Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
293 
 
293 
Aslan bəy  Andronikə dedi:  
–  Mən  bu  barədə  düşünməliyəm.  Üç  gündən  sonra  sənə 
xəbər göndərərəm.   
Andronik  Aslan  bəyi  onun  atının  yanına  qədər  müşayət 
etdi.  Aslan  bəy  qayıdandan  dərhal  sonra  Xələcli  Lətif  ilə 
Xallavalı Kərimi  yanına çağırıb dedi:   
–  Qardaşlarım,  Andronik  mənə  təklif  etdi  ki,  mən  onun 
təhlükəsizliyinə  təminat  verim  ki,  itgisiz  Susaya  gedib  gene- 
ralı  Dro  ilə  görüşə    bilsin.  Mən  artıq  bu  barədə  öz  qərarımı 
vermişəm.  Bu  barədə  öz  hərbi  planım  da  hazırdır.  Bu  hərbi 
plana  görə  Andranikin  dəstəsi  Laçının  Mığı  dərəsinə  qədər 
getməli  və  orada  mühasirəyə  alınmalıdır.  Bundan  sonra  bi- 
zimkilər  planda  göstərdiyim  istiqamətlərdən  hücuma  keçməli 
və  onları  darmadağın  etməlidir.  Siz  mənim  çəkdiyim  hərbi 
planı  götürüb  Laçına  gedin  və  Sultan  bəylə  görüşün.  Yaran- 
mış vəziyyətin ciddiliyini ona başa salın və deyin ki, mən üç 
gündən sonra Andronikə xəbər göndərməliyəm. 
 Lətiflə    Kərim  həmin  an  atlanıb  Ağbulaq  yolu  ilə  Laçına 
yola düşdülər. 
Bir  müddətdən  sonra  Laçına  çatıb,  Sultan  bəylə  görüşdü- 
lər. Sultan bəy onları xüsusi hörmətlə qarşıladı. Lətiflə Kərim 
Aslan  bəyin  Androniklə  görüşməsi  və  bu  görüşdə  müzakirə 
olunan  məsələlər  barədə  Sultan  bəyi  məlumatlandırdılar. 
Aslan  bəyin  hərbi  planı  ilə  onu  tanış  etdilər  və  bildirdilər  ki, 
Aslan bəy daşnakları məhv etmək üçün  ən münasib  yer Mığı 
dərəsini seçib. Sultan bəy bir mənalı olaraq Aslan bəyin hərbi 
planını  bəyəndiyini  bildirdi.  Sonra  Lətiflə  Kərimə  dedi  ki, 
Aslan bəyə bildirin, biz onun hərbi planı üzrə hərəkət etməyə 
hazırıq.  Lətif  və  Kərim  dərhal  geriyə  Aslan  bəyin  yanına 
qayıtdılar  və  Laçındakı  görüşləri  barədə  ona  məlumat  ver- 
dilər. Üç günün tamamında Aslan bəy Andronikin göndərdiyi 
nümayəndə  heyətini  qəbul  etdi  və  onların  təhlükəsiz  hərəkə- 
tinə    təminat  verdi.  Ancaq  bir  şərtlə:  O,  insanların  şübhələri- 
nin tamamilə  götürülməsi üçün əvvəlcə silahlarını göndərmə- 
yi, sonra isə özlərinin hərəkət etmələrini şərt kimi irəli sürdü. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
294 
 
Gələn  adamlar  bildirdilər  ki,  Andronik  Aslan  bəyin  bütün 
şərtlərini  qəbul  etməyə  hazırdır.  Razılıq  əsasında  Andronik 
əvvəlcə silah-sursatı yola salır, sonra isə özləri hərəkət etmə- 
yə  başlayırlar.  Aslan  bəy  plana  uyğun  olaraq  döyüşçülərinə 
göstəriş verir ki,  Laçına  –  Mığı  dərəsinə çatıncaya qədər heç 
kim daşnaklara toxunmasın. Andranik hiyləsinin baş tutduğu- 
nu düşünərək arxayınlıqla öz dəstəsiylə Laçına doğru hərəkət 
etməyə  başladı.  Bir  nüddətdən  sonra  Mığı  dərəsinə  çatdıqda 
isə  tamamilə  başqa  bir  mənzərə  ilə  qarşılaşdı.  Aslan  bəyin 
planına  uyğun  olaraq  daşnaklar  üzük  qaşı  kimi  mühasirəyə 
alınmışdı. Bir tərəfdən  Lətiflə Kərimin, digər tərəfdən Sultan 
bəyin,  başqa  istiqamətdən  Kəlbəcərdən  və  Zəngəzurun  digər 
bölgələrindən  gəlmiş  igid  oğulların  mühasirəsində  qalmış 
erməni daşnakları bu mənzərədən şok vəziyyətinə düşmüşdü- 
lər.  Aslan  bəyin  hərbi  planına  uyğun  olaraq  müxtəlif  istiqa- 
mətlərdən  eyni  zamanda  hücum  başlandı  və  daşnak  ordusu 
tamamilə  darmadağın  edildi.  Ancaq  təəssüflər  olsun  ki,  kiçi- 
cik  bir  dəstə  ilə  Andronik  qaçıb  canını  qurtara  bilmişdi. 
Bununla  da  onun  Dro  ilə  görüşmək  planı  alt-üst  olur  və  çox 
böyük bir məğlubiyyətə uğrayır. 
 
**** 
Aslan  bəy  Əyin  kəndində  evdə  oturmuşdu,  qonşudan  bərk 
qışqırıq  səsi  eşidir.  Boğuq  it  səsi  və  bir    kişinin  yalvarışı 
eşidilir: ay Allahı sevən, qoymayın bizi it yedi… 
Aslan  bəy  çölə  çıxanda  gördü  ki,  qonşu  itini  bir  dilənçi 
kişinin  üstünə  salıb.  Dilənçinin  yanında  nəvəsi  də  var  imiş. 
Kişi  uşağı  qorumaq  üçün  əynindəki  çuxanı  və  başqa 
paltarlarını verir itin ağzına. Kişinin üst paltarları  didik-didik 
olmuşdur.  Aslan  bəyin  qonşusu,  Çolaq  Astan  və  onun  qaynı 
Fərman  durub  bu  mənzərəni  həvəslə  seyr  edirlər.  Ailənin  o 
biri üzvləri də tamaşaçıların sırasındadır. Bu mənzərəni görən  
Aslan bəy bərk əsəbiləşərək  gedib evdən tüfəngi götürür  və 
tüfəngi  qaldırmağı  ilə  itin  beyninin  dağılmağı  eyni  vaxta 
düşür. Çolaq Astan: 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
295 
 
295 
–  Aslan  bəy,  qonşuyuq  axı,  iti  niyə  vurdun?-  deməyi  ilə, 
Aslan bəyin tüfəngi onlara tərəf tuşlaması çox çəkmədi. 
Onlar qorxudan qaçıb evə  doluşdular.  
Aslan bəy deyir: 
–  Qırışmal  köpəkuşağı,  yolçunu  itə  yedirdir,  özü  də  həzz 
alır, hələ deyir ki, iti niyə vurdun. 
Aslan  bəy  yolçuların  hər  ikisini  evə  gətirib  öz  paltarla-
rından onlara geydirib bir az da pay-para verdikdən sonra yo- 
la salır. 
Yeri  gəlmişkən,  bu  xatirələri  yazan  Nuşirəvan  müəllim 
Xələc kəndindəndir. 
 
**** 
Mən  yuxarıda  Aslan  bəyin  əmisi  oğlu  çar  generalı  olan 
Calal  bəy  Sultanov  barədə  danışmışdım.  İndi  isə  sizə  onunla 
bağlı maraqlı bir əhvalatdan bəhs edəcəyəm. 
O  həmişə  Zəngəzura  gələndə  Xələc  kəndindən  olan  Mə- 
həmməd kişinin müşayiəti ilə ətraf kənd və bölgələri gəzər və 
Rusiyaya  yola  düşməzdən  əvvəl  Məhəmməd  kişiyə  ailəsinə 
bir il bəs edəcək qədər pul verərdi. 
Aslan bəy ilə əmioğlu olsalar da şıltaqlığına və rus təbiətli 
olmasına görə araları sərin idi. Məhəmməd kişi nəql edirdi ki, 
Gorusdakı  mehmanxanadan  Cəlal  bəyi  yola  salırdım.  Meh- 
manxanada başqa bir erməni generalı da var idi. Yaxınlıqdakı 
evlərdən birində toy mərasimi keçirilirdi. Gəlib ermənini toya 
dəvət  etdilər.  Aradan  bir  az  keçmiş  Calal  bəy  mənə  dedi  ki, 
sən burada ol mən də gəlirəm. Calal bəy gedəndən sonra xey- 
li  gözlədim  qayıtmadı,  ardınca  çıxdım.  Gördüm  ki,  toyun 
bişmiş  qazanları  və  digər  əşyalar  evin  qarşısındakı  dərəyə 
tökülüb. Erməni generalı da daxil olmaqla bütün toy əhli Calal 
bəyə yalvarıb ondan üzr istəyirlər.   
Bir gün Calal bəyi toy məclisinə dəvət edirlər. Bu vaxt bə- 
yin  yanında  bir  nəfər  seyid  də  olur.  Calal  bəy  çıxarıb  seyidə 
bir  onluq  verir  və  deyir  ki,  məclisdə  içki  olacaq  sən  ora  get- 
mə. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
296 
 
İçki məclisi başlayandan sonra Calal bəy baxır ki, seyid də 
məclisdədir. O, seyidə müraciətlə deyir: – Axı, mən dedim ki, 
içki məclisi olduğuna görə siz bura gəlməyin. 
Seyid deyir: – Əşi, nə olar gəlmişəm də. 
Calal bəy deyir: 
–  Papağını  qaldır,  deyəcəm  nə  olacağını.  Seyid  papağını 
qaldıran  kimi  Cəlal  bəy  tapancasını  çıxarıb  seyidin  alnından 
bir güllə vurur. 
 
**** 
Qarıqışlaq kəndindən olan Qəhrəman əmi deyərdi. 
Calal  bəy  Sultanovun  el  arasında  ləqəbi  piyanska  idi.  Bil- 
səniz o piyanska sözü hansı mənanı verir? Çünki onun vurub 
öldürdüyünə  sorğu-sual  yox  idi.  O  Nikolayın  sol  böyründə 
oturur. 
 
**** 
İndi  sizin  nəzərinizə  daha  bir  maraqlı  əhvalatı  çatdırmaq 
istəyirik. Bir gün Cəlal bəy adamlarına əmr edir ki, toy gecəsi 
başa çatmamış gəlini götürüb mənim yanıma gətirin. Bundan 
xəbər  tutan  gəlinin  valideynləri  vahimə  içində,  ağlaya-ağlaya 
özlərini  Aslan  bəyin  yanına  çatdırırlar:  “Amandı,  Aslan  bəy! 
Namusumuz  ayaqlar  altına  atılır.  Sizin  əminiz  oğlu,  general 
Calal  bəy  mühafizəçilərinə  göstəriş  verib  ki,  toy  gecəsi  gəlin 
birinci  mənim  yanıma  gəlməlidir.  Aslan  bəy,  sizə  yalvarırıq. 
Ümidimiz göydə Allaha, yerdə sizədir. Ölmüşük, bizi yerdən 
götürün.”  Bu  xəbəri  eşidən  Aslan  bəy  bərk  hiddətlənərək 
yüksək  səslə  bildirdi:  “Biqeyrət,  binamus.  O,  bizim  nəslin 
adını  biabır  eləyir?  Onun  dərsini  mən  özüm  verəcəm!”  Və 
Aslan bəy dərhal adamlarına göstəriş verib Calal bəyin bütün 
mühafizəçilərini  toy  evindən  oğurlatdırır.  Toy  axşamı  Calal 
bəyə  Aslan  bəyin  bir  məktubu  çatdırılır.  Məktubda  aşağıdakı 
sözlər yazılmışdı: “Biqeyrət, binamus. Sən bizim nəslin adını 
biabır  eləyirsən?  Bura  Rusiya  deyil,  Zəngəzurdur.  Burada 
namus  məsələsi  ilə  əlaqədar  olan  bütün  məsələlər  Rusiya 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
297 
 
297 
qanunları ilə deyil, şəriət qanunları ilə həll edilir. Ona görə də 
verdiyin  sərəncamın  nə  ilə  nəticələnməyini  yadda  saxla. 
Adamların hamısı salamatdır və toy gecəsindən sonra evlərinə 
buraxılacaqdır.  Bundan  sonra  Zəngəzurda  ya  sən  qalmalısan, 
ya mən!”  
 
Aslan bəy 
Bu  hadisədən  sonra  Zəngəzurdan  Calal  bəyi  qovur.  Calal 
bəy işin nə ilə qurtaracağını bilərək qəzanı tərk edir. 
Nuşirəvan  müəllimin  xatirələrində  qeyd    olunur  ki,  Aslan 
bəy Qarabağa və  Zəngəzura rəhbərlik edərkən  o bütün qəza-
ların  mərkəzi  olan  Şuşa şəhərində oturudu.  Şuşalıların  dedi-
yinə görə o zaman hər kəs ona Çaylı Aslan bəy dyə müraciət 
edirdi.  Çaylı  Aslan  bəy  həm    daşnak  quldurlarını,  həm  də 
içimizdə  olan  quldurları  böyük  igidliklə  zərəsrsizləşdirir,  on- 
ları məhv edir, həbs etdiklərini də ədalət məhkəməsinə təhvil 
verirdi.  İndi  də  onun  cəsurluğu  və  qəhrəmanlıqları  haqqında 
Şuşanın  yaşlı  adamları  ürək  dolusu  danışırlar.  O  vaxtlar  Qa- 
çaq  Nəbiyə  də  Çaylı  Nəbi  deyərmişlər.  Qubadlı  camaatına 
Çaylı  eli  deyərmişlər.  Çünki  Qubadlı  ərazisi  Həkəri  və  Bər- 
güşad kimi iki gözəl çay  vadisində yerləşirdi. 
Ermənistanın  Əcənan  dairəsində  ermənilər  azərbaycanlı 
kəndlərini  mühasirəyə  alıb  uşaqdan  böyüyə  hamını  qəddar-
casına qırırdılar. Mahruzlu kəndində yaşayan Ədil danışırmış 
ki,  kəndimizdə  adamların  çoxunu  qırdılar.  Mənim  altı  qarda- 
şımı və bacım Mehribanı öldürdülər, meyitləri mənim üstümə 
yığdılar (Onlar məni ölü biliblər). Atam Kərbalayı Cavad qa- 
çıb atını və yazdığı məktubu naxırçıya verir, deyir ki, Qubadlı 
səngərinə  çapsın,  məktubu  Aslan  bəyə  çatdırsın.  Naxırçı 
məktubu  Əyin  səngərində  Aslan  bəyə  verir.  O,  adamları 
toplayıb məktubu onlara oxuyur. Səksən nəfərə yaxın adamla 
ora  tələsir.  Gedənlərin  arasında  Burcalı  Hüseynov,  Abbasəli 
Muradov,  Şirin  Həşimov  və  başqa  igidlər  silahlanıb  Əcənan 
dairəsinə  yollanır. Aslan bəy orada da ağıllı tədbir görür. On 
metr  hündürlüyündə  olan  sıldırımla  iyirmi  səkkiz  nəfərlə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
298 
 
gedir.  Qalan  adamlara  tapşırıq  verir  ki,  Ermənilərin  yaşadığı 
yeri mühasirəyə alsınlar. Onlara hər tərəfdən atəş açılsın. Özü 
isə  çətin  yolla,  sıldırımla  gedir.  Ermənilərin  bərk  saydıqları 
keşikçi  qoymadıqları  yerdən  hücuma  keçən  iyirmi  səkkiz 
nəfər atəş açan kimi hər tərəfdən atəş davam etdirildi. Erməni 
quldur  dəstəsi  darmadağın  edildi.  Aslan  bəyin  dəstəsi  itki 
vermədi.  Qalan  adamları,  yaralı  və  ölənləri  yeni  hücum 
gözlənilən  kənddən  köçürüb  gətirdilər.  Ədil  müalicə  edildi, 
sağaldı.  Onların  qisasını  daşnaklardan  aldığı  üçün  Əcənan 
kəndinin  camaatı  Aslan  bəyə  təşəkkür  və  minnətdarlıq  dolu 
məktublar  yazdılar,  onunla  görüşlərində  öz  səmimi  hisslərini 
dilə gətirməkdən çəkinmədilər. 
Aslan  bəy  vurulandan  sonra  Pəyhan  deyilən  yerdə  qaya- 
ların  arasında  gizlənmişdi.  Yaralar  olduqca  ağır  və  ciddi  idi. 
Belə bir vəziyyətdə yaxınlıqdakı “tısıx” ləqəbli birinin keçdi- 
yini  gördü  və  ondan  evlərinə  sifariş  göndərmək  üçün  yanına 
çağırdı.”Tısıx” dünənki qarətçilərdən biri idi. Ona görə də heç 
kəsin  olmadığını  görüb  qisasını  almaq  üçün  Aslan  bəyi  iki 
dəfə güllələdi. Beləliklə Aslan bəy həlak oldu.  
Artıq  Aslan  bəyin  meyidinin  yeri  hamıya  bəlli  idi.  Lakin 
hökumət  adamları  ciddi  əmr  vermişdilər  ki,  heç  kim  Aslan 
bəyin  cəsədinə  yaxın  düşməsin.  Buna  baxmayaraq  Aslan  bə- 
yin  əmisi  oğlu,  vaxtilə  onun  işçisi  olmuş  Behbud  bəy  Sulta- 
novun həyat  yoldaşı Minə xanım heç nəyə məhəl qoymadan, 
öz həyatına risk edərək Aslan bəyin meyidinə yaxınlaşmışdır. 
Meyiti  yuyub  dəfn  eləmək  üçün  Xələcli  Abbasquluya  adam 
göndərdilər. Meyit nəhayət ki, dəfnə hazır vəziyyətdə idi.  
Əyin,  Çardaxlı,  Xələc  Tarovlu,  Misdan,  Xallava,  Qarıqış-
laq,  Hacılı,  Məmmədli,  Xudular,  Qurdalaq,  Şamsız,  Ağbulaq 
camaatının  demək  olar  ki,  hamısı,  qalan  kəndlərin  isə  nüma- 
yəndə  heyəti  dəfndə  iştirak  edirdi.  Qarağac  kəndinin  ərazisi 
insan dənizini xatırladırdı. Xalq öz qəhrəmanı, xilaskarı arxa- 
sı,  ümidi  ilə  vidalaşmağa  gəlmişdi.  Camaatın  nəzərini  cəlb 
edən ağlayanlardan biri Bayram kişi idi. O ermənilərlə vuruş- 
da  həlak  olmuş  tək  oğlunun  iyini  Aslan  bəydən  alırdı.  Aslan 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
299 
 
299 
bəyin ölümü onun belini ikinci dəfə qırmışdı. Ağlayan ağbir- 
çək  analardan  biri  erməni  əsarətindən  ailəlikcə  azad  olduqla- 
rına  görə,  digəri  isə  divansız  bir  yerlə  haqqı-ədaləti  bərpa 
etdiyinə  görə  Aslan  bəyə  dualar  edir,  rəhmətlər  diləyirdilər. 
Təkcə  bir  nəfərin  “tısıxın”  nə  üçün  ağladığını  bilmək  müm- 
kün deyildi. O, ya cinayətinin açılmaması üçün Allaha yalva- 
rır və ya özü ölüm xofu ilə üzbəüz dayandığına görə kövrəlib 
yaş tökürdü.  
1922-ci  il  oktyabrında  Mac  kəndində  hökumətdən  küsmüş 
vəziyyətdə,  atası  Kərbəlayi  Hüseyn  bəyin  kəndi  olan  Macda 
dincələn  Aslan  bəyə  mərkəzi  hökumət  başda  Nəriman  Nəri- 
manov olmaqla ona müraciət etdi. Aslan bəy Zəngəzurda baş 
qaldırmış separatizmin qarşısını almaq, bu diyarın qəhrəmanı 
olan  Sizə  tapşırılır.  Bu  gün  hər  vəchlə  Azərbaycanın  parça- 
lanmasının  qarşısı  alınmalıdır.  Mərkəzin  bu  müraciətinə  ca- 
vab  olaraq  Aslan  bəy  ona  sadiq  olan  bütün  hərbi  dəstələri 
qaldırır  və  qoçu  Təhməzə  öz  tələbini  göndərir.  “Qoşu  Təh- 
məz, bu gün Azərbaycanın heç bir ad altında parçalanmasına 
yol vermək olmaz. Ona görə də, öz dəstənizi Zəngəzurun Qu- 
badlı  qəzasının  mərkəzindən,  Xanlıq  kəndindən    çəkin,  əks 
halda  siz  oradan  zor  gücünə  çəkilmək  məcburiyyəti  qarşısın- 
da  qalacaqsınız”.  Bu  tələbinə  müsbət  cavab  almayan  Aslan 
bəy  bütün  dəstəsini  Xanlıq  mərkəzinə  yeridir  Qoçu  Təhməzi 
alnından  vuraraq  bu  hərəkatı  yatızdırır  və  bu  bölgədə  Azər- 
baycan hökumətini bərpa eləyir, buna görə də o ölkə rəhbər- 
liyi tərəfindən mükafatlandırılır.  
Deyilənləırə  görə  Qoçu  Təhməz  yaralanarkən  öz  yaxınla- 
rına  vəsiyyət  edib  ki,  Aslan    bəyə  mənim  xahişimi  çatdırın, 
məni  özü  dəfn  etdirsin.  Gədə-güdə  atın  quyruğuna  bağlayıb 
sürüyərək  məni  biiman  etməsinlər.  Bu  xahiş  Aslan  bəyə 
çatdırılan  kimi  göstəriş  verir  onu  el  adəti  ilə  dəfn  etdirir.  Bu 
əməl  artıq  bəyliyin  fəlsəfəsini  açır.  Bütün  bunları  Savalan 
Şirinov danışarkən bir şeyi də xüsusi olaraq qeyd etdi. Aslan 
bəy  Qoçu  Təhməzi  dəfn  etdirərkən  hamı  çaşmışdı.  Çünki 
birinci gülləni Təhməz ona atmışdı.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
300 
 
Bu  illərlə  bağlı  aşağıdakı  arxiv  sənədi  ilə  tanış  ola 
bilərsiniz. Çox təəssüflər olsun ki, xanlıq üsyanının yatırılma- 
sını  da  kommunistlər  öz  adlarına  çıxıblar.  Həmin  göstərdiyi- 
miz sənəddən məlum  olur ki,  o vaxt Zəngəzur qəzasının fəal 
kommunistlərindən olan Aslan bəyin  əmisioğlu  Abbas Sulta- 
nov  mərkəzə  göndərdiyi  məlumatında    bu  üsyanın  məhz  As- 
lan  bəy  tərəfindən  yatırılmasını  gizli  saxlamışdır.  Səbəb  də 
məlum idi. 
 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 85, saxlama vahidi  214 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
301 
 
301 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
302 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
303 
 
303 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
304 
 
 
**** 
Respublika  Dövlət  Elm  və  Texnika  sənədlər  arxivinin  di- 
rektoru,  əməkdar  mədəniyyət  işçisi  Şahsuvar  Həşimovun  de- 
dikləri  də  son  dərəcə  maraq  doğurur  və  onun  xatirələrinin  
hamısı  faktlara  söykənir.  Qeyd  etmək  lazımdır  ki,  Şahsuvar 
Həşimov əslən Zəngəzurun Əyin kəndindəndir.  
–  Mən  uşaq  olanda  yaşlıların  söhbətlərini    həvəslə  dinlə-
yərdim.  Ən  çox  xoşuma  gələn  söhbətlər  üzünü  görməsəm  də 
adını eşitdiyim yerli qəhrəman, igid şəxsiyyət  Aslan bəy Sul-
tanov haqqında idi.  
Mən  onun  20  metr  məsafədən  iynəni  güllə  ilə  vurması, 
ceyranı görmədən uzaq məsafədən onun səsi ilə yerini müəy- 
yənləşdirib güllə ataraq ovlayan və ətrafındakılara: “Mən onu 
başından  vurmuşam,  gedin  gətirin”,-  deyən    bir  igid  olması 
haqqında  möcüzəyə,  əfasnəyə  oxşayan  həqiqətləri  az  eşitmə- 
mişdim.  Mən  belə  söhbətlərə  saatlarla  qulaq  asmaqdan  doy- 
mazdım.    Eşitdiyim  çoxsaylı  söhbətlərdən  biri  bu  gün  də 
xatirimdədir.  
Bir  gün  anama  –  Xalq  yazıçısı  Süleyman  Rəhimovun 
böyük bacısı Qiymət xanıma yalvardım ki, keçmişdə gördüyü 
maraqlı  hadisələrdən  mənə  danışsın.  O  tərəddüd  etmədən 
həmyerlimiz Aslan bəy Sultanovdan söhbət açdı: 
– Bala, Aslan bəy çox igid və cəngavər bir insan idi. Bilir- 
sən, mən onun səviyyəsində başqa bir cəngavər eşitməmişəm. 
Aslan  bəy    hədsiz  çevik,  cəld,  namuslu  bir  şəxsiyyət  idi.  Bi- 
zim elin insanları ona pərəstiş edirdilər. Ermənilər bizim Əyin 
kəndi  ətrafında  canfaşanlıq  edərkən,  müsəlman  qadınla- 
rın  döşünü  kəsir,  uşaqları  süngüyə  keçirir,  əsir  götürdükləri 
azərbaycanlıların  belinə  qaynar  samovar  bağlayır,  onlara  ölə- 
nə  qədər  olmazın  işgəncələr  verirdilər.  Bu  zaman  Aslan  bəy 
əsl aslan kimi hərəkət edərək onların  cavabını artıqlaması ilə 
verərdi.  Onun  seçdiyi  məkanlardan  biri  də,  bizim  uzun  illər 
Ocaq  zəmi  adlandırdığımız  sahə  idi.  Həmin  Ocaq  Zəmi  ətraf 
kəndlərdən  Ermənistana  gedən  yolun  üstündəydi.  Bu  yoldan 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
305 
 
305 
həm də Ermənistanın yaxın kəndlərindən gələrək bizim qonşu 
kəndlərdə  canfəşanlıq  edən,  günahsız  insanlara  işgəncələr 
verən erməni daşnakları da keçərdi. Aslan bəy həmin daşnak- 
lara  layiqli  cəzalarını  vermək  üçün  təklikdə  Ocaq  Zəmiyə 
gedərək  otlardan  başna  papaq  düzəldib,  bədəninə  də  otlardan 
örtük  düzəldərək  (komfulyaj)  heç  kəsin  diqqətini  cəlb  etmə- 
dən  zəminin  ortasında  özünə  mövqe  tutardı.  Daşnak  quldur- 
ları  oradan  keçərkən  Aslan  bəyin  gülləsinə  tuş  gələr,  məhv 
edilərdi.  O  zəminin  ortasında  tutduğu  mövqedən  o  qədər  tə- 
səvvürolunmaz  sürətlə  qalxıb  atəş  açar,  daşnakları  vurar  və 
yenidən mövqe tutardı ki, daşnaklar güllənin haradan atıldığı- 
nı    təyin  etməyə  macal  tapmazdılar.  Bu  metodla  Aslan  bəy  
orada olan daşnakların axırına çıxardı.   
Ağsaqqallar  deyirdilər  ki,  Aslan  bəy  Zəngəzurun  hər  bir 
yerində  törədilən  daşnak  vəhşiliklərinin  cavabını  artıqlaması 
ilə  verərdi.  Ən  çətin  anlarında  insanlar  ümidlərini  Asln  bəyə 
bağlayar,  ona  –  öz  qəhrəman  sərkərdələrinə  arxalanardılar. 
Aslan bəy günahı olmayan heç kəsə, hətta günahsız erməniyə 
belə güllə atmazdı. Xalq arasında deyərmişlər ki, o ancaq za- 
lımlara qarşı zalım olub.  
Yaşlı  adamlar  deyərmiş  ki,  Aslan  bəy  yaxın  ətrafları  ilə 
oturub  dərdləşərkən  tez-tez  bu  el  məsəlini  işlədərmiş:  “Keç- 
mə namərd körpüsündən qoy aparsın sel səni, yatmam çaqqal 
yatağında aslanlar yesə məni.” 
O dünyasını da  əsl aslan kimi, düşmən qabağında əyilmə- 
dən dəyişdi. Tülkülər, çaqqallar qarşısında ölümün gözlərinin 
içinə  düz  baxaraq    dəyişdi.  Çünki  qəhrəmanlıq  missiyadır,  o 
tanrı  tərəfindən  verilir,  vəzifə  tutmaq  deyil.  Seçilmiş  qəhrə- 
manlar  ölərkən də öz ölümləri ilə son qəhrəmanlıqlarını edib 
dünyadan  köçürlər.  Çünki  şüurlu  ölümdən  qorxmayan  insan- 
lara mənəvi ölüm yoxdur. Əsl qəhrəmanlar şərəfli ölümü düş- 
mən  qarşısında  əyilməkdən  üstün  tutanlardır!  Qəhrəmanlığın 
fəlsəfəsi də elə budur.  
Şahsuvar müəllim onu da dedi ki, o zamanlar məsul vəzi- 
fələr  tutmuş  İsmayıl  Şəfiyevdən  soruşanda  ki,  rəhbər  vəzifə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin