Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
167 
 
167 
sonra  Aslan  bəy  Sultanov  o  vəzifənin  məsuluyyətini  heç  kəsə 
etibar etməmişdir. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
168 
 
XXX 
 
Onun  göstərişi    ilə  qəza  milis  idarəsinin  keçmiş  rəisi,  ya- 
rım  milyona  qədər  dövlət  pulunu  mənimsəməkdə,  bu  barədə 
İnqilab  komitəsinə  heç  bir  hesabat  verməyən  və  çoxsaylı 
şikayətlərdə günahkar bilinən  Əli bəy Şərifov, eləcə də Xan- 
lıq sahəsinin İnqilab Komitəsinin sədri Yusif Yusifov çoxsay- 
lı  şikayətlər  və  cinayətkar  əməllərdə  ittiham  olunaraq    həbs 
ediliblər.  Həmçinin  özünü  partiya  işçisi  kimi  qələmə  verən, 
əslində isə  fırıldaqçı və sabotajçı kimi tanınan  Mirzə Muxtar 
Bayramovun  cinayətkar  əməllərini  ifşa  etmişdir  (kommunist 
partiyasından arayış təqdim edilib ki, o partiya üzvü deyil). Bu 
əməllərin  ifşa  olunduğunu  hiss  etdikdə  Mirzə  Muxtar 
Bayramov  hakimiyyətin  onu    cinayətkar  əməllərinə  görə  cə- 
zalandıracağını bilərək qaçıb canını qurtara bilmişdir.  
Xudabaxış  bəy Sultanovun həbsdən azad edilməsi barədə 
Kommunist Partiyasının bütün üzvləri rəy verib.  
Qəzanın  kommunist  partiyası  üzvləri  olan  bütün  məsul 
işçiləri  Şuşa  Siyasi  Bürosuna  onun  azad  edilməsi  barəsində 
müraciət ediblər.   
O  ki,  qaldı  mənə,  mənim  xidməti  fəaliyyətimə,  xahiş 
edirəm  ki,  o  barədə  qərəzsiz  insanlardan  məlumat  alasınız:  
1)  28-ci  diviziyanın  84-cü  briqadasının  komandiri  yoldaş 
general  Semyonovdan,  2)  Hərbi  komissar  yoldaş    Korkoven-
kodan,  3)  Qərargah  rəisi  Mızrıkovdan,  4)  Hərbi  komissar 
Çernikovskidən,  5)  Briqada  yavəri  Fyodorovdan,  6)25-ci  
alayın  komandiri  Kopiyankadan,  7)252-ci  alayın  komandiri 
Qornostayevdən,  8)  251-ci  alayın  keçmiş  komandiri,  onun 
köməkçisi  Parsadanovdan,  9)252-ci  alayın  Şuşadakı  keçmiş, 
250-ci  alayın  hazırkı  komandiri  Çelovdan,  10)  252-ci  alayın 
keçmiş komandiri yol. Veyçexovskidən, 11) 28-ci diviziyanın 
rəisi Nesterovskidən. 
İyulun  15-dən  noyabrın  20-dək  mən  adları  çəkilən 
yoldaşlarla çiyin-çiyinə  həyatımı əsirgəmədən  fədakarcasına 
vuruşmuşam.  Mis  zavodunu    (müəl:  Kafanda  yerləşir)  ələ 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
169 
 
169 
keçirmə  əməliyyatında  daşnaklar  tərəfindən  başımdan  yara- 
lanmışam  və  Gorusdakı  hərbi  xəstəxanada  müalicə  olunmu- 
şam. Bu barədə 28-ci diviziyanın 84- cü briqadasının verdiyi  
tibbi  arayış hal-hazırda özümdə saxlanılır. 
Qırmızı  ordu  heyəti  Zəngəzur  sərhədlərindən  geri  çağırıl- 
dıqdan  sonra    mən  Zəngəzurun  və  Qarabağın  fövqəladə  ko- 
missarı, eləcə də Qubadlı Qəzasının və aran Zəngəzurun milis 
idarəsinin  rəisi  vəzifəsinə  təyin  olunmuşam  (müəl:  o  dövr 
üçün mərkəzi Şuşa olan  Zəngəzurun və Qarabağın fövqəladə 
komissarı generel vəzifəsi idi.) Mərkəzin hansı fəaliyyətlərinə 
görə  hakim  partiyası  sayılan  kommunist  partiyası  üzvü 
olmayan  Aslan  bəy  Sultanova  bu  qədər  etimad  göstərməsi 
haqqında  daha  ətraflı  növbəti  fəsillərdə  məlumat  verəcəyik. 
Bircə  bunu  deməklə  kifayətlənirik  ki,  onun  düzgün  hərbi 
planı,  döyüş  taktikası  və  həmçinin  qeyri-adi  sərkərdəlik 
istedadı  28-ci  diviziyanın  bütün  heyətini  Ersevənnik  kəndin- 
də  Nijdenin,  Dronun  mühasirəsindən  çıxartmış  və  onların 
həyatlarını  ölümdən  xilas  etmişdir.  Andronikin  Gorusda  ya- 
ratdığı daşnak hökumətini məhv etdiyinə görə  28-ci diviziya- 
nın komandanlığı tərəfindən verilən təqdimata əsasən mərkəz 
tərəfindən  alternativsiz  olaraq  Qarabağ  və  Zəngəzurun  föv- 
qəladə  komissarı  vəzifəsinə  təyin  olunmuşdur  və  bu  qali-
biyyəti  əldə  etdiklərinə  görə  Aslan  bəy  Sultanov,  Semyonov 
və  Çelov  qızıl  medalla  təltif  olunmuşlar.  O  zamandan  bəri 
mənim  fəaliyyətim  və  səylərim  nəticəsində  qəzada  tam  inqi- 
labi  qayda-qanun  hökm  sürür.  Mən  olmasaydım  ərzaq  payını 
və  əmək  haqqını  ala  bilməyən  milis  əməkdaşları  çoxdan 
vəzifələrindən imtina edərdilər. Mən onlara maaş əvəzinə xoş 
vədər  verirəm.  Sanki  bütün  bunları  etmək  onların  alın  yazı- 
sıdır. Mən onları ordunun gələcəyi və hər şeyin tezliklə yaxşı 
olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti  davam etdir- 
mələri üçün saxlayıram. Bir tərəfdən də Fars xanları, daşnak- 
lar  və  daxili  zərərli  elementlərə    qarşı  rahatlıq    və  dinclik 
bilmədən mübarizə aparıram. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
170 
 
Mərkəzə verilən  yalan və böhtan dolu  məlumatlar əsaında 
mən haqsız olaraq  tutduğum vəzifədən azad edilmişəm. 
Mərkəzi  hakimiyyətin  mənə  qarşı  etdiyi  bu  haqsızlıqdan 
özümü  son  dərəcə  incimiş    hesab  edirəm  və  bütün  bunların 
müqabilində  yalız  bircə  xahişim  var:  mənim  fəaliyyətimi 
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin 
komissiya  mənim  fəaliyyətim  haqqında    mərkəzə  ötürülən 
məlumatların  nə  qədər  yalan  və  böhtan  olduğunu  müəyyən-
ləşdirsin.    Eyni  zamanda  qeyd  edim  ki,  bizim  fəaliyyətimiz 
Sovet  hakimiyyəti  üçün  də  dəyərli  olub.  Biz  bu  hökumətin 
mərkəzdən  gələn  nümayəndələrinin  bizi    inandırdığına  və  ən 
əsası  da  xalqımızın  ən  qatı  düşməni  olan  daşnaklara  qarşı 
birgə mübarizə aparmağı təklif etdikləri üçün və bu hakimiy- 
yətin fəhlə-kəndli hökuməti olduğunu və  demokratik olduğu- 
na  bizə  inandırmaq  üçün  yerli  hökuməti  qurmağı  da  qəzanın 
insanlarının  özlərinə  həvalə  olunması  bu  quruluşun  tam  de- 
mokratik    bir  quruluş  olmasına  inam  yaratmışdı.  Hansı  ki, 
müsavat  hakimiyyəti  dövründə  yerli  hökumət    mərkəzdən 
təyin  edilirdi.  Bütün  bunlardan  sonra  heç  bir  silahlı  müqavi- 
mət  göstərmədən  razılığa  gəldik  və  yerli  qəza  hökumətini 
qurduq.  Bu  gün  də  biz  bütün  gücümüzü  və  enerjimizi  yeni 
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu 
quruluş  bizimçün  əlverişlidir  və  milləti  xoşbəxtliyə  və  xilasa 
aparır. Elə olmasaydı xalq asanlıqla ona  qızıl dağlar vəd edən 
daşnak hökumətinə  etimad göstərədi. 
Ona  görə  də  Mərkəz    bizim  fəaliyyətimizə  qiymətləndir-
məli  və dəyərləndirməlidir. Dəqiqləşdirmə aparmadan   suyu 
bulandırdıqdan  sonra    bulanıq  suda  balıq  tutmaq  istəyənlərin 
məkrli  və  qərəzli  fikirlərinə  əsaslanıb  bizim  fəaliyyətimizə 
ləkə salmaq o qədər də asan deyil.  
Xahiş  edirəm  ki,  mənim  faktlara  əsalanan  məlumatlarımı  
Azərbaycan  Mərkəzi  İnqilab  Komitəsinin  Ümumi  iclasında  
oxuyub müzakirə edəsiniz.  
Qəza Milis İdarəsinin rəisi A. Sultanov. 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
171 
 
171 
Yeri  gəlmişkən  demək  lazımdır  ki,  1921-ci  ildə  qəza 
hökumətinin rəhbərliyinin hamısının Sultanov olması Aslan 
bəyin  ətrafına  ən  inandığı  adamları  yığması  mərkəz 
tərəfindən ona verilmiş fövqəladə səlahiyyətlə bağlı idi. 
Xudabaxış  bəyin  böhtanla  həbs  olunmasına  imza  atan 
kommunistlər  ay  yarımdan  sonra  eyni  imzanı  onun  azad 
olunması  haqqında  sənədə  atdılıar.  Xudabaşıx  bəyin 
günahsızlığı  tam  olaraq  isbat  olundu.  Lakin  ona  şər  atan, 
onun  həbsini  istəyənlər  və  bu  barədə  müraciətlərə  imza 
atanların  şər  və  böhtana  görə  cəzalandırılmaması  nə  ilə 
bağlı  idi?  Onlar  Nərimanova  Zəngəzurun  ermənilərə  ve- 
rilməsi  guya  ki,  yerli  əhalinin    öz  tələbi  və  istəyi    ilə  oldu 
donunu geyindirməkdə lazım olan qüvvələr idilər.  
Narazılıq  dalğasının  artdığını  görən  mərkəzi  hakimiyyət 
yeni  yaranmış  yerli  hökumətdə  Aslan  bəyi  qəza  hərbi 
komissarı vəzifəsinə - Xanlıq qəza komissarı vəzifəsinə təyin 
etsələr  də  Aslan  bəy  hakimiyyətdən  incimiş,  küsmüş  halda 
məzuniyyətə  getmişdir.  Bu  zaman  mərkəzdən  cürbəcür  vəzi- 
fəli  şəxslər  qəzaya  gələrək  o  zamankı  qəzanın  icrayyə  komi- 
təsinin  yeni  təyin  olunmuş  sədri  Hüsü  Hacıyevin  vasitəsiylə 
Aslan bəylə görüşləri olmuş, onu yola gətirməyə çalışmışlar. 
 Bu barədə Savalan Şirinov sonralar öz xatirələrində deyir- 
di ki, mərkəzdən gələn vəzifəli adamları Hüsü Hacıyev qəbul 
etdi və onlar təklif etdilər ki, Aslan bəyi bura çağıraq və onu 
öz tərəfimizə çəkək. Yeni hökumətin reallığını ona başa salaq 
ki, o bizimlə olsa yaxşı olar. Aslan bəyi öz tərəflərinə çəkmək 
üçün cürbəcür təkliflər ediblər. Hüsü Hacıyev bildirib ki, biz 
Aslan bəyi bura dəvət etməliyik, o bu yerlərin əfsanəvi qəhrə- 
manıdır,  onun  bir  barmağının  işarəsiylə  bizi  havaya  sovurar- 
lar.  
Onlar  Aslan  bəylə  görüşmüş  onu  kommunist  partiyası 
sıralarına  daxil  olmağa,  Mərkəzi  hökumətlə  barışmağa  və 
bunun  müqabilində  Mərkəzə  daha  böyük  vəzifəyə  irəli  çəkil- 
məsi  vəd  olunmuşdur.  Aslan  bəy  isə  bildirmişdi  ki,  mən 
hərbçiyəm,  heç  bir  partiyanın  üzvü  olmayacağam,  nə  qədər 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
172 
 
ömrüm varsa onu xalqımın daxili və xarici düşmənlərinə qarşı 
mübarizəyə həsr edəcəyəm. Bundan sonra Aslan bəy gələnlərə 
etiraz  şəklində  bir  qədər  də  əsəbi  tonda  bildirib  ki,  artıq  heç 
kəsə  inanmım  qalmayıb.  Mərkəzi    Xanlıq  olan  (Qu- 
badlının  kəndi)  yeni  yaradılmış  qəza  hökuməti  az  keçmə- 
dən  yeni  bir  böyük  təhlükə  ilə  üzləşdi.  1922-ci  ili  oktyabrın 
18-də  Bəhlul  əfəndi  Qoçu  Təhməzin  başçılıq  etdiyi  silahlı 
dəstəylə  qəza  mərkəzi  olan  Xanlığı  tutdu.  Qəzanın  bütün 
rəhbərləri qəza mərkəzindən qovuldu. 
Bir məsələni də qeyd etmək lazımdır ki, bu hadisəni törə- 
dən  Bəhlul  əfəndi  İranda  təhsil  almışdı,  qəzanın  da  35 
kilometr  ərazisi  İranla  sərhəddə  yerləşir.  İran  tərəfindən  də 
dəfələrlə  təkliflər  olmuşdur  ki,  Zəngəzurun  qalan  hissəsinin 
əhalisi  onlarla  birləşsin.  Bu  fikri  Azərbaycan  Respublikası 
Prezident Aparatının Siyasi Sənədlər arxivi fond 1, siyahı 2, iş 
105 qrifi ilə qorunub saxlanan arxiv sənədi təsdiq edir. Yoxsa 
500-600  silahlı  atlı  ilə  Bəhlul  əfəndi  Azərbaycana  necə 
meydan oxuya bilərdi?! Əlbəttə  ki, onun arxasında güclü bir 
dövlət durmasaydı. Günlər keçdikcə Bəhlul əfəndinin və Qoçu 
Təhməzin  tərəfdarları  artmağa  başladı.  Qəza  hakimiyyəti 
tamailə  Bəhlul  əfəndi  və  Qoçu  Təhməzin  hakimiyyəti  altına 
düşdü. Bu hadisələri öz gözləri ilə görən kənd ağsaqqalı Şəmil  
kişinin  oğlu  İman  müəllim    şəxsi  görüşümüzdə  atasının 
xatirələrini əsas götürərək bir daha bildirdi ki, deyilənlərə görə 
Qəzada 
otuz 
bir 
gün 
haki- 
miyyət  Bəhlul əfəndi  ilə Qoçu Təhməzin  hakimiyyəti altında 
olub. 
Vəziyyətin  nəzarətdən  çıxdığını  və  getdikcə  Bəhlul  əfən- 
dinin dini çağırışlarına səs verənlərin sayının artması mərkəzi 
hakimiyyəti  qorxuya  salmışdı.  Bu  hadisə  tarixə  Xanlıq  üsya- 
nı  adı  altında  daxil  olmuşdur.  Həmin  tarixi  hadisənin  işti- 
rakçılarından  biri  olan,  hadisələr  zamanı  qəza  mərkəzindən 
qovulan  rəhbər  işçilərin  arasında  olan  Nəzər  Heydərov  öz 
kitabında  hadisələri  təhrif  edərək  belə  qələmə  verir:  “Bəhlul 
Əfəndi Qoçu Təhməzin rəhbərlik etdiyi hərbi qüvvələrlə qəza 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
173 
 
173 
mərkəzi  olan  Xanlığı  tutur.  Qəzanın  bütün  rəhbərləri  qəza 
mərkəzindən  qovulur.  Qoçu  Təhməz  qəza  mərkəzini  götür-
dükdən sonra bir-neçə silahlı atlı ilə mənim evimi mühasirəyə 
almışdı.  Qoçu  Təhməz  ancaq  bilmirdi  ki,  mən  qaçıb  canımı 
qurtarmışam”.  Göründüyü  kimi,  Nəzər  Heydərov  qaçdığını 
etiraf  edir,  amma  həmişə  olduğu  kimi  kimin  gəlib  bu  üsyanı 
yatırması barədə, Qoçu Təhməzi kimin öldürdüyü barədə heç 
nə  yazmır.  Bəs  əslində  hadisələr  necə  olmuşdu?  Bəyalı 
Safaoğlu  “Azərbaycan Gəncləri” qəzetinin  28 iyun 1990-cı  il 
tarixli nömrəsində çap olunmuş “Özümlə oynadığım şahmata 
güldüm...”  adlı  məqaləsində  Savalan  Şirinova  istinad  edərək 
yazır:  “Qubadlının  milis  idarəsinin  rəisi  vəzifəsindən  sonra 
onu  mərkəzi  Xanlıq  olmaqla  yeni  yaradılmış  hökümətdə  qə- 
zanın hərbi komissarı təyin edirlər. Aslan Sultanov məzuniy- 
yətdə  olarkən  qəzanın  mərkəzi  Xanlıq  kəndində  üsyan  baş 
verdi.  Yeni  hökümət  başçıları  qəza  mərkəzindən  qovuldular. 
Bu  xəbər  Aslan  bəyə  Mac  kəndində  çatdırıldı.  İstirahətdən 
yarımçıq qayıdıb zor gücünə üsyanı  yatırtdı.” Məqalədə haq- 
qında söhbət gedən Xanlıq üsyanına ümumi rəhbərliyi Bəhlul 
Əfəndi,  hərbi  qüvvələrə  başçılığı  isə  Qoçu  Təhməz  etmişdir. 
Həmin bu döyüşdə Aslan bəy Qoçu Təhməzi öldürərək üsyanı 
yatırtmış və yerli qəza hakimiyyətini bərpa etmişdir. 
Çətin vəziyyətə düşən mərkəz yeni bir hiyləyə əl atır. Mər- 
kəzdən Aslan bəyə yeni müraciətlər olmuş, Aslan bəylə danı- 
şıqlar  başlanmışdır.  Mərkəzi  hökumət  Aslan  bəyə  üz  tutaraq 
Azərbaycanın  parçalanmasının  qarşısının  alınmasında  kömək 
etməyi ondan xahiş etmişdir. Savalan Şirinovun dediyinə görə 
mərkəzi  hökumət  ehtiyat edirdi ki,  birdən Aslan bəy də qəza 
hakimiyyətini  faktiki  olaraq  əlinə  almış  Qoçu  Təhməzlə 
birləşə  bilər.  O  halda  qəzada  vəziyyət  daha  da  gərginləşər. 
Mərkəzdən gələn nümayəndələr o zaman qəza icraiyyə komi- 
təsinin  sədri  vəzifəsini  daşıyan  Hüsü  Hacıyevlə  görüşürlər. 
Hüsü  Hacıyevə  yaranmış  vəziyyəti  müzakirə  etmək  üçün 
Aslan bəyin qəza mərkəzinə çağrılmasını tövsiyə edirlər. Hüsü 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
174 
 
Hacıyev  isə  mərkəzdən  gələn  səlahiyyətli  adamlara  bil- 
dirir  ki,  biz  onu  bura  dəvət  etməliyik.  Aslan  bəy  bu  diyarın 
əfsanəvi  qəhrəmanıdır,  bir  barmağının  işarəsiylə  bizim  külü- 
müzü  göyə  sovurarlar.  Aslan  bəy  dəvəti  qəbul  edir  və  qəza 
mərkəzində danışıqlar başlayır. Mərkəzdən gələnlər vəd edir- 
lər  ki, hər şey ədalətlə həll olunacaq və Zəngəzur məsələsinə 
də yenidən ədalətlə baxılacaq. Şəxsən Nəriman Nərimanovun 
ona  müraciət  etdiyi  bildirilir:  “Aslan  bəy  Azərbaycanın 
parçalanmasının  qarşısını  almaq  üçün  bütün  hərbi  gücünüz- 
dən  və  nüfuzunuzdan  istifadə  etməyinizi  sizdən  xahiş  edi- 
rik”.Aslan  bəy  mərkəzin  bu  çağırışına  müsbət  cavab  verərək 
nəyin  bahasına  olursa  olsun  Azərbaycanın  parçalanmasının 
qarşısını almaq məqsədiylə özünə sadiq bütün hərbi qüvvələri 
ayağa qaldırdı və hərbi əməliyyat planını hazırladı. İlk olaraq 
Qoçu Təhməzin yanına bir-neçə adam göndərdi və bildirdi ki, 
müqavimət  göstərmədən  ona  qəza  mərkəzindən  çıxıb  getmə- 
yini məsləhət görür. O Qoçu Təhməzə başa salmağa çalışır ki, 
bu  gün  heç  bir  ad  altında  Azərbaycanın  parçalanmasına  yol 
vermək  olmaz.  Aslan  bəy  Qoçu  Təhməzə  vaxtilə  səmimi 
münasibətdə olduqlarını xatırladaraq əvvəlcədən onun yanına 
adamlarını  göndərməyə  üstünlük  vermişdir.  Ancaq  Qoçu 
Təhməz  onun  təklifi  ilə razılaşmamış  və  cavab  olaraq  bildir- 
mişdir  ki,  “Aslan  bəy  mənim  də  sizə  böyük  hörmətim  var, 
ancaq təəsüf ki, bundan sonra yollarımız ayrıldı. Bu yolda ya 
sənə verən Allah, ya da mənə...!” 
Qoçu  Təhməzin  bu  hərəkəti  onun  sonrakı  faciəsi  ilə 
nəticələnmişdi.  Aslan  bəy  dərhal  hərbi  qüvvələri  səfərbər 
edərək qəza mərkəzi olan Xanlığa hücum edir. Ağır döyüşlər 
başlanır. Aslan bəy çox keçmədi ki, ona hücum edərkən uzaq 
məsafədən sərrast atəşlə Qoçu Təhməzi alnından vurdu. Qoçu 
Təhməz  isə  can  üstə  olduğu  halda  ətrafındakılardan  xahiş 
etmişdir ki, mənin xahişimi Aslan bəyə çatdırın. Bu xahiş də 
ondan ibarət  idi ki,  Qoçu Təhməz Aslan bəydən xahiş  edirdi 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
175 
 
175 
ki,  məni  özünüz  dəfn  edin,  gədə-güdə  məni  atın  quyruğuna 
bağlayıb  sürüyüb  beiman  etməsin”.  Qoçu  Təhməz  əslində 
Aslan  bəyin  şəxsiyyətinə  yaxından  bələd  olduğu  üçün  bu 
müraciəti  ona  etmişdi.  Qoçu  Təhməzin  vəsiyyəti  Aslan  bəyə 
çatan  kimi  dərhal  göstəriş  veririr  ki,    onu  bütün    qayda-qa-
nunlara  əməl  olunaraq  hörmətlə  torpağa  tapşırsınlar.  Baxma-
yaraq ki, Qoçu Təhməz hücum etdiyi zaman ilk güləni Aslan 
bəyə  özü  atıbmış.  Ancaq  Aslan  bəyin  fitri  hərbi  istedadı  bu 
dəfə  də  onu  xilas  etmişdi.  Qoçu  Təhməz  ilk  gülləni  atsa  da 
Aslan  bəy  atın  altından  fırlanıb  çıxaraq  Qoçu  Təhməzi 
alnından vurmuşdu. 
Aslan  bəyin  Qoçu  Təhməzi  dəfn  etdirməyi  Zəngəzur 
qəzasında  əhali  arasında  birmənalı  qarşılanmamışdı.  Əslində  
onun bu əməli bəyliyin, kişiliyin, mərdliyin fəlsəfəsini açırdı. 
Beləliklə,  Xanlıq  üsyanı  da  Aslan  bəyin  hərbi  gücü  və 
taktikası əsasında dəf edilir və qəzada hökumət bərpa olunur. 
Bu  hərəkatı  yatırdığına  görə  mərkəz  tərəfindən  Aslan  bəy 
mükafatlandırılır. Ancaq əfsuslar olsun ki, əlimizdə olan arxiv 
sənədləri təsdiq etdiyi kimi, Aslan bəyin əmisi oğlu və qəzada 
kommunist  rəhbərlərindən  biri  olan  Abbas  Sultano- 
vun mərkəzə göndərdiyi yazılı məlumatlarda bu  üsyanı məhz 
Aslan  bəyin  yatırdığı,  üsyanın  rəhbəri  Qoçu  Təhməzin    şəx- 
sən Aslan bəy tərəfindən öldürüldüyü barədə heç nə yazılmır. 
Abbas  Sultanov,  Nəzər  Heydərovun  bu  hərəkətləri  Çingiz 
İldırımın xeyir-duası ilə olsa da əslində bu bizim gerçək tari- 
ximizə qarşı xəyanət idi. Başqa sözlə desək
bu  növbəti  dəfə  “şirlərin  ovuna  çaqqalların  sahib  çıxması” 
demək idi. 
Nəzər  Heydərov  kitabında  yazır:  “Döyüş  zamanı  Qoçu 
Təhməz  bizim  tərəfə  hücuma  keçərkən  döyüşçülərimiz 
tərəfindən  vuruldu  və  çox  keçmədi  ki,  ağ  atın  belində  həlak 
oldu”. İnsan vicdanına nə qədər xəyanət edər, nə qədər yalan 
danışar? Belə yerdə deyirlər ki, “Utanmasan oynamağa nə var 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
176 
 
ki?” Göründüyü kimi Aslan bəyin bu xidmətinin də üstündən 
xətt  çəkərək  bunu  öz  adlarına  çıxarırlar.  Hansı  ki,  Nəzər 
Heydərov  kitabında  səhifə  176-da  döyüş  zamanı  qaçıb 
gizləndiyini  özü  də  etiraf  edir.  Bəs  nədən  Nəzər  Heydərov 
onun qaçıb gizləndiyi vaxtda kimin gəlib hərəkatı yatırmağını 
və Qoçu Təhməzi kimin vurduğunu yazmır? Bu dəstənin fəal 
üzvü Savalan Şirinov 1984-cü ildə Qubadlıdakı məktəbin 100 
illik  yubuleyində  iştirak  edərkən  bu  üsyanın  Aslan  bəyin 
yatırdığını,  eyni  zamanda  üsyana  rəhbərlik  edən  Qoçu 
Təhməzi  şəxsən  öldürməsini  bütün  rayon  ictimaiyyəti 
qarşısında  bəyan  etmişdir.  Bu  barədə  lent  yazısı  da  olub  və 
çox  əəsüf  ki,  hal-hazırda  həmin  lent  yazısının  axtarışları  bir 
nəticə vermir. 
Aslan  bəyin  bu  fəaliyyətini–Azərbaycanın  parçalanma-
sının  qarşısını  almasını  da  yetərli  kompariya  üzvləri  öz 
fəaliyyətləri  kimi  qələmə  veriblər.  Bu  yerdə  zamanın  süzgə- 
cindən  keçərək  zərb  məsələ  çevrilmiş  bir  fikri  xatırlamaq 
yerinə  düşər:  “Kimin  kim  olduğunu  yalnız  zaman  və  tarix 
təyin  edir.  Heç  bir    hakimi-mütləq,  heç  bir  məhkəmə  kimin 
kim olduğunu təyin edə bilməz. Kimin qəhrəman, kimin xain 
olduğunu ancaq və ancaq tarix və zaman  müəyyən edir”. Bu 
hadisələrə  bu  günün  prizmasından  baxdıqda  bu  sözlərin  nə 
qədər  həqiqət  olduğunun  şahidi  oluruq.  Zaman  və  tarix  o 
qəhrəmanları ittiham edənlərin bu gün özlərini ittiham edir. 
 
**** 
Aslan  bəyin  Zəngəzur  mahalı  ilə  bağlı  həyat  və  fəaliyyəti 
dövrü  o  qədər  marqlı  və  diqqətiçəkəndir  ki,  həmin  hadisələr 
haqqında arxiv materialları və faktlarla danışmadıqda hər şey 
əfsanəyə oxşayır. 
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi  Sə- 
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 108-də  diq- 
qəti çəkən və 1920-ci ilin yazına aid olan bir arxiv sənədi var. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
177 
 
177 
Həmin  arxiv  sənədinin  qısa  mətni  ilə  sizi  tanış  etməık  istə- 
yirik: “Qarabağ. Mayın 25 DRO Andronikin əmri ilə (daşnak 
generalı Dro) Qarabağdan Zəngəzura hərəkətə keçdi. ” 
Məlum məsələ idi ki, o zaman Andronikin birbaşa əmri və 
təlimatı olmadan heç bir daşnak generalı müstəqil qərar qəbul 
edə  bilməzdi.  Dronun  Qarabağdan  Zəngəzura  getməyinin  də 
səbəbi  daşnak  qüvvələrinin  daha  da  gücləndirmək  üçün  Zən- 
gəzurdakı  daşnak  hökümətinin  başçısı  general  Nijde  ilə 
qüvvələri birləşdirmək və birgə fəaliyyət göstərmək idi. 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin