Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
317 
 
317 
Bağırov  getdikdən sonra  Aslan bəyin ailə üzvləri bir-bir- 
lərini  təbrik  ediblər  və  rus  yavərin  onları  xilas  etməsindən 
məmnun qalıblar. Amma hər halda əmr icra olunana qədər iç- 
lərində  bir  tərəddüd  də  var  idi.  Səhərin  alatoranında  qapıya 
gələn iki  yük maşınının və gələn faytonların atlarının səsi ev 
adamlarını  yuxudan  oyadır.  Gələn  hökumət  nümayəndələri 
Mircəfər Bağırovun yazılı əmrini onlara təqdim edir. Bu əmri 
alan ailə üzvlərinin sevincləri yerə-göyə sığmır.   
Bu  zaman  Aslan  bəyin  qardaşı  Süleyman  bəyin  bir  qız 
övladı  dünyaya  gəlir.  Onun  ayağı  çox  düşərli  olduğuna  görə 
adını Sayalı qoyurlar. O vaxtkı Nuxada (indiki Şəkidə) anadan 
olduğuna görə indi də hərdən zarafatla Sayalı xanımı “Nuxalı” 
deyə çağırırlar. 
Yeri  gəlmişkən  Aslan  bəyin  Nuxanın  Daşburun  kəndində 
sürgün  həyatı  yaşayan  ailə  üzvləri  həmişə  Daşbulaq  camaa- 
tını  sevgiylə  xatırlayardı.  Onlar  deyərdilər  ki,  Daşbulaqlılar 
bizə  böyük  hörmət  göstərir,  qayğımızı  çəkir  və  ürək-dirək 
verərək deyərdilər ki: “Pis günün ömrü az olar”. Aslan bəyin 
ailə  üzvləri  bu  gün  də  Şəki  camaatına,  xüsusilə  də  Daşbulaq 
əhalisinə öz dərin minnətdarlığını bildirir.  
Bu hadisəni xatırlayan Aslan bəyin qardaşı deyirdi ki, Ba- 
ğırov  və  onu  müşayiət  edənləri  quduz  banditlərin  caynağın- 
dan  xilas  etdikdən  sonra  az  öncə  vəhşicəsinə  öldürüləcəyi 
xofundan  hələ də özünə gələ bilməyən Mircəfər Bağırov As- 
lan  bəyi  bağrına  basaraq  üzündən  öpmüş,  minnətdarlıq  hissi 
ilə bildirmişdi: 
– Aslan bəy, sənə bir can borcum var.  
Bundan  sonra  süfrə  açılmış,  çörək  kəsilmişdir.  Yeməkdən 
sonra Bağırovun yavəri ilə mən onlardan icazə alaraq meşəyə 
çiyələk yeməyə getdik. Zəngəzur meşələrində çox ətirli yaba- 
nı çiyələklər bitərdi. Biz bu çiyələkləri dərib yeyirdik. Mircə- 
fər  Bağırovun  yavəri  tez-tez  məni  qucaqlayaraq  onları 
ölümdən  qurtardığımız  üçün  Aslan  bəyə  xüsusi  minnətdarlı- 
ğını bildirirdi. Bu zaman yavər Aslan bəyin necə qəhrəmanlıq 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
318 
 
göstərməsini, necə dəqiq hərbi taktika seçməsini, bir göz qır- 
pımında  vəhşiləşmiş  banditləri  gəbərtməsini,  həmin  döyüşdə 
Aslan  bəyin  cəsur  döyüşçülərindən  üçünün  həlak  olmasını 
danışıb,  bütün  bunlara  görə  ömrü  boyu  Aslan  bəyə  borclu 
olacağını bildirmişdi. 
Bəli,  zaman  yetişdi  və  rus  yavər  Nuxada  öz  sədaqətini, 
verdiyi  sözü  kişi  kimi  tutmasını  sübut  etdi.  Onu  da  qeyd  et- 
mək  yerinə  düşər  ki,  Savalan  Şirinov  və  qeyriləri  Mircəfər 
Bağırovun  Aslan  bəyin  qəhrəmanlığına  qibtə  etdiyini  və  ona 
xüsusi rəğbəti olduğunu deyərdilər.  
Bu faktı arxiv sənədi (Fond 1. Siyahı 1. İş 126.) də təsdiq 
edir.  Mircəfər  Bağırov  1920-ci  ildə  Qarabağda  inqilab  komi- 
təsi  sədrinin  müavini  işləyərkən  Aslan  bəy  Sultanov  Qaraba- 
ğın və Zəngəzurun fövqəladə komissarı (ali rəhbəri) olub. Bu 
da o deməkdir ki, o zaman Mircəfər Bağırov  Aslan bəyin ta- 
beçiliyində  işləmiş  və  onun  bütün  fəaliyyətini,  qəhrəmalıq-
larını,  qeyri-adi  sərkərdəlik  istedadını  şəxsən  öz  gözləri  ilə 
görmüş, bütün bunlara görə də ona pərəstiş etmişdir.  
Mircəfər Bağırov sonrakı fəaliyyətində də Aslan bəyə olan 
rəğbətini  gizlətməmiş,  belə  ki,  onları  sürgündən  azad  etdik- 
dən sonra  nəslin ağsaqqalarına gizli olaraq tövsiyyə etmişdir  
ki,  soyadlarını  dəyişsinlər.  Ona  görə  də  Aslan  bəyin  qohum- 
larının əksəriyyəti Sultanov soyadından Abdullayev soyadına 
keçmişdir.  Bu  soyadı  da  ona  görə  götürmüşdülər  ki,  Aslan 
bəyin  atası  Kərbəlayi  Hüseyin  bəyin    babasının  adı  Abdulla 
bəy olmuşdur. Bu soyadı qəbul etdikdən sonra ailə sanki bəy 
damğasından qismən də olsa canını qurtara bilmişdir. 
Mircəfər  Bağırovun  razılığı,  xeyir-duası  olmadan  heç  kəs 
bu  soyadı  dəyişməyə  cürət  etməzdi.  Çünki  birincisi  Mircəfər 
Bağırov bu nəsli çox yaxşıl tanıyırdı, bilirdi ki, bu nəsil Azər- 
baycanın  ən  qədim  zadəgan  bəy  nəsillərindən  biridir.  İkincisi 
isə  Mircəfər  Bağırov  hüquq-mühafizə  orqanlarının  başında 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
319 
 
319 
işləyən  bir  adam  kimi  kimin  kimə  necə  bağlı  olmağını  də- 
qiqliklə bilirdi.  
Bu fikirlərin təsdiqi kimi 50-ci illərdə  onu ölümdən qurta- 
ran Aslan bəyin doğma bacısı oğlu və əmisi nəvəsi Canbaxış 
Ab- 
dullayevi  maliyyə  naziri,  sonra  Qutqaşen  rayonunun  (indiki 
Qəbələ  rayonu)  birinci  katibi,  qardaşı  oğlu  professor,  tarix 
elmləri  doktoru  Həsi  Abdullayevi  Mərkəzi  Komitənin  şöbə 
müdiri  vəzifəsinə  təyin  etmişdi.  Mircəfər  Bağırov  çox  yaxşı 
bilirdi ki, Həsi Abdullayevin atası Behbud bəy Sultanov hələ  
1920-1921-ci  illərdə  Aslan  Sultanovun  işçisi  olmuşdu.  Can- 
baxış  Abdullayev  isə  Abış  bəy  Sultanovun  oğlu  idi,  yəni 
Aslan bəyin əmisi oğlunun oğlu idi. Bütün bunlar da Mircəfər 
Bağırovun  Aslan  bəyin  unudulmaz  xatirəsinə  və  onun  ruhu 
qarşısında olan borcuna dərin hörmətin əksidir.   
 
**** 
Deyilənlərə görə bir gün Aslan bəy Gürcüstana bir tədbirə 
dəvət olunur. Tədbirdə öz dövrünün yüksək hərbi vəzifələrini 
tutan  adamlar  işturak  edirlər.  Tədbirin  sonunda  bir  yarışma 
təşkil  olunur.  Hədəfləri  düzüb  nişan  almaq  və  hədfləri  vur- 
maq şərt qoyulur. Hər kəs öz atılıcılıq məharətini göstərməyə 
çalışır.  Atəş  açanlar  hədəfləri  yüksən  ustalıqla  vura  bilirlər- 
miş. İşi belə görən Aslan bəy qərara alır ki, burada qeyri-adi 
bir şücaət göstərsin. Ona görə də növbə ona çatanda  tüfəngi 
qaldırıb  hədəfi  nişan  almaq  əvəzinə  hər  kəsdən  fərqli  olaraq  
öz  yerini  alaraq  hədəfə  diqqətlə  baxmağa  başlayır.  Ətrafda 
olanlar  təəccüblərini  gizlədə  bilmirlər.  Maraqla  onun  hərə- 
kətlərinə  göz  qoyurlar.  Bu  zaman  Aslan  bəy  arxasını  hədəfə 
sarı  tutaraq  tüfəngi  çiyni  üstən  qaldırıb  hədəfi  arxası  tərəfə 
vurub  aşırır.  Onun  hədəfi  arxası  tərəfə  vurub  aşırması  ora 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
320 
 
toplaşanların hamısını təəccübləndirir. Onun qeyri-adi atıcılıq 
qabiliyyəninə həsəd aparırlar. 
 
**** 
Bir  gün  Aslan  bəyin  atası  Hüseyn  bəy    anası    Mülkü  Ca- 
han  xanımla  birlikdə  müqəddəs  Kərbəlaya  ziyarətə  getməyi 
qərara  alırlar.  Allah  bu  ziyarəti  onlara  qismət  edir.  Ziyarəti 
başa  vurduqdan  sonra  geri  dönüb  evlərinə  qayıtdıqları  vaxt 
kənd  adamlarından  biri  hər  kəsi  qabaqlayaraq  bəyin  atının 
başından tutur və  üzünü bəyə tutaraq deyir: 
– Ay Kərbəlayi Hüseyn bəy, allah mənə də belə bir at qis- 
mət eləsin, mən də Kərbəlanı ziyarət edim.  
Bu  vaxt  Kərbəlayi  Hüseyn  bəy  gülümsəyərək  ona  cavab 
verir: 
– Allah belə bir  atı sənə qismət  elədi.  Bu  at bu gündən 
sənindir. 
Sevincindən  çaşıb  qalan  bu  sadə  kənd  adamı  üzünü  mə- 
yus-məyus Kərbəlayiyə tutaraq  susur. Onun bu mənalı baxış- 
larını  görən  Kərbəlayi  Hüseyn  bəy  məsələnin  nə  yerdə  oldu- 
ğunu başa düşür. Yenə  özünəməxsus  bir təbəssümlə, həm  də 
zarafatla  bildirir: 
– Təkcə Kərbəlayi mən deyiləm ki... Qoy qalan  tədarükü 
də Kərbəlayi Mülki Cahan xanım eləsin! 
Bəli...  O  sadə  adamın  sevincinin  həddi-hüdudu  yox  idi. 
Belə səxavətli və allahsevər bir insanların qarşısında olmasın- 
dan, onlardan gördüyü xeyirxahlıqdan allaha şükür  edirdi.  
İlk  növbədə  qadir  Allanın  rizası  və  yerdə  isə  Kərbəlayi 
Hüseyn bəylə Kərbəlayi Mülkü Cahan xanımın vasitəçiliyi  ilə 
Kərbəla ziyarəti arzusunda olan həmin adama Kərbəla ziyarəti 
qismət oldu! 
Bu  yerdə  əlavə  etməyi  vacib  bilirik  ki,  Kərbəladan  qayı- 
dan Kərbəlayi Hüseyn bəy Mac kəndini  öz pulu ilə alaraq öz 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
321 
 
321 
ətrafında  ehtiyacı  olan  insanlara  təmənnasız  olaraq  ehsan  ki- 
mi paylayıb. Mac kəndinin gözəlliyi və füsunkar təbiəti barə- 
də  isə  o  kəndi  öz  gözləri  ilə  görmüş  Nuşirəvan  Əsədovun 
xatirələrində ətraflı məlumat verilmişdir. 
  
**** 
O  dövrdə  insanların  dilində  əfsanə  kimi  dolaşan  bir  həqi- 
qəti  də  diqqətinizə  çatdırmaq  istəyirik:  O  dövrün  sağ  qalan 
insanlarının  xatirələrində  yaşayan  və  daşnakları  lərzəyə  gəti- 
rən bu əhvalat belədir. 
Andronikin qoşunlarını xüsusi hərbi məharətlə tələyə sala- 
raq məhv etdikdən sonra Andronik onun haqqında xüsusi ter- 
ror  planı  hazırlayır.  Onun  təlimatı  ilə  xüsusi  hazırlanmış  ter- 
rorçular Aslan bəyin gedib gəldiyi yerləri öyrənməli və fürsət 
düşən  kimi  onu  öldürməliydilər.  Bu  təlimata  uyğun  olaraq 
Aslan  bəyi  terrorçular  izləməyə  başlayırlar.  Nəhayət  özləri 
üçün əlverişli bir vaxtın yetişdiyini yəqinləşdirirlər. Aslan bəy 
onu  müşaiyət  edənlərlə  haradansa  gəlirmiş.  Bundan  xə- 
bər  tutan  terrorçular  gələcəyi  yolu  dəqiq  müəyyənləşdirib 
yolun  sağ  və  sol  tərəflərindəki  zəmilərin  içərisində  gizlənir- 
lər.  Axşama  yaxın  Aslan  bəy  oradan  keçəndə  atın  üstündə, 
ayaqları  üzəngidə  mürgüləyirmiş.  Bu  zaman  fürsətdən  istifa- 
də edən terrorçular eyni zamanda zəminin içindən çıxaraq sağ 
və  soldan  Aslan  bəyi  öldürmək  üçün  atəş  açmağa  cəhd  edir- 
lər.  Bu  zaman  atın  üstündə  mürgələyən  Aslan  bəy  zəmidən 
gələn  şıqqıltını  eşidən  kimi  səs  gələn  nöqtələrə  atəş  açır. 
Terrorçular hələ zəmidən tam çıxmamış Aslan bəy onları artıq 
qanlarına qəltan edir. Onların arasında sağ qalan biri zəmidən 
çıxaraq  əllərini  qaldırıb  təslim  olduğunu  bildirir.  Bu  zaman 
Aslan  bəy  onu  öldürməyəcəyini  vəd  edir.  Daşnak  ter- 
rorçusu şok vəziyyətində Aslan bəyin bu qeyri adi şücaətinin 
pisxoloji  təsiri  altında  ona  yalvarmağa  başlayır.  Sonra  Aslan 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
322 
 
bəyə  bildirir  ki,  Andronik  xeyli  müddətdir  ki,  onu  öldürmək 
üçün planlar hazırlayır. Aslan bəy onu yalvarışlarına görə de- 
yil,  Andronikə  mesaj  göndərmək  üçün  azad  edir.  Deyilənlərə 
görə bu məsələni təfsilatı  ilə eşidən Andronik  və onun gene- 
ralları  dəhşətə  gəlmiş,  ümumiyyətlə  daşnak  ordusunun  içəri- 
sində çox böyük vahimə yaratmışdır. 
 
Сян йанмасан, 
Мян йанмасам, 
Биз йанмасаг, 
Нежя чыхар гаранлыглар айдынлыьа?! 
 
Назим Щикмят 
 
 
Qalan Arxiv Sənədlərini  
Сизя Тягдим Едирик:
 
 
Azərbaycan Respublikası Milli Dövlət Arxivi, fond 410, 
siyahı 1, saxlama vahidi 98, vərəqə 5 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
323 
 
323 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
324 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
325 
 
325 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
326 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
327 
 
327 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
328 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
329 
 
329 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
330 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
331 
 
331 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
332 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
333 
 
333 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
334 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
335 
 
335 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
336 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
337 
 
337 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
338 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
339 
 
339 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
340 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
341 
 
341 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
342 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
343 
 
343 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
344 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
345 
 
345 
 
«Совет кянди", 1982-жи ил, 21 йанвар

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
346 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
347 
 
347 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
348 
 
 
МЦНДЯРИЖАТ 
 
Ön söz əvəzi ......................................................................... 10 
 Ы
 FƏSİL. Zəngəzur aslanı - Aslan bəy Sultanov ........... 15 
ЫЫ
 FƏSİL. Aslan bəy Sultanov- alternativsiz güc sahibi20 
ЫЫЫ
 FƏSİL. Qarabağın və Zəngəzurun fövqəladə       
komissarı............................................................................... 34 
Fövqəladə Komissarın mandatı ....................................... 37 
Xəyanətin başlanğıcını təsdiq edən ilk sənəd........................35 
ЫВ
 
FƏSİL. Zəngəzurun ermənilərə verilməsi ya da 
xainin vətəni olmur........................................................... 133 
В
 
FƏSİL ............................................................................... 142 
Laçınlı  Sultan bəygilin Sultanov deyil Muradov 
olmasını arxiv sənədi təsdiq edir ................................... 213 
Xatirələr...  xatirələr...  xatirələr....................................... 267 
Kərbəlayi Hüseyn ocağının övladları ........................... 287 
Arxiv sənədləri.....................................................................330 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
349 
 
349 
 
 
Фаиг Абдуллайев 
(Абдуллайев Фаиг Гулам оьлу) 
 
 
ZЯNGЯZUR ASLANI-   
 
Aslan Bяy Sultanov 
 
         
 
Няшриййатын директору:    Жейщун Хялилов 
Dizayner:     
         Вцсаля Гярибова 
Operator:   
        Дцрданя Гасымова 
Техники редактор:          Илащя Ляляйева 
 
 
 
 
Чапа имзаланмышдыр: 10.11.2012 
Каьыз форматы: 60/84. Офсет чапы 1/16. 
Физики ч.в.22.  Тираъ: 500 
Цнван: Сумгайыт шящ., 13-жц мкр. Нийази кцч. 
Емаил: дерелейез-билик@rambler.ру 
bilik-2008@mail.ru 
Тел.: (012) 408 39 51; (018) 656 50 42. 
 

Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin