Milli Virtual-Elektron Kitabxananın təqdimatında


фонд,  сийащы  1,  иш  205



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

фонд,  сийащы  1,  иш  205
).  Эюрясян  Нязяр  Щейдяров,  Савалан 
Ширинов  вя  гейриляри  кими  адамлар  щягигяти  эизлят- 
мякля вя яслиндя тарихимизя гаршы эетмякля кимлярин ряьбя- 
тини  газанмаг  истяйирмишляр.  Яввялки  фясиллярдя  гейд 
етдийимиз кими, Аслан бяйин ямиси оьлу Чинэиз Илдырымын тя- 
лиматы  иля  щярякят  едян  бу  дюнцк  адамлар  гящряман 
инсанларын  миллятиня  тямяннасыз  етдикляри  хидмятляри  юз 
адларына чыхармаьа чалышмышлар.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
236 
 
Бу  йердя  бир  аталар  мясялини  йада  салмаг  йериня  дцшяр: 
«Сян  сайдыьыны  сай,  эюр  фяляк  ня  сайыр».  Бяли,  тарих  тякрар 
олунду.  Тарихин  тякрар  олмасы  иля  дя  яввялки  тарихдя  баш 
вермиш  жинайятлярин  цстцнцн  ачылмасы  цчцн  мцнбит  шяраит 
йаранды.  Цчрянэли  байраьымыз  йенидян  йцксялди.  Совет  щю- 
кумятинин, Совет империйасынын щеч заман даьылмайа-жаьына 
цмид  едянлярин  хцлйалары  алт-цст  олду.  Тарихимизин  эерчяк 
мянзяряси  цзя  чыхды.  Эизли  олараг  данос  йазыб:  тя- 
миз,  гящряман  инсанлары  лякяляйяряк  юзляриня  мянсяб  га- 
занан  хаинлярин  ич  цзляри  ачылды.  Миллятимиз  цчцн  ян  тящлц- 
кяли мягамларда кимин щансы мювге тутдуьу цзя чыхды. 
 
səh 113 
Kitabın 113-cü səhifəsində müəllif yazır :  
“Səhər  gözlənilmədən  Çingiz  İldırım  atlı  gəldi.  Çingiz  İl- 
dırım  Azərbaycan  Kommunist  (bolşevik)  Partiyası  MK-nin 
sovetlərə seçkilər haqqında tapşırığını bizə yetirdi.  Biz qəza- 
da vəziyyət barədə Çingizə məlumat verdik. O ölkənin daxili 
və xarici  vəziyyəti  ilə bizi müfəssəl tanış etdi: 
–  Biz  bilirik  ki,  sizin  vəziyyətiniz  çox  çətindir.  Lakin  bu 
çətin  günlərə  çox  az  qalıbdır.  Gördüyünüz  kimi  partiyanın 
mərkəzi  komitəsi  bu  çətin  günlərdə  belə  imkan  tapıb  sizinlə 
əlaqə  saxlayır.  Mən  xüsusi  tapşırıqla  gəlmişəm:  necə  olursa  
olsun  sizin  yanınıza  gəlim,  dediklərimi  sizə  çatdırım.  Bəzi 
sözləri  də  deyəcəyəm...  (o  bəzi  sözlərin  nə  olduğunu  müəllif 
nə  kitabda  nə  də  başqa  sənədlərdə  açıb  demədi).  Yəqin  ki, 
qəzanın  rəhbərləri  olan  əmisi  oğlanlarını  ləkələmək  üçün 
böhtan dolu danosları mərkəzə ötürməyi tövsiyyə edirdi. 
Sovetlərə  seçkilər  məsələsinə  keçərkən  Çingiz  İldırım 
nəzərdə  tutulan  seçki  sisteminin  mahiyyətini,  inqilab  komi-
təsinin  sovetlərlə  əvəz  etməyin  zəruri  olduğunu  bizə  izah 
elədi.  
O  dedi  ki,  Qubadlı  istisna  təşkil  edə  bilməz,  ona  görə  bü- 
tün  kommunistləri  sovetlərə  seçkilər  keçirməyə  cəlb  etmək 
lazımdır.  Çingiz  İldırımın  Azərbaycan  Sovet  Sosialist  Res- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
237 
 
237 
publikasının  nümayəndəsi  kimi  gəlməsi  qəzanın  camaatını 
ruhlandırdı, sovetlərə seçkiləri kəndlilər sovet hakimiyyə-tinin 
möhkəmlənməsi əlaməti kimi qiymətləndirdi”. 
Göründüyü  kimi  Nəzər  Heydərov  Çingiz  İldırımın  (Nəzər 
Heydərovun pataloji nifrətlə qəbul edə bilmədiyi  bəy sinfinin 
nümayəndəsinin)  qəzaya gəlməsini, onlara mərkəzin  son tap-
şırıqlarını  çatdırması,  necə  deyərlər  onları  təlimatlandırması 
barədə  ürək  dolusu  söz  açır.  Lakin  kitabın  bir  yerində  qeyd 
etdiyi  kimi,  Çingiz  İldırımın  “mən  xüsusi  tapşırıqla  gəlmi- 
şəm,  necə  olur  olsun,  sizin  yanınıza  gəlim,  dediklərimi  sizə 
çatdırım...” fikirlərini açıq aydın xatırlayır və bu barədə yazır. 
Amma  həmin  fikrin  sonundakı  “bəzi  sözləri  də  deyəcəyəm” 
fikirlərinin  üstündən  yenə  də  özünəməxsus  sükutla  ötüb  ke- 
çir.  Bu  barədə,  məsələnin  görünməyən  tərəfi  barədə  heç  nə 
yazmır.    Bu  yerdə  bir  məsələni  sizin  diqqətinizə  çatdırmağı 
vacib  bilirik.  Necə  ki  1920-ci  ilin  dekabrında  Gorusda 
keçirilən qurultayın üzvü seçilməsindən fəxarətlə yazan Nəzər 
Heydərov  bir  dəfə  də  olsa  qurultayın    hansı  qərarı  qəbul 
etməyini  dilə  gətirmədi.  Hansı  ki,  həmin  qurultayda 
Zəngəzurun Ermənistana verilməsi qərarı qəbul olunmuşdu və 
bu  həmin  xəyanətkar  qərarı  Nəzər  və  bütün  kommunist 
partiyası  üzvləri  birmənalı  şəkildə  dəstəkləmişdilər.  Amma 
illər  sonra  əldə  etdiyimiz  arxiv  sənədləri  həmin  qurultayın 
hansı  səbəbə  çağırılması  və  qurultayda  hansı  qərarın  qəbul 
edilməsi  o  qərarı  ortaya  ataraq  dəstəkləyənlərin  kimliyi  üzə 
çıxdı.  Çingiz  İldırımın  himayə  etdiyi  yerli  xainlərin  hamısı 
qurultayın qəbul etdiyi qərara imza atmışdılar və o qərara elə 
don  geyindirmişdilər  ki,  guya  Azərbaycan  əhalisi  özü  istəyir 
ki, Zəngəzur Ermənistana verilsin.  
Nəzər  Heydərovun  yazdığına  görə  Çingiz  İldırım  əqidə 
yoldaşları  ilə  görüşündə  deyir  ki,  “...  bəzi  sözləri  də  deyəcə-
yəm”. Amma həmin o “bəzi sözlər” haqında heç nə yazmır və 
o  fikrin  üstündən  keçir.  Bizsə  müqayisəli  məntiqi  təhlillər 
apararaq  hadisənin  görünməyən  tərəfini,  Nəzər  Heydərovun 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
238 
 
üstündən  sükutla  keçdiyi  bəzi  məqamları  sizə  çatdırmağa 
çalışacağıq. Bununçün birinci tarixə nəzər salaq. 
Nəzər Heydərov  yazır ki, Çingiz  İldırım  sovetlərə seçkilər 
haqqında  tapşırıqalrı  yerli  kommunistlərə  çatdrımaq  üçün 
gəlibmiş.  Ancaq  bu  məsələnin  konkret  tarixi  haqqında,  qəs- 
dən heç nə yazmır.  
Arxiv  sənədlərindən  də  məlum  oldu  ki,  1921-ci  ilin  aprel 
ayından  başlayaraq  artıq  başda  Nəriman  Nərimanov  olmaqla 
mərkəzi  hökumət  inqilab  komitələrinin  sovetlərlə  əvəz  olun-
masının  zəruriliyi  məsələsini  ortaya  atmışdılar.  Nəzər    Hey-
dərov bu yerdə yenə Çingiz İldırımın onları təlimatlandırmağı 
və o zaman, yəni 1921-ci ilin aprel ayında və sonrakı dövrlər-
də  yerli  hakimiyyətin  başında  Ç.İldırımın  əmisi  oğlanları 
dayanırdılar,  yəni  Aslan  bəy Sultanov və onun  əqidə qardaş-
ları.  Diqqəti  hədəfdən  yayındırmamaq  üçün  bu  Sultanovların 
da  hansı  qəhrəmanlıqlar  göstərərək  qəza  hakimiyyətinin 
başında dayandıqlarını, xalqın içində necə böyük nüfuz sahibi 
olduqları barədə heç nə yazmır.  
Daha əvvəlki hissələrdən sizə məlumdur ki, partiya üzvləri 
olmayan  yerli  hakimiyyətin  başında  dayanan  bu  Sultanov-
ların    böyük  nüfuzu  var  idi,  onların  millətə  qarşı  münasibət-
ləri  də  birmənalı  idi,  onlar  heç  bir  təmənna  güdmədən  xalqa 
xidmət  edirdilər. Elə ona görə də Çingiz  İldırımın  qısqanclıq 
hissi, Nəzər Heydərov və onun ətrafındakıların qisasçılıq hissi  
bu qara niyyətli elementləri Aslan bəy və onun koman-dasına 
qarşı  bir  cəbhədə  birləşdirmişdir.  Arxiv  sənədlərinin 
təhlilindən  məlumdur ki,  1921-ci  ilin  yanvar-aprel  aylarında 
və may ayında Çingiz İldırımın himayə etdiyi adamlar xalqın 
qəhrəman  övladlarına  qarşı  hansı  xəyanətkar  addımlar  atmış, 
böhtan  dolu  məlumatları  mərkəzə  göndərmiş  və  onları 
ləkələməyə  çalışmışlar.  Buradan  da  məlum  olur  ki,  əgər 
Nəriman  Nərimanovun  xeyir-duası  olmasaydı  Ç.İldırım  və 
onun yerli əlaltıları  mərkəzin də yaxşı tanıdığı xalqının qəh-
rəman  övladlarını  bu  cür  damğalamağa  cəsarət  etməzdilər. 
Həmin hadisələrə bu günün prizmasından baxdıqda kimin kim 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
239 
 
239 
olduğu  gün  kimi  aydın  olur  və  necə  deyərlər  oğruların 
doğruları ittiham etdikləri məlum olur. 
 
səh 120 
Nəzər Heydərov kitabın bu səhifəsində  yazır ki, qəza icra-
yə  komitəsinin  plenumu  Azərbaycan    Kommunist  Partiyası-
nın  MK-nin  tövsiyyə  etdiyi  nümayəndəni  Şuşalı  Hüsü 
Hacıyevi sədr seçdi.  
Sovetlərə  seçkilərin  keçirilməsində  Hüsü  Hacıyev  də 
yaxından iştirak etmişdi. Qəza Sovetlər qurultayı Azərbaycan  
Sovetlər  qurultayına  on  nümayəndə  seçdi.  Onlaırn  arasında 
Qubadlıdan  kəndli  Ramazan  Məmməd  oğlu,  Teymur-
Müsganlı kəndindən Talıb (familiyası  yadımda deyil), Çingiz 
İldırım, Hüsü  Hacıyev,  Qara  İlyasov, mən  (Nəzər Heydərov) 
və  başqaları  var  idi.  Ümumazərbaycan  sovetlər  qurultayı 
1921-ci ilin mayın 6-dan 19-dək  Bakı şəhərində davam edir- 
di. Azərbaycan xalqınının tarixində birinci dəfə olaraq qurul- 
tay  Azərbaycan  SSRİ-nin  Konstitusiyasını  qəbul  etdi.  Qurul- 
tay  Konstitusiyaya  əsasən  Azərbaycan  İnqilab  Komitəsi  əvə- 
zinə    Respublikanın  ali  qanunverici  və  təşkilatçı  orqanı  74 
üzvdən 25 nümayəndədən ibarət Azərbaycan Mərkəzi  İcraiy-
yə  komitəsini  seçdi.  Bu  sətirlərin  müəllifi  də  (Nəzər  Hey- 
dərov)  Azərbaycan  Mərkəzi  İcrayə  Komitəsinin  üzvlüyünə 
seçildi”. 
Müəllif  kitabda  göstərir  ki,  qəza  sovetlər  qurultayı  Azər- 
baycan  sovetlər  qurultayına  10  nümayəndə  seçdi.  Onların 
arasında  Çingiz  İldırım,  Hüsü  Hacıyev,  Talıb,  Qara  İlyasov, 
Nəzər  Heydərov  və  başqaları  var  idi.  Buradan  bir  sual  yara- 
nır;  Zəngəzurun  ermənilərə  verilməsinin  vacib  olduğunu  tə- 
kid  edən  və  bu  xəyanətə  imza  atan  (Çingiz  İldırımın  himayə 
etdiyi)  yerli  xainlərin  indiyə  qədər  görəsən  xalq  qarşısında 
hansı  xidmətləri  olmuşdur ki,  onları  Azərbaycan  Respublika-
sı sovetlər qurultayına nümayəndə seçirdilər? Doğrudan da bu 
adamlarda  yüksək  mənəvi  keyfiyyətlər,  xalqının  düşmən- 
ləri ilə vuruşmaq əzmi var idisə, bəs onda nə üçün 1920-ci ilin 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
240 
 
aprelində  fəhlə-kəndli  hakimiyyəti  müsavat  hökumətini 
devirdikdən  sonra    mərkəzi  hakimiyyətə  rəhbərlik  edənlər  o 
zaman  Andronikin  yaratdığı  daşnak  hökumətinə  qarşı  vuruş- 
maq  üçün  yerli  sərkərdə  axtarışına  çıxanda  əvvəl  Laçınlı 
Sultan  bəylə,  sonra  digərlərindən  yerli  kəşfiyyat  qurmaq, 
daşnaklara  qarşı  vuruşmaq  üçün  əməkdaşılıq  etmək  istəyər- 
kən  nə  üçün  bu  qurultaya  seçilən  nümayəndələrin  heç  birinə 
təklif  olunmamışdı?  Əgər  doğrudan  da  onlar  layiqli  adamlar 
idilərsə  ölüm-dirim  savaşı  zamanı  təpədən-dırnağadək  o 
dövrün  müasir  silahları  ilə  silahlanmış  daşnak  hökumətinə 
qarşı  müharibə  etmək  üçün  Çingiz  İldırım  başda  olmaqla 
qurultaya  nümayəndə  seçilənlərlə  nə  üçün  birləşmədilər? 
Çünki  qarşıda  ağır  sınaq  dayanırdı,  vuruşmaq,  şücaət  göstər- 
mək, şəhid  ola bilmək kimi  şərəfli və ağır bir imtahan daya- 
nırdı.  Bunu  mərkəzə  təmiz  və  qəhrəman  insanları  ləkələmək 
üçün  gizli  olaraq  böhtan  dolu  donoslar  ötürməklə  müqayisə 
etmək  olmazdı.  Burada  kişilik,  qəhrəmanlıq  qorxmazlıq  gös- 
tərmək lazım idi. Ona görə də bu şeytani missiyanı aparanlar- 
dan  mərkəz  gizli  xəyanətlərini  həyata  keçirmək  üçün    birdə- 
fəlik alət kimi istifadə etmişdir. Əsl qəhrəmanlıq, kişilik, düş- 
mənə  qarşı  vuruşma  məqamında  mərkəz  birmənalı  olaraq 
Aslan  bəyin  alternativsiz  sərkərdə  olduğunu  dərk  etmiş,  bü- 
tün  iddialarından  əl  çəkmiş,  məhz  ona  müraciət  etmiş,  onun 
gücünə  sığınmağa  üstünlük  vermişdir.  Ümumi  düşməni,  daş- 
nakları birlikdə məhv etmək təklifini etmişdi. Göründüyü kimi 
XI  ordunun  komandanlığı  Aslan  bəyə  qoşulmuş,  öz 
kəşfiyyatına  rəhbərlik  etməyi  birbaşa  ona  eitbar  etmişdir. 
Müharibə  şəraitində,  ordu  sistemində  kəşfiyyatın  nə  demək 
olduğnu siz oxucular da gözəl bilirsiniz. Bu o demək idi ki, XI 
ordunun  Qarabağa  və  Zngəzura  göndərilən  diviziyası 
kəşfiyyatı  Aslan  bəyə  etibar  etməklə  bərabər  həm  də  öz  
həyatlarını ona etibar etmişdidilər. 
Bəzi ağzıgöyçəklər  Aslan bəyin XI orduya nə üçün qoşul- 
ması  faktına  başqa  donlar  geyindirməyə  çalışırlar.  Əslinə 
qalanda  isə  XI  ordu  Aslan  bəyə  qoşulmuşdu,  çünki  XI  ordu 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
241 
 
241 
birləşmələri  o  yerlərə  bələd  deyildi,    coğrafi  cəhətdən  keçil- 
məz dağlar, meşələr, qayalıqlardan ibarət bir yerlərdə etibarlı 
bələdçi  olmadan hərəkət etmək mümkün deyildi. Həm  də XI 
qızıl ordu Zəngəzura  gəldiy vaxt  artıq  Aslan  bəy  Sultanovun 
daşnaklarla mübarizə aparamaqda xeyli təcrübsəi var idi. Ona 
görə  də  XI  qızıl  ordunun  28-ci  diviziyasının  Aslan  bəylə 
birləşməsi  zamanın tələbi idi.  
Çox mürəkkəb bir tarixi şəraitdə, mərkəz seçim qarşısında 
qalanda,  qəhrmən  sərkərdə  axtarışında  olanda  Aslan  bəyə  üz 
tutur, onun fitri hərbi istedadından istifadə edərək son dərəcə 
ağır bir müharibəni udur. Onun bu qəhrəmanlığı qızıl medalla 
qiymətləndirilir. Onun daşnak hökumətinə qarşı qurduğu hər- 
bi plan qələbə çaldığına görə bütün Qarabağın və Zəngəzurun 
fövqəladə  komissarı  təyin  edilir.  Nəticədə  şərəfli  missiyasını 
aparan  qəhrəmanlara  qarşı  yerli  şərəfsizlər  tərəfindən  gizli 
olraq qarayaxma, böhtançılıq  kompaniyası  başlanılır. Milləti- 
nin  yolunda  canını  belə  əsirgəməyən,  xalqının  düşmənlə- 
rindən layiqli qisasını alan oğullarımız içimizdən olan xainlər 
tətəfindən  güdaza  verilir.  Buradan  belə  nəticə  çıxarmaq  olar 
ki,  Azərbaycan  sovetlər  qurultayına  Çingiz  İldırım  və  qeyri- 
lərilə  birlikdə  üzv  seçilməyindən  qürur  hissi  keçirən  Nəzər 
Heydərov  artıq  etdiyi  xəyanətin  ilk  mükafatının  bəhrəsini 
görürdü.  Əfsuslar  olsun  ki,  Çingiz  İldırım  kimi,  onun  əlal- 
tıları  Nəzər  Heydərov,  Savalan  Şirinov  və  qeyrilərini  bu 
dünyada ancaq bir şey maraqlandırırdı. Nəyin bahasına olursa 
olsun  karyerasını  qurmaq,  hətta  Zəngəzur  kimi  strateji  əhə- 
miyyətli(onun  verilməsi  bütün  türk  dünyasını  coğarafi 
cəhətdən  ayrı  salmaq  məqsədi  daşıyırdı)  bir  ərazini  düşmənə 
vermək  kimi  bir  xəyantə  imza  atmaq  və  onalrın  etdikləri  bu 
xəyanətə  qarşı  çıxan  qəhrəmanlara  -Aslan  bəy,  Lətif,  Kərim 
və digər qəhrəmanlara şər və böhtan atmaq niyyətində olmuş- 
lar.  Özlərinin  rahat  həyatlarını  qurmaq  üçün  kitabında  səhifə 
126-da  qeyd  etdiyi  kimi  heyvanlarla  bir  yerdə  yataraq  səhərə 
qədər  yaş  peyin  iyləməkdən  canını  qurtarmaq  üçün  bu  yolu 
seçmişdir.  Ancaq  bu  imansızlar  bir  həqiqəti  anlamırdılar  ki, 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
242 
 
ataların da dediyi kimi,  hiylə və kələk ağacının barı acı fəla- 
kətdir  və  zülm  ilə  abad  olanın  axırı  bərbad  olar.  “Qurani-
Kərimi”in  məntiqi  ilə  desək  axirətə  inanmayan  bu  kafirlər 
şeytana  xidmət  edərək  dərk  edə  bilməmişlər  ki,  insan  bu 
dünyadakı    əməlləri  ilə  cənnəti  və  cəhənnəmi  qazanır. 
Vicdanına,  millətinə  hər-hansısa  səbəbdən  xəyanət  edənlər 
haqq  dünyasında  ən  ağır  cəzaya  məhkum  olacaqlar,  onların 
məkanı  cəhənnəm  olacaqdır.  Əksinə,  ən  çətin  anlarda  öz 
vicdanına  xəyanət  etməyən,  xalqının  yolunda  canını  belə 
əsirgəməyən,  millətinin  düşmənlərinə  qarşı  vuruşan  şərəfli 
insanların mükfatı böyük və qadir olan Allah tərəfindən haqq 
dünyasında  cənnət  olacaqdır.  Bu  fikirləri  “Qurani-Kərim”in 
məntiqi diqtə edir. 
Çingiz  İldırım,  Nəzər  Heydərov,  Savalan  Şirinov  və 
qeyriləri  etdikləri  xəyanətə  görə  başda  oturanlardan  yüksək 
vəzifələr  aldılar.  Hətta  ermənilər  Savalan  Şirinovu  Amasiya 
rayonunun birinci katibi vəzifəsinə təyin etmişdilər. Bir müd- 
dət  bu  vəzifələrin  ləzzətini  duydular,  ancaq  sonra  nə  oldu? 
Sovet  imperiyası  dağıldı,  arxivlər  açıldı,  kimin  kim  olduğu 
üzə çıxdı. Hadisələrə bu günün prizmasından baxdıqda isə bir 
təkzibolunmaz  faktla  razılaşmaq  məcburiyyətində  qalırsan. 
Gec  də  olsa  haqq-ədalət  üzə  çıxır,  necə  deyərlər  düz  əyrini 
kəsir.  Şaumyanların,  Nərimanların  və  qeyrilərinin  deyil,  za- 
manın ən böyük hakim olduğunu anlamayan, gözləri, qəlbləri 
şeytan  tərəfindən  möhürlənmiş  bu  qara  elementlər  yəqin  ki, 
son  anda  ölüm  xofu  ilə  üzləşəndə    nələrini  nələrinə  qurban 
verdiklərinin  fərqində  olublar.  Ancaq  atalar  demişkən  təəsüf 
ki,  sonrakı  peşimançılıq  fayda  verməz.  Xalqına,  vicdanına 
xəyanət  edənlər  mənəviyyatlarını  kariyeralarına  qurban 
verənlər  bir  həqiqəti  anlamalıdırlar  ki,  bu  dünyada  cəzadan 
qaça  bilsələr  də  haqq  dünyasında  cəzadan  qurtula  bilməyə- 
cəklər.  
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
243 
 
243 
səh 125 
Nəzər  Heydərov  kitabın  125-ci  səhifəsində  bizə  arxiv 
sənədlərindən  daha  dəqiq  məlum  olan  bəzi  hadisələr  barədə 
aşağıdakıları yazır: 
“1921-ci ilin may ayının əvvəlləri idi. Kəndimizə (Gürcülü 
kəndinə)  bir  dəstə  erməni  kommunisti  gəlmişdi.  Əliquluuşa-
ğından  xəbər  verdilər  ki,  daşnaklar  bunu  bilib  kəndə  siahlı 
dəstə göndəriblər. Başda Arşak Balayan olmaqla kommunist-
lər  daşnakları  qarşılamaq  üçün  Laləzar  körpüsünə  tərəf  yola 
düşdülər. Bizim kəndin kommunistləri və  silahlı bitərəflər də 
onlarla getdi. Bir az keçdikdən sonra atışma səsi gəldi. Atışma 
kəsildikdə  kimsə  şaiyə    yaydı  ki,  daşnaklar  bütün 
kommunistləri  körpüdə  qırıb,  bizim    kəndi  də  dağıtmağa, 
talamağa  gəlirlər.  Yeqo  Qazaryan  bizim  evdə  xəstə  yatırdı. 
Yerindən  tərpənə  bilmirdi.  Birinci  növbədə  onu  xilas  etmək 
lazım  idi.  Qadınlar  ona  arvad  paltarı  geyindirib,  qoca  qarıla- 
rın  arasında  gizlətdilər.  Ancaq  bütün  təşviş  əbəs  imiş. 
Daşnaklar  Ağyazı  tərəfdə  Gürcülülərin  və  Əliquluuğağılıarın  
atəşi  altına  düşüb    vahimə  içərisində  Aynaxlı  dərəsinə  çəkil- 
mişdilər”. 
Kitabdakı bu hissəni sizin diqqətinizə çatdırmaqda məqsə- 
dimiz  iki  əqidə  qardaşı  olan  Nəzər  Heydərovla  Savalan 
Şirinovun  müxtəlif  illərdə  və  müxtəlif  yerlərdə  dedikləri  və 
yazdıqları  parodaksal  fikirlərə  toxunmaq  istəyirik.  Nəzər 
Heydərovun yuxarıdakı hadisəni necə qələmə verdiyi ilə artıq 
tanış  oldunuz.  Bəs  görək  Savalan  Şirinov  həmin  hadisələri 
necə  qələmə  vermişdir.  Bu  barədə  sizə  daha  əvvəl  də  məlu- 
mat  verməyimizə  baxmayaraq,  həmin  məqama  bir  daha  qa- 
yıtmaq istəyirik: 
“1921-ci  ildə  Daşnak  generalı  Nijde  başının  dəstəsi  ilə 
Qubadlı  rayonunu  Gorusla  birləşdirmək  fikrinə  düşür  və  bu 
məqsədlə  Eyvazlı  kəndində  konfrans  təşkil  edir.  May  ayında 
isə  quldurlar  bizim  dəstəyə  qarşı  200  nəfərlik  silahlı  qüvvə 
göndərirlər.  Rayon milis idarəsini rəisi Aslan Sultanov bizim 
köməyimizə gəldi. Quldurlar məhv edildilər. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
244 
 
Daha  əvvəlki abzasda isə  yazır ki,  1920-ci  ildə  müsavatın 
rəhbərləri  əyinlərinə arvad paltarı geyinib  qadınların arasın-
da gizlənmişdilər və s. və ilx.” 
Maraq  doğuran  odur  ki,  iki  əqidə  qardaşı  eyni  hadisələri 
başqa-başqa yozumda çatdırmağa və qələmə verməyə çalışır-
lar. Nəzər Heydərov hadisələrdən söz açaraq daşnakların güc- 
lü müqaviməti ilə qarşılaşdığını yazsa da, o müqaviməti kimin 
qırdığını,  kimin  daşnakları  zərərsizləşdirib  məhv  etdi- 
yini yazmır.  
Savalan Şirinov isə Nəzər Heydərovun yazdığı kimi ermə- 
ni  Yeqo  Qazaryana  arvad  paltarı  geyindirib  qoca  qarıların 
arasında  gizlənməyinə  1982-ci  ildəki  söhbətində  başqa  cür 
don  geyindirərək    guya  nə  vaxtsa  (1920-ci  ildə)  müsavatçı- 
ların  qadın  paltarı  geyinərək  qadınların  arasında  gizlənməyi 
ilə  səhv  salır.  Bu  insanların  tarixi  hadisələri  nədən  bu  qədər 
təhrif etməkləri təəccüb doğurur. S.Şirinov bu yerdə bir vaxt- 
lar  özlərinin  istifadə  etdikləri  metodu  səhv  salaraq  onu 
müsavatçıların ayağına yazmağa çalışır ki, guya müsavatçılar 
arvad  paltarı  geyinərək  qadınların  arasında  gizlənirmişlər. 
Amma  Nəzər  Heydərov  yazır  ki,  onun  evində  olan  Yeqo 
Qazaryana  arvad  paltarı  geyindirib  qoca  qarıların  arasında 
gizlədiblər. Yəni be metod onlara xas olan bir üslub imiş... 
Kitab  boyu  özünün  “qəhrəmanlığından,  şücaətindən, 
erməni  qardaşlarla  yaxın  münasibətlərindən” ürək dolusu  ya- 
zan    Nəzər  Heydərov  kitabında  yazır  ki,  “Calal  bəy  (Çingiz 
İldırımın  əmisi  oğlu)  bacıma  (Molla  Abbasın  həyat  yoldaşı) 
şillə  vuranda  mən  əmim  oğlu  ilə  birlikdə  kolların  arxasına 
girib  gizlənmişdik.”  O  hansı  qəhrəmandır  ki,  bacısı  təhqir 
olunduğu,  şillələndiyi  bir  vaxtda  kol  dibində  gizlənib 
hadisələri  seyr  edirmiş?  Biz  tarixdə  belə  bir  qəhrəman  tanı- 
mırıq. Qəhrəmanlar anadan qəhrəman doğulur... Bir də bu sual 
doğurur  ki,  bacısı  şillələnəndə  qaçıb  kol  dibində  gizlə- 
nərək hadisəni kol dibindən seyr edən bir adam daşnak gene- 
ralı Nijdenin qarşısına necə çıxa bilər?  Bu yerdə deyirlər ki, 
“gop da olsa çox maraqlıdır”. Amma gopun da, marağın da bir 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
245 
 
245 
limiti olur. Arxivlər maraq sindiromunu, gop sindromunu alt-
üst etdi. 
Savalan Şirinovu ahıl yaşlarında müəyyən etiraflar etməyə 
nə  vadar  etmişdi?  Yəqin  ki,  tarix  və  həyat,  ölümlə  axirət 
yolunun  yolçusu  olan  hər  kəs  ömrünün  müəyyən  vaxtında 
azacıq  da  olsa  vicdanı  varsa  keçdiyi  həyat  yoluna  bir  nəzər 
salır, etdiyi səhvləri, gördüyü günahları götür-qoy edir. Yəqin 
ki,  Savalan  Şirinov  da  əbədi  yolçuluq  öncəsi  vicdanının 
narahat səsini dinləmək zorunda qalıb. Yoxsa o həmin etiraf-
ları edə bilməzdi.  
Nəzər Heydərovdan fərqli olaraq Savalan Şirinov bu hadi-
sələrdə  yerli  kommunistlərin  Nijde  qoşunun  önündə  aciz 
qaldığını və bu zaman qəza milis idarəsinin rəisi Aslan bəyin 
və onun dəstəsinin  köməyə gələrək daşnakalrı məhv etməsini 
yazır.  
səh 56 
“Aslan bəy bir qədər söhbət edikdən sonra adamlarına: 
– Atlanın ,- əmri verdi və geri qayıtdılar.  
Beləliklə  də  hökumət  yüzbaşısı,  inqilabçı  kənddən  açıqca 
qovuldu”. 
Bu məqamda bir şey ikrah hissi doğurmaya bilmir ki, bütün 
kitab  boyu  Aslan  bəyi  əksinqilabçı,  sovetlərin  düşməni  kimi 
qələmə verməsinə baxmayaraq bu  yerdə özünə nəzarəti itirib 
Aslan  bəyi  inqilabçı  adlandırır.  Oxucular  bunun  hansına 
inansınlar. 
 
səh 57 
“Bu  Aslan  bəyin  yazılı  məlumatından  sonra  qəza 
hökumətini  xəyanətə və hiyləyə əl atmağa məcbur etdi. 
Pristav  Sultanova  (yəni  Aslan  bəyə)    tapşırılır  ki,  Əmrah 
Məmişoğluna  və  mənə  məktub  yazıb,  hökumət  yüzbaşısının 
ləğv  olunduğunu  bildirsin  və  gələcəkdə  icmanı  necə  idarə 
etmək  barədə  danışmaq  üçün  bizi  öz  yanına  dəvət  etsin.  Biz 
Dəmirçilər  kəndinə  gəldik,  pristavın  idarəsi  burada  idi. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin