Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
271 
 
271 
hadisənin nə ilə qurtaracağını gözləyir, Həsən bəy kimi ziya- 
lı, mötəbər bir adama belə təhqiri heç cürə sığışdıra bilmirdi- 
lər. Hətta kişilər də göz yaşları axıdır, bütün qəza camaatına o 
qədər  yaxşılıqlar  etmiş  bir  adama  belə  hərəkəti  yaraşdırmır, 
Həsən bəyin bu təhqirə dözə bilməyəcəyini, ürəyi partlayaca- 
ğını fikirləşirdilər.     
Vaxt  tamam  olmuşdu,  hamı  çaşqınlıq  içində  gözləyirdi, 
adam iki saatdan da artıq vaxt gecikirdi. Adamlar gecikmənin 
arxasında  nəsə  bir  şeyin,  bir  vacib  xəbərin  dayandığını  hiss 
etmişdilər.  Birdən  silahlı  hökumət  nümayəndələri  gəldilər  və 
meydana  toplaşan  adamlardan  xəbər  aldılar  ki,  bəs  o  adam 
(Həsən  bəyə  tövlə  təmizlətdirmək  istəyən  adam)    haradadır? 
Adamlar da cavab  veriblər ki, iki saatdır hər kəs onu gözlə- 
yir, ondan hələ də bir xəbər yoxdur.  
Hökumət  adamları  heç  bir  söz  demədən  həmin  adamın 
evinə  gedirlər,  evdə  isə  dəhşətli  bir  mənzərə  ilə  qarşılaşırlar. 
Dünən Həsən bəy kimi sakit, ziyalı, maarifçi bir adama mey- 
dan  oxuyan,  onu  təhqir  edəcəyi  ilə  qürrələnən  adam  evinin 
tavanından asılı vəziyyətdə qalmış, dili isə boğazından dibin- 
dən qoparılaraq  atılmışdı... 
Meydana  toplaşaraq    başqa  bir  mənzərə  görəcəyi  ilə  sar- 
sıntı  içində  olan  adamlar  bu  xəbəri  eşidən  kimi  sevinclərini 
gizlədə  bilməmiş,  haqqın-ədalətin  bərqarar  olduğuna  sevin- 
miş, bir-birlərini təbrik edirlərmiş. Camaat deyirmiş ki, Aslan 
bəyin nəfəsi gəlib gedirsə heç kim onun əmisi oğluna  sataşa 
bilməz!  
 
**** 
Xatirələrdən  biri  isə  Zəngəzur  qəzasının  istintaq  komissi- 
yasının üzvü, eyni zamanda Aslan bəyin işçisi olmuş Behbud  
dəy Sultanovun (Aslan bəyin əmisi oğlu) həyat  yoldaşı Minə 
xanımın haqqındadır. Minə xanım günlərin birində duyuq dü- 
şür ki, onun qadın xidmətçilərindən biri  hamilədir. Əri olma- 
yan bir qadının hamilə olması Minə xanımı bərk qəzəbləndi- 
rir və Minə xanım xidmətçini evindən qovur. Qış ayları, qar- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
272 
 
lı-şaxtalı  bir gün olduğundan xidmətçi gedərkən  yolda sancı- 
lanır, doğuş başlayır və xidmətçi qarın üstündə doğduğundan 
ölür.  
Minə  xanımın  qayını  Abış  bəyin  oğlu  Əziz  bu  hadisəni 
dərhal  hökumət  nümayəndələrinə  çatdırır  və  Minə  xanımdan 
şikayət edir ki, baş verən ölümün səbəbkarı odur. Bununla da 
Əziz  əmisinin  həyat  yoldaşını  ağır  cinayətə  səbəb  olmaqda 
ittiham edir.   
Hökumət  nümayəndələrinin  içindən  Aslan  bəyə  işləyən 
qüvvələrdən  biri  dərhal  Aslan  bəyə  xəbər  çatdırır  ki,  Minə 
xanımı istintaqa cəlb etmək istəyirlər və onu da çatdırırlar ki, 
şikayətçi  də  onun  əmisi  nəvəsi,  eyni  zamanda  bacısı  oğlu 
Əzizdir.  
Aslan bəy Minə xanımı istintaqa cəlb etmək istəyən adam- 
lara dərhal mesajını göndərir və bildirir  ki, əgər Minə xanım 
hökumət idarəsinə çağırılsa məndən inciməyin. Bu  hadisə də 
Həsən  bəylə  bağlı  hadisədən  sonra  baş  verdiyindən  hökumət 
adamları əks təqdirdə nə baş verəcəyini göz  önünə gətiriblər 
və Minə xanımı istintaqa çağırmaqdan daşınıblar, Aslan bəyə 
xoş gəlmək üçün ona çatdırıblar ki, onsuz da biz Minə xanımı 
istintaqa  çağırmayacaqdıq,  bu  sadəcə  olaraq  şikayətçini 
sakitləşdirmık üçün buraxılan şayədir. 
Təbii  ki,  Həsən  bəyə  qarşı  xəyanət  cəhdinin  cavabından 
xəbərdar  olanlar  yaxşı  bilirdilər  ki,  Aslan  bəyin  mesajları 
sadəcə  söz  deyil,  onun  arxasında  konkret  əməl  dayanır.  Ona 
görə  də  Aslan  bəyin  mesajı  Minə  xanıma  qarşı  qaldırılan 
iddiaların hamısının üstündən xətt çəkdi. 
Daha  sonra  Aslan  bəy  Əzizə  də  mesaj  göndərir  ki,  əgər 
Minə  xanım hökumət idarəsinə çağırılsa beynini deşik-deşik 
edəcəyəm.  Bu xəbərdən  sonra Əziz qorxu içərisində  yaşayır- 
mış,  hətta  ayaqyoluna  belə  tək  getməyə  qorxurmuş,  gecənin 
yarısını  gözləyirmiş  ki,  tam  qaranlıq  düşsün,  göz-gözü  gör- 
məsin.  
O  vaxtın  adamlarının  dediklərinə  görə  qohumların  arasın- 
da  Çingiz  İldırıma  tərəf  olan  adamlardan  kimsə  hadisəni 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
273 
 
273 
Çingiz  İldırıma  çatdırır,  hökumət  adamları  da  Çingiz  İldırı- 
mın  xeyir-duasıyla    Əzizlə  Aslan  bəyin  arasındakı  konflikt- 
dən  istifadə  etməyi  planlaşdırıb  Əzizi  Aslan  bəyə    agent  qo- 
yurlar.  Əzizin  bu  agentliyi    Aslan  bəyin  xəyanət  nəticəsində 
öldürülməsinə səbəb olur, bu barədə Aslan bəyin ölüm səhnə- 
sində məlumat verəcəyik. 
Əzizin  Aslan  bəyə  agent  qoyulması  xəbərini  Çardaqlı 
kəndindən  olan  Murad  kişi  dərhal  Aslan  bəyə  çatdırır.  Bu 
xəbəri  Murad  kişiyə  də  Aslan  bəyin  hökumət  içində  olan 
adamlarından biri vermişdi.  
 
**** 
 
Zəngəzurun  Ermənistan  hissəsində  yerləşən  Azərbaycan 
kəndlərindən Aslan  bəyə tükürpədici bir xəbər çatır. Xəbərdə 
deyilir  ki,  Andranikin  adamları  iki  kəndin  camaatını  tama-
milə  qırıb,  uşaqları  süngüyə  keçirmiş,  hamilə  qadınların 
qarınlarını  yarmış,  döşlərini  kəsmiş,  qocaların  belinə  qaynar 
samovar  bağlayaraq  onlara  olmazın  işgəncələr  vermiş,  sonra 
da kəndləri qarət edərək od vurub yandırmışlar.   
Kəndlərdən sağ qalan adamlar Aslan bəyə müraciət edərək 
ondan kömək istəmiş, ona çatdrımışdılar ki, Aslan bəy ümidi- 
miz  göydə  allaha,  yerdə  sənədir,  əgər  özünü  vaxtında  bizə 
köməyə  çatdırmasan  eyni  hadisələr  başqa  kəndlərə  də  keçə- 
cək,  camaatımız  qırılıb-çatılacaq.  Aslan  bəy  də  xəbər  göndə- 
rir ki, allah şəhidlərimizə rəhmət eləsin, ancaq qoy  daşnaklar 
da  bilsinlər  ki,  orda  ölən  hər  bir  şəhidin  qanı  artıqlaması  ilə 
alınacaq.  
Aslan  bəy  vaxt  itirmədən  əməliyyat  planı  hazırlayır, 
Ermənistanın  içində  fəaliyyət  göstərən  başda  erməni  keşişi 
olan digər  erməni agentləri vasitəsilə  tam olaraq dəqiqləşdi- 
rir  ki,  bu  hadisələrin  təşkilatçıları  kimdir.  Tam  dəqiqləşmə- 
dən  sonra  Aslan  bəy  özü  birbaşa  əməliyyata  rəhbərlik  edir,   
gecə ikən adamları evlərindən çıxardır, onların  başlarını kəs- 
dirərək Gorusun ən mərkəzi yerlərində divarlara mismarladır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
274 
 
Aslan  bəy  bu  əməliyyatı  daşnak  yuvası  Gorusun  içində,  heç 
bir  qorxu-hürkü  bilmədən  həyata  keçirir  və  vəhşiləşmiş  daş- 
naklara göz dağı verir.  
Səhər  açılarkən  belə  dəhşətli  mənzərə  ilə  qarşılaşan  daş- 
naklar şoka düşürlər. Hər kəsin içində qorxu və xof yaşanır ki, 
daşnakların  mərkəzində,  azərbaycanlı  kəndlərində  insanla- 
ra  işgəncələr  verən,  kəndləri  yandıran  quldurların,  onların 
təşkilatçılarının, başçılarının  bu gün başları kəsilərək divarla- 
ra  mismarlanırsa,  bu  aqibət  başqalarını  da  gözləyə  bilər.  Bu 
həm  də  daşnak  rəhbəri  Andronikə  ciddi    bir  xəbərdarlıq  idi. 
Doğmalarının  qanı  soyumadan  qisası  alınan  insanlar  Aslan 
bəyə minnətdarlıq məktubları göndərir, ona hədsiz  sayğıları- 
nı  bildirirdilər.  Camaat  Aslan  bəyin  simasında  öz  xilaskarını 
görürdü.  
 
**** 
 
Bu    yaxınlarda  dünyasını  dəyişmiş,  vaxtilə  Zəngəzurun 
Ermənistan    hissəsində  yaşamış,    son  deportasiya  dövründə 
(1988-ci  ildə)  köçərək  Xızı  rayonunda  məskunlaşmış  Məm- 
məd kişi xatirələrində qeyd edirdi ki, Aslan bəyi şəxsən görüb, 
o fəxrlə bildiridi ki, Aslan bəy silah-sursatlarının bir hissəsini 
Ermənistanın  içində,  atam  İmanın  evində  saxlatdırır.  Daha 
sonra  əlavə  olaraq  deyirdi  ki,  Aslan  bəyin  Ermənistanın 
müxtəlif  yerlərində  saxlatdırdığı  silah-sursatları  daşnaklar  
azərbaycan kəndlərini dağıdarkən onlara qarşı istifadə edirdi. 
Hətta təəccüblə deyirdi ki, Ermənistanın içində məxfi forma- 
da  silah  saxlatdırmağın  nə  demək  olduğunu  dərk  etmək  o 
qədər  də  çətin  deyil.  Yalnız  Aslan  bəy  kimi  təcrübəli,  fitri 
istedadlı  hərbçilər  müharibələr  dövründə  güclü  agentura  xid- 
məti  yarada  bilərlərdilər.  O  ağız  dolusu  Aslan  bəyin  qəhrə- 
manlıqlarından danışır, deyirdi ki, o Zəngəzurun erməni tərə- 
fində yaşayan insanların  ümid yeriydi. 
Sonra  bir  əhvalat  da  danışdı:  Bir  gün  daşnaklar  qəfildən 
Azərbaycan kəndlərindən birinə hücum edir, kəndi mühasirə- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
275 
 
275 
yə alırlar. Bu xəbər qonşu kənddəki adamlar vasitəsiylə Aslan 
bəyə  çatdırılır.  Müraciətdə  deyilir  ki,  Aslan  bəy  əgər  özünü 
vaxtında  bizə  çatdırmasan  bütün  camaatımızı  qırıb  çatacaq- 
lar. Aslan bəy dərhal başçılıq etdiyi Zəngəzur igidlərini ayağa 
qaldırır və sürətlə həmin kəndə doğru irəliləyirlər.  Bu zaman  
yol boyu Aslan bəy  özünün fitri hərbi istedadı ilə  döyüş pla- 
nını qururdu.  Aslan bəy  həmin əraziyə çatdıqda  elə bir hərbi 
taktika  seçərək    qüvvələrini  elə  yerləşdirir  ki,  heç  kəs  döyüş 
meydanından qaça bilməsin. Əsgərlər elə düzülür ki, kim qa- 
çarsa  onu  görə  və  vura  bilsinlər.  Sonralar  hərbçilər  onun  bu 
düzülüş  qaydasına  heyrət  edirlərmiş...  Aslan  bəy  döyüş  əmri 
verir,  plan  üzrə  Aslan  bəyin  adamları  daşnakları  qəfildən 
mühasirəyə  alaraq  məhv  edirlər,  kənddə  bir  nəfərə  güllə 
atmağa  macal  tapmayan  düşmənlər  tamamilə  məhv  olunur, 
döyüşdən  sonra  Aslan  bəyin  qüvvələri  çoxlu  miqdarda  hərbi 
qənimət əldə edirlər. 
Məmməd  kişi  onu  da  deyirdi  ki,  Aslan  bəy  Zəngəzurun 
müsəlman  əhalisini  həmişə  böyük  qəhrəmanlıqla  müdafiə 
edir, onlardan bizim qisasımızı alırdı. Ona görə də hamı Aslan 
bəyi çox istəyirdi. 
 
**** 
“Azərbaycan gəncləri” qəzetinin 28 iyun 1990-cı il tarixli 
77 (10983) sayında Bəyalı Safaoğlunun  “Özümlə oynadığım 
şahmata güldüm” adlı məqaləısində müəllif Aslan bəy Sulta- 
novla bağlı bir sıra xatirələrə və tarixi faktlara toxunmuş, bəzi 
məqamlara  aydınlıq  gətirməyə  çalışmışdır.  Zəngəzur  camaa- 
tının ağsaqqalları, XX əsrin əvvəllərində Zəngəzurda və onun 
ətra- 
fında  baş  verən  qanlı  olayların  canlı  şahidləri  ilə  söhbətlər 
aparmışdır.  
“Aslan bəy Sultanov bütün Zəngəzuru daşnaklardan, eləcə 
də  öz  içimizdə  olan  namərdlərdən  qoruya  bilirdi.  Quldurlar- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
276 
 
dan saldırdığı mal-qaranı, qiymətli əşyaları təmənnasız olaraq  
sahiblərinə  qaytarırdı.  Qubadlıda  yaşayan  81  yaşlı  el  ağsaq- 
qalı  Bəndalı baba (maşallah ona bu yaşı verməzsən! (Bəndalı 
babanın  əmisi  Burcalı  Hüseynov  Aslan  bəyin  dəstəsində 
vuruşan  igidlərdən  biri  olub))  danışır  ki,  Hüseyn  dağda 
hazırladığı  yağı,  pendiri  arabaya  yığıb  kəndə  qayıdırmış.  
Ermənilər  onun  qabağını  kəsib  balalarının    illik  azuqəsini 
əlindən alıb, özünü də möhkəm döyürlər. Kəndlinin də malını 
almaq  canını  almaq  kimi  bir  şeydir.  Hüseyn  başına-gözünə 
döyə-döyə oturub ah-zar edirmiş. Allah bu ara Aslan bəyi ye- 
tirir, əhvalatdan hali olub atını verir Hüseynə: “Mən qayaların 
arası  ilə  onlara  çatacağam,-  deyir,-  Sən  də  yavaş-yavaş  sür 
gəl”. 
Aslan  bəy  soyğunçuları  xeyli  izləyir,  nəhayət  münasib 
vaxtda  başlarının  üstünü  kəsdirir.  Yoğun  bir  ağacın  arxasına 
keçib qışqırır: “Silahları atın, yoxsa hamınızı qıracam”. 
Ermənilər silahları, arabanı verib canlarını qurtarırlar. Hü- 
seyn  yalvarır ki,  motallardan brini  götür.  Bəy kişiyə tərs-tərs 
baxıb:  “Ə, dörd-beş əlitüfəngli erməninin qabağına bir motal 
pendirinə görə çıxmışdım?” – deyir və uzaqlaşır.” 
Müəllif Aslan bəyin Qarabadakı fəaliyyəti haqqında Şuşa- 
da  yaşayan  ağsaqqallardan  səhih  məlumatlar  toplamış, 
onlardan biri haqqında öz məqaləsində  söz açmışdır. 
“...Aslan  bəyə  yeni  bir  etimad  göstərdilər.  Bu  dəfə  onu 
Şuşa,  Kəlbəcər,  Laçın,  Qubadlı  və  Zəngilan  rayonlarını  bir- 
ləşdirən Şuşa dairəsinə  milis rəisi təyin etdilər.  (müəllif: Bu- 
rada  bəzi  yanlışlığa  yol  verilib,  ona  görə  ki,  Şuşa  dairəsi 
deyilən  bir  ərazi  vahidi  olmayıb  Şuşa  qəzası  olub.  Qarabağa 
və Zəngəzura daxil olan bütün qəzalar da mərkəzi Şuşa şəhəri 
olan  ərazi  vahidinə  daxil  olublar.  Bu  qəzaların  da    rəhbəri 
Qarabağın və Zəngəzurun fövqəladə və səlahiyyətli komissarı 
olub,  həmin  vəzifəni  də  Aslan  bəy  Sultanov  tutub.)  Rəis 
olmasına baxmayaraq (burada “rəis”  sözü də düz deyil, çün- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
277 
 
277 
ki  Qarabağın  və  Zəngəzurun  fövqəladə  komissarı  general 
səlahiyyətli  bir  vəzifədir)  inqilab  əleyhdarları  ilə,  qaçaq-qul- 
durlarla  mübarizədə  (“qaçaq-quldur”  deyildikdə  də  o  dövrdə 
yerli  camaata  qarşı  haqsızlıq  edən,  cinayətlər  törədən  qüvvə- 
lər  nəzərdə  tutulur,  onlarla  mübarizə  aparmaq  fövqəladə 
komissarın  bilavasitə  səlahiyyətlərinə  daxil  olan bir  sahə  idi) 
bilavasitə  iştirak edirdi. Onun əməliyyatlardan birini bəzi ağ- 
saqqallar indi də xatırlayırlar. A.Sultanov atlara motal və yağ 
dağarcıqları    yüklətdirib  dörd  milis  işçisi  ilə  birlikdə    çoban 
pal-paltarı  geyinib  yola  çıxır.  Gecə  Əsgəran  kəndindən  ke- 
çəndə  quldurlar qabağını kəsir, yüklərini  alıb  özlərini də pi- 
yada yola salmaq istəyirlər. Çoban bilib saya salmadıqları mi- 
lis  işçiləri    fürsət  tapıb  yeddi  nəfər  qulduru  tərksilah  etdilər. 
Onları qala türməsinə gətirdilər. ” 
Məqalədə maraqlı bir abzas da var ki, diqqəti çox çəkir. 
“... Su uçdiyi quyuya tüpürən, onu adam edib adamlar içinə 
çıxaran,  paşa  rütbəsinə    qədər  yüksəldən    türk  ordusuna 
xəyanət etmiş qulağıkəsik  (türk xalqalrı ancaq küçüyün qula-
ğını  kəsirlər)  Andronik  növbəti  xəyanətə  əl  atmışdı.  Ətrafına 
çoxlu  erməni  yığıb  onları  təpədən  dırnağa  qədər  silahlandır- 
mışdı.  Bu  silahlar  Zəngəzurun  kəndlərində  açılırdı.    Əliyalın 
azərbaycanlılar  kənd-kənd  tüfəngdən,  süngüdən  keçirilir,  
adamları  dam-daş  doldurub  qocalı,  cavanlı,  körpəli  yandırır- 
dılar. Andranik türk qadınlarını heysiyyətsizləşdirib  zülm ilə 
öldürməkdən xüsusi zövq alardı. Təkcə Andranikmi? 
Azərbaycan həmin illərdə əli-ayağı qandallanmış Promete-
yə bənzəyirdi. Qarğa-quzğun çox asanlıqla onun iti gözlərini, 
qüvvətli əzələlərini didib parçalayırdı...  ” 
Biz  yaxşı  bilirik  ki,  o  dövrlərdə  Aslan  bəy  Sultanov  və 
onun sadiq, vətənpərvər, igid əsgərləri olmasaydı Zəngəzurda 
və Qarabağda tökülən qanların sayı-hesabı olmazda... 
  fond 410, siyahı 1, iş 227 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
278 
 
“Qubadlı qəzası. Fars quldurlarının soyğunçuluğu  böyük 
itkilərə  səsəb  olmuşdur:  9\V  may  tarixində  Əlibəylilərdən, 
Sarıslılardan  və  Xuramalılaradan  20  iribuynuzlu  və  400 
qoyun aparılıb. 16\V ay tarixində Əlibəyli, Sarlı və Xuramalı 
kəndlərinə olan basqının qarşısı alınıb. Çona-Doradan bütün 
sürü  oğurlanıb.11\V tarixdə Vartazdan gələn karvana basqın 
edilib.  Quldurlar  bütün  atları  aparıb,  iki  nəfəri  də  öldürüb- 
lər.”  
Bu  sənəd  bir  daha  onu  təsdiq  edir  ki,  o  dövrdə  yerli  qəza 
milis  idarəsi  və  ona  tabe  olan  digər  hərbi  qüvvələr  tək  bir 
daşnaklara  qarşı  mübarizə  aparmırdı.  35  kiliometrlik  bir  əra- 
zidə İranla sərhəddi olan Zəngəzurda daşnaklar ayağa qalxan 
kimi,  digər  tərəfdən  iran  xanları,  quldurları  vəziyyət- 
dən istifadə edərək müsəlman ərazilərində talançılıqla məşqul 
olublar. Bunlara qarşı mübarizə aparan yeganə qüvvə isə qəza 
milis  idarəsi  və  yerli  özünümdafiə  dəstələri  olub  ki,  bu 
qüvvələrin də başında Aslan bəy Sultanov dayanıb.  
 
**** 
fond 410, siyahı 1, iş 227 
“  Qubadlı  qəzası.  Xalq  hərbi  dəniz  komisarlığının  ştabı 
xəbər verir ki, Azərbaycan İnqilab komitəsinin sədri Nəriman 
Nərimanovun  yazılı  razılığına  əsasən  bildirilir  ki,  Qubadlı 
qəzasında  daşnaklara  və  banditizmə  qarşı  mübarizədə  bila- 
vasitə  yerli  özünümüdafiə  qüvvələrinə  kömək  etmək    28-ci 
diviziyanın komandiri Semyonova və xüsusi təyinatlı dəstənin 
komandiri Laqofetə həvalə edilir.” 
Bu  sənəd  bir  daha  onu  sübut  edir  ki,  Aslan  bəy  “mənim 
haqqımda məlumatları qərəzsiz adamlardan, 28-ci diviziyanın 
komandiri  Semyonovdan  və  digər  alay  komandirlərindən  so- 
ruşun”  yazdıqda Semyonovun onun işlərindən birbaşa xəbər- 
dar  olduğuna  işarə  edirdi.  Bu  sənəddən  də  görünür  ki, 
Nəriman  Nərimanov  Zəngəzurdakı  hadisələri  nizamlamağı 
birbaşa Semyonova tövsiyə edib. Nərimanov Semyonovu çox 
yaxşı tanıya-tanıya Aslan bəy haqqında ondan deyil Zəngəzu- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
279 
 
279 
run  verilməsinə  qol  çəkən  Savalan,  Nəzər  və  sairə  kimi 
xainlərdən soruşur. 
Aslan bəy  Nəriman  Nərimanova deyir ki,  mənim  haqqım- 
da məlumatları, mənim başımdan yaralanmağım barədə Sem- 
yonovdan    soruş.  28-ci  diviziyadan    tibbi  arayışım  var.  Nə 
üçün Nəriman Nərimanov qərəzsiz ruslardan, general Semyo- 
novdan deyil, yerli xainlərdən məlumat almağa üstünlük verir. 
Bunu təhlil etmək lazımdır. 
Burada  digər  bir  məsələni  də  qeyd  etmək  yerinə  düşər  ki, 
Aslan  bəy  mərkəzə  etdiyi  məruzəsindən  sonra  həyatını  xilas 
etdiyi  dostu  Semyonovla  görüşür  və  vəziyyəti  ona  izah  edir. 
Deyir  ki,  Xudabaxış  bəyi  aldadaraq  Şuşaya  iclasa  çağrıb  , 
orada  onu  əksiniqilabçı  damğası  ilə  həbs  ediblər.  Bu  xəbəri 
eşidən 
Sem- 
yonov  bərk  hiddətlənib,  onu  daşnak  hökumətinə  qarşı  müha- 
ribə  gedən  dövrlərdə  yerli  hökumətin  başçısı  olaraq  xalqına, 
millətinə necə sədaqətlə xidmət etdiyini, daşnaklara qarşı ne- 
cə  barışmaz  olduğunu  bir  daha  vurğuladı.  Daha  sonra  Aslan 
bəy Semyonova bildirir ki, məni də vəzifəmdən azad ediblər, 
bu barədə Nəriman Nərimanov rəsmi olaraq heç bir məlumat 
vermir.  Xudabaxış  bəyin  şər  atılaraq  həbs  olunması  mənim 
işdən çıxarılmam və bunun gizlin saxlanılması açıq aydın onu 
göstərir  ki,  mərkəzin  Zəngəzurla  bağlı  nəsə  məkrli  bir  planı 
var.  Bu  zaman  Semyonov  ətrafındakı  komandirlərlə  birlikdə 
ilk olaraq XI qızıl ordunun komandanlığına məlumat verir ki, 
bizim  diviziyanı  daşnak  mühasirəsindən  xilas  edərək  ölüm- 
dən  qurtaran  Aslan  bəyə  əksinqilabçı,  daşnakların  dostu  itti- 
hamları  ilə  damğalamağa  çalışırlar.  Onun  əmisi  onlunu,  yerli 
hökumətin  rəhbəri  Xudabaxış  Sultanovu  aldadaraq  Şuşaya 
iclasa çağırıb həbs ediblər. 
Daha sonra Semyonov və onun ətrafındakı hərbçilər Nəri- 
man  Nərimanova  məlumat  verərək  bildiriblər  ki,  bizim  divi- 
ziyanı  daşnaklara  qarşı  mübarizədə  xilas  edən,  daşnak  höku- 
mətinin  məhv  olması  planının  müəllifi  olan,  daşnaklarla 
müharibədə  amansızlıqla  mübarizə  aparan,  Nijde  qoşunları-

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
280 
 
nın baş komandanı general Sumbatı şəxsən öldürən, buna görə 
daşnaklar  tərəfindən  başına  külli  miqdarda  pul  qoyulan,  bu 
xidmətlərinə  görə  mərkəz  tərəfindən  mənimlə  birlikdə  qızıl 
medala layiq  görülən bir şəxsə- Aslan bəy Sultanov kimi  bir 
sərkərdəyə,  bir  el  qəhrəmanına,  bir  peşəkar  hərbçiyə  qarşı  
böhtan və şər kompaniyasının başlanması  anlaşılmazdır. Ne- 
cə  ola  bilər  ki,  belə  bir  şəxsiyyət  daşnakların  dostu, 
əksinqilabçı ola bilsin?   
Yerli  camaatın  mütəşəkkil  şəkildə  öz  qəhrəmanının  arxa- 
sında  dayanması,  ictimai  rəy,  Semyonovun  və  digər  koman- 
dirlərin  birbaşa  XI  qızıl  ordunun  komandanlığına,  XI  ordu- 
nun  komandanlığının  da  Nəriman  Nərimanova  birbaşa  təsiri 
və təzyiqi, Savalan Şirinovun da sonralar etiraf etdiyi kimi XI 
ordunun  komandiri  və  onnun  xüsusi  idarəsinin  rəisi  general 
Pankratovun Nəriman Nərimanova birbaşa təzyiqləri onu geri 
çəkilməyə  məcbur  etdi.  Bu  təzyiqləırin  nəticəsi  olaraq  Nəri- 
manov  başladığı  təxribat  planlarının  baş  tutmadığını  görüb 
geri addım atmağa məcbur olaraq Zəngəzur qəzasına növbəti 
bir komissiya göndərib. Bu barədə ətraflı olaraq sizlərə məlu- 
mat vermişdik. Bir daha xatırlatmaq istəyirik ki, Nəriman Nə- 
rimanovun  bu  komissiyası  son  rəyində  bildirir  ki,  Xudabaxış 
Sultanov  əksinqilabçı  deyil.  Düzdür  o  kommunist  partiyası- 
nın üzvü deyil, ancaq ondan yaxşı işçi çıxar. 
Bu  yerdə bir sual vermək yerinə düşür: Əgər qəza rəhbəri 
əksinqilabçı deyildisə, komissiyanın verdiyi rəyə görə o yaxşı 
işçidirsə,  nədən  günahsız  yerə  həbs  olunan  və  sonra  da 
günahsızlıqı  sübut  olunaraq  azadlığıa  çıxan  Xudabaxış 
Sultanovu həbs edənlər, onu şərləyənlər, onu yalandan olaraq 
ağır  cinayətdə  ittiham  edənlər  nə  üçün  Nəriman  Nərimanov 
tərəfindən  öz  layiqli  cəzalarını  almadılar?    Cavab  aydındır, 
ona  görə  ki,  bu  oyunların  hamısını  Nəriman  Nərimanov  özü 
qurmuşdu,  sadəcə  olaraq  bu  oyunları  qurduqda    xalqın    və 
Semyonovun    təzyiqləri  ilə  qarşılaşacağını    hesablaya 
bilməmişdi.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin