«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə38/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   32   33   34   35   36   37   38   39   40
K-rimov-Az-r

Münaqişə vəziyyəti+ insident= Münaqişə

Münaqişə vəziyyəti- marketinq və satış şöbəsi arasında münaqişə vəziyyəti hər zaman vardır, belə ki satış şöbəsi marketinq şöbəsinin təqdim etdiyi marketinq planına uyğun hərəkət etmək məcburiyyətində qalsa da onların işindən narazıdır.

İnsident-münaqişənin yaranması üçün bəhanə rolunu oynayır. Burada münaqişənin insidenti rolunu 3G-MAX modemlərinin reklam kampaniyası oynayır.

Münaqişə isə açıq mübarizənin başlanması və şöbə rəhbərlərinin bir-birini qarşılıqlı ittiham etməsidir.

Sonrakı mərhələdə konflikt böyüyür və maliyyə, istehsal departamentlərini də əhatə edir ki, onun formulası aşağıdakı ümumi düstura uyğundur.



Münaqişə vəziyyəti+münaqişə vəziyyəti+....+= münaqişə

Azercell şirkətində misal gətirilən münaqişənin konstruktiv və destruktiv funksiyaları olmuşdur. Onun konstruktivliyi təşkilatda yeniliyin baş verməsi, işçilərin işə olan məsuliyyətinin daha da artması, daha səriştəli rəhbərlərin şöbə idarəçiliyində qalması, səriştəsizlərin uzaqlaşdırılması, işçilərin təşəbbüskarlığının artırılması olmuşdur.

Destruktiv funksiyaları isə kadr axıcılığının artması, bəzi işçilər arasında münasibətlərin korlanması və psixoloji gərginliyin hələ də qalması və s. olmuşdur.

Şirkətdəki münaqişə prosesinin modeli aşağıdakı kimidir.





İstənilən münaqişə müəyyən mədəni kontekstdə inkişaf edir. Əgər mədəniyyət insanların həyatının müxtəlif situasiyalarında onların fikirlərinə və davranışına təsir göstərirsə,o zaman buraya münaqişə situasiyaları da aid etmək olar. Bismark demişdir ki, müharibə siyasətin başqa vasitələrlə davam etdirilməsi deməkdir. Bismarkın sözlərini münaqişəyə aid etsək onda deyə bilərik ki, münaqişə insanların qarşılıqlı münasibətlərinin başqa vasitələrlə davam etdirilməsi deməkdir. Eləcə də o, sülhpərvər əməkdaşlıq kimi mədəniyyət çərçivəsində də həyata keçirilə bilər.

Bütün cəmiyyətlərdə az və ya çox dərəcədə ümumi əxlaq sistemi mövcuddur ki, o da insanların davranışına o cümlədən, münaqişə davranışına təsir göstərir və onun sərhədlərini müəyyən edir. Münaqişələr çox vaxt dövlət tərəfindən müəyyən edilən qanunvericilik çərçivəsindən kənara çıxmır. Münaqişə zamanı əxlaq prinsiplərinin və qanun normasının pozulması baş verə bilər ki, bu zaman ictimai rəy və dövlətin hüquqmühafizə orqanları onları təqib etməyə başlayır. Münaqişə zamanı əxlaq və qanun normalarını aşmamaq çox vacibdir. Gərginliyin azalması və konflikt zamanı münasibətlərin sülh yolu ilə nizama salınması üçün konflikt tərəflərin onların ünsiyyətini tənzimləyə biləcək xüsusi qaydalarda razılaşması daha faydalı və məqsədəuyğundur. Münaqişə tərəflər eyni mədəni dairəyə (submədəniyyətə) aiddirlərsə, onların can atdığı təhsil və bilik səviyyəsi, ideallar və dəyərlər, ədəb qaydaları və ünsiyyət normalarında oxşarlıqlar çox olacaqdır. Bu o deməkdir ki, konfliktin gedişatında hər iki tərəf öz fikirlərində daha dayanıqlı olacaqlar, müəyyən situasiyalarda nəyi etmək və ya etməməyi daha yaxşı tənzimləmiş olacaqlar. İnsanın xarakteri, temperamenti, onun bacarıqları, şübhəsiz ki, konflikt zamanı onun davranışına öz təsirini göstərəcəkdir. Öz mədəni sferasında qəbul olunmuş ənənə və davranış normalarından kənara çıxmaq çox çətin və eyni zamanda təhlükəlidir, bu insanı hər şeydən məhrum edə və adət etdiyi mühitdən kənarlaşdıra bilər. Ona görə də eyni mədəni çevrəyə aid olan insanlar, konflikt zamanı öz davranışlarını ümumi prinsiplərə tabe edirlər və əgər öz şəxsi psixoloji keyfiyyətlərinə görə seçilirlərsə belə, özlərini oxşar obrazda aparmağa çalışırlar.

Münaqişə tərəflərin mədəni çevrəsi nə qədər eyni olarsa, onların konfliktdəki davranışları da bir o qədər oxşar olacaqdır. Buna misal olaraq saray mədəniyyətini göstərmək olar. Tarixdən də məlum olduğu kimi saraydakı zadəganlar arasındakı ziddiyyətlərin sayı-hesabı olmamışdır. Lakin onlar açıq konfliktdə də sərt davranış normalarına və şərtlərinə əməl etmişlər. Əgər kim isə zadəganı təhqir edərdisə qarşı tərəf öz şərəfini qorumalı idi.

İngilislərin qədim bir anlayışı vardır; ”fair play”- vicdanlı oyun. Aristokrat cəmiyyətində yaranaraq, o ingilis mədəniyyətinə də daxil olmuş və həyatın bütün fəaliyyət sferalarının ümumqəbulolunmuş davranış prinsipinə çevrilmişdir. Kim ədalətsiz oynayırsa, qaydalara uyğun oynamırsa o, “centlmen” deyil. Centlmen- konfliktdə də özünün centlmen kimi aparmalıdır. Düzgün olmayan davranış, kobudluq, yalançılıq, arxadan zərbə və bu kimi belə davranışlar istisnadır. Centmentlər rəqibin də centlmen kimi davranacağına əmindirlər. Ona görə də onlar arasında bütün konflikt gedişatı müəyyən mənada proqnozlaşdırıla biləndir. Burada mədəniyyət konflikti çərçivəyə salır və nəticədə konfliktin destruktiv funksiyalarını aradan qaldırır. Bu çərçivədə konflikt lokallaşdırırlır və təhlükə aradan qalxmış olur. Münaqişə müddətində hərəkətlərin bu cür nizamlaşdırılmış olması təkcə centlmenlər üçün xarakterik deyildir. İstənilən mədəniyyətdə, insan fəaliyyətinin istənilən sahəsində “vicdanlı oyunun” öz qayda qanunları vardır. Menecment və biznes sahəsi, siyasət, idman mübarizəsi, elmi diskusiyalar mədəniyyətinə daxil olan vicdanlı qaydalar vardır. Münaqişə “ qaydalara görə oyun” kimi inkişaf edirsə o az və ya çox dərəcədə konstruktiv funksiyanı yerinə yetirir.

Münaqişə edən tərəflər arasında mədəniyyət fərqləri olduqda və onlar üçün münaqişə davranışının ümumi qaydaları olmadıqda münaqişənin gedişatı xeyli mürəkkəbləşir. Əgər münaqişə edən tərəflər müxtəlif dəyərlər səmtinə və davranış prinsiplərinə malikdirlərsə, o zaman hər bir tərəf digərini günahlandırır, çünki qarşı tərəfin düşüncə və hərəkətlərini ədalətsiz hesab edir. Bütün bunlar münaqişənin perspektivini pisləşdirir və konstruktiv qərarın qəbul olunması ehtimalını aşağı salır.

Mədəniyyətdə ədalətli mübarizə qaydalarının olması münaqişə tərəflərdən insan fəaliyyətinin istənilən sferasında bir-birilərinə qarşı həmin sfera üçün müvafiq olan vasitələrdən istifadə etməyi tələb edir. Məsələn, ticarətdə firmalar arasında bazar uğrunda mübarizə istehlakçı ehtiyacının və zövqlərin öyrənilməsi, məhsulun keyfiyyətinin artırılması, reklamın yaxşılaşdırılması və s. vasitəsilə aparılmalıdır. Elmdə isə müxtəlif alimlərin baxışları arasında mübarizə elmi arqumentlərin köməyi ilə aparılmalıdır.

Çox hallarda münaqişə tərəflərdən biri vicdanlı oyunun qaydalarından kənara çıxır və digər sahələrdə istifadə olunan vasitələrə əl atır. Məsələn, rəqibə güc tətbiqi vasitəsilə təzyiq göstərmək üçün administrativ, ideoloji, siyasi və hətta kriminal üsullara əl atırlar.

Münaqişə tərəflərin hərəkətlərinin reqlamentləşdirən normalar itirsə, münaqişələr təhlükəli və dağıdıcı olurlar. Hətta cinayətkarlar belə öz aralarında mübahisə zamanı müəyyən qaydalara riayət edirlər. Kriminal aləmdə olanlar da özlərinin submədəniyyətini yaradırlar (bu mədəniyyət sosial mədəniyyətdən kəskin fərqlənir). “ Oğrular qanun çərçivəsində” nəinki öz qanunlarına riayət edirlər, hətta onu pozanlara qarşı öz aralarında məhkəmə də qururlar. “Özbaşınalıq”- heç bir davranış normasının olmaması- hətta ən qatı cinayətkarlar üçün də təhlükədir.

Mədəniyyətlərarası fərqlər şərtində konflikt problemi daha çətin xarakter almağa başlayır. Onu da qeyd edim ki, hər bir xalqın özünə müvafiq mədəniyyəti vardır ki, bu da onlardan asılı olmayaraq konflikt törədə bilər.

Müasir Azərbaycanda konfliktlər öz xüsusiyyətləri ilə fərqlənir. SSRİ mədəniyyətinin dağılması və müstəqilliyin ilk illərində sosial-iqtisadi şərait və həmin illərdə dövlətin himayəsinin azalması cəmiyyətdə konflikt situasiyaların artması və davranış normalarının dəyişməsinə, o cümlədən konflikt situasiyalarda davranışın dəyişməsinə gətirib çıxardı. Həmin illərdə qanunvericilik sistemin dəyişməsi insanların hüquqlarını bilməməsinə və konflikt situasiyaların xarakterinin dəyişməsinə gətirib çıxarmışdır. Müasir bazar iqtisadiyyatı dövründə Azərbaycan təşkilatlarında işgüzar mədədniyyətin inkişafı və təşkilatdaxili etika kodeksləri tətbq olunur ki, bu da dünyada qəbul olunmuş beynəlxalq standarlara uyğun gəlir. Müəssisələrin iqtisadiyyatı dünya bazarında mövcud olan firmaların iqtisadiyyatına yaxınlaşdıqca baş verən münaqişələrin xarakteri və səbəbləri də onlara uyğun gəlir. Lakin yerli müəssisələrdə münaqişələri həll edərkən beynəlxalq səviyyədə qəbul olunmuş metodlarla yanaşı, xalqın mədəni xüsusiyyətlərinə və psixologiyasına uyğun gələn metodları da tətbiq etmək tələb olunur.

Müxtəlif ölkələrdə münaqişə davranışının xüsusiyyətlərini müəyyən edən mədəni spesifikanın mövcudluğu – mədəniyyətşünaslıq elmi üçün böyük maraq kəsb edir. Bununla birlikdə, insanların münaqişədə davranışının qanunauyğunluğunun universal cizgilər də vardır ki, həmin cizgilər bu və ya digər mədəniyyətlərdə də özünü biruzə verir.



Nəticə

Beləliklə “Müəssisədə sosial münaqişələr və onların həll edilməsi yolları” adlı dissertasiya işində qeyd edilən mövzuya aid araşdırmalar aparılmışdır. Münaqişələr mahiyyət etibarilə cəmiyyətin vacib ünsürlərindən biridir. Onların qarşısının alınması mümkün olmasa da, onları düzgün idarə etmək mümkündür. Mövzunun birinci fəslində münaqişənin məzmunu və onların idarə olunmasına nəzəri metodoloji yanaşmadan bəhs olunmuşdur. Bu fəsilədə münaqişənin mahiyyəti və tipologiyası araşdırıldı. Münaqişə - (latın dilində conflictus-toqquşma)-rəqiblərin və ya fəaliyyət subyektlərinin bir birinə əks olan məqsədlərinin, maraqlarının, mövqelərinin, fikirlərinin, baxışlarının toqquşmasıdır.

Münaqişələrin yaranmasına konfliktogenlər yol açır ki, onlar da münaqişəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizliklərdir. Bu mövzuda münaqişənin obyekti, predmeti və subyekti araşdırılmışdır. Münaqişənin predmeti dedikdə obyektiv şəkildə mövcud olan və ya təsəvvür edilən, tərəflər arasında münaqişəyə səbəb ola bilən problem nəzərdə tutulur. Münaqişənin predmeti subyektlərin münaqişəyə girdiyi və həllinə cəhd göstərdiyi ziddiyyətin özüdür. Münaqişənin obyekti anlayışının altında konkret mənəvi və ya maddi sərvət dayanır ki, tərəflər ona malik olmaq üçün münaqişəyə girirlər. Münaqişənin obyektinə konkret olaraq şəxsiyyət, kütlə, ictimaiyyət, dövlətin maraqlarına tuş gələn maddi dünyadakı və sosial reallıqdakı bütün elementlər daxil ola bilər. Münaqişənin subyektləri münaqişə edən tərəflərdir.

Münaqişələrin çoxvariantlı tipologiyası mövcuddur ki, onlar da konfliktin əsasında duran kriteriyalardan asılıdırlar. Münaqişələr: Mənşəyinə və yaranma səbəbinə görə: obyektiv və subyektiv, təşkilati, emosional və sosial-əmək, işgüzar və şəxsi; Kommunikativ istiqamətinə görə: şaquli, üfüqi və qarışıq; Konflikt edən tərəflərin tərkibinə görə: şəxsiyyətdaxili, şəxsiyyətlərarası; şəxsiyyət və qrup arasında; qruplar arasında, təşkilatdaxili münaqişə; Funksional əhəmiyyətinə görə: pozitiv və neqativ, konstruktiv və destruktiv; Toqquşmanın forma və dərəcəsinə görə: açıq və gizli, ani, təşəbbüs edilmiş və süni sürətdə törədilmiş, qaçılmaz, vadar edilmiş, məqsədyönlü olmayan; Miqyasına və müddətinə görə: ümumi və lokal, qısamüddətli və uzadılmış, tez baş verən və uzunmüddətli;Tənzimolunma formalarına görə: antoqonist və kompromisə gedən, bütövlükdə və ya qismən həll edilə bilən, razılığa və əməkdaşlığa gətirilə bilən konfliklərə bölünürlər. Burada əsas diqqət şəxsiyyətlərarası, şəxsiyyətdaxili, qruplararası, qrupdaxili, təşkilatlar arasındakı münaqişələrin tədqiqinə yönəlmişdir, hər birinin spesifik xüsusiyyətləri qeyd olunmuşdur.

Münaqişələrin təbiəti ikinci mövzuda araşdırılmış burada konfliktin yaranması formulası təqdim olunmuş, konliktin inkişaf sxemi təqdim olunmuş və onun aşağıdakı elementlərinə aydınlıq gətirilmişdir.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin