Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
178 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
179 
 
179 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
180 
 
**** 
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 2, saxlama vahidi 139.  
Sənəd 1920-ci ilə aiddir. 
Zəngəzur  qəza  kommunist  partiya  üzvlərinin  birləşmiş 
iclasının  protokolu.  Həmin  iclasa  sədrliyi  Nəzər  Heydərov, 
katibliyi isə Canbaxış Abdullazadə edib.  
Bu  protokolla  bağlı  bir  məqamı  diqqətinizə  çatdırmaq 
istəyirik. Protokolda qeyd olunur  ki, Çingiz İldırım təxminən 
aprel  aylarında  Bakıdan  qəzaya  gəlmişdi,  onun  gəlişi  bizi- 
yəni  yerli kommunistləri ruhlandırdı. Bizi ruhlandıran Ç.İldı- 
rımın  Sovet  hökuməti,  onun  gücü  haqqında  verdiyi 
məlumatlar oldu. O sanki bizi silahlandırdı.  
Bu sənəd bir daha təsdiq edir ki, Zəngəzurda yerli kommu- 
nistləri  ruhlandıran,  onları  mərkəzlə  əlaqələndirən,  eyni  za- 
manda yerli hakimiyyətin rəhbərlərinə, əmisi oğlanlarına qara 
yaxmağa təhrik edən Çingiz İldırım olmuşdur. 
 
**** 
1920-ci il. 
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 1, saxlama 127.  
Həmin  sənədi  doktor  Ambarsumyan  imzalayaraq  göndə- 
rib.  Sənəd  birbaşa  Azərbaycan  İnqilab  komitəsinin  sədri 
Nəriman Nərimanova göndərilib. 
Sənəddə  açıq-aydın  bir  həyəcan  hiss  olunur.  Qeyd  olunur 
ki,  daşnak  generalı  Dro  Qarabağın  sərhədlərini    tərk  edərək 
Zəngəzura gedir. Əslində bu məruzənin Nərimanova edilməsi 
vəziyyətin  doğrudan  da  ciddiliyindən  xəbər  verirdi.  Çünki 
onsuz  da  kifayət  qədər  gücə  malik  olan  daşnak  hökuməti 
başçısı Nijde Dro ilə qüvvələrinin birləşdirdikdən sonra daha 
da  güclənəcəkdi.  Bu  məruzənin  başqa  bir  yerində  yazılır  ki, 
Dro  əsgərləri  kifayət  qədər  pulemyotla  və  böyük  çaplı 
silahlarla təhciz olunmuşdu.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
181 
 
181 
Amma  biz  tarixi  faktlardan  və  arxiv  sənədlərindən  yaxşı 
bilirik ki, Aslan bəy Sultanovun başçılığı ilə aparılan mühari- 
bə  və  hərbi  əməliyyatlar  məhz  1921-ci  ildə,daşnak  hökuməti 
tam qüvvə topladığı bir məqamda aparılmış və həmin o  qüv- 
vətli  ordu Aslan bəyin  düzgün hərbi planı sayəsində  diz çök- 
müşdü.  
 
**** 
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi  Sə- 
nədlər  Arxivi,  1920-ci  ilə  aid  olan  və  siyasi  sənədlər  arxivi, 
fond  1,  siyahı  2,  saxlama  vahidi  100  qrifi  ilə  qorunan 
sənəddə  göstərilir  ki,  Andronikin  keçmiş  köməkçisi,  Daşnak 
hərbi  qüvvələrinin  baş  komandanı  Sumbat  tabeliyində  olan 
600  piyada  və  süvari  qoşunları,  1  ədəd  top  və  pulemyotlarla 
silahlanaraq  Tevana kəndinə hücum etməyə hazırlaşır. 
Bu  həmin  baş  komandan  Sumbatdır  ki,  Aslan  bəy  Sulta- 
nov  onu  uzaq  məsafədən  alnının  ortasından  vuraraq  qətlə 
yetirib  və  qoşunu  pərən-pərən  salaraq  məhv  etdikdən  sonra 
artıq daşnak hökumətinin başçısı  general  Nijdeyə ultimatum 
verib.  
 
**** 
Azərbaycan Respublikası Milli Dövlət Arxivində fond 27, 
siyahı  1, iş  17  qrifi ilə  qorunan sənəd 1920-ci  ildə Azərbay-
canda  sovet  hökuməti  qurulduğu  vaxtda  Zəngəzur  qəzasında 
bəy  nəslindən  olan  Sultanovların  qəza  hakimiyyətinin  başın- 
da dayanmasının əsil səbəbini təsdiq edir. 
Həmin  sənəddə  göstərilir  ki,  Qarabağın  və  Zəngəzurun 
keçmiş  fövqəladə  komissarının  sərəncamı  ilə  Qubadlı  qəza 
inqilab komitəsi təşkil edilib, yəni yerli hökumət qurulub. Bu 
bir daha göstərir ki,  Aslan bəyə fövqəladə səlahiyyət verilən 
zaman  o  daha  çox  etibar  etdiyi  insanlara  –  doğma  əmisi  oğ- 
lanlarına  hakimiyyəti həvalə edib. Çünki qarşıda daşnak hö- 
kumətinə qarşı böyük bir müharibə dayanırdı, və Aslan bəy bu 
müharibənin bütün məsuliyyətini öz üzərinə götürmüşdü. Ona 
görə  də  Aslan  bəy  Sultanovları  –  öz  əqidə  qardaşlarını  yerli 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
182 
 
hökumətin başına gətirdi. Çünki müharibə dövründə ən kiçik 
bir  xəyanətin  son  dərəcə  ağır  nəticəsi  olduğunu  Aslan  bəy 
yaxşı bilirdi.  
Zaman  Aslan  bəy  Sultanovun  bu  seçimdə  nə  qədər  doğru 
olduğunu təsdiq etdi. 
 
**** 
Diqqətimizi  çəkən  aşağıdakı  başqa  bir  arxiv  sənədi  
1921-ci ilə aiддир. Onu sizə təqdim edirik. 
Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsinin    fond  27 
siyahı  1, iş 17 qrifi ilə qorunan sənəddə  göstərilir ki,  inqilab 
komitəsinin sədri Xudabaxış Sultanov və onun katibi Möhba- 
lı  Əmiraslanov  qəzadakı  vəziyyət  barədə  Qarabağın  və  Zən- 
gəzurun  fövqəladə  komissarı  Aslan    bəy  Sultanova  hesabat 
verirlər. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
183 
 
183 
 
Bu  həmin  Möhbalı  Əmiraslanovdur  ki,  sovetlər  dövründə 
Azərbaycan    Kommunist  Partiyasının    Mərkəzi  Komitəsinin 
katibi və Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müa- 
vini vəzifələrində işləmişdir.  
Möhbalı Əmiraslanov internetdə yerləşdirilmiş saytında da 
onun  1920-ci  ildə  Qubadlı  qəzasında  milis  idarəsinə  işə 
götürülməsi  öz təsdiqini tapır. 
İndi  isə  sizə  fond  410,  iş  202,  siyahı  1  qrifi  ilə  qorunub 
saxlanılan başqa bir arxiv sənədini təqdim edirik. 
Bundan  sonra  Aslan  bəy  Sultanovun  1920-ci  ildə  Qubadlı 
qəzasının  milis  idarəsinə  işə  götürdüyü  Ələkbər  Abdullayev 
isə  Sovet  dönəmində  1930-cu  ildə  Dövlət  Təhlükəsizlik 
Komitəsinin  sədri  vəzifəsində  işləmişdir.  Sonralar  isə  Daxili 
İşlər    Nazirliyinin  banditizmə  qarşı  mübarizə  idarəsinin  rəisi 
vəzifəsinə qədər yüksəlmişdir. 
Bu sistemdə polkovnik rütbəsinə qədər ucalmışdır. Ələkbər 
Abdullayev sonralar da Aslan bəyə sədaqətini bildirmiş, onun 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
184 
 
qəhrəmanlıqlarından  ətrafındakı  insanlara  bəhs  etmişdir  və 
bildirmişdir  ki,  mən  və bir  çoxları  məhz  Aslan bəy  Sultanov 
məktəbinin yetirmələriyik. 
 
 
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
fond 410, iş 202, siyahı 1. vərəqə 70 
Şuşadan  Bakıya  xalq  daxili  işlər  komissarlığına 
göndərilmiş 611 saylı  Teleqram. 
Qubadlı  qəzası  tez-tez    Sovet  hakimiyyətinin    xarici  düş- 
mənlərinin təcavüzünə məruz qalır.  Bir tərəfdən  iran xanla-
rının  iranla sərhədboyu ərazilərdə talançılıq etmələrinə qarşı, 
digər  tərəfdən  də  daşnakların  yerli  əhaliyə  onlarla  ticari 
əlaqələrə girmək kimi təkidlərinə cavab olaraq partizan hərə- 
katı ilə müqavimət göstərmək zorunda  qalmışlar. Üçüncü bir 
tərəfdən də müxtəlif   quldur dəstələri ilə mübarizə aparırıq və 
bütün  bunlar    ölkənin  daxilində  yerli  hakimiyyətin    nüfu- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
185 
 
185 
zunu  aşağı  salır.  Bu  barədə,  qəza  inqilab  komitəsinin  vəziy- 
yəti haqqında mərkəzə dəfələrlə xəbərdarlıq edilsə də bu vax- 
ta  qədər  mərkəz  tərəfindən  heç  bir  ölçü  götürülməmişdir. 
Sizdən xahiş edirəm ki, təcili surətdə qəzadakı mövcud duru- 
mu  yoluna  qoymaq  üçün    ciddi  ölçülər  götürəsiniz.  Əks  təq- 
dirdə qəzada  hakimiyyətsizlik və anarxiya baş alıb gedəcək. 
İnqilab Komitəsinin sədri Xudabaxış Sultanov. 
7 mart 1921-ci il. 
 
 
**** 
Başqa  bir  sənəddə,  Azərbaycan  Respublikası  Prezident 
Aparatının Siyasi Sənədlər Arxivi,  fond 1, siyahı 2, saxlama 
vahidi  136  qrifi  ilə  qorunan  və  Nəzər  Heydərova  aid  olan 
əlyazma Şuşa Mərkəzi Qəza Kommunist Partiyasına ünvanla- 
nıb.  Sənəddə  yerli  kommunist  partiyasının  fəal  nümayəndəsi 
yenə  özünü  və  partiya  yoldaşlarını  yalandan  qəhrəman  kimi 
qələmə verməyə çalışaraq elə yazır ki, guya əllərində heç bir 
silahı  olmayan  kommunistlər  təpədən  dırnağadək  silahlanmış 
daşnaklara qarşı mübarizə  aparırlar. Halbuki  başqa arxiv sə- 
nədlərindən  və  Nəzər  Heydərovun  özünün  yazdığı  xatirə-
lərdən  (kitabından)  yaxşı  məlumdur  ki,  həmin  dövrdə  yerli 
kommunustlər  tam  fəaliyyətsiz  şəkildə  gizlinə  sıxışdırımış, 
heç bir siyasi və hərbi müdaxilələrdə iştirak etmək qabiliyyə- 
tində olmamışdır. 
Diqqəti çəkən ən mühüm məqam isə  digər arxiv sənədlə- 
rində  rastlaşdığımız  bir  məqamdır.  Nəzər  Heydərov  böyük 
ürək ağrısı ilə yazır ki, yerli kommunistlərin əlində heç bir güc 
yoxdur  ki,  yerli  qəza  hakimiyyəti  ilə,  partiya  üzvü  olmayan 
bəylərlə  mübarizə  apara  bilsin.  Bu  yerdə  bir  məntiqi  sual 
ortaya çıxır, necə ola bilir ki, yerli qəza hakimiyyətilə bacara 
bilməyən,  gizlinə  sıxışdırılan  kommunistlər  təpədən 
dırnağadək  silahlanmış  daşnak  hökumətinə  qarşı  müqavimət 
göstərə  bilir.  Belə  çıxır  ki,  yerli  kommunistlər  daşnaklarla 
əliyalın vuruşurmuşlar... Bu yerdə adamın lap böyük türk şairi 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
186 
 
Məmməd  İsmayılın  təbirincə  “Kimi  aldadırsan,  ay  zalım 
oğlu...” sualı lap yerinə düşür.   
Son  dərəcə  çətinliklə  oxunan  yazının  sonunda  da  Nəzər 
Heydərov  qeyd  edir  ki,  bu  yazını  Arşak  Balayanın  vasitəsilə 
göndərirəm.  
Son  dərəcə  çətinliklə  oxunan  yazı  dedikdə  bu  o  demək 
deyil ki, yazı pozularaq oxunmur, sadəcə olaraq xəttin özü son 
dərəcə bərbad və səliqəsizdir.    
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi  Sə- 
nədlər  Arxivi,  fond  1,  siyahı  2,  saxlama  105  qrifi  ilə  qoru- 
nan  1921-ci  ilin  aprel  ayına  aid  sənədlərdən  birində  Nəzər 
Heydərovun  imzası  və  “mübarək”  dəst-xətti  ilə  yazılan  bir 
sənəd  diqqətimizi  çəkdi.  Bu  sənədi  asanlıqla  oxumaq  çox 
çətinlik  yaratsa  da,  ancaq  diqqəti  çəkən  bəzi  məqamları  sizə 
də  çatdırmaq  istəyirik.  Həmin  sənəddən  də  məlum  olur  ki, 
Nəzər  Heydərov  öz  “vəzifə  borcuna”    sadiq  qalaraq  yenə  də 
yerli hökumətə qara yaxmaq və böhtan atmaqla məşqul olur.  
Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinə 
danos yazaraq bildirir ki, qəza hakimiyyətinin başında duran- 
lar  partiyanın  üzvü  olmayan,  kommunistlərə  göz  verib  işıq 
verməyən bəylərdi. Daha sonra  yenə də ilk olaraq qəza milis 
idarəsinin rəisini və onun idarəsini hədəfə götürür və yazır ki, 
Aslan  bəy  Sultanovun  rəhbərliyi  altında  fəaliyyət  göstərən 
milis  hərc-mərclik  şəraitində  işləyir,  heç  kəs  ona  toxuna  bil- 
mir.  Yerli  kommunistlərin  də  əlində  elə  bir  güc  yoxdur  ki, 
yerli  hakimiyyətin  rəhbərlərinin  bu  özbaşınalığının  qarşısını 
ala bilsin. 
Məruzənin  başqa  bir  yerində  də  28-ci  diviziyanın  Zəngə- 
zurun  bir  hissəsi  olan  Sisyanda  daşnaklara  qarşı  mübarizə 
aparması haqqında yazır. Ancaq yenə yazmır ki, həmin dövr- 
də  adı  çəkilən  28-ci  diviziyaya  faktiki  olaraq  Aslan  bəy  rəh- 
bərlik edirdi”. 
 
**** 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
187 
 
187 
Azərbaycan  Respblikası  Milli  Arxiv  İdarəsinin  keçmiş 
məxfi  fond  olan  410,  iş  227,  vərəq  10  qrif  ilə  qorunan  
1921-ci  ilin  28  aprel  tarixli  9  saylı  Partiya  Bülleteninin  Zən- 
gəzur qəzasına  aid hissəsində yazılıb; 
Milisin  tamamilə  başıpozuqluğu  sayəsində  Qəza  İnqilab 
Komitəsi  sədri  Xudabaxış Sultanov başda olmaqla  hakimiy-
yətin    bəzi  məsuliyyətsiz  nümayəndələrinin  öz  vəzifələrinə 
layiq  olmadıqları  üçün,  eyni  zamanda  Partiya  Komitəsinin 
anti-sovet  elementlərlə  mübarizədə  zəiflik  göstərməsi  ilə 
Zəngəzurda  vəziyyət  gündən-günə  daha  da  pisləşir.  (Zəngə- 
zur  Qəza  Kommunist  Partiyasının  müraciəti.  Şuşa  Mərkəzi 
Komitəsinin rəisi. 28.IV. 1921-ci il. N 117). 
Bu  sənəddən  də  görünür  ki,  yenə  də  ənənəvi  olaraq  ilk 
hədəf  qəza  milis  idarəsidir.  Bu  sənəddə  həm  də  subardinasi-
yaya  riayət  olunmamışdır,  qəza  inqilab  komitəsi  sədri  qəza- 
nın ilk mühüm rəhbər  vəzifəsi  sayılsa da, bu sənəddə ilk ola- 
raq qəza milis idarəsinin adı çəkilir, bu da o deməkdir ki,  bu 
məlumatı verənlər yaxşı bilirmişlər ki, qəzada real güc sahibi 
kimdir və faktiki rəhbərlik kimin əlindədir. 
Sənədin sonunda da yazılır ki, Zəngəzurda vəziyyət günü-
gündən pisləşir. 
 
**** 
 
1921-ci  ilə  aid  arxiv  sənədləri  arasında  Azərbaycan 
Respublikası  Prezident  Aparatının  Siyasi  Sənədlər  Arxivində 
fond  1,  siyahı  2,  saxlama  vahidi  212  qrifi  ilə  qorunan  bir 
sənəd də var. Həmin sənəddə qeyd olunmuşdur ki, sovet ida- 
rəçiliyi  sisteminin  başında  bəylər  və  xanlar  oturublar.  Sovet 
hökumətinin əleyhinə daşnaklar tərəfindən güclü təbliğat işlə- 
ri  aparılır.  Qatı  əksinqilabçıların  şəxsiyyəti  məlumdur,  yəni 
həmin  şəxslər  Nəriman  Nərimanovun  təyin  etdiyi  qəza  rəh- 
bərləridir.   
Milis işçiləri və digər məsul işçilər müsavatçılardırlar. 
Qeyd:  Qubadlı  qəza  kommunist  partiyasının    təlimatçısı  
yoldaş Savalan Şirinovun məruzəsi əsasında hazırlanmışdır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
188 
 
Burada  belə  bir  məntiqi  sual  doğur  ki,  bu  məlumatları 
yuxarı  ötürən  adamlar  adı  çəkilən  bəylər  və  xanlar  Nərima- 
novun  təyinatı  ilə  həmin  rəhbər  vəzifələrə  təyin  edildikləri 
zaman  niyə  etiraz  etmir,  Nərimanova  onların  sinfi  düşmən 
olduqlarını  demir  və  nəyə  görə  məhz  həmin  insanların  o 
vəzifələrə  təyin  edilməsini  soruşmurdular?  Çünki  alacaqları 
cavabı bilirdilər... 
Göründüyü  kimi  yenə  hədəf  milisdir  və  bəylər,  xanlardır. 
Biz artıq yaxşı bilirik ki, belə məlumatlarda bəylər, xanlar de- 
yildikdə  konkret  olaraq  kimlər  nəzərdə  tutulur.  Bu  məlumat-
lardan açıq şəkildə aydın  olur ki, məlumatı ötürən-lərin sinfi 
düşmən hesab edilən insanlara qarşı qərəzli və məkrli siyasət 
aparmalarının səbəbi  qısqanclıq və onların  saf,  əqidəli  insan- 
ların  nailiyyətlərinə nə yolla olursa olsun kölgə salmaq istəyi 
idi.  
Bir məsələ də ondan ibarətdir ki, məlumatda yazılır ki, so- 
vet idarəçiliyinin başında bəylər və xanlar dayanır. Ancaq bu 
hiyləgər göstərmir ki, nədən Nəriman Nərimanov o idarələrin 
başına məhz adı çəkilən bəyləri, xanları təyin edib?  
Arxiv sənədlərini araşdırdıqca həmin illərdə baş verən ha- 
disələrin    bir  tərəfində  millətini  sevən  və  ona  sədaqətlə  xid- 
mət göstərən, bunun müqabilində isə heç bir təmənna güdmə- 
yən  insanlarla,  digər  tərəfdən  öz  şəxsi  mənafeyi  naminə 
başdan-başa  xəyanət  yolunu  seçərək    gələcək  nüfuz  və  mən- 
səb  barədə  fikirləşənlərin  açıq-aydın  mübarizəsini,  bəlkə  də 
xeyirlə-şərin mübarizəsini görürük. 
Diqqəti  çəkən  sənədlərdən  biri  də  1921-ci  ilin  10  aprel 
tarixində  Qubadlı  Qəzası  Milis  İdarəsinin  rəisi  Aslan  bəy 
Sultanov  tərəfindən  Azrəbaycan  Mərkəzi  İnqilab  Komitəsinə 
ünvanlanan ittihamedici məlumatıdır.  
Sənəd  Azərbaycan  Respublikası  Milli  Arxivində  keçmiş 
məxfi  fond  hesab  edilən  410  saylı  fondda,  siyahı  1,  iş  205 
qrifi ilə qorunub saxlanılır. 
 
 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
189 
 
189 
А.С.С.Р. 
Начальник Кубадлинской Уездной Милиции 
№603 10-го апреля 1921 г. Ходжалан 
 
 Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
A.S.S.R. 
Qubadlı Qəza Milis İdarəsinin  rəisi Aslan Sultanovdan 
 
**** 
Aslan  bəyin  yazdığı  məlumatın  özündən  də  açıq-aydın 
görünür  ki,  bütün  varlığı  ilə  xalqına  bağlı  olan  bu  insan 
ətrafda  baş  verən  ən  kiçik  məsələyə  belə  vaxında    müdaxilə 
etməyi  bacarmış,  vəzifəsindən,  kimliyindən  asılı  olmayaraq 
hər  kəsə  sözünü  deyə  bilmiş,  xalqı  qarşısında  göstərdiyi 
xidmətlər  müqabilində  umacağı  xalq  sevgisindən  başqa  bir 
şey olmamışdır. 
Vəzifəyə,  şöhrətə,  xoş  güzarana  görə  xalqını,  millətini 
sataraq  onunçün  yüz  illər  boyu  həlli  müşkülə  çevrilən  prob- 
lemlər  yaradan  bəzi “soydaşlarımızdan”  fərqli olaraq Aslan  
bəy Sultanov yaşadığı mənalı və şərəfli ömür boyu bir dəfə də 
olsa  nəfsinin  quluna  çevrilməmiş,  özü  üçün  seçdiyi  yaşam 
prinsipinə,  qarşısına  qoyduğu  məqsədə,  əqidəsinə  və  həyat 
tərzinə bircə dəfə də olsa dönük çıxmamışdır. 
Aslan  bəy  bütün  mənalı  ömrü  boyu  düşmən  əhatəsində 
yaşamışdı.  Bir  tərəfdən  tarixi  və  barışmaz  düşməni  olan 
daşnakların,  bir  tərəfdən  sinfi  düşmənlərin,  bir  tərfdən  də 
qarşısında  quyruq  bulayıb  kənarda  onun  üçün  quyu  qazan 
“mehriban  düşmənlər”in  əhatəsində.  Lakin  buna  baxmayaraq 
Aslan  bəy  Sultanov  heç  vaxt  düşmənə  qarşı  kürəyini  çevir- 
məmiş, onlarla həmişə üzü-üzə dayanmaq, onların gözlərinin 
içinə dik baxmaq yolunu seçmişdi. Elə ona görədir ki, Aslan 
bəyin xaincəsinə qətlə yetirilməsindən yüz ilə yaxın (1929-cu 
ilin yay aylarında qətlə yetirilib) bir zaman  keçsə belə, bu ta- 
rixi  şəxsiyyət,  bu  igid  və  cəsur  sərkərdə  haqqında  hələ  də 
xatirlərdə yaşayan çoxsaylı maraqlı əfsanələr, xatiratlar  yaşa- 
yır. Ancaq  əldə  etdiyimiz arxiv  sənədləri  xatirələrdə  yaşayan 
xatiratlardan fərqli olaraq  bu insanın gerçək tarixindən xəbər 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
190 
 
verən  faktiki  sənədlərdir.  Biz  də  daha  çox  həmin  sənədlər 
ətrafında  gəzişmələr  etməyi  bir  məqsəd  kimi  qarşımıza 
qoymuşuq. 
Arxiv  sənədləri  arasında  tarixinə  və  mühümlüyünə  görə 
diqqəti çəkən ilk sənəd aşağıdakıdır... 
 
**** 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Qarabağın  və 
Zəngəzurun  mərkəzi  Şuşa  sayıldığı  üçün  bütün  məlumatlar 
Şuşaya, oradan da mərkəzə ötürülürdü. Ona görə  bu sənəd də 
Şuşaya yazılıb.  
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi  
Sənədlər Arxivi fond 1, siyahı 1, iş 24. 
Bu yerdə Azərbaycan Respublikası Baş Dövlət Milli Arxi- 
vinin  fond 27 siyahı 1, iş 17 qrifi ilə qorunan sənədi diqqəti 
çəkir.  
Həmin sənəd 1920-ci ilin son gününə, 31 dekabra aiddir.  
Sənəddən  görünür  ki,  onu  Qarabağın  və  Zəngəzurun  föv- 
qəladə  komissarı  imzalayıb.  Sənəddəki  bəzi  məqamları    sizə 
təqdim etməyi zəruri hesab edirik: 
“...Zəngəzurda  və  Gorusda  Katar  yəni  (Kafan)  üsyanına 
rəhbərlik edən  Nijdenin  daşnak hakimiyyəti hökmranlıq edir. 
Ümumiyyələ  həmin  qüvvələr  sovet  hökumətinin  varlığına 
nifrət  bəsləyirlər.  Qızıl  Ordu  Zəngəzuru  tərk  etdikdən  sonra 
daşnaklar  tərəfindən  bizim  ərazilərə  və  yerli  partizan 
hərəkatına  qarşı    xaincəsinə  hücumlar  mütəmadi  hal  alıb. 
Bizim  müdafiəçilərimizin  odlu  silaha  böyük  ehtiyacları  var. 
Zəngəzur qəza milisi xüsusi olaraq İranla sərhəddə olan milis 
atlı dəstəsi məcburiyyət qarşısında nəinki daxili xidmət aparır, 
eyni  zamanda  döyüş  mövqeyndə xidmət  göstərir, həm  sərhəd 
boyu  xidmət  aparır.  Həmin  o  fövqəladə  ehtiyacı  silah 
çatışmamazlığını  nəzərə  alaraq  xahiş  edirik  ki,  sovet 
hökumətini  qoruyub  saxlamaq  naminə  yox,  heç  olmazsa 
insanlıq  naminə  bu  xahişə  etiraz  etməyəsiniz.  Şuşadakı  silah 
anbarından bizim silah tələbatımızı təmin etmək və Zəngəzur 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
191 
 
191 
qəza  milisinə  min  ədəd  tüfəng  və  patron  verilməsini  təmin 
edəsiniz ”.  
Bu  sənəd  bir  daha  göstrir  ki,  o  dövrlərdə  Zəngəzurdakı 
qızıl  ordu  hissələrinin  müvəqqəti  olaraq  Qarabağa  çəkildiyi 
zamanlarda  Zəngəzur  qəza  milisi  düşmən  qarşısında  acizlik 
nümayiş etdirməmiş, bütün qüvvələri səfərbər edərək nizamlı 
bir  ordu  şəklində  düşmənə  qarşı  güclü  müqavimət 
göstərmişdir. 
Bu  sənəddən  də  aydın  olur  ki,  Aslan  bəyin,  onun  koman- 
dasının heç bir siyasi ambisiyası olmayıb və mərkəzdən silah 
tələb edərkən də açıq-aydın  bildirir ki, bunu Sovet hökuməti- 
nin  saxlanması  naminə  deyil,  heç  olmazsa  insanlıq  naminə 
etmək lazımdır. Bu son cümlə də onu göstərir ki, bu insanlar 
üçün hər şeydən vacib insan taleyi, millətin gəlcək taleyi olub. 
 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin