Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
281 
 
281 
Əgər  Nəriman  Nərimanovun  komissiyası  təsdiq  edirsə  ki, 
Xudabaxış  Sultanov  təmiz  işçidir  və  günahsızdır,  o  zaman 
ortaya  sual  çıxır  ki,  qəzanın  digır  rəhbər  işçiləri  də  təmiz  və 
əqidəli insanlardır. Bu da o deməkdir ki, Aslan bəyə fövqəladə 
səlahiyyət  verilərkən  o  kadr  siyasətini  son  dərəcə  dəqiqliklə 
apara bilib. 
 Qurulmuş  oyunlarda  ortaya  atılan  bütün  ittihamlar  puça 
çıxdıqdan  sonra  artıq  yeganə  bir  ittiham  qalırdı  ki,  daşnak 
Şaumyanın  müti  qulu  olan  Nərimanov  öz  ağasının,  daşnak 
Şaumyanın    düşməninə  erməni  xalqının  düşməni  ittihamını 
ortaya  atsın.  Bu  ittiham  aydın  göstərir  ki,  Nəriman  Nərima-
nov  Aslan  bəyi  daşnaklara  qarşı  mübarizə  apardığı  üçün  it- 
tiham edir. Daha çox da daşnak Şaumyana yarınmaq üçün bu 
addımı  atır,  amma,  Aslan  bəyi  “lixoy  strelok”  yəni“göydə 
quşu gözündən vuran sərrast  atıcı” ittihamı ilə ittiham  etmək 
haradan  irəli  gəlirdi?  Bu  da  o  demək  idi  ki,  Nərimanovun 
komissiyası xüsusi vurğu ilə Aslan bəyin daşnak generallarını 
öldürməsinə  və  bununla  da  daşnak  Şaumyanın  ürəyinə  dağ 
çəkməsinə işarə edir. 
Bütün  bunları  analiz  etdikdə  bir  sual  ortaya  çıxır:  məgər 
sərrast atıcı olmaq, düşmənə qarşı amansız olmaq sərkərdəyə 
xas olan ən yüksək    keyfiyyətlər deyilmi?  
 
**** 
fond 410, siyahı 1, iş 227 
Zəngəzur  qəzasının  1-ci  sahəsində  daşnaklara  qarşı  döyüş 
gedir.  Qızıl  ordu  hissələrinin  güclü  arteleriya  atəşlərunə 
baxmayaraq daşnaklar geri çəkilmirlər. Qarabağda və Zəngə- 
zurda Tevan bandasının zülmü davam edir ki, buna qarşı təcili 
tədbirlər  götrülməsi  vacibdir.  (Şuşa  siyasi  bürosunun  rəis 
müavini Tairov. N 227)  
Həmin  o  Tevan  və  Tarxanın  başçılıq  etdiyi  dəstələr  gah 
Qarabağda,  gah  da  Zəngəzurda  aranı  qarışdırır,  müsəlman 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
282 
 
əhalisinə qarşı olmazın təcavüzlər edir, insanları amansızlıqla 
qətlə yetirirdilər.  
Qarabağda  Andronikin  göndərdiyi  Tevan,  Tarxan  kimi 
quldurbaşıların  dəstələrinin  kökünü  kəsmək  üçün  Aslan  bəy 
Sultanov  XI  qızıl  ordunun  rəhbərliyi  tərəfindən  Qarabağa  və 
Zəngəzura  fövqəladə  komissar  təyin  edilmişdi.  Son  damla 
qanına qədər düşmənə qarşı mübarizə  aparan  Aslan bəy Sul- 
tanov,  Lətif,  Kərim  və  digər  qəhrəman  oğullara  qarşı  içi- 
mizdən  olan  xainlər  tərəfindən  məkrli  planlar  hazırlanmış, 
onların  fiziki  cəhətdən  məhv  edilmələri  üçün  bütün  iyrənc 
yollardan istifadə edilmişdir. 
Dəhşət  doğuran  hal  odur  ki,  belə  qəhrəman  insanların 
erməni xalqının düşməni kimi ittiham olunmaq üçün erməni- 
lərə  verilməsinə  Nəriman  Nərimanov  birbaşa  razılıq  vermiş- 
dir. Nəriman Nərimanovun bu addımını qiymətləndirməyi siz 
oxucuların ixtiyarına buraxırıq. 
 
**** 
Azərbaycan Baş dövlət Arxivi fond 410, siyahı 1, iş 227 
“Şuşa  qəzası.  Zəngəzurda  daşnaklar  tərəfindən  həm 
erməni, həm də müsəlman əhalisi arasında   qızğın əksinqila-
bi təbliğat işləri aparılır. Yerli bəylər və mülkədarlar daşnak- 
lara  gizli  köməkliklər  göstərirlər.  Fəhlə  kəndlilər  və  qulluq- 
çular    bahalı  və  cüzi  ərzaq  payına  görə    narazılıq  edirlər. 
(Az.Fövqəladə Komitəsinin məlumatı. Aprel 1921-ci il)” 
Bu  sənəddə  guya  yerli  bəylərin  daşnaklara  gizli  kömək 
göstərmələri ortaya atılır. Bu məlumat birbaşa Az. Fövqəladə 
Komitəsinə  göndərilib.  Bu  da  onu  göstərir  ki,  həmin  dövrdə 
bütün  hədəf  hakimiyyətdə  olan  bəylərin  daşnaklarla  əlbir 
olduqlarını, onlara hər cür kömək göstərmələri ortaya atmaq- 
la onları ləkləyərək fiziki cəhətdən məhv etməyə yönəlmişdi. 
Bu  da  o  demək  idi  ki,  əgər  onlar  daşnakların  dostudursa, 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
283 
 
283 
demək  bizim  düşmənimizdir.  Yəni  düşmənim  dostu  mənim 
düşmənimdir.  
 
**** 
1990-cı  ildə,  Sovet  hökuməti  hələ  dağılmamış,  ermənilər 
yenidən Qarabağda və Zəngəzurda baş qaldırdıqları vaxt yerli 
camaat  o  dəqiqə  öz  tarixi  qəhrəmanını,  daşnaklara  qarşı 
amansız mübarizə aparan Aslan bəyi xatırlayır, 1920-ci illərin 
tarixini  bilən  insanlar  ürək  ağrısı  ilə  Aslan  bəyin  ruhuna 
dualar  oxuyurdular.  Nurəli  Təmrasoğlu  “Bərgüşad”  qəzetinin 
4  sentyabr  1991-ci  il  tarixli  nömrəsində  çap  olunmuş  “Çaylı 
Aslan  kimdir?”  adlı  məqaləsində  yazır:  Qubadlı  rayonu 
erməni  quldurları tərəfindən işğal olunduğu zaman Mahruzlu 
kəndinin  sakini  Baxşəli  oğlu  Əli  kişi  deyirmiş:  “Anan 
ölməsin,  Maclı  Aslan  bəy,  hardan  alım  səni?  Aslan  bəy  əsl 
xalq 
qəhrəmanı 
idi. 
Ermənilər 
onun 
qorxusun- 
dan  bu  tərəflərə  səmt  düşməzdilər.  Dörd  nəfər  silahlı  erməni 
dağdan  gələn  köçün  qabağını  kəsir.  Qoyunları  alıb  gedirlər. 
Heç  bir  müqavimət  göstərə  bilməyən  azərbaycanlılar  kəndə 
çatanda  Aslan  bəyin  qonşu  kənddə  dostunun  toy  məclisində 
olduğunu  eşidirlər.  Gedib  dərdlərini  Aslan  bəyə  söyləyirlər. 
Aslan  bəy  vaxt  itirmədən  4  nəfər  atlı  götürüb  quldurların 
dalınca çapır. O, quldurları tərksilah edir, qoyunları alıb kəndə 
qayıdır. Aslan bəy hər vaxt kasıbların əlindən tutardı.”   
Bəli, Aslan bəy Sultanov əsl xalq qəhrəmanı kimi o dövrdə 
təkbaşına,  ətrafına  topladığı  özünü  müdafiə  qüvvələri, 
Zəngəzur  igidləri  və  yerli  milis  işçiləri  ilə  birlikdə  daşnak 
hökumətinə  qarşı  mübarizə  aparmaq  qüdrətinə  malik  idi. 
1990-ci  illərdə  isə  yerli  sovet  rəhbərləri,  başda  Moskva 
olmaqla  bütün  kommunist  rəhbərlər  azərbaycanda  baş  qal- 
dıran  erməni  dalğasına  qarşı  acizlik  göstərdilər.  Amma  bəzi 
ermənipərəst  qüvvələr  isə  Aslan  bəyin  adına  olan  küçənin 
varlığına qarşı çıxır, narahatlıq bildirir, Nəzər Heydərovun da 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
284 
 
kitabında yazdığı kimi antisovet bandaya rəhbərlik edən, sovet 
hökumətinin  düşməninin  adına  küçə  verilməsinə  etiraz 
edirdilər. 
Nəzər  Heydərov  kitabının  “Banditizm”    fəslində  yazır  ki, 
Lətiflə Kərimin Qubadlıdakı antisovet bandasına Aslan Sulta- 
nov başçılıq edirdi. Bununla da Nəzər Heydərov Aslan bəyin 
hökumətə qarşı çıxmağını özünəməxsus pafosla vurğulamağa 
çalışır. Burada  bir sual ortaya çıxır; Aslan bəy nə etməliydi? 
Tabe  olub  Nəriman  Nərimanov  hökumətinin  “vraq  armyan” 
yəni  erməni  xalqının  düşməsi  damğası  ilə  razılaşmalı  və  itti- 
ham  olunmaq  üçün  ermənilərə  təhvil  verilməsi  ilə  barışma- 
lıydı?  
Aslan  bəy  özünün  haqlı  olduğunu  sübut  etmək  üçün 
dəfələrlə  Azərbaycan  İnqilab  Komitəsinin  sədri  Nəriman 
Nərimanova,  onun  komandasına  ittihamedici  faktlarla  yazılı 
şəkildə məlumatlar vermiş və onların bu ədalətsizliyinə- Zən- 
gəzurun  ermənilərə  bağışlanmasına  görə  nə  vaxtsa  tarix  və 
zaman  qarşısında  cavab  verəcəklərini  dəfələrlə  qeyd  etmişdi. 
Bu itihamedici məlumatlardan sonra mərkəz tərəfindən Aslan 
bəyə  qarşı  təqiblər  daha  da  aktivləşmiş,  onun  ləkələnməsi 
kompaniyası  başlanmışdır.  Bunları  görən  və  onu  gözləyən 
xəyanətlərdən  xəbər  tutan  Aslan  bəy  vaxtında  hökumətdən 
uzaqlaşmağı  qərara  almış  və  böyüyüb  boya-başa  çatdığı 
torpaqların  azadlığı  uğrunda  mübarizəyə  qalxmışdır.  Hadisə- 
lərin  sonrakı  gedişatı  da  onun  tamamilə  haqlı  olduğunu 
göstərmişdir.  Yəni  1929-cu  ilin  yayında  o  öz  evinə  gəlib 
uşaqları  ilə  görüşərkən  onu  içəridən  yaxın  adamlardan  biri 
satmış mərkəzdən gələrək  onun məhv olunmasına  əmr alan 
qüvvələr  evini  mühasirəyə  almışlar.  Onlar  öz  nümayəndə- 
lərini  Aslan  bəyin  yanına  göndərmiş,  onu  aldadaraq  dilə 
tutmağa  çalışmışlar  ki,  Aslan  bəy,  sizin  bu  xalq  qarşısında 
böyük  xidmətləriniz  var,  siz  xalqın  qəhrəman  oğlusuz,  ona 
görə də hökumətə qarşı çıxmağınız düz deyil. Sizə hökumətə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
285 
 
285 
tabe  olmağınızı,  məhkəmədə  özünüzün    haqlı  olmağınızı 
sübut  etmənizi  təklif  edirik.  Müqavimət  göstərməyiniz 
yersizdir. 
Əslində mərkəzdən gələnlərin Aslan bəyi dilə tutaraq canlı 
şəkildə  ermənilərə  təhvil  vermək  istəkləri  Şaumyanın  Nəri- 
man  Nərimanova  sifarişinin  icrasını  həyata  keçirmək  istə- 
yiydi.  Bununla  da  daşnak  Şaumyan  daşnaklara  divan  tutmuş, 
Azərbaycan  xalqının  qisasını  daşnaklardan  yetərincə  almış 
Aslan  bəydən  daşnakların  qisasını  almış  olurdu.  Bu  zaman 
Aslan bəy fikirləşmək üçün bir qədər vaxt istəyib, uşaqları ilə 
görüşüb halallaşdıqdan sonra gələnlərə  deyib: 
–  Siz  elə  fikirləşirsiz  ki,  mən  bir  canıma  görə  silah  qaba- 
ğında  gedəcəyəm?  Gedin  sizi  bura  göndərənlərə  mənim 
fikirlərimi çatdırın!  
Gələnlər bayıra çıxdıqdan sonra Aslan bəy bu namərdlərin 
evi  atəşə tutacaqlarını əvvəlcədən dərk edib  və evi  tərk edib, 
silahına sarılıb  düz meşə istiqamətində gedir. Bu zaman   yol 
boyu onu görən və əvvəllər onun tabeçiliyi altında işləyən heç 
kəs ona qarşı hörmətsizlik etməyib, güllə atmayıb, üzünü yana 
çevirib,  getməsinə  şərait  yaradıblar.  Lakin  qəfildən,  qızı 
Gülüzar atasının uzaqlaşdığını və evdəki gərginliyi, həyətdəki 
silahlı  adamları  gördüyü  zaman  həyəcanını  gizlədə  bilməyib, 
evdən çıxaraq atasının arxasınca qışqırıb: 
–Ata, bizi hara qoyub gedirsən? 
Bu zaman Aslan bəy qızının səsini eşidib, ayaq saxlayıb və 
qıza deyib: 
–Qayıt gir evə, yoxsa sənə güllə dəyər. 
Onun səsini eşidən mərkəzdən gələn qüvvələr başa düşüb- 
lər  ki,  gedən  Aslan  bəydir  və  ona  qarşı  əməliyyata  başlayıb- 
lar. Mərkəzdən gələn snayperlər onu atəşə tutublar. Aslan bəy 
çevrilərək ona arxadan atəş açanlara bir-neçə dəfə güllə atıb. 
Ona güllə atan snayperin kəlləsi parça-parça olub. Bu zaman 
atəş  dayanıb,  heç  kəs  cürət  edib  onun  arxasınca  gedə  bilmə- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
286 
 
yib. Aslan bəy yaralı olmağına baxmayaraq bir xeyli məsafə- 
ni qət edərək Pəyhan adlanan yerə qədər gedib çıxa bilir. Ora- 
da  kürəyini  böyük  qaya  parçasına  söykəyərək  nəfəsini  dərir. 
Bu  zaman  Tisix  ləqəbli  bir  nəfərin  yaxınlıqdan  keçdiyini 
görür, onu yanına çağırır və silahdaşlarına xəbər göndərməsi- 
ni  tapşırır.  Tisix  Aslan  bəyin  yaralı  olduğunu  görərək  bir 
vaxtlar  onu  etdiyi  cinayətə  görə  həbs  edən  Aslan  bəydən  qi- 
sas  almağa  məqam  düşdüyünü  yəqinləşdirib  və  ona  arxadan, 
namərdcəsinə  bir-neçə  güllə  vurur,  bundan  bir  qədər  sonra 
Aslan bəy dünyasını dəyişir.  
Göründüyü kimi Allah ona şərəfli ölüm qismət edib. Aslan 
bəy  son  nəfəsində  də  ölümün  gözünə  dik  baxmış,  düşmən 
qarşısında  əyilməmiş,  şərəfli  ölümü    düşmən  qarşısında  əsir 
kimi getməkdən üstün tutmuşdur. Şaumyanın  onu ermənilərə 
vermək istəyi də baş tutmayır, arzusu gözündə qalır. Bununla 
da  Aslan  bəy  son  nəfəsinə  qədər  öz    həyat  yolunu,  əqidəsini 
dəyişmədən  ölümü  ilə  də  yeni  bir  qəhrəmanlıq  dastanı  yaza 
bilir...  
Təəsüflər olsun ki, Aslan bəyin ölümündən az sonra Lətif- 
lə Kərimin aldadılaraq içimizdən olan xainlərin əli ilə ittiham 
olunmaq  üçün  ermənilərə  təhvil  verilməsi  Aslan  bəyin  nə 
qədər  haqlı  olduğunu  sübut  etdi.  Lətiflə  Kərim  kimi  əliyalın  
qəhrəmanlar erməni  cəlladları  qarşısında amansız işgəncələrə 
məruz qalaraq məhv edildilər.  
Kitabın  145-ci  səhifəsində  Nəzər  Heydərov  yazır  ki, 
“Xallava  kəndindən  olan  Kərimin  və  Xələc  kəndindən  olan 
Lətifin bandası Zəngəzurda tüğyan edirdi. İş o yerə gəlib çat- 
mışdı ki, orda-burda qalmış müsavatçı və daşnak ünsürləri az 
qalırdılar ki, bizim qəzanın  bu və ya digər rəhbərlərini öldür- 
məyi  onlardan  tələb  etsin.  Kərimlə  Lətifin  bandası  Bərgüşad 
dağlarında, Kəpəzin yaxınlığında meşədə gizlə-nirdilər”. 
Nəzər  Heydərov  Kərimlə  Lətifin  bandası  dedikdə  Aslan 
bəyin  qəhrəman  dəstə  komandirləri  və  həmişə  haqq-ədalət 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
287 
 
287 
müdafiəçiləri  olan  insanları  nəzərdə  tuturdu.  Həmin  insanlar 
hər  zaman  xalqın  yanındaydılar  və  xalq  onlara  inanırdı,  he- 
sablaşırdı və pozulmuş haqq-ədalətin bərpa olunmasını Aslan 
bəydən və onun dəstə komandirləri olan Lətiflə Kərimdən xa- 
hiş  edirdilər.  Bir  fakt  heyrət  doğurur  ki,  müəllif  Nəzər 
Heydərov  kitabında  dəfələrlə  “müsavatçı-daşnak”  fikirlərini 
eyniləşdirərək onları azərbaycan xalqının bərabər, ortaq  düş- 
məni kimi qələmə verməyə çalışır.  
 
Kərbəlayi Hüseyn Ocağının Övladları 
 
Allah Kərbəlayi Hüseynə 4 oğul əta etmişdi. 
1.Aslan  bəy  Kərbəlayi  Hüseyn  oğlu  Sultanov  mərd, 
qoçaq,  dediyindən  dönməyən,  bir  az  da  dəliqanlı  olub.  Qu- 
badlı  kəndində  əmisi  oğlu  Həsən    bəy  Sultanovun  müdir  ol- 
duğu ikisinifli 4 illik təhsil müddəti olan məktəbi bitirmişdir. 
Rus  dilində  sərbəst  danışır,  yazır  və  oxuyurmuş.  Sonra  Qori 
seminariyasını  bitirmiş,  daha  sonra  ali  hərbi  təhsil  almış- 
dır.`Çox  böyük  sərkərdəlik  məharətinə  malik  imiş.  Onun 
cəsarəti,  hərbi  sahədəki  istedadı  daşnak  ordusunun  bütün 
zümrələrdən olan zabitlərini, o cümlədən Andranik Ozanyanı 
belə Aslan bəy ilə hesablaşmağa məcbur etmişdir.   
2.Murad bəy Kərbəlayi Hüseyn oğlu Sultanov rus dilini 
mükəmməl bilirdi. O da Həsən bəyin Qubadlıda açılan 4 illik 
məktəbini  bitirmişdir.  Murad  bəyin  xasiyyəti  ilə  Aslan  bəyin 
xasiyyəti  təzad  təşkil  edirdi.  O,  ipək  kimi  yumşaq,  həlim  xa- 
siyyətli  bir  insan  idi.  Bir  müddət  Zəngəzurun  Qafan  rayo- 
nundakı  kəndlərində  müəllimlik  etmiş,  sonra  isə  Laçında  və 
Xanlıqda hakim kimi fəaliyyət göstərmişdir.  
3.Şirin  bəy  Kəlbəlayi  Hüseyn  oğlu  Sultanov.  Həsən 
bəyin  məktəbini  bitirmişdir.  Atasının  təsərrüfatına  rəhbərlik 
etmişdir.  Qohumlara  qarşı  həddindən  artıq  qayğıkeş  və  meh- 
riban idi. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
288 
 
4.Süleyman  bəy  Kərbəlayi  Hüseyn  oğlu  Sultanov.  
O  biri  qardaşlarının  xasiyyətlərinin  bir  sıra  müsbət    cəhətləri 
Süleyman bəyə xas idi.  
Bir  fakt  çox  maraqlıdır  ki,  cəmi  4  il  təhsil  verən  rus-tatar 
məktəbini  bitirən  bütün  məzunlar  rus  dilini  təmiz  bilir,  riya- 
ziyyat və digər fənləri yüksək səviyyədə mənimsəyirdilər.  
Həmin  məktəbim  məzunu  M.Axundov  mənimlə  birlikdə 
Qubadlı orta məktəbində nəinki rus dilini, hətta bəzi illərdə V-
ci siniflərdə riyaziyyatı tədris etmişdir. 
Halbuki,  Sovet  məktəblərində  11  il  rus  dili  tədris  olunan 
məktəblilər  rus  dilində  nə  sərbəst  danışa  və  nə  də  yaza  bilir- 
dilər. 
Necə  olub  ki,  cəmi  4  il  təhsil  alan  o  vaxtkı  gənclər  tədris 
edilən fənləri tələb edilən səviyyədə  öyrənməklə  bərabər,  gö- 
zəl  xətlə  yazmağı,  rus  dilində  sərbəst  danışmağı,  yazıb-oxu- 
mağı öyrənmişlər. Bu barədə fikirləşməyə dəyər. 
1917-ci ildə Çar Rusiyası devrildikdən sonra xain qonşula- 
rımız  olan  ermənilər,  növbəti  dəfə  bizim  ata-babalarımızın 
mal-mülkünü  talamaq,  onları  didərgin  salmaq  məqsədilə  hər 
cür riyakarlıqdan istifadə edir, hər cür cinayətlərə əl atırdılar. 
Zəngəzur  qəzasının  mərkəzi  sayılan  Gorus  şəhərində  An- 
dronik  Ozanyanın  yaratdığı  daşnak  hökümətinə  başçılıq  edən 
general  Nijdenin  rəhbərliyi  ilə  ordu  yaradılmağa  başlandı. 
Şuşada  daşnak  generalı  Dronun,  habelə  Zəngəzurda  daşnak- 
ların  lideri,  general  xain  Andronik  Ozanyanın  zühr  etməsi 
ermənilərin  iştahını  birə-on  artırmışdı.  Artıq  Qafan  və  Goru- 
sun  azərbaycanlılar  yaşayan  kəndlərində  ermənilər  tərəfindən 
törədilən qətl-qarətlər adi hal almışdı. Bütün bu hadisələr quşu 
gözündən vuran Aslan bəyin gözü qarşısında baş verirdi. Ona 
görə də Aslan bəy Mac kəndinin cavanlarını bir yerə toplayıb 
özünümüdafiə  dəstəsi  yaratdı  və  bu  dəstəni  fədailər  dəstəsi 
adlandırdı. İlk əvvəl fədailər dəstəsinə Mac cavanları, sonralar 
isə bütün Zəngəzur cavanları daxil oldular. Mac kəndi və onun 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
289 
 
289 
ətrafında  fəaliyyət  göstərərkən  dəstənin  500  nəfər  üzvü 
olmuşdur. 
Az 
müddətdə 
dəstənin 
şöhrəti, 
qo- 
caqlığı  təkcə məhəlli  erməniləri deyil, bütün  Zəngəzur  ermə- 
nilərini  qorxuya  salmışdır.  Ona  görə  də  uzun  müddət  Mac 
kəndinə dəyib-dolaşan olmamışdır. 
Aslan  bəyin  fədailəri,  Qafan  və  Gorus  rayonlarının  neçə-
neçə  azərbaycanlı  sakinini  daşnak  əsarətinə  düşmək  təhlükə- 
sindən xilas etmişdir. 
İndi,  həmin  dövrdə  baş  vermiş  bir  sıra  hadisələri  nəzəri- 
nizə çatdıraq: 
76 yaşlı, ali təhsilli, MirZeynal Mirələsgər oğlu Mirhəşim- 
linin  öz  əli  ilə  yazdıqlarından:  1918-1920-ci  illərdə  Qafan 
rayonunun  Dorhnu  kəndinin  camaatı  ermənilər  tərəfindən  iki 
dəfə  qovulub  kənddən  çıxarılıblar.  Onlar  Kraxtın  (Cəbrayıl) 
və Malakan (Füzuli) rayonunun kəndlərinə qədər gedib çıxıb- 
lar. Ara bir az sakitləşdikdən sonra Dorhnulular öz kəndlərinə 
qayıtmışdı.  Atam  nəql  edirdi  ki,  həmkəndlim  İmamqulu  ilə 
qoyun-quzu  otarırdıq.  Qəflətən  daşnak  əsgərləri  bizi  ələ  ke- 
çirdilər. Hər ikimizə silah-sursat şəlləyib qatdılar qabaqlarına. 
Xeyli  yol  qət  etdikdən  sonra  Təpəsər  adlanan  bir  dağa  dır- 
manmağa başladıq (sonralar öyrəndik ki, Andronikin qərarga- 
hı  həmin  dağın  başında  yerləşir).  Bildik  ki,  bizi  öldürməyə 
aparırlar.  Atam,  Mirələsgər  Mirhəşim  oğlu  təklif  edir  ki, 
İmamqulu,  gəl  silahları  yerə  atıb  qaçaq.  İmamqulu  deyir  ki, 
bizi  aparanlar  hamısı  silahlıdır,  qaçan  kimi  vuracaqlar.  Atam 
cavab  verir  ki,  əziyyətlə  ölməkdən  bu  daha  yaxşıdır.  Bu 
əsnada bir nərə səsi eşidilir. Ə, daşnak köpəkuşağı əsir aparır- 
sınız?  Ermənilər:  “Aslan  bəy!..”  deyib  öz  silahlarını  da  atıb 
qaçdılar.  Aslan  bəy  atama  yaxınlaşıb  deyir  ki,  Seyid  anan 
namaz üstə idi,  yoxsa əclaflar sizi  güllələyəcəkdi. Atamın və 
İmamqulunun  xilasından  sevinən  babam  Mirhəşim  və  digər 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
290 
 
kənd  camaatı  Aslan  bəyə  minnətdarlıq  məktubu  göndərdilər. 
Həmin  məktubu sizə təqdim edirik: 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
291 
 
291 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
292 
 
Bir  gün  erməni  nümayəndə  heyəti  ağ  bayraqla  Mac  kən- 
dinə  gəlir.  Aslan  bəy  onlara  atəş  açmaq  istəyən  dəliqanlı 
cavanları  bu  işdən  çəkindirdi.  Onlar  erməni  generalı  Andro- 
nik Ozanyandan Aslan Sultanova məktub gətirmişdilər. Mək- 
tubda  o,  Andronikin  Təpəsər  adlanan  yüksəklikdə  yerləşən 
qərargahına  dəvət  olunurdu.  Aslan  bəy  qısa  məsləhətləşmə- 
dən sonra dəvətə müsbət cavab verdi. Görüş sabah saat 10.00-
a təyin olundu.  
Səhər saat 9.00-da Aslan bəy kiçik bir heyətlə  yola düşdü. 
Görüşdə  Qurdqalaq  kənd  sakini,  Aslan  bəyin  əsgəri  olmuş 
Geroy  ləqəbli  Əli  də  iştirak  etmişdir.  Hansı  ki,  70-ci  illərə 
qədər Gorusun Qurdqalaq kəndində yaşamışdır. 
Geroy Əlinin dediyinə görə  Aslan bəyin qəbulu üçün təm- 
təraqlı  bir  mərasim  düzəldilmişdir.  Aslan  bəy    mərasim 
qaydalarına riayət etmədən onu müşaiyət eləyən döyüşçüləri- 
lə birlikdə birbaşa qərargahın qarşısına yönəldi və Androniklə 
orada görüşdü. Andronik ona müraciət edərək dedi: 
–Nə üçün imkan vermədiniz ki, bizim himnimiz səslənsin? 
Sizin  də  varsa  himniniz,  yoxdursa  istədiyiniz  musiqi  parçası 
ifa olunsun. 
Aslan  bəy  cavab  verdi  ki,  biz  dövlət  yox,  xalq  qisasçıla- 
rıyıq.  Sizin  dediyiniz  tərzdə  olan  görüş  Azərbaycanda  yeni 
hökümət bərqərar olduqdan sonra baş tuta bilər. 
Erməni generalı dedi: 
 – Aslan bəy onda razısınızsa,  birbaşa mətləbə keçək. 
Aslan bəy:  
– Sizi dinləyirəm. 
– Mən öz qoşunlarımla birlikdə Şuşa şəhərinə general Dro 
ilə  görüşə  getmək istəyirəm.  Ancaq sənin  dəstən  əlverişli  və- 
ziyyətdən  istifadə  edərək  bizim  dəstədə  böyük  tələfat  yarada 
bilər. Ona görə də xahiş edirəm bizə itkisiz Şuşaya qədər get- 
məyə şərait  yaradın. Söz verirəm ki, bizim tərəfimizdən sizin 
ətraf  kəndlərinizə  heç  bir  pislik  olmayacaq.  Bundan  sonra 
Zəngəzur  müsəlmanlarına  qarşı  bizim  tərəfdən  heç  bir  basqı 
olmayacaq. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin