Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
256 
 
– Sizin nəsliniz çox qədim nəsildir. Siz Hüseynqulu Sulta- 
nın nəslindənsiniz. Əslin danan  haramzadadır. Nə qədər gec 
deyil  səhvinizi  düzəldin.    Sizdən  çox  şey  tələb  olunmur.  Siz 
bir-neçə  kənddə  iclasda  çıxış  edib  kəndlilərə  deməlisiz  ki, 
bolşeviklərə  qoşulmaqda  səhv  eləmisiz.  Mən  sizi  öyrətmək 
istəmirəm.  Necə  danışmağı  siz  məndən  yaxşı  bilirsiz.  Bu 
deduklərimi  eləsəniz  sizi  buraxaram  ,  üstəlik  də  nə  istəsəniz 
verərəm. 
... Bəy yaxın adamlarından birini, seyid Həmidi yanına ça- 
ğırdı, ona tapşırıqlar verdi, o da bəyə nəsə cavab verərkən bəy 
ona dedi: 
-Siz nə bacarıqsız adamsınız! Yoxsa sən də bu ağılsız  Ab- 
bas kimi əslini danmısan?”. 
 
səh 213 
O  dövrdə  qaçaqçılıq  və  yerli  müqavimət  hərakatı  elə  bir 
məcraya  çatdı  ki,  bu  müqavimət  qarşısında  tab  gətirə  bilmə- 
yən mərkəz geri addım atmaq məcburiyətində qaldı. 
Zəngəzur  verilən  zaman  başlanan  müqavimət  hərəkatının 
və  tökülən  şəhid  qanlarının  alovlanaraq  Qarabağda  və  digər 
bölgələrdə  geniş  vüsət  alması  barədə  ictimaiyyətə  bu  vaxta 
qədər kifayət qədər həqiqətlər çatdırılmayıb. Azərbaycan xalqı 
bilməlidir  ki,  1988-ci  ilə  qədər  Azərbaycanın  tərkib  his- 
səsi  sayılan  və  o  illərdə  növbəti  xəyanət  dalğasının  qurbanı 
olan Qarabağ tökülən şəhiq qanları, Aslan bəy və onun silah- 
daşları  kimi  xalq  qəhrəmanlarının  ölüm-dirim  mücadiləsi  sa- 
yəsində Azərbaycanın tərkibində qalmışdır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
257 
 
257 
Azərbaycan  Respublikası  Prezident  aparatının  Siyasi 
Sənədlər Arxivi, fond 246, siyahı 1, saxlama vahidi 127 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
258 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
259 
 
259 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
260 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
261 
 
261 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
262 
 
**** 
səh 215 
Kitabın bu səhifəsində diqqəti çəkən bir məqam var. Nəzər 
Heydərov  yazır  ki:  “Molla  Məhəmməd  atı  qapıda  bağlayıb 
içəri  girəndə  Zəngəzurun  erməni  tərəfinin  komissarı  Arme- 
nak Qaragözov Tatdərə kəndliləri ilə söhbət edirdi: 
-İşlər pisdir, Armenak! 
-Nə  var,  Abbas  Sultanova  nə  olub?  Hələ  də  quldurun 
(laçınlı  Sultan  bəyin)  əsiridir?  Onu  iki  dəfə  güllələməyə 
aparıblar, amma güllələməyiblər.  
-Bəs Vəliyev, Musayev haradadır? 
-Onlar məni Biləvli meşəsində gözləyirlər.  
-Bilirsən  nə  var?  Mən  elə  bu  gün  Sultan  bəydən  tələb 
edəcəyəm  ki,  Abbas  Sultanovu  azad  etsin.  Ancaq  gözləyin, 
Sultan bəyin adamları Abbas Sultanovu yolda öldürə bilərlər! 
Seyid  Həmid  Abbas  Sultanovu  dilə  tutduğu  vaxt  Sultan 
bəyin  yanına  bir  atlı  gəlib,  Zəngəzurun  erməni  tərəfinin  föv- 
qəladə komissarının tələbnaməsini ona verdi. Komissar Qara- 
gözov  yazmışdı:  “Abbas  Sultanov  üçün,  indi  bizdə  olan 
Xosrov  bəy  Sultanov  (qardaşı)  başda  olmaqla,  bütün  qohum-
əqrabanızla cavab verməli olacaqsız!” 
Komissarın hədəsi bəyi doğrudan da qorxutdu...” 
Burdan belə bir sual çıxır ortalığa; Zəngəzurun Ermənistan 
tərəfinin  fövqəladə  komissarı  olan  Armenak  Qaragözovgilin 
əlində  girov  olan  Xosrov  bəy  Sultanovu  və  onun  girovluqda 
olan qohum-əqrabasını görəsən kim xilas etdi? 
Bu  yerdə  kitabın  46-cı  səhifəsindəki  bir  məsələyə  bir  də  
diqqət yetirək, Nəzər Heydərov:- “Nəzərə alın ki, daşnaklar və 
müsavatçılar  bolşevik  sözünün  özünü  belə  eşitmək  istə- 
mirlər.  Siz  yəqin  ki,  bilirsiniz,  daşnaklar  Gorusda  Armenak 
Qaragözovu  həbs  edib  vəhşicəsinə  işgəncə  veriblər.  Biz  çox 
böyük çətinliklə onu qurtara bildik,”- yazır.  
Kitabın  127-ci  səhifəsində  yazılır  ki:  “Mən  irəlidə  “Qəza 
Partiya Komitəsi” deyəndə indi oxucu elə düşünə bilər ki, bu 
komitə  qəza  şəhərinin  gözəl  binalarından  birindəydi.  Onun 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
263 
 
263 
neçə-neçə  otağı,  şöbələri  vardı.  Hər  gün  ora  saysız-hesabsız 
məktublar gəlirdi. Ancaq  belə deyildi. Qəza komitəsinin bü-
tün  vacib  sənədləri  bir  qovluğun  içində  saxlanılırdı.  Biz  onu 
özümüzlə kəndbəkənd gəzdirirdik.  
Qəza komitəsinin heç otağı da yox idi. Katib, qəza komitə- 
sinin  üzvləri,  təlimatçılar  və  operativ  tapşırıqları  yerinə  yeti- 
rən  digər işçilər (onlar 20 nəfər idilər) Əbilcə kəndində Hacı  
Teymur bəyin evində bir otaqda yaşayırdılar”. 
Göründüyü kimi bu yerdə Nəzər Heydərov hissə qapılaraq 
qəza  komitəsinin  hansı  vəziyyətdə  fəaliyyət  göstərməsini  və 
komitənin  hansı  gücə  qadir  olduğunu  öz  fikirləri  ilə  təsdiq 
edir. Belə olan halda heç bir gücü olmayan kommunist parti- 
yası  üzvləri  Ermənistanın  içindən  daşnaların  həbs  etdiyi 
Armenak  Qaragözovu  necə  gedib  xilas  edə  bilərdilər?  Bu 
eyniylə  Bəhlul  əfəndi  hərəkatı,  yəni  Xanlıq  üsyanı  zamanı 
özünün də kitabda səhifə 176-da etiraf etdiyi kimi, Qoçu Təh- 
məz  gəlib  Xanlığı  alıb  və  bütün  qəza  rəhbərlərini  qəza  mər- 
kəzindən  qovub,  sonra  da  bir-neçə  atlı  göndərərək  Nəzərin 
evini  mühasirəyə  alıb.  Həmin  yerdə  Nəzər  Heydərov  özü 
etiraf  edirdi  ki,  “Qoçu  Təhməz  bilmirdi  ki,  mən  artıq  qaçıb 
canımı  qurtarmışam”.  Göründüyü kimi,  çətin anlarda, döyüş- 
mək,  vuruşmaq  lazım  olduğu  məqamlarda  həmişə    qaçmağa 
üstünlük verən Nəzər Heydərov sonra yazır ki,  guya kommu- 
nistlər  güc  toplayıb,  Qoçu  Təhməzə  qarşı  müqavimət  göstə- 
riblər və kimsə Qoçu Təhməzi güllə ilə vurub və o da ağ atın 
belində,  bir  qədər  sonra  aldığı  yaradan  ölüb.  Halbuki  dövrü- 
nün  qoçusu  Təhməzi  əvvəllərdə  qeyd  etdiyimiz  kimi  Aslan 
bəy Sultanov güllə ilə vurmuşdu. 
Qoçu  Təhməz  hərəkatını  böyük  ustalıqla  öz  adına  çıxar- 
mağa çalışan Nəzər Heydərov  yenə böyük məharətlə, öz ya- 
lançı  istedadı  ilə  oxucunu  aldatmağa  çalışır  ki,  guya  Ermə- 
nistanın  içindən  Armenak  Qaragözovu  da  o  xilas  edib...  Bu 
hadisənin  reallığını  təsdiq  edən  Savalan  Şirinov  və  digər 
şahidlər təsdiq edirlər ki, A.Garagozovu xilas edən şəxs qəza- 
da xüsusi hərbi gücü olan Aslan bəy Sultanov olub və o xüsusi 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
264 
 
əməliyyat təşkil edərək Armenakı azad edib. Nəzər Heydərov 
kitabında  özü  yazır  ki,  daşnak  generalı  Dro  Arme- 
nak  Qaragözovun  atası  Mkrtıç  Qaragözovu  hər  kəsin  gözü 
qarşısında  güllələmişdi.  Bundan  sonra  o  Armenakın  axtarışı- 
na başladıqda Armenak o vaxt Zəngəzurun Ermənistan tərəfi- 
nin  milis  rəisi  Makar  Aqababovla  birlikdə  qaçaraq  Azər- 
baycan  tərəfinə  keçmişdir.  Çünki  onların  sığınmağa  başqa 
yerləri yox idi, o zaman Ermənistanda daşnak hökuməti hökm 
sürürdü.  Azərbaycan  tərəfin  hərbiçiləri  onları  saxla- 
yarkən  Armenak  deyib  ki,  məni  Aslan  bəyin  yanına  aparın, 
mənim  ona  vacib  sözüm  var.  Aslan  bəy  bu  barədə  xəbər 
tutduqda hərbiçilərə göstəriş verib ki, gedin baxın görün onun 
üzündə  böyük  qara  xalı  varsa  gətirin  yanıma.  Hərbiçilər 
təkrarən  onların  yanına  qayıdırlar  və  A.Qaragözova  deyirlər 
ki,  üzünü  aç  baxaq.  A.Qaragözov  çaşıb  qalıb  və  soruşub  ki, 
niyə üzümü açım. Hərbiçilər deyiblər ki, baxaq görək üzündə 
yekə  xalın  var  ya  yox.  Armenak  Qaragözov  gülümsəyərək 
vəziyyəti başa düşüb və bilib ki, artıq Aslan bəyin xəbəri var. 
O  üzündəki  xalı  açıb  göstərir,  hərbçilər  onun  üzündəki  xalı 
görən  kimi  deyirlər  ki,  gedək  Aslan  bəyin  yanına.  Hətta  bu 
fikrin  doğruluğunu  təsdiq  edən  və  mətbuatda  gedən  bir  faktı 
sizin nəzərinizə çatdırmaq istəyirik. 
1984-cü  ildə,  Həsən  bəy  məktəbinin  100  illiyi  tədbirində 
iştirak  edən  ümumittifaq  əhmiyyətli  fərdi  təqaüdçü  Savalan 
Şirinov  erməni-azərbaycan  dostluğuna  misal  gətirərək  yazır 
ki,  erməni-azərbaycan  dostluğuna  misal  Makar  Aqababovla 
(Zəngəzurun  Ermənistan  tərifinin  milis  idarəsini  rəisi)  Aslan 
bəy Sultanovun dostluğunu göstərmək olar. Eyni zаmanda da 
yazır  ki,  Armenak  Qaragözla  da  Nəzər  Heydərovun  dostlu- 
ğunu  misal  göstərmək  olar.  Bu  fikir  bir  daha  təsdiq  edir  ki, 
M.Aqababovu  da,  A.  Qaragözovu  da  Aslan  bəy  Dronun  cay- 
nağından  xilas  etdikdən  sonra  onların  ikisi  də  Aslan  bəyin 
kəşfiyyatına  işləyiblər.  Çünki  onlar  kommunist  olduqlarına 
görə daşnaklar həm də onların düşmənləri idi. Armenakın da 
atasını  Dro  güllələmişdi  və  Armenak  üçün  daşnaklar  bağış- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
265 
 
265 
lanılmaz  düşmən  hesab  edirlirdi.  Elə  ona  görə  də  onlar  çətin 
günlərində daşnakların qənimi olan Aslan bəyə sığınmışdılar, 
Aslan  bəy  o  vaxtlarda  qəza  milis  idarəsini  bir  güclü,  döyüş 
qabiliyyətli  orduya çevirmişdi.  Elə ona görə də  Savalan  Şiri- 
novun  və  qeyri  ağsaqqalların  dediklərinə  görə  o  vaxt  Arme- 
nak  Qaragözovgilin  əlində  girov  olan  Laçınlı  Sultan  bəıyin 
qardaşı Xosrov bəy Sultanovu  da Aslan bəy xilas edib. O nu 
da  qeyd  etmək  yerinə  düşər  ki,  1920-ci  ildə  Xosrov  bəy 
Sultanovun,  Sultan    bəy  Sultanovun,  Yüzbaşı  Babanın    və 
qeyrilərinin  İran  sərhəddindən  keçərək  həyatlarının  xilas 
olunmasına  Aslan bəy səbəb olmuşdur. Çünki həmin zaman- 
lar  hakimiyyət  Aslan  bəyin  əlində  olmuşdur,  o  cümlədən  35 
km-lik  İran  sərhəddinə  rəhbərlik  edən  Əli  bəy  Xoramanski 
Aslan  bəyin  köməkçisi  və  sərhəd  yanı  IV  sahənin  rəisi 
olmuşdur.  Aslan bəy Əli bəy Xoramanskiyə göstəriş vermiş- 
dir ki, bu insanların İran  sərhəddindən təhlükəsiz  və manesiz 
İrana    keçməsi  üçün  şərait  yaratsın.  Beləliklə,  zamanında 
müəyyən  xidmətləri  olmuş  çoxlu  insanların  Aslan  bəy  bu 
yolla həyatını xilas etmişdir.  
Adi bir təhlükə olduqda özünün kitabda yazdığı kimi qaçıb 
gizlənməyə  üstünlük  verən,  hətta  Calal  bəy  onun  atasını, 
bacısını  şillələdiyi  zaman  qaçıb  kolun  arxasında  gizlənən 
Nəzər  Heydərov  utanmadan  başqa  fəsillərdə  Aslan  bəyin  bü-
tün xidmətlərini gizlinə sıxışdırılmış kommunistlərin aya-ğına 
yazmağa,  özünün  şəxsi  şücaətləri  kimi  qələmə  verməyə 
çalışır. Hansı ki, Nəzərin fikirlərinə istinad edərək bizə məlum 
oldu ki, kommunist partiyasının bircə qovluğu olub və bəyləri  
sinfi  düşmən  kimi  görməyə  gözü  olmayan  kommu-nistlər 
Əbilcə  kəndində  Hacı  Teymur  bəyin  evindəki  bir  otağa 
sığınıblar.  Həyasızlığın  bundan  böyük  nümunəsi  olmur.  Bu 
insan  özü-özünü  işfa  etməklə,  öz  simasını,  daha  doğrusu 
simasızlğını ortaya qoymaqla məşğul imiş.  
Bu  məsələləri  müqayisəli  şəkildə  oxucuların  nəzərinə  çat- 
dırmaqla  onu  demək  istəyirik  ki,  Nəzər  Heydərov  kitabda  o 
dövrdə Zəngəzurda və onun ətrafında baş verən bir sıra əksər 
hadisələrə  toxunsa  da,  o  hadisələri  tamamilə  saxtalaşdırıb, 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
266 
 
tarixi  şəxsiyyətlərin  xidmətlərini  kommunistlərin  öz  adlarına  
çıxarıb,  özlərini  həmin  dövrün  və  baş  verən  hadisələrin  əsas 
fiqurları kimi qələmə verməyə çalışıb. Çox güman bu da   on- 
dan irəli gəlirdi ki, Nəzər Heydərov və onun əqidə qardaşları 
gündən-günə  qüdrətlənən  sovet  hökumətinin  nə  vaxtsa  
dağılacağını  ağıllarına  da  gətirməyiblər  və  düşünüblər  ki, 
arxivlər  heç  vaxt  açılmayacaq,  ya  da  ki,  arxayın  idilər  ki, 
rəhbərlik  göstəriş  verib  Aslan  bəyin  xidmətlərini  təsdiq  edən 
arxiv  sənədlərini  məhv  edəcəkdir,  onlar  da  öz  yalançı 
qəhrəmanlıqlarının pərdəsi altında yaşaya biləcəklər.   
Nəzər Heydərov baş verən hadisələrin 1920-1921-ci illərdə 
cərəyan  etməsi  haqqında  kitabında  yazır,  lakin  nədən- 
sə  həmin  illərdə  qəzada  hakimiyyətin  başında  Sultanovların 
dayandığını,  Aslan  bəyin  bütün  Qarabağın  və  Zəngəzurun 
fövqəladə komissarı olmağını, əmisi oğlu Xudabaxış Sultano- 
vun  qəza  inqilab  komitəsinin  sədri  olmasını,  bir  sözlə  Sul- 
tanovların bütün hərbi gücün və hakimiyyətin başında dayan- 
dıqları haqqında bir sətir belə yazmır. Yalnız Savalan Şirinov 
1982-ci  ildəki  söhbətində  bir  yerdə  deyirdi  ki,  1921-ci  ildə 
qəza  milis  idarəsinin  rəisi  Aslan  Sultanov  gəlib  bizi  daşnak 
təcavüzündən xilas etdi. 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
267 
 
267 
Xatirələr...  Xatirələr...  Xatirələr... 
 
Bu  fəsildə  arxiv  sənədləri  və  əldə  etdiyimiz  digər 
sənədlərdən  kənara  çıxaraq  hadisələrin  birbaşa  şahidləri 
olmuş,  müxtəlif  insanların  xatirələri  və  şifahi  danışıqlar 
əsasında əldə etdiyimz materialları təqdim etməyə çalışacağıq.  
İlk  olаraq  isə  sizə  Елбрус  Шащмарын  «Ханиманым  Гу- 
бадлы»  китабында  23-жц  сящифядя  Аслан  бяй  Султанов  щаг- 
гында йаздыьы йазыны тягдим едирик: 
Аслан  бяй  Кярбялайи  Щцсейн  оьлу  Султанов  барядя,  яс- 
линдя о, бюйцк бир йазынын гящряманыдыр. Анжаг барясиндя о 
вахт  мялумат  алдым  ки,    артыг  щямин  вахт  китаб  чапда  иди. 
Еля билирям буна эюря онун рущу мяни баьышлар. 
Аслан  бяй  Султанов  1889-жу  илдя  Губадлы  гязасынын 
Щажылы  кяндиндя  анадан  олмушдур.  Сонралар  атасы  Кярбя- 
лайы Щцсейн бяй Эорусун Мач кяндини щюкумятдян алыб вя 
орада  йашайыб.  Лакин  бир  мцддятдян  сонра  ермяниляр  бу 
аилянин  орада  йашамасына  имкан  вермяйибляр.  Она  эюря 
кярбялайы  Щцсейн  бяй  Чардахлы  кяндинин  йахынлыьында  олан 
Гараьаж кяндиня кючцр.  
Аслан бяйин эянжлик илляри бцтцнлцкля, ермянилярля саваш- 
да кечиб. Онун тяшяббцсц иля жамаат сярщядя йахын олан бир 
нечя  кянддя  истещкамлар  гурур,  сянэярляр  йарадыр.  Аслан 
бяй  мярд  вя  жясарятли,  ейни  заманда  касыблара,  ялсиз-
айагсызлара  щямишя  кюмяк  ялини  узадыб.  Щямишя  касыбларын 
тяряфини  сахлайыб  вя  щямишя  онлары  юзцня,  юзцнц  дя  онларa 
арха-дайаг билиб. 
Илк  дяфя  атам  Шащмардан,  сонра  щямкарым  вя  достум 
Бахшейишин  атасы,  йашы  100-ü  щагламыш  Мащрузлу  кяндиндян 
олан Яли Бахшяли оьлундан ешитмишям. 
О,  Азярбайжан  Демократик  Республикасы  заманы  йцз- 
башы, пристав, вя гяза ряисинин щярби мясяляляр цзря мцавини 
олуб.  Совет  щюкумятинин  илк  илляриндя  ися  Губадлы  гязасы- 
нын  илк  милис  ряиси,  Ханлыг  гязасынын  щярби  комиссары,  Шуша 
даирясинин  милис  ряиси  вязифяляриндя  ишляйиб.  ХЫ орду  Зянэя- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
268 
 
зура  эяляркян  ХЫ  орду  иля  бирляшяряк  ермяни  дашнакларына 
гаршы гящряманлыгла вурушур вя гызыл медала лайиг эюрцлцр. 
Qubadlıdakı  Həsən  bəy  məktəbinin  (orta  məktəbin)  son 
illərə  qədər  direktoru  olmuş,  xidmətləri  dövlət  tərəfindən 
qiymətləndirilərək  Tərəqqi  medalı    ilə  təltif  edilmiş,  əqidəli 
insan,  gözəl  pedaqoq,  el  ağsaqqallarından  biri,  hələ  arxiv 
sənədlərinə gedən qapılar bağlı olduğu dövrlərdə Aslan bəyin 
fəaliyyətinin  tədqiqi  ilə  məşqul  olan,  bu  yolda  bir  sıra  çətin- 
liklər  çəkən,  atası  Aslan  bəylə  şəxsən  yaxın  olan  Nuşirəvan 
Əsədovun xatirələrini təqdim edəcəyik. 
Nuşirəvan müəllim deyirdi ki, tariximizdə elə şəxsiyytələr 
olub ki, onlar öz xoşbəxtliklərini, ailə həyatını, hətta öz canını 
belə  xalq  yolunda  qurban    verib  əvəzində  isə  heç  bir 
təmənnada  olmayıblar.  Belə  şəxsiyyətlərdən  bəziləri  nəinki 
tarixdə öz layiq olduğu yerini tutmuş, hətta tarixdən silinmək 
təhlükəsi  ilə  üzləşmişlər.  Böhtanlar,  represiyalar  belə  şəxsiy- 
yətlərin  gənc  nəslə  tanıtdırılmasının  qarşısını  almış,  onların 
layiq olduqları qiyməti almalarına mane olmuşdur. 
DTK  xofundan  qurtula  bilməyən  tədqiqatçılarımız  əksər 
hallarda  belə  adamlar  haqqında  söhbət  açmaqdan  çəkinmiş, 
necə  deyərlər  “ağrımayan  başlarını  ağrıtmaq”  istəməmişlər. 
Ona  görə  də  belə  adamları  üzə  çıxarmaq,  onları  gənc  nəslə 
tanıtdırmaq,  göstərdikləri  qəhrəmanlıqlar  haqqında  məlumat 
vermək bizim hər birimizin ən şərəfli işi olmalıdır.  
Nuşirəvan  Əsədov  da  vaxtilə  DTK  arxivinıə  müraciət 
etmiş,    Aslan  bəy  Sultanovun    tam  günahsız  olduğuna  əmin 
olduqdan sonra, onun haqqında ilk dəfə 1982-ci  ildə mətbuat 
səhifələrində  yazılar dərc edilmiş, ona layiq  olduğu qiymətin 
verilməsinə təşəbbüs göstərmişdir.  
Mac  kəndi  Aslan  bəyin  atasının  olmuşdur.  Nuşirəvan 
müəllim həmin kənd haqqında  deyir ki, Kiçik Qafqaz dağla- 
rının  Ermənistan  ərazisinə  düşən  hissəsində,  Ağbulaq,  Şam- 
sız, Qurdqalaq, Mac, Danzaver (Armudluq)  adlı Azərbaycan 
kəndləri  yerləşir. Bu kəndlərdə  Ağbulaq, Şamsız, Qurdqalaq 
kəndləri  1988-ci  ilə  kimi  öz  kəndlik  simasını  qoruyub 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
269 
 
269 
saxlamış,  Danzaver  Erməni  kəndinə  çevrilmiş,  vaxtilə  bizim 
kəndimiz  olan  Armudluq  erməniləşdirilərək  Danzaver  kəndi-
nə  çevrilmiş,  Mac  kəndi  isə  yer  üzündən  silinmişdir.  Tarix- 
dən də məlumdur ki, Mac və Armudluq (erməniləşərək Dan- 
zaver  olmuş)  kəndlərinin  bütün  əhalisi  yalnız  azərbaycan- 
lılardan  ibarət  olmuş,  yalnız  1920-ci  ildən  sonra  Armudluq 
kəndi  tamamilə  erməniləşdirilərək  Danzaver  adını  almışdır. 
“Dansa”  sözü    elə  ermənicə  “armud”  deməkdir  və  ermənilər 
bu kəndin adını tərcümə edərək erməniləşdirmişlər. Bir də onu 
demək lazımdır ki, Macla Armudluq kəndinin arasında cəmisi 
üç kilometrə yaxın  məsafə olmuşdur. Mac kəndi Aslan bəyin 
atası Kərbəlayi Hüseyin bəyə məxsus olmuş, Armudluq kəndi 
isə 
Aslan 
bəyin 
əmisigillərə 
məxsus 
olmuş- 
dur.  Ermənilər  Armudluq  kəndinin  bəylərinin  mülklərinə 
sahib  olmuş,  Mac  kəndi  isə  dağıdılaraq  ərazisi  Armudluq  və 
Kürdlük kəndləri arasında bölüşdürülmüşdür. 
Mac  kəndi  o  yerlər  üçün  xarakterik  olmayan  böyük  bir 
düzəngahın  ərazisində  salınmışdır.  Ermənilər  qorxurdular  ki, 
nə vaxtsa Aslan bəy  qayıdıb kəndi geri ala bilər. Ona görə də 
ermənilərə  xas  olan  bir  hiyləgərliklə  Mac  kəndində  olan  bü- 
tün  tikililəri    söküb  dağıtmış,  ərazisini  isə  iki  kənd  arasında 
bölmüşlər. Baxmayaraq ki, Mac kəndi yaşayış üçün ətrafdakı 
kəndlərdən daha əlverişli idi. Macın  sol  sahilində kəndin  hər 
yerini su ilə təmin edən kiçik çay axır, ön tərəfdə isə Ağa çayı 
adlanan və Çayzəmi deyilən böyük çay axırdı. 
Qeyd etdiyim kimi kəndin qarşısında o relyef üçün az qala 
möcüzə  sayılan  geniş  bir  düzəngah  var  idi  ki,  1988-ci  ilə 
qədər  ora  Macın  düzü  deyirdilər.  Kəndi  su  ilə  təmin  edən 
kiçik  çayın  kənarında  bir  bulaq  axır,  adına  Lələm  bulağı 
deyirmişlər.  Yayın  istisində  barmağını  onun  içində  saxlasan 
donardı.  Mac  kəndinin  qarşısında  bir  Alban  kilsəsi  var  idi, 
ermənilər  onu  erməniləşdirib  qoruyub  saxlamışdılar.  Mac 
kəndində  1970-ci  illərdə  bir  otaq  və  böyründə  bir  uçurulub 
dağıdılmış bir tikili qalmışdı.  
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
270 
 
**** 
Qubadlı  ağsaqqallarının  sinəsi  Aslan  bəylə  bağlı  xatirə- 
lərlə  dolu  idi,  onlar  bəzən  bu  xatirələri  göz  yaşları  içərisində 
xatırlayır,  Aslan  bəyin  ruhunu  ehtiramla  yad  edirdilər.  Bu 
xatirələrdən biri ilə sizi tanış etmək istəyirik. 
Deyilənlərə  görə baş verən hadisələrdən və məlum  səbəb- 
lərdən, Aslan bəygil hakimiyyətdən  uzaqlaşdırıldıqdan sonra 
Qubadlıda  ilk  rus-tatar  məktəbinin  qurucusu,  Aslan  bəyin 
əmisi  oğlu,  Qori  seminariyasını  Üzeyir  bəy  Hacıbəyovla  bir- 
likdə bitirmiş, eyni zamanda çox yaxın dost olmuş gözəl ziyalı 
Həsən bəy Sultanova qarşı yeni hökumət tərəfindən hücumlar 
başlamışdı.  Bir  gün  yeni  hakimiyyətdə  kommunist 
rəhbərlərdən  biri,  camaatı  yığaraq bildirir ki,   sabah hər kəs 
gözdə-qulaqda  olsun,  tövlənin  yanındakı  meydana  toplaşsın, 
müəllimə  (yəni  Həsən  bəy  Sultanova)    tövlə  təmizlətdirəcə- 
yəm.    Camaat  bu  xəbərdən  çox  sarsılır,  adamlar  Həsən    bəy 
kimi  bir  insana  belə  münasibət  göstərməyin  haqsızlıq  oldu- 
ğunu düşünsələr  də, canlarının qorxusundan hökumət adam- 
larına  açıq  müqavimət  göstərməkdən  çəkinirmişlər.  Bu  hadi- 
səni  kimlərinsə  xoşuna  gəlmək  üçün  eləmək  istəyən  həmin 
adamsa hələ ki, xülyalarla yaşayırdı. Çünki Aslan bəy Lətifin, 
Kərimin  dəstələrinə  başçılıq  etməklə  yanaşı  qəzanın  içində 
qurduğu  kəşfiyyatından  vaxtı-vaxtında  dəqiq  məlumatlar 
alırdı. Qəzada quş səksəydi Aslan bəy xəbər tuturdu.  
Aslan  bəy  Kəpəz  dağının  ətrafında  olduğu  vaxt  kəşfiy- 
yatdan  bir  xəbər  alır  və  sabahkı  gündə  Həsən  bəyə  qarşı 
ediləcək    təhqir  planından  xəbər  tutur.  Bu  zaman  Aslan  bəy 
dərhal əməliyyat planı hazırladır, ətrafındakı adamlara bildirir 
ki, Həsən bəyi təhqir etmək istəyən binamusun atasını  öldür- 
mək  istəyirdilər,  o  da  gəlib  mənim  ayağıma  düşdü  ki,  onun 
canını  qurtaram.    Bu  da  onun  bizə    çoxsağolu.  İndi  o  Həsən 
bəyə yox, elə mənə sataşır, qoy sataşsın! 
Aslan bəy lazımi adamlarını çağırararq onları təlimatlandı- 
rır. Ertəsi gün deyilən vaxt adamlar həmin meydana toplaşır- 
lar,  adamların  əksəriyyəti  göz  yaşları  içərisində  baş  verəcək 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin