«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə39/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   32   33   34   35   36   37   38   39   40
K-rimov-Az-r

Münaqişə vəziyyəti+insident= münaqişə

Münaqişə vəziyyəti-münaqişənin əsl səbəbini içində saxlayan üst-üstə toplanmış ziddiyyətlərdir. İnsident-münaqişə üçün bəhanə olan şəraitin yaranmasıdır. Münaqişə - maraqların və mövqelərin toqquşmasından meydana çıxan açıq qarşıdurmadır.

Münaqişəşünaslıq elmi konfliktlərdən bəhs edən elmdir. Onun inkişafı XX əsrin ortalarına təsadüf edir ki, bu da dünyada baş verən qlobal iqtisadi-sosial dəyişikliklərlə əlaqədar olmuşdur. Münaqişəşünaslığın inkişafı XIX əsrin birinci yarısı, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri və müasir dövrü əhatə edir. Onun tədqiqi ilə Aristotel, Platon, Demokrit, Çin mütəfəkkiri Konfutsidən başlamış orta əsrlərdə Nikaloy Kopernik, Cordano Bruno, Akvinalı Foma, Lyudvik Feyerbax və digər elm adamları məşğul olmuşdur. Müasir dövrümüzdə bir çox iri şirkətlərin idarə edilməsində məşhur professorların konfliktologiyaya baxışlarından geniş istifadə edilir.

Münaqişələrin təhlili onların yaranmasının səbəbləri, münaqişə prosesinin modeli, onun əsas funksiyaları və münaqişənin dinamikasını əhatə edərək ikinci fəsildə tədqiq olunmuşdur.

Münaqişə probleminin və onun təbiətinin öyrənilməsinin ən vacib anı konfliktlərin səbəbləridir. Münaqişələr sosial-iqtisadi, psixoloji və demoqrafik səbəblərdən qaynaqlanırlar və istənilən münaqişənin bir neçə səbəbi ola bilər. Bu mövzuda münaqişənin ümumi səbəbləri iə yanaşı onun əsas səbəbləri araşdırılmışdır. Beləliklə, təşkilatdakı münaqişələrin əsas səbəbləri bölüşdürülməsi vacib olan resursların məhdudluğu, tapşırıqların qarşılıqlı asılılığı, məqsədlər arasında fərqlər, təqdim edilmiş dəyərlərdə olan fərqlər, davranış tərzində olan fərqlər, təhsil səviyyəsi, pis kommunikasiya, iş yerlərinin balanslaşdırılmaması, motivasiyanın çatışmamazlığı və s.dir.

Münaqişə prosesinin modeli sxem şəklində təqdim edilərək idarəetmə vəziyyəti, münaqişənin mənbəyi, münqişənin böyüməsi ehtimalı, vəziyyətə reaksiya, münaqişənin baş verməsi, münaqişənin idarə edilməsi, münaqişənin funksional və disfunksional nəticələri təhlil edilmişdir. Münaqişənin əsas funksiyaları konstruktiv və destruktiv funksiyalardır. Münaqişə zamanı problem ədalətli həll olunursa o təşkilatın yenilənməsinə, inkişafına səbəb olur. Destruktiv funksiya münaqişənin təşkilata dağıdıcı zərbə vurduğu zaman özünü biruzə verir və insanlarda ruh düşkünlüyünə, innovasiyaların qavranılmamasına gətirib çıxarır.

Münaqişənin inkişafı onun dinamikasından asılıdır. Bizdə məhz münaqişənin dinamikasına, onun mərhələ və dövrlərinə aydınlıq gətirilmişdir. Münaqişə dinamikası münaqişəqabağı, açıq dövr və konflikt sonrası dövrlərindən ibarət olmaqla, açıq dövr insident, münaqişənin eskalyasiyası və konfliktin yekunlaşması mərhələlərindən ibarətdir. Hər bir dövr özü də müəyyən situasiyalarla xarakterizə olunmuşdur.

Münaqişələrin idarə olunması onların həlli metodlarının tapılması dissertasiya mövzusunun sonuncu fəslidir. Münaqişələrin düzgün idarə edilməsi onların həll edilmə metodlarının tapılmasından ibarətdir. Münaqişələr struktur və şəxsiyyətlərarası münaqişələrin həll edilməsi metodları ilə həll edilirlər. Münaqişələrin həll edilməsinin dörd struktur metodu vardır. Bunlar: işə olan tələbatın aydınlaşdırılması, koordinasiya edilmiş və inteqrasiya olunmuş metodlardan istifadə edilməsi, ümumtəşkilati kompleks məqsədlərdən istifadə edilməsi, mükafatlandırma sistemindən istifadə edilməsi metodlarıdır.

Şəxsiyyətlərarası konfliktlərin həll edilməsi metodları kimi İmtina və ya konfliktdən boyun qaçırma, uyğunlaşma, məcburetmə, qarşıdurma, kompromis, əməkdaşlıq və problemin həll edilməsi metodları göstərilmiş və hər birinin tətbiq olunması şərtləri, üstünlük və çatışmazlıqları, situasiyaya uyğunluğu araşdırılmışdır.

Dəyişikliklərin tətbiqi təşkilat üçün vacib amillərdən biridir. Təşkilatı dəyişikliklərdən danışarkən məqsədlər, təşkilatı struktur, texnologiyalar, tapşırıqlar, insanlarda dəyişikliklərin labüdlüyü, onların konfliktlərə və bir birinə qarşılıqlı təsiri tədqiq edilməklə, dünya təcrübəsindən misallar gətirilmişdir.

Münaqişələr və mədəniyyət mövzusunda müxtəlif münaqişə situasiyalarda insanların davranışına qoyulan tələblər, münaqişə prosesində ictimai qınağa çevrilməmək üçün və münaqişənin destruktivliyini azaltmaq üçün müəyyən edilmiş əxlaq normalarına riayət edilməsi əsas götürülmüşdür.

Hər bir rəhbər təşkilatdakı münaqişələri düzgün dəyərləndirməli, onlara vaxtında müdaxilə etməlidir. Hansı münaqişələrə ötəri yanaşılmalı və hansılara diqqət ayrılması müəyyən edilməlidir. Bir sıra münaqişələr işçilərin xarakter, temperament, emosiya və psixikasını ortaya çıxarır. Buna görə də rəhbərlər işçilərini daha yaxından qiymətləndirmək üçün münaqişələrə arzuolunmaz hal kimi yanaşmamalıdırlar.

Münaqişələrin həll edilməsi metodları tətbiq edilərkən yeni metodların işlənib hazırlanması da olduqca vacibdir. Həmçinin, dünya təcrübəsində istifadə olunan metodlarla yanaşı yerli xüsusiyyəti nəzərə alan metodlar işlənib hazırlanmalıdır.




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin