası  Prezidenti  Aparatının    Siyasi 
Sənədlər Arxivində fond 1, siyahı 1, saxlama vahidi 24 qrifi 
ilə saxlanan sənəddə aşağıdakı faktlar diqqəti çəkir. 
“Protokol N8  
Siyasi və Təşkilat bürosunun birgə iclasının Protokolu 
30 noyabr 1920-ci il 
İştirak  edirlər:  N.Nərimanov,  Kaminskiy,  Stasova, 
Orcenikidze,  Sarkis,  Yeqorov,  Hüseynov,  Qasımov,Qarayev, 
Serebrovski”. 
Bu  iclasda  gündəlik  məsələ  olaraq  altı  məsələ  müzakirə 
edilsə  də,  ən  çox  bizim  diqqətimizi  çəkən  bir  məsələyə  sizin 
də fikrinizi yönəltmək istəyirik. 
“Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir 
sərhəd  yoxdur.  Zəngəzurla  Naxçıvan  Ermənistana  aiddir. 
Dağlıq  Qarabağa  isə  öz  müqəddəratını  təyin  etmək  hüququ 
verilir. Və s. və ilx.” 
Bu  da  bu  vaxta  qədər  milli  qəhrəman  edərək  heykəlini 
başımız  üstə  qaldırdığımız  Nərimanovun  xalqımıza  etdiyi 
xəyanət.  Gəlin  açıq  etiraf  edək  ki,  bu  gün  bizim  nəslimiz  o 
dövrdəki xəyanətlərin acısını hələ də çəkir. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
123 
 
123 
1920-ci  illərə  aid  edilən  sənədlərdən  biri  diqqəti  çəkir. 
Həmin  sənəd  Azərbaycan  Respublikası  Prezident  Aparatının 
Siyasi  Sənədlər  Arxivində  fond  1,  siyahı  2,  saxlama  vahidi 
18  qrifi  ilə  qorunur.  Sənədin  məzmunu  ilə  sizi  qısaca  tanış 
etmək  istəyirik.  Sənəddə  göstərilir  ki,  Qubadlı  qəzasında 
Partiyanın  vəziyyəti  yaxşı  deyil,  yerli  ilk  partiya  təşkilatı 
yaradılaraq  yoldaş  Sailyan  onun  məsul  katibi  seçilmişdir. 
Yoldaş  Sailyan  Bakıya  gedərkən  yerinə  müavini  Nəzər 
Heyədərovu təyin edib.  
Bu sənəddən  açıq  aydın  görünür ki,  Qubadlı qəzasının ilk 
partiya təşkilatının məsul katibi erməni Sailyan, onun müavini 
isə Nəzər Heydərov olmuşdur. Ermənilərin Nəzər Heydərova 
bəslədikləri  xüsusi  rəğbətin    arxasında  hansı  niyyətlərin 
dayanmasını sonrakı arxiv sənədləri göstərəcək. 
 
**** 
  Azərbaycan Respublikası Milli Dövlət arxivi 410-cu fond 
siyahı  1,  iş  73  qrifi  ilə  saxlanan  arxiv  sənədlərin  arasında 
1920-ci  ilin  dekabrında  bir  erməni  tərəfindən  yazılan  məktub 
diqqəti  cəlb  edir.  Erməni  ümumi  məsələlərdən  və  öz 
problemlərindən,  planlarından  bəhs  etdikdən  sonra  sevinclə 
məlumat verir ki,  Nərimanovun teleqramını aldıq. Yoldaşlar, 
Zəngəzur və Naxçıvan Yeni Ermənistana verildi”. 
Bu  sadəlövh  məktubdan  da  məlum  olur  ki,  Zəngəzuru  və 
Naxçıvanı  ermənilərə  bağışlayan  Nərimanov    erməniləri 
hədsiz dərəcədə sevindirə bilib.  
Zəngəzurun verilməsi ilə bağlı çoxsaylı arxiv sənədləri var. 
Bu  işlərdə  xüsusi  fəallıq  göstərənlərdən  biri  də  əslən 
Zəngəzurdan  olan  və  gizli  fəaliyyət  göstərən  xəyanətkar  
kommunistləri  himayə  edən  Çingiz  İldırım  olmuşdur.  Bu  da 
onun  imzaladığı sənəd:  
    
Azərbaycan  Respublikası  Baş  Milli  Dövlət Arxivi: 
Fond:      410 
Siyahı:        1 
İş:            114 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
124 
 
А.С.С.Р 
Народный Комиссариат Путей Сообщения 
Отдел ОБЩЕ-АДМ. 
«___» Декабря 1920 г. 
№ 19/сек. Г. Баку 
В Азревком 
 
В ночь с 27 на 28 Апреля сего года, в целях свержения 
Мусаватскому  Правительству  и  установления  диктатуры 
пролетариата,  принимая  вместе  со  мной  деятельное 
участие  в  подготовке  к  выступлению  флота  и  отправки 
ультиматума Мусаватскому Правительству о сдаче власти 
тов. Владимир Хутулошвили. 
Отмечая  с  удовольствием  революционную  энергию 
тов.  Хутулошвили  завершившуюся  свержением  гнета 
мусаватистов  и  торжеством  советской  власти  в 
Азербайджане,  прошу  о  награждении  его  орденом 
Красного Знамени А.С.С.Р.   
НАРКОМПУТЬ 
 
Xalq  Yollar və Rabitə Komissarı Çingiz İldırım. 
Azərbaycan İnqilab Komitəsinə. 
  
Bu  ilin  27  apreldən  28  aprelinə  keçən  gecədə  Musavat 
Hökumətinin devrilməsi və proletariatın diktarurasını qurmaq  
məqsədi  ilə  mənimlə  birlikdə  fəaliyyət  göstərən,  hərbi  dəniz 
qüvvələrinin    hücumunu  təşkil  edən  ultimatumu  Müsavat 
hökumətinə  təqdim  edən  və  hakimiyyətin  alınmasını  tələb 
edən – yoldaş Vladimir Xutuloşvili. 
Yoldaş  Xutulaşvilinin  inqilabi  enerjisinin    böyük  ruh 
yüksəkliyi  ilə  qeyd  etməklə    nəzərinizə  çatdırmaq  istəyirəm 
ki,    musavat  hakimiyyətinin  devrilməsi  və  sovet  hakimiyyə- 
tinin bərqərar olmasında onun xüsusi xidmətlərini nəzərə alıb 
yoldaş Xutulaşvilini   Az. SSR-nin Qırmızı Bayraq Ordeni  ilə 
təltif edəsiniz.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
125 
 
125 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
126 
 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 74, saxlama vahidi 146  
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
127 
 
127 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
128 
 
Birinci sənəddə Çingiz İldırım göstərir ki, mənimlə birlikdə 
fəaliyyət  göstərən  Xutulaşvili  Müsavat  hökumətinin 
devrilməsi və hərbi dəniz qüvvələrinin hücumunu təşkil edən 
ultimatumu  Müsavat  hökumətinə  təqdim  edən    Xutulaşvili  
“Qırmızı bayraq” ordeni ilə təltif  edilsin. 
İkinci  sənəddə,  yəni  fond  1,  siyahı  74,  iş  146  qrifi  ilə 
qorunan  sənəddə  Çingiz  İldırımın  qardaşı  Çingiz  İldırımın 
üzvü  olduğu  hökumət  tərəfindən  həbs  olunduğu  göstərilir. 
Şamil  bəy  Sultanovun  antisovet  mövqedə  və  eyni  zamanda 
bəy olduğu göstərilir. 
Sənəddə  xüsusi  pafosla  göstərilir  ki,  Qubadlı  kəndinin 
sakini olan Şamil bəy İldırım bəy oğlu həbs olunub. Buradan 
açıq-aydın  görünür  ki,  Çingiz  İldırımın  xeyir  –duası  olmasa 
onun qardaşı  Şamil  bəy  Sultanovu həbs  edib,  sonra da bəyan 
etməzdilər  ki,  bizim  İldırımın  qardaşı  Şamil  bəy  Sultanovu 
həbs  etdik.  Bu  sənəd  özü-özlüyündə  Çingiz  İldırımın  hansı 
mənəviyyatın  sahibi  olduğunu  açıq-aydın  göstərir.  Şahidlərin 
dediyinə  görə,  Çingiz  İldırımın  atası  İldırım  bəy    oğlu  Çin- 
gizlə küsülü olaraq dünyasını dəyişib. İldırım bəyin ittihamı o 
olub ki, sən bizi kafirlərə satdın. Göründüyü kimi, Çingiz İl- 
dırımın həm atası, həm də qardaşı Şamil bəy onunla tamamilə 
əks  mövqedə  olub.  Bu  günün  prizmasindan  baxdıqda    isə 
kimin  milli,  kimin  antimilli  mövqedə    olmağı  tam  çılpaqlığı 
ilə görünür. 
 
Yollar və rabitə komissarı: Çingiz İldırım. 
 
Bəli,  Nəriman  Nərimanovlar,  Çingiz  İldırımlar  xalqın 
hakimiyyətini,  xalqın  dövlətini  devirənlərə,  millətin  qanını 
tökənlərə  ordenlərin  verilməsini  tələb  edənlər,  o  ordenləri 
təqdim edənlərdir. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
129 
 
129 
O  zaman  1920-ci  ilin  dekabr  ayında  çağrılan  qurultayın 
çıxardığı qərar Nəriman Nərimanova göndərilmişdi və (1921-
ci  ilin  martın  28-də  Erməni  rəhbərlərinin  göndərdiyi  siyahı) 
ona məlum idi ki, bu siyahı  Zəngəzurun ermənilərə verilmə-
sində    birbaşa  iştirak  edən    yerli  xainlərin  siyahısı  idi.  Bura- 
dan da belə  nəticə çıxarmaq olur ki, Nəriman Nərimanov bu 
işlərdən  bilavasitə  xəbadar  imiş  və  bu  məslələrin  bilavasitə 
təşkilatçısıymış. O, həmin dövrdə Azərbaycan  İnqilab komi- 
təsinin sədri idi. Bu da  o demək idi ki, Nəriman Nərimanov 
Azərbaycanın  ən  ali  hakimiyyətinə  rəhbərlik  edirdi.  Onun 
icazəsi və xəbəri olmadan belə taleyüklü bir məsələ kimlərsə 
tərəfindən həll oluna bilməzdi. 
 
**** 
1920-ci ilə aid sənədlərin birindən (Siyasi Sənədlər Arxivi. 
fond 1, siyahı 1, saxlama vahidi 126)  məlum olur ki, 1933-
1953-cü  illərdə  Azərbaycan  Kommunist  partiyası  MK  birinci 
katibi  olmuş  Mir  Cəfər  Bağırov    Qarabağ  inqilab  komitəsi 
sədrinin  müavini,  daxili  işlər  şöbəsinin  müdiri,  təşkilat  və 
təbliğat  şöbəsinin  rəhbəri  olub.  Bu  sənəd  təsdiq  edir  ki,  Mir 
Cəfər Bağırov həmin dövrlərdə Qarabağda işləyib, Aslan bəy 
Sultanovla yaxın münasibətləri olub. Aslan bəy Sultanov Qa- 
rabağın və Zəngəzurun fövqəladə komissarı olduğu dövrlərdə 
Mir Cəfər Bağırov da Qarabağda tutduğu vəzifələrə görə As- 
lan bəy Sultanovun tabeçiliyi altında çalışmışdır. O özü dəfə- 
lərlə şahid  olmuşdur ki, Aslan bəy Sultanov daşnaklara qarşı 
müharibədə necə qəhrəmanlıqlar göstərir.  
Sonrakı dövrlərdə Bağırov AzÇK-nın sədri  olanda Zəngə- 
zura gələrkən onu banditlər mühasirəyə alıb məhv etmək istə- 
dikdə,  onu  müşayət  edənlərdən  biri  qaçmağa  imkan  taparaq 
Aslan bəyə müraciət edir və vəziyyəti ona izah edərək deyir: 
-Aslan  bəy,  banditlər  bizi  mühasirəyə  alıblar,  bizi  öldürə- 
cəklər. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
130 
 
Nədən  məhz  Aslan  bəyə  xəbər  göndərilir?  Çünki  Bağırov 
artıq yaxşı bilirdi ki, onları belə bir vəziyyətdə xilas edə bilə- 
cək  yeganə  adam  Aslan  bəydir.  Çünki,  Bağırov  Aslan  bəyin 
bütün  şücaətlərindən  xəbərdar  idi  və  o  yaxşı  bilirdi  ki,  28-ci 
diviziyanı  daşnak  təcavüzündən  də  məhz  Aslan  bəy  xilas 
etmişdi. 
Eyni  zamanda  bir  vaxtlar  1920-ci  ildə  Mircəfər  Bağırov 
Qarabağda inqilab komitəsinin müavini işləyərkən, Aslan bəy 
isə bütün  Qarabağın  və  Zəngəzurun  fövqəladə  komissarı ol- 
muşdur. Bu da o deməkdir ki, Mircəfər Bağırov Aslan bəyin 
tabeçiliyində    işləmiş  və  onun  bütün  fəaliyyətini  şəxsən  özü 
görmüşdür.  Bundan  sonra  Mircəfər  Bağırov  mərkəzə  yüksək 
vəzifəyə irəli çəriləndən sonra da Aslan bəyin necə qəhrəman 
olması barədə  ətrafdakılara ağızdolusu danışırmış. 
Bu  fikirləri  Azərbaycan  Respublikası  Siyasi  Sənədlər 
Arxivində  fond  1,  siyahı  1,  saxlama  vahidi  126  qrifi  ilə 
qorunub saxlanılan arxiv sənədi təsdiq edir. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
131 
 
131 
Fond 1, siyahı 1, saxlama vahidi 126 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
132 
 
Aslan bəy M.C.Bağırovun xahişini alan kimi o bir an vaxt 
itirmədən  Zəngəzur  igidlərini  ayağa  qaldırır  və  dərhal 
Bağırovun  mühasirəyə  düşdüyü  istiqamətə  hərəkət  edir,  ora 
yetişərək      bir-neçə  tərəfdən  mühasirəni  yarır,  Mir  Cəfər 
Bağırovu xilas edir. Həmin döyüşdə Aslan bəyin dəstəsindən 
olan  iki  nəfər  də  düşmən  gülləsindən  qəhrəmanlıqla  şəhid 
olur. 
Ölüm  şokundan  çıxan  Mir  Cəfər  Bağırov  Aslan  bəyi 
qucaqlayıb bağrına basıb və deyib ki: 
-Aslan bəy, bizim sənə bir can borcumuz var... 
 Daha  sonra  Mir  Cəfər  Bağırov  Bakıda  işlədiyi  dövrlərdə 
təməli  Qarabağda  qoyulmuş  dostluğuna  sadiq  qalaraq  Aslan 
bəy  Sultanova  olan  dərin  hörmət  və  ehtiramını  qoruyub 
saxlayıb,  onu  bir  sıra  problemlərdən  vaxtında  xəbərdar 
etməklə kömək edib. 
Bu  barədə  daha  ətraflı  sonrakı  fəsillərdə  məlumat 
verəcəyik. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
133 
 
133 
Dördüncü fəsil 
 
Zəngəzurun Ermənilərə Verilməsi 
Ya Da Xainin Vətəni Olmur 
 
(Arxiv sənədlərinin təhlilləri) 
 
Əldə  edilən  arxiv  sənədlərinin  təhlili  həmin  sənədləri 
qruplaşdırmağın  və  qruplaşdırılmış  sənədlər  üzərində  ayrı-
ayrılıqda  analizlər  aparmağın  zəruriliyini  ortaya  qoydu. 
Həmin  sənədlərin  arasında  1920-ci  ilin  dekabrında  keçirilən 
qurultay,  qurultayın  çıxardığı  qərar  və  mərkəzi  rəhbərliyin 
həmin qərara münasibəti və reaksiyası diqqəti çəkir. 
Zəngəzurdan  olan  yerli  kommunistlər  1920-ci  ilin  deka- 
brında  Gorusda  qurultay  çağırır  və  Zəngəzurun  ermənilərə 
verilməsinin  labüd  olduğunu  bəyan  edirlər.  Bu  barədə  daha 
ətraflı  faktlar  gətirməyə  və  təhlillər  aparmağa  çalışacağıq. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  həmin  qərarın    müqabilində 
adı məlum olan o yerli xainlərin erməni rəhbərliyi tərəfindən 
mükafatlandırılması  birmənalı  şəkildə  Azərbaycanın  mərkəzi 
hökuməti  qarşısında  qoyulur.  Onların  siyahısı  tərtib  edilərək 
Azərbaycan  inqilab  komitəsinə,  şəxsən  Nəriman  Nərimanova 
göndərilir. 
Sənəddə  qeyd  edilir  ki,  guya  yerli  qəza  hakimiyyətinin 
başında duran rəhbər şəxslər qatı əksinqilabçılardırlar və təcili 
oaraq  onların  geri  çağırılmaları  tələb  olunur,  yerlərinə  isə 
ermənilərə işləyən yerli xainlər təyin edilməsi təklif edilir.  
Əslində qurultayın qərarı Nərimanova çox yaxşı məlum idi,  
çünki  əldə  etdiyimiz  arxiv  sənədləri  təsdiq  edir  ki,  qəra- 
rın  mətni  qurultay  bitər-bitməz  ona  –  yəni  Azərbaycan  İnqi- 
lab  komitəsinin  sədri  Nəriman  Nərimanova  və  Azərbay-can 
Kommunist  partiyasının  Mərkəzi  Komitəsinə    göndərilmişdi. 
Daha dərinə getdiktdə isə ortaya çıxır ki, Nəriman Nərimanov 
Azərbaycan İnqilab komitəsinə sədr təyin edildikdə Zəngəzu- 
run,  Qarabağın  və  Naxçıvanın  ermənilərə  verilməsi  kimi 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
134 
 
xəyanətkar  bir  öhdəliyi  üzərinə  götürmüşdü,  əks  halda  bu 
vəzifə ona həvalə olunmazdı.  
Birbaşa Kremldən idarə olunan bu məkrli oyunlar Kremlin 
müti qulu olan Nəriman Nərimanova gün işığı kimi aydın idi. 
Elə ona görə də heç bir araşdırma, yoxlama, təhlil aparmadan 
ermənilərin  göndərdiyi  siyahını  təsdiq  edir.  Məhz  bu  hadisə- 
dən sonra onların xəyanətlərinə qarşı  insanları ayağa qaldıra 
biləcək  yerli  hökumətin  rəhbərlərinə  və  şəxsən  o  hökuməti 
quran,  daşnak  hökumətinin  məhv  edilməsi  hərbi  planının 
birbaşa  müəllifi,  qəhrəman  Aslan  bəy  Sultanova  qarşı  Nəri- 
man  Nərimanovun  xeyir-duası  ilə  qarayaxma  kompaniyası 
başlayır.  
 
**** 
Nəriman  Nərimanov  bu  qarayaxma    kompaniyasını  təşkil 
etməyi  birbaşa  Aslan  bəy  Sultanovun  əmisi  oğlu  Çingiz 
İldırıma həvalə etmişdi. Çingiz İldırımın  himayə etdiyi  yerli 
kommunist  partiyası  üzvləri  və  Mirzoyanın  yaratdığı  “Xınzi-
rək”  təşkilatının  üzvləri  (Gorus  Kommunist  partiyasının 
filialı)  əlbir  olaraq,  məqsədli  şəkildə  böhtan  və  qarayaxma 
kompaniyasını  həyata  keçirdilər.  Bunu  əlimizdə  olan  arxiv 
sənədləri də təsdiq edir. 
1921-ci 
ilin  yanvar  ayında  mərkəzdən  (Bakıdan) 
göndərilən erməni məxfi işçiləri    Zəngəzur qəzasına  gələrək 
yerli  hakimiyyətin  başında  duranları  ləkləyən  və  onları 
daşnaklarla  əməkdaşlıqda  ittiham  edən  şər  və  böhtan  dolu 
məlumatları    mərkəzə  ötürməyə  başladılar.    Həmin  sənəddə 
Azərbaycan Kommunist   partiyası  MK-nin mandatı ilə gön- 
dərilən  (milliyətcə  erməni  olan)  məxfi  işçilər  bildirirlər  ki, 
Qəza  İnqilab  Komitəsinin    Sədri  Xudabaxış  bəy  Sultanov  və 
qəza milis idarəsinin rəisi Aslan bəy Sultanov qırx milis işçisi 
ilə  gələrək  onları  tərksilah  edərək  həbs  ediblər.  Sonra  onlar- 
dan  mandat  tələb  olunub.  Onları  həbs  etməkdə  məqsəd 
aralarında daşnakların olub-olmamasını araşdırmaq olub. Bü-

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
135 
 
135 
tün  diqqəti  bu  məqama  xüsusilə  yönəltmək  lazımdır-  
adamların  arasında  daşnakların  olub-olmamasını  dəqiqləş-
dirmək! Bəli, onlar daşnak olmaqda şübhəli bilindikləri üçün 
həbs  ediliblər.  Mandatlar  yoxlanıldıqdan  və  onların  daşnak 
olmadıqları  dəqiqləşdikdən  sonra  isə  azad  ediliblər.  Bu  sə- 
nədin o biri səhifəsində isə göstərilir ki, guya qəza rəhbərləri 
daşnaklarla birgə fəaliyyət göstərirlər. Bununla da açıq-aydın 
özləri-özlərini  təkzib  edirlər  və  öz  ötürdükləri  sənədlə  təsdiq 
edirlər ki, onlar yalnız daşnaklara qarşı mübarizə aparırlar.  
Nəzərə almaq lazımdır ki, göndərilən məxfi işçilər erməni 
idilər,  əgər  yerli  hakimiyyət  bütövlükdə  erməniləri  düşmən 
hesab edərək onları məhv etməyi qarşılarına məqsəd qoymuş- 
dusa,  o  zaman  məxfi  işçilərin  erməni  olduqları  kifayət  edirdi 
ki,  onlar  yerlərindəcə  güllələnsinlər.  Özləri  də  qeyd  etdikləri 
kimi, Aslan bəy Sultanov 40 nəfər  milis işçisi ilə onları tərk- 
silah  etmişdi,  bü  güc  bəs  edirdi  ki,  7-8  nəfəri  bir  göz  qırpı- 
mında aradan götürsünlər.  
Bu  yerdə  Aslan  bəyin  1921-ci  ilin  aprel  ayının  10-da 
Azərbaycan  İnqilab  Komitəsinə  ünvanladığı  ittihamedici  mə- 
ruzəsi diqqəti çəkir. Aslan bəy məruzəsində  bildirir ki, Xuda- 
baxış bəy Sultanov əksinqilabçı deyil və bu fikrini təsdiq edən 
arqumentlər  də  gətirir.  (Xoşbəxtlikdən  həmin  o  ittiham- 
edici  məruzənin  əlyazması  əlimizdədir  və  bu  əlyazma 
Azərbaycan    İnqilab  Komitəsində  çap  olunaraq  Nərimano- 
vun iştirak etdiyi yığıncaqda dinlənilib)  O, Xudabaxış bəyin 
qəza  inqilab  komitəsinin  sədri  olduğu  vaxt  yazılı  şəkildə 
verdiyi  əmri  xatırladır.  Əmrdə  göstərilir  ki,  kim  daşnaklarla 
hər  hansı  bir  əlaqəyə  girsə  yerindəcə  güllələnsin.  Bu  fakt 
Xudabaxış bəyin əksinqilabçı olmadığını təsdiq edir.  
Azərbaycan    KP  MK  tərəfindən  göndərilən  (Mirzoyanın) 
əvvəlcədən təlimatlandırılımş erməni məxfi işçiləri məruzələ- 
rinin əvvəlində onları daşnak hesab edərək həbs edən insanla- 
rı, həmin məruzənin sonunda onları himayə etdiyi daşnaklara 
ərzaq,  silah-sursat  və  başqa  zəruri  köməklər  göstərən  qüvvə- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
136 
 
lər  kimi  qələmə  verirlər.  Hətta  ürəklərində  Aslan  bəy  xofu 
olan  ermənilər  Aslan  bəyin  onlarla  mərkəzdən  göndərilən 
Arsen Karentsovu öldürmək istəməsini də qeyd edirlər. Guya 
ki,  Karentsov  meşəyə  qaçaraq  canını  qurtara  bilib.  Bu  da 
növbəti  ağ  yalandan  başqa  bir  şey  deyil!  Arxiv  sənədləri  və 
şahidlərin  dediyi  kimi,  quşu  gözündən  vura  bilən  sərrast 
atıcının  qabağından  qaçıb  can  qurtarmaq  mümkün  ola  bilər- 
dimi? 
Məruzənin  sonunda  göstərilən  qarayaxmalar  onu  bir  daha 
sübut  edir  ki,  bütün  bu  kompaniyalar  məhz  Aslan  bəy 
Sultanova qarşı ünvanlanıb. Arxiv sənədləri göstərir ki, əslən 
Xələc  kəndindən  olan  Aslan  bəyin  baş  milis  işçisi  (cinayət 
axtarış şöbəsinin rəisi)  Həsənqulu bəy guya camaatı yığaraq 
bəyan  edib  ki,  mən  bütün  kommunistlərin  hamısını  qıraca- 
ğam,  onlar  bizim  aramızda  zərərli  elementlərdirlər.  Biz  daş- 
naklarla  birləşməliyik.  Bakıda  ruslar  geri  çəkilir,  ingilislər 
gəlir. Məruzənin sonunda isə qeyd edilir ki, bütün bunları ona 
Aslan bəy Sultanov diqtə edir. Yenə də aydın şəkildə görünür 
ki, məruzənin əvvəli ilə sonu bir-birini təkzib edir. 
1921-ci  ilin  aprel  ayında isə  yerli  kommunist    partiyasının 
üzvlərinin,  Zəngəzurun  satılmasının  əsas  ideyaverənlərinin 
mərkəzə  ezam  etdikləri  Savalan  Şirinov  Zəngəzur  qəzası 
barədə  mərkəzə  məlumat  vermək  üçün  Bakıya  KP  MK-nə 
gələrək  çıxış  edir  və  məruzəsində  bildirir  ki,  guya  daşnak 
hökumətinin  nümayəndələri  qəzaya  gələrək    onlara  –  yəni 
yerli  kommunistlərə  təklif  ediblər  ki,  bizim  Zəngəzur  müsəl- 
manları  ilə  heç  bir  problemimiz  yoxdur  və  biz  ancaq  bolşe- 
viklərə  qarşı  mübarizə  aparırıq.  Ona  görə  də  biz  mütləq 
müştərək bazar açmalı, birgə ticarət  etməliyik.  Bundan sonra 
daşnak  hökumətinin  nümayəndələri  bizə  təklif  etdilər  ki, 
müsəlman  ərazilərində  olan  erməni  kommunistləri  tutub 
onlara təhvil verək. Gülməlidir, elə deyilmi? 
 Daşnak  hökumətinin  nümayəndələri  Azərbaycan    tərəfin 
kommunistlərinə  erməni  tərəfin  kommunistlərinin  tutulma-
sını təklif edir. Sual olunur, özlərinin də təbirincə desək gizli 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin