Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
91 
 
91 
qədər  silahlanmış  və  öz  dövrünün  müasir  silahlarına 
yiyələnmiş Nijde hökumətinə qarşı çıxa  bilsin? Əlbətdə ki, o 
dövrdə ölkənin milis idarəsi Xalq daxili İşlər Komissarlığı adı 
altında  fəaliyyət  göstərirdi  və  xalq  arasında  NKVD  adı  ilə 
tanınırdı.  Aslan  bəy  Sultanov  da  Qəza  milis  idarəsinin  rəisi 
olmaqla  XDİK-nın  qəzadakı  ən  yüksək  rütbəli  nümayəndəsi-
rəisi  idi.  Sənədlərdən  məlumdur  ki,  o  vaxtlar  XDİK-nın 
tabeçiliyinə atlı milis dəstələri və başqa hərbi birləşmələr daxil 
idi.  Aslan  bəyin  özünün  də  tabeçiliyndə  atlı  dəstələr  və 
hərbiləşdirilmiş  miilis  nəfərləri  var  idi.  Bundan  başqa  onun 
özünün yaratdığı könüllü hərbi dəstələr də var idi ki, birbaşa 
onun  komandirliyi  altında  fəaliyyət  göstərirdi.  Bu  dəstələrin 
üzvləri arasında adları dillər əzbəri olan, illər boyu daşnaklara 
qan udduran Lətiflə Kərim kimi qəhrəman oğullar da var idi. 
Arxiv  sənədi  olan  məruzə  ilə    adı  çəkilən  qəzetdə  verilən 
müsahibini  tutuşdurduqda  tarixi  həqiqətlərin  necə  xaincəsinə 
təhrif olunduğu diqqətdən yayınmır. Və bu yerdə istər istəməz 
adamın ağlından belə bir sual keçir: görəsən bütün bunları bu 
şəkildə qələmə verməkdə məqsəd nə imiş?  
Arxiv sənədlərindən bizə məlumdur ki, 1920-ci ilin dekabr 
ayında Zəngəzurun Ermənistana verilməsini zəruri hesab edən 
və həmin sənədə imza atan xainlər tam əminliklə bilirdilər ki, 
Aslan  bəy  Sultanov  onların    nəinki  Azərbaycan  xalqına  və 
onun  gələcəyinə  qarşı  etdikləri  tarixi  xəyanətdən  gec-tez  
xəbər tutacaq və o zaman  bu xəyanətin cəzası ağır olacaq. Bu 
qorxu və xof altında  yaşamaq asan deyildi.  Onlar qarşına bir 
məqsəd olaraq qoymuşdular ki, nə olursa olsun hökumətdə bir 
yer ala bilsinlər və gələcəklərini təmin etsinlər. Tarixi sənədlər  
göstərir  ki,  həmin  dövrdə  onların  əlində  heç  bir  imkan  və 
səlahiyyət olmayıb. Əllərindən gələn bircə şey olub ki, təmiz 
və  qəhrəman  insanları  nə  yolla  olursa  olsun  ləkələyərək 
aradan 
götürmək, 
yəni 
Zəngəzurun 
veril- 
məsinə  qarşı  çıxan  hər  kəsi  –  o  vaxtkı  qəza  rəhbərlərini- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
92 
 
aradan  götürmək.   Bu  yerdə qeyd etmək istəyiərm  ki,  o vaxt 
Qəza  inqilab  komitəsinə  də  Aslan  bəy  Sultanovun  doğma 
əmisi  oğlu,  gözəl  ziyalı,  müəllimlik    təhsilini  Qori  seminari- 
yasında  almış,  əqidəsinə    və  millətinə  sadiq  Xudabaxış  bəy 
Sultanov  rəhbərlik  edirdi.  Qubadlı  qəzasında  ilk  rus-tatar 
məktəbinin  yaradıcısı,  Qori  seminariyasını  Üzeyir  Hacıbə- 
yovla   birlikdə bitirən və yaxın dostluq əlaqələri olan Həsən 
bəy Sultanov da Xudabaxış bəyin dosdoğmaca qardaşıdır. 
1921-ci  ilin  sonunadək  Qubadlı  qəzasında  fəaliyyət 
göstərən  Qəza  İnqilab  Komitəsi  -  yəni  yerli  hökumət  Aslan 
bəy  Sultanovun  Qarabağın  və  Zəngəzurun  fövqəladə  kom- 
missarı  olduğu  dövrdə  ən  çox  etibar  etdiyi  əqidə  qardaş- 
larından  ibarət  yaratdığı  yerli    hakimiyyət  idi.  Bu  faktı  Milli 
Dövlət  Arxivində  fonд  27,  siyahı  1,  iş  17,  səhifə  57  qrifi 
altında qorunan arxiv sənədi  də təsdiq edir.   
Savalan  Şirinovun  yuxarıda  adı  çəkilən  müsahibəsindən 
bəzi məqamları diqqətinizə çatdırmaq  istəyirəm:  
“Mayın 25 Gəncəyə daxil olduq. İyunun 5-nə kimi davam 
edən vuruşmalardan sonra şəhəri müsavatçılardan  azad etdik.  
Müsavatın  rəhbərləri  baş  götürüb  qaçdılar.  Onların  bəzilərini 
gizləndikləri  yerdə  tutduq.  Bəziləri  arvad  paltarı  geyinib  qa- 
dınların  arasında  gizlənmişdilər.  Onları  zərərsizləşdir-dikdən 
sonra  Zəngəzur  mahalına-daşnaklarla  mübarizəyə  göndəril- 
dik. Gorusda Semyonovun komandanlıq etdiyi 28-ci diviziya- 
nın əsgərləri ilə birləşdik...” 
Bu  faktları  ürək  coşqunluğu  ilə  dilə  gətirməkdən 
çəkinməyən  Savalan  Şirinov  yəqin  xidmətində  olduğu  Sovet 
hakimiyyətinin  sarsılmaz  olduğunu  düşünürdü.  Tarixi 
gerçəkliyin  və  quruluşun  dəyişməsi  ilə  tarixdə  gizli  olan  bir 
çox  məqamların  üstünə  çəkilmiş  qaranlıq  pərdələr  də  çəkilib 
getdi.  Tarix  bir  daha  sübut  etdi  ki,  öz  müstəqilliyinə, 
azadlığına  xəyanət  edən  insanların  son  aqibəti  elin  qınağıdır. 
Bundan ağır isə cəza ola bilməz. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
93 
 
93 
 
**** 
Aradan  dörd  ay  keçir  və  1921-ci  il  avqust  ayının  8-də 
Savalan Şirinov mərkəzə başqa bir məlumatı ötürür. 
Azərbaycan  Respublikası  Prezidenti  aparatının  Siyasi 
sənədlər arxivi. Fond 1, siyahı 2, iş 105. qrifi altında qorunan 
sənədlə tanış olduqda diqqəti çəkən faktlarla qarşılaşırıq. 
Məlumatda qeyd olunur: 
Gorusdakı  daşnaklar  tərəfindən  Sovet    hakimiyyətinin  ək- 
sinə  güclü  təbliğat  aparılır.  Bütün  erməni  kommunistlərin 
həbs edilərək onlara təhvil verilməsi təklifi ilə çıxış edən nü- 
mayəndə heyəti gəlmişdir. Onlar müsəlman rayonlarında bol- 
şeviklərə qarşı birlikdə  mübarizə aparmaq və  yerli bazarların 
təşkil olunması ilə bağlı təkliflərlə çıxış etmişlər. 
Bəylər və mülkədarlar daşnakların  təkliflərinə  səs verdi- 
lər  və  onlarla  birləşərək  sovet  hakimiyyətinə  qarşı  birgə 
mübarizə aparmağa razılıq verdilər. Qatı əksinqilabçıların ad- 
ları məlumdur. Milis işçiləri və digər məsul işçilər müsavatçı- 
lardır,  sovet  işçiləri  maskası  altında  gizləniblər.  Qəza  Kom- 
munist  Partiyasının  bütün  üzvlərinin  qərarı  və  tələbi  ilə  200 
nəfərdən  ibarət  qızıl  ordu  əsgəri  göndərilsin  və  bütün  əks- 
inqilabçı rəhbər işçilər həbs edilsin.  
 
Əsas:  Zəngəzurun  Qubadlı  qzəasından  gəlmiş  Savalan 
Şirinovun məlumatı. 
 
Əlavə:  Savalan  Şirinovun  təqdim  etdiyi  siyahıya  əsasən 
əksinqilabçıların adları. Sənədin arxa tərəfinə baxılsın. 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
94 
 
Qatı əksinqilabçıların siyahısı 
 
(Zəngəzurun  Qubadlı  qəzasından  gəlmiş  Savalan  Şirinov-
un məlumatı.) 
 
Aslan bəy Sultanov 
Xudabaxış bəy Sultanov 
İsrafil bəy Sultanov 
Behbud bəy Sultanov 
Sultan bəy Sultanov 
Şahsuvar bəy Kələntərov – Nəzər Heydərov yazır: “Bəhlul 
Əfənli  ilə  Şahsuvar  bəy  Kələntərovdan  xahiş  etdik  Nijdenin 
Aqarakdakı planını pozsun” 
Dadaş bəy 
Hüseynqulu bəy Bababəyov 
Cəbrayıl bəy Abdullabəyov 
Məməddəli bəy Əlibəyov 
Abbas Səmədov 
İsmayıl Paşa oğlu 
Hüseyn 
Hacı Salman oğlu 
Fərəc Səməd oğlu 
Həsən Məhəmməd oğlu 
Əsli ilə düzdür. 
MK –nin Təşkilat şöbəsini təlimatçısı  
 
**** 
Maraq  doğuran  odur  ki,  Savalan  Şirinov  hər  dəfəsində 
imkan  düşdükcə  nədənsə  əsas  olaraq  Sultanovları  və  onların 
yaxın adamlarını hədəf götürərək nə yolla olursa olsun onları 
ləkələməklə aradan götürməyə səy göstərir.  
Faktlar  insanın  qanını  dondurur.  Bu  həmin  dövrdür  ki, 
Aslan  bəy  Sultanov  canı  və  qanı  bahasına  Zəngəzurun  daş- 
naklardan xilas olması uğrunda gecə-gündüz bilmədən ölüm-

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
95 
 
95 
dirim  mücadiləsi  aparır,  bu  yolda  xalqının  xilasından  başqa 
heç  bir  məqsəd  güdmür,  XI  qızıl  orduya  kömək  edir  ki, 
Zəngəzurdakı    daşnak  hakimiyyətini  devirsin.  Lakin  nədənsə 
onun  yerliləri,  əmisi  oğlu  Çingiz  İldırımın  birbaşa  himayə 
etdiyi,  Zəngəzurun  ermənilərə  verilməsinin  zəruriliyini  
primitiv  faktlarla  əsas  götürən  (məktəbin,  kağızın  olmaması)  
Savalan  Şirinovlar  və  Nəzər  Heydərovlar  Aslan  bəyin 
varlığından  niyə  narahat  olurdular  ki?  Əgər  onların  məqsədi 
və  partiya  vəzifəsi  Azrəbaycanda  sovet  quruculuğunu  təmin 
etmək  idisə,  Aslan  bəy  demokratik  hökumətin,  bu  quruluşun 
fəhlə-kəndli quruluşu olmasına inanaraq  bunu partiya vəzifəsi 
olmadan, heç kəsdən əmr və tapşırıq almadan edirdi. Bu Aslan 
bəy üçün bir vətəndaş borcu idi.  
Əgər  adı  çəkilən  Savalan  Şirinov  həmin  ilin  aprel  ayında 
Bakıda AKPMK-də etdiyi məruzədə bu insanları əksinqilabçı 
adlandırırdısa, artıq 4 ay sonra, həmin ilin avqust ayının 8-də 
ötürdüyü  məlumatda  onları  daha  kəskin,  qatı  əksinqilabçılar 
kimi qələmə verirdi. 
Əslinə qalsa Sultanovlar və onların yaxınları Qarabağda və 
Zəngəzurda  Azərbaycançılığı  qoruyub  saxlamağa  çalışan  ən 
real güc idi. Daşnak qüvvələri ilə barışmaz olan bu güc nədən  
mərkəzə  məlumat  ötürməkdə  maraqlı  olan  Savalan  Şirinova 
və onun əqidə qardaşalına- Nəzər Heydərova,  Mirzə Muxtar 
Bayramova və digərlərinə lazım idi? Ona görə lazım idi ki, bu 
insanlar  əvvəldən  sonadək  bir  yol  seçmişdilər,  o  yolun  adı 
xəyanət idi.  
Ürək  ağrıdan  məqamsa  odur  ki,  bu  xəyanətkarları  mər- 
kəzdən  himayə  edən  və  təlimatlandıran,  ruhlandıran    Çingiz 
İldırım Aslan bəy Sultanovun  əmisi oğlu idi. Başda Nəriman 
Nərimanov olmaqla yerli kommunistlər anlayırdılar ki, Aslan 
bəy  və  onun  əqidə  qardaşları  nə  qədər  qəza  hakimiyyətinə 
rəhbərlik  edirlərsə,  o  vaxtadək  Zəngəzurun  ermənilərə  veril- 
məsi reallaşa bilməyəcək. Ona görə də ilk olaraq həmin qüv- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
96 
 
vələr Aslan bəyi və onun əqidə qardaşlarını aradan götürmək 
üçün  hər  cür  çirkin  vasitələrə  əl  atmağa  başladılar.  Nə  yolla 
olursa-olsun  Aslan  bəyə  qara  yaxmaq,  onu  ləkələmək, 
nüfuzdan  salmağa  çalışsalar  belə  Aslan  bəyi  xalqın  ona  olan 
inamı  və  etibarı,  bir  də  mən  deyərdim  ki,  Tanrının  nəzərləri 
qoruyurdu.  Onun  güclü  hissiyatı,  görmə,  eşitmə  və  duyma 
qabiliyyətinin  qeyri-adiliyi,  hərbi  sərkərdəlik  istedadı,  xalqla 
təmasa  girə  bilməyi,  güclü  kəşfiyyat  qura  bilməsi,  hər  yerdə 
özünün  şəxsi  agentlərinin  olması  (bu  agentlər  arasında  hətta 
erməni  keşişinin  özü  belə  var  idi  və  bəlkə  də  adama  qəribə 
gəlir  ki,  Aslan  bəy  keşişi  necə  ona  işləməyə  cəlb  edib)  bu 
işlərdə ona kömək edirdi.    
  
**** 
Mərkəzdən idarə olunan və böyük ustalıqla  davam edən bu 
məkrli  qarayaxma  planı  yerli  kommunistlərin  fəallarından 
olan,  vaxtilə  cinayət  törətdiyi  üçün  müsavat  dövründə  həbs 
olunmuş  və  kitabında  səhifə  75-də  özünün  də  qeyd  etdiyi 
kimi, “qəza mahal pristavının (Aslan bəyin) yanına 25 strajnik 
məni  qoluqandallı  gətirdi”  fikirlərinin  müəllifi,  öz  qisasçılıq 
hisslərini  heç  zaman  boğa  bilməyən  Nəzər  Heydə- 
rov  Çingiz  İldırımdan  aldığı  dəstəklə  özünün  qisasçılıq, 
Çingiz İldırımın isə qısqanclıq hisslərini ortaya qoymaq üçün 
ən  çirkin  vasitələrə  əl  atmışdır.  Nəzər  Heydərov  Aslan  bəy 
Sultanovu ləkələmək üçün əlinə düşən ən kiçik imkandan belə 
yararlanmaq istəyirdi.  
Azərbaycan  Respublikası  Siyasi  Sənədlər  arxivində  
fond  1,  siyahı  2,  iş  96  qrifi  ilə  saxlanılan  sənəd  bu  fikirləri 
tam təsdiq edir. 
(Müəllif:  o  vaxt  Zəngəzurun  və  Qarabağın  mərkəzi  Şuşa 
şəhərində yerləşirdi) 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
97 
 
97 
Azərbaycan  Respublikasının  Prezident Aparatının 
Siyasi Sənədlər Arxivi 
FOND:               1 
SİYAHI:             2 
SAX.VAH.         96 
Зангезурская Уезд Компартия   
Начальнику Шушенского 
Полит-бюро 
 
28 Апрелья 21 год . № 117  
с.Кубатлу. 
 
Товарищи, 
Мы  местные  коммунисты  находимся  в  оторванной 
полосе ни  кем не  имея   по невозможности тесной связи 
пережили  самые крупные давления и в последние  время  
положение  несколько  раз  ухудшается.  23-го  Марта 
представители    от    дашнаков  прибыли    в  сел.  Эйвазлу 
вызвав  к  себе  нескольких  известных  кулаков  требовали 
открытия дороги. 
 Вопрос  этот    был    поставлен  на  обсуждение  комму 
нистического    сезда  24  марта  в  с.  Кубатлу  и  там    было  
решено  прекратить  всякая  сношения  с  дашнаками  и  для 
выяснения их положения было  возложено на компартию. 
Комитет    партии  заблаговременно  осведомил  народ, 
что,  27-го  сего  марта  будут  отвечать  дашнакским 
представителя в Эйвазлу представители  компартии  но к 
сожалению  народа  в  лице  своих  представителей  и 
считаясь    сцастю  и  представителями  комитета  партии 
приступили  к  переговоры    с    дашнаками.  Выбрали  3-х 
представителей  отправили  в  Герусы,  не  дали  возмож- 
ности  представителям  компартии  добиться  от  дашнаков 
каких-либо важных сведений. 
Поэтому  в  подробности  об  их  воззвании  в 
мусульманскую  часть  доложено  Шушинскому  Комитету 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
98 
 
компартии. Дорога, уже открывается и будет сношение  с 
дашнаками,  так  как  в  распоряжении  местной  власти  нет 
силы прекратить милиция  в полном дезорганизационном 
виде, и во главе милиции как уездной, так и с некоторых 
участков  стоят  те  элементы  ,  которые  преследуютсвою  
цель  и  когда  конечно  во  главе  уездревкома  в  лице 
предсидателья  Султанова стоит беспартийный. 
И  благодаря  которому  все  почти  важнешие      поста 
стоят из его фамилии и из близких его родственников, все 
упормнуть  не  возможно,  в  результате  получается  такая 
распущенность. Меры Комитета партии против этого хотя 
были  приняты,  то  не  удалос  в  Распоряжении    Комитета 
партии  нет  ни  какой  силы  бороться  с  внутренними 
контурами другой опоры не неимеется в уезде.  Принимая 
во внимание что положение с каждым днем ухудшается и 
предстоит гибель для коммунистов, просим принять меры 
о дальнейшей нашей судбе. 
ПРИМЕЧАНИЕ:  всех  контуров  перечислить  не  воз- 
можно, когда будет сила тогда уже  они будит известны. 
 
Ответств. секретарь Н. Гейдаров. 
 
Tərcüməsi aşağıdakı kimidir: 
 
Azərbaycan  Respublikasının  Prezident Aparatının 
Siyasi Sənədlər Arxivi 
 
FOND:               1 
SİYAHI:             2 
SAX.VAH.         96 
 
Zəngəzur Qəza Kommunist Partiyası  
28 aprel 1921-ci il. 
Qubadlı kəndi
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
99 
 
99 
Yoldaşlar! 
Biz  yerli  kommunistlər  son  dərəcə  ağır  şəraitdə  fəaliyyət 
göstərmək  məcburiyyətində  qalmışıq,    imkansızlıq  üzündən 
heç  kəslə  sıx  əlaqəyə  girə  bilmirik,  böyük  təzyiqlər  altında 
yaşayırıq,  son  zamanlar  isə  vəziyyətimiz  həddindən  artıq  çə- 
tinləşmişdir.  Martın 23-də Eyvazlı kəndinə gələn  daşnak nü- 
mayəndələri  yerli  mülkədarlarla  əlbir  olub    yolun  açılmasını 
tələb etdilər. Qurultayda qərara alındı ki, martın 27-də Eyvaz- 
lı  kəndində  daşnakların  və  yerli  kommunistlərin  nümayəndə- 
ləri  gələcəkdə  xalqı  vaxtı-vaxtında  məlumatlandırmaq  üçün 
bir daha görüşsünlər. 
Üç  nəfərdən  ibarət  göndərilən  kommunist  nümayəndələr 
Gorusa gedib daşnaklardan mühüm məlumatları almalıydılar. 
Onların çağırışları barədə bütün  məlumatlar haqqında  Şu- 
şa  Mərkəzi  Kommunist  Partiyası  məlumatlandırılsın.  Yollar 
artıq  açılır  və  daşnaklarla  münasibətlər  qurulacaq.  Belə  ki, 
bunun qarşısını almaq üçün yerli hakimiyyətin əlində  milisin 
özbaşınalığının qarşısını almağa gücü yoxdur. Qəzada və ayrı-
ayrı  sahələrin    milisinin  başında  dayananlar  yalnız  öz 
məqsədlərini  güdürlər.  Əlbəttə  ki,  qəza  İnqilab  Komitəsinin 
başında    kommunist  partiyasının    üzvü    olmayan  Xudabaxış 
bəy  Sultanov  dayanırsa  elə  bütün  rəhbər  vəzifələri  də  onun 
yaxın qohumları tutmuşdur. Nəticədə də belə bir hərc-mərclik 
yaranmışdır. Kommunist  Partiyası  buna qarşı tədbir görməyə 
çalışsa  da  bir  nəticə  əldə  etməyib.  Yerli  hökumətə  qarşı 
mübarizə  aparmaq  üçün  kommunist  Partiyasının  ixtiyarında  
heç bir güc yoxdur.  
Onu  da  nəzərinizə  çatdırıram  ki,  vəziyyət  gündən-günə 
daha  da  gərginləşir,    qarşıda  kommunistlərin  məhvi  gözləni- 
lir. Xahiş edirik ki, bizim gələcək taleyimizlə bağlı bir tədbir 
görəsiniz.  
Qeyd:  hər şeyi  tam dəqiqliyi  ilə  çatdıra bilmirəm,  nə vaxt 
gücümüz olarsa o zaman hər  şey məlum olacaq. 
Yerli  Kommunist  Partiyasının  məsul  katibi  Nəzər 
Heydərov. 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
100 
 
Təsdiq edilib 
Məsələyə  yerli  kommunistlərin    Qubadlı  kəndində  çağırı- 
lan 24 mart tarixli  qurultayında münasibət bildirildi və qərara 
alındı ki, daşnaklarla bütün əlaqələr kəsilsin.   
 
(Müəlif:  arxiv  sənədində  əldə  etdiyimiz  məruzədən  isə 
açıq  aydın  məlum  olur  ki,  200  nəfərdən  ibarət  qızıl  ordu 
əsgərinin  göndərilməsini  Nəzər,  Savalan  və  qeyriləri  tələb 
ediblər ).   
 
**** 
 Nəzər  Heydərovun  28  aprel  1921-ci  il  tarixli  və  yuxarıda 
mətnini  sizə  təqdim  etdiyimiz  bu  arxiv  sənədini  təhlil  edər- 
kən,  hadisələrlə  bağlı  bir  çox  məqamlara  toxunduqda  açıq 
şəkildə  nəzərə  çarpır  ki,  Nəzər  Heydərov  yenə  də  öz  prin- 
sipinə  sadiq  qalaraq  yerli  qəza  hökumətinin  rəhbərlərini 
ləkələmək üçün əlindən gələn hər şeyi  edir.  Onun bu məktu- 
bundan  aydın  olur  ki,  müəllif  ənənəsinə  sadiq  qalaraq  əsas 
hədəfə–qəza  milis  idarəsinə  və  onun  rəhbərliyinə  toxunur. 
Müəllif yazır ki, guya yerli hökumətin gücü çatmır ki, milisə 
qarşı  müqavimət  göstərə,  onun  özbaşınıalıqlarının  qarşısını 
almaq  üçün  gücü  çatmır.  Başda  Qəza  milis  idarəsinin    rəisi 
olmaqla  ayrı-ayrı  sahələrin  milis  rəisləri  yalnız  öz  şəxsi 
mənafelərini  düşünən  adamlardan  ibarətdir.  Nəzər  Heydərov 
yanğı  ilə  yazır  ki,  yerli  hökumətin  başında  kommunist  par- 
tiyası  üzvü  olmayan  Xudabaxış  Sultanov  dayanırsa  o  da 
mövqeyindən  istifadə  edərək  bütün  məsul  vəzifələrə  öz 
qohum-əqrabalarını təyin eləyir. Nəticədə də qəzanın  idarəçi- 
lik sistemində  belə hərc-mərclik  yaranıb. Daha sonra da im- 
dad notları ilə yazır ki, əgər vaxtında bizə köməklik edilməsə 
bütün qəza kommunistlərini ölüm gözləyir. 
Bunlara diqqət yetirdikdə bu adamın necə yalan və böhtan 
yolunu  tutmağı  nəzərdən  qaçmır.  Bunu  daha  dolğunluğu  ilə 
sübut  etmək  üçün  bir  fakta  diqqət  edək.  Nəzər  Heydərov 
insanları  çaşdırmaq üçün yenə də öz ənənəsinə sadiq qalaraq 
yazır ki, guya qəza milis idarsənin rəisi Aslan Sultanovla Qəza 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
101 
 
101 
İnqilab  komitəsinin  sədri  Xudabaxış  Sultanovun  arasında 
hansısa bir ziddiyyət var və Xudabaxış bəyin də gücü çatmır 
ki, milisin özbaşınalıqlarının qarşısını alsın. Bu adam nədənsə 
unudur  ki,  Xudabaxış  bəy  Sultanovla  Aslan  bəy  Sultanov 
əmioğludurlar  və  onun  bu  vəzifədə  təmsil  olunmasının 
səbəbkarı  da  Aslan  bəy  özüdür.  Əgər  Xudabaxış  bəyin, 
Behbud  bəyin,  İsrafil  bəyin  Aslan  bəyə  qədər  bir  fəaliyyəti 
olsaydı o zaman Nəzər Heydərov “Zəngəzur dağlarında” adlı 
kitabında Aslan bəydən və digərlərindən yazdığı vaxt onların 
da  fəaliyyətindən  nəsə  yazardı.  O  çox  gözəl  bilirdi  ki, 
daşnaklara  qarşı  mübarizədə  Aslan  bəyə  mərkəz  tərəfindən 
verilən    fövqəladə  səlahiyyətlər  zamanı  bu  Sultanovları 
qəzanın  rəhbərləri  vəzifəsinə  Aslan  bəy  təyin  etmişdi.  Əgər 
onlar  arasında  hər  hansı  bir  ziddiyyət  olsaydı  Nəzər 
Heydərovgil  və  onun  əqidə  yoldaşları  xəlvətcə  danos  yazıb 
Xudabaxış  bəyi  həbs  etdirdiyi  zaman  Aslan  bəy  Xudabaxış 
bəyin  müdafiəsinə  qalxmaz,  onun  günahsızlığını  sübut 
etdirməz və onun azad olunmasına nail olmazdı. Bu fakt onu 
göstərir  ki,  Nəzər  Heydərov  yenə  riyakarlıq  edərək  guya  iki 
əmioğlu  arasında  ciddi  konfliktlərin  yaşandığını  göstərməyə 
çalışır.  Halbuki  mərkəz  çox  gözəl  bilirdi  ki,  Zəngəzurdakı 
yerli 
hakimiyyət 
Aslan 
bəy 
tərəfindən 
bəy- 
lərdən  –  Sultanovlardan  təşkil  edilmiş  yerli  hakimiyyətdir. 
Buradan da belə bir nəticə çıxır ki, mərkəzin də gözəl bildiyi 
bu  həqiqəti  Nəzər  Heydərovun  bu  şəkildə  təhrif  edərək 
ötürməsi  mərkəz  tərəfindən  qabaqcadan  düşünülmüş  bir 
məkrli oyundur. O ki, qaldı “belə gedərsə kommunistləri ölüm 
gözləyir”    fikirlərinə  münasibət  olaraq  qeyd  etmək  istə- 
yirirk  ki,  Aslan    bəygilin  komandası  üçün  heç  bir    partiya 
mənsubiyyətinin, heç bir siyasi düşüncə tərzinin fərqi yox idi, 
onunçün  əsas  olan  qanunlar,  ədalətin  təntənəsi,  haqlı-haqsız 
fərqi vardı. Əgər elə olmasaydı, Aslan bəy Sultanovun içində 
kommunistlərə  və  yaxud  da  digər  siyasi  baxışlı  insanalara 
qarşı  qisasçılıq  hissi  olmuş  olsaydı  onun  bircə  əmri  kifayət 
edərdi ki, ətrafında və əlinin altında olan hərbi qüvvələr həmin 
adamları  məhv  etsinlər.  Aslan  bəy  üçün  yeganə  düş- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin