Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
147 
 
147 
Daha  sonra  Nəriman  Nərimnovun  göndərdiyi  komissiya 
yazır:  “Onu  (yəni  Xudabaxış  bəy  Sultanovu)  əksinqilabçı 
adlandırmaq olmaz, sözsüz ki, o kommunist partiyasının  üzvü 
deyil, amma ondan yaxşı işçi çıxa bilər”.  
Bu fakt mübaliğəsiz şəkildə qəza rəhbərlərinin daşnaklarla 
əlbir  olmasını  iddia  edən  qüvvələrin  –  erməni  məxfi  işçilə- 
rinin və  yerli kommunistlərin  təmiz insanlara  böhtan  atmaqla 
məşqul  olduqlarını  təsdiq  edir.  Məxfi  işçilər  mərkəzə  ötür- 
dükləri məlumatda əvvəlcə bildirirlər ki, Aslan bəy qırx milis 
işçisi  ilə  onları  tərksilah  edib,  aralarında  daşnakların  ola 
biləcəyindən  şübhələndiyi üçün onlardan mandat tələb edir və 
mandatları  yoxladıqdan,  içərilərində  daşnak  olmadıqla- 
rından tam əmin olduqdan sonra onları azad edib. Bu adamlar 
özləri  özlərini  təkzib  edir,  özlərini  gülünc  vəziyyətə  salırlar. 
Bir tərəfdən yazırlar ki, yerli rəhbərlər daşnaklarla əlbir olaraq 
əhalini  çapıb-talayır,  quldurluqla  məşğul  olur,  daşnak- 
lara ərzaq göndərirlər, digər tərəfdən də qeyd edirlər ki, məxfi 
işçilər  qəzaya  gələndə  gələnlərin  aralarında  daşnakların  ola 
biləcəyindən  şübhələndikləri  üçün  onları  saxlayıb,  mandat 
tələb  edib,  mandatları  yoxladıqdan  və  bu  adamların  arasında 
daşnakların  olmadığından  tam  əmin  olduqdan  sonra  məxfi 
işçiləri  azad  ediblər.  Əgər  doğrudan  da  milisə  bilavasitə  er-
məniləri,  ya  da  kommunistləri  məhv  etmək  lazım  olsaydı,  o 
zaman  komissiya  üzvlərinin  özlərinin  hesabatda  yazdıqları 
kimi  qırx silahlı milis  işçisinin  mühasirəsində olan altı-yeddi 
nəfər  məxfi  işçini  məhv  etmək  milisə  o  qədər  çətin  idimi?  
Əgər  onlar  doğrudan  da  daşnaklarla  əlbir  olsaydılar  onları 
daşnakların düşməni kimi yerindəcə məhv edə bilərdilər.  
Bir  də...  Əgər  Xudabaxış  bəy  Sultanov  doğrudan  da  qatı 
əksinqilabçıydısa,  düşmən  hesab  edilirdisə  onun  haqqında 
mərkəzə  gizli  böhtan  dolu  məlumatlar  ötürənlər  hansı  səbəb-
dən onu  ay  yarımdan sonra azad  etdirdilər? Bu sualın cava-
bını da arxiv sənədlərinin arasında axtarmaq lazımdır. Sənəd- 
lər  təsdiq  edir  ki,  Xudabaxış  bəyin  həbs  olunmasının  səbəb- 
karları  onun  haqqında  mərkəzə  yalan  informasiyalar  ötürən 
yerli kommunistlər olublar. Onu ən ağır vətən xaini, əksinqi- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
148 
 
labçı  kimi  qələmə  verərək  ən  ağır  cinayətlərdə  ittiham  edib- 
lər.  Çox  qəribədir  ki,  onun  haqqında  belə  ittihamları  irəli 
sürən  adamlar  Nərimanovun  komissiyasının    şəxsən  Nərima-
nova  etdiyi  məruzədə  göstərdiyi  kimi  onun  azad  olunmasını 
tələb  ediblər.  Daha  sonra  da  Xudabaxış  bəyin  ziyalılığını, 
müəllim  olmağını irəli çəkərək onun kommunist olmamasına 
baxmayaraq  ondan  yaxşı  işçi  çıxa  biləcəyini  qeyd  edirlər. 
Buradan  da  belə  nəticə  çıxarmaq  olar  ki,  yerli  adamların 
haqqın  müdafiəsinə  qalxmaları  və  Aslan  bəyin  də  o  zaman 
hüquq  orqanının  başında  duran  bir  insan  kimi  vəziyyəti 
düzgün  təhlil  etməsi  və  onları  çağıraraq  heç  bir  günahı 
olmayan  təmiz  bir  insanın  kimlər  tərəfindən  mərkəzə  yalan 
məlumatlar  ötürməyini,  onu  ağır  ittihamlarda  suçlamağını 
xəbər  aldıqda  sonralar  Savalan  Şirinov  bildirirmiş  ki,  bütün 
kommunistlər and içiblər ki, bu işdən onların xəbəri yoxdur, o 
ki, qaldı Xudabaxış bəyə o çox namuslu və təmiz bir insandır. 
Bundan sonra yerli adamların və Aslan bəyin şəxsi iradəsi ilə 
bütün  kommunistlər  Şuşaya  gedərək  Şuşa  siyasi  bürosundan 
Xudabaxış  bəyin  həbsdən  dərhal  azad  olunması  tələbini  irəli 
sürüblər. Göründüyü kimi bu  xainlər ictimai  rəyin qarşısında 
tab  gətirə  bilməyib  və  ay  yarım  əvvəl  həbs  etdirməyə 
çalışdıqları  adamın  bu  dəfə  də  həbsdən  azad  olunmasını 
təkidlə  tələb  ediblər.  Əsl  riyakar  kommunist  əqidəsi  də  elə 
budur.  
Göründüyü  kimi  Aslan  bəyin  əvvəlcədən  öz  məruzəsində 
gətirdiyi  bütün  faktlar  öz  təsdiqini  tapdı.  Bunu  bir  daha 
xatırlamağı  məsləhət  bilirik  ki,  Aslan  bəy  öz  ittihamedici 
məruzəsində  Nərimanova  xatırladırdı  ki,  Xudabaxış  bəyin 
“daşnaklarla  kiminsə  əlaqəyə  girməsi  faktı  aşkar  edilsə 
yerindəcə güllələnməsi haqqında“  yazılı əmri var. Bu fakt bir 
daha  onun  əksinqilabçı  olmadığını  və  daşnaklarla  heç  bir 
əlaqəsinin olmamasını sübut edir. İnsanda ikrah hissi doğuran 
bir  də  odur  ki,  bu  yerli  kommunistlər  rüşvətxor,  cinayətkar, 
partiya üzvü olmayan Mirzə Muxtar Bayramovu irəli verərək 
onun  arxasında  gizlənmişlər  və  Xudabaxış  bəyin  həbs 
olunmasında yalnız onu günahkar saymışlar.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
149 
 
149 
Nəzər  Heydərov  “Zəngəzur  dağlarında”  adlı  kitabının  
221-ci  səhifəsində  yazır  ki,  “1920-ci  ildə  bəy  banditləri  ifşa 
etdiyinə görə Mİrzə Muxtar Bayramovun arvadını öldürdülər, 
özünü  isə  ağır  yaraladılar”.  Qərəzə  və  riyakarlığa  baxın  ki, 
hətta  Nərimanovun  göndərdiyi  komissiya  Mirzə  Muxtar 
Bayramovun  cinayətkar  olduğunu  təsdiq  etdiyi  halda  Nəzər 
ona  dəstək  verir.  Ancaq  əlimizdə  olan  arxiv  sənədləri  təsdiq 
edir  ki,  yerli  kommunistlər  Savalan  Şirinovu  səlahiyyətli 
nümayəndələri  kimi  öz imzaları  ilə  təsdiq  etdikləri  bəyanatla 
mərkəzə  göndərərək  bu  insanları  əksinqilabçı  damğası  ilə 
damğalayaraq onların təcili  həbs olunmaları  üçün mərkəzdən 
200 qızıl ordu əsgərinin göndərilməsini tələb ediblər. Buradan 
da  belə  bir  nəticə  çıxır  ki,  ictimai  rəyin,  yerli  camaatın  və 
Aslan  bəyin  qorxusundan  əqidəsiz  kommunistlər  bütün 
məsuliyyəti  Mirzə  Muxtar  Bayramovun  üstünə  atmaqla 
özlərini  sudan  quru  çıxarmağa  çalışıblar  və  canlarının 
qorxusundan Xudabaxış bəyin həbsdən azad olunmasını tələb 
ediblər. Mərkəzə  təqdim olunan məruzənin sonunda Savalan 
Şirinovun,  Nəzər  Heydərovun,  Mirzə  Muxtar  Bayramovun, 
Kərimovun və qeyri kommunistlərin imzalarının olması onla- 
rın bir yerdə olmalarını, eyni məslək sahibi olduqlarını təsdiq 
edir.  Nərimanovun  komissiyasının  Aslan  bəy  Sultanovu  er- 
məni xalqının düşməni kimi qələmə verməsi daşnak ideoloqu 
S.Şaumyanın  dəyirmanına  su  tökmək  məqsədindən  başqa  bir 
şey  deyildi.  Bununla  da  erməni  daşnaklarından  azərbaycan 
xalqının qisasını layiqincə alan bir qəhrəmanı erməni xalqının 
düşməni  kimi  qələmə  verməklə  yəqin  ki,  Nərimanov  Şaum- 
yanın rəğbətini qazanmaq istəyirmiş. Bu Azərbaycan xalqının 
qisasını  daşnaklardan  alan  Aslan  bəydən  daşnak  Şaumyan- 
ların  içimizdən  olan  xainlərin  əlilə  qisas  almaq  istəyi  idi.  O 
dövrdəki hadisələri analiz etdikdə açıq-aydın nəzərə çarpır ki, 
Aslan bəyi erməni xalqının düşməni kimi qələmə verənlər bu 
igid və vətənsevər insandan şəxsi məqsədləri üçün qisas almaq 
istəyirmişlər.  O  zaman  daşnaklara  qarşı  vuruşan  və  on- 
larla  düşmənçilik  edən  yüzlərlə  igid  və  qoçaq  adamlar  olub, 
amma  yerli  kommunistlər  və  Nərimanovun  rəhbərlik  etdiyi 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
150 
 
mərkəzi hakimiyyət demək olar ki, bütün sənədlərdə dəfələrlə 
Aslan  bəyin  adını  erməni  xalqının  düşməni  kimi  bu  və  ya 
digər halda hallandırırlar. 
Nəzər  Heydərov  daha  da  irəli  gedərək  hətta  peyğəmbər 
əfəndimiz Məhəmməd(s.ə.v) peyğəmbərə də qara yaxmaqdan 
çəkinmir (səhifə 163). Onu VII əsrin qolçomaqlarının və feo-
dallarının  tərəfini  saxlamaqda  ittiham  edərək  öz  xəyanətkar 
xislətindən əlavə, dinsizliyini, kafirliyini də orataya qoyur və 
fəxrlə  deyir  ki,  biz  bolşeviklər  Allahın  varlığına  inanmırıq 
(səhifə 83). 
94-cü  səhifədə  isə  Türkiyə  dövlətinə  şər  atır  və  yazır  ki, 
guya  1918-ci  ildə  Türkiyə  Brest  sülh  müqaviləsini  pozaraq 
Ermənistanın  ərazisini  işğal  edib  və  Ermənistanın  içində  iki 
qəza yaradıb: Eçmiədzin və İrəvan. 
Azərbaycanın  əzəli  və  əbədi  qardaşı  olan  Türkiyə  dövlə- 
tinə  böhtan  atmaqla  o,  ermənilərin  dəyirmanına  su  tökür. 
Hansı ki, tarixdən bizə məlumdur ki, həmin ərazilərin hamısı 
qədim  Azərbaycan  torpaqlarıdır.  Göründüyü  kimi,  Aslan  bə- 
yə  böhtan  atan  Nəzər  eyni  zamanda  Türkiyə  dövlətinə,  Pey- 
ğəmbər əfəndimizə də utanmadam böhtan atır. 
Yaşadığımız son tarix bir daha onu sübut etdi ki, bu millətin 
ən çox qəhrəmanlara ehtiyacı var.  
 
**** 
Bu  yerdə  Qubadlı  Qəzası  Milis  İdarəsinin  rəisi  Aslan  bəy 
Sultanovun  10  aprel  1921-ci  il  tarixində  mərkəzə  göndərdiyi 
ittihamedici məruzəsini təhlil etməyə çalışaq. 
İlk  baxışdan  insanlarda  müəyyən  qədər  çaşqınlıq  yarana 
bilər.  Çünki  məruzənin  əvvəlində  Qubadlı  qəzasında  sovet 
hökumətinin  vəziyyətinin  son  dərəcə  böhran  içində  olmasını 
qeyd  edir.  Aslan  bəy  Sovet  Hökumətinin  fəhlə-kəndli  höku-
məti olduğna, daha demokratik bir quruluş olduğuna inanırdı. 
Bu  fikirləri  məruzəsinin  sonunda  işlətdiyi  ifadələr  də  təsdiq 
edir. O göstərir ki, biz bütün gücümüzü və səylərimizi bu qu-
ruluşun qorunub saxlanılmasına o inamla sərf edirdik ki,   bu 
quruluşun  xalqı  xoşbəxtliyə  və  xilasa  aparmağına  inanırdıq. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
151 
 
151 
Məruzənin  başlanğıcında  göstərir  ki,    hər  dəfə  qəzanın  ümu-
mi  vəziyyəti  və  mənim  tabeliyimdə  olan  milis  işçilərinin 
fəaliyyəti  barədə  ardıcıl  olaraq  mərkəzə  vaxtı-vaxtında  yazılı 
olaraq  məlumat  verirdim.  Ancaq  nədənsə  verdiyim  yazılı 
məlumatlara  bir  dəfə  də  olsa  cavab  almamışam.  Daha  sonra 
göstərir ki, sovet hakimiyyətinin bu vəziyyətə düşməsinin əsas 
səbəbi bir tərəfdən onun nüfuzunun arzuolunmaz həddə qədər 
azalması,  digər  tərəfdən    daxildəki  zərərli  elementlərin 
fəaliyyətidir. Başqa  tərəfdən də daşnaklar əl çəkmədən, zəhlə 
tökməklə  özlərinin  qəbuledilməz  tələblərini  irəli  sürürlər 
onlarla  həm  siyasi  həm  də  ticarət  əlaqələrinə  girməyi 
istəyirlər.  
 
Qubadlı  Qəza  Milis  İdarəsinin  Rəisi  Aslan  bəy 
Sultanovun  Azərbaycan    Mərkəzi  İnqilab  Komitəsinə 
Ünvanladığı ittihamedici  Məruzəsi                                
№603    
                                      
10 aprel 1921-ci il. 
Xocalan 
 
 “Rəhbərlik  etdiyim  İdarə    tərəfindən  qəzadakı  ümumi 
vəziyyət,  rəhbərliyim  altında  sədaqətlə  xidmət  göstərən 
milisin  fəaliyyəti  barədə  mərkəzə  vaxtaşırı  verdiyim    yazılı 
məlumatlar nədənsə  hər dəfə cavabsız qalmışdır. 
Sovet  Hakimiyyətinin  Qubadlıdakı  durumu    hal-hazırda 
son dərəcə gərgin bir vəziyyətə gəlib çatmışdır: bu da onunla 
bağlıdır  ki,  onun  nüfuzu  bir  tərəfdən  daxildəki  bolşevizmə 
arzuolunmaz  və  mən  deyərdim  ki,  təhlükəli  elementlər 
tərəfindən aşağı düşür, digər tərfdən isə daşnakların özlərinin 
onlarla  həm  siyasi,  həm  də  ticari  əlaqələrə  girmək  kimi   
qəbuledilməz tələbləri ilə baş apardıqlarından irəli gəlir. 
1.  Daşnaklarla    müsəlman  əhalisinin  nümayəndələrinin  bu 
ilin  6  aprelində  vacib  məsələləri  həll  etmək  üçün  Aqarak 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
152 
 
kəndində  ali  baş  komandan  Nijdenin  iştirakı  ilə  görüşlərinin 
təşkili.  
2.  Ticarət  məqsədləri  ilə  yarmarkaların  təşkili,  onların  və 
müsəlman camaatının  qarşılıqlı münasibətlərinin yaradılması  
və s. 
Sərhədyanı  ərazilərdə  yaşayan  müsəlmanların  daşnaklarla 
əlaqələrinin  qarşısını  almaq  üçün  lazımi  tədbirlər  görülüb  və 
bu barədə Mərkəzə dəfələrlə məlumat vermişəm.” 
Göründüyü kimi bu xəyanətkar təkliflərin qarşısını alan Aslan 
bəy  Nijdenin  təkliflərini  rədd  etdiyini,  onlara  qarşı  amansız 
mövqe  tutduğunu,  daşnakların  qatı  düşməni  oldu- 
ğunu  yazılı  şəkildə  mərkəzə  bildirmişdir.  Ancaq  təəssüflər 
olsun  ki,  bütün  bu  hərəkətləri  Savalan  Şirinov  məruzəsində 
yazır ki, guya yerli kompartiya (gizlinə sıxışdırılmış kommu- 
nist partiyası üzvləri) üzvləri etmişlər. Əllərində heç bir səla- 
hiyyət  və  gücü  olmayan  adamlara  Nijdenin  hər  hanısa  bir 
təkliflə  müraciət  etməsi  nə  dərəcədə  doğru  ola  bilər?  İkrah 
hissi  doğuran  isə  mərkəzin  bu  məsələlərə  qərəzli  münasibə- 
tidir. 
Nəzər  Heydərov  kitabında  yazır  ki,  “Aqarakda  Nijdenin 
birləşmə və yaxınlaşma təklifini guya yerli kompartiya üzvlə- 
ri  müsəlmanlarla  pozublar.  İnsan  vicdanına  nə  qədər  xəyanət 
edə  bilər?  İnsanları  necə  hiyləgərliklə  aldadırlar?  Bu  yerdə 
Bəyalı  Səfaoğlunun  28  iyun  1990-cı  il  tarixli  “Azərbaycan 
gəncləri”    qəzetində  çap  olunan  Aslan  bəy  haqqında  yazdığı  
“Özümlə  oynadığım  şahmata  güldüm”  adlı  məqaləsində 
göstərdiyi kimi “şirlərin ovuna tülkülər sahib çıxmağa çalışır” 
fikirlərini    xatırlamaq  yerinə  düşür.  O  adamlardan  soruşmaq 
lazımdır  ki,  sizin  əlinizdə  hansı  hakimiyyət,  hansı  hərbi  güc, 
hansı ixtiyar var idi ki, daşnak generalı Nijde sizinlə hesabla- 
şa  və  sizə  hansısa  bir  təklif  verə?  Daha  sonra  Aslan  bəy 
məruzəsində bir məsələni də xüsusi olaraq vurğulayır;  
“Qeyd  etmək  istəyirəm  ki,  daşnakların  antibolşevik  təşəb-
büsləri    bizə  o  qədər  təhlükəli  görünmür,    amma  daxili  düş-
mənlərimizin, partiyaya sədaqətlə xidmət göstərmək  maskası 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
153 
 
153 
altında  gizlənərək  bizim  aralarımıza  soxulan  və  hakimiyyətə 
can atmaqda qəti maraqları olan, öz şəxsi mənfəətlərini düşü- 
nən,  səlahiyyətləri  ələ  keçirməyə  çalışan  adamların  hansısa 
xəyanətkar  məqsədləsə  təmiz  və  vicdanlı  adamlara  ləkə 
yaxmaları təhlükəlidir. Təhlükəli olan  daşnakların təxribatla- 
rı  və  təklifləri  də  deyil,  bizim  ideyalarımıza  xəyanətkarlıqla 
zərbə  vurmağa  çalışan,  sədaqətli  işçilərə  qarşı  tam  fırıldaqçı 
münasibətdə  olan    həmin  elementlərin  ölkənin  daxilində  So- 
vet hakimiyyətinin fəaliyyətinə mane olmalarıdır“. 
Məruzənin  bu  yerində  Aslan  bəy  içimizdə  olan  xainlərin 
daşnaklardan  daha  təhlükəli  olduğunu,  onun  anladığı  fəhlə-
kəndli  hökumətinin  inkişafına  maneçilik  törətmələrindən  na- 
rahatlığını bildirir.  
Mərkəzin  diqqətini  bir  daha  daxildəki  xainlərə  tərəf 
yönəldərək  bildirir  ki,  onların  məqsədləri  təmiz  və  vicdanlı 
işçiləri  ləkələmək,  onların  qazandıqları  uğurlara  kölgə  sal- 
maq,  ləyaqətli  insanların  gördükləri  bütün  işləri  öz  adlarına 
çıxarmaq olmuşdur. 
Hər  bir  məsələni  yoxlayıb  dəqiqləşdirdikdən  sonra  qərar 
qəbul etməyin vacib olduğunu mərkəzə göstərməyə çalışmış- 
dır.  O  vaxtlar  qəza  kommunist  partiyasının  başında  duran 
Mirzə  Muxtar  Bayramov  kommunist  partiyasının  üzvü 
deyildi.  Bunu  Nərimanovun  komissiyası  da  təsdiq  edir. 
Savalan  Şirinov,  Nəzər  Heydərov  və  başqaları  mərkəzə 
ötürdükləri  qərəzli  məlumatlarında  qəza  yerli  hakimiyyətinin 
başında  duran  yerli  bəylərin  kommunist  partiya  üzvü 
olmadıqlarını  xüsusi  olaraq  vurğulayırlar,  ancaq  nədənsə 
özlərinin  yerli  kommunist  partiya  rəhbəri  olan  Mirzə  Muxtar 
Bayramovun  kommunist  partiya  üzvü  olmadığının  üstündən 
sükutla  keçirlər.  Diqqət  edin  yerli  kommunistlərin  başında 
kommunist  olmayan  cinayətkar  durur  və  Nərimanovun 
komissiyası  da bunu təsdiqləyir.  Buradan nə nəticə çıxarmaq 
olar? Başda Mirzə Muxtar Bayramov, Savalan Şirinov, Nəzər 
Heydərov və qeyriləri əvvəlcədən bilirdilər ki, onların böhtan 
dolu  məlumatları  həqiqət  kimi  qəbul  olunacaq.  Əks  halda 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
154 
 
onların  böhtan  atdığı  bu  qəhrəman  insanların  mərkəzin  çox 
gözəl tanıdığını və hansı zərurətdən onların qəzanın rəhbərləri 
olmasını  daha  dəqiq  desək,  xalqın  qəhrəman  oğulları 
olduqlarını  biləcəyindən  çəkinərək  onları  əksinqilabçı 
damğası  ilə  damğalamağa  cürət  etməzdilər.  Necə  deyirlər, 
balıq  başından  iylənər.  Mirzə  Muxtar  Bayramov  kimi 
cinayətkarı  Nəzər  Heydərov  öz  kitabında  müdafiə  etməyə 
çalışır  və  onu  dəstəkləməyi  ilə  də  sübut  edir  ki,  onların  ikisi 
də eyni cəbhənin adamlarıdır. Nə qədər gülməlidir kommunist 
partiya  üzvü  olmayan  Mirzə  Muxtar  Bayramov  yerli  
kommunist  partiya  üzvlərinə  rəhbərlik  edir.  Necə  deyərlər, 
“elçisi Gülüm olanın başına külüm olar”. 
Daha  sonra  Aslan  bəy  məruzəsində  bildirir  ki;  “Bu 
günlərdə  mənə  məlum  olub  ki,  Qəza  İnqilab  Komitəsi  Mər- 
kəz  tərəfindən  yenidən  təşkil  edilib.  Eləcə  də  mən  tutduğum 
vəzifədən-Qəza  Milis  İdarəsinin  Rəisi  vəzifəsindən  azad 
olunmuşam.  Bəs  nədən  bu  barədə  mənim  heç  bir  rəsmi 
məlumatım yoxdur?” 
Bu məsələyə diqqət edək: əvvəla Aslan bəy qəzada olduğu 
halda  Nərimanovun  kabinetində  qəbul  edilən  gizli  qərardan 
necə xəbər tuta bilib? Özü də üstündən bir-neçə  gün keçdik- 
dən sonra... Bu fakt özü-özlüyündə Aslan bəyin nə qədər ayıq 
olduğuna, əlinin hər yerə çatdığına, mərkəzi hakimiyyət orqa- 
nında  baş  verənlərdən  yerindəcə  xəbər  tutmasına  və  onun 
kəşfiyyatının yetərincə dəqiq işlədiyinə sübutdur. Bu bir daha 
Aslan bəyin mərkəzdə oturanlardan daha ağıllı, savadlı, daha 
güclü təhlil qabiliyyətinin olmasını sübut edir. 
İkincisi,  mərkəzi  hakimiyyət  şəxsən  Nəriman  Nərimanov 
onu  vəzifəsindən  azad  etməsini  gizli  saxlayır  və  bu  barədə 
rəsmi  olaraq  ona  heç  nə  bildirmir.  Bəlkə  onun  nüfuzundan 
ehtiyat  edirdilər?  Axı  Aslan  bəy  hər  kəsin  birmənalı  olaraq 
qəbul  etdiyi  qəhrəman  sərkərdəydi.  Daşnak  hökumətinin 
məhv edilməsi planının müəllifi idi. Ona sadiq hərbi qüvvələr 
Aslan  bəyin  necə  qəhrəman  olduğunu,  xaqlının düşmənlərin- 
dən  onun  layiqli  qisasını  necə  aldığını  öz  gözləri  ilə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
155 
 
155 
görmürdülər.  Bütün  bunlara  görə  də  onu  xalq  və  ona  sadiq 
hərbi  qüvvələr  çox  sevirdilər.  Onun  bir  çağırışına  yüzlərlə 
insanlar  ayağa  qalxar,  öz  qəhrəman  sərkərdələrinin  arxasınca 
ölümə belə gedərdilər. Bütün bunları çox gözəl bilən mərkəzi 
hakimiyyət    başda  Nəriman  Nərimanov  olmaqla  onun  nüfu- 
zundan ehtiyatlanaraq Aslan bəyin vəzifəsindən kənarlaşdırıl- 
masını gizlində saxlamağa üstünlük vermişdi. 
Bir  məsələyə  də  diqqət  yetirək.  Aslan  bəy  hadisələri  qa- 
baqcadan necə təhlil edir və hadisələrin sonrakı inkişafı onun 
tamamilə  haqlı  olduğunu  sübut  edir.  Məruzəsində    bildirir;  “ 
Mən əminəm ki, bütün bunlar qəzanın  bəzi məsul şəxslərinin 
və hakimiyyətin düşmənlərinin Mərkəzə ötürdükləri  yalan və 
böhtan dolu məlumatların nəticəsində baş verib. Əldə etdiyim 
məlumata  əsasən  Qubadlı  kəndinin  sakini,  fırıldaqçı,  qaçaq, 
18  cinayət  əməlində  birbaşa  təqsiri  sübuta  yetirilən  Mirzə 
Muxtar  Bayramov  özünün  fırıldaqçı  məharəti  nəticəsində  
kommunist  partiya üzvü olmadan Qubadlı qəzasının  kommu- 
nist partiyası təşkilatının katibi təyin edilib və partiya maska- 
sı  altında  gizlənərək  öz    hakimiyyətini  gücləndirmiş,  bir  sıra 
qeyri-qanuni  hərəkətlərə  yol  vermiş,  daşnak  rayonlarından 
Qubadlıya gələn  gizli erməni-işçilər ilə görüşmüş,  onları bir-
neçə  gün  evində qonaq  saxlamış və daha sonra   Bakıya  yola 
salmışdır. Öz cinayətkar əməllərini ört-basdır etmək və günahı 
onların  üstünə  atmaq    üçün  isə    başqa  bir  əclaflıqla  onları 
Nijdenin  və  burjuaların  tərəfdarı  kimi    qələmə  vermiş- 
dir.  Eyni  zamanda  Mirzə  Muxtar  Bayramovun  təşkilatçılığı 
sayəsində  Şuşada,  eləcə  də  Mərkəzdə  rəhbər  orqanların  Qu- 
badlının məsul şəxslərinə qarşı  mənfi  münasibəti formalaşır. 
Elə  bu  səbəbdəndir  ki,  tamamilə  yalan  və  böhtan  dolu 
məlumat nəticəsində heç kəs  tərəfindən yoxlanılmadan  əks- 
inqilabi  fəaliyyətdə  günahlandırılaraq  Qubadlı  qəza  İnqilab 
Komitəsinin sədri  Xudabaxış bəy Sultanov Şuşada həsb olu- 
nub.  Hansı  ki,  o  bütün  varlığı  ilə  Sovet  hakimiyyətinə 
sədaqətli olduğu ilə seçilən bir şəxsdir (Müəllif: onlar həqiqə- 
tən bu hakimiyyətin fəhlə-kəndli hakimiyyəti, demokratik bir 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
156 
 
quruluş  olduğuna  inanırdılar.)  Məlumatın  sonunda  bu  fikri 
Aslan bəyin özü də etiraf edir. Aslan bəy bildirir ki, əgər biz 
bütün  gücümüzü  və  enerjimizi  bu  quruluşun  saxlanmasına, 
möhkəmlənməsinə sərf ediriksə bunu yalnız o inamla, düşün- 
cə  ilə  edirik  ki,  yeni  yaranmış  fəhlə-kəndli  hökuməti  (Sovet 
hökuməti) xalqı xoşbəxtliyə, xilasa aparır.  İnqilab komitəsin- 
də işlədiyi dövrdə Xudabaxış bəy kasıb və ehtiyac içində olan 
xalqa həmişə təmənnasız olaraq yardım etmiş, onların mənəvi 
dayağına çevrilmişdir. Xudabaxış bəy Sultanov İnqilab komi- 
təsinin  sədri  olduğu  dövrdə  sərhəd  ərazisində  yerləşən  Ələd- 
din  postunun rəhbəri Abbasəli Almuradova  yazılı  olaraq əmr 
verir  ki,  daşnakların  və  şübhəli  müsəlmanların  birgə  alver 
etdikləri  “avdan  yarmarkası”nda  daşnaklara  ərzaq  satanların 
hamısı  nəinki  həbs  edilərək  malları  müsadirə  edilsin,    hətta 
daşnaklarla  əlaqəyə  girən  hər  kəs  yerindəcə  güllələnsin.  Bu 
yazılı  əmr  faktı  tam  olaraq  aydın  göstərir  ki,  Xudabaxış  bəy 
Sultanov əksinqilabçı deyil.” 
Bu  yerdə  bir  haşiyəyə  çıxmaq  istəyirik.  Onun  əmri  ilə 
qəzanın  keçmiş  milis  rəisi  Əli  Şərifov  yarım  milyon  dövlət 
pulunu mənimsədiyi üçün həbs olunub. Bu həmin Əli Şərifov 
idi  vaxtilə  Aslan  bəy  Sultanova  fövqəladə  səlahiyyət  verilər- 
kən qəzada milis rəisi olmasını mərkəzə o  təklif edib. Lakin 
sonralar  onun  cinayət  törətdiyini  bildikdən  sonra  artıq  onun 
həbs  edilməsi  barədə  qərar  qəbul  olunub.  Onu  da  bildirmək 
yerinə düşər ki, hər bir inqilab komitəsinin rəhbəri mərkəzdən 
göstəriş  almadan  qəza  milis  idarəsinin  rəisini  həbs  edə  bil- 
məz. Aslan bəyin belə müstəqil hərəkətləri mərkəzi qıcıqlan- 
dırırdı.  Erməni  rəhbərləri  Nərimanova  göndərdiyi  siyahıda 
təklif  edir  ki,  Nəzər  Heydərov  inqilab  komitəsinin  sədri,  Əli 
Şərifov  isə  qəza  milisinin  rəisi  olsun.  Bunu  arxiv  sənədi  də 
təsdiq  edir.  Cinayəti  sübut  olunmuş  Əli  Şərifov  da  erməni 
rəhbərlərinin  xoşuna  gəlir.  Onun  kimi  yarım  milyon  dövlət 
pulunu  mənimsəyən  bir  cinayətkarın  da  adı  olan  siyahını 
(qəzada  cinayətkarlara  qarşı  mübarizə  aparacaq  olan  bir  və- 
zifəyə)  Nərimanov  təsdiq  edir.  Paradoks  ondadır  ki,  cinayət- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin