Milli Virtual-Elektron Kitabxananın təqdimatında


kolun dalından tamaşa edirdik



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

kolun dalından tamaşa edirdik. Calal bəy qahala (tövlə kimi 
bir yer) girib nökərlərə əmr etdi ki, dörd sağmal inəyi çıxarıb 
kəssinlər.  O  dövrdə  kasıb  adamda  4  sağmal  inək  hara- 
dan ola bilərdi. Heyvanların ayağını iplə bağlayıb böyrü üstə 
yıxdılar. Nökərlər əllərində iti bıçaq Calal bəyin üzünə baxır- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
215 
 
215 
dılar.  Yəqin  onlar  bu  dəqiqə  düşünürdülər:  Axı  bu  inək  bo- 
ğazdır, ətini  yemək olmaz. Həm də sağmal inəyi kəsmək gü- 
nahdır.  Calal  bəy  bağırdı,  nə  durmusuz,  sizə  deyirlər  kəsin! 
Nökərlər  inəkləri  kəsdilər.  Ancaq  ucaboy,  qüvvətli  bir  adam 
olan  Abbas  Məmmədhəsən  oğlu,  -  bəy  ona  da  kəsməyi  əmr 
etmişdi,- bıçağı  yerə atıb dedi: -Mən elə bilirdim sizin bir az 
da  olsa  insafınız  var.  Bəy  əmr  eləsə  də  qonşumun  inəyini 
kəsmərəm. Bəy onun kəsmək istəmədiyi inəyi nökərə kəsdir- 
di.  Kimsə  alaçığın  keçəsini  qaldırdı.  Qoca  atam  bəyi  görüb, 
yavaş-yavaş, qıçları əsə-əsə qabağına yeridi. – Hanı yeznən? – 
deyə  bəy  onun  üstünə  qışqırdı  və  qolaylanıb  qocaya  bir  şillə 
çəkdi.  Atam  yerə sərildi. Mən bəyin üstünə atılmaq istədim, 
lakin  əmim  oğlu  Ələkbər  qoymadı.  Qorxu-hürkü  bilməyən 
böyük  bacım  qışqıra-qışqıra  alaçığa  girib  atamın  başını 
qucaqladı və qocaya dedi: -Qalx ayağa! Düşmənlərimiz gülər, 
bir gün allah onların cəzasını verəcək. Calal bəy tez ona tərəf 
döndü  və  soruşdu:  -Bu  arvad  kimdir?  Cavab  verdi- 
lər ki, Molla Abbasın külfətidir. Belə de! Axır ki, əlimə keçdi. 
Eybi  yoxdu,  biz  allahın  iradəsini  bu  saat  sənə  göstərə-rik. 
Calal  bəy  bunu  deyib  bacımın  qolundan  yapışdı  və  onu 
alaçıqdan  bayıra  atdı.  Bacım  yerdən  qalxıb  tez  alaçıqlarına 
qaçdı.  Calal  bəylə  İsmayl  bəy  də  onun  arxasınca  alaçığa 
girdilər. Alaçığın  girəcəyində köhnə samovar, stəkan və dəm 
çayniki var idi.  Bəy bir  təpiklə samovarı aşırdı,  samovar beş 
yaşlı  bacıoğlum  Həsənin  üstünə  düşdü,  xoşbəxtlikdən  samo- 
varın  suyu  soyuq  imiş...  Ancaq  uşağın  üzünü  qanatmışdı. 
Bacım  özünü  uşağa  tərəf  atdı.  Lakin  onun  qabağını  kəsdilər. 
Calal bəy qışqırdı: 
– Ərin hanı? Hanı sizin dəliləriniz? 
–  Özünüz  yaxşı  bilirsiz  ki,  ərim  Gorusdadır.  Məndən  nə 
istəyirsizniz? Əgər sizə ərim lazımdırsa gedin tapın.  
– Biz sənin dilini kəsəcəyik, ifritənin biri.  
– Arvadla arvad dalaşar. Axı siz deyəsən kişisiniz? 
Calal  bəy  bacımın  saçından  yapışıb  sifətinə  bir  yumruq 
ilişdirdi.  Bacım  alaçıqdan  çıxıb  qaçdı.  Nəzər  nə  üçün  Çingiz 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
216 
 
İldırımı köməyə çağırmırdı. Axı Calal bəy Çingizin əmisi oğlu 
idi.  Kimsə  sənin  bacını  şillə  ilə  vuranda  özün  niyə  ortalı- 
ğa çıxmırdın?  
Bütün bu məsələləri kolun dalından izləyən Nəzər Heydə- 
rov  atasını,  bacısını  Calal  bəy  şillə  ilə  vuranda  qorxusundan 
səsini  də  çıxara  bilməmişdir.  Hələ  utanmadan  kitabında  bu 
hadisəni yazır, eyni zamanda özünün kim olduğunu açıq-aydın 
göstərir.  Ancaq  vaxtı  gələndə  Calal  bəyi  etdiyi  günaha  görə 
Aslan  bəy  cəzalandırır.  Onu  qəzadan    qovur.  Nə  Çingi- 
zin, nə də Abbasın cürəti çatmazdı ki, Calal bəyə nə isə desin. 
Ancaq  göründüyü  kimi  lazım  olanda  Calal  bəyi  etdiyi  hərə- 
kətə görə Aslan bəy cəzalandırır. 
Calal  bəy  bizim  alaçığa  qayıdıb  atamın  yanında  oturdu. 
Atam  bu  müddət  bir  balaca  özünə  gəlib  yerdən  qalxmışdı. 
Calal  bəy  cibindən  bir  parça  kağız  və  karandaş  çıxartdı. 
Tapançanı qocanın gicgahına dirəyib dedi: 
– Nə desəm bu kağıza yazarsan, yoxsa öldürəcəyəm. 
Atam  bilirdi  ki,  bu  yaxınlarda  Calal  bəy  Pirçivanlı  Seyid 
Məcidi öldürüb. Heç kim də ona bir söz deyə bilməyib.  Qoca 
kişi  barmaqları  əsə-əsə  bəyin  dediklərini  ərəb  əlifbası  ilə 
yazdı:- “Möhtərəm Molla Abbas, böyük oğlun Həsən bu gün 
öldü.  Tez  bir  qədər  çay,  qənd,  ağ  və  stifkafir  al  gəl.  Sənsiz 
dəfn etməyəcəyik.”  
Calal  bəy  dartıb  kağızı  qocanın  əlindən  aldı.  Əmim  oğlu 
Məhərrəmi yanına çağırıb kağızı verməmişdən əvvəl ona bərk 
bir şillə çəkdi, sonra dedi: 
–  Mollanı  bura  gətirməsən,  səni  öldürəcəyəm.  Bu  dəqiqə 
çap yanına.  
Bəy  alaçıqdan  çıxanda  ona  tərəf  gələn  qoca,  arıq, 
sümükləri çıxmış, ucaboy bir arvadla toqquşdu.  
– Bu qoca kaftar kimdir? 
– Molla Abbasın anası, Nərgiz qarıdır, -dedilər. 
Calal bəy  soruşdu: 
– Hanı oğlun?...” 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
217 
 
217 
Onu da qeyd edək ki, həmən bu Calal bəy Sultanov Abbas 
Sultanovla Çingiz İldırımın əmisi oğludur. 
Guya Molla Abbas bunların lotusuymuş... 
Bu  məsələdə  də  Nəzər  Heydərov  əslində  Calal  bəyin  nə 
üçün  onlara  gəlməyini,  nədən  Molla  Abbası  axtardığının 
səbəbin  açıqlamır.  Əslində  isə  hadisə  belə  olub.  Nəzər  Hey- 
dərovun  özünün  də  bildirdiyi  kimi  guya  ki,  Şirəli  bəy  Sulta- 
nov  Nəzəri  döydükdən  sonra  Nəzər  də  bu  hadisəni  özlərinin 
ağsaqqaları, yeznələri Molla Abbasa çatdırır. Molla Abbas da 
Sultanovların  ağsaqalları  Cabbar  bəyə  və  Rüstəm  bəyə  ulti- 
mativ şikayət məktubu yazır, məktubun mətni ilə yuxarıda sizi 
tanış etmişik.  
Bu  söhbət  də  Calal  bəy  qəzayə  gələrkən  ona  çatır,  o  da 
əsəbləşib ki:  Axı bu Molla Abbas nə karədir ki, bizim ağsaq- 
qalları hədələyir? Calal bəyin Molla Abbası axtarmağının əsas 
səbəbi elə budur. Calal bəy  məktubda sözlərlə qoçaqlıq edən 
adamı  üzbəüzdə  görmək  istəyir.  Molla  Abbas  isə  mək-tubu 
yazdıqdan  sonra  qorxudan  gedib  Gorusda  gizlənirdi.    Çünki 
Molla  Abbas  yaxşı  başa  düşürdü  ki,  onun  başından  bö- 
yük etdiyi qələt ona ağır başa gələ bilər. Ona görə də erməni 
qardaşlarına  sığınmışdı.  Məhz  Nəzər  kitabında  qeyd  etdiyi 
kimi atam Calal bəyi görəndə qıçları əsməyə başladı.  Çünki 
atası  Calal  bəyin  Pirçivanlı  Seyid  Məcidi  öldürdüyünü  yaxşı 
bilirdi  və  Nəzər  Heydərov  kitabında  yazmasa  da  atası  Seyid 
Məcidin nə üçün öldürüldüyünü də yaxşı bilirdi. Hadisəni gö- 
rənlərin  dediklərinə  görə bir gün Calal bəy məclislərin  birin- 
də görür ki, Seyid Məcid bir kənarda oturub. Onun dövrəsin- 
də  olanlar  da  araq  içib  şənlənirmişlər.  Bunu  görən  Calal  bəy 
hörmət- izzətlə Seyid Məcidi  yanına çağırır və ona bir onluq 
qızıl verir: 
–  Sən  seyid  adamsan,-deyir,-  biz  burda  araq  içirik,  sənin 
burda  oturmağın  düz  deyil,  get    qızılı  xırdala,  yaxşı  bazarlıq 
elə, otur evində ailənin yanında. 
Seyid  Məcid  onluğu  alıb,  Calal  bəyin  əlindən  öpərək  ona 
təşəkkür edib və çıxıb gedib. Məclisin şirin yerində Calal bəy 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
218 
 
qəfildən Seyid Məcidin qayıdıb öz yerində, araq içənlərin ya- 
nında oturduğunu  görüb və əsəbləşib, oturduğu  yerdən hirslə 
deyib: 
–  Seyid,  axı  sənə  dedim  ki,  burda  araq  içilir,  sənin  burda 
oturmağın  düz  deyil,  sənə  pul  da  verdim  ki,  gedib  ailənən 
oturasan, niyə qayıtdın? 
Seyid zarafata salaraq cavab verib: 
– Oturmuşam da, bəy, nə olasıdı ki? 
Calal bəy sakitcə: 
–Yaxşı,-deyib,  –  papağını  bir  az  qaldır,  sənə  deyəcəm  nə 
olasıdı... 
Seyid  papağını  qaldıran  kimi  Calal  bəy  tapançanı  çıxarıb 
onun alnının ortasından bir güllə vurur və deyir: 
– Bunun meyidini aparın...” 
Əsl həqiqət belə olub,  düzdü Calal bəy   dəliqanlılığı,  ipə-
sapa  yatmamağı,  rus  ordusunun  zabiti  olmağı  ilə  xaraktercə 
fərqli  adam  olub,  amma  adamın  üstündə  allah  var,  Seyidin 
gəlib içki məclisində oturmağına nə ad vermək olar ki?  Bir də 
ki,  Calal  bəy  birinci  dəfə  seyidə  hörmətlə  xəbərdarlıq  edib, 
ona onluq qızıl da verib, seyidsə qızılı alıb, gedib və yəqin ki, 
tamah ona güc gəlib, şeytan onu yoldan çıxardıb və o öz əcə- 
linə doğru  gedib.  Əgər  belə olmasaydı  Nəzər Heydərov kita- 
bında  yazdığı  kimi  onun  atasının  başına  tapança  dirədiyi 
zaman qoca kişini də öldürərdi. 
Bu  hadisələrdə,  yəni  Calal bəyin  Nəzər Heydərovun  yaz- 
dığı  kimi  Molla  Abbasın  ailəsi  yaylaqda  olduğu  vaxt  özü 
Gorusda  gizlənirdi  və  Calal  bəy  o  nəslin  “lotusunun”,  Molla 
Abbasın  yerini  öyrənməyə  çalışırdı  və  bütün  bu  təzyiqlər  də 
ona görəydi ki, aranızda bir kişi  yoxdumu qabağa çıxsın. Elə 
ona görə də Calal bəy soruşurdu ki: 
– Hanı sizin dəliləriniz? 
Həmin  dövrlərdə  qəza  mahal  pristavı  olan,  Calal  bəyin 
əmisi oğlu Aslan bəy Sultanov bu əhvalatı bilərək Calal bəyə 
xəbərdarlıq  edib  ki,  biz  özümüz  hər  şeyi  yoluna  qoyacağıq, 
sən bu işlərə qarşıma, biz özümüz onu tapıb cəzalandıracağıq. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
219 
 
219 
Aslan  bəyin  kəşfiyyatı  artıq  xəbər  vermişdi  ki,  Molla 
Abbas Gorusdan qayıdır...  
 
“səh 71. 
Molla  Abbas  Əliquluuşağından  qayıdırdı.  O  körpünü  ke- 
çəndə Aslan bəy onun qarşısına çıxdı. Aslan bəy bir-neçə gün 
idi ki, mollanı izləyirdi, nəhayət tapmışdı.  
– Salam əleyküm, ay molla... 
– Əlüykü salam, ay Aslan bəy... Məndən nə istəyirsiniz? 
– Mənə əmr olunub ki, səni həbs edim.  
Aslan  bəy  ehtiyatla  tərpənirdi.  Molla  Abbasın  qolunun 
zoruna bələd idi. Qorxurdu ki, onu götürüb çaya atar.  
– Məni həbs eləmək? Nə üçün? Nə cinayət eləmişəm? 
Körpünün  hər  iki  tərəfindən  strajniklər  mollaya  yaxınlaş- 
dılar. Mollanın yadına düşdü ki, cibində balaca bir kağız var. 
Onu tələf etmək lazımdır. O tez kağızı ağzına qoydu, çeynəyib 
uddu.  İndi  arxayın  idi;  başqalarına  ziyanı  dəyməyə- 
cəkdi.  Tapança,  yaxud  bıçaq  xəncəl  gəzdirmədiyi  üçün 
ürəyində  özünü  danladı.  Starjniklər  onun  qollarını  bağlamaq 
istədilər.  Molla  əvvəlcə  birini,  sonra  isə  o  birisini  yüngülcə 
kənara atdı. Aslan bəy qışqıqrdı: 
– Kəmənd atın!  
Starjniklər  kəməndi  mollanın  boynuna  keçirib  dartdılar. 
Molla boğulub  yıxıldı, huşunu itirdi. Aslan bəy və strajniklər 
istehza ilə ona gülürdülər. Bir-neçə  gündən sonra molla özü- 
nə gəldi və əl-ayağını tamam sarınmış gördü.  Aslan bəy acı-
acı gülüb dedi: 
– İndi molla, biz səni özümüzlə aparacağıq. Sənə qabaqca- 
dan xəbərdarlıq etdik ki, müqavimət göstərmə. Amma sən bi- 
zə qulaq asmadın, nahaq yerə. Sənin qolun zorludur, buna söz 
ola  bilməz.  Bizim  də  hiyləgərliyimiz  var,  biz  sənə  qalib  gəl- 
dik. 
Ertəsi  gün  Molla  Abbası  döyülmüş,  qolları  bağlı  qəza 
rəisinin yanına apardılar.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
220 
 
Sərməstbəyov məni strajniklərə döydürdüyü  gün  oturduğu 
eyvanda  oturmuşdu.  Molla  qolları  bağlı  halda  pilləkənin  ya- 
nında qəza rəisinin yanında dayandı. 
– Molla, ağsaqqallarla birlikdə hökmü mənə verəndə sizin 
haqqınızda  o  qədər  də  səhih  məlumatım  yox  idi.  Demə  sizin 
hökumət əleyhinə fəaliyyət göstərməkdə böyük təcrübəniz var 
imiş.  Siz  1909-cu  ildə  belə  qiyamlar  təşkil  eləmisiniz. 
Belədirmi? 
Sərməstbəyov rişxəndlə danışırdı. Molla cavab verdi: 
–  Cənab  rəis,  sizcə  evimin  talan  olması  barədə  hökumət 
idarəsinə şikayət verməyim qiyamdır? 
–Mən onu nəzərdə tutmuram, molla. İsmayıl bəy mənə da- 
nışıb  ki,  siz Cabbar  bəyə  nəsə  bir  hədə  məktubu  yazmısınız! 
(Çünki  bu  hədə  məktubu  Sultanovların  ağsaqqalları  Cabbar 
bəylə,  Rüstəm  bəyə  yazılmışdı.  Aslan  bəyin  əmilərinə).  Bu 
hədə  məktubu  barədə  Sərməstbəyovun  söz  açması  onun 
Sultanovlarla hesablaşmasından xəbər verir. 
–  Bəy,  Allahdan  qorxun!  O  məktubu  mən  on  il  bundan 
qabaq  çar  hökuməti  zamanı  yazmışdım.  Axı  indi  Azərbay-
canda cümhuriyyətdir – respublikadır.  
– Sizcə indi bizim respublikanın yiyəsi yoxdur?  
– Bəy, respublikada gərək zorakılıq olmasın.  
–  Sənin  kimi  şuluqçu  və  qanun  pozanlar  ağıllarına  gələni 
eləmək üçün, eləmi?  
Eyvandakı səs-küyü eşidib adamlar yavaş-yavaş toplaşma- 
ğa  başladılar.  Sərməstbəyov  mənim  başıma  gətirdiyi  oyunu 
mollanın  başına  gətirə  bilməzdi.  O  (yəni  Sərməstbəyov)  öz-
özünə təəsüflənirdi: “Heyif, hər halda molladır”. 
Heç  kimin  küçədən  görmədiyini  güman  edərək  o  mollaya 
yaxınlaşdı,  sinəsinə  bərk  bir  yumruq  ilişdirdi.  Ancaq  bunu 
adamlar gördülər.  Həyətdən səs eşidildi: 
– Bir baxın o mollanı vurdu! 
Molla  yıxıldı,  diyirlənib  pilləkandan  aşağı  düşdü,  huşsuz 
halda yerə sərildi...” 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
221 
 
221 
Adama  qəribə  gələn  odur  ki,  bir-iki  səhifə  irəlidə  müəllif, 
yəni  Nəzər Heydərov  yazır ki, Aslan bəy Molla Abbasın qo- 
lunun  zoruna bələd idi.  Daha sonra da irəli  gedərək  yazır ki, 
molla strajniklərin birini o tərəfə, birini də bu tərəfə atır. Am- 
ma  indi  də  yazır  ki,  qəza  rəisi,  yaşlı  Sərməstməyov  bir 
yumruğu  ilə  mollanı  vurub  yıxır,  onu  pilləkənlərdən  aşırır, 
molla  da  huşsuz  halda  yerə  sərilir.  Paradoks  deyilmi?  Görə- 
sən müəllif nədən öz kitabında müxtəlif təzadlı fikirlərlə oxu- 
cunu  demirəm,  hələ  özünü  də  azdırır?  Çünki  onun  yazdıq- 
larının  əksəriyyəti  yalan  və  böhtandır.  Yalançının  isə  atalar 
demişkən, yaddaşı olmur. 
Bunu  sübut  etmək  üçün  bir  şeyi  də  nəzərinizə  çatdırmaq 
istəyirik.  Hamımza  məlumdur  ki,  mollanı  həbs  etməyə  gələn 
strajniklər  qanuni  silahla  gəzirlər.  Onların  qanuna  görə  cina- 
yətkarı  yaxalayarkən  müqavimətlə  rastlaşdıqda  xəbərdarlıq 
etmədən silahdan istifadə etmək huüquqları var. Necə olur ki, 
starjnikin  birini  götütürb  kənara  atanda  o  biri  strajnik  onu 
silahla vurmur? Bu bir tərəfə... Başqa tərfədən də starjnikərin 
rəisləri, göydə quşu gözündən vuran Aslan bəy necə ola bilər 
ki,  onun  tabeliyində  olan  strajnikini  molla  götürüb  kənara 
atanda  onu  vurub  öldürmədi?  O  molla  ki,  yaşlı  qəza  rəisi 
Sərməstbəyovun  bircə  yumruğuna  yıxılıb  pilləkanlardan  aşa- 
ğı düşüb huşunu itirmişdi.  
Mollanı bizim yanımıza həbsxanaya gətirəndə onun başın- 
da salamat  yer  yox idi.  Ağ saqqalı qandan keçə kimi olmuş- 
du.  
Nəzər Heydərov daha sonra Aslan bəyin  onun özünü necə 
həbs etməyini yazır. 
Kitabın  56-cı  səhifəsində  göstərir  ki,  Aslan  bəy  təpədən-
dırnağadək  silahlanmış  strajniklərlə  Əliquluuşağı  kəndinə 
gəldi.  Bu  gün  bütün  kəndlilər  –  80  nəfər,  bəlkə  də  çox  – 
əllərində  silah  kənddə  gəzir,  Əmrah  Məmişoğlunun  əmrini 
gözləyirdilər.  Aslan  bəy  başa  düşürdü  ki,  strajniklərin  kiçik  
bir ehtiyatsıslığı  üzündən bütün  dəstə həbs olunar. Yaxud da 
hamısını qırarlar. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
222 
 
Aslan  bəyin  yazılı  məlumatından  sonra  qəza  hökuməti 
xəyanət və hiyləyə əl atmağa məcbur oldu. Pristav Aslan bəy 
Sultanova tapşırılır ki, Əmrah Məmişoğluna və mənə məktub 
yazıb,  hökumət  yüzbaşısının  ləğv  olunduğunu  bildirsin  və 
gələvəkdə  icmanı  necə  idarə  eləmək  barədə  danışmaq  üçün 
bizi  öz  yanına  dəvət  eləsin.  Biz  Dəmirçilər  kəndinə  gəldik. 
Pristavın idarəsi burada idi. Kabinetə girdik. Söhbət başlandı. 
Bir  qədər  keçdikdən  sonra  Dondarlı  kəndindən  gəlmiş  Sər- 
məstbəyov  kabinetə  girdi.  O  dərhal  strajniklərə  əmr  etdi  ki, 
bizi həbs etsinlər.  Bizi tutub qəzəmətə saldılar. Bir-neçə saat- 
dan  sonra  strajniklər  Əmrahı  qəza  rəisinin  yanına  apardılar, 
bir-neçə  saat  da  keçəndən  sonra  Əmrah  gəlib  dedi  ki,  onu 
buraxdılar.  Çünki  bütün  işlərdə  təkcə  məni  müqəssir  bilirdi- 
lər.  Bütün  bunlardan  başqa  məni  bir  də  onda  təqsirləndirir- 
dilər  ki,    guya  mən  Əmrahın  savadsızlığından  istifadə  edib, 
onu bolşeviklərin tərəfinə çəkmişəm. Əmrah karıxmış, dilxor 
halda soruşurdu ki, məni buraxdırmaq üçün nə eləsin?  
 
58-ci səh. 
Həbsxanada ciblərimi gəzib içərisində partiyanın proqramı 
olan  dəftərçəmi  aldılar.  Mən  proqramı  Əliquluuşağı  kəndin- 
dən  olan  Mahmud  Paşayevin  vasitəsilə  Xinzirək  kommunist- 
lərindən  almışdım.  Xinzirəkli  yoldaşlar  xahiş  etdilər  ki,  Zən- 
gəzurun  Ermənistan  hissəsində  yaşayan  yoxsul  kəndlilərə 
göndərmək üçün taxıl alıb yola salmaqda onlara kömək edim. 
Taxıl  Zəngəzurun  Azərbaycan  hissəsində  ermənistan  hissə- 
sindən 2 dəfə ucuz idi.  
 
59-cu səh. 
Bir-neçə  gündən  sonra  məni  qolları  bağlı  5  strajnikin  
qabağında  Dondarlıya  qəza  rəisinin  yanına  apardılar.  Fərid 
bəyin  ikimərtəbəli  evinin  qabağına  və  yaxın  küçələrə  toplan- 
mış izdihamı  lap uzaqdan gördüm.  Bizi    gözləyən strajniklər 
camaatı yara-yara bizə yol açdılar. Biz adamların arası ilə dar 
yolla irəliləyirdik. Qəza rəisi Sərməstbəyov, qəza qazisi Bəh- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
223 
 
223 
lul əfəndi  Behcət  və qəza rəisinin  köməkçisi Qara bəy  Hacı- 
bəyov  balkonda  oturmuşdular.  Strajniklər  mənim  qollarımı 
açdılar.  Balkona  baxdım.  Sərməstbəyov  ayağa  qalxdı.  Üzünü 
camaata tutub dedi: 
–  Sizin  qarşınızda  dayanan  bolşevikdir!  Allahsızdır!  O  nə 
Allahı, nə də peyğəmbəri tanıyır, burada qardaş qırğını salmaq 
istəyir. Bütün bunlardan ötrü biz bu saat onu tənbeh edəcəyik. 
Sonra o mənə  dedi: 
–  Siz,  Nəzər  Heydərov,  camaatı  bolşeviklər  tərəfinə  çək- 
məkdə,  qəzada  torpaq  məsələsi  qaldırmaqda,  hökumət  starşi- 
nasını kənddən qovmaqda və nəhayət hökumət əleyhinə hökm 
çıxarmaqda  ittiham  edilirsiniz.  Cavab  verin,  məsləki- 
nizi niyə satırsınız? 
–  Heç  kəs  məslək  almır  ki,  mən  də  satım.  Kəndlilər  bəy 
zülmündən  azad  olmağa  çalışırlar.  Əgər  siz  bunu  bolşeviklər 
tərəfinə keçmək hesab edirsinizsə öz işinizdir... 
Bəhlul əfəndi qəza rəisinə yaxınlaşıb xısın-xısın dedi: 
– Bu mübahisəni kəs, axı camaat eşidir. 
Sərməstbəyov strajniklərin üstünə qışqırdı: 
– Başlayın! Yerə uzadın! 
Məni  qamarlayıb  yerə  uzatdılar.  Əl-ayağımı  tutub  8  straj- 
nik  şallaqla  döyməyə  başladı.  Şallaqlar  elə  bil  başıma  dəyir- 
di...  Zərbələrin  sayı-hesabı  yoxdu.  Məni  yandırıb  tökürdü... 
Neçə dəqiqə keçdi... Strajniklər yoruldular. Şallaqlar daha ya- 
vaş  qalxıb  yenirdi. Sərməstbəyov bunu  görüb tələsik eyvan- 
dan  düşdü,  strajniklərin  birinin  şallağını  qapıb  məni  bərk 
döyməyə başladı. Vurduqca da deyirdi: 
-  Mən  səni  döyüb  öldürəcəyəm,  it  oğlu,  əlimdən  qurtara 
bilməyəcəksən.  
Mən var gücümü  toplayıb qışqırdım: 
- Sizi də xalq cəzalandıracaq! 
Strajniklər də rəislərinə baxıb bərk vururdular. Axırda Sər- 
məstbəyov  da  yoruldu,  eyvana  qalxıb  əmr  etdi  ki,  məni  üzü 
üstə  yıxsınlar.  İndi  şallaqlar  boynumun  ardından  tutmuş  da- 
banıma  qədər  hər  yerimə  dəyirdi.  Nəhayət  strajnikər  yorulub 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
224 
 
məndən əl çəkdilər. Mən yavaş-yavaş çevrilib oturdum. Son- 
ra sol  əlimə dayanaraq qalxdım.  Lakin  ayaq üstə dayana bil- 
mədim,  dislərim  bərk  ağrıyırdı.  Sərməstbəyovun  qışqırtısı 
yenidən eşidildi: 
– Onun çarığını və corablarını çıxarıb yalın ayaqlarına vu- 
run.  
Tüfəngin  başını  strajnikin  birinin,  ucunu  da  o  birinin  çiy- 
ninə  qoydular,  ayaqlarımı  tüfəngin  qayışına  keçirtdilər,  asıla 
qalmışdım.  Qan  başıma  yığıldı.  Buna  çox  dözmək  olardımı?  
Strajniklər  indi  çılpaq  ayaqlarımın  altına  vururdular.  Ancaq 
daha  keyimişdim,  ağrını  bilmirdim.  Yalnız  hiss eləyirdim  ki, 
ayaqlarıma nə isə dəyir. Nəhayət  bu tənbeh də  qurtardı. Par- 
ça-parça  olmuş  ayaqlarımı  guppultu  ilə  yerə  saldılar.  Mən 
çarığımı geymək istədim. Yenidən Sərməstbəyovun əmri eşi- 
dildi: 
– Onu  həbsxanaya ayaqyalın aparın!  
Mən  döyülmüş,  yorğun  halda  ayaqlarımı  güclə  sürüyə-sü- 
rüyə strajniklərin qabağında cığırla gedirdim. Ayağımı nəinki 
tikanın, hətta qumun üstünə qoyanda ağrıdan ağlım başımdan 
çıxırdı... 
 
səh 64. 
Mən  həbsxananın    həyətinə  girəndə  dustaqları  gəzməyə 
çıxarmışdılar.  Xanlar  bəy  diqqətlə  mənə  baxaraq  ucadan  de- 
di: 
– Səni döydülər? 
Mən cavab verdim: 
– Bəylərdən ayrı şey gözləmək olarmı? 
– Sən düz danışmırsan. Bəylərin hamısı bir deyil. 
– Hələlik fərq görmürəm.”  
  Bu  yerdə  bir  mesajı    Nəzər  Heydərovun  narahat  ruhuna 
çatdırmaq  yerinə  düşür.  Necə  olur  ki,  Çingiz  İldırım,  Abbas 
Sultanov bəy olduğu halda onlara əlaltılıq edə bildiyin halda, 
burada, Xanlar bəyə isə  onların  heç birində fərq  görmədiyini 
bildirirsən.  Bu  yerdə  atalarımızın  çox  yerində  söylədiyi  el 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin