Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   ...   8   9   10   11   12   13   14   15   16

KÖRPƏLƏR EVİ 
 

Atdı anasını ikinci oğul,  
Anası bir kəlmə dedi: "Çox sağ ol!"  
Nə desin taleyin sərəncamına.  
Qocalar evinə sığındı ana. 
 
O gedir bazara hər bazar günü,  
Gah gül-çiçək alır, gah da oyuncaq.  
Körpələr evinə atır özünü,  
Gözləyir yolunu orda bir uşaq. 
 
Körpələr evində hamı bir yana,  
Çilli bir uşağa meylmi salmış.  
Onu görən kimi basmış bağrınıa,  
 
Demiş: - Sən atılmış, mən də atılmış.  
O gündən bəri,  
Bazar günləri, 
Körpələr evində bir canlanma var,  
Nənəni gözləyir bütün uşaqlar. 
 
  

________________Milli Kitabxana______________ 
247 
 
O çilli körpə,  
Ürəyi sevgidən nisgilli körpə 
O gündən bəri,  
Gözləyir nənəni bazar günləri. 
 
Körpələr evində bir toy-büsat var,  
Uşaqlar sevinir, əylənir yenə.  
Ürəyi nisgilli körpə balalar  
Toplaşıb ananın yan-yörəsinə. 
 
Dünyaya gələli onlar dünyadan  
Yamanlıq görüblər, bəli, yamanlıq.  
Yetimlər hər kəsdən yalnız hər zaman  
Bir xoş baxış umar, bir mehribanlıq.  
Hamıdan çəkinər, hamıdan hürkər,  
Sınıq ürəkləri şüşədən kövrək.  
Nə dəcəllik bilər, nə şıltaq bilər,  
Onların baxışı inamsız, ürkək.  
Onlar nə xoş sifət, 
nə sığal görər.  
Baxımsız bağlardan, 
de, bağ olarmı? 
 
Körpə şıltaq edər, ana götürər,  
Anasız körpələr şıltaq olarmı?  
Onlar dayələrdən məhəbbət umar,  
Buna nə hövsələ, nə də macal var.  
Atanın, ananın xətrinə ancaq  
Tanış da, biliş də körpəni oxşar. 
 
Onun etdiyini yad edə bilməz,  
Dayənin xoş sözü, nəvazişi də  
Körpə ürəkləri isidə bilməz.  
Ana sevgisinə varmı bir əvəz?  
Ana sevgisinə körpə həsrəti  
Kim deyir ən böyük bir həsrət deyil!  
Dayənin sığalı, adi hörməti  
Vəzifə borcudur, məhəbbət deyil. 
  

________________Milli Kitabxana______________ 
248 
 
Uşaq ürəyini aldatmaq olmaz.  
Yanılır o qəlbə qıyıb hökm edən.  
Seçir, 
körpə qəlbi həssasdır, həssas,  
Əsl məhəbbəti saxta sevgidən.  
Uşaq böyüdükcə 
dərdi-səri də 
Böyüyür özüylə birgə ilbəil.  
Dayənin uşaqdan tələbləri də  
Ancaq tərbiyədir, məhəbbət deyil. 
 
Dəcəl körpələrin nazı, şıltağı  
Dayənin gözündə qüsurdur, əlbət.  
Ana məzəmməti, ata danlağı  
Ancaq məhəbbətdir, ancaq məhəbbət! 
 
Yaman kövrək olur, yamanca həssas  
Yetim ürəklərin eşqi, fitrəti.  
Bir ana qucağı, bir isti nəfəs  
Onların ən böyük könül həsrəti! 
 
Ürəyi həsrətlə şişib dolsa da,  
Nə cürəti olar, nə cəsarəti.  
Belədir... 
Adları uşaq olsa da,  
Uşaqlıq onların deyil qisməti. 
 
Durarlar uzaqda, baxarlar gendən,  
Gözlər intizarlı, baxışlar dərin.  
Onların üzünə qərn kölgəsindən  
Basılıb möhürü kimsəsizliyin.  
Uşaq ürəyini aldatmaq olmaz,  
Yanılır o, qəlbə qıyıb hökm edən.  
Seçir, 
uşaq qəlbi o qədər həssas,  
Əsl məhəbbəti saxta sevgidən. 
  

________________Milli Kitabxana______________ 
249 
 
Məhəbbət! Həmişə möhtacıq ona,  
Onsuz nə dərk edər, nə duyar insan.  
Məhəbbət bəslərmi başqalarına  
Məhəbbət görməyən başqalarından? 
 
Əgər qəlbimizdə məhəbbət yoxsa,  
Onu balalardan almaq çox çətin!  
Onlardan məhəbbət umacağıqsa,  
Amandır, onlara məhəbbət verin! 
 
Körpələr evinə gəlir arabir  
Uşaq götürməyə sonsuz qadınlar.  
Elə ki körpələr bunu hiss edir,  
Gəl, gör, otaqlarda nə çaxnaşma var. 
 
Çiçi paltrını geyinir o gün,  
Hələ güzgüyə də baxır uşaqlar.  
Bəzənir, düzənir,.. 
Bəyənilməkçün  
Görün nə oyundan çıxır uşaqlar. 
 
Yanaşır qadına... 
Baxır üzünə. 
Baxışda yalvarış, baxışda üsyan. 
Baxır matdım-matdım, 
O, dönə-dönə,  
Baxışlar qışqırır: "Mən sənin balan!" 
 
Ağır... Bu mənzərə nə qədər ağır! 
Ürəklər çırpınır... 
Gözlər intizar. 
Burda özlərinə ana axtarır 
Ana qucağına həsrət balalar. 
 
Qırılır ümidi, tutulur yenə,  
Bir küncə qısılır bəyənilməyən.  
Baş vur o ürəyin dərinliyinə,  
İtərsən, batarsan o ürəkdə sən. 
 
  

________________Milli Kitabxana______________ 
250 
 

 
Körpələr evində bir toy-büsat var,  
Uşaqlar sevinir, əylənir yenə.  
Ürəyi nisgilli körpə balalar  
Toplaşıb qarının yan-yörəsinə,  
Uşaqlar oynayır, atılıb-düşür,  
Qarının qəlbində güllər öpüşür.  
O, çilli körpəni basır bağrına,  
"Cırtdan" nağılım danışır ona: 
- Kim yatıb, kim oyaq? 
Dillənir uşaq: 
- Hamı çoxdan yatıb, tək Cırtdan oyaq. 
Cırtdanın anası yoxmu, ay nənə? 
Onun da anası... 
- Nə deyim sənə? 
Bilirsən, ay bala, Cırtdan... 
-Hə, Cırtdan... 
- İgiddir yaman. 
O divi... 
- Öldürər... Qorxmur heç nədən. 
Böyüyüb Cırtdanla dost olacam mən. 
- Yaxşı, mənim balam... 
Keçdi bir qədər 
Onlar çox danışıb, çox gülüşdülər.  
Əvvəlki mətləbə qayıtdı yenə: 
- Hə, bəs... sənin anan, yoxmu, ay nənə? 
- Mən özüm anayam. 
O, döndü birdən  
Bələkli kuklanı götürdü yerdən.  
Qışqırdı: - Bunun da anasi mənəm.  
Heç kəsə, heç kəsə bunu vermərəm! 
- Di, yaxşı, qoy olsun o, sənin balan. 
Axı, kimdir onu əlindən alan? 
- Bəs sənin evin var? 
Nə desin ana?  
-Var! 
- Məni evinə sən aparsana. 
  

________________Milli Kitabxana______________ 
251 
 
Niyə aparmırsan?.. 
Hə, dillənsənə. 
Ana danışmadı. Susdu. 
- Ay nənə. 
Yaşardıq bir yerdə biz nənə-bala.  
Anaya oxşayan gözəl bir xala  
Apardı özüylə dünən Adili.  
Titrədi ananın dodağı, dili.  
-Adil anasını tapdı... ay nənə...  
Bəs mənim... 
Ardını demədi. 
Yenə  
Susdular... 
Baxışlar danışdı lal-kar,  
Onlar birdən-birə qucaqlaşdılar.  
Söhbətə bu yerdə xitam vuruldu.  
Artıq nə danışım, artıq nə deyim,  
Gizli duyğularla boşaldı, doldu  
Anadan yetimlə, baladan yetim.  
Ana heç bilmir ki, nə duyğudur bu?  
Niyə bu duyğunun əsiri oldu?  
Yenə də qəlbində sonsuz diləklər,  
Niyə bu duyğuya o səcdə qılmış?  
Tapar bir-birini sınıq ürəklər,  
Tapar bir-birini iki atılmış.  
Atılmış! 
Atılmış, həqiqətdi bu – 
Birinin əvvəli, birinin sonu.  
Adını təmizə çıxarmaq üçün  
Körpəsini atan o bədbəxt gəlin,  
İçində göynəyib daim hönkürən  
Analıq hissini axır kiritdi...  
Keçdi bir qədər,  
Gözəl bir insana o ərə getdi...  
Sandı ki, körpədə itirdiyini  
Ərində tapacaq...  
Olmadı ancaq!..  
Olmadı... Asıldı öz diləyindən. 
  

________________Milli Kitabxana______________ 
252 
 
İkinci körpəni gözlədi müdam...  
Demə, öz ilkini atdığı gündən  
Onun analığı olubmuş tamam.  
Davalar, dərmanlar kara gəlmədi,  
Analıq istədi, ala bilmədi. 
 
Küçədə, bayırda o, neçə-neçə 
Qucağı körpəli ana görüncə 
Qısqandı... Həsrətlə süzdü qadını 
Tək özü dinlədi öz fəryadını... 
İtkin körpəsinin doğum günündə 
O, qara geyindi, o yas saxladı. 
Amma bir gümana ümid bağladı. 
Atdığı körpəni o, tapmaq üçün 
Uşaq evlərinə baş vurdu hər gün 
- Bəlkə, o burdadır... xəbərsizəm mən... 
Əgər burdadırsa, hansıdır görən? 
Bəlkə, bu?.. Oxşamır... Amma, bax, bunun 
Yamanca oxşayır mənə göz-qaşı... 
Yox, bu, balacadır... Onunsa bu gün 
Axı, tamam olur düz yeddi yaşı... 
Baxır o, sağına, soluna baxır, 
Doğma balasını tanımır ancaq. 
O, hardan biləydi öz övladıdır, 
Böyründə dayanmış bu çil-çil uşaq. 
 
SON SÖZ 
 
Məhkəmə qurulsun! 
Atılmışların 
Uzaq, gözdənuzaq sığınacağında.  
Vicdanlar əyləşsin o gün hakimin  
Biri sol yanında, biri sağında. 
 
Məhkəmə qurulsun, hökm verilsin,  
Hər kəs haqqını yox, borcunu bilsin!  
Balasını atan analar ilə  
Anasını atan balalar gəlsin. 
 
  

________________Milli Kitabxana______________ 
253 
 
Atsın gülləsini öz cəbhəsindən  
Özünü haqq bilən dillər birbəbir.  
Amma bu atəşin qorxma səsindən,  
Hədəfi yenə də öz cəbhəsidir. 
 
Həyat sınağından çıxan "zirəklər"  
Haqqını istəsin, borcunu dansın.  
Balaya, anaya qıyan ürəklər,  
Məhkəmə önündə niyə utansın? 
 
Xəcalət! Utanmaq! Namusun, arın  
İlkin meyvəsidir... 
Umma sən ondan!  
Vicdan hakimini aldadanların  
Qorxusu olarmı haqq divanından? 
 
Məcəllə hökmüylə xatırlanan borc  
Yaxşıdır min dəfə ödənilməsə.  
Verilən cəzanın kimə nə xeyri,  
Günahkar özündə günah bilməsə? 
 
Zorla borc ödətmək? 
De, kimə gərək? 
Deyirəm hökm də həzin nəğmə tək 
Könüldən-könülə axsın, duyulsun! 
Məhkumun üzünə oxunan hökmün 
Məqsədi - qanmazı qandırmaq olsun! 
 
Qanmaqda cəza da, ədalət də var. 
Qansın! 
Borcundan da bir boy ucalsın! 
Sevgiyə, qayğıya möhtac olanlar 
Ancaq sevgiylə də haqqını alsın! 
 
1976-1978   
  

________________Milli Kitabxana______________ 
254 
 
 
 
 
 
 
 
 
Mərhum  bəstəkarımız  Qəmbər  
Hüseynlinin xatirəsinə 
 
Mənim dostum idi, mahnılarından  
Torpaq ətri gələn bəstəkar Qəmbər.  
Dillərdə gəzərdi bizim bir zaman  
Qoşa yazdığımız şirin nəğmələr. 
 
Xoşuna gələndə yazdığım şeir,  
Sözün alovuna bürünərdi o.  
Bir anın içində tamam dəyişər,  
Başqa bir sifətdə görünərdi o. 
 
Şeiri dönə-dönə o, oxuyardı,  
Sözün nəğməsinə dalar, uyardı.  
Sonra dindirərdi astadan tarı,  
Muğam naxışları, muğam xalları  
 
Süzülüb axardı barmaqlarından;  
Külçə gotürərdi söz dağlarından.  
Alardı ilhamı sözdən, şeirdən,  
Sənət meydanında çapan bəstəkar;  
 
Muğamdan nəğməyə keçərdi birdən  
Şeirin nəğməsini tapan bəstəkar.  
Amma həmişə 
Ala gözlərində bir kədər vardı.  
Bilirdim, zamanla gəlmiş döş-döşə,  
Odur ki, hər yerdə az danışardı.  
Özü deməmişdi, bilirdim, 
onu, 
Neçə il qabaq  
Həbs eyləmişlər. 
 
 
ATILMIŞLAR 

________________Milli Kitabxana______________ 
255 
 
  
Günahı nə imiş, bilmirdim, ancaq 
Nə mən soruşardım, 
Nə o deyərdi. 
Söhbət bu mətləbə yaxınlaşanda 
Sözü dəyişdirib təzələyərdi. 
 
Açıqca görürdürn, gizli dərdi var, 
Adamlar içində çox zaman susar, 
Xatalı söhbətdən yan keçərdi o, 
Yüz ölçüb, min ölçüb, 
Bir biçərdi o. 
Neçə il zindanda əzab çəkəli 
Dolandı həmişə o, səksəkəli. 
Məgər yalnız omu? 
Xeyr, hamımız. 
Qaldı gözümüzdə bütün kamımız. 
 
Qorxu qayda oldu, adicə qayda,  
Qorxudan don biçdi əyninə illər.  
Bu məmləkət boyda həbsxanada  
Dustaq olmadıqmı hamımız məgər? 
 
Gülmədi bir dəfə üzünə illər,  
Kiçik bir daxmada yaşadı Qəmbər.  
İçində dəfn etdi dərdi-sərini,  
O bildi, yox imiş yazıya pozu.  
Tar üstə yaratdı nəğmələrini,  
Nə royalı vardı, nə pianosu.  
Əlçatmaz zirvəyə daim can atdı,  
Ucalıq eşqinə yazdı, yaratdı.  
Amma neyləyəsən, bəyənmədilər,  
"Qəmbər tar üstündə yazır" - dedilər.  
Guya saz avazı, guya tar səsi,  
Ulu dədələrin ulu nəğməsi  
Uyuşmur zamanın öz ahənginə,  
Əsrimiz sığışmaz saz ahənginə.  
Ruhumuz qovuldu musiqimizdən,  
Uyduq uzun illər caz ahənginə. 
  

________________Milli Kitabxana______________ 
256 
 
Bir soran olmadı, ay qardaş, nədən  
Axı, baş yerinə ayaq tərpədən,  
Bizi səmalardan yerə endirən,  
Özgə qapısında veyilləndirən  
Dayaz rok-en-rollar göyə ucalsın,  
Üzeyir məktəbi yetimmi qalsın?  
Hara çəkirsiniz musiqimizi,  
Nadanmı sandınız bu qədər bizi? 
Amma o satqınlar çatdı şərəfə. 
Qəmbər bir dəfə 
Mənə gileyləndi güzaranından, 
Ürəyim sıxıldı... 
Soruşdum ondan: 
- Bəs səni nə üstə həbs etmişdilər? 
Birdən barıt kimi açıldı Qəmbər: 
-Bilmirsən? Dünyanı lənətləmişdim. 
"Ellər atasına" düşmən demişdim
*

 
Bu boyda ölkəni saldı nə günə.  
O qəddar, o zalım, müdhiş zülmünə,  
Bir dəfə demədi, həvəsdi, bəsdi,  
Düşünən kəslərin başını kəsdi. 
 
O, nəsə andı, 
Birdən dayandı... 
Anladım onu, - 
Mən başa düşdüm 
Niyə birdən-birə tutulduğunu. 
O dözə bilmədi, birdən danışdı, 
Sonra dediyinə peşmanlamışdı. 
 
O susub dinməmiş, susarkən hələ  
Onun əsiriydi qəlbiniıı sözü. 
Dözmədi, partladı, 
öz əsirinə 
 
 
                                                 
*
 
O zaman Stalinə "ellər atası" deyərdilər

 

________________Milli Kitabxana______________ 
257 
 
Dönüb əsir oldu indi o, özü.  
Qorxuya düşmüşdü dediklərindən,  
O, birdən dayandı, o birdən susdu.  
Yəqin ki, çəkindi, o qorxdu məndən,  
Düşündü: "Bu şair bəlkə casusdu". 
 
Sənə tanış deyil bu hal, ey cavan,  
Qorxardıq doğmaca qardaşımızdan.  
Dədəsini satan az olmamışdı  
Yalnız yaşlılara bu hal tanışdı.  
Rütbə sata-sata, yer sata-sata,  
Çoxları hörmət də qazandı bol-bol.  
O vaxt şübhəliydi oğuldan ata,  
Gəlindən qaynana, atadan oğul.  
O vaxl susardılar xeyirdə, şərdə,  
İdrakı, vicdanı əzərdi şübhə.  
O zaman evlərdə, idarələrdə  
Qara kabus kimi gəzərdi şübhə.  
Yaman yeyin idi şübhənin atı,  
Hamımiz qul idik, o, bəydi ancaq.  
Birinin birinə münasibəti  
Şübhəydi, 
şübhəydi, 
şübhəydi ancaq! 
Odur ki, qorxardıq bir-birimizdən,  
Qorxu saçılardı gözlərimizdən. 
 
Düzlüyü, mərdliyi döşlədi qorxu,  
Bir əsər qalmadı vüqarımızdan.  
Elə canımıza işlədi qorxu,  
Axdı qan yerinə damarımızdan. 
 
Səhrada göyərən bir qanqal təki  
Bizim içimizdə kök atdı qorxu.  
Yalanla həqiqət arasındakı  
Halal sərhədləri dağıtdı qorxu.  
Boğub həqiqəti yalan öyündü
  

________________Milli Kitabxana______________ 
258 
 
Əsl mənasını itirdi söz də.  
Yalan üzümüzdə gülüşə döndü,  
Həqiqət ağladı ürəyimizdə. 
 
Yalanın hökmünə düz əyilincə  
Əyri pərvazlandı, əyri dağ aşdı.  
Həqiqət ürəkdən dilə gəlincə  
Yolda yetıniş dəfə mayallaq aşdı. 
 
Yəqin ki, düşündün bu dəm, ey cavan,  
Bəs qanun, bəs qayda yoxmuş o zaman?  
Cəllad nə istəsə edə bilərmiş,  
Ona hansı qanun, bu hökmü vermiş? 
 
Necə cavab verim sənə mən indi?  
İnsan hər zülmə, vallalı, dözəndi.  
Qanundan qorxmazdıq o illərdə biz,  
Adamdan qorxardıq, adamdan, yalnız. 
 
Mütləq hakiın idi o vaxt bircə baş,  
Onun iradəsi hər şeydi, ancaq.  
Adamlar qanuna deyil, a qardaş,  
Qanun bir adama tabeydi ancaq. 
 
- Bağışla, qızışdım, - söylədi 
birdən, - 
Özümü, sözümü bilmirəm hərdən.  
Bir yazıqlıq duydum onun səsində,  
Qəmbər də haqlıydı öz şübhəsində. 
 
Onun şübhəsini dağıdım - deyə  
Dediyi sözləri dəstəklədim mən: 
- O qənim kəsilib, - dedim, - ölkəyə, 
Cavidlər sürülüb öz Vətənindən.
*
 
 
 
  
                                                 
*
Hüseyn Cavid nəzərdə tutulur. 1937-ci ildə onu və onun kimi çoxlarını Sibirə sürgün etmişlər. 
  

________________Milli Kitabxana______________ 
259 
 
Daha danışmadı, dinmədi Qəmbər.  
Anladım, dediyi o doğru sözlər,  
Daş kimi asılıb çiyinlərindən,  
O yazıq qorxurdu, qorxurdu məndən. 
 
II 
 
Qəmbərgildən donüncə, fikir məni 
apardı, 
Qorxu, təlaş içimdə bir fırtına 
qopardı. 
Yada düşdü o söhbət - 
O giley, o şikayət 
Birdən-birə tutuldum, 
Elə bil iflic oldum. 
İttihamçı gözüylə mənə baxan 
divarlar 
Gördüm, gəlir üstümə, 
Durub mənim qəsdimə 
Əli qanlı o cəllad. 
Söydüm özüm-özümü, 
Dedim, ay evi bərbad
Niyə dəsmal bağladmın  
ağrımayan başına? 
Niyə soyuq su qatdın sən isticə aşına? 
Axı, o nə söz idi çıxdı sənin dilindən? 
Cəlladın ünvanına Qəmbərin o sözləri 
Qəsdən demədiyini nə bilirsən, axı, sən? 
Min-min günahsızları dünən suçlu gördülər. 
Neçə min günahsızı Vətənindən sürdülər. 
Ölkənin başçısını düşmən adlandıranı 
Azad edərlərmi heç? 
Bəs, burda məntiq hanı? 
İnanmıram mən buna - 
Onun lənətlərinin səmimi olduğuna. 
Güzərandan, zamandan qəsdən söhbət salırmış,  
O, məndən söz alırmış. 
  

________________Milli Kitabxana______________ 
260 
 
Mən maymaq da söylədim, ürəyimdən keçəni.  
Qıvrıldım yatağımda, yatmadım o gecəni.  
Yumşaq yorğan-döşəkdən min-min tikan 
batırdı 
Bədənimə elə bil.  
Bu, adi tikan deyil, 
Qorxu tikanlarıdır bədənimi dağlayan.  
Mənim gələcəyimdir ürəyimdə bu gecə  
Matəm qurub ağlayan.  
Dedim, hardan bilirəm,  
Bəlkə elə bu gecə tutacaqlar məni də?  
Üç ay əvvəl gecəykən məgər tutmadılarmı  
İsmixanı, Azəri, bizim Gülhüseyni də?
*
  
Mən onlardan artığam? Yox, mən də onlar kimi  
Saxlamadım dilimi. 
Dağ başında süzürdüm, birdən çamura düşdüm.  
Dilimdən tora düşdüm.  
Yox-yox! Bu ola bilməz.  
Qəmbər məni alçaldıb özü ucala bilməz.  
O, özünü bu qədər yerə endirərmi heç?  
Sənətkar sənətkarı güdaza verərmi heç?  
Tfu! Bu nə söz idi mən danışdım? 
Dünyadan 
xəbərsiz, naşı kimi?  
Məgər, otuz yeddidə güdaza vermədimi  
Qələm yoldaşlarını 
öz qələm yoldaşları?  
Hələ lənət oxları, 
hələ tənə daşları  
Atılmayıb onlara – 
Özgəsinin yerinə 
Sənət zirvələrinə 
qalxıb ucalanlara?  
İndi də bax, bu Qəmbər... 
O, məgər 
 
 
                                                 
*
1947-ci ildə həbs edilən universitet tələbələri. 
  

________________Milli Kitabxana______________ 
261 
 
Qələm yoldaşlarının gələcək şöhrətinə 
Qurban verib ucalan, 
Satqınlıqdan öc alan 
kəslərdən artıqdımı? 
Namərdlərlə döyüşən 
Yoxsa, qalib çıxdımı? 
İnsan çiy süd əmibdir, 
Xeyri də var, şəri də; 
Mən ki, bundan halıyam; 
Bu ikili insana niyə inanmalıyam? 
 
* * * 
 
Mən bu düşüncələrdə beləcə qovrularkən - 
Boşalırkən, dolurkən 
Qapımızın önündə bir maşın durdu, Allah, 
Kimsə düşüb maşından ünvanı sordu, Allah 
Ev başıma dolandı, 
Dünya bir an içində 
Kameraya çevrilib, necə balacalandı. 
Soyuq tər basdı məni. 
Dedim, dar ağacından öz diliın asdı məni. 
 
Motor səsi eşitdim, 
Maşının qapıları örtüldü taraq-taraq. 
Maşın guruldayaraq 
Getdi... 
şükür Allaha! 
Bu xatadan sovuşsam, çarmıxa çəksələr də 
Ağzımı kilidlərəm, danışmaram bir daha. 
 
III 
 
Keçdi ürəyimdən bu dəm ah, nələr:  
...Məni aparmağa nə vaxt gəlsələr,  
Yəqin arxivimə baş vuracaqlar,  
Yazımı, pozumu axtaracaqlar.  
Düşündüm, nəyim var, qaradan, ağdan! 
  

________________Milli Kitabxana______________ 
262 
 
Baxdım öz içimə bir an yad kimi – 
Gecənin yarısı qalxıb yataqdan,  
Tökdüm qabağıma şeirlərimi.  
Gördm ki, ilahi, çapa getməyən  
Nə qədər şeirim var, yazı-pozum var.  
Başqa bir göz ilə oxuyanda mən  
Gördum, hər sətirdə neçə sözüm var. 
 
Düşündüm bunları yazırkən, görən,  
Hansı duyğularla yaşamışam mən?  
Ürək sıxılarkən, göydə və yerdə  
Necə qanadlanıb xəyalım mənim!  
Aşıb hüdudları bu şeirlərdə  
Həqiqət axtaran amalım mənim, 
 
Axı, kim yaraldı bu sərhədləri?  
Kim saldı qəlibə fkri, xəyalı?  
İdrak cığırına düşəndən bəri  
Çərçivə tanımır insan kamalı. 
 
Yazmaya bilməzdim yəqin bunları,  
Könlümü sarsıdan burulğanları  
Yazıya köçürüb dincəlmişəm mən.  
Neyləyim, bu gəlib mənim əlimdən. 
 
Çapa vermədiyim şeirlərimə  
Müfəttiş gözüylə baxıb titrədim.  
-Bunlar ələ keçsə, mənim dərimə  
Vallah, saman təpər o cəllad, - dedim.  
Alışıb yandığım illərdən bəri  
Duyub düşündüyüm bu şeirləri  
İndi öz əlimlə yandırımmı mən?  
Onda dönmərəmmi həqiqətimdən? 
 
Söylə, həqiqətin nə imiş sənin?  
Kimdir həqiqətə baxan, ay yazıq?  
Sən indi çalış ki, o qaniçənin  
Əlinə keçməsin yaxan, ay yazıq. 
  

________________Milli Kitabxana______________ 
263 
 
Onda yandırımmı? - Əlacım nədir,  
Axı, həyatına kim biganədir?  
-Kim istər dünyada bir gün görməmiş  
Arzular naminə ömür sürməmiş  
Zindanlar küncündə yanıb - qovrula,  
Uzaq sürgünlərdə ömrü qəhr ola? 
 
Verdim qərarımı! 
Aman, əlaman! 
Dünyadan həqiqət, ədalət uman  
Şeirlərimdən 
Tonqal çatmalıyam, tonqal çatmalı!  
Fikrimi, hissimi, duyğularımı  
Ömrümə, günümə müftə satmalı!  
...Yanır haqsızlığa qarşı yüksələn,  
Əqidəm, məsləkim, xeyirim-şərim;  
Yanır rəzalətlə döş-döşə gələn  
Qorxmaz sətirlərim, kişi sözlərim. 
 
Yanır gileylərim, şikayətlərim,  
Yanır, zəmanəyə üsyanım yanır.  
Yanır arzularım, xoş niyyətlərim,  
Düşüncəm, xəyalım, vicdanım yanır. 
 
Yanır bu dünyada ayaq izlərim,  
Yanır arzuların qışqırıqları.  
Yanır o həqiqi, doğru sözlərim,  
Yanır ürəyimin hıçqırıqları.  
Yanır hədəfini düzgün bəlləyən  
Açıq məhəbbətim, açıq nifrətim.  
Yanır oxucuya həqiqət deyən  
Riyasız, boyasız sözüm, söhbətim.  
Dünyadan dünyaya gileyim yanir,  
Yanan şeirlərə ürəyim yanır. 
 
Yanır, yanğısıyla məni yandırır,  
Qəlbimdən süzülüb axan hər şeirim.  
Bir anlıq zülməti işıqlandırır  
Yanan duyğularım, düşüncələrim. 
  

________________Milli Kitabxana______________ 
264 
 
Gördüm öz-özümü bu işıqda mən,  
Gördüm ayrılmışam öz nifrətimdən.  
Gördüm, sığınmışam dözümə, yarəb,  
Qənim kəsilmişəm özümə, yarəb. 
 
Qorxmadım, yandırdım bir qatil kimi 
Mən öz gerçəyimi, həqiqətimi. 
Çünki əmindim, 
Həqiqət yansa da məhv ola bilməz, 
Sap kimi uzanar, qırıla bilməz. 
İnanıram mən, 
Həmin o həqiqət vaxt gələcəkdir, 
Başqa birisinin dililə hökmən 
Deyiləcəkdir. 
Yanan şeirlərin od-alovundan 
Bədənim üşüdü, ürəyim əsdi. 
Bir neçə şeirimə qıymadım, ancaq 
Dedim, kifayətdi, 
Dedim, ta... bəsdi. 
 
Bir neçə şeirimə qıymadım o gün,  
Saralmış vərəqlər durur bu gün də.  
Həmin şeirləri gələcək üçün  
Gizlətdim anamın protezində
*
.  
Ağır qəm yüküdür bunlar bir ömrün,  
Açılsın, tökülsün deyirəm bu gün  
Duyan ürəklərin gizli sirləri.  
Ey cavan oxucum, 
bu şeirləri 
Gizlədib mən bu gün çatdırdım sənə.  
İstərəm biləsən, ürəklərimiz  
Susmadı... 
Kölgədə yatan olmadıq.  
O vaxtlar qəhrəman olmasaq da biz,  
Hay-küyə aldanan nadan olmadıq! 
 
 
                                                 
*
Anamın bir ayağı protez idi. 
  

________________Milli Kitabxana______________ 
265 
 
  
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin