Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
306 
 
tutmuş komissarların xarakteri necəydi? İsmayıl müəllim belə 
cavab verdi: Onların hamısı kitablarda təsvir olunan kimi de- 
yildilər.  Məsələn,  yollar  və  rabitə  komissarı  Çingiz  İldırım 
M.Qorkinin  təbirincə  deyildiyi  kimi  şimşək,  od,  alov  deyildi. 
Tez-tez  yığıncaqlarda  Çingiz  İldırım  müxtəlif  vədlər  verər, 
lakin bunlara əməl etməzdi. Mənim də iştirak etdiyim iclasla- 
rın birində  o  yenə də vədbazlığını davam  etdirdi.  İclas zalın- 
dan  çölə  çıxarkən  biz  hamımız  onun  xidməti  avtomobilinin 
arxasında  içində  süpürgə  olan  bir  vedrənin  bağlandığını  gör- 
dük.  O  xeyli  əsəbiləşib  bildirdi  ki,  məni    təhqir  edəni  tapa- 
cam.  İ.Şəfiyev  onu  sakitləşdirərək  bildirir  ki,  sən  onu  tapa 
bilməzsən,  çünki  günahkar  özünsən.  Nə  qədər  yalançı  vədlər 
vermək  olar?  Bu  vedrəni  bağlayan  sənin  yalançı  vədlərindən 
təngə gələn sadə insanlardır.  
Tarix  boyu  yalan  vədlər  vermiş  hətta  şahların  belə  atla- 
rının quyruğuna süpürgə ilə vedrə bağlayırdılar ki, bir də ya- 
landan vəd verməsin, camaatı aldatmasn. 
 
**** 
Gorusun Qurdqalaq kəndində yaşamış, (vaxtilə Aslan  bə- 
yin milis işçilərindən biri olub) xalq arasında Geroy Əli ləqə- 
bi  ilə  tanınan  ağsaqqallardan  birinin  söhbətlərinə  görə    Qafa- 
nın  Zeyvə  kəndində  Şamxal  adlı  bir  gənci  erməni  daşnakları 
qətlə  yetirmişdilər.  Onun  qohumları  bu  xəbəri  Aslan  bəyə 
çatdırırlar.  Aslan  bəy  də  öz  növbəsində  bu  vəhşiliyə  cavab 
olaraq  həmin  kənddə  bu  hadisəni  törədənlərdən  Şamxalın 
qisasını alır, daşnak dəstəsinin üzvlərindən, qətlin  iştirakçıla- 
rından  38  nəfərinin  başını  kəsdirərək  onlara  dağ  çəkib,  gü- 
nahsız bir gəncin qanını alıb.  
Gorusun  Qurdqalaq  kəndində  anadan  olmuş  Rafiq  Abdul- 
layevin  atası  rəhmətlik  Balaca  Abdullayevdən  eşitdiyi  xatirə- 
lər də maraq doğurur. Rafiq müəllim deyir ki, atam Aslan bə- 
yin mahir atıcılığı ilə bağlı bir çox maraqlı əhvalatları həmişə 
ürək dolusu ilə nəql edərdi.   

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
307 
 
307 
Aliminiumdan olan qabı bir nəfər var gücü ilə havaya  atar, 
qab  yerə  düşənə  qədər  Aslan  bəy  deyirmiş  ki,  o  yerə  ça- 
tana qədər onu neçə dəfə güllə ilə deşəcək. Qab yerə düşəndə 
Aslan bəyin verdiyi proqnoz tamamilə düz çıxarmış. Insanlar 
heyrətdən donub qalarmışlar. 
Başqa bir söhbətində kişi deyərmiş ki, toyuq yumurtalarını 
yolun  sağından-solundan  müxəlif  məsafələrdə  düzərmişlər, 
Aslan bəy də atın belində sürətlə çaparaq gələr, düzülmüş yu- 
murtaların hamısını güllə ilə vurarmış. 
Bir  dəfə  Aslan  bəy    meşədə  ağacın  dibində  namaz  qılar- 
kən  onun  düşmənlərindən  biri  bəyin  namaz  qıldığını  görüb 
onu öldürmək fikrinə düşüb. Həmin adam onu öldürmək istə- 
yərkən canına bir qorxu xofu dolub, düşünüb ki, birdən güllə 
açılmaz, ya da çaxmağı çəkərkən onun çıqqıltısını eşidə bilən 
Aslan bəy onu cəld bir hərəkətlə vurub öldürə bilər. Bu hadi- 
səni sonralar həmin adamın özü etiraf edirmiş... 
 
**** 
Rafiq  müəllim  atasından  eşitdikləri  xatirələrə  istinad  edə- 
rək  maraqlı  bir  hadisə  danışdı.  Andronik  dəstəsi  ilə  Türkiyə 
ərazisindən  keçib  Zəngəzur  kəndlərini  talan  edib,  yandırıb, 
camaata  divan  tutub,  kəndləri  viran  edərək  Gorusa  qədər  gə- 
lib  çıxmışdı.  Ancaq  o  hiss  etmişdi  ki,  Gorusdan  Xankındinə 
keçmək  üçün  onun  qarşısında  Aslan  bəy  kimi  keçilməz  bir 
qala  var.  Ona  görə  Aslan  bəylə  görüşmək  üçün  onun  yanına 
elçilərini göndərir. Aslan bəy onunla görüşə razılıq verir, gö- 
rüşə  kiçik  bir  dəstə  ilə  gedir,  görüş    zamanı  Andronk  ondan 
Xankəndinə gedərkən yolunun kəsilməməsini xahiş edir, onun 
təhlükəsizliyinə  təminat  alır,  əvəzində  vəd  edir  ki,  bun- 
dan  sonra  Zəngəzurun  ərazisində  bir  müsəlmana  da  güllə 
atılmayacaq. Daşnak psixologiyasını dərindən bilən Aslan bəy 
kimi  bir    sərkərdə    düşməni  öz  metodu  ilə  məhv  etmək 
prinsipinə  sadiq  qalaraq  Andronikin  şərtləri  ilə  razılaşdığını 
bildirir.  Amma  qeyd  edir  ki,  camaatın  şübhələnməməsi  üçün 
əvvəlcə silahları  keçirsinlər, sonra da ordu keçsin. Aslan bə- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
308 
 
yin düşmənləri də yaxşı bilirdilər ki, o sözünə sadiq adamdır. 
Andronik də Aslan bəyin şərti ilə razılaşır. Aslan bəy də dər- 
hal  öz  adamlarından  bir-neçəsini  Sultan  bəyin  yanına  göndə- 
rir,  ona  hazır  döyüş  planını  verir  və  tapşırır  ki,  bu  plan  əsa- 
sında  hərəkətə  keçsinlər.  Onun  təlimatına  görə  Mığı  dərəsi  
Androniki  “sürpriz qarşılama” üçün ən əlverişli yer idi. Daha 
sonra  Aslan  bəy  öz  ordusu  ilə  planını  həyata  keçirmək  üçün 
hərəkətə keçir. Andronik ordusu öz əli ilə “bağışladığı” silah- 
larla  tələyə  salınaraq  məhv  edilir.  Coğrafi  cəhətdən  Mığı 
dərəsi bir tərəfi sıldırım qayalar, digər  tərəfi də sərt dağlarla 
əhatələnmiş  dərədir.  Daşnaklar  atın,  ulağın  belində  silah 
sursatı  o  tərəfə  keçirdikdən  sonra  silahlar  bizimkilərin  əlinə 
düşür, bundan xəbərsiz olan daşnaklar yollarına davam etdik- 
də isə bir tərəfdən Aslan bəyin, digər tərəfdən də Sultan bəyin 
silahlılarının gülləsinə tuş gəlirlər. Maraqlısı odur ki, daşnak- 
ları məhv edən güllələr onların öz silahlarından atılırdı. O dö- 
yüşdə Andonik özünə sadiq kiçik bir dəstə ilə geriyə- Gorusa 
tərəf  qaçıb canını qurtara bilirb. Bu hadisənin ən maraqllı və 
diqqəti  çəkən  cəhəti  odur  ki,  Aslan  bəy  cəsarətini  itirmədən 
Gorusun  içində  Androniklə  görüşə  gedib,  daha  sonra  isə  An- 
droniki  inandıra  bilib  ki,  camaat  inansın  deyə  əvvəlcə  silah- 
ları  o  tərəfə  keçirmək  lazımdır  və  Andronik  də  buna  inanıb. 
Andronik də Aslan bəyi inandırmağa çalışıb ki, camaata xəbər 
verə  bilər  ki,  bundan  sonra  daşnaklar  Zəngəzurda  mü- 
səlman  əhalisinə  qarşı  bir  də  zorakılıq  etməyəcəklər.  Aslan 
bəy bu daşnak tülkülərinin hiylələrindən yaxşı xəbərdar idi və 
bilirdi ki, əgər Andronik Xankəndinə, Qarabağa keçib Dro ilə 
birləşərsə  Qarabağda  qan  su  yerinə  axacaq.  Ona  görə  də    
Aslan bəy ilk baxışdan Andronikə inandığını göstərsə də An- 
droniki  silahları  göndərməyə,  sonra  ordunu  çəkib  aparmağa 
razı  salır  və  qurduğu  plan  əsasında  daşnaklara  ağır  zərbə 
vurur.    Bu  döyüşdə    Aslan  bəyin  dəstələrinə  Kəlbəcərdən  və 
ətraf  yerlərdən  də  sayseçmə  igidlər  köməyə  gəliblər.  Aslan 
bəyin  Andronik  döyüşçülərini  öz  silahları  ilə  öldürməsi  yerli 
camaat arasında şərəfli bir tarix kimi hörmətlə xatırlanıb. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
309 
 
309 
 
**** 
Rafiq müəllim atası Balaca Abdullayevdən eşitdiyi bir xa- 
tirəni  də həmişə sevgiylə danışmağı  xoşlayardı.  Atası  Balaca 
kişi  deyərmiş  ki,  Aslan  bəyin    general  Semyonovla  dostluğu 
bütün Zəngəzurda ağız-ağız gəzərdi. Bu dostluğun təməli As- 
lan  bəy  Ersevənikdə  Semyonovu  və  onun  ordusunu    daşnak 
mühasirəsindən  xilas etdikdən sonra qoyulmuşdu. Aslan bəy 
həmin mühasirədə Semyonovu real ölümdən xilas etmişdi. Bu 
hadisədən  sonra  Semyonovla  Aslan  bəyin  arasında  çox  sıx 
dostluq münasibətləri qurulmuşdu.  
Günlərin birində Aslan  bəylə Semyonov ova çıxırlar. Me- 
şənin  dərinliyində  olarkən  onlar  ceyran  mələməsinin  səsini 
eşidirlər.  Aslan bəy Semyonovdan soruşur: 
– O səsi eşidirsənmi? 
Semyonov cavabında: 
– Eşidirəm,- deyir. 
Aslan bəyin  silahı qaldırıb hazır saxladığını görən Semyo- 
nov maraqla xəbər alır: 
– Nəyə güllə atmağa hazırlaşırsan? 
Aslan bəy sakitcə: 
–  Ceyranın  səsi  bir  də  eşidiləndə  onu  vuracağam.  Mən 
onun səsini müşahidə edirəm. 
Semyonovu gülmək tutur: 
– Bu mümkün deyil, heç  meşənin  dərinliyində  görünməz 
olan bir heyvanı da səslə təyin edib vurmaq olar?- deyir. 
Aslan bəy: 
– Olar, mən onu başından vuracağam, – deyərək bu zaman 
ceyranın səsinə doğru atəş açır. 
Güllə səsindən sonra bir anlıq sükut olur. Aslan bəy Sem- 
yonova deyir: 
– Gedək ovumuzu götürək. Mən onu başından vurdum. 
Semyonov  dostunun  bu  sözlərini  zarafat  kimi  başa  düşür, 
onun  dediklərinə  qəti  inana  bilmir.  Onlar  birlikdə  bir  qədər 
əvvəl  səsi  eşidilən  ceyrana  doğru  səmt  alırlar.  Azacıq  vaxt 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
310 
 
ötdükdən  sonra  onlar    ceyranın  yanına  yetişirlər.  Bu  zaman 
Semyonov gördüyü mənzərədən heyrətini gizlədə bilmir. Hər 
şey  Aslan  bəyin  dediyi  kimi  idi  –  ceyran  başından  cəmi  bir 
güllə ilə vurulmuşdu.    
Bu  mənzərəni  görən  Semyonov  dostunun  fitri  atıcılıq 
məharətinə heyranlığını gizlədə bilmir. Aslan bəy Semyonov- 
la dostluğu boyu  onu dəfələrlə belə heyrətamiz atıcılıq məha- 
rəti  ilə  heyrətləndirə  bilmişdi.  Semyonov  növbəti  ovların 
birində  Aslan  bəyin  dediyi  kimi,  səmada  uçan  ördəyi  dimdi- 
yindən vurmasını təsadüf kimi qəbul etmişdi. Aslan bəy Sem- 
yonova  bunun  təsadüf  olmadığnı  sübut  etmək  üçün  dalbadal 
səmada uçan üç ördəyi də dimdiyindən vuraraq yerə salmışdı, 
bütün bunları görən Semyonov öz  dostu Aslan bəy Sultanov 
haqqında bir fikir deyirdi: “Ona Allah tərəfindən mahir atıcı- 
lıq istedadı verilib!” 
 
**** 
Günlərin  birində  Aslan  bəyin  kəşfiyyatı  iki  daşnak  zabiti 
ələ keçirir. Onları istintaq etmək Aslan bəyə həvalə olunur. Bu 
zaman  Aslan  bəy  Semyonovla  bir  yerdə  imiş.  Söhbət  əs- 
nasında  Aslan  bəy  Semyonova  deyir  ki,  bunlar  kəşfiyyatımı- 
zın ələ keçirdiyi daşnak zabitləridir.  
Aslan  bəy  daşnak  zabitləri  ilə  erməni  dilində  sorğu-suala 
başlayır.  Sorğu-sual  bitəndən  sonra  Semyonava  işarə  ilə  bil- 
dirir ki, mən öz işimi bitirdim,  indi növbə sizindir.  
Bu  mənzərənin  şahidi  olan  və  əsirlərlə  çətinlik  çəkmədən 
ermənicə danışdığını görən Semyonov  daşnak zabitlərini  rus 
dilində danışdırmağa başlayarkən onlardan aldığı ilk sual onu 
heyrətləndirir. Daşnak zabitləri maraqla xəbər alırlar: 
– Bizi sorğu-sual edən o adam erməni idi? 
Semyonov eşitdiyi sualdan heyrətlənir: 
–  Məgər  siz  onun  danışığında  heç  bir  ləhcə  hiss  etmədi- 
niz? 
Daşnaklar: 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
311 
 
311 
–  Yox,  qətiyyən,  o  təmiz  erməni  dilində  danışırdı,-  deyə- 
rək, cavab verirlər. 
Aslan  bəyin  həm  rus,  həm  erməni  dilində  heç  bir  ləhcə 
biruzə  vermədən,  sərbəst,  səlis  danışa  bilməsi  Semyonovda 
ona  qarşı  daha  böyük  pərəstiş  hissi  oyadır.  Semyonov  Aslan 
bəyin belə gözlənilməz xüsusiyyətlərini kəşf etdikcə ona daha 
da sıx bağlanırdı. 
Aslan bəy Semyonovun onun erməni dilində sərbəst danı- 
şa bilməsinə təəccübləndiyini  gördüyündə ona demişdi: 
–  Dostum,  yadında  saxla,  düşmənini  məhv  etmək  istəyir- 
sənsə, ilk növbədə onun dilini yaxşıca bilməlisən!   
**** 
Zəngəzur  kəndlərindən  birində  maraqlı  bir  hadisə  baş 
vermişdi.  Günlərin  birində  quldurlardan  biri  qolunun  zoruna  
arxayın olub camaatın mal-qarasını zorla günün  günorta çağı 
əlindən  alır.  Camaat  onun  bu  hərəkətinə  etiraz  edərək  ona 
xəbərdarlıq  ediblər  ki,  sənin  bu  hərəkətin  barədə  Aslan  bəyə 
çatdıracaıq.  Quldur  da  arxayın-arxayın  deyib  ki,  gedin  kimə 
nə deyirsiz deyin! 
Mal-qarası  oğurlanan  adamlar  özlərini  ümid  yerləri  olan 
Aslan bəyə çatdırırlar və hadisəni olduğu kimi ona danışırlar. 
Bu xəbəri eşidən Aslan bəy bərk qəzəblənir və ona pənah gə- 
tirən  adamlara  deyir  ki,  narahat  olmayın,  o  elədiyi  hərəkətin 
cavabını alacaq.  
Aslan  bəy  vaxt  itirmədən  elə  həmin  gecə  bir-neçə  yaxın 
adamı  ilə  quldurun    evinə  yollanır.  Qapı-baca  bağlı,  həyətdə 
canavar  kimi  vəhşi  itlər  olan  bir  evin  həyətinə  girməyin 
mümkün  olmadığını  düşünən  quldur  evində  arvad-uşağı  ilə 
yatırmış.  Aslan  bəy  əvvəlcə  itləri  zərərsizləşdirib,  itlərin  səsi 
belə çıxmadan hamısı öldürülür. Evin qapısını açaraq evə gi- 
rən  Aslan  bəy    hazır  saxladığı  tüfəngin  lüləsini  onun  başına 
tuşlayır,  bu  zaman  quldurun  yanında  yatan  arvadını  görəndə 
tüfəngini geri çəkir, patrondaşdan iki patron çıxarıb quldurun 
qulaqlarının dibinə qoyaraq  evi tərk edir.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
312 
 
Səhər  yuxudan  ayılan  quldurun  arvadı  yataqda  olan  pat- 
ronları görəndə haray-həşir salır. Quldur yuxudan oyanıb pat- 
ronlara  baxanda  məsələnin  nə  yerdə  olduğunu  anlayır.  Bu 
hərəkəti ancaq Aslan bəyin edəcəyini başa düşən quldur vaxt 
itirmədən  bir-neçə  ağsaqqalını  da  götürüb  Aslan  bəyin  görü- 
şünə gedir. Quldur  bəyin ayağına düşərək yalvarır və deyir: 
–  Bəy,  məni  öldürsəydin  bundan  yaxşı  olardı.  Mən  sənin 
igidliyinin  qarşısında  baş  əyirəm.  Sən  ki,  məni  arvadımın 
yanında vurub öldürmədin, ömrüm boyu sənə qulam.  
Aslan bəy də ona: 
– Səni bu ağsaqqallara bağışlayıram, bir də belə qələt elə- 
mə! Camaatın malını apar özünə qaytar. 
O  da  verdiyi  sözü  tutaraq  malını  əlindən  aldığı  adamlarla 
görüşüb, onlardan üzr istəyib və apardığı mal-qaranın hamısı- 
nı onlara qaytarıb. 
 
**** 
Deyilənlərə  görə  Zəngəzur  kəndlərindən  birində    günlərin  
birində  çox  murdar  bir  hadisə  baş  verib.    Bir  evin    qadınla- 
rının  zivədən  asılan  bütün  alt  paltarlarını  gecə  ikən  gəlib 
oğurlayıb  aparıblar.  Bu  fakt  həmin  dövrdə  ailə  üçün,  bütün 
nəsil üçün böyük bir biabırçılıq hesab olunurdu. Səhər tezdən 
ev  sahibi  bu  mənzərənin  şahidi  olur.  Onlar  bu  hadisədən 
başlarını  itirir,  məyus  olur,  nə  edəcəklərini  bilmirlər.  Bu 
şərəfsizliyi  hansı  düşmənlərinin  onlara  etdiyini    yəqinləşdir- 
məyə  çalışırlar.  Bu  zaman    oğlunun    hadisədən    az  qala  dəli 
olacağını görən anası yerindən qalxaraq deyir: 
– Gedirəm Aslan bəyə hər şeyi deyəm... Bu xainlərin cəza- 
sını ancaq o verəcək! Oğlum, Allahdan ümid kəsilməz.  
Qadın  vaxt  itirmədən  Aslan  bəyin  yanına  gedir,  bu  vaxt 
Aslan bəy evdə yox imiş. Qadın  hadisəni evdə olan yaşlı qa- 
dınlardan  birinə  danışır.  Az  sonra  Aslan  bəy  də  gəlib  çıxır, 
evdə olan yad qadını gördükdə mehribanlıqla xəbər alır: 
– Ay bacı, gəlişin xeyirdirmi?  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
313 
 
313 
Qadın  cavab  verməyə  utandığından  susur,  bu  vaxt  evdəki 
yaşlı qadın astaca Aslan bəyə  yaxınlaşıb hadisəni eşitdiyi ki- 
mi ona çatdırır, bu xəbərdən hiddətlənən   bəy: 
–  Binamuslar!  Biqeyrətlər!  –  deyərək  ayağa  qalxır,  üzünü 
qadına tutur və əlavə edir: – Narahat olma,  bacı, onlar  etdik- 
ləri binamusluğun  cavabını alacaqlar.  
Aslan bəy dərhal yanındakı döyüşçülərinə “atlanın” əmrini 
verir.  Aslan  bəyin  kəşfiyyatı  tez  bir  zamanda  hadisənin  kim- 
lər tərəfindən törədildiyini müəyyənləşdirir. Aslan bəy dərhal 
həmin adamları tapmağa  yola  çıxır.  Şərəfsizlik edən adamla- 
rın kəndlərinin girəcəyində, hündür bir təpənin üstünə çıxaraq 
havaya  bir-neçə    güllə  atır.  Kənd  camaatı  təşvişə  düşür,  elə 
zənn edirlər ki, kəndə basqın olub. Tez hər kəs silaha əl  atıb  
atlanaraq  Aslan  bəygilin  qərar  tutduqları  təpəyə  doğru  çapıb- 
lar.  Bu zaman Aslan bəy uzaq məsafədən ona doğru gələn ilk 
atın alnının ortasından vuraraq atı öldürür. Daha sönra növbə- 
ti  atları  da  eyni  qayda  ilə  və  eyni  yerdən  vuraraq  öldürərək 
atlıları yerə sərir. Bu zaman heyrət içində olan kənd adamları 
bir-birlərinə  sual  edirlər  ki,  bu  adam  nədən  bizi  yox,  atları- 
mızı vurub öldürür, burda nəsə  bir iş var. 
 Bu vaxt haraya yetişən kənd ağsaqqaları gəlib bir-neçə atın 
eyni  yerdən,  eyni  qayda  ilə  qaşqasından  vurulduğunu  görən 
kimi, hadisəni anlayıblar və hər kəsə deyiblər ki: 
–  Bu  Aslan  bəydir,  xəbərdarlıq  edir,  nəsə  ciddi  bir  şey 
olub! 
Ağsaqqallar  dərhal  kənd  camaatından  xəbər  alırlar  ki,  nə 
olub ki, Aslan bəy belə qəzəblənib, hər şeyi bilməliyik, yoxsa 
Aslan bəy hamımızı güllədən keçirdəcək. 
Bu  vaxt  qorxu  içində  olan  kənd  adamları  gecəki  hadisəni 
ağsaqqallara çatdırırlar. Ağsaqqallar əllərinə  təslimçilik rəm- 
zi  sayılan  ağ  mələfəni  başlarının  üstünə  qaldırıb  Aslan  bəyə 
doğru gedirlər.  
Aslan  bəylə  görüşən  ağsaqqallar  onun  ayaqlarına  düşüb 
yalvarırlar ki: 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
314 
 
–  Bəy,  kənd  cavanlarının  qanını  bizim  ağsaqqallığımıza 
keç.  Onları  balalarının  başına  dola,  bağışla.  Pal-paltarları  da 
öz ağbirçəklərimizlə aparıb yiyəsinə çatdıracağıq...  
Aslan  bəy  ağsaqqalların  bu  yalvarışlarına  cavab  olaraq 
deyir: 
– Qoy qurban olsunlar sizə! Gedin camaatdan üzür istəyin, 
pal-paltarı da öz ağbirçəklərinizlə yiyələrinə qaytarın. 
Bu  hadisədən  sonra  şərəfi  ləkələnmək  təhlükəsindən  qur- 
tulan  qadın  yenidən  Aslan  bəyin  evinə  gələrək  ona  minnət- 
darlıq edir: 
– Çox sağ ol, Aslan bəy, allah səni bu camaata çox görmə- 
sin! Az qala oğlum dəli olacaqdı. Ömrümüz boyu bu yaxşılığı 
itirmərik, dualarımız həmişə sizinlə olacaq. 
 
**** 
Aslan  bəyin  uşaqlıq  və  yeniyetməlik  illəri  ilə  bağlı  da 
maraqlı xatirələr az deyil. Onlardan biri də  Zəngəzurun yaşlı 
adamlarının indi də xatirində yaşayan bir əhvalatdır. 
Bir  gün  kənd  qadınlarından  ikisi  kəndin  kənarındakı  kol- 
luqdan böyürtkən  yığırmışlar. Bu zaman  yekəpər  bir erməni 
dığası  qadınların  yanında  heç  kəsin  olmadığını  gördükdə 
onlara  sataşmaq  fikrinə  düşür,  qadınlara  hücum  edir  və  təca- 
vüz  etməyə  çalışır.  Qadınlar  da  özlərini  qorumaq  üçün  hay-
həşir salır, ona müqavimət göstərməyə çalışırlar. Dığa qadın- 
lardan  birini  zorla  tutub  yerə  çırpanda  yaxınlıqdan  keçən 
doqquz  yaşlı  Aslan  bunu  görür,  damarlarındakı  qan  coşur, 
erməni  dığasının  bu  hərəkətini  cavabsız  qoya  bilməyərək 
özünü itirmədən yerdəki iri payanı götürərək qadını yerə yıx- 
mış dığanın peysərinə bir-neçə zərbə ilişdirir. Dığa qan içində 
özündən  gedir  və  kənara  aşır.  Bu  hadisədən  heyrətlənən  qa- 
dınlar balaca bir oğlan uşağının onların namusunu necə xilas 
edə bilməsindən çaşıb qalırlar, qadınlar balaca Aslanı bağırla- 
rına basıb öz xilaskarlarını öpürlər və hələ də qorxu, həyəcan  
içində olan qadınlar deyirlər ki: 
– Oğlum, gəl, qaçaq, yoxsa bu dığa durar bizi öldürər.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
315 
 
315 
Balaca Aslan da cavabında onlara deyir ki: 
– Daha o bizi öldürə bilməz! Çünki o özü ölüb... 
Bu hadisə tez bir zamanda hər tərəfə yayılır. Doqquz yaşlı 
Aslanın  etdiyi  qəhrəmanlıq  dillər  əzbəri  olur.  Hamı  deyirmiş 
ki, Kərbəlayi Hüseyn bəyin oğlu Aslan böyüyəndə qəhrəman 
olacaq. 
Bəli  tarix  bunu  göstərdi.  İlk  düşmənini  xəyanət  üstündə 
haqlayan  balaca  Aslan  gələcək  taleyini  elə  o  vaxt  seçmişdi. 
Allah onu Zəngəzur camatının xilaskarı kimi  göndərmişdi. 
 
**** 
Aslan bəyin  xaincəsinə həlak olmasından sonra bütün ailə 
üzvləri və bütün qohum-əqrabası  Azərbaycanın  müxtəlif yer- 
lərinə  sürgün olunur. Ailənin özünü isə Nuxanın (indiki Şəki 
rayonu)  Daşburun  kəndinə  sürgünə  göndərirlər.  Oradan  isə 
onları  Qazaxstana  sürgün  etmək  planlaşdırılırmış.  Ailə  bir 
müddət  Nuxada  yaşadıqdan  sonra  Nuxanın  yerli  hakimiyyət 
nümayəndələri    tərəfindən  yayılan  həyəcan  dolu  xəbərlər 
eşidirlər. Tezliklə onları Qazaxıstana sürgün edəcəklər. 
Bu xəbərdən az sonra Azərbaycan Fövqəladə Komissiyası-
nın sədri (o vaxtlar bu vəzifə Milli Təhlükəsizlik Nazirliyi sə- 
viyyəsində bir orqan olub) Mircəfər Bağırovun Nuxaya  gələ- 
cəyi,  sürgün  olunmuş  adamlarla  görüşəcəyi  barədə  məlumat 
dolaşır  və  xəbər  yayılır  ki,  Mircəfər  Bağırovun  Qazaxıstana 
sürgün olunacaq adamlarla görüşünün vaxtı barədə əlavə mə- 
lumat  veriləcək.  Elə  də  olur,  xəbər  verilən  vaxt  Qazaxıstana 
sürgün  olunacaq  adamlar  meydana  toplaşırlar.  Bu  zaman 
Mircəfər  Bağırov  izdiham  qarşısında  çıxış  etməyə  başlayır.  
Onun  rus  millətindən  olan  eynəkli  yavəri  adamlar  arasında 
dolaşarkən qəfildən gözü Aslan bəyin qardaşı Süleyman bəyə 
sataşır.  O  çaşqın  bir  vəziyyətdə    yaxınlaşaraq  onu  bərk-bərk 
bağrına basaraq qucaqlayır. Bu vəziyyət bir-neçə dəfə təkrar- 
lanır.  Heyrətlə xəbər alır: 
- Sizi bura kim sürgün edib? 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
316 
 
Aslan  bəyin  qardaşı  Süleyman  bəy  vəziyəti  olduğu  kimi 
ona  danışır.  Yavər  iti  addımlarla  Mircəfər  Bağırovun  yanına 
gələrək hərbi təzim edir və deyir: 
–  Yoldaş  Bağırov,  bizi  Zəngəzurda  banditlər  mühasirəyə 
alıb  öldürmək  istəyərkən  real  ölümün  cəngindən  bizi  xilas 
edən  Aslan  bəy  Sultanovun  qardaşı  Süleyman  bəyi  də  bura 
sürgün ediblər. – Yavər əlavə edərək deyir ki: – Aslan bəy bizi 
xilas  edərkən  onun  dəstəsindən  olan  üç  nəfər  igid  bandit- 
lər tərəfindən öldürülmüşdü, o vaxt güllələrdən biri Aslan bə- 
yə də dəyə bilərdi. O həyatına risk edərək bizi xilas etmişdi.  
Bağırov bu xəbəri dinlədikdən sonra uca səslə deyir: 
–  Bu  ola  bilməz!  Onun  qardaşını  təcili  yanıma  çağırın,- 
əmrini verdi. 
Yavər Aslan bəyin qardaşı Süleyman bəyin qoluna girərək 
onu  Mircəfər  Bağırovun  yanına  gətirdi.  Bu  zaman  Mirəfər 
Bağırov  onunla son dərəcə səmimiyyətlə görüşərək əlini bir-
neçə dəfə başının üstünə qaldırıb endirərək hadisənin necə ol- 
duğunu bir daha xəbər alır. 
Prezident  Aparatı  Siyasi  Sənədlər  Arxivi  sənədləri  təsdiq 
edir ki, həmin dövrdə Mircəfər Bağırov  da mərkəzi hakimiy- 
yətin  hədəfində  olanlardan  biriydi.  Mərkəzi  hökumət  onu  
başından etmək üçün Gürcüstana dəxli olmayan su təsərrüfatı 
ilə bağlı bir adi işə göndərmişdilər. (Fond 1. Siyahı 8. İş 14) 
Süleyman    bəy  Aslan  bəyin  ölümündən  sonra  baş  verən 
hadisələri  dəqiqliyi  ilə  Mircəfər  Bağırova    çatdırır.  Bağırov 
onu  diqqətlə  dinlədikdən  sonra  əlini  ərklə  onun  çiyninə  to- 
xunduraraq  çox  təəssüf  etdiyini  demiş,  daha  sonra  da  əmr 
verib  deyir  ki,  onları  dərhal  sürgündən  azad  etsinlər.  Bu  in- 
sanların heç bir günahı yoxdur.  
Daha  sonra  Mircəfər  Bağırov  Aslan  bəyin  qardaşı  Süley- 
man bəylə mehribanlıqla görüşərək ayrılır. Ayrılarkən Mircə- 
fər Bağırov əmr etdiyi adamlara bildirir  ki, bu məsələnin ic- 
rasına şəxsən özüm nəzarət edirəm. Məsələ tam icra olunduq- 
dan sonra mənə məlumat verin. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin