«маgistratura məRKƏZİ»


Uyğunlaşma və ya yumşaltma



Yüklə 0,69 Mb.
səhifə32/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
K-rimov-Az-r

Uyğunlaşma və ya yumşaltma – münaqişə situasiyanı yumşaltma, münasibətləri saxlamaq cəhdi, rəqibin təzyiqinə dözməmək deməkdir. Uyğunlaşma metodu rəhbər və tabeçilikdə olanlar arasında daha geniş yayılmış metoddur. Bu metod əsasən qarşı tərəfi inandırmağa çalışır ki “ biz hamımız bir komandayıq və olduğumuz gəmini silkələndirməyə dəyməz”. Yumşaldıcı tərəf adətən öz konflikt göstəricilərini ətrafa göstərməməyə və birlik tələbatına uyğun olaraq hərəkət etməyə cəhd göstərir. Təəssüf ki, bu zaman insanlar münaqişənin əsasında duran səbəbi tamamilə unudurlar. Bleyk və Muton qeyd edirlər ki, başqa insanlar qarşı tərəfin münaqişədə olan istəyini “bunun elə də böyük əhəmiyyəti yoxdur” deyərək yatıra bilərlər. Nəticədə sülh, harmoniya və sakitlik yaranır, lakin problem özü qala bilər. Emosiyaların göstərilməsi üçün artıq heç bir ehtimal yoxdur, lakin onlar daxildə yaşayır və toplanırlar. Ümumi narahatçılıq daha da aydınlaşmağa başlayır, toplanan narazılıqlar bir gün partlaya bilər. Uyğunlaşma metodu aşağıdakı xarakterik situasiyalarda tətbiq oluna bilər:

  • Əsas məqsəd münaqişənin həll olunması deyil, rahatlq və sabitliyin təmin olunmasıdırsa;

  • Toqquşmanın predmeti sizin üçün vacib deyil və baş verənlər sizi maraqlandırmırsa;

  • Fikirləşirsiniz ki, başqa insanlarla xoş münasibətləri saxlamaq öz fikrinin üstündə dayanmaqdan daha vacibdir;

  • Başa düşürsünüz ki, həqiqət sizin tərəfinizdə deyil;

  • Hiss edirsiniz ki, qalib gəlmək üçün sizin kifayət qədər nüfuzunuz və fürsətiniz yoxdur.


  1. Yüklə 0,69 Mb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin